Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-185/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkilləri Məmmədov Fikrət Məhəmmədəli oğlunun, Salikova Yuliya Asimovnanın, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Hacıbala oğlunun iştirakı ilə xx xxxxxxxx 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının, Kəngərli rayonu, Şahtaxlı kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə xx xxxxxx 1993-cü il tarixdə Ermənistan Respublikasında doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Saqiyan kəndində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Maştağı qəs., Alabalılıq yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə, saat 16:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz evin qarşısına gəlmiş və əvvəlcədən razılaşdıqları kimi o, Təqsirləndirilən şəxs2 sığortalamaq üçün hasarın yanında dayanmış, Təqsirləndirilən şəxs2 isə hasarı aşaraq evin həyətinə düşmüş və həyətyanı sahədə olan saxlanc yeri hesab olunan köməkçi tikiliyə qanunsuz olaraq daxil olub, oradan ümumi dəyəri 300 manat olan 50 ədəd, hər birinin uzunluğu 2 metr olan armaturları gizli olaraq talayıb hasardan Təqsirləndirilən şəxs1 ötürüb həyətdən çıxaraq onun motosikletinə yükləyib aparmaqla Zərərçəkmiş şəxs1 300 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömərsiz evin həyətinə hasarı aşaraq düşmüş, həyətdən hər birinin dəyəri 50 manat olan 4 ədəd dəmir boruları və həyətyanı sahədə olan saxlanc yeri hesab olunan köməkçi tikiliyə qanunsuz olaraq daxil olub, oradan isə bir ədəd 100 manat dəyərində direli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 300 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömərsiz evin həyətinə hasarı aşaraq düşmüş, evin plastik pəncərəsini vintaçan ilə aralayıb açma yolu içəri qanunsuz olaraq daxil olub, oradan bir ədəd dəyəri 200 manat olan su mühərriki, bir ədəd dəyəri 50 manat olan elektrik tənzimləyici cihazı, ümumi dəyəri 500 manat olan plastik su borularını və santexnika avadanlıqlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 750 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində yenə də Zərərçəkmiş şəxs1 məxsus Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömərsiz evin həyətinə eyni üsulla, yəni hasarı aşaraq düşmüş, plastik pəncərəni açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan bir ədəd 400 manat dəyərində alminium materialdan olan nərdivanı, ayaqyolundan bir ədəd 90 manat dəyərində su qızdırıcısını, bir ədəd işlənmiş 40 manat dəyərində paltaryuyanı, bir ədəd 30 manat dəyərində elektrik tənzimləyicini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 560 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 18:30 radələrində Zərərçəkmiş şəxs2 oğluna məxsus Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 166 saylı bağ evinə hasarı aşaraq düşmüş, həyətdən ümumi dəyəri 150 manat olan köhnə 4 ədəd dəmir boruları, 01 ədəd 50 manat dəyərində dəmir qaz sobasını və bir ədəd 50 manat dəyərində köhnə dəmir-çuqun vannanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 250 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Orxan adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində yenə də Zərərçəkmiş şəxs1 məxsus Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömərsiz evin həyətinə hasarı aşaraq düşmüş, plastik pəncərəni açma yolu yaşayış sahəsinə qanunsuz daxil olaraq içəridən 200 manat dəyərində olan kondinsionerin mühərrikini pəncərədən çıxarmaqla həyətdə yerə qoymuş, lakin qoşuluqda yaşayan Şahid3 onları gördüyündən öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdırmayıb həyətdən getməklə oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə, saat 16:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz evin evin qarşısına gəlmiş və əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 sığortalamaq üçün hasarın yanında dayanmış, Təqsirləndirilən şəxs2 isə hasarı aşaraq evin həyətinə düşmüş və həyətyanı sahədə olan saxlanc yeri hesab olunan köməkçi tikiliyə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 300 manat olan 50 ədəd, hər birinin uzunluğu 2 metr olan armaturları gizli olaraq talayaraq hasardan Təqsirləndirilən şəxs1 ötürüb özü də həyətdən çıxaraq onun motosikletinə yükləyib aparmaqla zərərçəkmiş şəxs L.H. Əliyevə 300 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs1 oğlu ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz ünvanda anası ilə birlikdə yaşayır. 2019-cu ilin yay aylarında axşam saatlarında Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yaşadığı məhlə istiqamətində piyada gəzərkən bağ evlərindən birinin işığının yanmadığını görüb evdə yaşayış olmadığını bilmişdir. Həmin ərəfədə qonşuluqda yaşayan Elixan ona qonşunun həyətində armaturlar olduğunu, gedək götürək, sataq və pul əldə edək demişdir. O da Elixanla razılaşmışdır və xx xxxxxx 2019-cu il tarixdə, saat 16:30 radələrində Elixan ilə birlikdə sonradan adını Lətif kimi bildiyi şəxsin bağ evinin həyətinə hasardan aşaraq həyətdə qapısı və damı olmayan köməkçi tikilidən təxminən 50 ədəd 2 metr uzunluğunda armaturları götürüb əvvəllər 400 manata aldığı «Muravey» markalı motosikletin yük yerinə yığmış və əlvan metal qəbulu məntəqəsinə apararaq 35-40 manata sataraq əldə etdikləri pulu öz aralarında bölmüşlər. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində pulu olmadığı üçün tək həmin evə gəlmişdir, hasardan aşaraq həyətə düşmüşdür, həyətə olan saxlanc yerinin qapsının qıfılını dəmir ilə sındırıb açmışdır, içəridən bir ədəd kiçik direli götürmüşdür, həyətdən isə bir neçə dəmir turba götürüb evinin yaxınlığında olan zibillikdə gizlətmişdir, səhəri gün isə oradan çıxarıb dəmir yığmaq üçün məhlələri maşınla dolaşan tanımadığı şəxslərə 20-25 manata satmışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində isə yenə də həmin evin həyətinə hasarı aşaraq düşmüş, evin plastik materialdan olan pəncərəsini viritaçan ilə açıb evə daxil olmuşdur. Evdə yaşayış olmamış, təmir-tikinti işləri isə yarımçıq vəziyyətdə idi. Göz gəzdirərək həmin evin içində olan ayaqyolundan bir ədəd su mühərrikini, bir ədəd köhnə paltaryuyan və bir ədəd köhnə elektrik tənzimləciyi cihazı, həyətdən isə bir neçə plasmas su borularını götürüb çıxmışdır. Oğurladığı əşyaları hasardan küçəyə atmış, daha sonra yaxınlıqda yerləşən hasarla əhatə olunmuş, açıq boş torpaq sahəsində gizlətmişdir. Növbəti gün isə sellofan paketə qoyub əlində aparıb əlvan metal qəbulu məntəqəsinə 40 manata satmışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində isə yenə də həmin evin həyətinə eyni üsulla, yəni hasarı aşaraq düşmüşdür, plastik pəncərəni əvvəl açdığı üçün pəncərə açıq idi. Pəncərədən evə daxil olmuş, evin zalından bir ədəd aliminium materialdan olan nərdivanı, həyətdə olan ayaqyolundan bir ədəd su qızdırıcısım götürmüşdür. Oğurladığı əşyaları əvvəl gizlətiyi boş torpaq sahəsinə aparmış, nərdivanı hissələrə ayırmış, növbəti gün də aparıb metal qəbulu yerinə satmış, təxminən 35-40 manat əldə etmiş və pulu öz ehtiyacına, siqaret, spirtli içki və s. xərcləmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 18:30 radələrində sonradan adını İlham kimi bildiyi şəxsə məxsus bağ evinə hasarı aşaraq düşmüşdür. Həyətdən 2-3 ədəd dəmir boru və bir ədəd dəmir-çuqun vanna götürmüşdür, onları da dəmir yığmaq üçün məhlələr arası dolaşan tanımadığı şəxslərə 20-25 manata satmışdır. Xəzər rayonu ərazisində yerləşən «Vişnyovka» adlı kafedə olarkən tanış olduğu Orxan adlı şəxslə xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Buzovna qəsəbəsində internet klubda olarkən pulu qurtardığı üçün Orxana dəmir oğurlayıb satmağı təklif etmişdir. O da razılaşmış və birlikdə Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivinə gəlmişlər. Saat 22:00 radələrində həmişə oğurluq etdiyi Lətif adlı şəxsin bağ evinin həyətinə hasarı aşaraq düşmüşlər.Pəncərdən içəri daxil olaraq otaqda döşəmənin üstündə olan kondisionerin mühərrikini götürüb pəncərədən həyətə çıxarmışlar, həmin vaxt qonşuluqda yaşayan Elixanın qardaşı Şahismayılm onları kənardan gördüyünü görüb, ona görə oğurluğu yarımçıq qoyub həyətdən çıxıb qaçmışlar. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, himayəsində 2 azyaşlı övladı vardır. Heç bir dövlət müəsisəsində rəsmi olaraq işləmir, hərdən müxtəlif yerlərdə fəhləlik edir. Təxminən 2-3 il əvvəl Firudinin atalığı Mehman adlı şəxslə fəhlə-usta kimi işləmişdir. Həmçinin onlar qonşu bağ evində yaşayırlar. Bu ərəfədə Firudin də atasına kömək etmək məqsədi ilə bir neçə dəfə onlarla birlikdə işləmiş, fəhləlik etmişdir. Zərərçəkmiş şəxs1 onunla qonşu yaşayır, tanıyır, onun həyətində fəhlə işləmiş və hasarı tikmişdir. Həyətdə işləyərkən Lətif kişi ona dəmir, armatur lazım olarsa götürməsini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə məhlədə olarkən Firudinin «Muravey» motosiklet ilə gəldiyini görmüş və onu saxlayıb bir neçə armatur olduğunu, oğurluq etmək üçün onu gözləməsini və armaturları yük yerinə yığacağını demişdir. Həmin vaxt evdə heç kim olmamışdır, həyət darvazası da bağlı olmuşdur. Firudin razılaşdıqdan sonra o, həyətə girməyərək bayırda dayanmış və o hasardan aşıb həyətə düşmüşdür. Həyətdə olan damı və qapısı olmayan köməkçi tikilidən təxminən 2 metr uzunluğunda, 40-50 ədəd armaturu götürüb Firudinə vermiş, o da motosikletin yük yerinə yığmışdır. Bundan sonra özünə lazım olan qədər, təxminən 5-6 ədədini götürüb istifadə etmişdir, qalanlarını isə Firudinin tanıdığı Buzovna qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə satmışdır. Əldə etdikləri pulu isə bölmüşlər. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Hacıbala oğlu ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində nömərsiz ünvanda bağ sahəsində üç otaqdan ibarət bir mərtəbəli yaşayış evi vardır. Lakin müəyyən çətinliklər səbəbindən evi tam tikib başa çatdırmamışdır. Evin təmiri və tikintisini dayandırmışdır. Buna baxmayaraq demək olar ki, ayda bir dəfə evə baş çəkib gedirdi. Hər dəfə müəyyən xırda əşyalarının oğurlandığını müəyyən etsə də bu barədə rəsmi müraciət etməmişdir. Çünki hansı əşyalarının oğurlandığını tam müəyyən etməmiş, evə cüzi nəzər yetirib getmişdir. xx xxxxxx 2020-ci il tarixdə Polis Bölməsindən ona zəng gəlmiş və Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən bağ evindən oğurluq hadisəsi baş verməsini, bu barədə bölməyə gəlib ərizə yazmağını bildirmişlər. O gedib bağ evinə baş çəkdikdə naməlum şəxs və ya şəxslərin evin plastik materialdan olan pəncərəsini açmaqla içəri daxil olduğunu, yataq otağı kimi nəzərdə tutulmuş otaqda, döşəmənin üzərinə qoyduğu, lakin quraşdırmadığı «Mitsubişi» markalı, işlənmiş kondinsionerin mühərrik hissəsini evin həyətinə pəncərənin qarşısına yerə qoyduğunu görmüşdür. Həmin vaxt ona naməlum şəxslər oğurluq etmək istəyərkən qonşuluğuqda yaşayan Şahismayıl adlı şəxsin onları gördüyünü və həmin şəxslərin qaçıb getdiyini görmüşlər. Ona görə də, bu barədə polis bölməsinə ərizə yazıb işlərinin çox olması səbəbindən evin başqa yerlərinə baxış keçirmədən, fikir vermədən getmişdir. Kondisioneri 5 il əvvəl işlənmiş halda 200 manata almışdır. İşlərini qaydaya saldıqdan bir neçə gün sonra, yəni, xx xxxxxx 2020-ci il tarixdə təkrar evə gəlmişdir. Həyət və evin digər otaqlarına göz gəzdirmiş və ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər bir neçə ay evə nəzarətinin azalmasından istifadə edərək evin həyətində olan köməkçi tikilidən ümumi dəyəri 300 manat olan 50 ədəd, hər birinin uzunluğu 2 metr olan armaturları, həyətdən 2-3 ədəd 150 manat dəyərində dəmir boru, digər köməkçi tikilidən bir ədəd 100 manat dəyərində direli, evin plastik materialdan olan pəncərəsi açma yolu ilə evə daxil olub içəridən bir ədəd dəyəri 200 manat olan su mühərriki, bir ədəd dəyəri 50 manat olan elektrik tənzimləyici cihazı, ümumi dəyəri 500 manat olan plastik su borularını və santexnika avadanlıqlarını, bir ədəd 400 manat dəyərində aliminium materialdan olan nərdivanı, ayaqyolundan bir ədəd 90 manat dəyərində su qızdırıcısım, 40 manat dəyərində paltaryuyuan, 30 manat dəyərində stablizatoru oğurlamaqla ona cəmi 1.910 manat ziyan vurmuşlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində 166 saylı bağ evi vardır. Yay aylarında bağda qalsa da qış mövsümündə hərdən həftənin şənbə, bazar günləri gedib baş çəkir. Yeni il bayramı ilə əlaqədar təxminən 2 həftə ərzində bağa getməmişdir. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə bağ evində olmuşdur. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə bağa baş çəkmək üçün getdikdə, naməlum şəxs və ya şəxslər həyətdə olan bir ədəd işlənmiş çuqun vannanı, bir ədəd köhnə qaz sobası və 4 ədəd dəmir boruların oğurlandığını görmüşdür. Həmin gün zəng vurub polisə məlumat vermişdir. Lakin həmin ərəfədə iş günləri olmadığı üçün ərizə yazmaq üçün xx xxxxxx 2020-ci il tarixdə PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurlanmış çuqun vanna köhnə olduğu üçün 50 manat, qaz sobası da işlək vəziyyətdə, qiyməti təxminən 50 manat, 4 ədəd dəmir turbalar da köhnə, işlənmiş olmuş, dəyəri isə 150 manat təşkil edir. Oğurluq nəticəsində ona 250 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, 20 yanvar küçəsində ailəsi ilə birlikdə yaşayır. 2019cu ilin avqust ayının təxminən əvvəllərində işlətdiyi Bakı şəh., Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsində olan zaman özünü Firudin kimi təqdim edən şəxs tanışı Elxan adlı şəxslə birlikdə öz bağ evindən lazımsız olduğu üçün yığdığı təxminən 40 ədəd dəmir armaturları gətirib satmış və o da onlara 40 manat pul vermişdir. Daha sonra 2019-cu ilin dekabr ayının əvvəllərində Firudin mis naqillər, kəsilmiş dəmir boruları gətirib onun məntəqəsində ona satmış və Firudinə 35 manat pul vermişdir. O həmin dəmir materialları alarkən həmin malların oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılzadə Elnur Ələddin oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayından etibarən Bakı şəh., Buzovna qəsəbəsi, Albalılıq yaşayış masivində, yolun kənarında yerləşən Rafiq adlı uzaq qohumunun icarə əsasında işlətdiyi əlvan metal qəbulu məntəqəsində fəhlə işləyir. Rafiq ona ayda 600 manat maaş verir. Ümumiyyətlə 1 kq dəmiri 17 və ya 20 qəpiyə alırlar. 2019-cu ilin noyabr ayının təxminən ortalarında sözü gedən məntəqədə tək olarkən bir nəfər cavan oğlan əlində üç ədəd doğranmış halda dəmirlər gətirmişdir. Həmin zaman onun adının Firudin olmasını bilmiş, həmin şəxsdən dəmirlər alaraq, 30 manat pul vermiş və Firudin getmişdir. Firudin 2019-cu ilin dekabr aynınn əvvəlində təkrar məntəqəyə gəlmiş, özü ilə müəyyən qədər dəmir turba gətirmişdir. Lakin müdürü sexdə olmadığı üçün almamışdır. Bundan təxminən bir ay sonra işdə olarkən polislər bir nəfər şəxslə gəlmişdir. Bu zaman o görmüşdür ki, həmin şəxs ona dəmir satan Firudin adlı şəxsdir. Orada polislər bildirmişlər ki, həmin şəxs oğurluq yolu ilə əldə etdiyi dəmirləri işlədiyi məntəqəyə gətirib satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılq yaşayış massivi fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 tanıyır, yaşadığı evin yanında həmin şəxsin bağ evi yerləşir. Orada yaşamasa da, hərdən evə baş çəkmək üçün gəlib-gedir. Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Əvvəllər Lətif dayının evində usta kimi işləmişdir. Firudinin isə sonradan Maştağa qəsəbəsi, Albalılıq massivində ailəsi ilə birlikdə yaşadığını bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə evdə olarkən Lətif dayının evinin həyətindən səs-küy gəldiyini eşitmişdir. Evdən çıxıb Lətif dayıya məxsus evin həyətinə baxdıqda bir nəfər cavan uşağın evin pəncərəsindən çıxıb qaçdığını görmüşdür. Həmin şəxs həyətdən hasarı aşıb qaçdığı üçün onun arxasınca getməmişdir. Bundan sonra, zəng vurub bu barədə ev sahibi Lətif dayıya və 14-cü PB-nə məlumat vermişdir. Daha sonra Lətif dayı polislərlə birlikdə gəlib evə baxıb getmişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar gizli olaraq talama, cinayət etməyə cəhd cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs1 cəza cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun törətdiyi əməldən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №-li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Ağayev X6 Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 77). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona ittiham elan edilmişdir (səh., 128). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)13/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,167). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Tamirov X4 Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 102). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Tamirov X4 Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona ittiham elan edilmişdir (səh., 145). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)14/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Tamirov Elixan Əmirxan oğlu barəsində həbs qətimkan tədbiri seçilməsindən barədə vəsatət təmin olunmamışdır (səh.,177). Təqsirləndirilən şəxs Ağayev X6 Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələrində göstəriləncinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 oğlu Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Ağayev X6 Məcəlləsinin56.1.2-cü maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcələlsinin 56.1.2-ci maddəsinə əsasənqəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı, onun barəsində həbs qətimkan tədbiri seçildiyi «12» yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə,Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52- 1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işləkvəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqan iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Tamirov Elixan Əmirxan oğlunun şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayışyeri üzrə icra vəprobasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı işvə ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Kamal oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29. 177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Ağayev Firudin Kamal oğluna Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2 və 29.177.2.3-cü maddələrinə əsasən 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağayev Firudin Kamal oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Ağayev Firudin Kamal oğlunun cəza çəkmə müddətinin başlanğıcı «12» yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Əmirxan oğlunun xx xxxxxx 2020-ci il tarixdən 14 yanvar 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və təqsirləndirilən şəxs Tamirov Elixan Əmirxan oğlunun üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti təqsirləndirilən şəxs Tamirov Elixan Əmirxan oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası təqsirləndirilən şəxs Tamirov Elixan Əmirxan oğlunun yaşayış yeri üzrə Bakı şəh., Sabunçu rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Tamirov Elixan Əmirxan oğlunun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-185/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-185/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver