Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-18/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, 16 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə xx xxxxx 1990-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəh., 12-ci mkr., ev 07, mənzil 19-da qeydiyyatda olan və Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızılqum yaşayış massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan- Əliyev Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əliyev Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 fevral 2021-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs məxsus və Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən nömrəsiz fərdi evin plastik pəncərəsini açaraq saxlanc yerinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 100 manat olan bir ədəd 10 seksiyalı «Aristocrat RA-500-96» markalı, təzə vəziyyətdə olan radiatoru, ümumi dəyəri 40 manat olan «Mur-cell» markalı, orta ölçülü, istifadədə olmuş 01 ədəd perforatoru, ümumi dəyəri 20 manat olan, üzərində markalanmasına dair heç bir məlumat olmayan 30 metrlik 01 ədəd istifadədə olmuş elektrik uzadıcısını, ümumi dəyəri 10 manat olan, üzərində markalanmasına dair heç bir məlumat olmayan 15 metrlik 01 ədəd istifadədə olmuş elektrik uzadıcısını, ümumi dəyəri 80 manat olan «Zubr» markalı, «P- 45 M E» modelli, 2350 Vt-luq, 01 ədəd istifadədə olmuş perforatoru, ümumi dəyəri 80 manat olan, Enertomaş markalı, 01 ədəd istifadədə olmuş, böyük ölçülü perforatoru, ümumi dəyəri 55 manat olan, markası bilinməyən, 01 ədəd laqondanı, ümumi dəyəri 30 manat olan, markası bilinməyən, 01 ədəd dreli, ümumi dəyəri 25 manat olan, «Metak» markalı, 25-lik təzə vəziyyətdə olan 02 paket uqolniki, ümumi dəyəri 12.50 manat olan, «Metak» markalı, 50x40 ölçüdə, təzə vəziyyətdə olan 02 paket mufta keçidini və ümumi dəyəri 152 manat olan, «Metak» markalı, 110-luq təzə vəziyyətdə olan 02 paket plastmas materialdan olan trapı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 604.50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyev Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, şəxsi ehtiyaclarını ödəmək üçün qonşuluqda yerləşən, içərisində təmir işləri gedən və Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə 15 fevral 2021-ci il tarixdə, saat 03:00 radələrində hasardan aşaraq həmin fərdi yaşayış evinin həyətinə daxil olmuşdur. Daha sonra yerdən tapdığı dəmir parçası ilə plastik pəncərəni sıxıb açaraq içəriyə daxil olub oradan bir ədəd 10 seksiyalı «Aristocrat RA-500-96» markalı radiatoru, bir ədəd «Mur-cell» markalı perforatoru, bir ədəd «Zubr» markalı, «P-45 M E» modelli perforatoru, bir ədəd «Enertomaş» markalı perforatoru, bir ədəd 30 metrlik elektrik uzadıcısını, bir ədəd 15 metrlik elektrik uzadıcısını, bir ədəd laqondanı, bir ədəd dreli, hər bir paketin içərisində 40 ədəd olmaqla, iki paket «Metak» markalı uqolniki, hər bir paketin içərisində 25 ədəd olmaqla, 02 paket «Metak» markalı mufta keçidini və hər bir paketin içərisində 40 ədəd olmaqla, 02 paket «Metak» markalı trapı oğurlamış və yaşadığı fərdi yaşayış evinə aparmışdır. Sonradan bir ədəd dreli və bir ədəd laqondanı Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən və «Rus» bazarı adlanan bazarda tanımadığı şəxsə 25 manata satmışdır. Hal-hazırda dəymiş ziyanı tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələb yoxdur, törətdiyi əməldən səmimi peşmandır, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan jəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən və özünə məxsus olan fərdi yaşayış evində təmir işləri yekunlaşmadığı üçün orada yaşayış olmamışdır. Lakin mütəmadi olaraq həmin fərdi yaşayış evinə gedərək təmir işlərinə nəzarət etmişdir. 15 fevral 2021-ci il tarixdə, saat 09:30 radələrində həmin fərdi yaşayış evinə getmiş, bu zaman evin otaqlarının birinin pəncərəsinin açıq olduğunu görmüş və evdən oğurluq edilməsindən şübhələndiyi üçün evi gəzməyə başlamışdır. Bu vaxt isə evdə olan üç ədəd perefaratorun, bir ədəd laqondanın, bir ədəd kombi radiatorunun, iki ədəd elektrik uzadıcısının, bir ədəd drelin, hər bir paketin içərisində 40 ədəd olmaqla, ümumilikdə bir paket uqolnikin, hər bir paketin içərisində 25 ədəd olmaqla, ümumilikdə bir paket mufta keçidinin və hər bir paketin içərisində 40 ədəd olmaqla, iki paket trapın yerində olmadığını görmüş və həmin əşyaların oğurlandığını düşünərək Azərbaycan Respublikasının DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə iqtisad ekspertizası ərzaq və sənaye mallarının əmtəşünaslıq tədqiqi ekspertizasının 9/1289-saylı, 12 mart 2021-ci il tarixli rəyindən görünür ki, 10 seksiyalı «Aristocrat RA-500-96» markalı, təzə vəziyyətdə olan 1 ədəd radiatorun qiyməti 100 manat, «Zubr» markalı, «P-45ME» modelli, 2350 Vt-luq, 01 ədəd istifadədə olmuş perforatorun qiyməti 80 manat, «Enertomaş» markalı, 01 ədəd istifadədə olmuş, böyük ölçülü perforatorun qiyməti 80 manat,«Mur-cell» markalı, orta ölçülü, istifadədə olmuş 01 ədəd perforatorun qiyməti 40 manat, üzərində markalanmasına dair heç bir məlumat olmayan, 30 metrlik 01 ədəd istifadədə olmuş elektrik uzadıcısının qiyməti 20 manat, üzərində markalanmasına dair heç bir məlumat olmayan, 15 metrlik 01 ədəd istifadədə olmuş elektrik uzadıcısının qiyməti 10 manat, «Metak» markalı, 25-lik, təzə vəziyyətdə olan uqolnikin 01 ədədinin qiyməti 0.25 manat, «Metak» markalı, 50x40 ölçülü, təzə vəziyyətdə olan mufta keçidinin 01 ədədinin qiyməti 0.5 manat və «Metak» markalı, 110luq, təzə vəziyyətdə olan plastmas materialdan hazırlanmış trapın 01 ədədinin qiyməti 3.80 manatdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 9 adda malların 2021-ci ilin fevral ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 334.55 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BƏSİİ-i tərəfindən 10 mart 2021ci il tarixdə doldurumuş tələbnamədən görünür ki, Əliyev Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əliyev Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş-oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Əliyev Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, əvvəllər məhkum olunmamasını, dəymiş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Əliyev Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 23 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Əliyev Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 25). Cinayət işinin materiallarında olan 24 fevral 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Əliyev Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir (səh., 44). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsindən imtina olunması barədə Bakı şəh., Sabunçu Rayon Prokurorunun 24 fevral 2021-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Əliyev Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (səh., 58). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə «24» fevral 2021-ci il tarixli qərardan görünür ki, Əliyev Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. (səh., 62). Bakı şəh., Sabun Rayon Məhkəməsinin 1(008)437/21 saylı,17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Əliyev Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Əliyev Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə tutulmuş və 15 dekabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, dəymiş ziyanın ödənməsini, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cəzanın icra müddəti təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Əliyev Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) ay, 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının 05 (beş) ay, 06 (altı) günə bərabər tutulmaqla, Əliyev Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cəza təyin olunarkən Əliyev Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdən 24 fevral 2021-ci il tarixə, 13 dekabr 2021-ci il tarixdən 02 mart 2022-ci il tarixə kimi həbsdə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci müştərək qaydada Əliyev Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutlar-Bakı şəh., Sabunçu RPİ-in saxlanc anbarında saxlanılan 10 seksiyalı «Aristokrat RA-500-96» markalı, bir ədəd radiatorun, «Mur-cell» markalı elektrik uzadıcının, bir ədəd elektrik uzadıcının, «Zubr» markalı, «P-45 ME» modelli, 2350 vt, perforator, «Enertomas» markalı perforator, Metak markalı 02 paket uqolnik, «Metak» markalı iki ədəd mufta keçidi, iki ədəd trap Zərərçəkmiş şəxs Zöhrab oğluna qaytarılmalıdır. Əliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcələlsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Əliyev Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdən 24 fevral 2021-ci il tarixə, 13 dekabr 2021-ci il tarixdən 02 mart 2022-ci il tarixə kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «05» (beş) ay, «06» (altı) gün hesablansın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «24» (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşıdırlması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icra müddəti təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. İş üzrə 50 manat ekspertiza xərci müştərək qaydada Əliyev Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübutlar-Bakı şəh., Sabunçu RPİ-in saxlanc anbarında saxlanılan 10 seksiyalı «Aristokrat RA-500-96» markalı, bir ədəd radiatorun, «Mur-cell» markalı elektrik uzadıcının, bir ədəd elektrik uzadıcının, «Zubr» markalı, «P-45 ME» modelli, 2350 vt, perforator, «Enertomas» markalı perforator, Metak markalı 02 paket uqolnik, «Metak» markalı iki ədəd mufta keçidi, iki ədəd trap Zərərçəkmiş şəxs Zöhrab oğluna qaytarılmalıdır. Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz olunsun, o məhkəmə iclas zalından həbsdən azad olunsun, Əliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər zeynalov
Məhkəmə qərarları › İş №1(008)-18/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-18/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver