Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-184/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 190A, mənzil 31-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə niyyəti ilə emalatxanası və təmir avadanlıqları olmadığı halda 2022-ci ilin sonlarında tanış olduğu Zərərçəkmiş şəxs özünü «Həmid» adı ilə kombi ustası kimi təqdim edib Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 15 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs iki ədəd cəmi 1400 manat dəyərində “ECA” markalı kombi aparatını, 60 manat dəyərində su qızdırıcısını təmir, 50 manat nağd pulunu isə ehtiyat hissələri almaq adı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa- Zabrat yolu 3 ünvanında , 17 aprel 2023-cü il tarixdə ehtiyat hissəsi almaq adı ilə 20 manat nağd pulunun 5103 ****2648 nömrəli plastik kart hesabına köçürməsinə nail olmaqla aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 1530 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 190A, mənzil 31-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs təxminən bir ildir tanıyır. Belə ki, Zərərçəkmiş şəxs işlədiyi müəssisəyə yaxın yaşamış, özünü kombi ustası kimi təqdim etmişdir. 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs ona zəng edərək 02 ədəd kombi aparatı və 01 ədəd su qızdırıcısını təmir etdirmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs tez bir zamanda qeyd olunan aparatları təmir edəcəyini bildirmişdir. 15 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat yolu 3 ünvanına gedərək, təmir edəcəyini bildirməklə Zərərçəkmiş şəxs 02 ədəd “ECA” markalı kombi aparatını və 01 ədəd su qızdırıcısını götürmüş, həmçinin görəcəyi işin müqabilində ilkin olaraq Zərərçəkmiş şəxs 50 manat beh almışdır. 17 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs zəng edərək ehtiyat hissələrin alınması üçün 20 manat lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs ona inanaraq onun istifadəsində olan bank kartına əlavə 20 manat göndərmişdir. O, Zərərçəkmiş şəxs verdiyi vədə əməl etməyərək 02 ədəd kombi aparatı və 01 ədəd su qızdırıcısını internet saytlarda yerləşdirdiyi elan vasitəsi ilə ümumilikdə 600 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Daha sonra Zərərçəkmiş şəxs onun hərəkətləri ilə bağlı polisə müraciət etmiş, barəsində cinayət işi başlanılmışdır. Cinayət işinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs dəymiş ziyanı hissə-hissə ödəməyi təklif etməsinə baxmayaraq, zərərçəkmiş şəxs onunla razılaşmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci il tarixdə tanımış, sonuncu özünü «Həmid» adı ilə təqdim edərək kombi ustası olduğunu bildirmişdir. 2023-cü ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs zəng edərək özünə məxsus 02 ədəd “ECA” markalı kombi aparatını və 01 ədəd su qızdırıcısını təmir etdirmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs tez bir zamanda qeyd olunan aparatları təmir edəcəyini bildirmişdir. 15 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat yolu 3 ünvanına onun işlədiyi müəssisəyə gələrək ona məxsus 02 ədəd “ECA” markalı kombi aparatı və 01 ədəd su qızdırıcısını götürərək 02 gün ərzində təmir edəcəyini bildirmiş, həmçinin görəcəyi işin müqabilində ilkin olaraq ondan 50 manat beh almışdır. 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək ehtiyat hissələrin alınması üçün 20 manat lazım olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs inanaraq onun istifadəsində olan bank kartına əlavə 20 manat göndərmişdir. Təqsirləndirilən şəxs aparatların təmiri üçün vəd etdiyi müddət tamam olduqdan sonra o, təmirin başa çatıb-çatmamasını öyrənmək məqsədi ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış, lakin, mobil nömrə aktiv olmamışdır. Bundan sonra, o, məcbur qalaraq Təqsirləndirilən şəxs barəsində polisə müraciət etmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs 02 ədəd “ECA” markalı kombi aparatı və 01 ədəd su qızdırıcısını satdığı ona bildirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 1530 manat maddi ziyan dəymişdir. Mülki iddianın təmin olunmasını ümumilikdə 1565.35 manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. Cinayət işinin 63-cü vərəqəsində olan 30 noyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin CAŞ əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 108-110-cu vərəqələrində olan 02 dekabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 111-ci vərəqələrində olan 02 dekabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 115-117-ci vərəqəsində olan 07 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs bank kartına 20 manatın göndərilməsinə dair qəbz cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 52-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 184/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan 29 mart 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 21 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-yə təhvil verilmişdir. Cinayət işi materiallarında olan 30 mart 2024-cü il tarixli qərarın surətindən gğrünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməsi nəzərə alınaraq azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində birinci qrup əlil anasının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək, 29 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 1530 manat və 35.40 manat ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs bank kartına 20 manatın göndərilməsinə dair qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla, onun cəzasından 06 (altı) gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 1530 manat və 35.40 manat ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs bank kartına 20 manatın göndərilməsinə dair qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-184/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-184/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver