Məhkəmə qərarları › İş №1(008)-185/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-185/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-185/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhər, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı X7 cəza çəkən, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 01 ədəd bükümdə təmiz çəkisi 0,669 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 1,240 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsinə daşımış, özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 20 sentyabr 2024-cü il tarixdə saat 06:00-da həmin yerdə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,669 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,240 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün vermiş olduğu ifadələri, şahid ifadələri, maddi sübutların götürülməsi protokolu, ekspertizalarının rəyləri, eləcə də işin birbirini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 15 ilə yaxındır ki, “patı” və "kakos" kimi tanıdığı narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. 19 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında əvvəllər tanımadığı və anket məlumatları barədə məlumatı olmadığı bir nəfər şəxsdən 13 manata bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin almış, aldığı heroin və metamfetamini sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Sabunçu rayonu Balaxanı qəsəbəsində nömrəsiz fərdi yaşayış evlərinin yanı ilə gedərkən PPXB-nin əməkdaşları onun narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmasından şübhələnib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt da onun üzərində bir bükümdə psixotrop maddə metamfetamin və bir bükümdə narkotik vasitə heroin olduğundan həyəcanlanmış və polis əməkdaşlarından yayınmaq istəmişdir. Bu zaman polis əməkdaşları onu saxlayaraq 12-ci PŞ-nə getməyi təklif etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 12-ci PŞ-nə getmişdir. 12-ci PŞ-nə gəldikdən sonra şəxsiyyəti müəyyən edilmiş, bundan sonra ona bildirilmişdir ki, narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəlidir, bu səbəbdən də şübhəli şəxs qismində tutulmuşdur. O, ərizə ilə müraciət edərək müdafiəçinin şəxsi axtarış zamanı iştirak etməməsini xahiş etmiş, bunun da səbəbi onunla bağlı olmuşdur ki, üzərində heroin və metamfetamin bükümləri olmasını bilirmiş və istəmirmiş ki, heroin və metamfetamin bükümləri vəkilin yanında aşkar edilsin Belə ki, fikirləşmişdir ki, əgər heroin və metamfetamin bükümləri vəkilin yanında aşkar edilsə vəkil gələcəkdə onu məhkəmədə müdafiə edə bilməyəcəkdir. Bundan sonra 12-ci PŞ- də üzərinə şəxsi axtarış keçirilərkən təklif edilmişdir ki, əşyalarıda və ya bədənidə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bundan sonra çıxış yolu olmadığından o da əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı kağıza bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə olan metamfetamini və bir ədəd ağ kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə olan heroini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələr “Kakos” kimi tandığı heroin və “Patı” kimi tanıdığı metamferamindir. Həmin metamfetamin və heroini Zabrat qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığından tanımadığı şəxsdən 13 manata almışdır, şəxsi istifadəsi üçün də üzərində saxlamışdır. Həmçinin bildirmişdir ki, 15 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməzdən əvvəl onun üzərinə heç bir polis əməkdaşı yoxlanış keçirməmişdir. Bundan öncə isə onun barəsində Sabunçu Rayon Məhkəməsində hökm çıxmışdır. Verilən suallara cavabında narkotik və psixotrop maddələrin ona məxsus olduğunu, lakin miqdarının az olduğunu qeyd etmişdir. Narkomaniya xəstəliyindən əzab çəkdiyi üçün məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı ədavət və düşmənçiliyi olmamışdır. 20 sentyabr 2024-cü il tarixdə saat 06:00 radələrində xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində fərdi evlərin yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişlər. Bu zaman yaxınlaşdıqları şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmamasını bildirərək onlardan yayınmağa, nəsə gizlətməyə çalışaraq suallarına dağınıq cavablar vermişdir. Onlar yaxınlaşdıqları şəxsin narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmasından şübhələnərək həmin şəxsi Sabunçu RPİ-nın 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsindən ötrü tərəfindən rəhbərliyə raportla məruzə etmişlər Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması 12-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Bəhram Bəhramova həvalə olunmuş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquq və vəzifələri elan edilmiş və müdafiə hüququnun təmin edilməsi məqsədilə vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasını xahiş edərək bu barədə ərizə ilə müraciət etmişdir. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanusuz saxlanılan əşya, predmet, narkotik vasitə vardırsa onları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bır ədəd qızılı kağıza bükülmüş içərisində ağ rəngdə kristal formalı maddəni və bir ədəd ağ kağıza bükülmüş tünd qəhvəyi rəngli maddəni təqdim edərək bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələr "Kakos" kimi tandığı heroin və "Patı' kimi tanıdığı metamferamindir. Həmin metamfetamın və heroini Zabrat qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığında tanımadığı şəxsdən 13 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs 15 ilə yaxın olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm metamfetamin və bir büküm heroin təhqiqatçı qablaşdırılaraq DİN-in “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə aparılarkən və polis şöbəsində olarkən sonuncuya qarşı heç bır formada zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin PPXB-nın polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs oğlu əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı kağıza bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə və bir ədəd ağ kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildmışdır ki, üzərindən aşkar edilmiş maddələr ‘‘Kakos’’ və "Patı” kimi tanıdığı maddələrdir, maddələri Zabrat qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığında tanımadığı şəxsdən 13 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır, 15 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Götürülmüş maddələr qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 25-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 20 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/4637 nömrəli rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün N°159” möhür əksi, “Təqsirləndirilən şəxs üzrərindən...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,669 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 01 ədəd bükümdə təmiz çəkisi 1,240 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamındir. Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş siyahılar üzrə: Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narotik vasitələri”in siyahısına (Siyahı İ), Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahisına (Siyahı İ )daxildir. Qeyd: Metamfetamin: 1,240 qr, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,190 qram, heroin-0,669 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-0, 619 qram (i.v.31-435). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 avqust 2024-cü il tarixli 5421 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoıdlərin, kannabinoidlərin və psıxostimulyatorarın birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.135-137). DVD diskə baxış keçirilməsi haqqında 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ- nin 12-ci PŞ-də keçirilən şəxsi axtarış zamanı videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskdə bır ədəd fayl vardır. Həmin fayl açıldıqda müəyyən edilmişdir ki, X2 üzərinə Sabunçu RPİ-nin 12-ci PŞ-də keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər vardır. Həmin görüntülərdən müşahidə olunur ki, Sabunçu RPİ-nin 12-ci PŞ-də təhqiqatçı, polis mayoru X4 tərəfindən Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları X8 və Şahid2 iştirakları ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı kağıza bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə olan metamfetamini və bir ədəd ağ kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə olan heroini təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş maddələr "Kakos” kimi tandığı heroin və “Patı” kimi tanıdığı metamferamindir. Həmin metamfetamin və heroini Zabrat qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığında tanımadığı şəxsdən 13 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin bildirir ki, 15 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm metamfetamin və bir büküm heroin qablaşdırılır, DİN-in "Zərflər üçün" 159 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Baxış Sabunçu RPİ-nin MSY-də keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 12-ci PŞ-də keçirilən şəxsi axtarış zamanı videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmış və cinayət işi materiallarına əlavə edilmişdir(i.v. 49- 50). Maddi sübut kimi tanınma haqqında 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,669 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroinin və 01 ədəd bükümdə təmiz çəkisi 1,240 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamlnin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,190 qram metamnfetaminin və 0, 619 qram heroinin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(i.v.79-80). “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Şahıza oğlunun üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etdiyi istintaqa məlum olmayan mənbənin müəyyən edilməsi məqsədilə, cinayət işindən zəruri istintaq sənədlərinin kserosurətləri çıxarılmaqla material ayrılaraq göndərilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs götürülmüş götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,669 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroinin və 01 ədəd bükümdə təmiz çəkisi 1,240 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 1.190 qram metamnfetaminin və 0. 619 qram heroinin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şəxsi axtarış prosesini əks etdirən videogörüntülərə baxış keçirilməsi protokolu işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilmişdir (i.v.140-149). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə, saat 06:00-dan tutulmuş hesab edilmişdir (i.v.14). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-nin müstəntiqi Həşdər Əmirahovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azad edilmişdir(i.v.67-70). 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qərar ona elan edilmişdir(i.v.71- 72). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 sentyabr 2024-cü il tarixli qərardadn görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 51-52). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X3 Hərbi Tribunalının xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası cm-nin 241-ci maddəsinin “B” bəndi ilə təqsirli bilinib 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-cı ıl tarixli Amnistiya qərarının 3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzsından azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 02 ıl müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-cı ıl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234 1 -ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228 1 -ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2022-cı ıl tarixli qərarı ilə 01 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 27.11,2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234 1 ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (i.v.86-88). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-287/2021 saylı, 08 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.89-95). Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 7(010)-1081/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-287/2021 saylı, 08 may 2021-ci il tarixli hökmü ilə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir(i.v.100-103). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-742/2024 saylı, 27 noyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2024-cü il tarixdən 14 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanmışdır(i.v.125-131). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-185/2024 saylı, 20 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-742/2024 saylı, 27 noyabr 2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15-2-dək qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahisına (Siyahı İİ ) əsasən 0,15-2-dək qram olan metamfetamin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin ona məxsus olması, lakin miqdarının az olması ilə bağlı ifadəsində olan xüsusata münasibətdə qeyd edir ki, tədqiq edilmiş sübutlardan, həmçinin video görüntülərdən görünür ki, təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı kağıza bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə olan metamfetamini və bir ədəd ağ kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə olan heroini təqdim edərək ona məxsus olmasını bildirmiş və həmin maddələr qablaşdırılaraq, DİN-in "Zərflər üçün" 159 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bu səbəbdən də təqsirləndirilən şəxsin ifadəsində olan bu xüsusat özünü müdafiə xarakterli qiymətləndirilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçü--ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residivi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (barəsində başqa cinayət işi məhkəmə istintaqının aparıldığı dövrdə yenidən eyni cinayəti törətməsi), cəzasını yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin həyata keçirildiyi dövrdə yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-742/2024 saylı, 27 noyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-742/2024 saylı, 27 noyabr 2024-cü il tarixli hökmü ilə 01 noyabr 2024-cü il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallların müəyyən edilməməsi, cəzanı ağırlaşdıran halların(cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-742/2024 saylı, 27 noyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun əvvəlki və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökmlə müəyyən edilmiş tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı(digər hökmlə cəza çəkməsi nəzələ alınmaqla), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən ibtidai istintaq zamanı 12 may 2024-cü il tarixdən 14 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, hazırki iş üzrə 20 sentyabr 2024-cü il tarixdən 21 sentyabr 2024-cü il tarixədək(saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın (Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-742/2024 saylı, 27 noyabr 2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut-Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalan qalıq 0,619 qram narkotik vasitə heroin və psixotrop maddə 1,190 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110(bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 25 saata görə 150 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar