Məhkəmə qərarları › İş №1(008)-186/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-186/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-186/2023 08.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Müdafiəçi Bakı şəhəri 30 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-nin direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə, xx xxx 1984-cü il tarixdə Cəbrayıl rayonu, Daşkəsən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin direktoru, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3nda yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 23 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi və direktoru vəzifəsində işləyərkən, habelə, eyni adlı saytın idarəçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib Zərərçəkmiş şəxs tanışı X6 ilə intim video görüntülərinin əks olunduğu “Facebook”, “İnstagram” və digər sosial şəbəkə və internet saytlarının elektron informasiya bazasından həmin video faylın silinməsi, bununla da çoxsaylı şəxslərin həmin video görüntülərə baxmasının qarşısının alınmasında köməklik göstərilməsi barədə 5 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs cinayətdən xəbərsiz qardaşı Şahid1 ilə həmin gün qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarındakı cinayətkar niyyətlərinə uyğun olaraq Bakı şəhəri, Babək prospektində yerləşən “X13”nın inzibati binasının qarşısında görüşüb Şahid1 guya özlərinin həmin video görüntüləri qeyd edilən internet və sosial şəbəkə saytlarının elektron informasiya bazasından silmək iqtidarında olmalarını Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan bildirib, 2.800 manat müqabilində həmin məsələni müsbət həll etməklə bütün görüntüləri müvafiq və digər informasiya bazalarından əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə siləcəklərini ona aldatmaqla vəd edib, həmin adla 15 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 2.800 manat məbləğində pulun Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 rekvizitlərini verdiyi “X5” ASC-nin “Leobank" adlı 4098********7817 nömrəli plastik bank kartına köçürülməsindən sonra həmin pul vəsaitinin 400 manatını həmin tarixdə sonuncu özünün qeyd edilən bankda olan 4098********3993 nömrəli kart hesabına göndərməklə, qalan pul vəsaiti isə aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında Bakı şəhəri ərazisində ayrı-ayrı bankomatlarda nağdlaşdırılıb çıxarılmaqla və özlərinin şəxsi ehtiyaclarına elektron qaydada, o cümlədən, sonuncu dəfə 17 avqust 2022-ci il tarixdə ünvan 4 ünvanında Təqsirləndirilən şəxs1 tərəfindən həmin kartdan 50 manat məbləğində pul vəsaiti “X5” ASC-nin "Leobank" adlı 4098********8286 nömrəli plastik bank kartına köçürülməklə, sonuncu ilə birlikdə şəxsi ehtiyaclarına sərf edərək, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs1 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 23 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi və direktoru, habelə, eyni adlı saytın idarəçisi olan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib Zərərçəkmiş şəxs tanışı X6 ilə intim video görüntülərinin əks olunduğu “Facebook”, “İnstagram” və digər sosial şəbəkə və internet saytlarının elektron informasiya bazasından həmin video faylın silinməsi, bununla da çoxsaylı şəxslərin həmin video görüntülərə baxmasının qarşısının alınmasında köməklik göstərilməsi barədə 5 avqust 2022-ci il tarixdə özünə müraciət etmiş Zərərçəkmiş şəxs cinayətdən xəbərsiz qardaşı Şahid1 ilə həmin gün qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar niyyətlərinə uyğun olaraq Bakı şəhəri, Babək prospektində yerləşən “X13”nın inzibati binasının qarşısında görüşüb Şahid1 guya özlərinin həmin video görüntüləri qeyd edilən internet və sosial şəbəkə saytlarının elektron informasiya bazasından silmək iqtidarında olmalarını yalandan bildirib, 2.800 manat müqabilində həmin məsələni müsbət həll etməklə bütün görüntüləri müvafiq və digər informasiya bazalarından əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə siləcəklərini ona aldatmaqla vəd edib, həmin adla 15 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 2.800 manat məbləğində pulun Şahid1 tərəfindən özünün rekvizitlərini verdiyi “X5” ASC-nin “Leobank" adlı 4098********7817 nömrəli plastik bank kartına köçürülməsindən sonra həmin pul vəsaitinin 400 manatını həmin tarixdə Təqsirləndirilən şəxs2 qeyd edilən bankda olan 4098********3993 nömrəli kart hesabına göndərməklə, qalan pul vəsaiti isə aralarındakı razılaşmaya əsasən şəxsən xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında Bakı şəhəri ərazisində ayrı-ayrı bankomatlarda nağdlaşdırılıb çıxarılmaqla və özlərinin şəxsi ehtiyaclarına elektron qaydada, o cümlədən, sonuncu dəfə 17 avqust 2022-ci il tarixdə ünvan 4 ünvanında şəxsən həmin kartdan 50 manat məbləğində pul vəsaitini “X5” ASC-nin "Leobank" adlı 4098********8286 nömrəli plastik bank kartına köçürülməklə, Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, "xxxx" MMC-də texniki direktor olmuşdur. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-ni təsis etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində tanışı Ağaəli onunla əlaqə saxlayaraq sosial şəbəkələrdə tanışlarına aid intim videogörüntülərin yayıldığını bildirərək, ondan həmin görüntülərin silinməsi üçün köməklik etmək imkanının olub-olmamasını soruşmuşdur. O, yayılmış videogörüntələrini silinməsinə köməklik edəcəyini bildirdikdən bir neçə saat sonra ona zəng gəlmiş, özünü Yunis adı ilə təqdim edən şəxs tanışa aid videogörüntülərin sosial şəbəkələrdən silinməsi ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. 05 avqust 2022-ci il tarixdə o, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ərazisində yerləşən “X13”nın qarşısında Yunis ilə görüşmüş, aralarındakı danışıq zamanı Yunis tanışına məxsus videogörüntünün “Teleqram”, “Facebook” sosial şəbəkəsində paylaşıldığını, müxtəlif şəxslərə göndərildiyini bildirərək həmin səhifələrin silinməsində köməklik göstərməyini xahiş etmişdir. Aralarında olan razılaşmaya əsasən videolar silindikdən sonra ona ödəniş ediləcəkdi. O, videogörüntülərin silinməsi üçün özünə məxsus mail adresindən “facebook” və “Teleqram” sosial şəbəkəsinə şikayət məktubları göndərmiş, “facebook” profilini bağlatdırıb bununla bağlı Yunisə məlumat vermişdir. “Teleqram” sosial şəbəkəsindən isə videonun silinməsi mümkün olmamış, onun bu barədə şikayətinə baxılmamışdır. Daha sonra o zərərçəkmiş şəxsin qardaşına həmin videonun digər porno saytlarında yayımlanmasını bildirib silinməsinə zərurət olub-olmamasını soruşmuşdur. Yunis həmin saytlardan da videonun silinməsini xahiş edərək buna görə əlavə məbləğ ödəyəcəyini bildirdi. O, həmin videoları da silməsinə baxmayaraq Yunis müxtəlif bəhanələr gətirərək ona aralarındakı razılaşmaya əsasən 1500 manat ödəniş etməkdən yayınmışdır. 15 avqust 2022-ci il tarixdə Yunis yenidən onunla əlaqə saxlayaraq məlumatların “Youtube.com” saytı paylaşıldığını bildirərək həmin görüntülərin silinməsinə köməklik etməsini xahiş etmişdir. O, Yunisə bir müddət əvvəl görüdüyü işlərin müqabilində pulun ödənilmədiyini, bunun üçün 1500 manat və əlavə olaraq yerli saytlardan xəbərlərin silinməsi üçün, hər sayta 300 manat, cəmi 2800 manat ödəməli olmasını bildirmişdir. Bununla əlaqədar Yunis kartdan karta köçürmə yolu ilə onun bank kartına 2800 manat pul köçürmüşdür. Bundan əlavə, Yunis ondan “1xeber.az”, “Xalqxeber.az” səhifələrindəki xəbərlərin silinməsini xahiş etdiyi üçün o, əvvəllər işlədiyi "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 müraciət etmiş, sosial şəbəkələrdə yayılmış tanışına məxsus görüntülərin silinməsi üçün xəbər saytları ilə əlaqə yaratmaqda ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 xəbər saytları ilə əlaqə yaratmaqda ona köməklik etmiş, o, aldığı puldan 700 manatı Şahid3 bank kartına göndərmişdir. Şahid3 xəbər saytlarında paylaşılmış görüntülərin silinməsinə dair məlumatı ona göndərmiş, o da, öz növbəsində həmin məlumatı Yunisə göndərmişdir. O, "xxxx" MMC-də işlədiyi vaxt Təqsirləndirilən şəxs2 ilə aralarında xırda borc münasibəti yaranmışdır. Bununla əlaqədar aldığı puldan 400 manatı Təqsirləndirilən şəxs2 göndərmişdir. Həmin 400 manatdan başqa Səməndərə hər hansı bir məbləğdə pul ödənilməmişdir. Şahid3 prokurorluğa çağırıldıqdan sonra həmin xəbəri yenidən yayımlamışdır. Zərərçəkmiş şəxs məxsus görüntülər sosial şəbəkələrdə kütləvi şəkildə paylaşıldıqdan sonra Zərərçəkmiş şəxs ona zəng edərək görünütüləri silinməsi ödənilmiş 2800 manatı geri qaytarmasını tələb etmiş, o, həmin vaxt, xəstə olduğu üçün pulu geri qaytara bilməyəciyini bildirmiş, bundan sonra, Zərərçəkmiş şəxs onun barəsində prokurorluğa şikayət etmişdir. İbtidai istintaq zamanı ümumilikdə 2800 manat Zərərçəkmiş şəxs geri qaytarılmışdır. O, videogörüntülərin silinməsi üçün Təqsirləndirilən şəxs2 hər hansı məbləğdə ödəniş etməmiş, və bunun müqabilində Təqsirləndirilən şəxs2 ondan pul istəməmişdir. Təqsirləndirilən şəxs2 ilə yaxın münasibətləri olduğu üçün ondan tanışına məxsus görünütülərin silinməsinə görə xəbər saytlarının rəhbərləri ilə onun arasında vasitəçi olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 sosial ödənişlərə görə borcu olduğu üçün ona 400 manat pul ödəmiş, həmin məbləğ borcun müqabilində əvəzləşdirilmiş, görüntülərin silinməsinə heç bir aidiyyəti olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 2021-ci ilin sonlarından "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs1 bir müddətdir ki, İT mütəxsis kimi tanıyır. 02 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə texniki direktor vəzifəsinə götürmüş, onun işi saytın yenidən yığılması və digər İT işləri olmuşdur. Lakin bir müddət sonra Təqsirləndirilən şəxs1 Gəncə şəhərində yerləşən başqa şirkətdən iş təklifi gəldiyindən Həmzə Gəncə şəhərinə getmişdir. Lakin Həmzənin əmək müqaviləsi aktiv olduğundan onun adına Dövlət Sosial Müdafiə Fonduna və digərlər qurumlara ödənişlər etmişdir. Ondan sonra Həmzə rəsmi əmək müqaviləsinə xitam verilməsini istəmiş, hazırda vəziyyətinin yaxşı olmadığını və onun adına ödənilmiş 400 manat vəsaiti qaytaracağını bildirmişdir. 2022-ci ilin avqust aynda Həmzə onunla əlaqə saxlayaraq ofisinə dəvət etmişdir. Ondan sonra Həmzə, o, və zərərçəkmiş şəxsin qardaşı ilə ofisdə görüşmüşlər. Görüş zamanı Həmzə ona yayılmış videogörüntülərin xarici saytlardan silməsini, lakin xəbərlərin yerli saytlarda da, yayılmasını bildirib həmin xəbərlərin silinməsində vasitəçilik etməsini xahiş etmişdir. Bir neçə gün sonra Həmzə əlaqə saxlayaraq, instagramda olan bir neçə xəbər səhifəsinin adını çəkərək, həmin səhifələrdə olan paylaşımların silinməsində köməklik istəmiş, həmin səhifə adminlərini tanımasını soruşmuşdur. O, isə ancaq Şahid3 tanımasını demiş, daha sonra Peymanla danışmış, Peyman həm öz səhifəsində, həm də digər səhiflərdə olan paylaşımları sildirə biləcəyini demişdir. Lakin Peyman ondan öz səhifəsində olan paylaşım silmək üçün pul istəməmiş, nə hörmət etsələr problem deyil demiş, lakin digər səhifələrdə olanı silmək üçün ümumilikdə 700 manat pul istəmişdir. Bundan sonra Həmzə Peymanın kartına 700 manat pul göndərmişdir. Bu məsələ ilə bağlı nə Peyman nə də Həmzə ona hər hansı pul vəsaiti verməmişdir. Ondan sonra onun Leo kart hesabına 400 manat pul daxil olmuş və ödəyici yerində görmüşdür ki, göndərən Təqsirləndirilən şəxs1dir. O, Həmzədən nə üçün pul göndərdiyini soruşduqda Həmzə əziyyət çəkdiyi üçün pul göndərməsini bildirdikdə, o Həmzəyə qeyd olunan məsələ ilə bağlı heç bir ödənişə ehtiyac olmadığını, Həmzənin ona borclu olduğu ödənişlərin əvəzi olaraq qəbul etdiyini və artıq borcu qalmadığını bildirmişdir. Ondan sonra baş verənlər barədə məlumatı olmamış, 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çağrılmış, orada ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 barəsində şikayət vermiş, Həmzənin verdiyi ifadə əsasında onu da çağırmışlar. Həmzənin sosiala görə ödəniş ifadəsini, müstəntiq sosial ödəniş əvəzinə, sosial mediya kimi başa düşmüşdür. Onun tərəfindən heç bir cinayət əməli törədilməmiş, dələduzluq edilməmişdir. Əksinə o, görüş zamanı zərərçəkmiş şəxsin qardaşı bir avtomobili satışa qoyduqlarını, videonun və xəbərlərin birdəfəlik silinməsini xahiş etdikdə o, zərərçəkmiş şəxsin qardaşına bildirmişdir ki, 2-3 saytdan xəbəri silmək mümkündür, lakin bu kütləvi hal almışdırsa, bunun qarşısını ala bilməyəcəklər, bununla əlaqədar pullarını boş yerə xərcləməsinlər. Odur ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görmüş və hətta buna vasitəçilik etməyə hazır olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə aralarında görüntülərin silinməsi ilə bağlı ona hər hansı ödənişin edilməsi ilə bağlı danışıq olmamış, görüntülərin silinməsi ilə bağlı ona ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs1 ona borcu olduğu üçün 400 manat ödəniş etmiş, həmin məbləğin yayımlanan görüntülərin silinməsinə aidiyyəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, 22 avqust 2022-ci il tarixdə öz ərizəsi əsasında xidmətdən xaric edilmişdir. 2022-ci ilin avqust ayında tanışları ona teleqram səhifəsində və facebook platformasında intim görüntülərinin yayıldığı bildirilmişdir. Həmin vaxt qeyd olunan teleqram kanalının 35-40 izləyicisi var idi, kanal yeni yaradılmışdı. Bununla bağlı qardaşı Şahid1 məlumat verərək həmin görüntülərin yayılmasının qarşısının alınması üçün ona köməklik göstərməsini xahiş etmişdir. Bir müddət sonra qardaşı ona zəng edərək "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs2 və onun işçisi Təqsirləndirilən şəxs1 ilə danışdığını və videolarının silinməsini xahiş etməsini bildirmişdir. Həmin vaxt onlar “Teleqram” sosial şəbəkəsində videonun silinməsinin mümkün olduğunu, lakin buna müəyyən vaxt tələb olunmasını və bunun müqabilində pul ödənilməli olmasını bildirmişlər. Lakin həmin tarixdən müəyyən vaxt keçməsinə baxmayaraq video yayılmadığı üçün həmin ərəfədə təqsirləndirilən şəxslərə müraciət etməmişlər. Lakin ona videolarını paylaşıldığı “Facebook” səhifəsinin silinməsinə dair bir link atılaraq, daha həmin səhifədən heç bir videonun paylaşılmayacağı bildirilmişdir. 15 avqust 2022-ci il tarixdə ona məxsus görüntülər sosial şəbəkələrdə kütləvi şəkildə yayıldığı üçün qardaşı ilə əlaqə saxlayaraq görüntülər sosial şəbəkələrdən silinməsi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cabbar əlaqə saxlamasını bildirmiş, bir müddət sonra qardaşı ona zəng edərək onlarla danışdığını, görüntülər sosial şəbəkələrdən silinməsi üçün sayt rəhbərlərinə verilməsi üçün 2800 (iki min səkkiz yüz) manat pul istədiklərini demişdir. O, həmin gün qardaşının bank kartına 2800 (iki min səkkiz yüz) manat pul göndərmiş, qardaşı Yunis həmin vəsaiti tam həcmdə kartdan-karta əməliyyatı vasitəsilə Təqsirləndirilən şəxs1 aid olan “Leo Bank”a məxsus plastik karta köçürərək elektron ödəniş qəbzini ona göndərmişdir. Təqsirləndirilən şəxs1 ona aid görüntülərin müəyyən saytlarda silinməsinə dair məlumatı ona göndərmişdir. Görüntülərin və xəbərlərin silinməsi ilə bağlı bütün təqsirləndirilən şəxslərlə bütün danışıqlar onun qardaşı tərəfindən həyata keçirilmişdir. Daha sonra sosial şəbəkələrdə yayımlanan görüntülərlə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğa dəvət olunaraq dindirilmiş, Zaur Mirzəyev barəsində istintaqı aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Dövlət Təhlükəsizlik Xidmətində olduğu zaman ona aid görüntülərin bir çox saytda kütləvi şəkildə paylaşıldığı ona bildirilmişdir. Orada həmçinin ona bildirilmişdir ki, teleqram səhifəsindən videonun silinməsi mümkün deyildir, bunun üçün rəsmi olaraq dövlət tərəfindən həmin sosial şəbəkənin idarəçilərinə müraciət olunmuşdur. O, “facebook” səhifəsinin silinməsi barədə bildirdikdə isə, ona həmin səhifənin silinmədiyi sadəcə bloklandığı barədə məlumat verilmişdir. Ona aid görüntülər sosial şəbəkələrdə kütləvi paylaşıldığından, həmçinin silinmiş səhifələr yenidən bərpa olunduğundan və eləcə də zərərçəkmiş şəxs kimi tanındığı cinayət işi üzrə vəkil tutmaq üçün pula ehtiyacı yarandığı üçün Təqsirləndirilən şəxs1 zəng edərək ona ödəmiş olduğu pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 xəstə olduğunu və pulu geri qaytarmaq imkan olmadığını əsas gətirərək pulu ödəməkdən imtina etmiş, bu səbəbdən, şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmzə saxlanıldıqdan dərhal sonra ona dəymiş ziyan təqsirləndirilən şəxsin qardaşı tərəfindən ona ödənilmişdir. Bununla əlaqədar təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2012-ci ildən “xalqxeber.az” saytını təsis etmiş, hal-hazırda həmin saytın təsisçisi və baş redaktoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs2 "xxxx" MMC-nin direktoru kimi tanımış, aralarında normal münasibətlər olmuşdur. 15 avqust 2022-ci il tarixdə, ölkə mətbuatına istinadən FHN-nin əməkdaşlarının intim videogörüntülər barədə məlumatlar rəhbərlik etdiyi saytda və həmin saytın “İnstagram” hesabında dərc edilmiş, həmin gün, axşam saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edərək ondan “1xeber.az” saytının rəhbərini tanıyıb-tanımadığını soruşmuş, o, həmin şəxsi tanıdığını bildirdikdə Səməndər həmin səhifənin instaqram hesabında FHN-nin əməkdaşlarının intim videoları barədə görüntülərin paylaşıldığını, həmin görüntülərin silinməsinə şəxsi nüfuzundan istifadə edərək köməklik göstərməsini xahiş etmişdir. O, həmin videoların ölkə mətbuatına istinadən özünün instaqram səhifəsində yayımlandığını bildirmiş, Səməndər hər iki səhifədə paylaşılan görüntülərin silinməsini xahiş etmiş, lakin, görüntülərin silinməsi müqabiləndə hər hansı məbləğin ödənilməsi ilə bağlı aralarında danışıq olmamışdır. Onun rəhbərlik etdiyi saytda və həmin saytın “İnstagram” hesabında dərc edilmiş görüntülər silindikdən bir neçə saat sonra onun bank kartına 700 manat pul göndərilmiş, o, həmin məbləğin jest olaraq Təqsirləndirilən şəxs2 tərəfindən göndərildiyini düşünmüşdür. O, “kanal24online” youtube səhifəsinin və “1xeber.az” səhifəsinin rəhbəri Şahid4 zəng edərək onun rəhbəri olduğu “1xeber.az” səhifəsinin instaqram hesabında FHN-nin əməkdaşlarının intim video görüntüləri olduğunu bildirib həmin görüntüləri silməsini xahiş etmiş, görüntülərin silinməsi müqabilində ümumilikdə Turala 250 manat ödəniş etmişdir. Bir müddət sonra özünün saytının İnstaqram səhifəsində müəyyən texniki səbəblərdən həmin FHN-nin əməkdaşlarının intim video görüntüsü barədə xəbər bərpa olunsa da, sonradan həmin videonu silmişdir. Lakin qeyd olunan video daha sonra kütləvi şəkildə yayıldığından başqa saytlara istinadən FHN-nin əməkdaşlarının intim video görüntüləri barədə yeni xəbər paylaşmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Fövqəladə Hallar Nazirliyində işləməyə başlamış, hazırda isə işdən çıxmaqla bağlı ərizə ilə nazirliyə müraciət etmişdir. 2022-ci ilin avqust ayının ortalarında sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının müxtəlif videoları çıxmış, həmin videogörüntülərdəki xanımlardan biri onun bacısı Zərərçəkmiş şəxs olmuşdur. Sosial şəbəkələrdə videogörüntülər ilkin olaraq xx.xx.2022-ci il tarixdə yayılmış, naməlum şəxslərə məxsus sosial şəbəkələrdəki səhifələrdən bacısını tanıyan şəxslərin hesablarına videogörüntülər göndərilmiş, bacısının və onun videolardan məlumatı olmuşdur. Lakin, həmin vaxt video görüntülər sadəcə onun iş yerindən bir neçə şəxsə məlum olmuş, geniş şəkildə sosial şəbəkələrdə yayılmamışdır. Həmin vaxt bacısı görüntülərin silinməsi üçün haker tapmağını ondan xahiş etmiş, o, tanışları ilə maraqlandıqdan sonra onu Təqsirləndirilən şəxs1 ilə tanış etmişlər. O, “Ədiloğlu” plazanın 5-ci mərtəbəsində Həmzəyə məxsus ofisdə onunla görüşmüş, Həmzə ona özünü haker kimi təqdim etmişdir. Ona məsələ barədə məlumat verdikdən sonra Həmzə videogörüntünün “Facebook” sosial şəbəkəsində “Aziza Aliyeva" adlı hesabda, bununla yanaşı, “Telegram” sosial şəbəkəsində az sayda izləyicisi olan bağlı səhifədə paylaşıldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 “Telegram” sosial şəbəkəsindəki həmin səhifəni 5.000 manat müqabilində sildirə biləcəyini, lakin, gələcəkdə başqa bir “Telegram” hesabı açılaraq görüntülərin təkrarən yayıİmayacağına dair cavabdehlik daşımayacağını bildirmişdir. Həmzə gələcəkdə başqa hesablarda görüntülərin yayılmayacağına dair söz vermədiyinə, həmin vaxt görüntülər sosial şəbəkədə geniş yayılmadığına və tələb edilən məbləğdə pulları olmadığına görə ona pul verməkdən imtina etmişlər. Həmzə həmin ərəfədə yuxarıda göstərdiyi “Facebook” sosial şəbəkəsindəki “Aziza Aliyeva" adlı hesabın şifrəsini qıraraq görüntüləri və həmin hesabı sildiyini bildirmiş, sonradan onun bu sözünün yalan olduğunu anlamışdır. Belə ki, bacısı Aytən, Zaur Mirzəyev tərəfindən “Facebook” sosial şəbəkəsindəki “Aziza Aliyeva” adlı hesabın bağlandığını, daha sonra isə həmin səhifənin sahibinin məsələnin ictimailəşdiyini gördükdən sonra qorxuya düşüb səhifəsini dondurduğunu bildirmişdir. Həmzə ilə o, ilk danışıqlarında məlum videonun “Facebook” sosial şəbəkəsindəki “Aziza Aliyeva” adlı hesabından silinməsi üçün 1.500 manata razılaşmışlar. Lakin Həmzə ona “Aziza Aliyeva” adlı hesabı sildiyini bildirəndə ona buna görə tələsik olaraq 1.500 manat pul göndərməmişdir ki, həm məsələlər sakitləşsin, həmdə o, Həmzənin həmin işi gördüyünə, yəni həmin səhifənin Həmzənin bağlamasına yoxsa Zaur tərəfindən və ya digər formada həmin səhifənin bağlanmasına əmin olsun. O, bilsin ki, Həmzə həmin səhifəni bağlamışdır. Bundan bir müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə həmin görüntülər sosial şəbəkələrdə çox sürətli şəkildə yayılmağa başlamış, bu barədə tanışları məlumat verdikdə görüntülərin həm xəbər saytlarında, həm də sosial şəbəkələrdə yayıldığını görmüşdür. Bacısı Aytən onunla əlaqə saxlayaraq Həmzə ilə danışmağını xahiş etmiş, özü Həmzə ilə mobil telefonla danışdıqdan sonra sonuncu onun ofisində görüşməyi təklif etmiş, onun yanına getdiyi müddətdə onunla dəfələrlə danışıqları olmuşdur. Həmzə o, ora çatana qədər vaxtın getdiyini, dərhal görüntüləri silməklə məşğul olmağın lazım olduğunu, bunun üçün də pulu göndərməli olduqlarını bildirmiş, o da, bacısının Həmzəyə verməyi üçün onun kartına göndərdiyi 3.000 manatdan ona pul göndərə biləcəyini bildirmişdir. Bu zaman Həmzə yuxarıda göstərdiyi kimi, “Facebook” sosial şəbəkəsindəki “Aziza Aliyeva” adlı hesabın şifrəsini qıraraq görüntüləri və həmin hesabı sildiyini bildirərək bunu müqabilində 1.500 manat pul verməli olduqlarını demiş, bundan əlavə görüntülərin yerləşdirildiyi 4 müxtəlif saytdan silinməsi üçün 1.300 manat pul tələb etmişdir. O da, onun nömrələrini göndərdiyi, özünə məxsus olan “Leobank” kartına bir dəfəyə olmaqla, ümumilikdə 2.800 manat pulu xx.xx.2022-ci il tarixdə göndərmişdir. Lakin, sonradan görüntülərin heç bir yerdən silinmədiyini gördüklərindən bacısı Aytən Həmzədən pulunu tələb etməyə başlamışdır. Videogörüntülərin kökü "Telegram” sosial şəbəkəsində olduğundan səhifənin bağlanılmalı olduğunu düşünmüş, bununla bağlı Həmzənin köməklik göstərməsini xahiş etmişdir. Həmzə isə həmin səhifəni özünün bağlaya bilməyəcəyini, Mürsəl adlı tanışının bu məsələdə köməklik göstərə biləcəyini bildirmiş, o da, Mürsəllə bu barədə danışmasını xahiş etmiş, Mürsəl isə həmin Telegram səhifəsini bağlaması üçün 5.000 manat pul tələb etmişdir. Bu məsələ ilə bağlı həm böyük qardaşı İlkin Əliyev, həm də görüntülərdəki digər şəxs olan X7 görüşmüş, görüşlər zamanı Mürsəl yenə də səhifənin bağlanılması üçün 5.000 manat pul tələb etmiş, lakin bir müddət sonra başqa bir “Telegram” səhifəsində görüntülərin yenidən yayılmayacağının məsuliyyətini üzərinə götürmədiyini bildirmiş, buna görə də, ona hər hansı məbləğdə pul verilməmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmiş, həmin nömrə ilə əlaqə saxlamışdır. Həmzə saytların rəhbər şəxsləri vasitəsilə görüntüləri sildirəcəyini vəd etmiş, lakin, konkret olaraq kimin vasitəsilə bu işi görəcəyini ona bildirməmişdir. Həmzəyə göndərdiyi puldan hansısa sayt rəhbərinə və ya digər bir şəxsə verib-verməməsindən məlumatı olmamış, Təqsirləndirilən şəxs1 görüntürləri sildərəcəyini vəd etdiyi saytların adlarını dəqiq xatırlamır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, son 6 ayda həmin nazirliyin tabeliyində olan "xxxx" MMC-də sistem inzibatçısı-aparıcı mütəxəssis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanımamışdır. Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki, tanıyır, onunla sosial şəbəkələr vasitəsilə tanış olmuşdur. Təxminən 2022-ci ilin avqust ayının ortalarında Həmzə ona zəng edərək Telegram sosial şəbəkəsində kiçik bir səhifə olduğunu, onun silinməsinə kömək etməyini xahiş etmiş, onun nömrəsini bir nəfər şəxsə verəcəyini, həmin şəxsin ona zəng edəcəyini demişdir. O, Həmzəyə razılıq verib görəcəyi işin müqabilində 3.000 manat pul istəmişdir. Təxminən 15- 20 dəqiqə sonra hazırda adını xatırlamadığı bir nəfər şəxs onu yığıb görüşmək istədiyini bildirmişdir. Danışıqlarına əsasən Azadlıq metrostansiyasının yaxınlığında görüşmüş, həmin şəxs Telegram sosial şəbəkəsində adını unutduğu səhifəni göstərib linkin ona atacağını, orada bir video olduğunu, həmin video silinməsə ailələrin dağıla biləcəyini, çox ciddi məsələ olduğunu deyib ondan kömək istəmişdir. O da həmin səhifəni silməyə çalışacağını bildirib dəqiq söz verməmişdir. Danışıqlarına əsasən həmin şəxs ona 3.000 manat pul verəcəkmiş və əgər o, səhifəni silə bilməsə onun pulunu qaytaracaqmış. Həmin şəxs gedib məsləhətləşib ona dəqiq söz deyəcəyini bildirmiş və onlar sağollaşıb ayrılmışlar. Həmin gün axşam saatlarında həmin şəxs ona zəng edib başqa bir şəxsin ona zəng edəcəyini deyib onunla görüşməyini bildirmişdir. O, görüşə getməzdən əvvəl sosial şəbəkələrdə FHN-nin əməkdaşlarının intim videolarının bir qismini görmüş və həmin gün səhər görüşdüyü şəxs ona ətraflı deməsə də onun danışığından özünün gördüyü videonun onun dediyi məsələ olduğunu anlamışdır. O, artıq bu işə qarışmaqdan çəkinmiş və Həmzəyə zəng edib bu məsələnin problemli məsələyə oxşadığını deyib bundan uzaq durmağı məsləhət bilmişdir. Axşam yaşadığı ünvanın yaxınlığında yerləşən Olimpik Star idman əyləncə mərkəzinin qarşısında adını xatırlamadığı ikinci bir şəxslə görüşsə də, artıq fikrində bu məsələdən uzaq durmağı tutmuşdur. Həmin şəxs də bir daha dəqiq səhifəni, videoları silə biləcəyini soruşduqda özü ona da dəqiq söz verməmiş, buna çalışacağını söz arası demişdir. Həmin şəxs videonu yayan şəxsi müəyyən etməyini, videoların tamamilə silinməsini, bundan sonra bir daha Telegramda başqa səhifələrdə çıxmamasını istədikdə o, bu kimi işlərin mümkün olmadığını bildirmiş və videonun kim tərəfindən yayılmasının yalnız dövlət orqanları tərəfindən müəyyənləşə biləcəyini demişdir. Bu na görə də, həmin şəxs artıq maraqlı olmamış və onlar sağollaşıb ayrılmışlar. Bundan sonra bu məsələ barədə maraqlanmamış, onu da əlavə olaraq yığan olmamışdır. Həmzə də ondan məsələni soruşduqda həmin şəxslərin razı olmadığını bildirib özünün də maraqlı olmadığını, onun da bu işdən uzaq durmasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2009-cu ildən bloqqerlik ilə məşğul olur. Özünün Youtube sosial şəbəkəsində “kanal24online”, “1xeber.az”, facebook üzərindən “kanal24.azinternettv”, “1xeber”, instaqram üzərindən “1xeber.az” və digər bir çox sosial şəbəkələrdə səhifələri vardır. Həmin səhifələrin açılması və fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə tənzimlənmir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 tanımamış, kim olduqlarını bilməmişdir. Adlarını çəkdiyi hər iki şəxslə heç vaxt qarşılaşmamış, onlarla ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqələri yoxdur. Təqsirləndirilən şəxs2 da şəxsi olaraq tanımır, lakin qiyabi olaraq "xxxx" saytının rəhbəri kimi adını eşitmişdir. Şahid3 isə 2019-cu ildən jurnalist kimi tanıyır. Onunla sıx münasibəti olmasa da, ümumi olaraq bir əməkdaş kimi əlaqələri vardır. Özünün səhifələri arasında ən çox izləyicisi olan, ölkədə ən çox reytinqli səhifələrdən olan Youtube üzərindən istifadə etdiyi “kanal24online” səhifəsidir. Ümumiyyətlə özünün fəaliyyət sahəsi sosial yönümlü məsələləri ictimailəşdirməkdən ibarətdir. Lakin onun heç bir səhifəsində intim, erotik görüntülər, qan, zorakılıq, istismar kimi görüntülər yer almır. Çünki youtube və instaqram qanunlarına bu zidd olduğu üçün o tip görüntülər birbaşa olaraq bloklanır və nəticədə səhifənin fəaliyyəti əngəllənir. 15 avqust 2022-ci il tarixdə Peyman ona zəng edərək “kanal24online” youtube kanalında və “1xeber.az” instaqram səhifəsində FHN-nin əməkdaşlarının intim görüntüləri ilə bağlı video süjet olduğunu deyib onların silinməli olduğunu bildirmişdir. O isə Peymana səhifələrdə intim görüntülərin paylaşılmadığmı və “1xeber.az” səhifəsini isə tanımadığını bildirmişdir. Ümumiyyətlə yuxarıda adlarını qeyd etdiyi səhifələrin ona məxsus olmasını heç kəsə bildirmir. Çünki belə olduğu təqdirdə mütəmadi olaraq müxtəlif tipli videoların silinməsi xahiş olunur. Peymanın isə həmin səhifələrin ona aid olub-olmadığını bilib-bilməməsini deyə bilmir. Sadəcə olaraq videolarda onun nömrələri yayımlandığına görə Peyman birbaşa onu yığmışdır. Peyman ona videoların linklərini göndərəcəyini deyib həmin linkləri whatsapp üzərindən ***-***-**-** nömrəsinə göndərmiş, həmin linklərin birində “kanal24online” youtube kanalında nazirlik əməkdaşlarına görə generaldan açıqlama başlıqlı süjet olduğu və həmin videoda isə heç bir intim görüntü olmadığı müəyyən olunmuşdur. Digər linkdə isə “1xeber.az” instaqram səhifəsində Zaur Mirzəyevlə məxfi şöbənin əməkdaşının görüntüsü ilə bağlı nazirlikdən açıqlama başlıqlı video süjet olduğu, lakin həmin süjetdə də heç bir intim video olmadığı müəyyən olunmuşdur. O, Peymana həmin videolarda intim görüntülərin olmadığını, nazirliyin açıqlamalarına yer verildiyini bildirmiş, Peyman isə həmin videoların silinməli olduğunu bildirib ona pul təklif etmişdir. Razılaşmalarına əsasən hər videonun silinməsi üçün 100 manat, onun özünə isə 50 manat olmaqla cəmi 250 manat pulu Peyman onun bank kartına göndərmiş, o da, həmin videoları həmin səhifələrdən silmişdir. Bundan sonra bu videolarla bağlı onun heç kəslə heç bir danışığı olmamış, bu barədə heç bir məlumatı olmamış, müvafiq hadisələrin gedişatı ilə bağlı maraqlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1lə qohumluq əlaqələri vardır. Belə ki, onlar onun dayısının baldızı uşaqlarıdır, onlarla yaxşı münasibətləri olmuş, ədavət-düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 isə təxminən 2 ildir ki, tanışı Ayşən xanım vasitəsilə tanımış, onunla da münasibəti qaydasında olmuş, aralarında heç bir ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqələri olmamışdır. Özü ixtisasca hüquqşünas olsa da, öz sahəsinə uyğun çalışmamış, müxtəlif şirkətlərdə işləmiş və hər zaman da internet, kompüter, İT xidmətləri üzrə əlaqələri geniş olmuşdur. Ayşən xanımı da artıq 7 ildir ki, tanıyır, onunla iş prosesində tanış olmuşdur və çox yaxşı münasibətləri vardır. Təxminən 2022-ci ilin avqust ayının əvvəllərində dayısıoğlu ona xalasıoğlu Yunisin bir məsələ ilə bağlı müraciət etmək istədiyini bildirmiş və o da etiraz etməmişdir. Yunis ona zəng edərək sosial şəbəkələrdə yayılan bir videonun silinməsi üçün ona bu sahədə mütəxəssis lazım olduğunu demişdir. Yunis ona video barədə heç bir məlumat verməmiş və o da, ondan başqa heçnə soruşmamışdır. O, Ayşən xanıma zəng edib ortaq tanışları olan Həmzənin əlaqə nömrəsini istəmiş, Ayşən xanım nömrəni ona göndərdikdən sonra Həmzə ilə danışıb ona qohumlarının zəng edəcəyini bildirmiş, onun nömrəsini Yunisə göndərib onları əlaqələndirmiş və bundan sonra heçnə ilə maraqlanmamışdır. Artıq bir neçə günlər keçdikdən sonra Aytənin və digər FHN-nin əməkdaşlarının intim videoları sosial şəbəkələrdə yayıldıqdan sonra ona Yunisin hansı məsələ ilə bağlı Həmzəyə müraciət etdiyi məlum olmuş, lakin yenə də nə Yunisdən və nə də Həmzədən heçnə maraqlanmamış, ümumiyyətlə onların danışıqlarının hansı xüsusatda olduğunu bilməmişdir. Təxminən 2022-ci ilin avqust ayının sonlarında bir dəfə Həmzə ona zəng edərək Aytəngilin ondan şikayət etmək istədiyini, bu məsələdə ona kömək etməyini ona bildirəndə o, Aytəngilin niyə şikayət etmək istədiyini soruşmuş, Həmzə videoların silinməsi üçün Aytəngildən pul aldığını bildirmişdir. Onun Həmzə, Yunis və ya bu mövzu ilə bağlı digər bir şəxslə heç bir danışığı olmamışdır. Hazırda onların hansı qaydada aralarında danışıqların olması, Həmzənin onlardan nə qədər pul alması, aldığı pulu qaytarıb-qaytarmaması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 tanımır, kim olduqlarını bilmir, onlarla ədavət-düşmənçiliyi və ya qohumluq əlaqələri yoxdur. Ağəli Məmmədovu isə təxminən 6-7 ildir ki, tanıyır, aralarında çox yaxşı münasibətləri vardır. Ağəli onun rəhbəri olduğu turizm şirkətinin daimi müştərisidir və onların tanışlığı da bu formada başlamışdır. Təqsirləndirilən şəxs1 isə təxminən 2-3 ildir ki, tanımışdır, Həmzə sosial marketinq sahəsi üzrə mütəxəssisdir. Onun da turizm şirkətinin internet səhifəsini yığmaq lazım olduğu üçün maraqlandıqda bir mütəxəssis kimi Həmzəni tapmış və ondan sonra bu sahə üzrə nəsə lazım olduqda Həmzəyə müraciət etmişdir. Onun internet səhifəsini yığan ərəfələrdə Ağəliyə də lazım olduğu üçün Həmzəni onunla tanış etmişdir. Təxminən 2022-ci ilin avqust ayının əvvəllərində Ağaəli ona zəng edərək qohumunda bir şəxsin sosial şəbəkələrdə videosu yayıldığını, onu sildirmək lazım olduğunu, buna görə Həmzə ilə əlaqə saxlamaq istədiyini, Həmzənin nömrəsini qohumlarına verəcəyini bildirib Həmzənin nömrəsini istəmiş, o da, Həmzəyə zəng edib Ağaəli müəllimin müraciəti üzrə onun dediyi şəxslərə kömək etməsini xahiş edib onun nömrəsini Ağaəliyə göndərmişdir. Bundan sonra Həmzə ilə danışdıqda Ağəlinin dediyi məsələnin nə olduğunu soruşmuş, Həmzə isə ona aid olan bir məsələ olmadığını bildirdikdə əlavə olaraq heçnə soruşmamış, bu barədə maraqlanmamışdır. Artıq bir neçə günlər sonra FHN-nin əməkdaşlarının intim videoları sosial şəbəkələrdə yayıldıqdan sonra Ağəlinin dediyi videonun həmin videolara aid olduğu ona məlum olmuş, lakin yenə də bu barədə heç kəsdən heçnə barədə soruşmamış, bu məsələ barədə heçnə maraqlanmamışdır. Hazırda da Həmzənin kimlərlə, hansı formada danışıqlarının olması, kimdənsə hansısa bir video üçün pul alıb-almaması barədə heçnə bilmir və əvvəldən də məlumatı olmamışdır. Sadəcə olaraq kömək etməsi üçün Həmzənin nömrəsini Ağəliyə göndərmişdir. Cinayət işinin 1-ci cildinin 20-24-cü vərəqəsində olan 12 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xalqxeber.az” saytına, “instagram” sosial şəbəkəsindəki “xalqxeber.az” səhifəsinə və “facebook” sosial şəbəkəsindəki “birxəbər” səhifəsinə baxış keçirilmiş, baxış zamanı “Xalqxeber.az” saytında xx.xx.2022-ci il tarixdə saat 15:39-da “FHN əməkdaşlarının biabırçı görüntüləri yayıldı” adlı məqalə, “İnstagram” sosial şəbəkəsindəki “xalqxeber.az” səhifəsində, “Facebook” sosial şəbəkəsindəki “Birxəbər” səhifəsində görüntülər paylaşılmış, lakin, silinməmişdir. Cinayət işinin 1-ci cildinin 42-43-cü vərəqəsində olan 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 12 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 70-71-ci vərəqəsində olan 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 12 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 118-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 13 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənildiyindən onlarla barışmış, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 1-ci cildinin 172-176-cı vərəqəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1054/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “ev dustaqlığı”qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 177-182-ci vərəqəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1055/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “ev dustaqlığı”qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 189-190-cu vərəqəsində olan 16 sentyabr 2022-ci il tarixli CD disk daşıyıcısan baxış keçirilməsinə dair protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:51-də Şahid1 məxsus, “X5”na aid 409858****4167 nömrəli Leobank kartından Təqsirləndirilən şəxs1 məxsus, həmin banka aid 409858****7817 nömrəli Leobank kartına 2.800 manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin 1-ci cildinin 234-235-ci vərəqəsində olan 07 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən cədvəl iki vərəqdən ibarətdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən mədaxil və məxaric əməliyyatlarının qeydə alındığı cədvəl “X5” ASC- nin “Leobank” adlı bank kartına aid cədvəldir. Dövr xx-xx-2022 - xx-xx-2022, kartın nömrəsi 4098 **** **** 7817, müştərinin adı Təqsirləndirilən şəxs1, ünvanı ünvan 5 Dövrün əvvəlində qalıq 2803.93 manat, dövrün sonunda qalıq 8.22 manatdır. Dövr üzrə mədaxil əməliyyatlarının cəmi 3910.00 manat, dövr üzrə məxaric əməliyyatlarının cəmi 3905.71 manatdır. Kart üzrə kredit limiti və borc 0.00-dır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 “Leobank” kartı istifadə edən şəxslərin bir-biri arasında pul köçürmələrinin mobil telefonun yaddaşında qeydiyyata alınmış nömrələr vasitəsilə mümkün olduğunu bildirərək, “Leobank” xidməti tərəfindən belə bir sistemin mövcud olduğunu qeyd etmişdir. Müvafiq cədvəldə xx.xx.2022-ci il tarixdə saat 19:51:31-də karta 2800 manat mədaxil olduğu, təyinat qrafasında pulun “Video üçün yığanlar” adı ilə qeydə alınmış şəxsin “Leobank” kartı vasitəsilə göndərildiyi və balansın 2803.93 manat olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs1 həmin ad altında qeydə aldığı şəxsin Zərərçəkmiş şəxs qardaşı Şahid1 olduğunu bildirdi. Cədvələ əsasən Təqsirləndirilən şəxs1 həmin puldan müxtəlif istiqamətlərdə bir sıra köçürmələr və ödənişlər etdiyi müəyyən olunur. O cümlədən, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 22:13:29-da “Səməndər Patrul.az” adı ilə qeydə alınmış şəxsin “Leobank” kartına 400 manat pul göndərdiyi müəyyən olunur. Təqsirləndirilən şəxs1 həmin ad altında qeydə aldığı şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bildirdi. Baxış zamanı müvafiq məbləğdən sonuncu dəfə Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 15:36:32-də “Cəmko” adı ilə qeydə alınmış şəxsin “Leobank” kartına 50 manat pul göndərildiyi müəyyən olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin ad altında qeydə aldığı şəxsin dostu Cəmil olduğunu bildirərək sonuncu dəfə həmin puldan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 12 ünvanında yerləşən Ədiloğlu biznes mərkəzinin 5-ci mərtəbəsində yerləşən ofisində olarkən dostu Cəmilin 4098********8286 nömrəli “Leobank” kartına 50 manat göndərməklə sərf etdiyini qeyd etmişdir. Cinayət işinin 1-ci cildinin 246-247-ci vərəqəsində olan 14 oktyabr 2022-ci il tarixli texniki vasitələrə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 2022-08-05 tarixdə saat 23:25:49-da 73 saniyə və saat 23:49:59-da 51 saniyə, 2022-08-06 tarixdə saat 11:52:51-də 66 saniyə, saat 13:19:24-də 79 saniyə və saat 14:19:19 118 saniyə, 2022-08-15 tarixdə saat 16:04:19-da 110 saniyə, saat 16:31:38-də 86 saniyə, saat 20:23:51-də 62 saniyə, saat 20:46:29-da 121 saniyə, saat 21:24:55-də 7 saniyə, 2022-08-30 tarixdə saat 21:07:50-də 107 saniyə müddətində danışıqların olduğu müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 11-12-ci vərəqəsində olan 20 oktyabr 2022-ci il tarixli texniki vasitələrə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022 tarixdə saat 20:20:40-da 719 saniyə və saat 20:34:40-da 95 saniyə, xx.xx.2022 tarixdə saat 10:54:13də 88 saniyə, saat 11:41:23-də 68 saniyə, saat 11:42:45-də 111 saniyə, saat 11:44:47-də 58 saniyə və saat 11:47:03-də 41 saniyə müddətində danışıqların olduğu müəyyən edilmişdir. SMS tarixçəsi faylında Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı saylı mobil telefon nömrəsinə xx-xx-2022 tarixdə saat 10:58:19-da “Mütləq adımı və Nömrəmi qeyd edin mənim də təqdim etməli məqamlarım var orda” məzmunlu SMS göndərildiyi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 25-40-cı vərəqəsində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən daxil olmuş məktuba əlavə edilmiş təsis və qeydiyyat sənədlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021-ci il tarixdə təsis edilmişdir, MMC-nin təsisçisi Niftəliyev Nadir Bəhrəm oğlu olmaqla hüquqi ünvanı AZ1037, ünvan 7əmiyyətin xx.xx.2021-ci il tarixli qərarı ilə MMC-nin direktoru və hazırki qanuni təmsilçisi Təqsirləndirilən şəxs2dur. Cinayət işinin 2-ci cildinin 43-73-cü vərəqəsində olan 26 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd CD disk daşıyıcısı, “Xalqxeber.az” saytında xx.xx.2022-ci il tarixdə saat 15:39-da “FHN əməkdaşlarının biabırçı görüntüləri yayıldı” adlı məqalənin, “İnstagram” sosial şəbəkəsindəki “xalqxeber.az” səhifəsində xx.xx.2022-ci il tarixdə paylaşılmış müvafiq görüntünün, “Facebook” sosial şəbəkəsindəki “BİRxəbər” səhifəsində xx.xx.2022-ci il tarixdə paylaşılmış müvafiq görüntünün surətləri, Təqsirləndirilən şəxs1 məxsus “Leobank” kartının xx.xx.2022 - xx.xx.2022-ci il tarixləri arasında mədaxil və məxaric əməliyyatlarının qeydə alındığı cədvəl, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 217-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 218-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan "xxxx" ASC-nin 17 may 2023-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət işi üzrə vurulmuş ziyanın 25 faizi, yəni, 700 manat dövlət büdcəsinə ödənilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 925/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti bitdiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 178.2.1 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, sonuncunun CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsində təsbit edilir ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-prosessual qanunun 353.2.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Təsvir olunan normaların işığında apellyasiya müraciətlərinin dəlillərini baxılan işin materialları, o cümlədən iş üzrə qəbul edilmiş yekun qərarlarla müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. Təsvir olunan normaların işığında ittiham tərəfinin dəlillərini baxılan işin materialları, o cümlədən məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müqayisə etməklə yoxladıqda məhkəmə tərəfindən aşağıdakılar müəyyən olunur. İttiham tərəfi Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda təqsirliliyinin sübutu kimi digər Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsdən alınmış 2800 manat məbləğində puldan 400 manatının göndərilməsini əsas dəlil kimi irəli sürsə də, məhkəmə həmin dəlilin əsaslılığına şübhə ilə yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 400 manat məbləğində pulun digər təqsirləndirilən şəxsin ona olan sosial ödənişlərlə bağlı yaranmış borcu qismində göndərildiyini qeyd etmiş, hətta ibtidai istintaq zamanı üzləşdirmə aparılarkən bu barədə Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 bu ifadəyə etirazını bildirməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 video görüntülərin və xəbərlərin silinməsi müqabilində onunla hər hansı məbləğdə pul ödənilməsinə dair danışığın aparılmamasını, 400 manat məbləğində pulu özünün iradəsi əsasında Təqsirləndirilən şəxs2 göndərdiyini, sonuncu isə həmin məbləğin ona olan sosial ödənişlərə görə olan borcu müqabilində qəbul etdiyini bir daha təsdiq etmişdir. Bundan başqa məhkəmə istintaqının nəticəsi olaraq işin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, məlum video görüntülərin silinməsi ilə bağlı müraciət zərərçəkmiş şəxsin qardaşı tərəfindən tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs1 olmuş, video görüntülərin silinməsi ilə bağlı tələb edilən 2800 manatla bağlı razılıq Təqsirləndirilən şəxs1 ilə zərərçəkmiş şəxsin qardaşı arasında olmuş, bütün bu danışıqlar və razılaşmalar müddətində Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs və ya onun qardaşı ilə hər hansı razılaşması, üzərinə götürdüyü öhdəliyi olmamış, pul digər təqsirləndirilən şəxsin bank kartına köçürülmüşdür. İşin maraqlı cəhəti ondan ibarətdir ki, video görüntülərin silinməsi ilə bağlı bütün danışıqların aparılmasını, habelə buna görə 2800 manat məbləğində pulun Təqsirləndirilən şəxs1 bank kartına köçürməsini həyata keçirən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qardaşı Şahid1 olmasına baxmayarq, onun ibtidai istintaq zamanı verdiyi ifadəsində Səməndər Nifətiliyev tərəfindən video görüntülərin silinməsi ilə bağlı hər hansı bir öhdəliyin götürülməsi və bunun müqabilində pul tələb olunması ilə bağlı hər hansı bir xüsusat göstərilmədiyi kimi, həmin ifadədə Təqsirləndirilən şəxs2 adı belə hər hansı bir epizodda qeyd edilməmişdir. Bundan başqa iş üzrə video görüntülərin silinməsi müqabilində Şahid3 köçürülmüş 700 manat məbləğində pul Təqsirləndirilən şəxs1 tərəfindən həyata keçirilmiş, Şahid3 məhz 700 manat göndərilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 hər hansı tələbi və razılaşması olmamış, Şahid3 video görüntülərin silinməsi ilə bağlı xahiş Təqsirləndirilən şəxs2 tərəfindən edilməsinə baxmayaraq onunla Şahid3 arasında hər hansı məbləğlə bağlı əvvəlcədən razılıq olmamış, Şahid3 ödənilən məbləğdən Təqsirləndirilən şəxs2 hər hansı “hissə” çatmamışdır. Təqsirləndirilən şəxs2 sadəcə Təqsirləndirilən şəxs1 yaxın tanışına aid görüntülərin silinməsində ona köməklik etməsini xahiş etdiyi üçün xəbər saytlarında yayınlanmış görüntülərin silinməsi ilə bağlı Şahid3 ilə əlaqə saxlayaraq vasitəçilik etmiş, lakin, görüntülərin silinməsi ilə bağlı öhdəlik götürməmişdir. Həmçinin, digər Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, videogörüntülərin silinməsi üçün Təqsirləndirilən şəxs2 hər hansı məbləğdə ödəniş etməmiş, və yaxud bunun müqabilində Təqsirləndirilən şəxs2 ondan pul istəməmişdir. Təqsirləndirilən şəxs2 ilə yaxın münasibətləri olduğu üçün ondan tanışına məxsus görünütülərin silinməsinə görə xəbər saytlarının rəhbərləri ilə onun arasında vasitəçi olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 borcu olduğu üçün ona 400 manat pul ödəmiş, həmin məbləğin, görüntülərin silinməsinə heç bir aidiyyəti olmamışdır. Beləliklə də, təqsirləndirilən şəxslərdən, zərərçəkmiş şəxs və şahidlərdən alınmış ifadələri, sənədləri, digər sübutları işin müəyyən edilmiş sayılan halları və təqsirləndirilən şəxsin təqsirləndirildiyi CM-in 178.2.1 və 178.2.3-cü maddəsinin dispozisiyası, dələduzluq cinayətinin tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən cinayət tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı aydın olur. Belə ki, CM-in 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində mülkiyyətçi (əmlaka sahiblik edən digər şəxslə) sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki, belə vəziyyətdə şəxs mülkiyyətçini (sahiblik edəni) əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa həmin qərarda məhkəmələrə tövsiyə edilir ki, dələduzluqla bağlı cinayət işlərinə baxarkən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırsınlar və belə araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərər çəkmiş kimi tanınmış şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olmasını, bu səbəbdən şəxsin əsassız olaraq cinayət məsliyyətinə cəlb edilməsini, habelə dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin dələduzluq cinayətinin törədilməsinə səbəb olduğunu və şərait yaratdığını müəyyən etdikdə dövlət orqanlarının, o cümlədən, cinayət təqibini həyata keçirmiş orqanların vəzifəli şəxsləri haqqında xüsusi qərarların çıxarılmasını və bu qərarların tabeçilik qaydasında müvafiq dövlət və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilməsini təmin etsinlər. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olumazsa, onda dələduzluq cinayəti olmayacaqdır. Əksinə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin qardaşı ilə görüşən zaman video görüntülərin silinməsinin gec olmasını, bu barədə hüquq mühafizə orqanlarına müraciət etməli olduğunu izah etməklə lazım gəldikdə ona bu barədə köməklik göstərə biləcəyini təklif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayətin tərkibinin subyektiv cəhətinin mövcudluğu şübhə altına alınmış olur və bu hal digər sübutlarla aradan qaldırıla bilmədiyindən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İşin digər əhəmiyyət kəsb edən halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 müraciətindən sonra “1xeber.az”, “Xalqxeber.az” səhifələrindəki xəbərlərin silinməsini həmin saytların rəhbəri Şahid3 xahiş etdikdən və xəbərlər həmin ərəfədə arxivləşdirildikdən, yəni görüntü etibarı ilə yayımdan qaldırıldıqdan sonra 400 manat məbləğində pul digər Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 bank kartına köçürülmüşdür ki, bu məqamın özü də sonuncu həmin pulu əldə edərkən aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmasını absurd edir. Həmin görüntülərin sonradan bərpa edilməsi isə Təqsirləndirilən şəxs2 təqsiri kimi qiymətləndirlə bilməz. Belə ki, Şahid3 arxivləşdirilmiş görüntülərin bərpa olunmasını “texniki nasazlıq” ilə izah etmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilsin ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli Qərarı). İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda qeyd edilən cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 birgə iştirakçılığının, yəni cinayət əməlinin törədildiyi ana qədər onların arasında birgəliklə bağlı razılığın olmasını və özgə əmlakını mənimsəməklə bağlı birgəliyi olmasını təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, öz təsdiqini məhkəmə istintaqı zamanı tapmamışdır. Belə ki,məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qardaşının müraciəti əsasında video görüntülər ilkin olaraq Həzə Hüseynli tərəfindən silinmiş, ödənilməli məbləğ onlar arasında razılaşdırılmış, daha sonra digər 3 internet səhifəsini idarə edən şəxsləri tanımadığından Təqsirləndirilən şəxs1 müraciəti əsasında Təqsirləndirilən şəxs2 video görüntülərin silinməsini xahiş etmiş, nəticədə onlar arasında dələduzluq cinayətinin subyektiv cəhətini təşkil edən qəsdin birgəliyinin cinayət törədilən ana qədər mövcud olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respubllikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 55.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışında təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışı zamanı aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi göstərilmişdir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 58-ci bəndinə əsasən əməldə cinayət tərkibinin olmaması (CPMin 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə qulluq mövqeyindən istifadə etməklə üzərinə götürdüyü hər hansı öhdəliyi olmamış, təqsirləndirilən şəxs tərəfindən özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyəti ilə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməmiş, yaxud da, əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlər edilməmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, təqsirləndirlən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər materiallar ilə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq cinayətinin törədilməsində təqsiri sübuta yetirilməmişdir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyində ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cinayətin törədildiyinə dair "əsaslı şübhə" obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, § 51; Foks, Kempbell və X1rşı, § 32). Beləliklə, səlahiyyətli orqanların şikayətin əsaslı olub-olmadığını yoxlamaq üçün işlə bağlı başlıca faktları vicdanla araşdırmaması 5-ci maddənin § 1 (c) yarımbəndinə ziddir (Stepulyak Moldovaya qarşı, § 73; Elçi və başqaları Türkiyəyə qarşı, § 674). Nəyin "əsaslı" hesab oluna biləcəyi isə işin hallarından asılıdır (Foks, Kempbell və X1rşı, § 32). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etməsi işdə olan sübutlarla təsdiq olunmur. Buna görə də məhkəmə hesab edir ki, ehtimallar əsasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilmək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Jabordo İspaniyaya qarşı” işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X8rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs2 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Maddi sübutla məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs tərəfindən verilmiş, “Xalqxəbər.az” səhifəsində, “Facebook” sosial şəbəkəsindəki “BİRxəbər” səhifəsində, paylaşılmış video görüntülərin surətləri, Təqsirləndirilən şəxs1 məxsus “Leobank” kartının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər mədaxil və məxaric əməliyyatlarının qeydə alındığı cədvəl əks olunmuş 01 ədəd CD disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356- 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbir ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - Zərərçəkmiş şəxs tərəfindən verilmiş, “Xalqxəbər.az” səhifəsində, “Facebook” sosial şəbəkəsindəki “BİRxəbər” səhifəsində, paylaşılmış video görüntülərin surətləri, Təqsirləndirilən şəxs1 məxsus “Leobank” kartının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər mədaxil və məxaric əməliyyatlarının qeydə alındığı cədvəl əks olunmuş 01 ədəd CD disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar