Məhkəmə qərarları › İş №1(008)-186/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-186/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-186/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Lerik rayonu, Bilnə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il saat 18:00 dəqiqədə rəsmi nikahda olduğu arvadı X4 ilə yaşadıqları ünvan 1 ünvanında aralarında yaranmış mübahisə zamanı İlahə Qəniyevaya əli ilə sifət nahiyyəsinə bir zərbə vuraraq, sağ göz almasının ağlı qişasına qansızma, sağ gözyuvasıətrafı - sağ gicgah-alın nahiyyəsinin dərialtı hematoması və sağ kürək nahiyyəsinin qançınndan ibarət ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, X4 onun arvadıdır. X4 ilə 2002-ci ildə rəsmi qaydada ailə həyatı qurmuş və bu nikahdan 2 övladları dünyaya gəlmişdir. Son vaxtlarda İlahə ilə aralarında soyuqluq yaranmış və tez-tez mübahisələr edirlər. Sonuncu dəfə xx.xx.2021-ci il saat təxminən 18:00 dəqiqədə yaşadıqları ünvan 1 ünvanında olan zaman İlahədən pul istəmiş, İlahə pulu olmadığını dedikdə aralarında mübahisə yaranmışdır. Bu mübahisə zamanı əsəbləşib İlahənin sifət nahiyyəsindən əli ilə bir zərbə vurub ona xəsarət yetirmişdir. Daha sonra həyətə çıxmış, İlahə isə yaxınlığda yaşayan öz anasının evinə getmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2002-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş və bu nikahdan 2 övladı dünyaya gəlmişdir. xx.xx.2021-ci il saat 18:00 dəqiqədə yaşadıqları ünvan 1 ünvanında olan zaman əri Mirağa ondan pul istəmiş və ona pulu olmadığını bildirdikdə sonuncu onun üstünə hücum çəkib əli ilə sifət nahiyyəsinə vurub xəsarət yetirmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıdığını göstərərək, ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2021-ci il tarixli, 32 saylı ekspert rəyindən görünür ki, X1 göz almasının ağlı qişasına qansızma, sağ gözyuvasıətrafı - sağ gicgah-alın nahiyəsinin dərialtı hematoması və sağ kürək nahiyyəsinin qançın müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyalann) təsirindən törənmişlər, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx xxxxxx 2021-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakterlərinə və iokalizasiyasılanna görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi və eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 19-20) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə hesab edir ki, şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar