Məhkəmə qərarları › İş №1(008)-185/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-185/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-185/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili X4 və 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə , 05 avqust 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr., Moskva prospekti, ev 56, mənzil 03 –də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən «Könüldə Nur» Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına X7 nəzdində fəaliyyət göstərən «Sevgi Evi» adlı sığınacaqda 24 avqust 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixə kimi yaşadığı müddətdə yaşayış yeri olmaması səbəbindən onunla həmin sığınacaqda yaşamış xx xxxxxxxx 2014-cü il doğulmaqla onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə azyaşlı olduğundan özünü müdafiə etmək iqtidarında olmaması səbəbindən köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 Fərit qızına qarşı onun dəcəllik etməsi səbəbindən həmin sığınacağın 2-ci mərtəbəsində yerləşən sinif otağında Zərərçəkmiş şəxs1mn əlinə və sağ said nahiyəsinə mətbəxdən götürüb sobada qızdırdığı istintaqla müəyyən edilməyən qaynar bıçaqla fiziki zor tətbiq edib basaraq sağ əlin və sağ said nahiyəsinin İİ dərəcəli termiki yanıqları kimi Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib sığınacağın 1-ci mərtəbəsində yerləşən soyuq otaqda saxlayıb güclü fiziki ağrı və psixi iztirablar vermiş, həmçinin 24 avqust 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixədək yaşadığı müddət ərzində yaşayış yeri olmaması səbəbindən onunla həmin sığınacaqda yaşamış 29 iyun 2018-çi ildə doğulmaqla onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə azyaşlı olduğundan özünü müdafiə etmək iqtidarında olmaması səbəbindən köməksiz vəziyyətdə olan digər azyaşlı Zərərçəkmiş şəxs3 orada yaşadığı müddətdə onun dəcəllik etməsi səbəbindən fiziki zor tətbiq edib yanan şamın qaynar ərintisini sağ əlinə töküb yandıraraq güclü fiziki ağrı, sığınacağın 1-ci mərtəbəsində yerləşən soyuq otaqda saxlayıb psixi iztirablar verməklə Zərərçəkmiş şəxs3 əzab vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o sığınacaqda heç kəsə xəsarət yetirməmiş və ya əzab verməmişdir. 24 avqust 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixədək Sabunçu rayonu, ünvan 3 ünvanda yerləşən «Sevgi Evi» sığınacağında yaşamışdır. Əri Seymur narkotik istifadəçisi olması və ona yaşadığı evdə psixoloji şiddət göstərməsi səbəbindən həmin sığınacağa ərizə yazıb 4 yaşlı qızı Leyla ilə birlikdə orada yaşamışdır. Orada yaşadığı müddətdə heç kimə xəsarət yetirməmiş və bu kimi halların şahidi olmamışdır. 23 noyabr 2021-ci il tarixdə həmin sığınacağı tərk edib anası Təranənin yaşadığı evə getmişdir. Sığınacağa müraciət etməmişdən əvvəl anası Təranənin yanında yaşamamağına səbəb anası Təranənin onu əri Seymurla barışdırmağa cəhd etməsi olmuşdur. Belə ki, anası onun əri Seymurla barışmasını istəyirdi. Seymur və o, 04 fevral 2022-ci il tarixdə rəsmi qaydada Binəqədi rayon məhkəməsinin qərarı ilə boşanmışlar. «Sevgi evi» sığınacağında fiziki zorakılıq halları baş verməmişdir və o, belə halların şahidi olmamışdır. Rəvanə Mürşüdovadanı tanımır. O, Rəvanə «Sevgi evi» sığınacağına gəlməmişdən öncə oradan çıxıb getmişdir. Rəvanə də həmin xəsarətləri ola bilsin sığınacaqda digər uşaqlarla oynayan zaman almışdır. Leyla adlı uşaq orada olan zaman da o, orada olmamışdır deyə Leylanın həmin xəsarətləri necə almasını bilmir. «Sevgi evi» sığınacağında yaşamış azyaşlılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 fiziki zorakılıq göstərilməmişdir. Zeynəbin sağ əlinə qaynar bıçaqla basmamış, Reyhanı otağa qapatmamış və gecədən səhərə kimi həmin otaqda soyuqda saxlamamışdır. O, Zeynəb və Reyhana heç bir xəsarət yetirməmiş və zorakı hərəkətlər edərək əzab verməmişdir. Onun əməldə heç bir təqsiri yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə qanuni nümayəndə Zərərçəkmiş şəxs2 iştirakı ilə dindirilmiş X8 göstərmişdir ki, o, anası Şəfəq, atası Fəriddir. O, anası, qardaş və bacısı ilə birlikdə Bakı şəhərində yaşamışdır. Sonradan maddi vəziyyətləri pis olduğu üçün anası onları yəni onu və qardaş bacısını «Sevgi evi» sığınacağına aparmışdır. Bir müddət «Sevgi evi» sığınacağında qardaş və bacısı ilə yaşamışdır. «Sevgi Evi» sığınacağında təxminən 10 ay, yəni 2021-ci ilin iyun ayından 2022-ci ilin aprel ayının sonlarınadək yaşamışdır. Orada qaldığı müddətdə ona Nazxanım adlı şəxs tərəfindən fiziki işgəncə verilmişdir. Belə ki, o, dəcəllik etdiyi üçün keçən ilin, yəni 2021-ci ilin yay aylarında səhər radələrində Nazxanım adlı şəxs həmin sığınacağın 2-ci mərtəbəsində yerləşən sinif otağında onun sağ əlinə qaynar bıçaq basıb yandırmışdır. O, bıçağı kibriti yandıraraq isitmiş və onun əlinə basmışdır. Nazxanım adlı şəxs həmçinin sağ ayağına çubuqla vurmuş və ayaqları yara olmuşdur. Belə ki, Nazxanım sığınacaqda koridorda ayaqlarına çubuqla vurmuşdur. Nazxanım orada hamıya qarşı sərt olmuş, hamı Nazxanımdan qorxmuşdur. Bir müddət sonra Nazxanım sığınacaqdan getmişdir. Onun əlini Nazxanımın yandırması barədə sığınacaqda olan şəxslərin məlumatı olmamışdır. Həmçinin, Nazxanım orada olduğu müddətdə onu cəza məqsədilə evin 1-ci mərtəbəsində yerləşən otaqda gecə boyu saxlamışdır. Şahid2 bunlardan xəbəri olmamışdır. O, bu hadisələr barəsində sığınacaqdan çıxdıqdan sonra anasına və nənəsinə danışmışdır. Başqa hər hansı bir məlumatı xatırlamır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, anası Aytən, atası Arazdır. Ailəsi ilə Bakı şəhərində yaşamışdır. Anası atası Arazdan boşanıb Elşən adlı şəxslə evlənmək qərarına gəlmişdir deyə yaşadıqları evi tərk edib 31 iyul 2021-ci il tarixdə «Sevgi evi» adlı sığınacağa getmişlər. Bir müddət «Sevgi evi» sığınacağında anası Aytən, qardaşı Reyhan ilə birlikdə yaşamışdır. «Sevgi Evi» sığınacağında təxminən 2 ay yaşamışdır. Ailəsi ilə birlikdə oraya daxil olduqdan sonra təxminən 1 ay sonra Nazxanım adlı qadın, Leyla adında qızı ilə sığınacağa yerləşmişdir. Nazxanıma qısaca Nazlı deyirmişlər. Sonradan Nazxanım orada əsasən işçi kimi fəaliyyət göstərməyə başlamışdır. Nazxanım uşaqlara nəzarət edir, sığınacağın uşaqlarla bağlı fəaliyyətini təşkil etmişdir. Nazxanım 1 dəfə 2021ci ilin oktyabr ayının əvvəllərində onu sığınacağın kameralarının şunurunu dartdığı üçün sağ əlinə şam əridib tökmüş, onun əli yanmışdır. Nazxanım həmçinin 1-2 dəfə onun saçından dartmış, incitmişdir. Orada olduğu müddətdə Nazxanım ona və digər uşaqlara işgəncələr verirmiş. Hətta bir dəfə Nazxanım orada qalan Zeynəb adlı uşağın sağ əlinə bıçaq qızdıraraq basıb yandırmışdır. Həmin hadisədən anası Aytənin də xəbəri olmuşdur. Bir neçə dəfə o, orada yatan zaman altını islatmışdır və Nazxanım onu evin aşağısında yeri kafel olan otağa qapatmışdır. O, gecədən səhərə kimi həmin otaqda soyuqda qalmışdır. Həmin otaq evin 1-ci mərtəbəsində pilləkənlərin altında yerləşmişdir. Həmin hadisələr təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində baş vermişdir. Orada qaldığı müddətdə oraya adını bilmədiyi mənbələrdən qidalar gəlirmiş və həmin qidalar anbarlara yığılırmış. Onlar 18 oktyabr 2021-ci il tarixdə oradan çıxmışlar. O, anası və qardaşı ilə birlikdə həmin gün oradan çıxmışdır. Belə ki, atası Araz oraya onu və qardaşını götürməyə gəlmiş və atası onu və qardaşı Ənəsi götürərək atası ilə birlikdə yaşadıqları evə gəlmişlər. Orada Nazxanım, qısaca isə Nazı deyə çağırılan qadın tərəfindən fiziki işgəncə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstəmişdir ki, o, 2021ci ilin avqust ayından Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 31 ünvanında yer fərdi yaşayış yerini icarəyə götürüb şəxsi hesabına «Sevgi evi» sığınacağı adlı uşaq sığınacağı adlı yer açmışdır. Sığınacağa polis, qəyyumluq, icra orqanları, sosial xidmət agentliyi və sairə dövlət orqanlarından kimsəsiz, küçədən tapılmış, ata-anasız, valideynlərindən məhrum olunmuşların övladları, qeyri-qanuni dünyaya gəlmiş uşaqlar göndərilir və sığınacağa yerləşdirilmişdir. 23 fevral 2022-ci il tarixdə Sabunçu rayon qəyyumluq şöbəsinin əməkdaşı Səbahət xanım ondan zəng edib xahiş etmişdir ki, 14- cü PB-də bir nəfər vətəndaş yəni X2 övladından imtina etdiyini bildirmişdir və onu 5 günlük sığınacağa qəbul etməklərini istəmişdir. Həmin gün 14-cü PB- in əməkdaşları E.E.İsrafilovanı anasının imtina ərizəsilə birlikdə onlara təhvil vermişlər. E.E.İsrafilova sığınacağa təhvil veriləndə gözlərində linza, saçları da rənbərəng olmuşdur. Emiliya yüngül hərəkətlər etmiş, sığınacağa gələn qonaqlara, məsələn həkimlərə nömrə vermiş, pul, zinyət əşyaları istəmişdir. O, Emilyanı bu hərəkətlərinə görə tənbeh etmişdir. Emiliyanın şikayətinin səbəbi anası Xəyalə olmuşdur. Belə ki, anası Emilyanı öyrətmişdir ki şikayət etsin. Belə ki, Xəyalə Emilyanı götürməyə gələndə o, icazə verməmiş, polisə məlumat vermişdir deyə Xəyalə ondan acıqlı qalmışdır və Emilyanı ondan şikayət etməsi üçün öyrətmişdir. «Sevgi evi» sığınacağında fiziki zorakılıq halları baş verməmişdir. Rəvanə sığınacaqda anası Göyçəklə bir yerdə yaşamışdır. Leyla adlı uşağın anası onun yanındadır. Anasının adı Zinaidadır. Leylanın həmin xəsarətləri necə almasını bilməmişdir. Emilya anasının təsiri ilə həmin sözləri demişdir. Emilyanın dedikləri doğru deyildir, o, şər böhtan atmışdır. Şəlalə adlı şəxs Aysu adlı uşağın anasıdır və sığınacaqda yaşamışdır. Şəlalə də orada heç kimə xəsarət yetirməmişdir. Orada yaşayan bütün uşaqların anaları yanlarındadır və onlar da öz övladlarına nəzarət etmişlər. Könül öz uşaqları ilə sığınacağa gəlmişdir. Könüldə 2 ədəd telefon və 271 manat pul var idi. Həmin əşyaları onlara vermişdir. Vəsiqələrini isə özü götürmüşdür. Onun vəsiqələrinin kopyasını çıxartmış, çünki sığınacağa qəbul zamanı o, qəbul olunan vətəndaşların vəsiqələrinin kopyasını götürmüşdür. Çünki bu onlara qeydiyyat üçün lazımdır. Sığınacaqda heç kimə və ya ona kiminsə vəsiqələri lazım deyildir. Könül sığınacaqdan çıxanda da ona iki ədəd telefonu və 271 manat pulu qaytarılmışdır. Əli adlı uşaq var, yeni gəlmişdir, anası da yanındadır. Nazxanım adlı şəxs sığınacaqda yoxdur. Alı sığınacağın icraçı direktorudur. Aynurə isə könüllü sosial işçidir. Dəniz adlı uşaq 2 yaşlıdır, həmin uşaq xəstədir, inkişafdan geri qalmışdır. Həmin sığınacaqda İbrahim və İlahə adlı uşaqlar olmuşdur. Həmin uşaqlar 10 may 2022-ci il tarixdə səhər saat 05:00 radələrində sığınacağa qəbul olunmuşdur. Həmin uşaqların 15-16 yaşları olmuşdur. Həmin uşaqlar analarının yanında şiddət görmüşlər. Həmin uşaqlar tərəflərindən sağlamlıq müayinəsindən keçirilmiş və heç bir şikayətləri olmamışdır. Həmin aktın tərtib edilməsi qərəzli olmuşdur. Belə ki, həmin şəxslər əvvəlcədən xəbər vermədən monitorinqə gəlmişlər. Həmin şəxslər qapını təpiklə açmışlar. Xəbərsiz gəldikləri və qapını icazəsiz açdıqları üçün onlara da irad bildirildiyi üçün qərəzli akt tərtib edilmişdir. Bildirmişdir ki, 2-ci monitorinq 18 may 2022-ci il tarixdə keçirilmiş və müsbət rəy verilmişdir. «Sevgi evi» sığınacağında şəxslər könüllülük prinsipi ilə işləmişlər, orada heç kimlə müqavilə bağlanmamışdır. Alı, Aytən, Ağamirzə, Aynur, Zülfiyyə könüllülük əsasında gəlib sığınacağın işinə kömək etmişlər. Onun “Sevgi evi” sığınacağından başqa hər hansı bir sığınacaqla əlaqəsi yoxdur. «Sevgi evi» sığınacağının maliyyələşməsi öz vəsaiti və könüllü ianələr əsasında həyata keçirilmiş. Sığınacağın çörəkləri, suyu, meyvəsi tam pulsuz şəkildə göndərmişlər. Çörəklər qonşuluqdakı Hacı adlı şəxsin çörək sexindən, su «Salam Su»- dan, meyvələr isə «Meyvəli» bazarından xeyirxah insanlar tərəfindən göndərilmişdir. Bəzən həkimlər və müəllimlər də öz işlərindən kənar boş vaxtlarında gəlib kömək etmişlər. İanələr əsasən qida şəklində olmuşdur. Pullar isə 50-100 manat məbləğində, nadir hallarda isə maksimum 200-300 manat məbləğində olmuşdur. O pul ianələri edən şəxslərin hamısını adba-ad tanımamışdır. Həmin pullar müqabilində də kommunal xərclər ödənilmişdir. Həmin tikili ikimərtəbəli yaşayış evidir. Həmin evi kirayə müqaviləsi əsasında Orxan adlı şəxsdən aylıq 1.500 manat müqabilində icarəyə götürmüşdür. Həmin şəxs də uşaqlara yardım məqsədiylə pandemiya dövründə kirayə haqqı almamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2011-ci il tarixdə Cəlilabad rayonunda Arizlə ailə həyatı qurmuş və orada yaşamışdır. Onlar rəsmi şəkildə nikaha girməmişlər. Onlar 2012-ci il tarixdə Bakı şəhərinə köçmüşlər. Onun Arizlə evlilikdən 2013-cü il tarixdə Həsənova Nuray və 2014-cü il tarixdə isə Həsənova Gülay adlı övladları olmuşdur. O, 2016-cı il tarixdə Arizdən ayrılmışdır. Arizdən ayrılmağına səbəb ailə daxili anlaşmazlıqlar olmuşdur. O, Arizdən ayrıldıqdan sonra uşaqlar gah onun yanında, gah da Arizlə qalmışlar. O, ayrılandan sonra Arizlə yaşadığı evdə yaşamış, Ariz isə kirayədə yaşamışdır. Bir müddət sonra Ariz onunla birlikdə yaşamaq istəmiş, o isə Arizlə yaşamaq istəməmiş və onların ev üstündə mübahisələri olmuşdur. O, Arizin bu hərəkətlərindən bezdiyi üçün gah rəfiqəsinin evində, gah da kirayə tutduğu evdə qalmışdır. Onun Rusiyada yaşayan valideynləri ona maddi kömək etmiş və həmçinin 2021-ci ilin noyabr ayından əri Arizdən aliment aldığı üçün kirayə ev xərcini və övladlarının həyatını maddi cəhətdən qarşılaya bilmişdir. 2021-ci ilin dekabr ayının 2-si saat 23:00 radələrində ünvan 3 ünvanında yerləşən «Sevgi Evi» sığınacağına getmiş və ərizə ilə müraciət edərək övladları ilə orada qalmaq istədiyini bildirmişdir. O, sığınacaq barədə internetdə araşdırma edərkən öyrənmişdir. Kirayə xərcini qarşılamaq üçün maddi imkanı olmamış və düşünmüşdür ki, sığınacağa yerləşib bir müddət orada qala bilər. O, oraya gedərkən qapıda onu Şahid2, Alı, Nazxanım və Aynurə adlı şəxslər qarşılamışdır. O, ora daxil olduqdan sonra oraya öz vəsiqəsini və övladlarının vəsiqələrini orada Nazxanım adlı şəxsə təqdim etmişdir. Nazxanım isə həmin vəsiqələri sığınacağın 2-ci mərtəbəsində sənədlər olan otaqda şkafa qoymuşdur. O, onlara həmçinin 2 ədəd telefon və təxminən 280 manat pul vermişdir. Onlar həmin əşyaları saxlamaq üçün ondan almışılar. O, orada təxminən 2 gün qalmışdır. 05 dekabr 2022-ci il tarixdə, saat 08:00 radələrində oradan övladları ilə birlikdə çıxmışdır. «Sevgi evi» sığınacağında fiziki zorakılıq halları baş verdiyinin şahidi olmamışdır. «Sevgi evi» sığınacağında şəxslər könüllülük prinsipi ilə işləyirlər, orada heç kimlə müqavilə bağlanmır. Alı, Aynurə könüllülük əsasında gəlib sığınacağın işinə kömək etmişlər. O, düşünmüşdür ki, Nazxanım adlı şəxs də orada işləmişdir çünki Nazxanım orada işlərə nəzarət etmişdir. Onun «Sevgi evi» sığınacağından başqa hər hansı bir sığınacaqla əlaqəsi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istiantaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-ci il tarixdə Qanuni nümayəndə ilə ailə həyatı qurmuşdur. Onun həmin evlilikdən 2 övladı olmuşdur, 2014-cü il təvəllüdlü Şahid4, 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3. 2021-ci ilin iyul ayında o, ərindən ayrılmışdır. Belə ki, aralarında anlaşmazlıqlar olduğu üçün o, evi tərk etmək qərarı vermişdir. O, evi tərk edəcəyi ilə bağlı heç kimə məlumat verməmişdir. Uşaq qadın sığınacaqları ilə internetdə maraqlanmış və Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Sevgi Evi» adlı sığınacaq ilə tanış olmuş və oraya zəng edib ora gələcəyini bildirdikdə onu qəbul edəcəklərini dedikdən sonra o, 31 iyul 2021-ci il tarixdə 2 övladı ilə birlikdə oraya getmişdir. Onu sığınacaqda adını xatırlamadığı qadın qarşılamış və o, rəsmi şəkildə orada qalmaq istəməyi ilə bağlı ərizəyə qol çəkmiş və orada yerləşmişdir. Həmin sığınacaqda övladları ilə birlikdə 18 oktyabr 2021-ci il tarixədək orada qalmışdır. O, orada qaldığı müddətdə oraya tanımadığı qadınlar uşaqları ilə birlikdə oraya gəlib qalmışlar. Həmin şəxslər evsiz şəxslər imişlər. Oraya daxil olduqdan sonra təxminən 1 ay sonra Nazxanım adlı qadın, Leyla adında qızı ilə sığınacağa yerləşmişdir. Nazxanım ilk əvvəllər sakit insan təəssüratı yaratmışdır. Lakin, sonradan onun Könül yəni sığınacağın rəhbəri ilə yaxın münasibətləri yaranmış və Nazxanım orada əsasən işçi kimi fəaliyyət göstərməyə başlamışdır. Belə ki, Nazxanım uşaqlara nəzarət etmiş, sığınacağın uşaqlarla bağlı fəaliyyətini təşkil etmişdir. Könül də Nazxanımın həmin fəaliyyəti göstərməsinə şərait yaratmışdır. Nazxanım uşaqlara nəzarət edən zaman uşaqlara mütəmadi olaraq işgəncələr vermişdir. Nazxanım 1 dəfə 2021-ci ilin oktyabr ayının əvvəllərində onun qızı Reyhan sığınacağının kameralarının şunurunu dartdığı üçün onun sağ əlinə şam əridib tökmüşdü və qızının sağ əlində xəsarət yaranmışdır. Nazxanım həmçinin 1-2 dəfə onun yanında qızı Reyhanın saçından dartmış, qızını incitmiş və buna görə də aralarında narazılıqları yaranmışdır. Orada olduğu müddətdə Nazxanım uşaqlara işgəncələr vermişdir. Belə ki, Nazxanım orada uşaqların saçlarını iradələrinə zidd qırxmış və vurmuşdur. O, orada qalan Zeynəb adlı uşağın saçını qırxmış və Zeynəbin sağ əlinə bıçaq qızdıraraq basıb yandırmışdır. O həmin vaxtı yuxarı mərtəbədə olsa da Zeynəbi görən zaman hadisə barədə məlumatı olmuşdur. Nazxanım orada Zeynəbə işgəncələr verməyi ilə bağlı Könülün xəbəri olsa da, bu barədə heç bir tədbir görməmişdir. Hətta Könül özü də, bir neçə dəfə o, orda olan zaman onun qızı Reyhan yatan zaman altını islatmışdır və Könül onun qızı Reyhanı evin aşağısında yeri kafel olan otağa qapatmışdır və qızı gecədən səhərə kimi həmin otaqda soyuqda qalmışdır. Həmin otaq evin 1-ci mərtəbəsində pilləkənlərin altında yerləşmişdir. O ona bu barədə etirazını bildirsə də, o, bildirmişdir ki, psixoloqlar bildirmişlər ki, uşaqlar səhv hərəkət etdikdə onlara cəzalar verilməli imiş. Həmin hadisələr təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində baş vermişdir. Orada qaldığı müddətdə oraya adını bilmədikləri mənbələrdən qidalar gəlmiş və həmin qidalar anbarlara yığılmışdır. O həmin sığınacağa konkret olaraq kimlərin ianələr etməsini bilməmişdir. 18 oktyabr 2021-ci il tarixdə oradan çıxmışdır. Qızı Reyhanda isə Nazxanım onun sağ əlinə şam yandırıb tökərkən xəsarət əmələ gəlsə də, həmin xəsarət izi getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, anası Şahid3, atası Qanuni nümayəndədir. O ailəsi ilə Bakı şəhərində yaşamışdır. Anası atası Arazdan boşanıb Elşən adlı şəxslə evlənmək qərarına gəlmişdir deyə yaşadıqları evi tərk elmiş 31 iyul 2021-ci il tarixdə «Sevgi evi» adlı sığınacağa getmişdirlər. Bir müddət «Sevgi evi» sığınacağında anası Aytən, bacısı Reyhan birlikdə yaşamışdır. O bildirmişdir ki, «Sevgi Evi» sığınacağında təxminən 2 ay yaşamışdır. Ailəsi ilə birlikdə oraya daxil olduqdan sonra təxminən 1 ay sonra Nazxanım adlı qadın, Leyla adında qızı ilə sığınacağa yerləşmişdir. Nazxanıma qısaca Nazlı demişlər. Nazxanım ilk əvvəllər sakit insan təəssüratı yaratmışdır. Lakin, sonradan Nazxanım orada əsasən işçi kimi fəaliyyət göstərməyə başlamışdır. Nazxanım uşaqlara nəzarət etmiş, sığınacağın uşaqlarla bağlı fəaliyyətini təşkil etmişdir. Nazxanım bir dəfə 2021-ci ilin oktyabr ayının əvvəllərində onun bacısı Reyhan sığınacağının kameralarının şunurunu dartdığı üçün onun sağ əlinə şam əridib tökmüşdü və bacısının sağ əlində xəsarət yaranmışdı. Nazxanım həmçinin 1-2 dəfə onun yanında bacısı Reyhanın saçından dartmış, incitmişdir. Orada olduğu müddətdə Nazxanım uşaqlara işgəncələr vermişdir. Xatırladığı qədərilə Nazxanım hətta bir dəfə orada qalan Zeynəb adlı uşağın sağ əlinə bıçaq qızdıraraq basıb yandırmışdır. Həmin vaxtı yuxarı mərtəbədə olsa da Zeynəbi görən zaman hadisə barədə məlumatı olmuşdur. Həmin hadisədən anası Aytənin də xəbəri olmuşdur. Bir neçə dəfə o orda olan zaman bacısı Reyhan yatan zaman altını islatmışdı və Nazxanım bacısı Reyhanı evin aşağısında yeri kafel olan otağa qapatmış və bacısı gecədən səhərə kimi həmin otaqda soyuqda qalmışdır. Həmin otaq evin 1-ci mərtəbəsində pilləkənlərin altında yerləşmişdir. Həmin hadisələr təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində baş vermişdir. Orada qaldığı müddətdə oraya adını bilmədikləri mənbələrdən qidalar gəlmiş və həmin qidalar anbarlara yığılmışdır. O həmin sığınacağa konkret olaraq kimlərin ianələr etməsini bilməmişdir. Onlar 18 oktyabr 2021-ci il tarixdə oradan çıxmışdırlar. O, anası ilə və bacısı ilə birlikdə həmin gün oradan çıxmışdırlar. Atası Araz oraya onu və bacısını götürməyə gəlmişdir. Atası onu və bacısı Reyhanı götürərək atası ilə birlikdə yaşadıqları evə gəlmişdirlər. Ona orada fiziki və ya mənəvi işgəncə verilməmişdir. Orada Nazxanım adlı qadın tərəfindən başqa uşaqlara, bacısı Reyhana, Zeynəb adlı uşağa mütəmadi olaraq fiziki işgəncələr verilmişdir. Bildirdiyi kimi Nazxanım Reyhanın əlinə şam töküb yandırmış və həmçinin Zeynəbin də sağ əlinə bıçaq basıb yandırmışdır. Başqa uşaqlara xəsarət yetirilməsini xatırlamamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və patoloji X10 Hüquqi Şəxsin 1154 saylı, 10 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Fərid qızında sağ əlin və sağ said nahiyəsinin İİ dərəcəli yerli termiki yanıqları müəyyən edildi. Xəsarətlər isti əşyanın yüksək hərarətinin yerli termiki təsirindən törənmişdir, müddəti Zərərçəkmiş şəxs1 Fərid qızının müayinəsindən 8-10 ay əvvələ uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və patoloji X10 Hüquqi Şəxsin 1477 saylı, 08 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 xəsarət və xəsarət izi aşkar edilmədi. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X1 Hüquqi Şəxsin 2354 saylı, 14 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21.1, 21.3 və ya 22.1 -ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək, öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilmək iqtidarındadır. Rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsində görünür ki, Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, hafizə, təfəkkür, qavrayış və s.), dünyagörüşü və intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Ünsiyyətçillik, adaptivlik, situativlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə fizioloji affekt halında olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 iyun 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələrinə əsasən-əsasən Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilmə-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi, məhkəmə iclasında araşdırılmış digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xaraketri daşıyır və məsuliyyətdən yaxa qurtaqmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələrinə əsasən Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməyə görə-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində (06 fevral 2018-ci il təvəllüdlü X3) yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Məmmədova Təqsirləndirilən şəxs törətdiyi əməl və onun təqsirliyi Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 11 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 91). Cinayət işinin materiallarında olan 11 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 122). Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Həmin Məcəllənin 79.3-cü maddəsinə əsasən uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə müdafiəçi X6 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələrinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Hal-hazır ki, hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməsi Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən 06 fevral 2018-ci il təvəllüdlü X3 14 yaşına çatanadək təxirə salınsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Hüquqi xidmətə görə müdafiəçi X6 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar