Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-179/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Seyidəhmədli ərazi dairəsi, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində, yaşadığı ünvan 2 ünvanda yerləşən evində qonaqları və ailə üzvləri ilə birgə olarkən, evinin qarşısından piyada keçən Zərərçəkmiş şəxs və X2 ucadan işlətdikləri söyüş səsləri evində eşidildiyindən küçəyə çıxmış, həmin anadək telefonda ucadan kimisə söyməklərini davam etdirən sonunculara evdə qadın və uşaq olmasını xatırladaraq söyüş söyməmələrini tələb etməsinə əhəmiyyət verməmələri səbəbindən aralarında baş vermiş mübahisə zamanı, əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla, hər iki göz konyuktivasında və ağlı qişasında qansızmalarla müşayiət olunan hər iki gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematomaları ilə nəticələnən ümumilikdə və ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid, sol bazu nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin burun nahiyəsinin qançır və əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün repozisiyasına ehtiyacı olan yerini dəyişən açıq sınığı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, Füzuli rayonu, Yuxarı Seyidəhmədli ərazi dairəsi, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanda ailəsi, anası və atası ilə birgə atasının evində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrındə, anası Zəhra, arvadı, dayısı Seyfulla, dayısı oğlu Seyran, Seyranın nişanlısı və 2 azyaşlı qızları ilə birgə evdə oturub çay içərkən küçədən 2 nəfər şəxsin uca səslə söyüş söymələrini eşidib dərhal həyətə düşərək küçəyə çıxarkən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs və sonradan adını bildiyi X4 biri biriləri ilə ucadan söyüşlə danışmaqla yanaşı İnal telefonda ucadan kimisə söymüş, Xəyal da söyüşlə İnala dəstək vermişdir. Xəyal və İnal onun evindən küçəyə çıxmasına əhəmiyyət verməyərək söyüşlərini dayandırmamışlar. O, Xəyalla İnala söyüş söyməmələrini, evdə qadın və uşaq olmasını, danışıqlarının hamısının evdə eşidilməsini bildirməsinə baxmayaraq Xəyal və İnal ona əhəmiyyət verməmiş, İnal telefonda kimisə söyməsini davam etdirmiş, Xəyal da İnalın danışdığı şəxsi söyərək söyüşlə İnala dəstək olmuşdur. Bu zaman evində qonaq olan dayısının oğlu Seyran və anası Zəhra da küçəyə çıxmışlar. Aralarında yaranmış mübahisə zamanı Xəyal ona bildirmişdir ki, əgər söhbət etmək istəyirsə gedib qəbristanlıqda danışsınlar. Xəyal səhvini başa düşmədiyindən və onunla mübahisə yaratdığından əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmuşdur. Anası Zəhra, Seyran araya girərək onları ayırmışlar. Hazırda törətdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər onunla eyni məhəllədə yaşamış, odur ki, Rəşadı və onun ailəsini yaxşı tanıyır, hadisə baş verən günədək Rəşadla ədavəti və ya düşmənçiliyi olmamışdır. X4 dostudur, uşaqlıqdan bir yerdə böyümüşlər. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dostu İnal Abbasovla birgə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ilə gedərkən İnal telefonla danışmışdır. Ətraflarında heç kim olmadığından İnal telefondan hər ikisinin xoşlarına gəlməyən, valideyinlərinə qarşı səhvlər edən şəxsi söymüşdür. Rəşadın yaşadığı Muxtar Fətəliyev küçəsi 38 A nömrəli ünvanda yerləşən evinin qarşısından ötərkən Rəşad küçəyə çıxmış, Rəşadla uşaqlıqda münasibəti olmadığından Rəşada əhəmiyyət verməmişdir. Rəşad ona yaxınlaşaraq demişdir ki, ayıbdır söyüş söyməsin. O, elə başa düşmüşdür ki, Rəşad ona sataşır, belə ki, küçədə Rəşaddan başqa heç kim olmamış, Rəşad isə kişi olduğundan Rəşadın yanında söyüş söyməsini qəbahət saymamışdır. Odur ki, Rəşada demişdir ki, İnalla birgə heç bir qəbahət iş görmürlər. Rəşad bildirmişdir ki, evdə qadın və uşaq var, danışıqlarının hamısı evdə eşidilir. Bu zaman Rəşadın anası Şahid2 və dayısı oğlu Şahid1 da küçəyə çıxmışlar. Zəhra və Seyran Rəşadı müdafiə etmiş, Seyran İnala demişdir ki, söyüş söyməsin evdə qadın və uşaq var. İnal Seyrana bildirmişdir ki, sözü varsa gedib yaxınlıqdakı qəbristanlıqda danışa bilərlər. Bu zaman Rəşadın anası Zəhra onun üstünə hücum edərək onu təhqir etmiş, demişdir ki, söyüşü gedib öz evində söysün. O, bildirmişdir ki, söyüşü Rəşada və ya Zəhraya söymürlər, söyüşü telefon vasitəsi ilə başqa birisinə söyürlər. O, İnalla birgə Rəşada və Rəşadla birgə küçəyə çıxan qohumlarına əhəmiyyət verməmişlər, lakin Rəşad onlardan əl çəkməmiş, demişdir ki, guya evində onların söyüş səslərindən oturmaq olmur və mübahisə zamanı Rəşad əl və ayaq zərbələri ilə onun başından və bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmuşdur. Rəşadın anası Zəhra, dayısı oğlu Seyran və dostu İnal araya girərək Rəşadı sakitləşdirmişlər. Həmin vaxt o, görmüşdür ki, xəsarət almış, burnu sınmış, İnalın isə köynəyi sökülmüşdür. O, təkcə Sabunçu RPİ 13-cü PŞ-yə gedərək şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs övladıdır. xx.xx.2023-cü ıl tarixdə qardaşı Seyfulla Mehdiyev, qardaşı oğlu Şahid1 və Seyranın nişanlısı ilə birgə onun yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 38 A nömrəli ünvanda yerləşən evinə qonaq gəlmişlər. Həmin gün saat 17 radələrində, Rəşad, Rəşadın arvadı, iki azyaşlı nəvələri, Seyfulla, Seyran və Seyranın nişanlısı evdə oturub çay içərkən küçədən pis-pıs söyüş səsləri eşitmişlər. Həmin şəxslər evlərinə yaxınlaşdıqca söyüş səsləri daha da ucadan eşidilməyə başlanmışdır. Rəşad dərhal həyətə düşərək küçəyə çıxmış, lakin küçədən söyüş səsləri kəsilməmiş, odur ki, Seyranla birlikdə küçəyə çıxarkən Zərərçəkmiş şəxs və sonradan adını bildiyi X5 ucadan söyüşlə danışırlar. Həmin vaxt Rəşad həmin şəxslərə söyüş söyməmələrini bildirdikdə onlar əhəmiyyət verməyərək söyməyə davam etmişlər. Odur ki, Rəşad Xəyalın üstünə gedərək yenidən söyüş söyməməsini bildirdikdə Xəyal Rəşada onunla söhbət etmək istəyirsə qəbiristanlığa getməyi təklif etmişdir. Xəyal səhvini başa düşmədiyindən və Rəşadla mübahisə yaratdığından Rəşad əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs müxtəlif nahiyələrindən zərbələr vurmuşdur. O, Seyranla birgə araya girərək Rəşadla Xəyalı ayırmışlar. Sonradan eşitmişdir ki, Xəyal onlardan şikayət edib. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarının 14-16-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 Sabunçu rayon şöbəsinin 1762 nömrəli, 28 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin qançır və əzilmiş yarası ilə müşayiət olunan, burun sümüyünün repozisiyasına ehtiyacı olan yerini dəyişən açıq sınığı, hər iki göz konyuktivasında və ağlı qişasında qansızmalarla müşayiət olunan hər iki gözyuvasıətrafıalmacıq-yanaq nahiyəsinin dərialtı hematomaları, sol bazu nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən burun nahiyəsinin qançır və əzilmiş yarası ilə müşayiət olunan, burun sümüyünün repozisiyasına ehtiyacı olan yerini dəyişən açıq sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Hər iki göz konyuktivasında və ağlı qişasında qansızmalarla müşayiət olunan hər iki gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematomaları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol bazu nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarının 46-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarının 49-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Həsənov X3 RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tutularaq Sabunçu RPİ-nin İŞ-yə təhvil verilmişdir. İş materiallarının 71-73-cü vərəqəsində olan 03 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarının 74-cü vərəqəsində olan 03 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Həsənov X3 RPİ MSY-dən azad edilmişdir. İş materiallarının 83-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 09 oktyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarının 86-cı vərəqəsində olan AA ******* və AA ******* seriya nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-179/2024 saylı, 29 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 10 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 31 may 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 02 dekabr 2023-cü il tarixdən 03 dekabr 2023-cü il tarixədək və 30 may 2024-cü il tarixdən hal-hazıradək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu cəmi 02 (iki) ay 24 (iyirmi dörd) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 05 (beş) ay 18 (on səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu cəmi 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 05 (beş) ay 18 (on səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-179/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-179/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver