Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-183/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndəbala qızının iştirakı ilə xx xxxxxxxx 2005-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Xiyabanı küçəsi ev 06-da qeydiyyatda olan və Abşeron rayonu, Sovxoz 2 qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Caspi dənizkənarı istirahət mərkəzinə nömrəsiz masanın üzərində olan Zərərçəkmiş şəxs1 400 manat dəyərində olan «Samsung A21 S» markalı, «**********3056» imei kodlu üzərində 50 manat dəyərində «070 263 03 63» nömrəsi və 30 manat dəyərində olan «*** *** ** **» nömrəsi olan mobil telefonunu, 350 manat dəyərində «X6» markalı qara rəngli elektron smart saatını, Zərərçəkmiş şəxs2 1.000 manat dəyərində «**********56101» və «**********56109» imei kodlu «Samsung S 10» markalı üzərində 5 manat dəyərində «*** *** ** **» nömrəsi olan mobil telefonunu gizli olaraq talayıb, zərərçəkən Zərərçəkmiş şəxs1 830 manat, zərərçəkən Zərərçəkmiş şəxs2 isə 1.005 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndəbala qızının iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində məhəllə yoldaşları Riyad və Akşinlə birlikdə Pirşağı qəsəbəsinə dənizkənarı çimərliyə getmişlər. Onlar orada dənizdə çimmiş, saat 17:00 radələrində Riyadla Akşin kənarda qumun üstündə günəş şüaları alıb istirahət edərkən o, sahibi olmayan bir masanı görmüşdür. Oradan nəsə oğurlayıb və pul əldə etmək, həmçinin ac olduğundan oradan nəsə tapıb götürüb yemək üçün qərara almışdır. Bundan sonra ətrafa nəzər yetirib heç kimin fikrinin onda olmadığını aşkar edəndən sonra masaya yaxınlaşmış oradan «Samsung A21 S» markalı, «**********3056» imei kodlu mobil telefonu, «X6» markalı qara rəngli elektron Smart saatı, «Samsung S 10» markalı «**********56101» və «**********56109» imei kodlu mobil telefonu oğurlamış, əlində olan çantasına qoymuşdur. Həmin dostlarına yaxınlaşıb oradan telefon oğurladığını deyib, dərhal onlardan iti addımlarla uzaqlaşıb çıxıb evə doğru 179 saylı marşrut xətt avtobusla tək olaraq getmişdir. Dostları ona bu barədə heç nə deməmiş, onlar bunu zarafat kimi qəbul etmişdir. Yol üstü telefonların üstündə nömrələri sındırıb unutduğu yerə tullamışlar. Sonra Azərlə danışıb yolüstü Mehdiabad qəsəbəsində Azərlə görüşmüşdür. Birlikdə Azadlıq metrostansiyasına tərəf getmişdir. Ona pula ehtiyacı olduğuna görə ona məxsus mobil telefonlar və qol saatını satmaq istədiyini deyib xahiş etmişdir ki, onun şəxsiyyət vəsiqəsində onun şəkili olmadığına görə onun şəxsiyyət vəsiqəsiylə əmlakı satsınlar. O da razılaşmış, sonrakı dəqiqələrdə Arif adlı şəxsin dükanına gedib Azərin şəxsiyyət vəsiqəsini ona göstərib Arifə ona məxsus telefonu satmağını demişdir. Sonra qəbz yazıb ona vermiş, «Samsung S 10» markalı telefonun ona məxsus olmasını bildirmişdir. O əvəzində «İphone 7» markalı telefon və 30 manat pulu ona verib həmin telefonu götürmüşdür. Sonrakı gün isə birlikdə Azərlə gedib saatı da Arifin işinin yanında olan o, Zaur adlı şəxsə 30 manata satmış, saatın ona məxsus olmasını demiş, ona s ənəd verməmişdir. Sonra isə 20 Yanvar metrosunun yanına gedib «Samsung A21 S» markalı telefonu birlikdə Rəfail adlı şəxsə sənədsiz verib əvəzində 100 manat pul və İphone 6 markalı telefon götürmüşdür. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 17 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində tanışı Aytən, Nərgiz ilə birlikdə və İmaməddinlə Pirşağı qəsəbəsində yerləşən «Caspi» dəniz çimərliyinə gedib 20 manat verib yan hissələri taxtadan bağlı olan ön hissəsi açıq olan kotec götürüb dincəlmişlər. Yemək yeyib, istirahət etmişlər. Saat 16:00 radələrində hamısı birlikdə dənizə çimməyə getmişlər, saat 17-30 radələrində əyləşdiyi yerə qayıtdıqda aşkar etmişlər. Ona məxsus 400 manat dəyərində olan «Samsung A21 S»markalı, «**********3056» imei kodlu üzərində 50 manat dəyərində «070 263 03 63» nömrəsi və 30 manat dəyərində olan «*** *** ** **» nömrəsi olan mobil telefonu, ona məxsus olan 350 manat dəyərində «X6» markalı qara rəngli elektron smart saatı, İmaməddinə məxsus «Samsung S 10» markalı, 1.000 manat dəyərində «**********56101» və «**********56109» imei kodlu üzərində 5 manat dəyərində «*** *** ** **» nömrəsi olan mobil telefonu oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Şəfa oğlu ifadəsində göstərmişdir ki, 17 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində tanışı Aytən və Nərgiz adlı tanışları ilə birlikdə, Sarxanla Pirşağı qəsəbəsində yerləşən dəniz çimərliyinə gedib 20 manat verib yan hissələri taxtadan bağlı olan ön hissəsi açıq olan kotec götürüb dincəlmişlər. Yemək yeyib, istirahət etmişlər. Saat 16:00 radələrində hamısı birlikdə dənizə çimməyə getmiş, saat 17- 30 radələrində əyləşdiyi yerə qayıtdıqda aşkar etmişlər ki, Sarxana məxsus 400 manat dəyərində olan «Samsung A21 S» markalı, «**********3056» imei kodlu üzərində 50 manat dəyərində «070 263 03 63» nömrəsi və 30 manat dəyərində olan «*** *** ** **» nömrəsi olan mobil telefonunun, ona məxsus olan 350 manat dəyərində «X6» markalı qara rəngli elektron smart saatının, ona məxsus «Samsunq S 10» markalı, 1.000 manat dəyərində «**********56101» və «**********56109» imei kodlu «051 529 2581» nömərsi olan mobil tetefon oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindtirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 avqust 2022-ci il tarixdə, saat 18:40 radələrində Kamran zəng etmiş, sonra onunla yaşadığı evin yanında görüşmüşdür. O, iki ədəd mobil telefon və qol saatı olmasını, onun şəxsiyyət vəsiqəsi ilə satmaq istədiyini demişdir. O da etiraz etməmiş, birlikdə Azadlıq metrostansiyasına tərəf getmişlər. Arif adlı şəxsin dükanına gedib onun şəxsiyyət vəsiqəsini ona göstərib Arifə Kamranın ona telefonu satmağını demişdir. Sonra qəbz yazıb ona vermiş, «Samsung S 10» markalı telefonun Kamrana məxsus olmasını bildirmişdir. O əvəzində «İphone 7» markalı telefon, 30 manat pulu Kamrana vermiş və həmin telefonu götürmüşdür. Sonrakı gün isə birlikdə Kamranla gedib qol saatı da Arifin işinin yanında olan Zaur adlı şəxsə o, 30 manata satmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 17 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində Pirşağı qəsəbəsinə dəniz sahilinə istirahətə getmişlər. Saat 17:00 radələrində Akşinlə ona yaxınlaşan Kamran gülə-gülə evə getməli olmasını, oğurluq etməsini bildirmişdir. O da Aqşin də buna təcüblənib heç nə demədən baxmış və, onlardan aralanıb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 18 avqust 2022-ci il tarixdə, saat 12:00 radələrində sonradan adının bildiyi Təqsirləndirilən şəxs adlı şəxs mağazaya yanında adını bilmədiyi təxmini 20-22 yaşlı şəxslə gələrək, «Samsung A 21 S» markalı, «**********3056» imei kodlu mobil telefon satmasını bildirmişdir. O da həmin telefona baxıb ona 100 manat pul həmçinin, «İphone 6» markalı mobil telefon vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 17 avqust 2022-ci il tarixdə, saat 20:30 radələrində o, işdə olarkən əvvəllər kimi 6 aydır ki, tanıdığı Şahid1 və ona özünü Təqsirləndirilən şəxs kimi edən şəxslər onun işlədiyi yerə gəlmişlər. Ona Kamran «Samsung S 10» markalı, «102956101» və «**********56109» imei kodlu telefonu vermiş və kodunu aça bilmədiyini kodu ləğv etməsini xahiş etmişdir. O da etiraz etməyib kodunu ləğv etmişdir. Sonra Kamrana o, təklif etmişdir ki, telefonları dəyişək o da etiraz etməyib ona 30 manat pul və ona olan «**********69128» imei kodlu qara rəngli «İphone 7» markalı mobil telefonu vermişdir. O, ona «Samsung S10» markalı, «**********56101» və «**********56109» imei kodlu vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəisndə göstərmişdir ki, Təqsirləndirilən şəxs 4-5 aydır ki, tanıyır. Kamranla yoldaşlıq edir. 17 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində Pirşağı qəsəbəsinə dənizə istirahətə getmişlər. Saat 17:00 radələrində Riyadla ona yaxınlaşan Kamran güləgülə evə getməli olmasını, oğurluq etməsini bildirmişdir. O və Riyad da buna təccüblənib, heç nə demədən ona baxmışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 25 oktyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6823 saylı, 19 oktyabr 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd ağ rəngli «Vyetnam» istehsalı olan, «Samsunq Galaxy S 10» markalı, «SM G973F/DS» model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 450.00 manat müəyyən edilir. Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsii ilə nəzərdə tutulmuşoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, əməlindən səmimi peşiman olmasını, onun yetkinlik yaşına çatmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 20 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, tutma protokolu 20 oktyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində tərtib olunmuşdur (səh., 124). Cinayət işinin materiallarında olan 21 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir, təqsirləndirilən şəxs qismində dindirilmənin başa çatdığı vaxt 21 oktyabr 2022-ci il tarix, saat 16:15-dir (səh., 144). Cinayət işinin materiallarında olan 21 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 159). Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təzhlükə törətməyə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, ona qarşı şikayət və tələbin olmamasını, əməlindən səmimi peşiman olmasını, onun yetkinlik yaşına çatmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdən, 21 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 01 gün müddət nəzərə alınmalıdır. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcələlsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdən, 21 oktyabr 2022-ci il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Maddi sübut mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-183/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-183/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver