Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-184/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 32.3, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, xx xxxx 1998-ci il tarixdə Şabran şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev 46, mənzil 79-da yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyrisinin özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsində təşkilatçı qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini vahid niyyətlə təhrik etmişdir. O, qohumu Təqsirləndirilən şəxs1 ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ilə Ağdaş şəhərində tanışlığı zamanı onu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra Təqsirləndirilən şəxs1la aralarındakı cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs guya özünün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləyən və geniş əlaqələrə malik olan «Rəşvin» adlı dostunun olduğunu aldatmaqla bildirib, onun vasitəsilə Zərərçəkmiş şəxs müəyyən pul müqabilində həmin Xidmətə işə qəbul etdirəcəyinə onu inandırıb yalan vəd verərək, məsələnin müsbət həll edilməsindən ötrü qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul edilməsi üçün zəruri olan tədbirləri görməsinə görə özləri vasitəsilə birbaşa yolla müəyyən məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ona bildirib, Zərərçəkmiş şəxs razılığını almaqla onunla sövdələşərək, özünün təşkilatçılığı ilə və qrup üzvü Təqsirləndirilən şəxs1la aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq, onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Rüfət Kərimovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2022-ci il iyun ayının sonlarında zəng edərək özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şöbəsinin rəisi vəzifəsində işləyən «Rəşvin» kimi təqdim etməsinə nail olub, telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 ona xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə rüşvət qismində verəcəyi maddi nemət olan 12.000 manat pul müqabilində Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə əməliyyatçı vəzifəsinə təyin etdirəcəyini, xidməti vəsiqə və xidməti mənzillə təmin olunacağını aralarındakı cinayətkar niyyətə uyğun olaraq yalandan bildirərək, Zərərçəkmiş şəxs razılığını alıb sövdələşərək, həmin adla Zərərçəkmiş şəxs Ağdaş şəhərində 2022-ci ilin iyun ayı ərzində müxtəlif ünvanlarda görüşərək hissə-hissə olmaqla, ümumilikdə 2.050 manat pul vəsaitini şəxsən özü almaqla, həmçinin, Zərərçəkmiş şəxs tərəfindən 25 iyun 2022-ci il tarixdə Ağdaş rayonunda yerləşən «1 inci» marketin içərisində quraşdırılan «Million» və «E-manat» terminalı vasitəsilə özünün «X9» ASC-in «Leobank» adlı «UNİBANK» Kommersiya Bankı» ASC-in «Leobank» adlı «4098********8820» nömrəli kart hesabına köçürülmüş 20 manat, əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən guya DTXın general-leytenant rütbəsində olan vəzifəli şəxs kimi təqdim edilən şəxsin katibəsi olan cinayətdən xəbərsiz Şahid3 «X9» ASC-in «Leobank» adlı «4098********4849» nömrəli kart hesabına 26 iyun 2022-ci il tarixdə köçürülmüş 500 manat, əlbir olduğu Təqsirləndirilən şəxs1 «X9» ASC-in “Leobank» adlı «4098********4932» nömrəli kart hesabına 29 iyun 2022-ci il tarixdə köçürülmüş 250 manat, 30 iyun 2022-ci il tarixdə köçürülmüş 350 manat, 01 iyul 2022-ci il tarixdə köçürülmüş 300 manat, 02 iyul 2022-ci il tarixdə köçürülmüş 600 manat, 02 iyul 2022-ci il tarixdə köçürülmüş 500 manat, 03 iyul 2022-ci il tarixdə köçürülmüş 300 manat, 06 iyul 2022-ci il tarixdə köçürülmüş 500 manat, əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən DTX əməkdaşları kimi təqdim edilən cinayətdən xəbərsiz Şahid5 «X9» ASC-in «Leobank» adlı «4098********4161» nömrəli kart hesabına 08 iyul 2022-ci il tarixdə köçürülmüş 1.000 manat, cinayətdən xəbərsiz X1 «X9» ASC-in «Leobank» adlı «4098**** ****1744» nömrəli kart hesabına 10 iyul 2022-ci il tarixdə köçürülmüş 500 manat, cinayətdən xəbərsiz Şahid4 «X9» ASC-in «Leobank» adlı «4098**** ****8410» nömrəli kart hesabına 11 iyul 2022-ci il tarixdə köçürülmüş 550 (beş yüz əlli) manat, əlbir olduğu Təqsirləndirilən şəxs1 «X9» ASC-in «Leobank» adlı «4098********4932» nömrəli kart hesabına 13 iyul 2022-ci il tarixdə köçürülmüş 1.000 (bir min) manat, 14 iyul 2022-ci il tarixdə köçürülmüş 500 manat, 16 iyul 2022-ci il tarixdə köçürülmüş 600 manat, 18 iyul 2022-ci il tarixdə köçürülmüş 900 manat, Zərərçəkmiş şəxs arvadı X5 məxsus «5103********0025» nömrəli «Kapital Bank» bank kartından «Birbank» mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 «X9» ASC-in «Leobank» adlı «4098********4932» nömrəli kart hesabına 28 iyul 2022-ci il tarixdə köçürülmüş 600 manat, əlbir olduğu Təqsirləndirilən şəxs1 «X9» ASC-in «Leobank» adlı «4098********4932» nömrəli kart hesabına 30 iyul 2022-ci il tarixdə köçürülmüş 300 manat, 06 avqust 2022-ci il tarixdə köçürülmüş 100 manat və özünün «X9» ASC-in «Leobank» adlı «4098********8820» nömrəli kart hesabına 13 avqust 2022-ci il tarixdə köçürülmüş 200 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs tərəfindən qeyd edilən kart hesablarına köçürülmüş 9.570 manat məbləğində pul vəsaitini həmin müddətdə Bakı şəhərində yerləşən ayrı-ayrı bankomatlarda, o cümlədən, Şahid3 «X9» ASC-in «Leobank» adlı «4098********4849» nömrəli kart hesabına 26 iyun 2022-ci il tarixdə köçürülmüş 500 manat pul həmin tarixdə sonuncu tərəfindən mobil tətbiq vasitəsilə özünün «X9» ASC-in «Leobank» adlı «4098********8820» nömrəli kart hesabına köçürülməklə həmin pul vəsaiti, həmçinin, Şahid5 özündə olan «X9» ASC-in «Leobank» adlı «4098********4161» nömrəli kart hesabına 08 iyul 2022-ci il tarixdə köçürülmüş 1.000 manat, X1 özündə olan «X9» ASC-in «Leobank» adlı «4098********1744» nömrəli kart hesabına 10 iyul 2022-ci il tarixdə köçürülmüş 500 manat, Şahid4 özündə olan «X9» ASC-in «Leobank» adlı «4098**** ****8410» nömrəli kart hesabına 11 iyul 2022-ci il tarixdə köçürülmüş 550 manat olmaqla, cəmi 2.550 manat pul vəsaitini özü, qalan 7.020 manat pul vəsaitini isə əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə çıxarıb nağdlaşdırmaqla, cəmi 9.570 manat pul vəsaitini əldə etməklə, ümumilikdə qeyd edilən qaydada əldə etdikləri 11.620 manat pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 11.620 manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxs qismində dövlətin, qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədən ibarət cinayət əməlini təşkil etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə onu vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyrisinin təşkilatçılığı ilə özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini vahid niyyətlə təhrik etmişdir. Qohumu Təqsirləndirilən şəxs2 ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 2022-ci ilin iyun ayında sonuncunun Zərərçəkmiş şəxs ilə Ağdaş şəhərində tanışlığı zamanı Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 müraciətindən sonra onunla aralarındakı cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs guya Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləyən və geniş əlaqələrə malik olan «Rəşvin» adlı dostunun olduğunu aldatmaqla bildirib, sonuncu vasitəsilə Zərərçəkmiş şəxs müəyyən pul müqabilində həmin Xidmətə işə qəbul etdirəcəyinə onu inandırıb yalan vəd verərək, məsələnin müsbət həll edilməsindən ötrü qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul edilməsi üçün zəruri olan tədbirləri görməsinə görə özləri vasitəsilə birbaşa yolla müəyyən məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ona bildirib, Zərərçəkmiş şəxs razılığını almaqla onunla sövdələşərək, Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə və qrup üzvü kimi sonuncu ilə aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq, şəxsən istifadəsində olan «***-***-**-**» saylı mobil telefonla Rüfət Kərimovun istifadəsində olan «***-***-**-**» saylı mobil nömrəyə 2022-ci il iyun ayının sonlarında zəng edərək özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şöbəsinin rəisi vəzifəsində işləyən «Rəşvin» kimi təqdim edib, telefon danışığı zamanı Zərərçəkmiş şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə rüşvət qismində verəcəyi maddi nemət olan 12.000 (on iki min) manat pul müqabilində Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə əməliyyatçı vəzifəsinə təyin etdirəcəyini, xidməti vəsiqə və xidməti mənzillə təmin olunacağını aralarındakı cinayətkar niyyətə uyğun olaraq yalandan bildirərək, Zərərçəkmiş şəxs razılığını alıb sövdələşərək, həmin adla Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs Ağdaş şəhərində 2022-ci ilin iyun ayı ərzində müxtəlif ünvanlarda hissəhissə olmaqla, ümumilikdə 2.050 (iki min əlli) manat pul vəsaitini almaqla, həmçinin, Zərərçəkmiş şəxs tərəfindən 25 iyun 2022-ci il tarixdə Ağdaş rayonunda yerləşən «1 inci» marketin içərisində quraşdırılan «MilliÖN» və «E-manat» terminalı vasitəsilə əlbir olduğu Təqsirləndirilən şəxs2 «X9» ASC-in «Leobank» adlı «4098********8820» nömrəli kart hesabına köçürülmüş 20 manat, özü tərəfindən guya DTX-ın «general-leytenant» rütbəsində olan vəzifəli şəxs kimi təqdim edilən şəxsin katibəsi olan cinayətdən xəbərsiz Şahid3 «X9» ASC-in «Leobank» adlı «4098********4849» nömrəli kart hesabına 26 iyun 2022-ci il tarixdə köçürülmüş 500 manat, özünün «X9» ASC-in «Leobank» adlı «4098********4932» nömrəli kart hesabına 29 iyun 2022-ci il tarixdə köçürülmüş 250 manat, 30 iyun 2022-ci il tarixdə köçürülmüş 350 manat, 01 iyul 2022-ci il tarixdə köçürülmüş 300 manat, 02 iyul 2022-ci il tarixdə köçürülmüş 600 manat, 02 iyul 2022-ci il tarixdə köçürülmüş 500 manat, 03 iyul 2022-ci il tarixdə köçürülmüş 300 manat, 06 iyul 2022-ci il tarixdə köçürülmüş 500 manat, özü tərəfindən DTX əməkdaşları kimi təqdim edilən cinayətdən xəbərsiz Şahid5 «X9» ASC-in «Leobank» adlı «4098********4161» nömrəli kart hesabına 08 iyul 2022-ci il tarixdə köçürülmüş 1.000 manat, cinayətdən xəbərsiz X1 «X9» ASC-in «Leobank» adlı «4098********1744» nömrəli kart hesabına 10 iyul 2022-ci il tarixdə köçürülmüş 500 manat, cinayətdən xəbərsiz Şahid4 «X9» ASC-in «Leobank» adlı «4098********8410» nömrəli kart hesabına 11 iyul 2022-ci il tarixdə köçürülmüş 550 manat, özünün «X9» ASC-in «Leobank» adlı «4098********4932» nömrəli kart hesabına 13 iyul 2022-ci il tarixdə köçürülmüş 1.000 manat, 14 iyul 2022-ci il tarixdə köçürülmüş 500 manat, 16 iyul 2022-ci il tarixdə köçürülmüş 600 manat, 18 iyul 2022-ci il tarixdə köçürülmüş 900 manat, Zərərçəkmiş şəxs arvadı X5 məxsus «5103********0025» nömrəli «Kapital Bank» bank kartından «Birbank» mobil tətbiqi vasitəsilə onun «X9» ASCin «Leobank» adlı «4098********4932» nömrəli kart hesabına 28 iyul 2022-ci il tarixdə köçürülmüş 600 manat, özünün «X9» ASC-in «Leobank» adlı «4098********4932» nömrəli kart hesabına 30 iyul 2022-ci il tarixdə köçürülmüş 300 manat, 06 avqust 2022-ci il tarixdə köçürülmüş 100 manat və əlbir olduğu Təqsirləndirilən şəxs2 «X9» ASC-in «Leobank» adlı «4098********8820» nömrəli kart hesabına 13 avqust 2022-ci il tarixdə köçürülmüş 200 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs tərəfindən qeyd edilən kart hesablarına köçürülmüş 9.570 manat məbləğində pul vəsaitini həmin müddətdə Bakı şəhərində yerləşən ayrı-ayrı bankomatlarda, yəni, Şahid3 «X9» ASC-in «Leobank» adlı «4098********4849» nömrəli kart hesabına 26 iyun 2022-ci il tarixdə köçürülmüş 500 (beş yüz) manat pul həmin tarixdə onun tərəfindən mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs2 «X9» ASC-in «Leobank» adlı «4098********8820» nömrəli kart hesabına köçürülməklə həmin pul vəsaiti, həmçinin, Şahid5 Təqsirləndirilən şəxs2 olan «X9» ASC-in «Leobank» adlı «4098********4161» nömrəli kart hesabına 08 iyul 2022-ci il tarixdə köçürülmüş 1.000 manat, X1 Təqsirləndirilən şəxs2 olan «X9» ASC-in «Leobank» adlı «4098********1744» nömrəli kart hesabına 10 iyul 2022-ci il tarixdə köçürülmüş 500 manat, Şahid4 Təqsirləndirilən şəxs2 olan «X9» ASC-in “Leobank” adlı «4098**** ****8410» nömrəli kart hesabına 11 iyul 2022-ci il tarixdə köçürülmüş 550 manat olmaqla, cəmi 2.550 manat pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə, qalan 7.020 manat pul vəsaitini isə şəxsən özü çıxarıb nağdlaşdırmaqla, cəmi 9.570 (doqquz min beş yüz yetmiş) manat pul vəsaitini əldə etməklə, ümumilikdə qeyd edilən qaydada əldə etdikləri 11.620 (on bir min altı yüz iyirmi) manat pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 11.620 manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxs qismində dövlətin, qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 178.2.1. 178.2.4, 32.3, 310, 32.4, 312.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin may ayında Ağdaş rayonunda yerləşən «1 inci» marketdə satıcı işləyən Aytac Əliyeva adlı qızla tanış olmuş, bir neçə gün sonra əvvəllər tanımadığı Ağdaş rayon sakini Zərərçəkmiş şəxs ona zəng edərək, Aytac Əliyevanın qohumu olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. 2022-ci ilin may ayının sonlarında Ağdaş rayonunda yerləşən «1 inci» marketin üstündəki kafedə Rusiflə ilk dəfə görüşüb tanış olmuş, söhbət zamanı sonuncu ona işsiz olduğunu və uşaqlıqdan arzusunun Dövlət Təhlükəsizliyi Xidmətində işləmək istədiyini demişdir. Bundan sonra o, özünü Rusifə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin bacısı oğlu kimi təqdim edərək DTX-də «əməliyyatçı» vəzifəsində işləyən Rəşvin adlı dostunun olduğunu bildirmiş və əlaqələrindən istifadə edib Rusifi DTX-ya işə düzəlməyə köməklik edəcəyinə söz vermişdir. Daha sonra xalası oğlu Təqsirləndirilən şəxs1 ilə 2022-ci ilin may ayının sonlarında görüşərək, sonuncuya bir nəfəri işə düzəltməyi söz verib aldadacağını, bu yolla həmin şəxsdən 15.000 manat məbləğində pul vəsaitini ələ keçirəcəyini və bu yolla İmama da pul verəcəyini bildirdikdə İmam onun bu təklifi ilə razılaşmışdır. Bu sövdələşmədən sonra o, Rusiflə Ağdaş rayonunda yerləşən «Aura» adlı restoranda və «44» adlı playstation klubda tez-tez görüşərək, sonuncunu DTX-yə işə düzəlmək məsələsi ilə bağlı mütəmadi olaraq söhbətlər aparmış, Rusifi tam inandırmaq üçün növbəti görüşlərin birində əvvəlcədən planlaşdırdığı kimi İmam istifadəsində olan +99***-***-**-** saylı mobil nömrədən Rusifə zəng edib özünü DTX-da işləyən Rəşvin kimi təqdim etmiş, telefon danışığı zamanı İmam Rusifə DTX-yə işə düzəlmək məsələsini «ağsaqqala» dediyini və lazımı köməklik ediləcəyini bildirmiş, bundan sonra iyul ayının ortalarında DTX-nin Dövlət Gömrük Komitəsində «əməliyyatlar» aparması barədə məlumatlar sosial şəbəkələrdə paylaşılan vaxt onun tapşırığı ilə İmam yenidən Rusifə zəng edib həmin əməliyyatları özünün həyata keçirdiyini və bununla əlaqədar DTX-da general rütbəsində işləyən dayısının yanında olarkən Rusifdən işə düzəlmək üçün istənilən məbləğin 10.000 manata endirməyi xahiş etdiyini demişdir. Sonuncudan xidməti ev, vəsiqənin veriləcəyi və s. bu kimi vədlərlə aldadaraq, ondan ümumilikdə 2.000 manat məbləğində pul almışdır. Həmin günün səhəri Ağdaş rayonunda Beynəlxalq bankın yanında yerləşən «Aura» restoranında Rusiflə görüşərkən İmam Rusifə yenidən zəng etmiş, Rusifin qayınatasının məhkumluğunun olduğunu və bunun Kadrlar İdarəsində onun şəxsi işində problem yaratdığını, lakin «ağsaqqalın» Kadrlar İdarəsinə tapşırdığını bildirərək, buna görə də «şirinlik» kimi 500 manat məbləğində pul vəsaitinin guya «ağsaqqalın» katibəsi işləyən Şahid3 adına olan pul kartına köçürməsini Rusifdən istəmişdir. Bu məqsədlə həmin pul kartının şəklini Rusifə «sms»lə göndərmiş, Rusif də 500manat məbləğində pul vəsaitini Ağdaş rayonunda yerləşən «1 inci» marketin içərisində quraşdırılan «E-manat» aparatı ilə köçürmüşdür. O, 2022-ci ilin iyun-iyul aylarında Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə müxtəlif bəhanələrlə əlbəəl hissə-hissə olmaqla Ağdaş şəhərində 2.050 manat pul almışdır. Rusifi inandırmaq məqsədilə və ondan sonrakı vaxtlarda pul almaq üçün İmamla planlaşdırdığı kimi, sonuncu onun tapşırığı ilə Rusifə zəng edib hərbi rütbəsinin xidmətdə fərqlənməyə görə vaxtından əvvəl artırılaraq «mayor» rütbəsi aldığını, Mingəçevir şəhər şöbəsinə rəis təyin olunduğunu və Rusifi də öz tabeçiliyində «əməliyyatçı» kimi ora işə düzəldəcəyini bildirmişdir. Bundan sonra İmam Rusifə tabeçiliyindəki əməliyyatçılar kimi qələmə verdiyi Təqsirləndirilən şəxs1, Şahid5, X1 və Şahid4 adlarına olan pul kartlarının fotoşəkillərini «sms» lə göndərib, işə düzəlməsi üçün ondan istənilən məbləğin həmin şəxslərin adına olan hesablara yükləməyi tapşırmışdır. Həmin vaxt nə Şahid4, nə X1 və nədəki Şahid5 əlbir olduğu İmamla birlikdə Zərərçəkmiş şəxs aldatmaqları barədə heç bir məlumatları olmamışdır. Bundan əlavə o, qeyd etmişdir ki, İmamın Rusifə kart hesab nömrələrinin fotoşəkillərini göndərdiyi hər üç şəxslə Bakı şəhərində yerləşən «Şaurma 1» restoranında tanış olmuşlar. Belə ki, onları həmin restoranda müştəri kimi yemək yeyərkən ofisiant kimi tanımış, Rusif onların adlarına olan bank hesablarına pullar köçürərkən onlara həmin pulların ailə üzvləri tərəfindən köçürüldüyünü demişdir. Bu məqsədlə adlarına olan bank kartlarını ona vermələrini xahiş etmiş, karta vurulan pulları özü Bakı şəhərində yerləşən müxtəlif bankomatlarda çıxarıb götürmüşdür. Belə ki, Rusif onun tələbi ilə 25 iyun 2022-ci il tarixdə Ağdaş rayonunda yerləşən «1 inci» marketin içərisində quraşdırılan «Emanat» aparatı vasitəsilə adına olan bank hesabına 20manat, onun tapşırığı ilə özünü Rəşvin kimi qələmə verən İmamın tələbi ilə eyni üsulla, 29 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına olan bank hesabına 250 manat, 30 iyun 2022-ci il tarixdə həmin hesaba eyni yolla 350 manat, 01 iyul 2022-ci il tarixdə Ağdaş rayonunda yerləşən «1 inci» marketin içərisində quraşdırılmış «Million» aparatı vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan bank hesabına 300 manat, 02 iyul 2022-ci il tarixdə 600 manat, 03 iyul 2022-ci il tarixdə 300 manat, 06 iyul 2022-ci il tarixdə 500 manat, 08 iyul 2022-ci il tarixdə Şahid5 adına olan bank hesabına 1.000 manat, 10 iyul 2022-ci il tarixdə X1 adına olan bank hesabına 500 manat, 11 iyul 2022-ci il tarixdə Şahid4 adına olan bank hesabına 550 manat, 12 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına olan bank hesabına 500 manat, 13 iyul 2022-ci il tarixdə həmin hesaba 1.000 manat, 14 iyul 2022-ci il tarixdə həmin hesaba 500 manat, 16 iyul 2022-ci il tarixdə həmin hesaba 600 manat, 18 iyul 2022-ci il tarixdə həmin hesaba 900 manat, 30 iyul 2022-ci il tarixdə həmin hesaba 300 manat, 06 avqust 2022-ci il tarixdə həmin hesaba 100 manat, eləcə də, 28 iyul 2022-ci il tarixdə Rusif arvadı X5 məxsus «5103********0025» seriyalı bank kartından «Birbank» mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan bank hesabına 600 manat, 13 avqust 2022-ci il tarixdə isə, həmin bank hesabından eyni yolla mənim adıma olan bank hesabına 200 manat, ümumilikdə təxminən 12.000 manata yaxın pul köçürmüşdür. Rusif tərəfindən kartına köçürülmüş pulları Bakı şəhərində yerləşən müxtəlif banklara aid bankomatlardan, axırıncı dəfə isə kartına köçürülmüş 200 manat pulu Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Kapital Bank»a aid bankomatdan çəkib çıxartmış, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs ələ keçirdikləri pul vəsaitinin təxminən 2.000 manatı İmama çatmış, qalan bütün pulu isə özü götürmüşdür. 22 iyul 2022-ci il tarixdə İmam onun tapşırığı ilə növbəti dəfə Rusifə zəng edərək, DTX-nin Mingəçevir şəhər şöbəsinə rəis təyin olunduğunu, 16 avqust 2022-ci il tarixdə həmin idarəyə gəlməyi demiş, 16 avqust 2022-ci il tarixdə Rusiflə birlikdə Mingəçevir şəhərinə getmiş, əvvəlcədən planlaşdırdığı kimi İmam Rusifə zəng edib sonuncuya işdən Bakıya çağırıldığını və «18 avqustda Bakıya gəl vəsiqəni götür, sonra Mingəçevirə işə qayıt» sözlərini demişdir. Bu hadisədən sonra Rusif ona özünü Rəşvin kimi qələmə verən şəxsin onu aldatması barədə şübhələrinin olduğunu bildirmiş, ondan təcili Rəşvin adlı şəxslə görüşmək istədiyini tələb etmiş, əks halda DTX-yə şikayət edəcəyini bildirmiş, o, isə Rusifə cavabında Rəşvinin onları Bakıya aparmaq üçün Ağdaşa gələcəyini demişdir. Bundan sonra 16 avqust 2022-ci il tarixdə dostu Şahid2 zəng edib harada olduğunu soruşanda Rəşvin Şəkidə olduğunu bildirmiş, ona Bakıya gedəndə onu da götürməsini xahiş etmişdir. Həmin gün günorta saatlarında Rəşvin idarə etdiyi «** RF ***» dövlət qeydiyyat nişanlı «Kia» markalı qara rəngli avtomobillə gələrək, Ağdaş rayonunun girişində onunla görüşmüş, Rəşvinin avtomobili ilə Rusifin kirayədə yaşadığı ünvan 5 ünvan gedərək, Rusiflə atası Şahid1 avtomobilini götürüb özünün yaşadığı Ağdaş Rayon Regional Mədəniyyət İdarəsinin yaxınlığında yerləşən evinə getmişdir. Həmin ünvana çatanda Rəşvin və o, evə daxil olmuş, Rusif və atası Davud isə həyətdə onların qayıtmağını gözləmiş, təxminən 20-25 dəqiqə sonra çölə çıxıb Rusifə yaxınlaşıb onu lap əvvəldən aldatdığını etiraf etmişdir. Bundan sonra Rusif və Davudla birlikdə evə daxil olmuş, bu vaxt Rusif Rəşvindən DTX-də işləyib-işləmədiyini soruşmuş, o cavabında heç nədən xəbəri olmadığını, DTX-də işləmədiyini və məsələ barədə indicə öyrəndiyini demişdir. Həmin an Rusif məsələnin əslini danışmağını ondan tələb etmiş, o, Rusifə Rəşvinin heç nədən xəbəri olmadığını və onunla indiyədək telefonla danışan «Rəşvin» adlı şəxsin dostu olan başqa bir şəxs olduğunu bildirmiş, Rusif DTX-yə işə düzəltmək adı ilə aldadaraq ondan aldığı təxminən 12.000 manata yaxın pulu dərhal qaytarmağımı tələb etmiş, əks təqdirdə DTX-ın qaynar xəttinə zəng edərək şikayət edəcəyini demişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Maddi ziyanı tam olaraq ödəmişlər. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının sonlarında qohumu Təqsirləndirilən şəxs2 ona Zərərçəkmiş şəxs adlı birini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə «əməliyyatçı» vəzifəsinə işə düzəldəcəyi vədi ilə aldadaraq, sonuncudan 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirmək istədiyini bildirmiş, bunun üçün ondan həmin şəxsə zəng edərək dostu Şahid2 adı ilə danışmağı, özünü DTX-da «əməliyyatçı» vəzifəsində işləyən şəxs kimi təqdim etməyi istəmişdir.Bunun müqabilində ələ keçirəcəyi həmin puldan ona 4.000 (dörd min) manat pul verəcəyini demişdir. Həmin vaxt o, Bəhruzun bu təklifini qəbul edərək razılaşmışdır. Bəhruzla aralarında olan bu sövdələşmədən sonra təxminən 2022-ci ilin iyun ayının sonlarında istifadəsində olan +99***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs zəng edərək adının Rəşvin olduğunu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində «əməliyyatçı» vəzifəsində işlədiyini, «ağsaqqala» sonuncunun DTX-ya işə düzəlmək məsələsi barədə danışdığını demiş, bundan sonra təxminən iyun ayının sonu iyul ayının əvvəllərində DTX-ın Dövlət Gömrük Komitəsində «əməliyyatlar» aparması barədə məlumatlar sosial şəbəkələrdə paylaşılan vaxt, yenidən Rusifə zəng edərək ona həmin əməliyyatların özü tərəfindən keçirildiyini, fürsət tapıb «ağsaqqalın» yanında olarkən ondan DTX-ya işə düzəlmək üçün tələb olunan 15.000 manat məbləği 10.000 manata endirməyi xahiş etdiyini, ağsaqqalın da buna razı olduğunu bildirmişdir. Bundan sonra Bəhruzun tapşırığı ilə 2022-ci ilin iyun-avqust aylarında ayrı-ayrı vaxtlarda mütəmadi olaraq Rusiflə mobil telefonla danışıb ondan işin həll olunması üçün müxtəlif bəhanələr uyduraraq pullar istəmişdir. Belə ki, 2022-ci ilin iyul ayının əvvəllərində Rusiflə növbəti telefon danışığının birində Kadrlar İdarəsində sonuncunun şəxsi işində problem yarandığını, onun qayınatası X6 məhkumluğu olduğunu və bunun üçün guya «ağsaqqalın» katibəsi, əslində isə öz doğma bacısı olan, cinayətdən xəbərsiz Şahid3 adına olan bank hesabına 500 manat məbləğində pul vəsaitini köçürməsini tələb etmişdir. Sonrakı vaxtlarda Rusifə xidməti ev və xidməti vəsiqə veriləcəyi və s. bu kimi yalan vədlər verib, ümumilikdə təxminən 2.000 manat məbləğində pul vəsaitini ondan adına olan «X9» ASC-in «Leobank» adlı «4098********4932» nömrəli kart hesabına köçürməsini tələb edib ələ keçirmişdir. Qohumu Təqsirləndirilən şəxs2 2022-ci ilin iyun-iyul aylarında Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə müxtəlif bəhanələrlə əlbəəl hissə-hissə olmaqla Ağdaş şəhərində 2.050 manat pul almış, Rusifi inandırmaq məqsədilə və ondan sonrakı vaxtlarda pul almaq üçün Bəhruzla planlaşdırdığı kimi, onun tapşırığı ilə Rusifə zəng edib hərbi rütbəsinin xidmətdə fərqlənməyə görə vaxtından əvvəl artırılaraq «mayor» rütbəsi aldığını, Mingəçevir şəhər şöbəsinə rəis təyin olunduğunu və Rusifi də öz tabeçiliyində “əməliyyatçı” kimi ora işə düzəldəcəyini bildirmişdir. Bundan sonra Rusifə tabeçiliyindəki əməliyyatçılar kimi qələmə verdiyi Təqsirləndirilən şəxs1, Şahid5, X1 və Şahid4 adlarına olan pul kartlarının fotoşəkillərini «sms»lə göndərib, işə düzəlməsi üçün ondan istənilən məbləğin həmin şəxslərin adına olan hesablara yükləməyi tapşırmışdır. Həmin vaxt nə Şahid4, nə X1 və nədəki Şahid5 əlbir olduğu Bəhruzla birlikdə Zərərçəkmiş şəxs aldatmaqları barədə heç bir məlumatları olmamışdır. Rusif hər üç şəxsin adlarına olan bank hesablarına pulları köçürərkən Bəhruz onlara həmin pulların ailə üzvləri tərəfindən köçürüldüyünü demişdir. Bu məqsədlə kartları onlardan almış, Bəhruz həmin kartlara Rusif tərəfindən vurulan pulları özü Bakı şəhərində yerləşən müxtəlif bankomatlarda çıxarıb götürmüşdür. Belə ki, Rusif Bəhruzun tələbi ilə 25 iyun 2022-ci il tarixdə Ağdaş rayonunda yerləşən «1 inci» marketin içərisində quraşdırılan «E-manat» aparatı vasitəsilə sonuncunun adına olan bank hesabına 20 manat, özünün tələbi ilə eyni üsulla 29 iyun 2022-ci il tarixdə adına olan bank hesabına 250 manat, 30 iyun 2022-ci il tarixdə həmin hesaba eyni yolla 350 manat, 01 iyul 2022-ci il tarixdə Ağdaş rayonunda yerləşən «1 inci» marketin içərisində quraşdırılmış «Million» aparatı vasitəsilə 300 manat, 02 iyul 2022-ci il tarixdə 600 manat, 03 iyul 2022-ci il tarixdə 300 manat, 06 iyul 2022-ci il tarixdə 500 manat, 08 iyul 2022-ci il tarixdə Şahid5 adına olan bank hesabına 1.000 manat, 10 iyul 2022-ci il tarixdə X1 adına olan bank hesabına 500 manat, 11 iyul 2022-ci il tarixdə Şahid4 adına olan bank hesabına 550 manat, 12 iyul 2022-ci il tarixdə özünün adına olan bank hesabına 500 manat, 13 iyul 2022-ci il tarixdə həmin hesaba 1.000 manat, 14 iyul 2022-ci il tarixdə həmin hesaba 500 manat, 16 iyul 2022-ci il tarixdə həmin hesaba 600 manat, 18 iyul 2022-ci il tarixdə həmin hesaba 900 manat, 30 iyul 2022-ci il tarixdə həmin hesaba 300 manat, 06 avqust 2022-ci il tarixdə həmin hesaba 100 manat, eləcə də, 28 iyul 2022ci il tarixdə Rusif arvadı X5 məxsus «5103********0025» seriyalı bank kartından «Birbank» mobil tətbiqi vasitəsilə həmin hesaba 600 manat, 13 avqust 2022-ci il tarixdə isə, həmin bank hesabından eyni yolla Bəhruzun adına olan bank hesabına 200 manat, ümumilikdə təxminən 12.000 manata yaxın pul köçürmüşdür. Bəhruzla birlikdə Zərərçəkmiş şəxs ələ keçirdikləri pul vəsaitinin təxminən 2.000 manatı özünə çatmış, qalan bütün pulu isə Bəhruza vermişdir. Şahid4, Şahid5 və X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Şaurma №1» restoranında ofisiant kimi işləmişlər və Bəhruz onlarla onun ad günündə, yəni 25 iyul 2021-ci il tarixdə tanış olmuşdur. Həmin şəxslərin Bəhruzun Rusifə qarşı törətdiyi əməllərdən xəbərləri olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, cari ilin may ayında qonşusu Rövşanə adlı qadın ona müraciət edərək Bəhruz adlı şəxsin qızı Aytacı bəyəndiyini və evdə kişi cinsindən şəxs olmadığı üçün Bəhruzla görüşüb, bu barədə söhbət etməyi ondan xahiş etmişdir. Bu məqsədlə Rövşanədən Bəhruzun mobil nömrəsini götürərək, təxminən may ayının sonlarında onunla əlaqə saxlayaraq, özünü Bəhruza Aytacın yaxını kimi təqdim edib onunla Ağdaş rayonundakı «1 inci» marketin üstündə yerləşən adını xatırlamadığı restoranda görüşmüşlər. Söhbət əsnasında Bəhruza işsiz olduğunu bildirmiş, sonuncu Milli Məclisin deputatı X3 dayısı oğlu olduğunu və onu istədiyi işlə təmin edə biləcəyini bildirmişdir. Bu vaxt o, Dövlət Təhlükəsizliyi Xidmətində işləmək istədiyini Bəhruza demişdir. Bəhruz Rəşvin dostunun həmin Xidmətdə «baş leytenant» hərbi rütbəsində «əməliyyatçı» vəzifəsində işlədiyini və bu işdə ona kömək etməyə imkanı olduğunu bildirmişdir. Həmçinin görüş zamanı Bəhruz Rəşvin adlı dostunun dayısı Rəşad Quliyev adlı şəxsin Dövlət Təhlükəsizliyi Xidmətində «general-leytenant» hərbi rütbəsində çalışdığını demişdir. Həmin vaxt o internetə daxil olaraq tanımadığı bir şəxsin fotoşəkilini Rəşad Quliyev olduğunu bildirib ona göstərmişdir. Bu görüşdən sonra onun Təqsirləndirilən şəxs2la dostluq münasibəti yaranmışdır. Ağdaş rayonundakı Beynəlxalq bankın yaxınlığında yerləşən «Aura» restoranında və «44» adlı playstation klubda tez-tez görüşüb iş düzəlmə məsələsi ilə bağlı söhbət etmişdir. Təxminən 2022-ci ilin iyun ayının sonlarında Bəhruz ona zəng edərək Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul olmaq istəyini dostu Rəşvin adlı şəxsə və özünün qohumu kimi qələmə verdiyi Məzahir Əfəndiyevə bildirdiyini, sonuncuların ona Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul olmağa köməklik etməyə hazır olduqlarını demişdir. Bundan sonra, Bəhruz ona DTX-ya işə qəbul olmaq üçün 15.000 manat məbləğində pul vəsaitinin DTX-də işləyən «Rəşad Quliyev» adlı şəxsə Rəşvinin vasitəsilə çatdırmalı olduğunu bildirmişdir. Bəhruza istənilən məbləği vermək imkanı olmadığını dedikdə, Bəhruz Rəşvinlə danışaraq həmin məbləği aşağı salacağını bildirmişdir. Təxminən iyun ayının sonlarında axşam saatlarında tanımadığı +99***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmiş, zəng edən şəxs adının Rəşvin olduğunu və onu DTX-ya işə düzəlmək məsələsini «ağsaqqala» dediyini, ağsaqqalın lazımı köməklik edəcəyini bildirmişdir. Özünü Rəşvin kimi qələmə verən şəxsin «ağsaqqal» dedikdə Bəhruzun ona əvvəlcədən məlumat verdiyi kimi guya Rəşvinin DTX-də «generalleytenant» hərbi rütbəsində xidmət edən «Rəşad Quliyev» adlı dayısını nəzərdə tutduğunu anlamış, təxminən iyul ayının ortalarında DTX-ın Dövlət Gömrük Komitəsində «əməliyyatlar» aparması barədə məlumatlar sosial şəbəkələrdə paylaşılan zaman özünü Rəşvin kimi qələmə verən şəxs ona yenidən zəng edərək, bu əməliyyatları özünün həyata keçirdiyini və bununla əlaqədar «dayısının» yanında olarkən DTX-ya işə düzəlmək üçün tələb olunan məbləğin 10.000 manata endirməyi «ağsaqqaldan» xahiş etdiyini demişdir. Bundan sonra Bəhruz xidməti ev veriləcəyi, xidməti vəsiqənin veriləcəyi və s. bu kimi vədlərlə onu aldadaraq, Ağdaş rayonu ərazisində müxtəlif ünvanlarda hissə-hissə olmaqla ümumilikdə ondan 2.000 manat məbləğində pul vəsaitini əlbə-əl almışdır. Növbəti günlərdə Ağdaş rayonundakı Beynəlxalq bankın yanında yerləşən «Aura» restoranda Bəhruzla görüşü zamanı özünü Rəşvin kimi qələmə verən şəxs ona yenidən zəng edərək, qayınatasının məhkumluğu olduğunu və bunun Kadrlar İdarəsində şəxsi işində problem yaratdığını, lakin «ağsaqqalın» Kadrlar İdarəsinə tapşırdığını (burada o guya Rəşad Quliyev adlı dayısını nəzərdə tuturdu) bildirərək, buna görə də «şirinlik» kimi 500 manat məbləğində pul vəsaitinin «ağsaqqalın» katibəsi işləyən Şahid3 adına olan pul kartına köçürməyi ondan istəmişdir. Rəşvin Bu məqsədlə həmin pul kartının şəklini «sms»lə ona göndərmiş, Ağdaş rayonunda yerləşən «1 inci» marketin içərisində quraşdırılan «Emanat» aparatı ilə həmin pulu göndərilən karta yükləmişdir. Rəşvin adlı şəxslə sonrakı telefon danışıqları zamanı sonuncu hərbi rütbəsinin xidmətdə fərqlənməyə görə vaxtından əvvəl artırılaraq ona «mayor» rütbəsinin verildiyini, Mingəçevir rayon idarəsinə rəis təyin olunduğunu, tezliklə onu öz tabeçiliyində «əməliyyatçı» kimi işə düzəldəcəyini bildirmişdir. Bu yolla özünü inandırıb guya tabeçiliyindəki əməliyyatçılar kimi qələmə verdiyi Təqsirləndirilən şəxs1, Şahid5, X1 və Şahid4 adlarına pul kartlarının fotoşəkillərini «sms»lə ona göndərərək, işə düzəlmək üçün tələb olunan məbləği həmin hesablara köçürməyi tapşırmışdır. Bundan sonra o, Bəhruz və özünü Rəşvin kimi təqdim edən şəxsin bildirdikləri kart hesablarına, yəni 25 iyun 2022-ci il tarixdə Ağdaş rayonunda yerləşən «1 inci» marketin içərisində quraşdırılan «E-manat» aparatı vasitəsilə Bəhruzun adına olan bank hesabına 20 (iyirmi) manat, özünü Rəşvin kimi qələmə verən şəxsin tələbi ilə eyni üsulla, 29 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına olan bank hesabına 250 manat, 30 iyun 2022-ci il tarixdə həmin hesaba 350 manat, 01 iyul 2022-ci il tarixdə Ağdaş rayonunda yerləşən «1 inci» marketin içərisində quraşdırılmış «Million» aparatı vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan bank hesabına 300 manat, 02 iyul 2022-ci il tarixdə həmin hesaba 600 manat, 03 iyul 2022-ci il tarixdə həmin hesaba 300 manat, 06 iyul 2022-ci il tarixdə həmin hesaba 500 manat, 08 iyul 2022-ci il tarixdə Şahid5 adına olan bank hesabına 1.000 manat, 10 iyul 2022-ci il tarixdə X1 adına olan bank hesabına 500 manat, 11 iyul 2022-ci il tarixdə Şahid4 adına olan bank hesabına 550 manat, 12 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına olan bank hesabına 500 manat, 13 iyul 2022-ci il tarixdə həmin hesaba 1.000 manat, 14 iyul 2022-ci il tarixdə həmin hesaba 500 manat, 16 iyul 2022-ci il tarixdə həmin hesaba 600 manat, 18 iyul 2022-ci il tarixdə həmin hesaba 900 manat, 30 iyul 2022-ci il tarixdə həmin hesaba 300 manat, 06 avqust 2022-ci il tarixdə həmin hesaba 100 manat, eləcə də, 28 iyul 2022-ci il tarixdə arvadı X5 məxsus «5103********0025» seriyalı bank kartından «Birbank» mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan bank hesabına 600 manat, 13 avqust 2022-ci il tarixdə həmin bank hesabından eyni yolla Bəhruzun adıma olan bank hesabına 200 manat, ümumilikdə təxminən 12.000 manata yaxın pul köçürmüşdür. 22 iyul 2022-ci il tarixdə Rəşvin adlı şəxs ona zəng edib DTX-in Mingəçevir şəhər şöbəsinə rəis təyin olunduğunu, 16 avqust 2022-ci il tarixdə həmin idarəyə gəlməyi tapşırmışdır. 16 avqust 2022-ci il tarixdə Bəhruzla birlikdə Mingəçevir şəhərinə getmiş, həmin vaxt Rəşvin yenidən ona zəng edərək işdən Bakıya çağırıldığını, Mingəçevirdə olmadığını demiş, bu telefon danışığından sonra Bəhruza özünü Rəşvin kimi qələmə verən şəxsin onu aldatması barədə şübhələrinin olduğunu bildirmişdir. Bəhruzdan təcili Rəşvin adlı şəxslə görüşmək istədiyini tələb etmiş, əks halda DTX-ya şikayət edəcəyini bildirmiş, Bəhruz isə cavabında Rəşvinin onları Bakıya aparmaq üçün Ağdaşa gələcəyini demişdir. Həmin gün günorta saatlarında Şahid2 adlı şəxs «** RF ***» dövlət qeydiyyat nişanlı, «Kia» markalı qara rəngli avtomobillə gələrək Ağdaş rayonunun girişində onlarla görüşmüş, onun avtomobili ilə kirayə yaşadığı ünvan 8 ünvanına gedərək atası Şahid1 maşınla götürmüşdür. Bundan sonra Bəhruzun yaşadığı Ağdaş Rayon Regional Mədəniyyət İdarəsinin yaxınlığında yerləşən evinə getmişdir. Həmin yerə çatanda Şahid2 və Təqsirləndirilən şəxs2 evə daxil olmuş, o, atası ilə birlikdə həyətdə gözləmiş, sonra Bəhruz çölə çıxaraq onu lap əvvəldən aldatdığını etiraf etmiş, atası Davudla birlikdə evə daxil olmuş, Şahid2 DTX-da işləyib-işləmədiyini soruşmuş, o isə cavabında heç nədən xəbəri olmadığını, DTX-də işləmədiyini və Bəhruzun məsələni ona indicə danışdığını bildirmişdir. Bu zaman o, məsələnin əslini danışmasını Təqsirləndirilən şəxs2 tələb etmiş, o Şahid2 heç nədən xəbərinin olmadığını və onunla indiyədək telefonla danışanın «Rəşvin» adlı şəxsin onun dostu olan başqa bir şəxs olduğunu bildirmiş, bundan sonra Bəhruzdan 12.000 manata yaxın pul vəsaitini dərhal qaytarmağı tələb etmiş, qaytarmayacağı təqdirdə DTX-ın qaynar xəttinə zəng edərək şikayət edəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2016- 2018-ci illər ərzində həqiqi hərbi xidmətdə olarkən onunla birlikdə hərbi xidmət keçən İmamla ilə tanış olmuş, tərxis olunduqdan bir neçə gün sonra Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən «Şaurma №1» restoranında ofisiant kimi işləməyə başlamışdır. Həmin vaxt əsgər yoldaşı İmam taksi fəaliyyəti ilə məşğul olduğu üçün onu hər gün axşam saatlarında yaşadığı Ramana qəsəbəsi, Şuşa şəhərciyinə aparmışdır. 2022-ci ilin aprel ayında İmam xalası oğlu Təqsirləndirilən şəxs2la onu tanış etmişdir. 11 iyul 2022-ci il tarixdə günorta saatlarında işlədiyi «Şaurma №1» restoranında Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq adına olan bank kartını istəmişdir. O, Bəhruzdan kartı nə üçün istədiyini soruşduqda, sonuncu ailə üzvlərindən birinin ona pul göndərmək istədiyini demişdir. Bəhruza inanıb adına olan bank kartını ona təqdim etmiş, təxminən yarım saat sonra Bəhruz pul kartını geri qaytararaq kart hesabına 550 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmiş və həmin məbləği onun hesabına «Leobank» mobil tətbiqi vasitəsilə köçürməsini ondan xahiş etmişdir. Həmin ərəfələrdə Bəhruz ona 10 manat borcu olduğu üçün o, onun kartına 540 manat pulu «Leobank» mobil tətbiqi vasitəsilə köçürmüş, bundan sonra Bəhruzla ara-sıra «Şaurma №1» restoranda görüşmüşdür. Adı çəkilən Zərərçəkmiş şəxs adlı şəxsi və Təqsirləndirilən şəxs2 yaxın ailə üzvlərindən heç kimi tanımadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 2022-ci ilin yay aylarında «Şaurma №1» restoranında onunla birlikdə ofisiant kimi işləyən Şahid5 və Səfa İsmayılzadədən də eyni yolla sonuncuların adlarına olan bank kartlarını götürmüş və onların kartlarına köçürülən pulları müxtəlif bankomatlardan çəkib çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonunda yerləşən «Şaurma №1» restoranında ofisiant kimi işlədiyi vaxt 2022-ci ilin iyun ayının ortalarında həmin restorana müştəri qismində gəlib-gedən Təqsirləndirilən şəxs2la görüşüb tanış olmuşdur.Onların tanışlıq dövründə hər hansı yaxın dostluq və ya düşmənçilik münasibəti olmamışdır. 10 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 işlədiyi «Şaurma №1» restoranına gələrək ondan adına olan bank kartını istəmişdir. O, Bəhruzdan kartı nə üçün istədiyini soruşduqda, sonuncu yaxın tanışının 500 manat pul göndərəcəyini və bunun üçün kart lazım olduğunu demişdir. Həmin vaxt Bəhruza inanıb adına olan bank kartını ona təqdim etmiş, təxminən 15 dəqiqə sonra Bəhruz geri qayıdaraq həmin pul vəsaitini bankomatdan çıxarıb götürdüyünü bildirmişdir. Bu hadisədən sonra o, Bəhruzla ara-sıra «Şaurma №1» restoranda görüşmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövrnüdə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, restoranına gələrək ondan adına olan bank kartını istəmiş, o, Bəhruzdan kartı nə üçün istədiyini soruşduqda, sonuncu yaxın tanışının 500 manat pul göndərəcəyini və bunun üçün kart lazım olduğunu demişdir. Həmin vaxt Bəhruza inanıb adına olan bank kartını ona təqdim etmiş, təxminən 15 dəqiqə sonra Bəhruz geri qayıdaraq həmin pul vəsaitini bankomatdan çıxarıb götürdüyünü bildirmişdir. Bu hadisədən sonra o, Bəhruzla ara-sıra «Şaurma №1» restoranda görüşmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 avqust 2022-ci il tarixdə Şəkidə olan tanışının evində istirahətdə olarkən Təqsirləndirilən şəxs2 ona zəng vuraraq harada olduğunu soruşmuşdur. Bəhruza Şəkidə olduğunu və Bakıya qayıdacağını demiş, bu zaman o yolüstü Ağdaş rayonundan keçərkən onu da özü ilə Bakıya aparmağı xahiş etmişdir. Həmin tarixdə idarə etdiyi «** RF ***» dövlət qeydiyyat nişanlı qara rəngli «Kia» markalı avtomobillə Ağdaş rayonuna getmiş, rayonun girişində onu Bəhruzla birlikdə əvvəllər tanımadığı Rusif adlı biri qarşılamışlar. Onlar maşına əyləşdikdə Bəhruz Rusifin atasını da götürmək üçün Rusifgilin yaşadığı ünvana getməyi xahiş etmişlər. göstərilən ünvanına çatdıqda orada Rusifin atası Şahid1 avtomobilə əyləşmişdir. O həmin an Rusiflə atasını tanımadığı üçün onların Bəhruzun qohumları olduğunu və onunla birlikdə Bakıya getmək istədiklərini düşünmüş, bundan sonra avtomobillə Bakıya doğru hərəkət etmək istəyəndə Bəhruz anasının onunla görüşmək istədiyini bildirərək, avtomobillə onların yaşadığı ünvana doğru hərəkət etməyi xahiş etmişdir. Yolda olarkən Bəhruzun ona gizli şəkildə nəsə demək istədiyini başa düşmüşlər. Belə ki, Bəhruz göz-qaş hərəkətləri ilə ona telefona baxmağı gizli şəkildə işarə etmiş, telefona baxanda Bəhruzun «WhatsApp» mobil tətbiqi vasitəsilə ona yazdığı yazını görmüşdür. Həmin yazı ilə Bəhruz arxa oturacaqda oturan Rusifi DTX-ya işə düzəltməyə söz verib həmin şəxsdən pul aldığını bildirmişdir. Əvvəlcə Bəhruzun yazmış olduğu DTX dedikdə hansı qurumu nəzərdə tutduğunu anlamamışdır. Bəhruzgilin Ağdaş Rayon Regional Mədəniyyət İdarəsinin yaxınlığında yerləşən evə çatanda Bəhruzla birlikdə evə daxil olmuş, həmin vaxt Rusiflə atası həyətdə onları gözləmiş, evin qapısının ağzında Bəhruz ona Zərərçəkmiş şəxs göstərərək sonuncudan DTX-ya işə düzəltmə adı ilə aldatdığını demişdir. Bəhruz onu bu vəziyyətdən çıxaracağı təqdirdə 5.000 manat məbləğində pul verəcəyini bildirmişdir. O, dərhal Bəhruzun bu təklifini rədd etmiş və onun Rusifə qarşı dələduzluq etdiyini başa düşmüşdür. Bundan sonra Bəhruzun törətdiyi əmələ onu da ortaq etməyə çalışdığını görüb ondan ehtiyat etdiyinə görə istifadəsində olan «Redmi 9 Light» markalı mobil telefonun «səs yazma» tətbiqini aktivləşdirmişdir. Bəhruz ona həmin Rusif və atasından 5.000 manat məbləğində pul aldığını, həmin pulu tanışı olan bir qıza xərclədiyini bildirmiş, sonra Bəhruz evdən çıxaraq Rusifə onu aldatdığını demiş, Rusif atası ilə birlikdə evə daxil olmuşlar. Bu zaman Rusif ondan kim olduğunu soruşmuş, o, adının Şahid2 olduğunu demiş, Rusif onun DTXdə işləyib-işləmədiyimi soruşduqda sonuncunun nə demək istədiyini anlamamış, bu zaman Bəhruzdan hər şeyi izah etməsini tələb etmişdir. Həmin vaxt Bəhruz hansısa bir dostunun (+99*** *** ** **) mobil nömrəsi ilə Rusiflə telefon əlaqəsini təşkil etdiyini və sonuncu ilə telefonda danışan həmin şəxslə əlbir olub onun adından istifadə edərək Rusifdən DTX-ya işə düzəlmək adı ilə təxminən 12.000 manat məbləğində pul vəsaitini ələ keçirdiklərini etiraf etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Bəhruza aldığı 12.000 manat məbləğində pul vəsaitini dərhal qaytarmağı, əks təqdirdə DTX-ın qaynar xəttinə zəng edərək şikayət edəcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs və Şahid1la birlikdə baş verənləri müzakirə etmək üçün Ağdaş rayonunda yerləşən kafelərdən birinə getmiş, orada Bəhruzgilin evində olarkən özünə məxsus «Redmi 9 Light» markalı mobil telefonun səs yazma tətbiqi vasitəsilə qeyd edilmiş audio yazıları Rusifə DTX-na təqdim etmək üçün vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş X8 ifadəsində göstərmşdir ki, 26 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək istifadəsində olan bank kartına 500 manat məbləğində pul vəsaitinin hansısa işlə bağlı tədbirdən köçürüldüyünü bildirmişdir. Həmin pulu göstərdiyi şəxslərin adına olan bank hesablarına göndərməyi ondan xahiş etmişdir. Bundan sonra o, Bəhruzun göstərişi ilə Rəhilə adlı qadının və Orxan adlı şəxsin adlarına olan bank hesablarının hər birinə 50 manat, Təqsirləndirilən şəxs2 öz adına olan bank hesabına isə 300 manat məbləğində pul köçürmüşdür. Bəhruz həmin gün axşam saatlarında yaşadığı ünvana gələrək 500 manat puldan qalan 100 manatı bankomatdan çıxarmaq üçün kartı ondan istəmiş, o, da kartını Bəhruza vermiş, sonuncu pulu çıxardıqdan sonra kartı geri qaytarıb çıxıb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2016-2018-ci illər ərzində həqiqi hərbi xidmətdə olarkən onunla birlikdə hərbi xidmət keçən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, tərxis olunduqdan bir neçə gün sonra Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən «Şaurma №1» restoranında ofisiant kimi işləməyə başlamışdır. Həmin vaxt əsgər yoldaşı Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olduğu üçün onu hər gün axşam saatlarında yaşadığı Ramana qəsəbəsi, Şuşa şəhərciyinə aparmış, 2022-ci ilin aprel ayında İmam xalası oğlu Təqsirləndirilən şəxs2la onu tanış etmişdir. 11 iyul 2022-ci il tarixdə günorta saatlarında işlədiyi «Şaurma №1» restoranında Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq adına olan bank kartını istəmişdir. O, Bəhruzdan kartı nə üçün istədiyini soruşduqda, sonuncu ailə üzvlərindən birinin ona pul göndərmək istədiyini demiş, Bəhruza inanıb adına olan bank kartını ona təqdim etmiş, təxminən yarım saat sonra Bəhruz pul kartını geri qaytararaq kart hesabına 550 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmişdir. Həmin məbləği onun hesabına «Leobank» mobil tətbiqi vasitəsilə köçürməsini ondan xahiş etmişdir. Həmin ərəfələrdə Bəhruz ona 10 manat borcu olduğu üçün o, sonuncunun kartına 540 manat pulu «Leobank» mobil tətbiqi vasitəsilə köçürmüşdür. Bundan sonra Bəhruzla ara-sıra «Şaurma №1» restoranda görüşmüşdür. Adı çəkilən Zərərçəkmiş şəxs adlı şəxsi və Təqsirləndirilən şəxs2 yaxın ailə üzvlərindən heç kimi tanımadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 2022-ci ilin yay aylarında «Şaurma №1» restoranında onunla birlikdə ofisiant kimi işləyən Şahid5 və Səfa İsmayılzadədən də eyni yolla sonuncuların adlarına olan bank kartlarını götürmüş və onların kartlarına köçürülən pulları müxtəlif bankomatlardan çəkib çıxarmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 oktyabr 2022-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 il, 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli qərarı ilə ona Cinayət Məcəlləsinin 317-2.1, 66.5-ci maddələri ilə 08 il, 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarı ilə əməl Cinayət Məcəlləsinin 204.2-ci maddəsinə tövsif edilərək, Cinayət Məcəlləsinin 317-2.1, 66.5-ci maddələrinə əsasən üzərində 08 il, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qərarı ilə cəza 07 il, 07 aya endirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərarı ilə 4 ay, 16 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 oktyabr 2022-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Görünüdyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu öədnilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Beləliklə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 32.3, 310, 32.4, 312.1-ci maddələri ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin özünün, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 32.3, 310 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin özünün, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Hüseynov X7 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrinə dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, 310-cu maddəyə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə görə-min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 312.1-ci maddəyə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməyə görə- beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 32.3-ci maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır, həmin Məcəllənin 32.4-cü maddəyə əsasən isə ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 32.3, 310, 32.4, 312.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliyi onun özününü etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 32.3, 310, 32.4, 312.1-ci maddələri göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310, 32.4, 312.1-ci maddələri göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, dəymiş zyianı ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, dəymiş zyianı ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Cinayət işinin materiallarında olan 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 32.3, 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,97). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 120). Cinayət işinin materiallarında olan 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 123). Cinayət işinin materiallarında olan 08 sentyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 145). Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun əməlində cinayətin residivinin olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Kart hesablarına 9.570 manat məbləğində pul vəsaitinin köçürülməsinə dair «X9» ASC-in «Leobank» adlı bank çıxarış sənədləri və bir ədəd CD disk iş üzrə cinayət işi materialları arasında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «02» iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «02» iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədibiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs olunmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədibiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs olunmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 32.3, 310 və 32.4, 312.1-ci maddələi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcələsinin 178.2.1, 178.2.4-cü maddələrinə əsasən «02» (iki) il, «09» (doqquz) ay, Cinayət Məcəlləsinin 32.3, 310-cu maddəsinə əsasən «02» (iki) il, Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən «02» (iki) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində «03» (üç) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «02» iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədibiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs olunsun, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcələsinin 178.2.1, 178.2.4-cü maddələrinə əsasən «02» (iki) il, Cinayət Məcəlləsinin 32.3, 310-cu maddəsinə əsasən «01» (bir) il, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsinə əsasən «02» (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «02» iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədibiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs olunsun, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Kart hesablarına 9.570 manat məbləğində pul vəsaitinin köçürülməsinə dair «X9» ASC-in «Leobank» adlı bank çıxarış sənədləri və bir ədəd CD disk iş üzrə cinayət işi materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-184/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-184/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver