Məhkəmə qərarları › İş №1(008)-181/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-181/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-181/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 (videokonfrans vasitəsilə), Zərərçəkmiş şəxs6 (mülki iddiaçı) və Zərərçəkmiş şəxs7, müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 07 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi metronun Əhmədli stansiyası yaxınlığında avtomobil alıb taksi fəailiyyəti ilə məşğul olub pul qazanmaq adı ilə Zərərçəkmiş şəxs3 yalandan vəd verib aldatmaqla 2023-cü ilin dekabr ayının son on günündə ünvan 2 ünvanın qarşısında 5600 manat, daha sonra 25 dekabr 2023-cü il tarixdə həmin ünvanda 2600 manat, 27 dekabr 2023-cü il tarixdə eyni ünvanda 2000 manat və sonuncu dəfə 29 dekabr 2023-cü il tarixdə həmin ünvanda 1000 manat pulunu alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs3 11200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində modeli və istehsalçısı bəlli olmayan yalnız vizual olaraq “Apple” şirkətinin istehsal etdiyi “İphone 15 Pro Max” modelli telefona oxşuyan özünün 170 manata əldə etdiyi mobil telefon qurğusunu dəyərindən dəfələrlə yüksək qiymətə satıb 1950 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 1950 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə 04 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 məxsus dəyəri 15500 manat olan “Mercedes” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili 15500 manata satıb bir həftə ərzində pulunu verəcəyi adı ilə yalandan vəd verib aldatmaqla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Park Bulvar” ticarət mərkəzinin qarşısında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təqdim etdiyi “mobil notariat” tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs6 bütün hüquqları özündə ehtiva edən etibarnamə alaraq “Mercedes” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirməklə dəyərindən ucuz qiymətə başqa şəxsə satıb pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs6 15500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə həmçinin Zərərçəkmiş şəxs1 ona etibar etmədiyini əvvəlcədən bildiyi üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında atası Şahid1 ilə cinayət əlaqəsinə girərək onunla birlikdə Zərərçəkmiş şəxs1 pulunun ələ keçirilməsi barədə əvvəlcədən razılaşdırılmış halda vahid niyyətlə əhatə olunan qəsdlə 25 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 “Lexus RX 300” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq adı ilə yalandan vəd verib aldatmaqla ilk dəfə həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi 4 saylı ünvaın qarşısında 500 manat, ikinci dəfə 26 mart 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 24 saylı notariat kontorunda özündə inam yaratmaq üçün atası Şahid1 tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 baş etibarnamə verərək 6300 manat və həmin tarixdə eyni ünvanda “Lexus RX 300” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yazılmış inzibati cərimələri ödəmək adı ilə 200 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 7000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə 07 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsində yerləşən 15 saylı notariat kontorunda Zərərçəkmiş şəxs5 məxsus “Chevrolet Aveo” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili 8000 manata alacağına dair yalandan vəd verib aldatmaqla öz adına bütün hüquqları özündə ehtiva edən etibarnamə alıb vədinə əməl etməyərək avtomobili ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs5 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə 12 avqust 2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs4 məxsus dəyəri 18000 manat təşkil edən “Kia Rio” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili alacağını yalandan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs4 bütün hüquqları özündə ehtiva edən etibarnamə alıb həmin avtomobili Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanından aparıb dəyərindən aşağı qiymətə başqa şəxsə sataraq 18000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs4 18000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə 20 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Cruz” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Kürdəxanı şossesi, 10 ünvanında yerləşən 39 saylı notariat ofisində şəxsiyyət vəsiqəsini notariat ofisinə təqdim etdiyi cinayətdən xəbəri olmayan X2 adına bütün hüquqları özündə ehtiva edən etibarnamə verdirərək qeyd olunan avtomobili 12000 manata satacağını yalandan vəd verib aldatmaqla vədinə əməl etməmiş və həmin avtomobili ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 12000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 10 ildir ki, tanıyır, onunla yaxşı münasibətləri olmuşdur. Rahib həmişə öz avtomobilini satıb iş görmək istədiyini deyirdi. Həmin ərəfələrdə yəni 2023-cü ilin oktyabr ayının əvvəlindən maddi vəziyyəti yaxşı deyilmiş və bu vəziyyəti yaxşılaşdırmaq üçün o, müxtəlif yollara əl atırmış. Ona görə də o, Rahibə həmin ərəfədə zəng edib yaxşı bir iş var, pul qazanmaq olar demişdir. Bundan sonra o, Rahiblə “Əhmədli” metrosu yaxınlığında görüşüb söhbət etmişlər. Rahib ondan nə iş olduğunu soruşmuş o, isə ona taksi şirkəti var əgər o, özünə məxsus “Ford Fusion” markalı avtomobilini verərsə ayda 750 manat qazanc əldə edə biləcəyini demişdir. Rahib qazancın yaxşı olduğunu deyib, bir gün sonra tarixləri dəqiq yadında deyil öz avtomobilini girov qoyub pul götürdüyünü demişdir. O, Rahibə “Ravon” markalı avtomobil var onu alıb icarəyə vermək olar demişdir, daha sonra o, Rahibə “Ravon” markalı avtomobilin şəkillərini göndərmişdir. Rahib şəkillərə baxıb avtomobili bəyəndiyini demişdir. Bir gün sonra o, Rahiblə “Əhmədli” metrosu yaxınlığında görüşmüş və Rahib ona və bu işə inandığı üçün 5600 manat pul vermişdir. O, Rahibə demişdir ki, “avtomobili mənim adıma almaq lazımdır”, Rahibdə razılaşmışdır və o, “Ravon” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına lizinqə salıb almışdır. İlk bir ay o, Rahibə 800 manat pul vermişdir, lakin sonradan ona pul verməmiş və özü ona aid pulları öz ehtiyyaclarına xərcləmişdir. Bundan başqa o, Rahibdən əlavə olaraq 2000 və 1000 manat pul borca almış və həmin borcu qaytarmamışdır. Təxminən 2024-cü ilin yanvar ayında “Tap.az” internet saytına “İphone 15 Pro Max” markalı mobil telefonu 2150 manata satmağı barədə elan yerləşdirmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs7 adlı şəxs ona zəng edərək telefonu almaq istədiyini, qiymətindən müəyyən qədər endirim etməyini xahiş etmişdir. Onlar ümumi razılığa gəlmişlər və 1950 manata razılaşmışlar. O, Seymurla Suraxanı rayonu, Hövsan qəsəbəsində görüşmüşdür. Həmin vaxtı mobil telefonu Seymura vermişdir. O, həmin satdığı telefonu 28 may metrosunun yaxınlığında 170 manata almışdır. Telefonun Dubay variantı olduğunu bilirmiş. Özü Seymuru satdığı telefonun original olduğuna inandırmışdır. O, oradan aralandıqdan bir neçə saat sonra isə Seymur ona zəng edərək telefonun saxta olmasını bildirdikdə isə o, Seymura pulunu geri qaytaracağına söz vermiş, lakin sonradan dəfələrlə zəng etsə də onun zənglərinə cavab verməmişdir. Daha sonra bildirmişdir ki, Zərərçəkmiş şəxs1la maşın alveri edərək tanış olmuşlar. Bir neçə dəfə Qəzənfərlə maşın alveri etmişlər. Belə ki, 28 mart 2024-cü il tarixdə atası Şahid1 tanışı ilə danışaraq “Lexus RX 300” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobili almışlar. Ondan həmin avtomobili Zığ qəsəbəsindən Naxçıvanski küçəsindən maşını götürüb və həmin avtomobili Əhmədli qəsəbəsinə gətirməsini xahiş etmişdir. Həmin vaxtı atası onunla birlikdə gəlmiş və onlar birlikdə dal qabaq avtomobili götürüb qayıtmışlar. Həmin vaxtı avtomobili nənəsinin yaşadığı evin həyətində saxlamışlar. Nənəsinin evi Xətai rayonu Əhmədli qəsəbəsində yerləşirmiş. Həmin vaxtı atası Ağali ondan avtomobilə müştəri tapmasını xahiş etmişdir. O, tanışı Zərərçəkmiş şəxs1 zəng etmiş və maşın barəsində məlumat vermişdir. Bundan sonra Qəzənfər də nənəsinin yaşadığı evin həyətinə gəlmişdir. Onlar birlikdə avtomobilə baxmışlar və həmin vaxtı Qəzənfər 100 manat beh vermişdir. Bir gün sonra səhər avtomobili alqı satqı etməyə razılaşmışlar. Həmin vaxtı 100 manat behi o, atasından almışdır. Bildirdirmişdir ki, müştəri tapdığına görə həmin 100 manatı özünə götürmüşdür. Sonradan isə səhəri günü atası Qəzənfərlə Qaraçuxur qəsəbəsində 25 saylı notariusda görüşüb avtomobili alqı satqı etmişlər. Həmin puldan ona heç bir ödəniş atası tərəfindən edilməmişdir. Zərərçəkmiş şəxs5 şəxsən tanımırmış, o, Turanənin həyat yoldaşı Əliağa Şəhgəldiyevi tanımışdır. Həqiqətən internet vasitəsi ilə elan verilmiş “Chevrolet Aveo” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair elanda olan telefon nömrəsi ilə zəng edib danışmış və avtomobilə baxıb almaq istədiyini bildirmişdir. Sonradan o, Şahid3lə və onun qardaşı ilə görüşmüş və onlara da müxtəlif yalanlar danışaraq avtomobilə dair baş etibarnamə almış və sonradan avtomobili aparıb satıb pulu öz ehtiyyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 2024-cü ilin avqust ayında özünə avtomobil almaq istəyirmiş. Bu səbəbdən turbo.az saytında yerləşdirilmiş satılan avtomobillərin səhifələrinə baxırmış. “Chevrolet Cruz” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışı ilə əlaqədar elan yerləşdirildiyini görmüşdür. Avtomobil xoşuna gəldiyi üçün avtomobilin sahibi olan adı ona sonradan məlum olmuş Zərərçəkmiş şəxs2la telefon əlaqəsi saxlayıb görüşmüşdür. Onunla avtomobili 12000 manat qiymətə razılaşmışlar. O, Emindən Zabrat-2 qəsəbəsində yerləşən notariat ofisində baş etibarnamə almışdır. Bundan sonra o, həmin avtomobili X6 adına keçirtmişdir. O, Vasiflə öz aralarında olan razılaşmaya əsasən X5 10000 manat kredit götürüb 20 ay müddətində hər ay ona 686 manat pul ödəyəcəkmiş. Yaşadığı evin yanında Zərərçəkmiş şəxs2la görüşüb ona 11000 manat pul vermişdir. Sonradan məlum olmuşdur ki, Emin onun barəsində 15-ci PB-nə şikayət etmişdir ki, guya o, ona 12000 manat pulu verməlidir. Əslində isə onun Eminə cəmi 1000 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs6 məxsus “Mercedes” markalı avtomobilə dair bildirmişdir ki, məhkəmədə işinin olması ilə əlaqədar ona 6700 manat pul lazım olmuşdur. Ona söhbət zamanı məlum olmuşdur ki, Kənan öz avtomobilini satır və o, Kənana demişdir ki, avtomobili ona versin, o, Kənana bir həftə sonra 15500 manat pul verəcək. Kənanı inandırmaq üçün nənəsinin evini satıb nə lazımdırsa edəcəyini demişdir. Kənan ona inanmış və onlar 04 mart 2024-cü il tarixdə “Park Bulvar” ticarət mərkəzinin qarşısında görüşmüşlər o, əvvəlcədən Kənanın atvomobilinə müştəri tapmış və Kənanda həmin şəxsə baş etibarnamə vermişdir və həmin şəxs ona 7700 manat pul vermişdir. Pulu o, öz ehtiyyaclarına xərcləmişdir. Bundan başqa o, Kənandan 250 manat bir, 70 manat bir və 15 mart 2024-cü il tarixdə 270 manat pul almış və inandırmaq üçün nənəsinin evini satıb pulu verəcəyini bildirmişdir. Mülki iddiaya gəldikdə isə Zərərçəkmiş şəxs6 ona qarşı verilmiş mülki iddiasını tam qəbul edir. O, Alimi internetdə avtomobil satışı ilə bağlı verdiyi elana görə tanımışdır. Belə ki, 12 avqust 2024-cü il tarixdə “turbo.az” internet səhifəsində 2016cı il buraxılışlı “Kia Rio” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satıldığını görmüşdür. Elanda qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlamış və həmin vaxt Alimlə danışıb avtomobilə baxmaq istədiyini və onunla görüşmək istətdyini demişdir. Həmin ərəfədə isə Rusiyada bir müştərinin ondan özü üçün ucuz “Kia Rio” markalı avtomobil düşərsə xəbər etməyini xahiş etmişdir. O, Alimlə “Badamdar” qəsəbəsində görüşmüşdür. Avtomobilə baxdıqdan sonra bəyəndiyini demişdir. Alim avtomobilin qiymətini 18000 manat demiş və o, Alimlə razılaşmışdır. Həmin vaxt Alimin Azər adlı dostu orada olmuşdur. O, Alimə onlayn qaydada etibarnamə və şəxsiyyət vəsiqəsini ona verməsini demişdir. Belə ki, pulun Rusiyadan onun adına göndərilməli olduğunu bildirmiş, lakin Alim şəxsiyyət vəsiqəsinin üzərində olmadığını deyərək dostu Azərin şəxsiyyət vəsiqəsini göstərmiş, o, öz mobil telefonu ilə şəklini çəkib geri qaytarmışdır. Bundan sonra Alim ona həmin avtomobilə dair baş etibarnamə vermiş və öz adına olan avtomobilin qeydiyyat şəhadətnaməsini ona vermişdir. Avtomobili isə Şərifzadə küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında saxlamışdır. Bundan sonra o, avtomobilə olan müştəri ilə əlaqə saxlamış və o, Mirzəağa adlı şəxsin telefon nömrəsini ona vermişdir, o, müştəriyə avtomobil olduğunu və baxmaq istəsəz baxa bilərsiniz demişdir. Bundan sonra həmin Mirzəağa gəlib avtomobilə baxıb bəyənmiş və ona 9320 manat pulunun olduğunu demişdir. O da, razılaşmış və avtomobili aparıb BDYPİ-də Mirzəağanın adına rəsmiləşdirib pulu almışdır. Pulu əldə edən kimi kazino oyunlarına yatırmış və orada uduzmuşdur. Avtomobili satdığı şəxsə isə avtomobilin sahibi barədə heç bir məlumat verməmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, avtomobil alveri ilə məşğul olur və Təqsirləndirilən şəxs bu səbəbdən tanımışdır. Belə ki, o, Nəcəfin qohumundan avtomobil alan zaman Nəcəf də orada olmuşdur. Həmin vaxt Nəcəf ona yaxınlaşıb onun mobil telefon nömrəsini götürmüş və avtomobil olacağı təqdirdə onunla əlaqə saxlayacağını demişdir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Nəcəf ona zəng edərək avtomobil satdığını bildirmişdir. O, həmin vaxt Nəcəfin yaşadığı Əhmədli qəsəbəsinə getmişdir. O, orada “Lexus RX300” markalı avtomobilə baxmış və Nəcəfə 500 manat beh vermişdir. Bir gün sonra onlar Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 24 saylı notariat kontorunda görüşmüşlər və Nəcəfin atası Şahid1 ona baş etibarnamə vermiş və o da bunun müqabilində Şahid1 6800 manat pul vermişdir. Həmin vaxt notariat kontorunda ikisi olmuşdur. O, avtomobili alıb getdikdən iki saat sonra ona verilmiş baş etibarnamə ləğv edilmiş və polis əməkdaşları onu yolda saxlamışlar. O dərhal nəcəfə zəng edib bu barədə məlumat vermiş, Nəcəf isə bir saata məsələni həll edəcəyini demişdir. Daha sonra o, Nəcəfə məsələni həll olunmadığını və polisə şikayət edəcəyini demişdir, Nəcəf isə şikayət etməməsini və bu məsələni həll edəcəyinə söz vermişdir. Lakin 3 gün keçməsinə baxmayaraq məsələ həll edilməmiş və Suraxanı RPİ-nin 32-ci PB-nə ərizə ilə müraicət etmişdir. Həmin ərəfədə isə avtomobil ondan alınıb həqiqi sahibinə qaytarılmışdır. Bu məsələdə ona ümumilikdə 7000 manat maddi ziyan dəymişdir. Belə ki, 6800 manat avtomobilə görə və 200 manat da ödənilmiş cərimələrə görə ona maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 10 avqust 2024-cü il tarixdə özünə məxsus olan “Kia Rio” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün “turbo.az” internet satış portalına yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Nəcəf adlı bir şəxs ona zəng edib avtomobili almaq istədiyini bildirmişdir. Nəcəf avtomobilə baxmaq üçün onun yaşadığı binanın qarşısına gəlmişdir. Qiyməti ondan soruşduqda o, Nəcəfə 18000 manata satdığını demişdir. Nəcəf onunla qiymət barəsində razılaşmış və ona atasının Rusiyada yaşamasını və 18000 manat pul, yəni 11000 ABŞ dolları göndərəcəyini, həmin puldan 700 manat artıq olacağını və 700 manatı ona verməli olacağını demişdir. O, Nəcəfin bu təklifi ilə razılaşmışdır. 12 avqust 2024-cü il tarixdə Nəcəf ondan etibarnamə istəmişdir, o da Nəcəfə inandığı üçün avtomobili idarə etməyə dair etibarnamə verəcəyini demişdir. Lakin Nəcəf onu aldatmış və mobil notariat vasitəsi ilə ondan baş etibarnamə almışdır. Nəcəf bildirmişdir ki, avtomobili Yasamal rayonunda xalasının yaşadığı binanın qarşısında saxlasınlar ki, xalası görüb atasına avtomobilin olduğunu desin. O, Nəcəfə inanmış və avtomobili idarə edib aparıb Yasamal rayonu M.Xiyabani ilə Şərifzadə küçəsinin kəsişməsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında saxlamışdır. Nəcəf pulu götürmək üçün Yasamal rayon məhkəməsinin qarşısında yerləşən “Kapital Bank”a getmək lazım olduğunu demişdir. Nəcəf ona demişdir ki, “sən get banka mən isə gedirəm Masazır qəsəbəsinə orada işlərim var”. O, banka getmiş və orada növbə götürüb gözləmişdir. Növbəsi çatdıqda bank əməkdaşı onun adına heç bir məbləğ olmadığını bildirmişdir. O, dərhal bu barədə Nəcəfə zəng edib bildirmiş, Nəcəf isə ona demişdir ki, “biraz yubanır indi sms kod göndəriləcək sənə”. Sms kod daxil olmuş, lakin bu dəfə də yalan çıxmışdır. O, dərhal avtomobili saxladığı yerə getmiş və avtomobilin orada olmadığını görmüşdür. O, Nəcəfə zəng edib avtomobilin harada olduğunu soruşmuş, Nəcəf isə ona öz avtomobili ilə birlikdə yol polisi saxlamış və avtomobilinin cərimə meydançasına aparıldığını demişdir. Nəcəf ona demişdir ki, “sənin avtomobilin orada olmalıdı”, o, isə olmadığını demiş, Nəcəf ona birazdan gələcəyini demişdir. O, isə Nəcəfi nə qədər orada gözləsə də Nəcəf gəlməmiş, ona görə də o, bu barədə polisə müraciət etmişdir. Nəcəf ona məxsus olan “Kia Rio” markalı avtomobili aldadıb ələ keçirməklə ona 18000 manat maddi ziyan vurmuşdur. Sonradan ona Nəcəfin onu aldadıb baş etibarnamə alıb avtomobili kiməsə satdığı məlum olmuşdur. Sonda Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o 2024-cü ilin avqust ayında özünə məxsus “Chevrolet Cruz” markalı **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və ona görə də “turbo.az” internet satış portalına yerləşdirmişdir. 20 avqust 2024-cü il tarixdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona zəng edərək avtomobilə baxmaq istədiyini bildirmiş, o avtomobilin Abşeron rayonu Məmmədli kəndində olduğunu və orada gəlib baxa biləcəyini demişdir. Nəcəf gəlib avtomobilə baxıb bəyənmiş və qiymətini 12000 manata razılaşmışlar. Nəcəf ona atasının Rusiyadan ona pul göndərəcəyini və bu yolla avtomobilin pulunu ödəyəcəyini bildirmişdir. Nəcəf ona etibarnamə verməsini təklif etmişdir. O, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən notariat kontorunda etibarnamə vermişdir. Sonradan o, həmin etibarnaməni ləğv etdirmişdir. Nəcəf ona zəng edib etibarnaməni niyə ləğv etdirdiyini soruşmuş və yenidən etibarnamə verməsini, atasının pulu göndərdiyini demişdir. Onlar yenidən Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən notariat kontorunda görüşmüşlər. Həmin vaxt Nəcəfin yanında Elməddin adlı şəxs olmuşdur və o, etibarnaməni həmin Elməddin adlı şəxsin adına vermişdir. Daha sonra Nəcəf DİN-in BDYPİ-nə getməyi və pulu götürməyi təklif etmişdir. Həmin vaxt avtomobili Nəcəf idarə edirmiş. BDYPİ-də onlar çayxanada oturmuşlar və Nəcəf durub çıxıb getmişdir. Təxminən 20 dəqiqə sonra geri qayıdaraq pulu 28 May metrosu yaxınlığında yerləşən “Kapital Bank”dan çıxarılmasının mümkün olacağını demiş və qalxıb həmin banka getmişlər. Həmin bankda 1 saata yaxın gözlədikdən sonra Nəcəf zəng edib Xırdalana getmələrini və pulu oradan götürməli olacağını demişdir. O və Nəcəfin anası Xırdalana getmişlər və orada Nəcəf yenidən 28 may metrosu yaxınılığında yerləşən “Kapital Bank”a qayıtmaq lazım olduğunu demişdir. O, yenidən “Kapital Bank”a qayıtmış və növbəsi yaxınlaşan zaman bank əməkdaşının onun adına hər hansı bir məbləğ pulun olmamasını bildirmişdir. Nəcəf ola bilsin ki, atasının əsəbləşdiyini və pulu geri çəkdiyini demiş, bibisi gilə getmələrini və pulu oradan götürəcəklərini demişdir. Daha sonra onlar Əhmədli qəsəbəsinə gəlmişlər və orada 5 mərtəbəli binanın yanında gözləmişdir. Həmin vaxt Nəcəf və yanında olan anası binaya daxil olmuşlar və bir müddət sonra geri qayıtmadıqlarını görüb o binaya daxil olanda binanın digər tərəfindən çıxış olduğunu görmüş və Nəcəfin həmin yerdən çıxıb getdiyi məlum olmuşdur. Təxminən 5-6 gün sonra Vasif adlı şəxs ondan şikayət edərək avtomobilinin götürüldüyünü bildirmişdir. O polis bölməsinə getmiş və məlum olmuşdur ki, Nəcəf həmin avtomobili Vasif adlı şəxsə 5900 manata satmışdır. Məlum olmuşdur ki, Nəcəf Vasifdən pul almış və ona Elməddin adlı şəxs vasitəsi ilə etibarnamə vermişdir. Bir müddət sonra DYPİ-nin əməkdaşları onu saxlayıb avtomobili onun əlindən almışlar. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, X7 adlı sinif yoldaşı 2024-cü ilin fevral ayında ona Nəcəf adlı tanışının olmasını və özünə məxsus “Hyundai İ30” markalı avtomobili borc müqaviləsi əsasında Nəcəfə vermək istədiyini demişdir. Vüsal Nəcəfin 3 aydan sonra ona 22000 manat pul qaytaracağını demişdir. Həmin söhbətdən 2-3 gün sonra Vüsal avtomobili Nəcəfə verdiyini demişdir. 2024-cü ilin fevral ayında o, Vüsalla birlikdə Nəcəflə “Əhmədli” qəsəbəsində yerləşən “50 Qəpik” çayxanasında görüşmüşlər. Söhbət zamanı Nəcəf məhkəmədə işinin olmasını bildirib məsələnin həll edilməsi üçün 6700 manat pul lazım olduğunu demişdir. Həmin ərəfədə o, özünə məxsus olan “Mercedes C” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilini satışa qoymuşdur. Nəcəf ondan həmin avtomobili ona verməsini və bunun müqabilində ona 15500 manat pul verəcəyini bildirmişdir. Lakin o, bununla razılaşmamışdır. Daha sonra Nəcəf nənəsinin adına olan evi satıb Vüsalın və onun pulunu verəcəyini bildirmişdir. O, isə həmin evi Vüsalın atasının adına keçirtdikdən sonra avtomobili verə biləcəyini demişdir. 04 mart 2024-cü il tarixdə Vüsal ona zəng edərək evin ada keçməsi ilə bağlı sms gəldiyini demişdir. Bundan sonra onlar Səbail rayonu ərazisində yerləşən “Park Bulvar” ticarət mərkəzinin qarşasında görüşüb ona məxsus olan avtomobildə əyləşmişlər. Həmin vaxt Nəcəf bir nəfər şəxslə ora gəlmiş və avtomobilini həmin şəxsə 7700 manata satmağa həmin şəxslə razılaşmışlar. Həmin şəxs 7700 manat pulu sayıb Nəcəfə vermiş və o da, həmin şəxsin adına mobil notariat vasitəsi ilə baş etibarnamə vermişdir. Nəcəf bir həftədən sonra ona 15500 manat pul verəcəyini bildirmişdir. Həmin şəxs isə avtomobili götürüb çıxıb getmişdir. Vüsalın atasına gələn sms baxıb saxta olduğunu demişdir. Nəcəfin söz verdiyi həftə ərzində onunla danışıb əlavə ödənişlər tələb etmişdir. Ona görə də, həmin vaxt Nəcəflə Xətai rayonu Neapol dairəsi yaxınlığında görüşüb 250 manat pul vermiş, daha sonra Nəcəfə məxsus kart hesabına 70 manat ödəmişdir. 15 mart 2024-cü il tarixdə “Park Bulvar” ticarət mərkəzində quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Nəcəfə məxsus “Leobank” kart hesabına 270 manat pul ödəmişdir. Bundan sonra Nəcəf söz verdiyi müddət ərzində ona pul vermədi. Bu məsələ nəticəsində ona 16090 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs6 ona vurulmuş ziyanın ödənilmədiyini, mülki iddiasını müdafiə etdiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, mobil telefon almaq istəyirmiş və bunun üçün “tap.az” internet satış portalına daxil olmuş və orada “İpohne 15 Pro Max” markalı mobil telefon satıldığını görmüş və o, elanda olan mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsində həmin şəxslə görüşüb ona 1950 manat pul verib elanda göstərilən mobil telefonu almışdır, lakin sonradan həmin mobil telefonun saxta olduğunu öyrənmiş və sonradan adını bildiyi Nəcəf adlı şəxsi nə qədər axtarsa da tapa bilməmişdir. Sonda Zərərçəkmiş şəxs7 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, tanıyırmış, Nəcəf həmin ərəfədə taksi şirkətində işləyirmiş. 2023-cü ilin dekabr ayında Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Stil” çay evində Təqsirləndirilən şəxsla görüşüb söhbət etmişlər. Söhbət əsnasında Nəcəf onu pul qoyub avtomobil alıb icarəyə verib yaxşı pul qazanmaq barədə inandırmışdır. O, Nəcəfin dediklərinə inanıb istifadə etdiyi “Ford Fusion” markalı avtomobilini lizinqə qoyub 13000 manat kredit götürmüş və həmin vaxt Əhmədli qəsəbəsində yaşadığı binanın qarşısında 5600 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O bir müddət sonra Nəcəflə əlaqə saxlamış və ona verdiyi pulu nə etdiyini soruşduqda Nəcəf ona avtomobil aldığını və həmin avtomobili icarəyə verdiyini demişdir. O, yenidən Nəcəfə inanmış və 25 dekabr 2023-cü il tarixdə 2600 manat pulu yenə də öz yaşadığı evin qarşısında Nəcəfə vermişdir. Nəcəf həmin günü ona zəng edib “Kia” markalı avtomobil aldığını və icarəyə verdiyini demişdir. Nəcəf onu inandırmaq üçün avtomobilin şəkillərini göndərmişdir. Sonradan Nəcəf yenə də ondan avtomobil alıb icarəyə vermək adı ilə 27 dekabr 2023-cü il tarixdə 2000 manat və 29 dekabr 2023-cü il tarixdə 1000 manat pulu yaşadığı evin qarşısında almışdır. Bir müddət sonra o, Nəcəfdən qazanc barədə maraqlandıqda Nəcəf müxtəlif bəhanələr gətirərək məsələdən yayınmışdır. Bundan sonra o, Nəcəfdən verdiyi pulları geri ala bilməmişdir. Ona ümumilkdə 11200 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 (videokonfrans vasitəsilə) ifadəsində göstərmişdir ki, “Chevrolet Aveo” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır və avtomobilin mülkiyyətçisi odur. Həmin avtomobili 2024-cü ilin avqust ayında o, həyat yoldaşına və qaynına satmalarını tapşırmışdır və bunun üçün də qaynına etibarnamə vermişdir. Avtomobilin qiymətini 8000 manat müəyyən etmişlər. Həyat yoldaşı isə həmin avtomobili satmaq üçün “turbo.az” saytına yerləşdirmişdir. 07 avqust 2024-cü il tarixdə həyat yoldaşına bir nəfər şəxs zəng edib həmin avtomobili almaq istədiyini bildirmişdir. Daha sonra həyat yoldaşı Əliağa və qaynı Xəyyam gedib görüşmüşlər və avtomobili almaq istəyən sonradan adının Nəcəf olduğunu bildiyi şəxs avtomobilə baxıb bəyənmiş və almaq istədiyini bildirmişdir. Sonradan həmin şəxs həyat yoldaşını və qaynını aldadıb onlardan baş etibarnamə alıb avtomobili aparmışdır. Bu dələduzluq nəticəsində ona 8000 manat maddi ziyan dəymişdir. O, Nəcəf adlı şəxsi görməmiş və onu tanımırmış, onunla söhbətlərdə iştirak etməmişdir. Sonda Zərərçəkmiş şəxs5 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildirdi ki, tanıyırmış, onun evi iki otaqlı olduğu üçün həmin evi 3 otaqlı etmək istəyirmiş. Ona məxsus olan “Hyundai İ30” markalı avtomobili və yaşadığı evidə satıb 3 otaqlı ev almağı fikirləşmişdir. O, avtomobilini 22000 manata satmışdır. Bundan sonra Nəcəf həmin pulu borc kimi ona verməsini demiş və bir müddət sonra üstünə pul qoyub qaytaracağını bildirmişdir. O, 22000 manat pulu Nəcəfin üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün onun nənəsinə rəsmi notariat qaydada müqavilə əsasında borc vermiş və bir müddət sonra Nəcəf söz verdiyi kimi borcunu qaytara bilməmiş və o, rəsmi bağlanmış müqavilə üzrə Nəcəfə və nənəsinə qarşı mülki qaydada Xətai Rayon Məhkəməsində iddia qaldırmış və hazırda onun iddiası üzrə həmin məhkəmədə işə baxılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Nəcəf 2024-cü ilin mart ayında ona zəng etmiş və onun adına avtomobil almaq istədiyini demişdir. Daha sonra Nəcəf **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş etibarnamə ilə ona verilməsini bildirmişdir. Bundan sonra oğlu Nəcəf ona zəng edərək avtomobilə müştəri olmasını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Əhmədli qəsəbəsinə gəlmiş və həmin avtomobilə baxmışdır. Həmin vaxt Qəzənfər 700 manat beh vermişdir. Bir gün sonra 24 saylı notariat kontorunda görüşüb Qəzənfərə baş etibarnamə vermiş və Qəzənfərdə ona 6100 manat pul vermiş, o, isə həmin pulu oğlu Nəcəfə vermişdir. Daha sonra Qəzənfər ona zəng edib avtomobilə dair verilmiş etibarnamənin ləğv edildiyini demiş və o da bunun səbəbini oğlu Nəcəfdən soruşduqda, Nəcəf ona avtomobilin sahibi Vüqar Məmmədova aprel ayında 11000 manat pul verəcəyini desə də, Vüqar onu gözləmədiyini və etibarnaməni ləğv etdirdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Chevrolet Aveo” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 2021-ci ilin fevral ayından ona məxsusdur, lakin rəsmi olaraq həyat yoldaşı Zərərçəkmiş şəxs5 adınadır. 2024-cü ilin avqust ayında həmin avtomobili satmaq üçün o, “turbo.az” internet səhifəsinə yerləşdirmişdir. 07 avqust 2024-cü il tarixdə adını sonradan Təqsirləndirilən şəxs kimi bildiyi şəxs ona zəng edərək avtomobilə baxmaq istədiyini bildirmişdir. Nəcəf avtomobilə baxmaq üçün Xətai rayonu ərazisində yerləşən “Park Azur” binasının yanına gəlmiş və orada avtomobilə baxmışdır. O, Nəcəfə avtomobilin qiymətini 8500 manat təşkil etdiyini demişdir. Daha sonra Nəcəflə avtomobilin qiymətini 8000 manata razılaşmışlar. Razılığa əsasən Nəcəfin atası Rusiyadan sürətləi pul köçürmə yolu ilə 8500 manat pul göndərəcək, Nəcəf buna görə də ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir, ona görə o, şəxsiyyət vəsiqəsinin surətini Nəcəfə göndərmişdir. Nəcəf ona inanmaq üçün baş etibarnamə verməli olduğunu təklif etmişdir. 07 avqust 2024-cü il tarixdə Nizami rayonu ərazisində yerlşəşən “Xəzər Universiteti” binasının yanında yerləşən 15 saylı notariat kontorunda o, Nəcəfə baş etibarnamə vermişdir. Nəcəf ona atasının pulu “Kapital Bank”a göndərəcəyini demişdir, ona görə də o, bir gün sonra saat 10:00-da “Xətai” metrosu yaxınlığında yerləşən “Kapital Bank”ın filialında növbə götürmüşdür. Daha sonra 07 avqust 2024-cü il tarixdə saat 18 radələrində o, Nəcəflə “Neftçilər” metrosu yaxınlığında görüşmüş və avtomobili ona verməyini təklif etmişdir, lakin o, avtomobili verməkdən imtina etmişdir. O, Nəcəfə səhər saat 10-da “Xətai” merotsu yanında bankda görüşmələrini 8000 manat pulu aldıqdan sonra avtomobili verəcəyini demişdir. Daha sonra o, Nəcəflə birlikdə Nizami rayonu ərazisində yerləşən “Məlhəm” klinikasının qarşısına gəlmişlər və o, avtomobili orada saxlamışdır. Bir gün sonra o, “Kapital Bank”a getmiş, lakin orada adına heç bir məbləğ pul olmadığı məlum olmuşdur. Daha sonra avtomobilinin onun adından çıxıb başqa şəxsin adına keçməsi barədə ona sms gəlmişdir və o, dərhal avtomobili saxladığı yerə getmiş və avtomobilin orada olmadığını görmüşdür. Avtomobilə dair baş etibarnaməni Nəcəfə onun qardaşı vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid5 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 6-8-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Yasamal rayonu, M.Şərifzadə küçəsi ilə M.Xiyabani küçəsinin kəsişməsində yol kənarıdır. Cinayət işinin İ cildinin 10-cu vərəqində olan “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs “Kia Rio” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində sərəncam vermək və digər hərəkətlərlə bağlı səlahiyyətləri etibar etmişdir. Cinayət işinin İ cildinin 36-37-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında yerləşən notariat kontorudur. Cinayət işinin İ cildinin 88-ci vərəqində olan “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, X1 Nəcəf Ağali oğluna “Lexus RX300 Minik” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində sərəncam vermək və digər hərəkətlərlə bağlı səlahiyyətləri etibar etmişdir. Cinayət işinin İ cildinin 167-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” 27 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək barəsində Suraxanı RPİ tərəfindən axtarış elan olunduğu üçün xx.xx.2024-cü il tarixdə saat 17:00-da saxlanılmışdır. Cinayət işinin ll cildinin 25-29-cu vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-286/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın qismən təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 2 (iki) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 27 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin lll cildinin 1-6-cı vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-273/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 01 ay 17 gün, cəmi 01 ay 19 gün müddət nəzərə alınmaqla ona təyin olunmuş cəzadan 03 ay 08 günün çıxılması, üzərində qəti olaraq 02 il 02 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzasını icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması hökm edilmişdir. Cinayət işinin İll cildinin 26-27-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 02 il 02 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin lll cildinin 30-41-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd “İphone 15 Pro Max” mobil telefonun maddi sübut hesab edilməsi və Suraxanı RPİ-də saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin 09 aprel 2025-ci il tarixli, 21- 1/3-235938-22 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2026-cı il tarixə hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-286/2024 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixədək məhkum Təqsirləndirilən şəxs cəzasının 19 gününü çəkmiş, çəkilməmiş hissəsi 02 il 02 ay 03 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da (Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-273/2024 saylı hökmü), onun bu məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-273/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 2 (iki) ay 3 (üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) il 1 (bir) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkməsinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,) barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - bir ədəd “İphone 15 Pro Max” mobil telefon Zərərçəkmiş şəxs7 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs6 mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyana görə 16090 (on altı min doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 (yüz qırx) manat məbləğində pulun onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs6 mülki iddiası təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs maddi zərərə görə 16090 (on altı min doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 (yüz qırx) manat məbləğində pul tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs6 ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 231 (iki yüz otuz bir) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-273/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 2 (iki) ay 3 (üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) il 1 (bir) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - bir ədəd “İphone 15 Pro Max” mobil telefon Zərərçəkmiş şəxs7 qaytarılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh (təqsirləndirən şəxs) Təqsirləndirilən şəxs 16090 (on altı min doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 (yüz qırx) manat məbləğində pul tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs6 ödənilsin. Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatına görə 231 (iki yüz otuz bir) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar