Məhkəmə qərarları › İş №1(008)-183/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-183/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-183/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan, Bakı şəhəri. Sabunçu rayonu, Zabrat qəsəbəsi. İstixana yaşayış massivində nömrəsız evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,276 qram və 0.443 qram, ümumi təmiz çəkisi 0,719 qram ağ rəngli kristalşəkılli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminı əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əfəndiyev küçəsinə daşımış, xx.xx.2024-cü il tarixdə saat 16:00-da Sabunçu rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə həmin yerdə saxlanılaraq Sabunçu rayon Polis idarəsinin 12-ci PŞ-nə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümə bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,276 qram və 0,443 qram, ümumi təmiz çəkisi 0,719 qram xeyli miqdarda ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, himayəsində 5 azyaşlı uşağı var. 5-6 ay "patı", "şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. 15 avqust 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində əvvəllər tanımadığı və anket məlumatları barədə məlumatı olmadığı bir nəfər şəxsdən 20 manata iki bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Aldığı metamfetamini də sonra istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində “Vişnovka” deyilən ərazidə olmuş, həmin vaxt Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsinə getmək üçün “Bolt” vasitəsi ilə taksi sifariş vermişdir. Həmin vaxt sifarişə sürücüsünün adı Kənan olan “Prius” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. O, taksiyə əyləşib Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsinə gəlmişdir. Həmin vaxt da üzərində aldığı iki bükümdə psixotrop maddə metamfetamin olmuş və həmin metamfetaminləri bir bükümə büküb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Sabunçu rayonu Sabunçu qəsəbəsi Əfəndiyev küçəsində olarkən PPXB-nin xidməti avtomobilində olan polis əməkdaşları ondan şübhələnərək taksi sürücüsünə avtomobilini saxlaması üçün işarə etmişlər. Taksi sürücüsü avtomobili saxlayan kimi o, başa düşmüşdür ki, polis əməkdaşları onun narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmağından şübhələnmişlər. Həmin vaxt da üzərində metamfetamin olduğundan taksi sürücüsü avtomobilini saxlayan kimi qaçmağa başlamışdır. O, qaçarkən polis əməkdaşları onun hərəkətlərindən şübhələndikləri üçün arxasınca qaçmağa başlamışlar. Həmçinin taksi sürücüsü də avtomobilini arxasınca idarə etmişdir. O, qaçaraq uzaqlaşmaq istəyərkən yıxılmış, yerə yıxıldığı zaman arxasınca gələn “Prius” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini saxlaya bilməmiş, nəticədə avtomobil ayağına dəymiş və o, ayağından xəsarət almışdır. Sonra polis əməkdaşları onu yaxalayıb 12-ci PŞnə gətirmişlər. 12-ci Polis Şöbəsində otaqların birində onun üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmişdir. O, ərizə ilə müraciət edərək müdafiəçinin şəxsi axtarış zamanı iştirak etmək istəmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulmuş və olduğu halda təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində 02 ədəd bükümdə metamfetamini saxladığı bir ədəd bükümü və həmin şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı etiraf etmişdir ki, 02 ədəd bükümdə olan maddələr “patı” kimi tanıdığı metamfetamindır. Həmin metamfetaminləri Sabunçu rayonu Sabunçu qəsəbəsindən şəxsi istifadəsi üçun 20 manata almış və istifadə etməsi üçün üzərində gəzdirmişdir. Üzərinə axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, aşkar edilmiş maddələr ekspertizaya göndəriləcəyi elan edilərək zərfə qoyulmuş və uzərı möhürlənmişdir. Ənəlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərdi ki, 16 avqust 2024-cü il tarixdə saat 16 radələrində xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində fərdi evin yaxınlığında Prius markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan bir nəfər tanımadıqları şəxsin özünü şübhəli apardığını görüb həmin avtomobili saxla əmri verib saxlatdırmışlar. Avtomobilə yaxınlaşıb həmin sərnişin qismində olan şəxsə özlərini təqdim edərək həmin şəxsə polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini ona göstərmiş və sərnişindən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs avtomobildən enərək qaçmağa başlamış, onlar həmin şəxsin arxasınca qaçaraq onu saxlamaq istəmişlər. Həmin vaxt sərnişin yerə yıxılmış, taksi kimi fəaliyyət göstərən Prius markalı, 01CB298 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onlara kömək etmək məqsədilə həmin şəxsin arxasınca avtomobilini idarə etmişdir. Onlar həmin şəxsi anidən tutub saxladıqda avtomobil hərəkəti dayandırmaq istəyən zaman ehtiyatsızlıqdan həmin şəxsin ayağına dəymiş, nəticədə sərnişin xəsarət almışdır. Həmin şəxsin üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə olmasından şübhələndikləri üçün sərnişini saxlayaraq 12-ci Polis Şöbəsinə gətirmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsindən ötrü tərəfindən rəhbərliyə raportla məruzə etmişlər. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması 12-ci Polis Şöbəsinin baş təhqiqatçısına həvalə olunmuş, bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri elan edilmiş və müdafiə hüququnun təmin edilməsi məqsədilə Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə xəbərdar edilmiş, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasını xahiş edərək bu barədə ərizə ilə müraciət etmişdir. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanusuz saxlanılan əşya, predmet, narkotik vasitə vardırsa onları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuş, təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində iki ədəd ağ rəngli sellofan büküm olması müəyyən edilmiş, həmin bükümlər açılaraq baxıldıqda içərilərində ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, 5-6 ay müddətdir ki, narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar edilmiş maddələr “patıdır, həmin maddələri 15 avqust 2024-cü il tarixdə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadə məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman, polis şöbəsinə aparılarkən və polis şöbəsində ona qarşı hər hansı formada zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 3 aya yaxındır ki, etibarnamə ilə günlük icarəyə götürdüyü Prius markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. “Bolt” taksi şirkətində qeydiyyatdan keçmiş və həmin şirkətə müraciət edən sərnişinlərə sifariş əsasında taksi xidməti göstərir. 16. 08.2024-cü il tarixdə təxminən saat 15:30 radələrındə Sabunçu rayonu, Albalılıq deyilən yerdə olan zaman “Bolt” taksi şirkəti vasitəsi ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi ünvanına sifariş gəlmişdir. Sonradan adının Babək olduğunu bildiyi bir nəfər şəxs avtomobilinə əyləşərək sifariş etdiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsinə gedəcəklərini bildirmişdir. O, həmin sifarişi yerinə yetirərək Babək adlı şəxsi qeyd olunan ünvana aparmışdır. ünvan 4-nin əməkdaşları avtomobildə əyləşən həmin sərnişini görərək avtomobili saxlatdırmışlar və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Həmin vaxt sərnişin qismində əyləşmiş Babək adlı şəxs avtomobilin qapısını açaraq avtomobildən düşüb qaçmağa başlamışdır. PPXB-nin əməkdaşları da Babək adlı şəxsin arxası ilə irəliləmişlər O, polis əməkdaşlarına kömək məqsədi ilə avtomobili hərəkət etdirərək onların arxası ilə sürmüşdür. Anidən Babək yerə yıxılmış və PPXB-nin əməkdaşları onu saxlamışlar. Həmin an avtomobili saxlamaq istəyəndə ehtiyatsızlıqdan saxlanılan şəxsin ayağından keçərək ona xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları Babəki 12-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət olmamışdır. Təqsirləndirilən şəxs avtomobilə əyləşəndən düşənədək onun üzərində psixotrop maddə olmasından məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlər edilməmişdir (i.v.104-105); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.14); şəxsi axtarış və götürmə aparılması haqqında 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində 2 ədəd ağ sellofana bükülmüş ağ rəngdə kristal formalı maddə, həmin şalvarının sol yan cibindən bir ədəd Redmi markalı telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə “Patı” olduğunu, xx.xx.2024-cü il tarixdə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manat pul verərək istifadə üçün alaraq üzərində saxladığını bildirmişdir Əlavə suallara cavab olaraq 5-6 aya yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir Götürülmüş maddələr qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün" 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v.25-26); məhkəmə-kimyəvi ekspertizasının 17 avqust 2024-cü il tarixli 3-16-16/2-6/4203 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159" dairəvi möhür əksi "vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş... saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs. “yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,276 qram və 0,443 qram, ümumi təmiz çəkisi təmiz çəkisi 0,719 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibində görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahisına daxildir (i.v.32-35); DVD diskə baxış keçirilməsi haqqında 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-də təhqiqatçı, polis mayoru X2 tərəfindən Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2 iştirakları ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Əiövsət oğlunun üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim edir. Həmin sellofan açıldıqda içərisində 02 ədəd büküm olması müəyyən edilir. Aşkar edilmiş bükümlərə baxış keçirildikdə bükümlərin içərisində ağ rəngli kristalşəkilli maddələr olması məlum olur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, 02 ədəd bükümdəki maddə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamındir. Həmin metamfetamini Sabunçu rayonu Sabunçu qəsəbəsində şəxsi istifadəsi üçün 20 manata almışdır. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bır əşya, maddə və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefon aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki büküm metamfetamin qablaşdırılır, DİN-in ‘‘Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Baxış Sabunçu RPİ-nin MSY-də keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 12-ci PŞdə keçirilən şəxsi axtarış zamanı videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmış və cinayət işi materiallarına əlavə edilmişdir (i.v.55-56); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 18 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.76-78); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 18 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.79-81); Maddi sübut kimi tanıma haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,719 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,639 qram metamfetamin Sabunçu rayon Polis İdarəsinin saxlancına verilmişdir (i.v.92-93); Mobil telefona baxış keçirilməsi haqqında 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Redmi markalı mobil telefon aparatı smart funksiyalıdır. Həmin mobil telefonun simkart yuvası açılaraq baxış keçirilən zaman içərisində Azercell mobil şəbəkəsinə məxsus ***-***-**-** GSM kartı olması müəyyən edildi. Mobil telefonun ekran kilidi açılaraq baxış keçirilərkən müəyyən edildi ki, “Whatsapp” mobil tətbiqini quraşdırılmamışdır. Mobil telefonun “Mesajlar”, “Zənglər” və “Qalareya” qovluqlarına, həmçinin məlumatların saxlanıldığı digər bölmələrinə baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi (i.v.96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, onun cəzası həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətəbiq edilməklə 01 il şərti sınaq müddəti ilə əvəz edilmişdir (i.v.121-122); Məhkəmə-narkoloji ekspertizasının 27 noyabr 2024-cü il tarixli 7513 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs PSİXOSTİMULYUATORLARİN qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.136-137); Sübutların qiymətləndrilməsi haqqında 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.148-159); Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü, xx.xx.2015-ci il təvəllüdlü, xx.xx.2017-ci il təvəllüdlü, xx.xx.2019-cu il təvəllüdlü və xx.xx.2021-ci il təvəllüdlü 5 azyaşlı uşağı vardır. Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 16 avqust 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,719 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı uşağının olmasını(CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə olan məhkumuğu ödənildiyindən CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 16 avqust 2024-cü il tarixdən 18 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdən 18 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,719 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,639 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar