Məhkəmə qərarları › İş №1(008)-18/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-18/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-18/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 1963-cü il tarixdə Cəlilabad rayonu, Ocaqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Cəlilabad rayonu, Ocaqlı kəndində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2021- ci ilin mart ayının əvvəlində cinayətdən xəbəri olmayan X7 tanışı Zərərçəkmiş şəxs11 dayandırılmış əlillik pensiyasının bərpasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib 4000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki parkda ələ keçirib Zərərçəkmiş şəxs11 4000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2021-ci ilin mart ayının ortalarında cinayətdən xəbəri olmayan X7 tanışı Zərərçəkmiş şəxs12 dayandırılmış əlillik pensiyasının bərpasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan suiistifadə edib 4500 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Uluxanlı” restoranının yaxınlığında ələ keçirib Zərərçəkmiş şəxs12 4500 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2021-ci ilin mart ayının sonlarında cinayətdən xəbəri olmayan X7 tanışı Zərərçəkmiş şəxs13 əlillik pensiyası almasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib vədi ilə 9000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki parkda ələ keçirib Zərərçəkmiş şəxs13 9000 manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayının 18-də cinayətdən xəbəri olmayan X7 tanışı X11 dayandırılmış əlillik pensiyasının bərpasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib 5500 manat pulu Bakı şəhəri, Nizami rayonu, “Meşəbəyi” çayxanasında ələ keçirib zərərçəkmiş şəxs Baba Quliyevə 5500 manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayının sonlarında cinayətdən xəbəri olmayan X7 tanışı Zərərçəkmiş şəxs8 pensiya almasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib 3000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, “Uluxanlı” restoranının yaxınlığında ələ keçirib zərərçəkmiş şəxs Fərman İlayasova 3000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2021-ci ilin oktyabr ayının əvvəllərində cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs20 tanışı Zərərçəkmiş şəxs15 dayandırılmış əlillik pensiyasının bərpasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib 3500 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivində ələ keçirib Zərərçəkmiş şəxs15 3500 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2021 -ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs20 əllilliyə görə əmək pensiyası pulunun artırılmasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib 7000 manat pulunu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində H.Əliyev parkında ələ keçirib Zərərçəkmiş şəxs20 7000 manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs7 bacısı Zərərçəkmiş şəxs2 əlilliyə görə əmək pensiyası almasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui- istifadə edib öz adında olan 5243-7544-1802-9037 nömrəli “Unibank” bank hesab kartını “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs7 göndərdikdən sonra həmin bank kartına 15 yanvar 2023-cü il tarixdə 3000 manat, 17 yanvar 2022-ci il tarixdə isə 2000 manat Gəncə şəhəri, Mərkəzi küçədəki Unibank ödəmə terminalından göndərdiyi ümumilikdə 5000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin yanvar ayının sonlarında cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs7 qohumu Zərərçəkmiş şəxs16 dayandırılmış əlillik pensiyasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib öz adında olan 5243-7544-1802-9037 nömrəli “Unibank” bank hesab kartına Gəncə şəhəri, Mərkəzi küçədə Unibank terminalından göndərdiyi 5000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs16 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin yanvar ayının 30-da cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs7 tanışı Zərərçəkmiş şəxs17 Müslüm oğlunun dayandırılmış əlillik pensiyasının bərpasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib öz adında olan 5243-7544-1802-9037 nömrəli “Unibank” bank hesab kartına Gəncə şəhəri, Mərkəzi küçədə Unibank terminalından göndərdiyi 3000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs17 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin fevral ayının 10-da Zərərçəkmiş şəxs7 əlilliyə görə əmək pensiyası almasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib öz adında olan 5243-7544-1802-9037 nömrəli “Unibank” bank hesab kartına Gəncə şəhəri, Mərkəzi küçədə “Unibank” terminalından göndərdiyi 3000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs7 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin fevral ayının 12-də cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs7 qaynı Zərərçəkmiş şəxs4 qardaşının arvadı Elnarə Babayevanın əlilliyə görə əmək pensiyası almasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib öz adında olan 5243-7544-1802- 9037 nömrəli “Unibank” bank hesab kartına Gəncə şəhəri, Mərkəzi küçədə Unibank terminalından göndərilmiş 5500 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs4 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının 3-də cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs7 dayısı oğlu Zərərçəkmiş şəxs3 əlillik pensiyası almasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib öz adında olan 5243-7544-1802-9037 nömrəli “Unibank” bank hesab kartına göndərdiyi 5000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının 3-də cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs7 tanışı Zərərçəkmiş şəxs9 dayandırılmış əlillik pensiyasının bərpasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan suiistifadə edib öz adında olan 5243-7544-1802-9037 nömrəli “Unibank” bank hesab kartına Gəncə şəhəri, Mərkəzi küçədəki Unibank terminalından göndərdiyi 6000 pulu ələ keçirib Zərərçəkmiş şəxs9 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının 10-da cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs7 qohumu Zərərçəkmiş şəxs5 əlilliyə görə pensiya almasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib öz adında olan 5243-7544-1802-9037 nömrəli “Unibank” bank hesab kartına Gəncə şəhəri, Mərkəzi küçədə Unibank terminalından göndərdiyi 6500 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs5 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının 13-də cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs7 tanışı Zərərçəkmiş şəxs10 dayandırılmış əlillik pensiyasını bərpasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib öz adında olan 5243-7544-1802-9037 nömrəli “Unibank” bank hesab kartına Gəncə şəhəri, Mərkəzi küçədə Unibank terminalından göndərdiyi 6000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs10 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının 18-də cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs7 tanışı Zərərçəkmiş şəxs18 özünə və sonuncunun arvadı X4 əllillik pensiyası almalarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib öz adında olan 5243-7544-1802-9037 nömrəli “Unibank” bank hesab kartına Gəncə şəhəri, Mərkəzi küçədəki Unibank ödəmə terminalından göndərdiyi 10000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs18 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, 2022-ci ilin mart ayının 19-da tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 dayandırılmış əllilik pensiyasının bərpa edilməsi vədi ilə aldadıb etibarından suiistifadə etməklə 5300 manat pulunu Bakı şəhəri, Sabunçu qəsəbəsi, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində “Sərham” marketin yaxınlığında qrupun üzvü Şahid4 vasitəsi ilə ələ keçirib Zərərçəkmiş şəxs1 5300 manat xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, 2022-ci ilin mart ayın sonlarında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə ona şəxsən müraciət etmiş Zərərçəkmiş şəxs19 dayandırılmış pensiyasının bərpasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində Sabunçu rayon məhkəməsinin qarşısında 2000 manat pulunu ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, 2022-ci ilin dekabr ayının sonlarında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə ona şəxsən müraciət etmiş Zərərçəkmiş şəxs6 ərinin əlilliyə görə pensiya almasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib 4000 manat pulunu Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs5 şəxsən tanımır. Ona Zərərçəkmiş şəxs7 vasitəsilə pul gəlib. Qohumlarına pensiya düzəldilməsi məqsədilə ümumi məbləğdə ona 67000 manat pul verib. Həmin puldan 37300 manat qaytarılıb. Zərərçəkmiş şəxs5 hansı məbləğdə pul alındığı və hansı məbləğin qaytarıldığı dəqiq bilmir. Telefon vasitəsilə çəkib atmışdı. Zərərçəkmiş şəxs11ı Nizami onun yanına gətirib. Əlilliyə görə aldığı əmək pensiyası kəsilmişdi. Pensiyasını bərpa etdirmək üçün 2200 manat pul almışdır. Sonradan Zərərçəkmiş şəxs11la özü telefon vasitəsilə əlaqə yaratmışdır. Nizaminin 4000 manat pul aldığını öyrənəndə özündən soruşmuş, ona həmin puldan başqasına da çatdığını bildirmişdir. Zərərçəkmiş şəxs11 hissə-hissə 400 manat pul qaytarmışdır. Fərman Akiflə bir yerdə işləmişdir. Akif ilə maşınla gedib-gəlmişdir. Onlar öz adamlarının pullarını gətiriblər. Onlardan hissə-hissə 2300 manat pul almışdır. 600 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs15 şəxsən tanımır. Zərərçəkmiş şəxs20 ona 3000 manat pul vermişdir. Şahid4 ilə birlikdə restorana dostlarla görüşməyə getmişdir, orada Zərərçəkmiş şəxs1 tanımışdır, Ramin də orada olmuşdur. Nizami kənarda telefonla danışarkən Zərərçəkmiş şəxs1 məsələsinin nə olduğunu soruşduqda, Zərərçəkmiş şəxs1 ona pensiya düzəlməsi üçün pul verdiyini bildirdikdə, onun işində əlaqəsinin olmadığını bildirmiş, pensiya düzəlməsi ilə bağlı isə ümumi problemlər olduğunu işlərin gecikdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə əgər alınmırsa və ya işlər gecikirsə pulunu qaytarmasını tələb etdikdə, Nizaminin yanında pulun onda olmadığını, ona pul vermədiyini bildirmişdir. Elşən getdikdən sonra Nizami ona bildirmişdir ki, arada adam var, Elşənin pensiyası düzələcək, gərək yanında deməzdi. Təqsirləndirilən şəxs ona verilən suallara cavabında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 5000 manat, Zərərçəkmiş şəxs3 5000 manat, Zərərçəkmiş şəxs6 4000 manat, Zərərçəkmiş şəxs7 3000 manat, Zərərçəkmiş şəxs8 3000 manat, Zərərçəkmiş şəxs11 4000 manat, Zərərçəkmiş şəxs12 4500 manat, Zərərçəkmiş şəxs15 3500 manat, Zərərçəkmiş şəxs16 5000 manat, Zərərçəkmiş şəxs17 3000 manat, Zərərçəkmiş şəxs19 2000 manat, Zərərçəkmiş şəxs9 4500 manat məbləğində maddi ziyan vurmaqla, pullarını ələ keçirməkdə özünü təqsirli bilmişdir. Zərərçəkmiş şəxs1 epizodu üzrə özünü təqsirli bilməyərək, Şahid4 xahişi əsasında Elşənin epiqrizinin alınması üçün 400 manat pulu aldığını qeyd etmişdir. Bundan başqa həmin epizod üzrə pul almamışdır. Digər epizodlar üzrə isə pul aldığını qəbul etsə də, həmin məbləğlərin şişirdilmiş olmasını, zərərçəkmiş şəxslərdən alınmış pulların tam məbləğdə ona çatdırılmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs7 bacısının kürəkənidir, bildiyi qədərilə Zərərçəkmiş şəxs7la Təqsirləndirilən şəxs tanışlığı olub. O, xəstəliyə görə pensiya düzəltmək istəmişdir. Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs pensiya düzəltdiyini bildirmişdir. Ona demişlər ki, bunun üçün pul lazımdır, 6500 manat pulu Zərərçəkmiş şəxs7 göndərmişdir, o da Təqsirləndirilən şəxs göndərmişdir. O, Təqsirləndirilən şəxs tanımır, görməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, O, Azadı Akif vasitəsilə tanımışdır. Ondan 3000 manat pul almışdır, həmin puldan 600 manat qaytarmışdır. Köhnə prokurorluq binasının yanında pul vermişdir, Akif də yanında olmuşdur. Pensiya düzəltmək adı ilə almışdı. Hal-hazırda şikayətçi deyildir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, O, 1993-cü ildə Qarabağ nüharibəsində döyüşərək kantuziya-kəllə beyin travması almışdır, 2016-cı ildən Qarabağ müharibəsi əlili kimi ona aylıq 880 manat pensiya təyin edilmişdir. Lakin 2-ci Qarabağ müharibəsindən sonra 2021-ci ilin iyul ayında pensiyası dayandırılmışdı. O, Akiflə bu barədə danışmışdır, 2021-ci ildə o, Akif vasitəsilə Nizami ilə tanış olmuş, Azadla da Nizami vasitəsilə görüşmüşdür. Azadın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsilə əlilliyə görə əmək pensiyanı bərpa edə biləcəyini demişdir, o da razılaşmışdır. Nizami ilə birlikdə Azadla görüşüb danışdıqdan sonra, onlar çəkilib kənarda müzakirə etmişlər, o isə gözləmişdir. Daha sonra Nizami və o Günəşliyə gəlmişdir. Günəşlidə o, Nizamiyə 4000 manat pul vermişdir. Azad ona 400 manat pul qaytarıb. Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, Azadı tanımır, ilk dəfədir görür. Asif onun qohumumdur, ona 3500 manat pul vermişdir. Hal-hazırda pulu qaytarılıb. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2022-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs dostu Sabunçu RPİ-nin əməkdaşı polis polkovnik leytenantı Şahid1 vasitəsi ilə tanımışdır, Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, 2022-ci ilin yanvar ayının əvvəlində Bakıxanov qəsəbəsində “Praqa” restoranında dostu Şahid1la birlikdə əyləşib nahar edəndə Asif zəng edərək Təqsirləndirilən şəxs oraya çağırmışdır. Azad onların masasına gəldikdən sonra bir yerdə əyləşib nahar etmişlər və tanışlığı yaranmışdır. Həmin vaxt Şahid1 ona Təqsirləndirilən şəxs Sosial Müdafiə Nazirliyində işlədiyini və kiməsə təqaüd lazım olsa həll edə biləcəyini demişdir. O da qohum, dost, qonşu tanışlarının pensiya düzəltmək məqsədilə pullarını alıb, Təqsirləndirilən şəxs vermişdir. 1-2 il keçmiş, lakin pensiya düzəlməmişdir. Ümumlikdə 67000 manat pul Təqsirləndirilən şəxs adına olan bank kartına atmışdır, həmin puldan 37000 manat Təqsirləndirilən şəxs qaytarmışdır, hal-hazırda qalan borc 30200 manatdır. Qohumlardan aldığı pulları öz əmlakını sataraq qaytarmışdır, qalan 30200 məbləğdən 15000 manat tələb edir. Məhkəmə iclasında online əlaqə sistemi vasitəsilə dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 vasitəsilə tanıyır, ona 4500 manat pul vermişdir, Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlamışdır, vəsiqəsini göstərmişdir, üzdən tanıyır. Pulu ona Elşən qaytarmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2007-cı ildə hərbi xidmətdə olduğu zaman güllə yarası aldığı üçün dövlət tərəfindən 2-ci qrup əllilik verilmişdir. Sumqayıt şəhərində yas mərasimində olarkən, Nizami Şahgəliyevlə söhbət əsnasında, ona əlilliyinə görə aldığı ödənişin kəilməsini bildirmişdir. O ona kömək edəcəyini bildirmişdir. Onunla daha sonra Sabunçu qəsəbəsi, “Komsomol” dairəsində görüşmüşdür. Həmin vaxt yanında Ramin Pərvanayev də olmuşdur. Həmin vaxt o ondan pul almamış, danışıb ona xəbər edəcəyini demiş, 3-4 gün sonra eyni ünvanda, onunla görüşmüşlər. Bu dəfə ona sənədlərini təqdim etmiş, bu vaxt o ondan kəsilmiş təqaüdünün bərpası üçün 5500 manat pul istəmişdir. Mən 5300 manatı Raminə vermişdir. Həmin gün axşam Ramin ona zəng edərək pulu Sabunçu rayonu, köhnə adı “Səhram” olan marketin yaxınlığında görüşüb Nizamiyə verdiyini demişdir. O növbəti gün Nizamiyə zəng etmiş o, pulu həmin yerdə Ramindən aldığını təsdiqləmişdir. Müəyyən vaxt keçdikdən sonra Nizami ilə əlaqə saxlamağa çalışsa da, o müxtəlif bəhanələr gətirərək, onu aldatmağa çalışırmış, guya işin həll olunduğunu, yaxın zamanlarda tam başa çatacağını bildirirmiş, daha sonra o nömrəsini dəyişdiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Həmçinin, Şahid4 ilə Nizami rayonu Q.Qarayev prospektində adını xatırlamadığı çayxanada, eləcə də digər ünvanlarda bir neçə dəfə görüşmüş, hər dəfə o pensiyanın düzələcəyinə vəd vermiş və görüş zamanı Nizami ona müxtəlif adlar çəkərək pulu həmin şəxslərə verdiyini demişdir. Həmçinin, Nizami ona Təqsirləndirilən şəxs adını da çəkərək pulu ona verdiyini bildirmişdir. O, Nizami və Təqsirləndirilən şəxsla Q.Qareyev prospektində görüşmüşlər. O Azada pulunu qaytarmasını dedikdə Azad isə ona “Sən mənə pul vermisən, mənimlə hər hansı işi danışmısan?” deyə sual vermiş, o da “yox” dedikdə isə “Get pulunu kimdən alırsan al” demişdir. Bu zaman o Nizamiyə müraciət edərək pulunu qaytarmasını acıqlı formada ondan tələb etdikdə, Nizami ona sakitləşməyini bildirmiş, tezlikdə pulu qaytaracağına dair söz vermişdir. Onun pulunu Şahid4 aldadıb ələ keçirmişdir. Barəsində istintaqı aparılan iş üzrə Şahid4 pulunu ələ keçirdiyini etiraf etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, X14 onun dostudur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. Qarabağ qazisi olan Akif Həsənovu o 2009-cu ildən Hövsan qəsəbəsindən qonşu kimi tanımış və həmin vaxtdan dostluq edir. O özü də 1-ci Qarabağ müharibəsi iştirakçısı və qazisidir. 2021-ci ilin iyul ayında onun müharibə əlliyi pensiyası kəsilmişdir. 2021-ci ilin iyul ayının sonlarında Akif Həsənova bu barədə dedikdə o, Təqsirləndirilən şəxs adlı Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində DOST 4 mərkəzində işləyən tanışının olduğunu və pul müqabilində kəsilmiş əlillik pensiyalarını bərpa edə bildiyini demişdir. O da pensiyasını həll etməsi üçün danışmasını xahiş etmişdir. Akif onun yanında Azad adlı tanışı ilə danışmış və pensiyasının bərpasını neçəyə düzəldə biləcəyini soruşduqda telefonda danışan şəxs 4500 manat pul lazım olduğunu bildirmiş və o pulu düzəldəndə xəbər edəcəyini Akifə demişdir. 08 oktyabr 2021-ci il tarixdə o bir hissəsini bankdan kredit götürməklə 4500 manat pul düzəltmişdir və X29 qəsəbəsində yaşadığı məhlədə həmin pulu Azada çatdırması üçün vermişdir. Həmçinin, o, yaşayış yeri üzrə poliklinikaya gedib tibbi qeydiyyatdan da keçmişdir. Lakin, yekunda Təqsirləndirilən şəxs Akifin tanışlarından eyni vədlə aldadıb aldığı həmin şəxslərin və onun pullunu ələ keçirib heç bir iş həll etməmiş və pensiyası da bərpa olunmamışdır. Ona Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində 4500 manat məbləğində madd ziyan dəymişdir. Həsənov Akif 2500 manat pulu ona qaytarmışdır, hal-hazırda 2000 manat borc qalmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X23 Bakı şəhəri 5 saylı dəmiryol stansiyasında fəhlə işləyib, lakin sonradan səhhətində problemlər olduğu üçün işdən ayrılmalı olmuşdur. O da həyat yoldaşına pensiya düzəltmək istəmişdir, iş yerində iş yoldaşı Sənubərin vasitəsilə Azad adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs ona həyat yoldaşı üçün təqaüdün təyin edilməsinə köməklik edə biləcəyini və həyat yoldaşının hər ay 300 manatdan çox təqaüd ala biləcəyini eləcə də təqaüd almadığı 1 il yarım üçün də əlavə kompensasiya ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs bu işi 4000 manat müqabilində həll edə biləcəyini və başqa şəxslərə də bu istiqamətdə köməklik etdiyini demişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlayıb ilkin olaraq 500 manat pulu 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində «Optimal» mağazasının qarşısında oğlu, o və yoldaşı birlikdə vermişlər. Bundan 4-5 gün sonra yenidən Təqsirləndirilən şəxs ilə görüşüb Nəsimi rayon ərazisində 28 May metrosunun yaxınlığında 3500 manat pulu ona vermişlər. Azad artıq işi danışdığını 2023-cü ilin yanvar ayından etibarən həyat yoldaşının 300 manatdan artıq pensiya alacağını vəd vermişdir. Həmin vaxt orada həyat yoldaşı və o olmuşdur. Onlar yanvar ayına kimi gözləmiş, lakin həyat yoldaşına pensiya təyin olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxındır ki, tanışı Akif Həsənovun vasitəsilə tanımışdır. Azad özü qazilərə və əlillərə pensiya düzəltməkdə köməklik göstərdiyini bildirmişdir. O da ikinci qrup əlildir və xəstəliyi ilə əlaqədar olaraq, 2 ildən çoxdur ki Sabunçu rayon Hərbi komissarlığından təqaüdə çıxmışdır. Buna görə də 180 manat pensiya alır. Təqsirləndirilən şəxsla Akiflə birlikdə 2021-ci ilin sentyabr ayında görüşdükdə ona təqaüdünü artıra biləcəyini bildirmişdir. Buna qədər X30 və onun tanışları üçün təxminən 30.000 manat pul almışdı. O da Təqsirləndirilən şəxs verdiyi vədlərə və ortada Akif dostu olduğu üçün ona inanmışdır. O da bu barədə tanışlarına bildirmişdir. Azad təqaüdlərin bərpa edilməsində də köməklik göstərəcəyinə söz vermişdir. Pensiyaların bərpa edilməsi ilə bağlı, İlkin adlı tanışından aldığı 3500 manat pulu 2021-ci ilin sentyabr ayının ortalarında Suraxanı rayonu, Günəşli qəsəbəsində yaşadığı evin yanında Akifin iştirakı ilə vermişdir. Bundan başqa Anar adlı tanışından təqaüdün bərpa olunması ilə bağlı aldığı 3500 manat pulu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşadığı evin yaxınlığında Akiflə Həsənovla birlikdə görüşərək Azada vermişdir. Sonuncu dəfə özünün təqaüdünün artırılması ilə bağlı 7000 manat pulu Akif ilə birlikdə Bakıxanov qəsəbəsində H.Əliyev parkında Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs4 teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə Gəncə şəhəri, Məshəti qəsəbəsində nömrəsiz evdə yaşayır. Dolanışıq məqsədi ilə fərdi işlərdə işləyir. Qardaşının həyat yoldaşı Elnarə Babayevanın belində problem olmuşdur. Həmin problemlə əlaqədar Elnarəyə əlillik düzəltmək istəyirmiş, Zərərçəkmiş şəxs7 onun xalası oğludur. 2022-ci ilin yanvar ayında xalası oğlu Elşənlə Gəncə şəhərində görüşərkən qardaşı Ramin Babayevin həyat yoldaşı Elnarənin səhhəti ilə əlaqədar əlillik düzəltmək istədiyini ona köməklik etməsini xahiş etmişdir. Elşən də ona onun Asif adlı dostunun Araz adlı pensiya işini həll edə bilən tanışının olduğunu demişdir. Asif Elşənə demişdir ki, Azad Sosial Müdafiə Nazirliyində işləyir, Azadın vasitəsi ilə Elnarəyə əlillik düzəldə bilər. Bu hadisədən bir neçə gün sonra Gəncə şəhərində yenidən Elşənlə görüşmüşlər. Elşən demişdir ki, o, Asif adlı tanışı ilə danışmış, Asif isə Elşənə bildirmişdir ki, Azad adlı tanışı qardaşı Raminin həyat yoldaşı Elnarəyə əlillik düzəldə bilər. 2022-ci ilin fevral ayında Elşənlə Gəncə şəhərində görüşmüşlər. Həmin vaxt Elşən Azadla danışdığını və Azadın ona qardaşı Raminin həyat yoldaşı Elnarəyə 2-ci qrup əlillik düzəldə bilər. Bunun üçün də Elşəndən 3000 (üç min) manat istəmişdir. Bu barədə Elşən ona bildirdikdə o da razılaşmışdır. 2022-ci ilin fevral ayı olarmış ki, Elşənlə Gəncə şəhərində görüşüb Azadın Elşənə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi bank kartına “Unibank”ın ödəmə terminalı vasitəsi ilə 3000 (üç min) manat göndərmişdir. Bundan təxminən 10 gün sonra, 2022- ci ilin fevral ayının ortalarında Elşənlə Gəncə şəhərində söhbət edərkən Elşən bildirmişdir ki, Azad ona Elnarəyə ömürlük əlillik düzəltmək üçün əlavə 2500 (iki min beş yüz) manat da pul lazımdır. O da etiraz etməmişdir. Azadın Elşənə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi bank kartına “Unibank”ın ödəmə terminalı vasitəsi ilə 2500 (iki min beş yüz) manat pul göndərmişdir. Azad da demişdir ki, Elnarəyə əlillik pensiyasını 6 ay müddətində düzəldəcəkdir. O da razılaşmışdır. Təxminən 3 ay keçdikdən sonra eşitmişdir ki, Azad Sosial Müdafiə Nazirliyindən işdən çıxarılıb. Bundan sonra təxminən 2022-ci ilin may- iyun ayında, Elşənlə birgə Bakı şəhərinə gəlib Bakı şəhərində Azadla Sabunçu rayonu Bakıxanov qəsəbəsində kafelərin birində görüşdük. Həmin vaxt Azad demişdir ki, o, Sosial Müdafiə Nazirliyindən işdən çıxıb və aldığı 5500 (beş min beş yüz) manatı qaytaracaqdır. Lakin, sonradan Azad aldığı 5500 (beş min beş yüz) manat puldan heç bir məbləğ qaytarmamışdır.(i.v.169-170); Zərərçəkmiş şəxs2 teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 Miqidat oğlu onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs tanımamış, onu qardaşı Elşən Sabunçu RPİ-nin əməkdaşı polis polkovnik leytenantı Şahid1 vasitəsi ilə tanımışdır, Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O özü epilepsiya xəstəsidir. 2022-ci ilin yanvar ayının əvvəlində qardaşı Bakıxanov qəsəbəsində dostu Şahid1 vasitəsi ilə Sosial Müdafiə Fondunun əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxsla tanış olmuş və söhbət zamanı onun xəstəliyi ilə bağlı əllilik pensiyası almağı barədə danışıq aparmış, Təqsirləndirilən şəxs da qardaşı Elşənə 5000 manat müqabilində bu işi həll edə biləcəyini demişdir. Qardaşı Elşənlə 2022-ci ilin yanvar ayında Gəncə şəhərində görüşdükdə bu barədə ona bildirdiyi üçün o 5000 manat borc pul tapmış və 2022-ci ilin yanvar ayının təxminən 15-də Təqsirləndirilən şəxs Unibank kartına 5000 manat pulu Gəncə şəhəri Mərkəzi küçədəki Unibank terminalından göndərmişlər. Təqsirləndirilən şəxsla onun heç bir danışığı olmayıb, bu barədə qardaşı Zərərçəkmiş şəxs7 danışmışdır. Sonradan Təqsirləndirilən şəxs qardaşının vasitəsi ilə bir çox adamlardan, tanış və qohumlardan pulları bank kartı vasitəsi ilə alıb təqaüd düzəltməyi vəd verib aldatmış və dələduzluq etmişdir. Artıq 2022-ci ilin may ayında onlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları və digər şəxsləri aldadıb, bu səbəbdən qardaşı Elşən, özü, dayısı oğlu Siyavuş və bacısının kürəkəni Çingiz kollektiv ərizə ilə Baş prokurorluğa və DİN-ə şikayət etmişlər. Təqsirləndirilən şəxs onun 5000 manat pulunu da dələduzluq edib ələ keçirib qaytarmamış və həmin məbləğdə ona maddi ziyan vurmuşdur. (i.v.176-178); Zərərçəkmiş şəxs18 teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs18 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 2015-ci ildən Gəncə şəhərindən qonşu kimi vaxtdan tanıyır. Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin mart ayının əvvəlində Zərərçəkmiş şəxs7 Bakıxanov qəsəbəsində dostu Şahid1 vasitəsi ilə Sosial Müdafiə Fondunun əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxsla tanış olduğunu və özünə, qohumlarına həmin şəxsin pul müqabilində təqaüd düzəltməsini demişdir. Onun da həyat yoldaşı X1 sistemi xəstəliyi olduğundan və özünün isə revmatik xəstəlikləri olduğundan pensiya almaq üçün maraqlanırmış və həmin ərəfədə bu barədə tanışı Zərərçəkmiş şəxs7 danışmışdır. O da ona Təqsirləndirilən şəxs adlı tanış şəxsin Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə əlilliyə görə xəstəlik pensiyasını həll edə biləcəyini dedikdə, o da razılaşmış və maraqlanıb ona deməsini xahiçş etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs7 Miqidat oğlunun vasitəsi ilə 2022-ci ilin mart ayının təxminən 15-də Təqsirləndirilən şəxs pensiya almağını həll edəcəyi vədinə inanıb Zərərçəkmiş şəxs7la görüşüb Azadın bu iş üçün istədiyi 10000 manat pulu həmin vaxt yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində evinin qarşısında özünün və arvadı Ülviyyənin xəstəlik pensiyasının həll edilməsi üçün çatdırmışdır. Lakin, yekunda Təqsirləndirilən şəxs vədinə əməl etməyib dələduzluq etmiş və həmin hadisə nəticəsində ona 10000 manat ziyan dəymişdir. Sonradan aralarında olan münasibətə görə Zərərçəkmiş şəxs7 onun 10000 manat pulunu özü ödəmişdir. (i.v.118- 120); Zərərçəkmiş şəxs3 teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o hazırda ailəsi ilə birlikdə Gəncə şəhəri Məshəti qəsəbəsi 16-cı küçədə nömrəsiz evdə yaşayır. Dolanışıq məqsədi ilə fərdi işlərdə işləyir. Həyat yoldaşı Aysel Bağırova təxminən 3-4 il əvvəl əməliyyat olunmuşdur. Onun səhəti ilə əlaqədar Ayselə əlillik düzəltmək istəyirmiş, Zərərçəkmiş şəxs7 onun bibisi oğludur. 2022-ci ilin yanvar ayında bibisi oğlu Elşənə Gəncə şəhərində görüşərkən demişdir ki, həyat yoldaşı Ayselin səhəti ilə əlaqədar əlillik pensiyası düzəltmək istəyir və xahiş etmişdir ki, ona köməklik etsin. Həmin vaxt Elşən də onun Asif adlı dostu olduğunu, Asifin də Azad adlı bu işi həll edə bilən tanışı olmasını, Azadın Sosial Müdafiə Nazirliyində işlədiyini, Azadın vasitəsi ilə Ayselə əlillik pensiyası düzəldə biləcəyini demişdir. Bu hadisədən bir neçə gün sonra Gəncə şəhərində yenidən Elşənlə görüşmüşlər. Elşən Asif adlı tanışına zəng edib onunla telefonla danışmış, həmin vaxt Asif Azad adlı tanışının həyat yoldaşı Ayselə əlillik düzəldə biləcəyini, hətta Elşən Asiflə danışdıqdan sonra o özü də telefonla Asiflə danışdıqda Asif demişdir ki, Azad onun dostudur, o, Sosial Müdafiə Nazirliyində işləyir və bir çox adamlara əlillik düzəldib. Bundan sonra onda daha da inam yaranmışdır. Təxminən 2022-ci ilin fevral-mart aylarında Elşənlə Gəncə şəhərində görüşmüşlər. Həmin vaxt Elşən Azadla danışdığını, Azadın onun arvadı Ayselə 2-ci qrup əlillik pensiyasını 3000 (üç min) manata düzəldə biləcəyini demişdir. 2022-ci ilin mart ayının əvvəllərində Elşənlə Gəncə şəhərində görüşüb Azadın Elşənə “Whatsapp” şəbəkəsi vasitəsi ilə göndərdiyi “Unibank”a məxsus karta “Unibank”ın ödəmə terminalı vasitəsi ilə 3000 (üç min) manat göndərmişdir. Bundan təxminən 10 gün sonra səhv 2022-ci ilinm mart ayının sonlarında Elşənlə Gəncə şəhərində söhbət edərkən Elşən ona Azadın Ayselə ömürlük əlillik düzəltmək üçün əlavə 2000 manat da pul lazım olduğunu dedikdə o da etiraz etməmişdir. Azadın Elşənə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi “Unibank” kartına ödəmə terminalı vasitəsi ilə 2000 (iki min) manat pul göndərmişdir. Azadla telefonla danışqıda sonuncu ona demişdir ki, Ayselin əlilliyi 6 ay müddətinə düzələcəkdir. O da etiraz etməmişdir. Təxminən 3 ay sonra Azadın Sosial Müdafiə Nazirliyindən işdən çıxarıldığını öyrənmişlər. Bundan sonra təxminən 2022-ci ilin iyun ayında Elşənlə birlikdə Bakı şəhərinə gəlib Bakı şəhərində Asiflə Sabunçu rayonu Bakıxanov qəsəbəsində kafelərin birində görüşmüşlər. Həmin vaxt Asif Azada zəng edib onun Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evinə getmişlər. Azad, Asif, o və Elşən Azadın evinin yaxınlığında kafelərin birində görüşmüşlər. Həmin vaxt Azad Sosial Müdafiə Nazirliyindən işdən çıxdığını və aldığı 5000 (beş min) manat pulu da qaytarağını bildirmişdir. Sonradan isə Azad aldığı 5000 (beş min) puldan heç nə qaytarmamış və həmin məbləğdə ona madd ziyan dəymişdir. (i.v.192-194); Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Qarabağ qazisi olan Akif Həsənovu iş yoldaşı Zərərçəkmiş şəxs12 vasitəsi ilə son 2 ildə tanımış, X31 qəsəbəsində qonşusu və dostudur. Onun özündə yanıq xəsarəti olmuş və bununla bağlı bir il müalicə almışdır. 2021-ci ilin avqust ayının sonlarında Teymur qazi olduğundan kəsilmiş pensiyasını tanışı Akifin vasitəsi ilə bərpa etdirməsini dedikdə, o da özü üçün əlillik pensiyası almağın mümkün olubolmamasını soruşmasını xahiş etmişdir. O da X34 və Əhalininin Sosial Müdafiəsi Nazirliyində DOST 4 mərkəzində işləyən Azad adlı tanışının olduğunu və pul müqabilində əlillik pensiyalarını həll edə bildiyini demişdir. O da pensiyasını həll etməsi üçün danışıb ona deməsini xahiş etmişdir. Teymur Akiflə danışdıqdan sonra bu işin müqabilində Azad adlı şəxsin 9000 manat pul lazım olduğunu bildirməsini demiş və o pulu düzəldəndə xəbər edəcəyini demişdir. Təxminən 10 avqust 2021 -ci il tarixdə 9000 manat pul düzəltmiş və iş yerində Teymura həmin pulu vermişdir ki, tanışı Akifin vasitəsi ilə Azada çatdırsın. Həmçinin, o yaşayış yeri üzrə poliklinikaya gedib tibbi qeydiyyatdan da keçmişdir. Lakin, yekunda Təqsirləndirilən şəxs Akifin tanışlarından eyni vədlə aldadıb aldığı həmin şəxslərin və onun pullunu ələ keçirib heç bir iş həll etməmiş və əlillik pensiyasını da düzəltməmişdir. Bu səbəbdən Akif Həsənov polisə şikayət etmişdir. Ona Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində 9000 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan 2024-cü ilin yanvar ayına kimi ona dəymiş 9000 manat ziyanı Akif Həsənov vasitəsi ilə hissə-hissə tam ödənilmişdir. (i.v.177-178); Zərərçəkmiş şəxs19 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti yoxdur. Onda bronxial-asma xəstəliyi olduğundan 2-ci qrup əlildir və 2021-ci ilin oktyabr ayınadək pensiya alırmış, lakin, 2021-ci ilin noyabr ayından isə pensiyası dayandırılmışdır. Təqsirləndirilən şəxsla o təsadüfən qardaşıgilə qonaq gələndə Bakıxanov qəsəbəsində parkda çay içən zaman tanış olmuş və Azad özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini bildirmiş və o da ona kəsilmiş əllillik pensiyasını bərpa etdirmək istədiyini dedikdə Azad ona pul müqabilində bu işi həll edə biləcəyini demişdir. O da nə qədər lazım olduğunu soruşanda Azad həmin işin həlli üçün ondan 2000 manat pul istəmişdir. O da təxminən 2022-ci ilin mart ayının 30-da Azadın dəvəti ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Sabunçu rayon məhkəməsinin qarşısına gəlib orada Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. Azad pulu alandan sonra yaxın günlərində pensiyasını bərpa edəcəyini bildirmişdir. Lakin, 2022-ci ilin noyabr ayında xəstəliyi ilə əlaqədar uzun müddət sonra xəstəxanadan çıxdıqdan sonra yenidən Azadla telefonla əlaqə saxlasa da o telefonlarına cavab verməmişi, nə də onun əlillik pensiyasını həll etməmişdir. Bu səbəbdən o da məcbur olub polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində ona 2000 manat dəyərində maddi ziyan dəymişdir. (i.v.223-225); Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 2005-ci ildən Gədəbəydə taksi işləyən vaxtdan tanıyır. Təqsirləndirilən şəxs tanımamışdır və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin mart ayının əvvəlində Zərərçəkmiş şəxs7 Bakıxanov qəsəbəsində dostu Şahid1 vasitəsi ilə Sosial Müdafiə Fondunun əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxsla tanış olduğunu və özünə, qohumlarına həmin şəxsin pul müqabilində təqaüd düzəltməsini demişdir. Onun da qaynı X15 müharibə veteranı olduğundan 2-ci Qarabağ müharibəsindən sonra 2021 -ci ilin iyul ayında təqaüdünü dayandırmışlar. O da həmin ərəfədə bu barədə tanışı Zərərçəkmiş şəxs7 danışmışdır. O da ona Təqsirləndirilən şəxs adlı tanış şəxsin Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə əlilliyə görə əmək pensiyamı bərpa edə biləcəyini dedikdə, o da razılaşmış və maraqlanıb ona deməsini xahiş etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs7 Miqidat oğlunun vasitəsi ilə 2022-ci ilin mart ayının 13-də pensiya almasını həll edəcəyi barədə Azadın vədinə inanıb Unibank kartına Gəncə şəhəri, Mərkəzi küçədəki Unibank ödəmə terminalından göndərilmiş 6000 manat pulu ələ keçirib dələduzluq etmişdir. Bu səbəbdən, Zərərçəkmiş şəxs7 onun və başqa tanışlarının da pensiya işinin həllinə görə verdiyi pulları Təqsirləndirilən şəxs ala bilmədiyi üçün polisə şikayət ərizələri yazmışdır. (i.v.101-103); Zərərçəkmiş şəxs16 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 qohum kimi tanımışdır. Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, 1 -ci Qarabağ müharibəsində döyüşmüş və qazidir. 2022-ci ilin əvvəllərində ona Elşən Sosial Müdafiə Fondunun işçisi ilə əlaqəsi olduğunu və özünə, qohumlarına həmin şəxsin pul müqabilində təqaüd düzəltməsini, pensiyaları bərpa etdirməsini demişdir. O da pensiyasını bərpa etdirmək istədiyini Elşənə bildirib, onun işini danışıb verilməli olan məbləği öyənməsini tapşırmışdır. Elşən bu iş üçün iş düzəldən adamın 5000 manat pul istəməsini dedikdə o da razılaşmışdır və təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində 5000 manat pulu Gəncə şəhərində yaşadığı evin yaxınlığında Elşənə çatdırmışdır ki, işi düzəldən adama versin. Həmçinin, o qazi tanışı Akifə də bu barədə dedikdə o da pensiyasının həll etdirmək üçün onun vasitəsi ilə Zərərçəkmiş şəxs7 3000 manat pul vermişdir. Lakin, sonradan həmin iş alınmamış və Elşən onun və tanışı Zərərçəkmiş şəxs17 da 3000 manat pulunu geri qaytarmışdır. (i.v.237-238); Zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 2022-ci ildən dostu Zərərçəkmiş şəxs16 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin əvvəllərində o qazi dostu Zərərçəkmiş şəxs16la söhbət edərkən əvvəllər aldığı pensiyasının kəsilməsi səbəbindən bərpa etdirmək istəməyini dedikdə Səlim ona Elşən adlı tanışının bu işi həll etmək üçün Sosial Müdafiə Fondunun işçisi Azad adlı şəxslə əlaqəsi olduğunu və özünə, qohumlarına həmin şəxsin pul müqabilində pensiya düzəltməsini, özünün də Elşənə bu məqsədlə pul verməsini demişdir. O da Səlimə dayandırılmış əlillik pensiyasını bərpa etdirmək istədiyini bildirib onun işimi danışıb verilməli olan məbləği öyənməsini xahiş etmişdir. Səlim də Elşənin bu iş üçün iş düzəldən Azad adlı adamın 3000 manat pul istəməsini dedikdə o da razılaşmışdır və təxminən 2022-ci ilin yanvar ayının sonlarında 3000 manat pulu Səlimə çatdırmışdır ki, işi düzəldən adama versin. Lakin sonradan həmin iş alınmadı və Səlimin tanışı Elşən onun da 3000 manat pulunu təxminən 3 ay sonra geri qaytarmışdır. (i.v.245-246); Zərərçəkmiş şəxs X17 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, sonradan qazi dostu Akif Həsənovun vasitəsi ilə tanımışdır, Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O Qarabağ müharibəsində döyüşərək kantuziya-kəllə beyin travması almış və əllik pensiyası alırmış. Lakin, sonradan 2021-ci ilin əvvəllərində əllillik pensiyası kəsildikdə bu barədə tanışı Akif Həsənovla söhbət edərkən o Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində DOST 4 mərkəzində işləyən Azad adlı tanışının olduğunu və pul müqabilində kəsilmiş əlillik pensiyalarını bərpa edə bildiyini demişdir. O da pensiyasının bərpası üçün Azadla danışmasını xahiş etmişdir. Akif danışdıqdan sonra bu işin müqaibilində Azad adlı şəxsin 5500 manat pul lazım olduğunu bildirməsini demişdir və o pulu düzəldəndə xəbər edəcəyini demişdir. Təxminən 18 aprel 2021-ci il tarixdə 5500 manat pul düzəltmiş və Akif Həsənovla Bakı şəhəri, Qara Qarayev metrosunun yaxınlığında görüşüb pensiyasının bərpa edilməsini həll etməsi üçün Təqsirləndirilən şəxs çatdırması üçün 5500 manat pulu Akifə vermişdir. Lakin, yekunda Təqsirləndirilən şəxs Akifin tanışlarından eyni vədlə aldadıb aldığı həmin şəxslərin və onun pulunu ələ keçirib heç bir iş həll etməmiş və pensiyası bərpa olunmamışdır. Bu səbəbdən Akif Həsənov polisə şikayət etmişdir. Ona Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində 5500 manat məbləğində madd ziyan dəymişdir. Sonradan ona dəymiş 5500 manat ziyanından Akif Həsənov vasitəsi ilə ona 5000 manatı ödənilmişdir. (i.v.189-191); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azada bir çox adamlardan pensiya düzəlməsi və bərpası ilə bağlı pul alıb vermişdir. Onların pullarını özü qaytarmışdır. Fuadla bağlı epizodda isə Fuad 4000 manat pulu Ruslana vermiş, Ruslan isə 300 manatını ona vermişdir ki, Akifə versin qalanını isə özü Azada vermişdir. Elşənlə bağlı epizodda isə Elşəni Ramin vasitəsilə tanımışdır. Elşən müharibə əlilliyi pensiyasının bərpa edilməsi üçün müraciət etdikdə, Elşənə Azad adlı şəxsin adını çəkərək onun vasitəsilə həll etdirməyin mümkün ola biləcəyini demişdir, Elşən razılaşmışdır. O, Azadla telefonla danışmış, bu barədə ona demişdir, o da həll edə biləcəyini bildirmişdir. Lazım olan sənədləri çatdırmasını tapşırmışdır və məbləği də ona telefonda demiş, o da Elşənə bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər sakini olan X12 2017-ci ildən hazırda Rusiya FR-da yaşayan qardaşı Elçin Qənbərovun vasitəsi ilə tanımış və şairtamada olduğunu bilir. Təqsirləndirilən şəxs isə 2019-cu ildə Bakıxanov qəsəbəsində qonşusu kimi tanımışdır və onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini bilirmiş. 2022-ci ilin yanvar ayının əvvəlində Bakıxanov qəsəbəsində “Praqa” restoranında Zərərçəkmiş şəxs7la birlikdə əyləşib nahar edəndə Təqsirləndirilən şəxs da oraya gəldikdən sonra bir yerdə əyləşib tanış olub nahar etmişlər. Həmin vaxt söhbət əsnasında Təqsirləndirilən şəxs ona Sosial Müdafiə Nazirliyində işlədiyini və kiməsə təqaüd lazım olsa həll edə biləcəyini demişdir. Elşən də həmin vaxt Azada bacısı Nahidə epilepsiya xəstəsi olduğunu deyib ona əlillik təqaüdü düzəltməyin mümkün olub-olmamasını soruşmuşdur. Azad da Elşənə heç bir problem olmadığını, sənədlərini ona göndərməsini və 5000 manat pul müqabilində bacısının əlillik pensiyası almasını həll edəcəyinə vəd vermiş, hətta başqa kiməsə lazım olsa həll edə biləcəyini bildirmişdir. Elşən də razılaşmış və Təqsirləndirilən şəxsla bir-birinin nömrələrini vermişlər. Azad masadan durub getmişdir. Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxsla məqsədli formada tanış etməmiş və həmin vaxt Azadla normal münasibətləri olduğundan sadəcə nahar etmək üçün görüşmüşlər. Lakin, sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs7 özü Təqsirləndirilən şəxsla telefonla danışıqlar aparıb, özünün, tanış və qohumlarının pensiya işlərini həll etməsi üçün ayrı-ayrı şəxslərdən pullar alıb bank kartı ilə Təqsirləndirilən şəxs göndərmiş, Azad isə verdiyi vədlərə əməl etməyib aldadaraq pulları ələ keçirib dələduzluq etmişdir. Onun Təqsirləndirilən şəxs dələduzluq məqsədindən xəbəri olmamış və onun aldığı pullardan heç bir məbləğdə pul ələ keçirməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2021 -ci ilin mart ayında tanışı Zərərçəkmiş şəxs1la əlilliyə görə təqaüdü kəsildiyinə görə Sumqayıt şəhərində yas mərasimində birlikdə olarkən Nizami adlı şəxsə bu barədə dedikdə, o həmin pensiyanın bərpa edilməsini həll edə biləcəyini bildirmişdir. Elşən ilə Nazami şifahi razılaşmış və sonra görüşməyə qərarlaşmışlar. 2021-ci ilin mart ayının ortalarında Elşən onun mobil telefon nömrəsinə zəng edərək yas mərasimində tanış olduğu Nizami adlı şəxsə ümumilikdə 5300 manat pul verməli olduğunu, lakin, hazırda işdə olması səbəbindən gedib görüşə bilmədiyini və ondan pulu götürüb pensiya işini həll etməsi üçün Nizamiyə çatdırmasını xahiş etmiş, o da razılaşmışdır. O Elşənlə danışqıdan sonra Sabunçu qəsəbəsi Vağzal ərasizində görüşüb 5300 manat pulu ondan götürüb, həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Sərham” marketinin yanında Şahid4lə görüşüb Elşənin ona verdiyi 5300 manat pulu ona çatdırmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs6 ifadəsi ilə eyniməzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti üzrə hadisə yeri olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sərham marketin yanında yerləşən kafelərin birində baş vermişdir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir (İ cild, i.v.14-16). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur(İ cild, i.v.62-63). 12 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 Zərərçəkmiş şəxs1 pensiyasının bərpası üçün Təqsirləndirilən şəxs vədinə əsasən 5300 manat pul alıb Təqsirləndirilən şəxs çatdırdığını bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 aldadıb Şahid4 vasitəsilə 5300 manat pul almadığını, cəmi 400 manat xəstəlik sənədinin alınması üçün Nizami pul verdiyini bildirmişdir(İ cild, i.v.75-78). Baxış keçirilməsi haqqında 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkıdır. Parkın içərisində müxtəlif iaşə obyektləri vardır. Baxış zamanı X14 bildirdi ki, Təqsirləndirilən şəxs onun əlilliklə bağlı aldığı pensiyasını artıracağına dair vəd vermiş, o da sonuncu dəfə 2021-ci ilin oktyabr ayında Azad ilə Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev adına parkın içərisində görüşüb ona 7000 manat pul vermişdir(İ cild, i.v.96-99). Baxış keçirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev adına parkdır. Ətrafda ictimai obyektlər, mağazalar və yaşayış binaları var. Parkın içərisində skamyalar uşaq əyləncə alətləri və idman alətləri var. Baxış zamanı X14 bildirdi ki, sonuncu dəfə Zərərçəkmiş şəxs20 mənim yanımda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda Azada 7000 manat pul vermişdir. Foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur(İ cild, i.v.106-109). Hadisə yerinə baxış keçirilməsi barədə 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs19 Azad adlı şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sabunçu rayon məhkəməsinin qarşısıdır(İ cild, i.v.127-128). Axtarışda olan şəxsin tutulması barədə 09 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:50-də tutularaq 13-cü PŞnə gətirilmişdir(İ cild, i.v.226). 10 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X14 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(İ cild, i.v.245- 248); 10 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(İ cild, i.v.249- 253); Zərərçəkmiş şəxsin ifadəsinin yerində ıyoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiklərini hadisə yeri ünvan 4 ünvanında bir daha qeyd etmişdir(İİ cild i.v.5-7). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur(İ cild i.v.257-259). “Vəsatətə baxılması və rədd edilməsi haqqında” 11 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək o tanışları Akif Həsənovun, Zərərçəkmiş şəxs20 və Zərərçəkmiş şəxs7 vasitəsi ilə müxtəlif şəxslərin pensiyalarının həll edilməsi üçün aldığı pullardan dedikləri məbləğdə almadığını və həmin şəxslərin özlərinin də maddi maraqlarını olmasını bildirməsi vəsatət kimi qəbul edilmiş və toplanmış sübutların məcmusuna əsasən təkzib edildiyindən, özünü müdafiə xarakteri daşıdığından rədd edilmişdir(İ cild i.v.272-274). Sübutların qiymətləndirilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni ittiham elan edilmiş və barəsində Sabunçu rayon məhkəməsinin qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, İstintaq zamanı Təqsirləndirilən şəxs dələduzluq cinayətini törədərkən sonuncuya zərərçəkmiş şəxslərin pensiya işlərinin həll edilməsi üçün pullarını çatdıran və ya bank kartına göndərən Qəhrəmanov Eİşən Miqidat oğlunun, X10, Zərərçəkmiş şəxs20 barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 29,312-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, İstintaq zamanı Şahid1 tanışı Təqsirləndirilən şəxs dələduzluq cinayət əməlində iştirakı olmaması müəyyən edildiyindən Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pensiya düzəltmək vədi ilə aldadaraq 5300 manat pulunu 2021-ci ilin mart ayının 19-da Bakı şəhəri, Sabunçu qəsəbəsi, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində “Sərham” marketin yaxınlığında ələ keçirməklə dələduzluq cinayətini törədərkən Şahid4 ilə qabaqcadan əlbir olması kifayət qədər dəlillərlə təsdiq edildiyindən Şahid4 həmin cinayətdə iştirak etməməsini ifadəsində bildirməsi özünü müdafiə xarakteri daşıdığından rədd edilsin və həmin xüsusat üzrə ayrıca istintaqın aparılması üçün ********* nömrəli cinayət işinin materiallarından həmin faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə yeni cinayət işi ayrılması üçün ayrıca qərar qəbul edilmiş, İstintaq zamanı Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs7 vasitəsi ilə Gülnar adlı qadının, “Qaqani” ləqəbli Razim adlı şəxsin, Zərərçəkmiş şəxs20 vasitəsi ilə İlkin, İlham və Zaur adlı şəxslərin, Akif Həsənovun vasitəsi ilə Hicran adlı qadının, Səbuhi adlı şəxslərin pensiya almalarını həll edəcəyi ilə müxtəlif məbləğlərdə pullar alması faktlar ilə bağlı zərərçəkmiş şəxslərin şikayəti olmaması nəzərə alınmaqla həmin xüsusatlar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş, X10 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində vəziyyətinə xitam verilmiş və sonuncun ifadəsi şahid qismində qiymətləndirilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, baxış, ifadənin yerində yoxlanılması protokolları iş üzrə sübut növü kimi tanınmışdır(İİİ cild i.v.8-28). Cinayət işinin materiallarından yeni cinayət işinin ayrıca icraata ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pensiya düzəltmək vədi ilə aldadaraq 5300 manat pulunu 2021-ci ilin mart ayının 19-da Bakı şəhəri, Sabunçu qəsəbəsi, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində “Sərham” marketin yaxınlığında ələ keçirməklə dələduzluq cinayətini törədərkən Şahid4 barəsində ayrıca istintaqın aparılması üçün Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə yeni ********* nömrəli cinayət işi ayrılaraq, ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir(İİİ cild i.v.29-31). Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir(İİİ cild i.v.39-42). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-841/2023 saylı 11 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablanmışdır( İ cild i.v.283-289). Cinayət işinin aiddiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi baxılması üçün aiddiyyəti üzrə DİN-nin NBMİ-nin X9 İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir(İİ cild i.v.8-10). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-594/2023 saylı 09 dekabr 2023-cü iş tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay 06 gün, yəni 15 fevral 2024-cü il tarixədək uzadılmışdır(İİ cild i.v.34-39). Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilmişdir(İİ cild i.v.40-41). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 15 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər heç bir cinayət törətməyə görə məhkum olunmamışdır (İİ cild i.v. 47); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-86/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə uzadılmışdır(İİ cild i.v.70-77). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-86/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır(İİ cild i.v.85-91). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-196/2024 saylı 09 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 may 2024-cü il tarixədək uzadılmışdır(İİ cild i.v.136-143). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-278/2024 saylı 13 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 08 iyun 2024-cü il tarixədək uzadılmışdır(İİ cild i.v.210-217). İbtiadi istintaq müddətinin uzadılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 15 aprel 2024-cü il tarixədək uzadılmışdır(İİ cild i.v.60-61). İbtiadi istintaq müddətinin uzadılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 15 may 2024-cü il tarixədək uzadılmışdır(İİ cild i.v.125-127). Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə tərəfimdən istintaq edilən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir(i.v 79-81). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-350/2024 saylı 06 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır(İİİ cild i.v.142-149). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-513/2024 saylı 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasına qədər dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-513/2024 saylı 08 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş üzrə müstəntiq X18 məhkəmə iclasında bildirmişdir ki, Zərərçəkmiş şəxs9 epizodu üzrə elan olunmuş ittihamın həcminin və ittiham aktında olan ifadəsində verilmiş pulun məbləği 6 000 manat qeyd edilməsi texniki səbəbdən baş vermişdir, iş materiallarında olan ifadəsindən də göründüyü kimi dəymiş ziyan 4 500 manat olmuşdur. Zərərçəkmiş şəxs19 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, hazırda ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs15 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi deyil, ona dəymiş ziyan ödənilib, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs8 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi deyil, ona dəymiş ziyanla bağlı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs11 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs6 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi deyil, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs13 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs17 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkməmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs16 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkməmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. X17 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs10 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs18 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs9 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs12 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs özünü təqsirli bilməsi ilə əlaqədar onun Zərərçəkmiş şəxs2 5 000 manat, Zərərçəkmiş şəxs3 5 000 manat, Zərərçəkmiş şəxs6 4 000 manat, Zərərçəkmiş şəxs7 3 000 manat, Zərərçəkmiş şəxs8 3 000 manat, Zərərçəkmiş şəxs11 4 000 manat, Zərərçəkmiş şəxs12 4 500 manat, Zərərçəkmiş şəxs15 3 500 manat, Zərərçəkmiş şəxs16 5 000 manat, Zərərçəkmiş şəxs17 3 000 manat, Zərərçəkmiş şəxs19 2 000 manat maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməsi və həmin hissədə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Müdafiəçi məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 4500 manat, Zərərçəkmiş şəxs16 5000 manat, Zərərçəkmiş şəxs17 3000 manat, Zərərçəkmiş şəxs15 3500 manat, Zərərçəkmiş şəxs11 4000 manat, Zərərçəkmiş şəxs19 2000 manat, Zərərçəkmiş şəxs6 4000 manat, Zərərçəkmiş şəxs2 3000 manat, Zərərçəkmiş şəxs8 3000 manat, Zərərçəkmiş şəxs12 4500 manat, Zərərçəkmiş şəxs3 3000 manat, Zərərçəkmiş şəxs7 2000 manat məbləğində pulunu ələ keçirdiyi 12 epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham “o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının 3-də cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs7 tanışı Zərərçəkmiş şəxs9 dayandırılmış əlillik pensiyasının bərpasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan əlaqələri vasitəsi ilə həll edəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui-istifadə edib öz adında olan 5243-7544-1802-9037 nömrəli “Unibank” bank hesab kartına Gəncə şəhəri, Mərkəzi küçədəki Unibank terminalından göndərdiyi 6000 pulu ələ keçirib Zərərçəkmiş şəxs9 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir” qiymət verilməlidir. Belə ki, ititham aktında ifadəsi qeyd edilmiş Zərərçəkmiş şəxs9 iş materiallarında olan(İİ cild i.v 82-84) ifadəsindən görünür ki, o Zərərçəkmiş şəxs7 vasitəsi ilə 2022-ci ilin mart ayının sonlarında Azadın pensiya almağını həll edəcəyi vədinə inanıb bu iş üçün istədiyi 4500 manat pulu Zərərçəkmiş şəxs7 Gəncə şəhərində onun yaşadığı evin yaxınlığında vermişdir. Ona dəymiş 4500 manat maddi ziyan sonradan aramızda olan xətir hörmətə görə Zərərçəkmiş şəxs7 tərəfindən ödənilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs7 iş materiallarında olan ifadəsindən(İCild 206-209) görünür ki, dostu Bilman da 4500 manat pulu əlillik təqaüdünün bərpa olunması üçün Təqsirləndirilən şəxs Unibank bank kartına Gəncə şəhərində Mərkəzi küçədə Bankdan göndərmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclası zamanı ifadəsində Zərərçəkmiş şəxs9 dəymiş ziyanın 4500 manat olmasını qeyd etmişdir. Bundan savayı məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində ona dəymiş maddi ziyanın 4 500 manat olmasını, bir daha təsdiq etmişdir. X24 da həmin epizod üzrə məbləğin 4500 manat olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında müstəntiq X18 bildirmişdir ki, Zərərçəkmiş şəxs9 epizodu üzrə elan olunmuş ittihamın həcminin və ittiham aktında olan ifadəsində verilmiş pulun məbləği 6 000 manat qeyd edilməsi texniki səbəbdən baş vermişdir, əslində Zərərçəkmiş şəxs9 dəymiş ziyan 4 500 manat təşkil edir və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs9 epizodu üzrə 6000 manat ittihamın həcmi azaldılmaqla 4 500 manat məbləğində müəyyən edilməlidir. Həmin epizod üzrə əməlin törədilmə vaxtı 03 mart 2022-ci il təşkil edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Zərərçəkmiş şəxs2 5000 manat, Zərərçəkmiş şəxs3 5000 manat, Zərərçəkmiş şəxs6 4000 manat, Zərərçəkmiş şəxs7 3000 manat, Zərərçəkmiş şəxs8 3000 manat, Zərərçəkmiş şəxs11 4000 manat, Zərərçəkmiş şəxs12 4500 manat, Zərərçəkmiş şəxs15 3500 manat, Zərərçəkmiş şəxs16 5000 manat, Zərərçəkmiş şəxs17 3000 manat, Zərərçəkmiş şəxs19 2000 manat, Zərərçəkmiş şəxs9 4500 manat epizodu üzrə özünü təqsirli bilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi epizod Zərərçəkmiş şəxs1 aid hissəyə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs həmin hissədə bildirmişdir ki, Şahid4 ondan Zərərçəkmiş şəxs1 epiqrizinin alınması üçün müraciət etmiş və o, da həmin sənədə görə 400 manat pul almışdır. Bunun əsasında xəstəlik tarixçəsini alaraq Nizamiyə təqdim etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 pensiyasının bərpası üçün heç bir məbləğdə pul almamışdır. Nizami sonradan ondan xahiş etmişdir ki, pensiya işini həll edə bilmir, Elşənlə görüşüb onu sakitləşdirək. O da Nizami ilə dost olduğu üçün Zərərçəkmiş şəxs1la birlikdə görüşmüşlər. Görüş zamanı təklikdə Elşən pulu qaytarmağı tələb etmiş, o isə bildirmişdir ki, ona pul verməmişdir, niyə ondan pul tələb edir. Nizami ondan yalnız xəstəlik sənədinin alınması üçün köməklik istəyib, pensiyanın bərpası üçün heç bir pul almamışdır. Məhkəmə iclası zamanı dindirilmiş Şahid4 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, Elşən 5300 manat pulu ona vermiş, o da həmin pulları Təqsirləndirilən şəxs vermişdir. Azad məbləği telefonda demiş, o da Zərərçəkmiş şəxs1 bildirmişdir. İş materiallarında olan Şahid4 ilə Təqsirləndirilən şəxs arasında olan üzləşdirmə protokolundan(İ Cild i.v. 75-78) görünür ki, Şahid4 Elşən Süleymanovun pensiyasının düzəldilməsi üçün Bakı şəhəri, Qara Qarayev metrosunun yaxınlığında yerləşən “Meşəbəyi” çayxanasında görüşüb 5300 manatı Təqsirləndirilən şəxs verdiyini bir daha qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid4 ilə Nizami rayonu Q.Qarayev prospektində adını xatırlamadığı çayxanada, eləcə də digər ünvanlarda bir neçə dəfə görüşmüş, hər dəfə o pensiyanın düzələcəyinə vəd vermiş və görüş zamanı Nizami ona müxtəlif adlar çəkərək pulu həmin şəxslərə verdiyini demişdir. Həmçinin, Nizami ona Təqsirləndirilən şəxs adını da çəkərək pulu ona verdiyini bildirmişdir. O, Nizami və Təqsirləndirilən şəxsla Q.Qareyev prospektində görüşmüşlər. O Azada pulunu qaytarmasını dedikdə Azad isə ona “Sən mənə pul vermisən, mənimlə hər hansı işi danışmısan?” deyə sual vermiş, o da “yox” dedikdə isə “Get pulunu kimdən alırsan al” demişdir. Bu zaman o Nizamiyə müraciət edərək pulunu qaytarmasını acıqlı formada ondan tələb etdikdə, Nizami ona sakitləşməyini bildirmiş, tezlikdə pulu qaytaracağına dair söz vermişdir. Onun pulunu Şahid4 aldadıb ələ keçirmişdir. Barəsində istintaqı aparılan iş üzrə Şahid4 pulunu ələ keçirdiyini etiraf etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, Şahid4 İlə Təqsirləndirilən şəxs arasında olan münasibətlər(özlərinin deməsinə görə dostluq münasibətlərinin olması), xəstəlik kağızının alınmasında köməklik edilməsi(400 manat qarşılığında), birlikdə Zərərçəkmiş şəxs1la görüşün təşkil edilməsi, Şahid4 məhkəməyədək icraat dövründə(ifadə və üzləşmə protokolunda) və məhkəmə baxışında pulu Təqsirləndirilən şəxs verməsi onu deməyə əsas verir ki, həmin hissədə əməl istintaq orqanı tərəfindən düzgün olaraq qiymətləndirilmişdir. Məhkəmə müdafiə tərəfinin qeyd etdiyi zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs13, X13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17 Müslüm oğluna, X5, Zərərçəkmiş şəxs10 və X8 pulları hələ ibtidai araşdırma başlananadək qaytarılması ilə bağlı cinayət işi başlananadək ictimai təhlükəli əməlin aradan qaldırılmasına münasibətdə qeyd edir ki, əməlin törədilməsi və onun nəticələrinin aradan qaldırılması cinayət təqibini aradan qaldıran hal hesab edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən pulların ödənilməsi ilə bağlı hissədə qeyd edir ki, zərərçəkmiş şəxslərə ziyanın ödənilməsi cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 aid hissədə və bəzi şişirdilmiş məbləğlərə dair hissədə Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxslər dindirilmişdir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bəzi epizodlar üzrə məbləğlərin şişirdilmiş olmasını, vasitəçilər tərəfindən pulun ona tam verilməməsini qeyd etsə də, vurulmuş ziyanların əksər hissəsi(Zərərçəkmiş şəxs20 istisna olmaqla, Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmaması)zərərçəkmiş şəxslərə ödənilmiş və bununla bağlı ərizə və teleqramlar məhkəməyə daxil olmuşdur. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanların ödənilməsi ona deməyə əsas verir ki, həmin hissədə məbləğlər mübahisəsiz qəbul edilərək, razılaşaraq ödənilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs özünü təqsirli bilməsi ilə əlaqədar onun Zərərçəkmiş şəxs2 5 000 manat, Zərərçəkmiş şəxs3 5 000 manat, Zərərçəkmiş şəxs6 4 000 manat, Zərərçəkmiş şəxs7 3 000 manat, Zərərçəkmiş şəxs8 3 000 manat, Zərərçəkmiş şəxs11 4 000 manat, Zərərçəkmiş şəxs12 4 500 manat, Zərərçəkmiş şəxs15 3 500 manat, Zərərçəkmiş şəxs16 5 000 manat, Zərərçəkmiş şəxs17 3 000 manat, Zərərçəkmiş şəxs19 2 000 manat maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməsi və həmin hissədə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 5000 manat, Zərərçəkmiş şəxs3 5000 manat, Zərərçəkmiş şəxs6 4000 manat, Zərərçəkmiş şəxs7 3000 manat, Zərərçəkmiş şəxs8 3000 manat, Zərərçəkmiş şəxs11 4000 manat, Zərərçəkmiş şəxs12 4500 manat, Zərərçəkmiş şəxs15 3500 manat, Zərərçəkmiş şəxs16 5000 manat, Zərərçəkmiş şəxs17 3000 manat, Zərərçəkmiş şəxs19 2000 manat pulunu ələ keçirdiyi 11 epizod üzrə əməli ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. İttihamın Zərərçəkmiş şəxs9 aid hissədə həcmi 6000 manatdan azaldılaraq 4500 manat müəyyən edildiyindən həmin hissədə də əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan 12 epizod üzrə cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizod üzrə cinayət əməllərinin 2021-ci ildə baş verməsini, dövlət ittihamçısının həmin epizodlar üzrə ittihamdan imtina etməsini(Zərərçəkmiş şəxs9 epizodu istisna olmaqla), Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizod üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 32.2.8-ci maddəsinə müvafiq olaraq dövlət ittihamçısı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə uyğun olaraq isə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf eməsini və səmimi peşmançılıq çəkməsini(CM-59.2), epizodların böyük hissəsi üzrə ziyanın ödənilməsini(Zərərçəkmiş şəxs20 istisna olmaqla, Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmaması)(59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddələrində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növünə münasibətdə hesab edir ki, epizodların sayının çoxluğu(20(iyirmi) epizod), vurulmuş ziyanın məbləğinin həcmi, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə cəzanın həddinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, 20(iyirmi) epizoddan(Zərərçəkmiş şəxs20 istisna olmaqla, Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmaması) zərərçəkmiş şəxslərin ərizə verərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmaması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablanmalı(həbsə alındığı vaxtdan), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), ittiham aktında qeyd olunan 12 epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən həmin hissədə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs20 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəməyək icraat dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə ödənilməli olan məbləğ dövlət büdcəsindən ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2 5 000 manat, Zərərçəkmiş şəxs3 5 000 manat, Zərərçəkmiş şəxs6 4 000 manat, Zərərçəkmiş şəxs7 3 000 manat, Zərərçəkmiş şəxs8 3 000 manat, Zərərçəkmiş şəxs11 4 000 manat, Zərərçəkmiş şəxs12 4 500 manat, Zərərçəkmiş şəxs15 3 500 manat, Zərərçəkmiş şəxs16 5 000 manat, Zərərçəkmiş şəxs17 3 000 manat, Zərərçəkmiş şəxs19 2 000 manat maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və həmin hissədə cinayət təqibinə xitam verilsin. Zərərçəkmiş şəxs9 epizodu üzrə ittihamın həcmi azaldılaraq 4500 manat məbləğində müəyyən edilsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və həmin hissədə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar