Məhkəmə qərarları › İş №1(008)-182/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-182/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-182/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1998-ci il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 dekabr 2018-ci il saat 22:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs1 Malik oğluna məxsus 552 saylı yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla keçərək həmin evin həyətyanı sahəsindən götürdüyü dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq pəncərəni itələyib açmaq yolu ilə qanunsuz olaraq evə daxil olub evin qonaq otağından 01 ədəd 500 manat dəyərində “LG” markalı televizor, 01 ədəd 900 manat dəyərində “PS4” markalı oyun mərkəzi, hər birinin dəyəri 55 manat təşkil edən 02 ədəd göy və qara rəngli “PS4” markalı oyun mərkəzinə məxsus 50 manat dəyərində qulaqcıq 01 ədəd 700 manat dəyərində "Alcatel İdolx” markalı mobil telefon, 01 ədəd 200 manat dəyərində “Toshiba” markalı kompyuter, hər birinin dəyəri 50 manat təşkil edən 02 ədəd "Samsung” markalı yaddaş diski, 01 ədəd 85 manat dəyərində “powerbank” adlanan mobil telefon enerjisini dolduran cihaz, 01 ədəd 50 manat dəyərində “Samsung” markalı mobil telefon, 01 ədəd 100 manat dəyərində “Nokia” markalı mobil telefon, 01 ədəd 120 manat dəyərində “Nokia” markalı mobil telefon, 01 ədəd 100 manat dəyərində çanta, evin yataq otağından ümumi dəyəri 500 manat təşkil edən 05 ədəd gümüşü rəngli boyunbağlar, 01 ədəd 200 manat dəyərində gümüşü rəngli bilərzik, 01 ədəd 80 manat dəyərində gümüşü rəngli üzüyü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 3895 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 dekabr 2018-ci il tarixdən 02 yanvar 2019-cu il tarixədək olan müddət ərzində X3 məxsus ünvan 4 unvanındakı evin mətbəxinin pəncərəsini əli ilə güc tətbiq edərək açmaqla qanunsuz olaraq evə daxil olub oradan 1600 manat dəyərində 01 ədəd «LG” markalı televizor, 400 manat dəyərində 01 ədəd “Samsunq” markalı televizor, 400 manat dəyərində 01 ədəd planşet, 50 manat dəyərində 01 ədəd “Nokia” markalı mobil telefon, 200 manat dəyərində 01 ədəd “Flay” markalı mobil telefon, 50 manat dəyərində 01 ədəd markası məlum olmayan markalı mobil telefon, 500 manat dəyərində 01 ədəd şuba geyim gödəkçəsi, hər birinin 150 manat təşkil edən 04 ədəd ziyafət paltarı, 50 manat dəyərində 01 ədəd qısa formalı gödəkçə, 200 manat dəyərində 01 ədəd uzun formalı gödəkçə, 20 manat dəyərində 01 ədəd saç ütüsü və 30 manat dəyərində 01 ədəd fen dəstini gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Şəbinə Rəhimovaya ümumilikdə 4100 manat məbləğində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 1,840 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 20 iyun 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən «Rahid» şadlıq sarayının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasına gətirilib, xidməti otaqda üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,840 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,839 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 13 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanda yerləşən Real marketdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar daxil olmuş məlumat əsasında Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin inzibati binasına gətirilib, xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,839 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş hər iki oğurluq epizodu üzrə özünü təqsirli, 0,839 qram metamfetamin epizodu üzrə qismən təqsirli, 1,840 qram metamfetamin epizodu üzrə özünü təqsirli bilmir. xx.xx.2018-ci il tarixdə saat 22:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsində adını xatırlamadığı küçə ilə gəzərkən fərdi yaşayış evlərinin birinin işıqlarının yanmadığını görüb həmin evdə yaşayış olmadığı qənaətinə gəldikdə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin evin həyət darvazasına bitişik hasara çıxaraq oradan da həyətə daxil olmuş, evin pəncərəsinin dəmir barmaqlıqlar ilə mühafizə oldunduğunu görüncə həmin dəmir barmaqları sındırmaq üçün evin həyətində hər hansı bir əşya axtarmağa başlamışdır. Evin həyətində olan dəmir parçasını götürərək pəncərənin dəmir barmaqlıqlarını sındırmış və pəncərəni də həmin dəmir parçası vasitəsilə açmışdır. Bundan sonra evə daxil olmuş və evin daxilində olan qapının bağlı olduğunu görmüşdür. Bundan sonra evə girdiyi pəncərədən çıxaraq digər bir pəncərənin dəmir barmaqlıqlarını həmin dəmir parçası ilə sındırmış və pəncərəni də həmin dəmir parçası vasitəsilə açmışdır. Həmin pəncərədən evin zal otağına daxil olmuş, lakin ani olaraq evin digər otağmın pəncərəsindən evə daxil olmaq qərarına gəlmişdir. Bu məqsədlə evə daxil olduğu yerdən evi tərk etmiş və digər bir otağm pəncərəsinə yaxınlaşmış, əlindəki dəmir parçası ilə pəncərənin dəmir barmaqlıqlarını sındırmağa çalışsa da buna nail ola bilməmişdir. Bundan sonra evin zal otağına daxil olduğu pəncərədən yenidən evə daxil olmuşdur. Evin zal otağından 01 (bir) ədəd “PS4” markalı oyun mərkəzi, 2 (iki) ədəd göy və qara rəngli “PS4” markalı oyun mərkəzinə məxsus idarəetmə düyməsi, 1 (bir) ədəd qulaqcıq, 1 (bir) ədəd “Alcatel İdolx” markalı mobil telefon, 1 (bir) ədəd “Toshiba” markalı noutbuk, 2 (iki) ədəd hard disc, 1 (bir) ədəd “powerbank”, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bır) ədəd “Nokia 500” markalı mobil telefon, 2 (iki) ədəd “Nokia” markalı mobil telefon götürərək evdə olan çantanın içərisinə qoymuşdur. Bundan sonra evin yataq otağına daxil olmuş və orada qiymətli əşyalar axtarmağa başlamışdır. Həmin yataq otağından 5 (beş) ədəd gümüşü rəngli sep, 1 (bir) ədəd gümüşü rəngli üzük və 1 ədəd gümüşü rəngli qolbağ götürərək cibinə qoymuşdur. Sonra isə bir ədəd “LG” markalı televizorla birlikdə oğurladığı əşyaları qoyduğu çantanı götürərək evə daxil olduğu pəncərənin qarşısına qoymuş və özü pəncərədən çıxdıqdan sonra həmin əşyaları götürərək evin hasarına yaxınlaşmışdır. Əlindəki televizor və oğlurladığı əşyaları qoyduğu çanta ilə birlikdə evin hasarına bitişik vəziyyətdə olan nərdivana çıxmışdır. İlkin olaraq həmin əşyaları hasarın üzərinə qoymuş, daha sonra isə özü də hasarın üzərinə qalxmış və qeyd etdiyi əşyaları hasarın üzərindən götürərək hasardan yerə tullanmışdır. Həmin əşyaları oğurluq etdiyi evin yaxınlığında yerləşən dağıntıların altına yerləşdirmiş və yaşadığı evə getmişdir. Səhəri gün həmin əşyaları qoyduğu yerdən götürərək oraya yaxın yerdən taksiyə minmiş və Sabunçu qəsəbəsində yerləşən “Rus bazarına getmişdir. Oğurladığı televizoru bir nəfər tanımadığı şəxsə 150 manata, oğurladığı digər əşyaları isə tanımadığı digər şəxsə 250 manata satmışdır. Əşyaları satdıqdan sonra evə gəlmiş və oğurladığı “Nokia 500” markalı mobil telefonun gödəkcəsinin cibində qaldığını görmüşdür. Həmin telefonu isə evdə dolabın üzərinə qoymuşdur. Oğurluq cinayətini tək törətmiş, oğurladığı əşyaları satarkən alıcılara həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin telefonun atası tərəfindən satılmağından xəbəri olmamışdır. Həmin telefonu ailə üzvlərinin görə bilməyəcəyi yerə qoymuş və onların həmin telefondan xəbəri olmamışdır. Atasının isə həmin telefonu hansı şəkildə əldə etməyindən məlumatı yoxdur. Bundan başqa, oğurluq etmək məqsədilə 02 yanvar 2019-cu il tarixdə saat 00:30 radələrində ünvan 4 ünvanında yerləşən ikimərtəbəli evin həyətinə həmin evin hasarından aşmaqla daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin mətbəx otağının pəncərəsini açaraq evə daxil olmuşdur. Evin otaqlarına baxış keçirdikdə evin zal otağından 01 ədəd LG markalı televizoru götürmüş, sonra evin yataq otağından 01 ədəd planşet, 01 ədəd sadə Nokia markalı telefon, 02 ədəd markasını unutduğu mobil telefon, 01 ədəd ağ-qara rəngli şuba, 04 ədəd ziyafət paltarları, 01 ədəd qısa formalı gödəkcə, 01 ədəd uzun formalı gödəkcə, 01 ədəd markasını xatırlamadığı saç ütüsü, 01 ədəd fen dəsti, 01 ədəd Samsung markalı televizoru götürmüş və həmin əşyaları evin qapısını içəridən açıb həyətə qoymuş, sonradan evin qapısını içəridən bağlayaraq gəldiyi kimi mətbəxin pəncərəsindən çölə çıxmışdır. Oğurladığı əşyaları hasardan çölə yığdıqdan sonra yola çıxmış və markasını və nömrəsini xatırlamadığı taksi avtomobili saxlatdırıb onunla 10 manata razılaşmışdır. Həmin taksi sürücüsünə əşyaların özünə məxsus olduğunu bildirmişdir. Oğurladığı əşyaları aparıb yaşadığı evin zirzəmisinə yığmışdır ki, səhər tezden aparıb satar. Səhər tezdən oğurladığı əşyaları yolda saxlatdırdığı tasksi avtomobilinə yükləyib Rus bazarına yollanmışdır. Rus bazarında həmin əmlakları xatırlamadığı qiymətlərə ayrı ayrı adamlara satmışdır. Əmlakları satan zaman özünə məxsus olduğunu, maddi vəziyyətinin pis olduğunu, pula ehtiyacı olduğunu bildirib satmışdır. Əldə etdiyi qazancı öz ehtiyaclarına sərf etmişdir. Oğurluq hadisələrini tək törətmiş, ona heç kəs kömək etməmiş, oğurluq etmək üçün evlərə daxil olan zaman və tərk edən zaman ətrafa diqqətlə nəzər yetirdiyindən onu görən şəxs olmamış, oğurladığı əmlakları satan zaman özünə məxsus olduğunu bildirib maddi ehtiyacdan satdığını demişdir. 13 sentyabr 2023-cü il tarixdə Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 15 manata bir ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin tarixdə saat 23 radələrində Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi 2 ünvanında yerləşən Real marketin qarşısına gəlmişdir. Üzərində pulu olmadığından qərara gəlmişdir ki, marketdən oğurluq etsin, oğurladığı əşyaları satıb pul əldə etsin və ehtiyacını ödəsin. Bunun üçün Real marketə daxil olmuş və orada bir qədər gəzdikdən sonra marketdən bir ədəd ayaqqabı mazı və üç ədəd corab oğurlayaraq əynində olan şalvarın cibinə qoyaraq marketdən çıxmaq istəyən zaman marketdə olan mühafizəçi tərəfindən saxlanılmışdır. Mühafizəçi onu saxlamaq istəyən zaman üzərində olan narkotik maddədən narahat olduğundan oradan qaçmaq istəmişdir. Bu zaman mühafizəçi onu saxlayaraq bu barədə polisə məlumat vermişdir. Bundan sonra ünvana polis əməkdaşları gələrək onu 14-cü polis şöbəsinə dəvət etmişlər. Şöbədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmiş, bu səbəbdən əynində qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş narkotik maddə olan “şüşə”ni təqdim etmişdir. Üzərində şəxsi axtarış zamanı bir ədəd Real marketdən oğurladığı ayaqqabı mazı və üç ədəd corab aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilən psixotrop maddə olan “şüşə” qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Lakin üzərindən aşkar edilmiş psoxotrop maddənin miqdarı çox göstərilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən «Rahid» şadlıq sarayının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasına gətirilib, xidməti otaqda üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,840 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetaminə münasibətdə isə həmin maddə ona məxsus olmamışdır. Polis əməkdaşları onu tutarkən psixotrop maddəni ona təqdim edərək boynuna almasını bildirmişlər. Əlini və ayağını “skoçlayıb” ona xəsarət yetirmişlər. Polis əməkdaşları onun arxası ilə gedərkən maşını aşmışdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, oğurluq etməsini etiraf edir, oğurladıqları əmlakları Sabunçu bazarında satmışdır. Oğurluqları narkotik vasitə əldə etmək üçün etmişdir. Hər iki epizod üzrə məbləğlərlə razıdır. Zərərçəkmiş şəxs2 evindən geyim əşyaları götürməsi yadında deyildir. 0,839 qram metamfetamin epizodu üzrə üzərində psixotrop maddə olmuş, lakin miqdarı qeyd edilən kimi olmamışdır. Ona tutularkən hər hansı fiziki zor tətbiq edilməmişdir. Bu barədə heç bir yerə müraciət etməmişdir. Digər epizodu 1,840 qram metamfetamini ona yükləmişlər. Sabunçu RPİ-nin 15 PŞ-nin əməkdaşları onu tutarkən döymüşlər. Döyülməsi faktı ilə heç bir yerə müraciət etməmiş, xəsarətlər heç bir orqanda qeydiyyatdan keçməmişdir. Maşının aşırılması ilə bağlı da müraciət etməmiş və bu heç bir yerdə qeydiyyata alınmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 16 12.2018-ci il tarixdə saat 00:30 radələrində yaşadığı evə gələn zaman naməlum şəxs və ya şəxslərin qonaq otağının pəncərəsinin dəmir barmaqlıqlarını sındırdığını görmüş, evdən oğurluq olduğundan şübhələnərək evə baxış keçirtmişdir. Evə baxış keçirən zaman evdən 01 (bir) ədəd 500 manat dəyərində "LG” markalı televizor, 01 (bir) ədəd 900 manat dəyərində “PS4” markalı oyun mərkəzi, hər birinin qiyməti 55 manat dəyərində 02 ədəd göy və qara rəngli “PS4” markalı oyun mərkəzinə məxsus idarəetmə düyməsi, 01 (bir) ədəd “PS4” markalı oyun mərkəzinə məxsus 50 manat dəyərində qulaqcıq, 01 ədəd dəyəri 700 manat olan “Alcatel İdolx” markalı mobil telefon, 01 (bir) ədəd dəyəri 200 manat dəyərində “Toshiba” markalı kompüter, 02 (iki) ədəd hər birinin dəyəri 50 manat olmaqla Samsung markalı hard disc, 01 (bir) ədəd 85 manat dəyərində “powerbank”, 01 (bir) ədəd 50 manat dəyərində “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd 100 manat dəyərində “Nokia 500” markalı mobil telefon, 01 (bir) ədəd 100 manat dəyərində “Nokia” markalı mobil telefon, 01 (bir) ədəd 120 manat dəyərində “Nokia” markalı mobil telefon, ümumi dəyəri 500 manat olan 5 ədəd gümüşü rəngli seplər, 1 ədəd dəyəri 200 manat olan gümüşü rəngli qolbağ, 1 ədəd dəyəri 80 manat olan gümüşü rəngli üzük, 01 (bir) 100 manat dəyərində çantanın oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 3895 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq şübhələndiyi şəxs yoxdur. Ona verilmiş suallara cavabında göstərmişdir ki, oğurlanmış əmlaklar toy günü oğurlanmış və ona dəymiş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı ev 2 mərtəbəli fərdi yaşayış evidir. Oğurluq hadisəsi yuxarı mərtəbədə baş vermiş və ora ümumilikdə 6 otaqdan ibarətdir. xx.xx.2018-ci il tarixdə səhər saatlarında evin giriş qapısını bağlayaraq işə getmiş, evdən çıxarkən kombinin yandırılması üçün evin açarlarını qonşu Züleyxa adlı xanıma vermişdir. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində yaşadığı evə gələn zaman Züleyxanın evindən evin açarlarını götürmüş və evin həyət darvazasını açaraq həyətə daxil olmuşdur. Evin giriş qapısını açmaq istədikdə qapının içəridən bağlı olduğunu görmüşdür. Həyətdən çıxdıqda qonşu Züleyxa adlı xanımla rastlaşmış və qapının içəridən bağlı olduğunu ona bildirmişdir. Züleyxa ilə söhbət edərəkən sonuncu ona kombini yandırarkən aşağa mərtəbənin giriş qapısının açıq olduğunu bildirmişdir. Bu zaman yuxarı mərtəbədə yerləşən mətbəx pəncərəsinin açıq olduğunu görmüşdür. Oğurluq olduğundan şübhələnərək DİN-in 102 Xidməti Zəng mərkəzinə məlumat vermişdir. Polis əməkdaşları yaşadığı evə gəldikdən sonra qapını açmışlar, birlikdə evə daxil olmuşlar və evin yataq otağı ilə mətbəxin dağınıq olduğunu görmüşlər. Evə baxış keçirtərkən evin zal otağından 01 ədəd dəyəri 1600 manat olan “LG” markalı televizorun, evin yataq otağından 01 ədəd markasım xatırlamadığı dəyəri 400 manat olan planşetin, 01 ədəd dəyəri 50 manat olan sadə "Nokia” markalı telefonun, 01 ədəd dəyəri 200 manat olan “Flay” markalı telefonun, 01 ədəd makasını xatırlamadığı dəyəri 50 manat olan mobil telefonun, 01 ədəd dəyəri 500 manat olan ağqara rəngli şubanın, 04 ədəd ümumilikdə dəyəri 600 manat olan və hər birinin dəyəri 150 manat olmaqla ziyafət paltarlarım, 01 ədəd dəyəri 50 manat olan qısa formalı gödəkcənin, 01 ədəd dəyəri 200 manat olan uzun formalı gödəkcənin, 01 ədəd markasını xatırlamadığı, dəyəri 20 manat olan saç ütüsünün, 01 ədəd dəyəri 30 manat olan fen dəstinin, 01 ədəd dəyəri 400 manat olan “Samsung” markalı televizorun oğurlandığını aşkar etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4100 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 ilə inzibati ərazidə xidmətdə olan zaman Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən məsul növbətçi tərəfindən Maştağa qəsəbəsində yerləşən Real marketdə bir nəfər şəxsin oğurluq etdiyi və saxlanıldığı barədə məlumat daxil olmuşdur. Dərhal Real marketə doğru yollanmışlar və saxlanılan şəxsə özlərini tədqim edərək, şəxsiyyəti barədə sual vermişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etsə də ona verilən suallardan yayınmağa çalışdığından onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Polis şöbəsində xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təyin olunaraq ona təqdim edilmiş və şübhəli şəxs qismində tutularaq bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükülü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilən zaman içərisində şəffaf rəngli kristal şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçmın suallarına cavab olaraq Təqsirləndirilən şəxs aşkar edilmiş bükümü 13 sentyabr 2023-cü il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata alaraq şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmiş və üzərindən 01 ədəd Samsung markalı mobil telefon və 6 manat 20 qəpik pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd Samsung markalı mobil telefon ayrı ayrı zərflərə qablaşdırılmış və üzəri möhürlənmiş, aşkar edilmiş 6 manat 20 qəpik pul isə sübut əhəmiyyətli olmadığından özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, təhqiqatçı tərəfindən üstünə baxış keçirilmişdir. Nə tutularkən, nə də üstünə baxış keçirilərkən etiraz etməmişdir. Üzərindən nə aşkar edilmişdirsə qablaşdırılaraq götürülmüşdür. Müdaxilə ediləməsi mümkün deyildir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 13 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Daxili İşlər Nazirliyinin X11 Alayının 8-ci Polis Bölməsinin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən məsul növbətçi tərəfindən Maştağa qəsəbəsində yerləşən Real marketdə bir nəfər şəxsin oğurluq etdiyi və saxlanıldığı barədə məlumat daxil olmuşdur. Dərhal Real marketə doğru yollanmışlar və saxlanılan şəxsə özlərini tədqim edərək, şəxsiyyəti barədə sual vermişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etsə də ona verilən suallardan yayınmağa çalışdığından onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Polis şöbəsində xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təyin olunaraq ona təqdim edilmiş və şübhəli şəxs qismində tutularaq bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükülü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilən zaman içərisində şəffaf rəngli kristal şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçmın suallarına cavab olaraq Təqsirləndirilən şəxs aşkar edilmiş bükümü 13 sentyabr 2023-cü il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata alaraq şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmiş və üzərindən 01 ədəd Samsung markalı mobil telefon və 6 manat 20 qəpik pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd Samsung markalı mobil telefon ayrı ayrı zərflərə qablaşdırılmış və üzəri möhürlənmiş, aşkar edilmiş 6 manat 20 qəpik pul isə sübut əhəmiyyətli olmadığından özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs Rahid şadlıq sarayının yaxınlığında olduğunu görüb ona yaxınlaşmışlar, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə gətirdikdən sonra bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları izah edildikdən sonra ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan “Samsung” markalı videokamera vasitəsilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərək üzərinə axtarış aparılana kimi olan müddət ərzində tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddəni hər hansı üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Şəxsi axtarış aparıfmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda həmin bükülüdə xırda kristal şəkilli psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış nəticəsində başqa qanunsuz əşya, predmet və maddə aşkar edilməmişdir. Tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Təqsirləndirilən şəxs tutularkən ona qarşı təsir təzyiq olmamışdır. Təhqiqatçının otağına gələndə özü cibindən çıxardıb təhvil vermişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 20 iyun 2022-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə tərəfindən bu barədə 15-ci Polis Bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilməklə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 20 iyun 2022-ci il tarixdə saat 12 radələrində Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs Rahid şadlıq sarayının yaxınlığında olduğunu görüb ona yaxınlaşmışlar, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə gətirdikdən sonra bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları izah edildikdən sonra ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan “Samsung” markalı videokamera vasitəsilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərək üzərinə axtarış aparılana kimi olan müddət ərzində tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddəni hər hansı üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Şəxsi axtarış aparıfmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda həmin bükülüdə xırda kristal şəkilli psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış nəticəsində başqa qanunsuz əşya, predmet və maddə aşkar edilməmişdir. Tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Tovuz şəhərində gündəlik xərclərini ödəməkdən ötrü fəhləliklə məşğul olur. xx.xx.2018-ci il tarixdə fəhlə işləmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdə bacısının yaşadığı Həzi Aslanov metrostansiyasımn yaxınlığında yerləşən evinə getmişdir. Növbəti gün əvvəllər Tovuz şəhərində yaşayan, lakin sonradan Bakı şəhərində yaşayan tanışı Quliyev Mübariz adili şəxslə fəhləlik edərək pul qazanmışdır. Növbəti 3-4 gün ərzində Nizami rayonunda yerləşən Venera şadlıq evində gün ərzində 13 manat müqabilində ofisiant işləmişdir. Sonradan isə ayrı- ayrı yerlərdə fəhləlik edərək pul qazanmışdır. xx.xx.2018-ci il tarixdə Maştağa qəsəbəsində yerləşən bibisigılə getmişdir. Bir az söhbət etdikdən sonra bibisioğlu Şahid6 özünün mobil nömrəsində danışıq üçün vəsait olmadığından ondan özünə məxsus telefon nömrəsi istəmişdir. Telefonu olmadığından bəzi lazım olan nömrələri rahat tapmağı üçün üzərində gəzdirdiyi və özünə məxsus olan ***-***-**-** mobil nömrəsini İlkinə vermişdir. İlkin ona məxsus mobil nömrəni öz üzərində olan “Nokia” markalı mobil telefona yerləşdirmişdir. Onlarda bir gün qalmış və onlarda qaldığı müddət ərzində telefonu olmadığından özünə məxsus mobil nömrəni ondan geri istəməmişdir. xx.xx.2018-ci il tarixdə yenidən bıbisigılin evindən bacısıgilə getdikdə özünə məxsus ***-***-**-** mobil nömrəsini İlkindən geri almışdır. Bacısıgilə gedərək bir neçə gün orada yaşamışdır. xx.xx.2018-ci il tarixdə bibisi Şahbazova Nəcibəni “Yeni il” bayramı münasibətilə təbrik etmək məqsədilə yenidən onlara getmişdir. Orada olduğu zaman bibisioğlu Şahid6 onun telefon işlətməməyinin səbəbini soruşmuşdur. Maddi imkanı zəif olduğundan telefon əldə edə bilmədiyini bildirmişdir. İlkin özünün istifadə etdiyi “Nokia” markalı mobil telefonu ona hədiyyə olaraq vermişdir. Ondan həmin telefonun hər hansı bir problemi olub-olmadığını soruşduqda, sonuncu ona telefonun heç bir problemi olmadığını bildirmişdir. Bibisioğlu İlkinin ona hədiyyə olaraq verdiyi “Nokia” markalı telefonu götürmüş, özünə məxsus ***-***- **-** mobil nömrəsini həmin telefona yerləşdirmiş və həmin telefonu istifadə etməyə başlamışdır. Onlarda iki gün qaldıqdan sonra, yəni xx.xx.2018-ci il tarixdə yaşadığı Tovuz şəhərinə getmək üçün avtovağzala yola düşmüşdür. Avtovağzalda Tovuz şəhərinə gedən avtobusa minərək Tovuz şəhərinə yola düşmüşdür. İlkin həmin telefonu ona hədiyyə olaraq verən zaman həmin telefonu bir neçə il əvvəl aldığını və özünə məxsus olduğunu bildirmişdir. Özünə məxsus ***-***-**-** mobil nömrəsinə polis tərəfindən zəng vurulduqda həmin telefonun oğurluq yolu ilə əldə edildiyini öyrənmişdir. Şahid6lə təxminən 1 ay bundan əvvəl əlaqə saxlamışdır. Belə ki, İlkin ona zəng vuraraq şəxsi məqsədlərindən dolayı Şəmkir şəhərinə gəldiyini və maddi imkanı olmadığından Tovuz şəhərinə gələ bilmədiyini bildirmişdir. İlkini sonuncu dəfə telefonu ona hədiyyə etdiyi gün görmüş və 31.12 2018-ci il tarixdən etibarən onu görməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin dekabr ayında Albalılıq yeni yaşayış sahəsində onunla qonşuluqda yaşayan Mirməmməd adlı şəxs söhbət zamanı özünə məxsus “Nokia” markalı telefonu satmaq istədiyini bildirmişdir. Həmin telefonu hansı qiymətə satmaq istədiyini bildirdikdə, sonuncu ona telefonu 10 manata satmaq istədiyini bildirmişdir. Onunla razılaşaraq həmin telefonu Mirməmməd adlı şəxsdən 10 manata almışdır. Həmin telefona özüməməxsus olan 055-896-69- 83 mobil nömrəsini yerləşdirmiş və həmin telefonu bir neçə gün istifadə etmişdir. Sonra isə həmin telefondan ***-***-**-** mobil nömrəsini çıxararaq özünə məxsus digər mobil nömrəni, yəni ***-***-**-** mobil nömrəsini həmin telefona yerləşdirmiş və istifadə etməyə başlamışdır. Həmin ərəfələrdə dayısı oğlu Şahid5 yaşadığı evə qonaq gəlmişdir. Ramindən Bakı şəhərinə hansı səbəbdən gəldiyini soruşduqda, sonuncu ona iş tapmaq üçün gəldiyini bildirmişdir. Ramində markasını bilmədiyi ikikartlı telefon görmüşdür. Raminə özündə olan “Nokia” markalı telefon ilə onda olan ikikartlı telefonu dəyişməyi təklif etmişdir. Ramin onda olan “Nokia” markalı telefonun işlək vəziyyətini yoxlamaq üçün özünə məxsus mobil nömrəni həmin telefona yerləşdirərək fasilələrlə 1-2 gün istifadə etmiş, lakin sonradan X12 metrostansiyasınm yaxınlığında yaşayan bacısıgilə gedəcəyini bildirmiş və özünə məxsus mobil nömrəni mobil telefondan çıxararaq evdən ayrılmışdır. Yenidən özünə məxsus olan ***-***-**-** mobil nömrəsini həmin telefona yerləşdirərək istifadə etməyə başlamışdır. Bir neçə gün sonra Ramin “Yeni il” bayramı münasibətilə yenidən yaşadığı evə gəlmişdir. Raminə yenidən telefonları dəyişməyi təklif etmiş, sonuncu onunla razılaşmış və “Nokia markalı telefonu Raminə vermiş və əvəzində isə Ramin özünün ikikartlı olan və markasını bilmədiyi telefonu ona vermişdir. Ramin özünəməxsus mobil nömrəni “Nokia” markalı telefona yerləşdirmiş və istifadə etməyə başlamışdır. Ramin onların evində təxminən 1-2 gün qaldıqdan sonra yaşadığı Tovuz rayonuna getmişdir. Mirməmməd adlı şəxs həmin telefonu ona satan zaman həmin telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsi, Albalılıq Yeni yaşayış sahəsində yaşadığı evdə olan zaman qonaq otağında yerləşən paltar dolabın üzərində təsadüfən “Nokia” markalı mobil telefon görmüş, həmin telefonu götürmüş və həmin vaxtlarda pula ehtiyacı olduğundan həmin telefonu satmaq qərarına gəlmişdir. Yaşadığı ərazidə onunla qonşuluqda yaşayan İlkin adlı şəxslə söhbət əsnasında “Nokia” markalı telefonu 10 manata satmaq istədiyini bildirərək həmin telefonu İlkinə göstərmiş, İlkin həmin telefona baxmış və onunla razılaşaraq 10 manat müqabilində həmin telefonu ondan almışdır. “Nokia” markalı həmin telefonu İlkin adlı şəxsə satan zaman həmin telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Ailə üzvləri ilə, yəni həyat yoldaşı X2, anası X4, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Həmin telefonun kimə məxsus olduğu barədə heç bir məlumatı olmamış, evdə yaşayan şəxslər də həmin telefon barədə heç bir söz danışmamışlar. Həmin telefonu əvvəllər evdə görməmiş, telefonu təsadüfən dolabın üzərində görmüşdür. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hazırda Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Real marketdə mühafizəçi işləyir. xx.xx.2023-cü il tarixdə Real marketdə işdə olan zaman bir nəfər şəxsin marketin içərisində özünü şübhəli apardığını müəyyən etmiş və diqqətini həmin şəxsə yönəltmişdir. Həmin şəxsin marketin geyim şöbəsindən bir neçə ədəd corab və və digər şöbədən isə ayaqqabı mazı oğurladığını aşkar etmişdir. Həmin şəxs oğurladığı malları əynindəki paltarının altına qoyaraq ödəniş etmədən marketdən çıxmaq istəyəndə həmin şəxsi marketin çıxış qapısında saxlamış və bu barədə dərhal polisə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onu polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları gəldikdən sonra hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Həmçinin adını sonradan bildiyi Təqsirləndirilən şəxs marketdən oğurladığı bir ədəd ayaqqabı mazı və üç ədəd corab götürülmüşdür. Hadisə nəticəsində marketə 12,34 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən “Real” marketdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.3-5). “təqdim edilmiş maddi sübutun götürülməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində ünvan 5 ünvanda yerləşən “Real” marketdə baş vermiş oğurluq hadisəsi zamanı oğurlanmış 01 ədəd ayaqqabı mazı və 03 ədəd corab Təqsirləndirilən şəxs götürülmüşdür(İ cild, i.v.8). “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükülünü çıxarıb təqdim edərək bükülünün içərisində şəffaf rəngli kristal şəkilli narkotik vasitəni 13 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsi üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 15 manata almış və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü açdıqda içərisində şəffaf rəngli kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Üzərinə şəxsi axtarış zamanı 01 ədəd Samsung markalı telefon və 6 manat 20 qəpik pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik maddə olan metamfetamin qablaşdırılmış və ekspertizaya göndərilmiş, 01 ədəd Samsung markalı telefon qablaşdırılaraq götürülmüş, 6 manat 20 qəpik pul sübut əhəmiyyətə malik olmadığından özünə geri qaytarılmışdır(İ cild, i.v.30-31). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4865 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 100” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,839 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə!ər”-in siyahısına (Siyahı İ) daxildir(İ cild, i.v.40-42). “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 15 sentyabr 2023cü il tarixli protokoldan görünür ki, həmin faylda əks edilmiş görüntülər 14 sentyabr 2023cü il tarixdə qeydə alınır. Xidməti otaq Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasının xidməti otaqlarından biridir. Video görüntülərdən müəyyən edilir ki, təhqiqatçı, polis baş leytenantı Əfsun Əzimov qarşısında dayanmış şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz saxlanılan əşya, maddə olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükülünü çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Həmin büküm açıldıqda müəyyən edilir ki, içərisində şəffaf rəngli kristal şəkilli maddə vadır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər maddəni 13 sentyabr 2023cü il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 15 manata almış və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Daha sonra təhqiqatçı, polis baş leytenantı Əfsun Əzimov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Təqsirləndirilən şəxs və şəxsi axtarış zamanı iştirak etmiş digər iştirakçılar zərfin üzərini imzalayır(İ cild, i.v.51). “maddi sübut kimi tanıma haqqında” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,839 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 0,789 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(İ cild, i.v.84-85). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 yanvar 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Əliyev küçəsində yerləşən 2A saylı fərdi yaşayış evidir. Yaşayış evi iki mərtəbəlidir, ikinci mərtəbədə mətbəx otağı da daxil olmaqla ümumilikdə 6 otaq vardır. Naməlum şəxs evə ikinci mərtəbədə yerləşən mətbəx otağının pəncərəsindən keçməklə daxil olmuşdur. Evin ikinci mərtəbəsində otaqlar dağınıq vəziyyətdədir. Baxış iştirakçısı X5 bildirdi ki, evin zal otağından 01 ədəd "LG” markalı televizor, yataq otağından 01 ədəd markasını xatırlamadığı planşet, 01 ədəd sadə “Nokia” markalı telefon, 01 ədəd Fly markalı telefon, 01 ədəd makasını xatırlamadığı mobil telefon, 01 ədəd ağ-qara rəngli şuba, 04 ədəd ziyafət paltarları, 01 ədəd qısa formalı gödəkcə, 01 ədəd uzun formalı gödəkcə, 01 ədəd markasını xatırlamadığı saç ütüsü, 01 ədəd fen dəsti, 01 ədəd “Samsung” markalı televizor oğurlanmışdır. Hadisə yerinin müayinəsi zamanı əl barmaq izləri aşkar edilərək götürülmüşdür. Baxış zamanı əhəmiyyət kəsb edən digər hər hansı əşya və predmet aşkar edilməmişdir. Hadisənin baş verdiyi evdə və ətrafda müşahidə kameraları müəyyən edilməmişdir (İ cild, i.v.98). “Çəkilmiş fotoşəkillərin yararsız hala düşməsi barədə” 02 yanvar 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən zaman “Xiaomi” markalı mobil telefonla fotoşəkillər çəkilmiş, lakin texniki nasazlıq səbəbindən həmin çəkilmiş fotoşəkilləri çıxarmaq mümkün olmamış və çıxarılmadan öz-özünə silinmişdir(İ cild, i.v 99). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 17 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, ADİS-in mərkəzi serverinə şəbəkə vasitəsi ilə Sabunçu RPİ-dən xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Mirməməd oğlunun daktiloskopik kartı daxil olmuşdur. Həmin şəxsin əl əksləri ADİS-in məlumat bazasında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl izləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində xx.xx.2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən vət. X3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Mirməməd oğlunun sol əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir(İ cild, i.v.108-109). «şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, xırda kristal formada olan psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddəni könüllü şəkildə təqdim etmişdir. Aşkar olunmuş həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olacaq başqa heç bir əşya aşkar edilməmişdir(İ cild, i.v.166- 167). Məhkəmə-kimyəvi ekspertizasının 21.06,2022-ci il tarixli, 6/3443 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 161” möhür əksi, “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,840 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’in siyahısına (Siyahı İ) daxildir(İ cild, i.v.173-175). “diskə baxış keçirilməsi haqqında” 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə əks edilmiş görüntülər 20 iyun 2022-ci il tarixdə qeydə alınır. Xidməti otaq Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasının xidməti otaqlarından biridir. Video görüntülərdən müəyyən edilir ki, təhqiqatçı, polis leytenantı İsmayıl İsmayılov qarşısında dayanmış şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz saxlanılan əşya, maddə olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Həmin büküm açıldıqda müəyyən edilir ki, içərisində xırda kristal formada olan psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir bükümdə metamfetamini 20 iyun 2022ci il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsində üzdən tanıdığı lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Daha sonra təhqiqatçı, polis leytenantı İsmayıl İsmayılov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Təqsirləndirilən şəxs və şəxsi axtarış zamanı iştirak etmiş digər iştirakçılar zərfin üzərini imzalayır(İ cild, i.v.191). “maddi sübut kimi tanıma haqqında” 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,840 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 1,790 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(İ cild, i.v.218-219). Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3508 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(İ cild, i.v.223-224). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, ünvan 7 ünvanında baş vermişdir. Baxış zamanı evin çöldən iki ədəd pəncərəsinin dəmir barmaqlıqlarının sökülməsi və pəncərələrin açıq olması, evin dağınıq olması aşkar edilmişdir. Hadisə yerinin müayinəsi zamanı heç bir əl barmaq izi aşkar edilməmişdir (İ cild, i.v.241-243). “maddi sübutun götürülməsi barədə” 20 mart 2019-cu il tarixli protokoldan görünür ki, Şahid5 istintaqa təqdim etdiyi 01 ədəd Nokia 500 markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür(İİ cild, i.v.42). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 9144 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Nokia” markalı, 500 modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2018-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 20,00 manat müəyyən olunur(İİ cild, i.v.53-54). “İfadənin yerində yoxlanılması haqqında” 04 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir(İİ cild, i.v.68-69). “maddi sübut kimi tanıma haqqında” 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şahid5 istintaqa təqdim etdiyi 01 ədəd Nokia 500 markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır (İ cild, i.v.140). “mobil telefona baxış keçirilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Samsung markalı mobil telefon aparatı sensor ekranla təchiz edilmişdir. Həmin mobil telefon arxa qapağı açılarkən içərisində GSM kartı olmaması müəyyən edilmişdir. Mobil telefonda quraşdırılmış “Whatsapp” mobil tətbiqini deaktiv olunduğundan baxış keçirmək mümkün olmamışdır. Mobil telefonun “Mesajlar” və “Zənglər” qovluqlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir(İİ cild, i.v.172). “Sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində tərəfimdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Azərbaycan Respublikası CPM-nin 234.1-ci maddəsinin qeyd hissəsinin birinci bəndi Təqsirləndirilən şəxs şamil edilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 180, 186, 234.2, 322-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs “Real” marketdən 01 ədəd ayaqbbazı mazı və üç ədəd corab oğurlaması faktı üzrə cinayət təqibindən imtina edilsin, 01 ədəd ayaqqabı mazının və 03 ədəd corabın sahibinə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs elan edilmiş və ya ediləcək ittihamda 1 ədəd Nokia” markalı, 500 modelli mobil telefonun qiymətinin Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi dəyərlə hesablanması nəzərə alınmış, Şahid7, Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs oğurladığı əmlakları satdığı istintaqa məlum olmayan şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Təqsirləndirilən şəxs üzərindən 20 iyun 2022-ci il tarixdə aşkar edilmiş təmiz çəkisi 1,840 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə, hazırki cinayət işindən zəruri istintaq sənədlərinin kserosurətləri çıxarılmaqla material ayrılmış və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsindən ötrü Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən 14 sentyabr 2023-cü il tarixdə aşkar edilmiş təmiz çəkisi 0,839 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə, hazırki cinayət işindən zəruri istintaq sənədlərinin kserosurətləri çıxarılmaqla material ayrılmış və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsindən ötrü Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nə göndərilmiş, Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 20 iyun 2022-ci il və 14 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntünün qeyd olunduğu 02 ədəd CD disk maddi sübut hesab edilsin və cinayət işinin materiallarına əlavə edilmiş, 12 iyul 2022-ci il tarixli qərarla Şahid5 istintaqa təqdim etdiyi 01 ədəd Nokia 500 markalı mobil telefonun iş üzrə maddi sübut kimi tanınması və məhkəmə baxışınadək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmış, 18 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar ədilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,839 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və ekspert tədqiqatından sonra qalıq qalmış 0,789 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, 24 iyun 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,840 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspert tədqiqatından sonra qalıq qalmış 1,790 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, X3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar nadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs əl izlərini əks etdirən daktiloskopik kart iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolu, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolları, diskə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyləri işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilmişdir(İİ cild, i.v. 288-312). İş materiallarında olan: 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(İ cild, i.v.1). “şübhəli şəxsin tutulması haqqında” 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:15 dəqiqədə tutulmuşdur(İ cild, i.v.20). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur(İ cild, i.v.55). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-714/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir(İ cild, i.v.73-78). 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(İ cild, i.v.79-80). 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi təzələnib Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrə altında Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə davam etdirilmişdir(İ cild, i.v.88-90). 01 may 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir(İ cild, i.v.92). 01 iyul 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır(İ cild, i.v.128). 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi təzələnmiş və icraata qəbul edilmişdir(İ cild, i.v.133). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur(İ cild, i.v.135). 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrə altında Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə davam etdirilmişdir(İ cild, i.v.137-138). 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(İ cild, i.v 139). “şübhəli şəxsin tutulması haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:55 dəqiqədə tutulmuşdur(İ cild, i.v.157). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur(İ cild, i.v.195). “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlandığı MSY-dən azad edilmişdir(İ cild, i.v.212-214). 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(İ cild, i.v.215). 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi təzələnərək icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrə altında Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə davam etdirilmişdir(İ cild, i.v.233-234). 31 dekabr 2018-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(İ cild, i.v.235). 01 mart 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır(İİ cild, i.v.25). 20 mart 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(İİ cild, i.v.29). 24 mart 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır(İİ cild, i.v.48). 04 dekabr 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(İİ cild, i.v.62). “şübhəli şəxsin tutulması haqqında” 05 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2019-cu il tarixdə saat 02:10-da tutulmuşdur(İİ cild, i.v.81). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 dekabr 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir(İİ cild, i.v.94-95) 06 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir(İİ cild, i.v.112-113). 25 dekabr 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(İİ cild, i.v.116). 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixdə ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(İİ cild, i.v.178-181). “axtarışda olan şəxsin tutulması haqqında” 23 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində saxlanılmışdır(İl cild, i.v.185). 23 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir(İİ cild, i.v.186-188). “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir(İİ cild, i.v.201-202). “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlandığı MSY-dən azad edilmişdir(İİ cild, i.v.222-226). 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(İİ cild, i.v.227-230). 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(İİ cild, i.v.248-249). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(İİ cild, i.v.251-252). 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(İİ cild, i.v.254-256). “tutma haqqında” 19 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 18:00-da tutulmuşdur(İİ cild, i.v.259). “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlandığı MSY-dən azad edilmişdir(İİ cild, i.v.275-280). 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(İİ cild, i.v.281-284). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-182/2025 saylı 27 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o tapılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə gətirilənə kimi cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhər Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsi tərəfindən daxil olmuş 23 iyun 2025ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-182/2025 saylı 23 iyun 2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclasına təyin edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-182/2025 saylı 31 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-182/2025 saylı 20 avqust 2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclasına təyin edilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs–əsgər Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, müvafiq ekspert rəyləri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, müvafiq ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində 0,839 qram metamfetamin epizodu üzrə üzərində psixotrop maddə olmasını lakin miqdarının az olmasına münasibətdə qeyd edir ki, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs buna dair etirazını bildirməmiş, əksinə olaraq özünü təqsirli hesab etmişdir. Ona verilmiş suallara cavabında həmin epizod üzrə ona qarşı hər hansı fiziki və psixi təsir olmadığını qeyd etmişdir. Digər epizod 1,840 qram metamfetaminin ona yüklənməsinə münasibətdə məhkəmə hesab edir ki, bununla bağlı təqsirləndirilən şəxs ona qarşı təzyiq olaraq döyülməsini qeyd etsə də, ona verilmiş suallara cavabında bununla bağlı hər hansı arayış və ya digər sənəd təqdim edə bilməmiş, əksinə olaraq döyülməsi faktı ilə bağlı heç bir orqana müraciət etmədiyini və xəsarətlərin qeydiyyatdan keçmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hər iki epizod üzrə şübhəli şəxs qismində tutulmuş və daha sonra azad edilmişdir. Əgər həmin müddətdə qeyd etdiyi kimi psixotrop maddənin miqdarı ilə razı deyildirsə və ya bədənində xəsarətlər olmuşdursa buna dair etirazını bildirərək müvafiq qurumlara və ya həkimə müraciət etmək imkanı olmuşdur. Lakin təqsirləndirilən şəxs bununla bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə hesab edir ki, həmin müddətlərdə təqsirləndirilən şəxs polis nəzarəti altında olmamış, müvafiq qaydada müraciət etmək imkanından məhrum olmamışdır. Göstərilən halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin heç bir dəlilə söykənməyən ifadəsi həmin hissədə özünü müdafiə xarakterli olaraq cinayət məsuliyyətindən yayınmaq məqsədi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı qismən ödəməsi, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmaması(59.1.4), müharibə iştirakçısı olması, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi(AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin(234.1-ci maddəyə münasibətdə) təkrar törədilməsi(61.1.1) cəzanı ağırlaşdıran hal hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə maddələrin sanksiyasında nəzərədə tutulmuş cəzanın növü ilə bağlı hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməməsi, cinayətlərin məcmusunu, barəsində cinayət işi gedərkən yenidən cinayət törətməsi nəzərə alınmaqla az ciddi cəza növü(azadlığın məhdudlaşdırılması) cəzanın məqsədlərinə və cəzanın təyin edilməsinin ümumi əsaslarına uyğun hesab edilə bilməz. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri və 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaları qismən toplamaqla ona cəza təyin edilməli, şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 avqust 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı(CM-93.1.2), iş üzrə maddi sübutlar- ekspertiza tədqiqatdan sonra qalan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk Təqsirləndirilən şəxs əl izlərini əks etdirən daktiloskopik kart iş materiallarında saxlanılmalı, 01 ədəd Nokia 500 markalı mobil telefon qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək(saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlandığı 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək(saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlandığı 02 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün, cəmi 10 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 03 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1.790 qram və 0,789 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd Nokia 500 markalı mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut-02 ədəd CD disk və Zərərçəkmiş şəxs2 məxsus evdən hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs əl izlərini əks etdirən daktiloskopik kart iş materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 270(iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 31 saata(5s*6m=30m, 26s*11m=286m) görə 316 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********). Hökmdən elan olunduğu(həbsdə olan Təqsirləndirilən şəxs hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar