Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-187/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə 06 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 06, ev 05-də qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 2022-ci ilin yanvar ayının ortalarında, gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsi ev 41A-ya plastik pəncərənin dəmir barmaqlığını sındırıb, pəncərəni açaraq içəri qanunsuz daxil olub oradan ümumi dəyəri 150 manat olan iki ədəd aliminium qazanı, dəyəri 120 manat olan, bir ədəd manqalı, ümumi dəyəri 200 manat olan, iki ədəd xalçanı, dəyəri 200 manat olan, bir ədəd qızdırıcını, dəyəri 170 manat olan, bir ədəd tozsoranı, ümumi dəyəri 300 manat olan, müxtəlif usata alətlərini, ümumi dəyəri 130 manat olan, plastik turbaları, ümumi dəyəri 460 manat olan, iki top 10-luq, iki top 6- lıq, dörd top 4-lük, iki top 2.5-lik elektrik naqillərini, ümumi dəyəri 220 manat olan, 8 ədəd müxtəlif ölçülü işlənmiş dəmir boruları, ümumi dəyəri 350 manat olan, üç dəst xrustal qabları və stəkanları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 2.300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 16 mart 2022-ci il tarixində, gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, dalan 6-da yerləşən 399 saylı bağ evinə dəmir qapının qıfılını sındırıb içəri qanunsuz daxil olub oradan ümumi dəyəri 800 manat olan 02 ədəd somavarı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 800 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə istintaq şəxsiyyəti məlum olmayan Zaur adlı şəxslə qabacadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin mart ayının ortalarında, gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 Aprel küçəsində yerləşən bağ evinə, plastik pəncərənin dəmir barmaqlığını sındırıb, pəncərəni açaraq içəri qanunsuz daxil olub oradan ümumi dəyəri 500 manat olan, markası bilinməyən iki ədəd qədimi od somavarını, dəyəri 40 manat olan, markası bilinməyən bir ədəd elektrik somavarını, ümumi dəyəri 300 manat olan, «Bosch» markalı, iki ədəd dreli, ümumi dəyəri 80 manat olan, taxta qutunun içərisində drelin uduqları və alətlərini, dəyəri 500 manat olan, «Forever» markalı, bir ədəd velosipedi, ümumi dəyəri 80 manat olan, velosiped təmiri üçün açarları və əlavə avadanlıqları, eləyəri 100 manat olan, aliminium materialından olan bir ədəd nərdivanı, dəyəri 250 manat olan, markası bilinməyən bir ədəd elektrikli əl mişarını, dəyəri 50 manat olan, markası bilinməyən bir ədəd elektrikli lobiziki, dəyəri 70 manat olan, markası bilinməyən bir ədəd laqondanı, dəyəri 120 manat olan, markası bilinməyən bir ədəd elektrikli su nasosunu, ümumi dəyəri 50 manat olan, markası bilinməyən, 40 metr uzunluğunda rezin su şlanqını, ümumi dəyəri 30 manat olan, markası bilinməyən, 40 metr uzunluğunda elektrik uzadıcısını ümumi dəyəri elektrik, ümumi dəyəri 25 manat olan, markası bilinməyən, 30 metr uzunluğunda elektrik uzadıcısını, ümumi dəyəri 15 manat olan, markası bilinməyən, 10 metr uzunluğunda elektrik uzadıcısını, dəyəri 46 manat olan, markası bilinməyən, bir ədəd internet modernini, dəyəri 80 manat olan, markası bilinməyən, bir ədəd elektrik transformatoru, ümumi dəyəri 100 manat olan, markası bilinməyən dörd ədəd ağ kəsən qayçını, dəyəri 100 manat olan, markası bilinməyən, bir ədəd dəmir qabda olan alətləri, ümumi dəyəri 50 manat olan, iki ədəd qalın və bir ədəd nazik lomu, dəyəri 40 manat olan, bir ədəd böyük çəkici, dəyəri 200 manat olan, böyük mis qazanı, ümumi dəyəri 120 manat olan, iki ədəd aliminium qazanı, dəyəri 150 manat olan, bir ədəd üç mərtəbəli aliminium qazanı, dəyəri 100 manat olan, bir ədəd mürəbbəlik tası, dəyəri 30 manat olan, bir ədəd «Tefal» markalı tavanı, dəyəri 60 manat olan, markası bilinməyən, bir ədəd böyük çuqun tavanı, ümumi dəyəri 50 manat olan, iki ədəd kerosin lampasını, dəyəri 80 manat olan, markası bilinməyən, İtaliya dövlətinin istehsal etdiyi, bir ədəd kofe bişirən qabı, dəyəri 150 manat olan, bir ədəd buz qabını, ümumi dəyəri 1.200 manat olan, markası bilinməyən, müxtəlif spirtli içkiləri, dəyəri 80 manat olan, markası bilinməyən bir ədəd hidrofon mühərrikini, ümumi dəyəri 100 manat olan, qarajda saxladığı müxtəlif tikinti alətlərini, dəyəri 30 manat olan, qarajda saxladığı transformatoru, dəyəri 100 manat olan, markası bilinməyən, işlənməmiş hamam smestitelini, ümumi dəyəri 100 manat olan, markası bilinməyən iki ədəd ütünü, ümumi dəyəri 150 manat olan, markası bilinməyən, Almaniya, Rusiya, İran istehsalı olan üç ədəd çaynikləri, dəyəri 30 manat olan, markası bilinməyən, bir ədəd elektrik çaynikini, ümumi dəyəri 85 manat olan, markası bilinməyən, işlədilməmiş avtomobil təmiri avadanlıqlarını, ümumi dəyəri 300 manat olan, markası bilinməyən, balıq ovu üçün spinninq və alətləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 5.741 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə istintaq şəxsiyyəti məlum olmayan Zaur adlı şəxslə qabacadan əlbir olan bir qrup şəxs halında 30 mart 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 May küçəsində yerləşən bağ evinə hasardan aşaraq qanunsuz daxil olub, həyətdə yerləşən köməkçi tikilidən ümumi dəyəri 100 manat olan metal əşyaları, ümumi dəyəri 150 manat olan turistik çadırı, ümumi dəyəri 120 manat olan od somavarını və ümumi dəyəri 150 manat olan iki ədəd mis qazanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 520 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə istintaq şəxsiyyəti məlum olmayan Zaur adlı şəxslə qabacadan əlbir olan bir qrup şəxs halında 06 aprel 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 May küçəsində yerləşən bağ evinə hasardan aşaraq qanunsuz daxil olub, həyətdə yerləşən köməkçi tikilidən ümumi dəyəri 600 manat olan iki ədəd, markası bilinməyən velosipedləri və bir ədəd, dəyəri 80 manat olan, markası bilinməyən su nasosunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 680 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 08 aprel 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 9-cu dalan, 318 nömrəli bağ evinə hasardan aşaraq qanunsuz daxil olub, fərdi evin qapısını sındırıb içəri keçərək oradan 01 ədəd, dəyəri 200 manat olan «Konvektor» markalı elektrik qızdırıcısını, 01 ədəd, dəyəri 140 manat olan «Connect TV» modernini, 04 ədəd, ümumi dəyəri 350 manat olan plastik çemodanları, 01 ədəd, dəyəri 300 manat olan elektrik somavarını, 01 ədəd, dəyəri 10 manat olan divar saatını, 01 ədəd, dəyəri 100 manat olan ət çəkən maşını, 01 ədəd, dəyəri 150 manat olan elektrikli dəmir ütünü, 01 ədəd, dəyəri 10 manat olan qaz yandıranı, 04 ədəd, ümumi dəyəri 28 manat olan elektrik uzadıcısını, 04 ədəd, ümumi dəyəri 05 manat olan çörək bıçağını, 01 ədəd, dəyəri 10 manat olan balaca çəkici, 02 ədəd, ümumi dəyəri 20 manat olan papaqları, 02 ədəd, ümumi dəyəri 30 manat olan çarpayı üstü balışı və 01 litr, dəyəri 40 manat olan spirti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 1.393 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 09 aprel 2022-ci il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 aprel küçəsi ev 14-ün həyətyanı sahəsinə qapıdan qanunsuz daxil olub, oradan iki ədəd ümumi dəyəri 300 manat olan «Nokia» markalı mobil telefon aparatlarını və bir ədəd ümumi dəyəri 330 manat olan velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 630 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımağa görə, eyni zamanda oğurluq etdiyinə görə məhkum olunmuşdur. Həmçinin 2007-ci il tarixində narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün mütəmadi olaraq pula ehtiyacı olur. Heç bir yerdə işləmədiyi üçün isə maddi vəziyyəti pis olmuş və narkotik vasitəyə olan tələbatını ödəməkdə çətinlik çəkmişdir. Bu səbəbdən oğurluq edərək pul əldə etmək qərarına gəlmiş və bu məqsədlə bir sıra oğurluq cinayətlərini törətmişdir. Oğurluq hadisələrindən birini 2022-ci ilin yanvar ayının ortalarında etmişdir. Belə ki, yanvar ayının dəqiq yadında qalmayan tarixində, saat 01:00 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsinə gəlmişdir. Orada gəzərək oğurluq etmək üçün sahibsiz ev axtarmış və bu zaman evlərdən birində işıq yanmadığını görmüşdür. Kənarda dayanaraq kiminsə olub-olmamasını yoxlamış və bu zaman fərdi evdə heç kimin olmadığını görmüşdür. Bundan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Daha sonra fərdi evə yaxınlaşmış və evin pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə sıxaraq açıb içəri keçmişdir. İlk əvvəl evə baxış keçirtmiş və baxış keçirtdikdən sonra oradan iki ədəd aliminium qazan, bir ədəd manqal, iki ədəd xalça, bir ədəd qızdırıcı, bir ədəd tozsoran, müxtəlif usta alətlərini, plastik turbalar, sayı yadında qalmayan top şəklində olan elektrik naqillərini, sayı yadında qalmayan dəmir boruları, eyni zamanda xrustal qabları və stəkanları götürərək pəncərədən çölə çıxardaraq həyətə yığmışdır. Daha sonra xırda əşyaları özü ilə gətirdiyi torbalara yığmış və hissə-hissə fərdi evin hasarından çölə atmışdır. Bundan sonra özü də bağ evinin həyətyanı sahəsindən çölə çıxmışdır. Götürdüyü ə şyaları yenidən hissə-hissə yolun kənarına yığmış və taksi axtarmağa getmişdir. Yoldan keçən dövlət nömrə nişanını xatırlamadığı «Vaz 2107» markalı taksi saxlatmışdır. Sürücüyə kirayə pulunu ödəyə bilmədiyi üçün ev sahibinin əşyalarını çıxardaraq çölə tulladığını bildirmiş və onları Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə aparmalı olduğunu demişdir. Taksi sürücüsü heç bir problemin olmadığını bildirmiş və o, sürücüdən əşyaları aparmaq üçün nə qədər pul alacağını soruşmuşdur. Sürücü 10 manata əşyalarını apara biləcəyini bildirmiş və o, sürücü ilə razılaşaraq avtomobilə əyləşmişdir. Sürücüyə oğurluq edərək götürdüyü əşyaları topladığı yeri izah edərək avtomobili həmin yerə doğru idarə etdirmişdir. Orada əşyalarını taksiyə yükləyərək yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gəlmişdir. Əşyaları taksidən boşaldaraq yaşadığı yerdə gizlətmiş və evə keçərək yatmışdır. Səhər açıldıqdan sonra oğurladığı əşyaları başqa bir dövlət nömrə nişanını xatırlamadığı, «Mercedes Benz» markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən və «Bit» bazarı kimi tanınan bazara gətirmişdir. Orada əşyaları müxtəlif tanımadığı şəxslərə 135 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa oğurluq hadisələrindən birini 16 mart 2022-ci il tarixdə, gecə saatlarında etmişdir. Belə ki, həmin tarixdə və vaxtda yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 6-cı dalana gəlmişdir. Orada bir müddət gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman evlərdən birinin işıqlarının yanmadığını görmüşdür. Bu məqsədlə hasardan aşaraq bağ evinin həyətyanı sahəsinə daxil olmuşdur. İlk əvvəl fərdi evin həyətyanı sahəsinə baxış keçirtmiş və saxlanc yeri olduğunu görmüşdür. Saxlanc yerinin qapısının qıfılını özü ilə gətirdiyi dəmir linglə sındıraraq içəri daxil olmuşdur. İçəridə iki ədəd somavar olduğunu görüb onları götürmüş və özü ilə gətirdiyi torbalara qoymuşdur. Somavarları hasardan çölə qoymuş və özü də hasardan aşaraq çölə çıxmışdır. Oğurladığı somavarları götürərək yenidən yaşadığı evə qayıtmış, onları yaşadığı evdə gizlədərək yatmışdır. Səhər açıldıqdan sonra somavarları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Bit» bazarı kimi tanınan bazara aparmışdır. Onları orada tanımadığı şəxslərə ümumilikdə 105 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa oğurluq hadisələrindən birini tanışı Zaur adlı şəxslə birlikdə törətmişdir. Belə ki, təqribən mart ayının ortalarında, gecə saatlarında Zaurla görüşərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 Aprel küçəsinə gəlmişlər. Orada piyada gəzə-gəzə işığı yanmayan, eyni zamanda yaşayış olmayan ev axtarmışlar. Bu zaman evlərdən birinin işığının yanmadığını görmüşlər. Kənarda dayanaraq evdə kiminsə olub-olmamasını dəqiqləşdirmişlər. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq bağ evinin həyətinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra fərdi evin sol yan tərəfində yerləşən pəncərənin üzərindəki dəmir barmaqlığı qırmışlar, pəncərəni açaraq içəri daxil olmuşlar. Evə daxil olduqdan sonra ilkin baxış keçirtmişlər və zal otağından bir ədəd velosipedi, mətbəxdən biri elektrikli olmaqla 03 ədəd somavarı, evin dəhlizində olan taxta dolabdan müxtəlif növ spirtli içkiləri, iki ədəd dreli, bir ədəd laqondanı götürmüşlər. Götürdükləri əşyaları fərdi evin həyətinə yığmışlar və özləri də çölə çıxmışlar. Bundan sonra fərdi evin həyətyanı sahəsində olan saxlanc yerinin qapısının qıfılını sındıraraq içəri baxmışlar. Oradan taxta qutunun içərisində drelin uduqlarını və alətlərini, velosiped təmiri üçün açarları və əlavə avadanlıqları, aliminium materialından olan bir ədəd nərdivanı, bir ədəd elektrikli əl mişarını, bir ədəd elektrikli lobiziki, bir ədəd elektrikli su nasosunu, 40 metr uzunluğunda rezin su şlanqını, 40 metr uzunluğunda elektrik uzadıcısını, 30 metr uzunluğunda elektrik uzadıcısını, 10 metr uzunluğunda elektrik uzadıcısını, bir ədəd internet modernini, bir ədəd elektrik transformatoru, dörd ədəd ağ kəsən qayçını, bir ədəd dəmir qabda olan alətləri, iki ədəd qalın və bir ədəd nazik lomu, bir ədəd böyük çəkici, bir ədə böyük mis qazanı, iki ədəd aliminium qazanı, bir ədəd üç mərtəbəli aliminium qazanı, bir ədəd mürəbbəlik tası, bir ədəd tavanı, bir ədəd böyük çuqun tavanı, iki ədəd kerosin lampasını, bir ədəd kofe bişirən qabı, bir ədəd buz qabını, bir ədəd hidrofon mühərrikini, müxtəlif tikinti alətlərini, bir ədəd transformatoru, işlənməmiş hamam smestitelini, iki ədəd ütünü, üç ədəd çaynikləri, bir ədəd elektrik çayniki, avtomobil təmiri avadanlıqlarını və balıq ovu üçün spinninq və alətləri götürmüşlər. Götürdükləri əşyaları özləri ilə gətirdiyi torbalara yığmışlar və onları hasardan hissə-hissə çölə çıxartmışlar. Oğurladıqları əşyaları yolun kənarına aparmışlar və Bilgəh qəsəbəsinin çıxışında taksi saxladaraq həmin əşyaları taksiyə qoymuşlar və oradan onun yaşadığı evin qarşısına aparmışlar. 03 ədəd somavarı o, götürmüş, qalan əşyaları isə Zaur götürmüşdür. Hadisənin səhəri günü 03 ədəd somavarı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, yolun kənarında yerləşən işlənmiş əşyaların alqısatqısı dükanına aparmış və orada şəxsiyyət vəsiqəsini təqdim edərək onları 90 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir.Bundan başqa oğurluq hadisələrindən birini Zaur adlı tanışı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azadlıq küçəsindən 30 mart 2022-ci il tarixində etmişlər. Həmin vaxt pula ehtiyacları olduğu üçün gecə saatlarında Zaurla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azadlıq küçəsinə gəlmişlər. Orada piyada gəzə-gəzə işığı yanmayan, eyni zamanda yaşayış olmayan ev axtarmışlar. Bu zaman evlərdən birinin işığının yanmadığını görmüşlər. Kənarda dayanaraq evdə kiminsə olub-olmamasını dəqiqləşdirmişlər. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq bağ evinin həyətinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra orada olan yardımçı evin qapısının qıfılını açar seçmə yolu ilə açmışlar. Daha sonra içəri daxil olaraq ora baxış keçirmişlər. Baxış keçirtdikdən sonra oradan metal əşyalar, çadır, bir ədəd od somavarı və iki ədəd mis qazan götürmüşlər. Götürdükləri əşyaları özləri ilə gətirdikləri torbaya yığmışlar və oradan çıxaraq getmişlər. Hadisənin səhəri günü oğurladıqları əşyaları səyyar şəkildə metal alan şəxslərə 40 manata satmışlar. Əldə etdikləri qazancı isə öz aralarında bölmüşlər və ona düşən 20 manatı öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa həmin evə növbəti dəfə 06 aprel 2022-ci il tarixində, gecə saatlarında təkrarən daxil olmuşlar. Belə ki, yenidən Zaurla oğurluq etmək üçün Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azadlıq küçəsində gəlmişlər. 30 mart 2022-ci il tarixində daxil olduqları fərdi evin yenidən işığının yanmadığını görmüşlər. Kənarda dayanaraq evdə kiminsə olub-olmamasını dəqiqləşdirmişlər. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq bağ evinin həyətinə daxil olmuşlar. Həyətdə olan köməkçi evin qapısının qıfılını dəmir parçası ilə sındırmışlar və oradan iki ədəd velosiped, bir ədəd su nasosu götürmüşlər. Götürdükləri su nasosunu və velosipedi satmaq üçün Zaur götürmüş və satdıqdan sonra pulu böləcəyini bildirmişdir. Lakin həmin gündən sonra Zauru görməmiş və su nasosunu, eyni zamanda velosipedləri satıb-satmadığını bilməmişdir. Bundan başqa oğurluq hadisələrindən birini Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 9-cu dalandan, 08 aprel 2022-ci il tarixdə, gecə saatlarında tək törətmişdir. Belə ki, oğurluq etmək üçün yaşadığı evdən çıxmış və Bilgəh qəsəbəsi, 9-cu dalana gəlmişdir. Orada piyada gəzəgəzə işığı yanmayan, eyni zamanda yaşayış olmayan ev axtarmışdır. Bu zaman evlərdən birinin işığının yanmadığını görmüşdür. Kənarda dayanaraq evdə kiminsə olubolmamasını dəqiqləşdirmişdir. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq bağ evinin həyətinə daxil olmuşdur. Bağ evinin qapısını sındıraraq açın içəri daxil olmuş və evə baxış keçirtmişdir. Baxış keçirtdikdən sonra oradan bir ədəd elektrik qızdırıcısı, bir ədəd modern, iki ədəd elektrik uzadıcısını götürmüş və özü ilə gətirdiyi torbaya yığmışdır. Oradan çıxaraq yaşadığı evə getmiş və hadisənin səhəri günü oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Bit» bazarı kimi tanınan bazarda tanımadığı şəxsə 50 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa oğurluq hadisələrindən birini tanışı Fəridə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 aprel küçəsində yerləşən evdən etmişdir. Belə ki, tanışı Fərid ona 80 manat pul borclu olmuşdur. Dəfələrlə ondan borcunu qaytarmasını tələb və xahiş etsə də, Fərid hər dəfə bir bəhanə gətirərək pulu verməkdən yayınmışdır. 09 aprel 2022-ci il tarixdə, səhər saatlarında Fəridin yaşadığı evə getmişdir. Onunla orada görüşərək pulunu verməsini tələb etmişdir. Lakin yenidən Fərid pulunun olmadığını, tez bir zamanda qaytaracağını bildirmişdir. Bundan sonra o, Fəridin yaşadığı evdən oğurluq etməyi qərarlaşdırmışdır. Belə ki, Fəridin yaşadığı evin kənarında dayanaraq gözləmiş və həyətdə heç kimin olmadığını görüb həyətə daxil olmuşdur. Bu zaman həyət qapısının qarşısında bir ədəd «Nokia» markalı mobil telefon olduğunu görmüşdür. Həmin mobil telefonu götürərək getmiş və onu Bilgəh qəsəbəsi ərazisində tanımadığı şəxsə 30 manata satmışdır. Yenidən Fəridin yaşadığı evin yanına gəlmiş və kənarda dayanmışdır. Həyətdə heç kimin olmadığını görmüş və həyətə daxil olaraq orada olan bir ədəd velosipedi götürərək getmişdir. Velosipedi götürdüyü gün axşam saatlarında Zauru görmüşdür. Ondan harada olduğunu, əvvəllər oğurladığı əşyaları satıb-satmadığını soruşmuşdur. O. isə əvvəllər oğurladıqları və satmaq üçün götürdüyü əşyaları satdığını bildirərək ona 25 manat vermişdir. Bundan sonra o, Fəridin yaşadığı həyətdən götürdüyü velosipedi də satmaq üçün Zaura vermişdir. Zaur isə sataraq pul verəcəyini bildirmiş və oradan çıxaraq getmişdir. Lakin sonradan Zaurla əlaqə qura bilmədiyindən onu satıb-satmadığını bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəkili Müdafiəçi ittihamla razı olduğunu bildirərək, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 Aprel küçəsində yerləşən bağ evini təribən 20 il bundan əvvəl almışdır. Torpaq sahəsinin ölçüsü 20 sot olmuş və aldığı zaman orada fərdi evdə olmuşdur. Həmin bağ evində yay aylarında yaşamış, qış aylarında isə mütəmadi olaraq bağ evinə gedib gəlmişdir. 10 mart 2022-ci il tarixində, gündüz saatlarında həmişəki kimi özünə məxsus olan bağ evinə getmişdir. Bir neçə saat bağ evində qalaraq istirahət etmiş, bağ işlərini görmüş və axşam saatlarında oradan çıxaraq yaşadığı evə getmişdir. 24 mart 2022-ci il tarixdə bağ evinə gələn zaman yataq otağının dəmir barmaqlığının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Dərhal evdən oğurluq olduğunu başa düşərək baxış keçirtmişdir. Bu zaman fərdi evin mətbəxində olan, ümumi dəyəri 500 manat olan iki ədəd qədimi od somavarının, dolabın üzərində olan, dəyəri 50 manat olan bir ədəd elektrik somavarının, evin qonaq otağında olan, «Forever» markalı, dəyəri 340 manat olan velosipedin, dolabda olan, ümumi dəyəri 300 manat olan müxtəlif markalı spirtli içkilərin, ümumi dəyəri 150 manat olan, iki ədəd «Bosch» markalı drelin, dəyəri 50 manat olan, bir ədəd, markasını bilmədiyi laqondanın və müxtəlif bağ alətlərinin yerində olmadığını görmüşdür. Bundan sonra fərdi evin həyətyanı sahəsinə baxış keçirtmiş və bu zaman həyətdə olan saxlanc yerinin qıfılının sındırıldığını görmüşdür. Dərhal içəri keçərək baxış keçirtmiş və ilkin olaraq ora qoyduğu, ümumi dəyəri 50 manat olan, markasını xatırlamadığı bir ədəd su nasosunun, həmçinin dəyəri 35 manat olan, 35 metr uzunluğunda su şlanqının yerində olmadığını görmüşdür. Bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumatı əsasında Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları özünə məxsus olan bağ evinə gəlmişlər. Polis əməkdaşları bağ evinə baxış keçirtmiş və o, ərizə və izahat yazaraq bölməyə təqdim etmişdir. Bu hadisədən bir neçə gün sonra yenidən bağ evinə getmiş və ətraflı baxış keçirtmişdir. Bu zaman bağ evindən daha çox əşyaların oğurlandığını, ona daha çox maddi ziyan dəydiyini müəyyən etmişdir. Bu səbəbdən ərizə yazaraq Sabunçu RPİ-nə ünvanlamış və ərizəsinə qoşma olaraq baş vermiş hadisə zamanı oğurlanmış əmlakların, onları dəyəri barədə siyahını əlavə etmişdir. O işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsində yerləşən 41A nömrəli bağ evi 2002-ci ildən ona məxsusdur. Əvvəllər mütəmadi olaraq həmin bağ evində ailə üzvləri ilə birlikdə yaşayır. Sonradan isə ailə vəziyyəti ilə əlaqədar bağda yaşaya bilməmişdir. Buna baxmayaraq mütəmadi olaraq həmin bağ evinə gedərək nəzarət etmişdir. Sonuncu dəfə oğurluq hadisəsi baş verməmişdən üç ay əvvəl ora gedərək nəzarət etmiş və həmin zaman hər şeyin qaydasında olduğunu görmüşdür. 06 fevral 2022ci il tarixində yenidən bağ evinə nəzarət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsində yerləşən 41A nömrəli bağ evinə gəlmişdir. Bağ evinin həyətyanı sahəsinə daxil olmuş və ətrafa nəzər yetirdikdən sonra fərdi evə yaxınlaşmışdır. Bu zaman fərdi evin pəncərəsinin açıq olduğunu görmüş və oğurluq olmasını düşünərək dərhal evə keçərək baxış keçirtmişdir. Bu zaman fərdi evdə saxladığı iki ədəd aliminium qazanın, bir ədəd manqalın, iki ədəd xalçanın, bir ədəd qızdırıcının, bir ədəd tozsoranın, mütxəlif usata alətlərinin, plastik turbaların, iki top 10-luq, iki top 6-lıq, dörd top 4-lük, iki top 2,5-lik elektrik naqillərinin, 8 ədəd müxtəlif ölçülü işlənmiş dəmir boruların, üç dəst xrustal qabların və stəkanların yerində olmadığını aşkar etmişdir. Bundan sonra hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları bağ evinə gəlmişlər, baxış keçirtdikdən sonra ərizə və izahatla müraciət etmişdir. O işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 6-cı dalan yerləşən 399 nömrəli bağ evini 2015-cı il tarixdə almışdır. Həmin bağ evində əsasən yay aylarında ailə üzvləri ilə birlikdə yaşayır. Digər aylarda isə mütəmadi olaraq bağ evinə gedərək nəzarət etmişdir. Oğurluq olmamışdan təqribən 10 gün əvvəl yenidən bağ evinə getmişdir. Bağ evinə nəzarət etmiş və hər şeyin qaydasında olduğunu görmüşdür. 18 mart 2022-ci il tarixdə, gündüz saatlarında nəzarət etmək üçün yenidən bağ evinə gəlmişdir. Bağ evinin həyətyanı sahəsinə daxil olduğu zaman həyətdə olan saxlanc yerinin qapısının açıq olduğunu, qıfılının isə sındırıldığını görmüşdür. Dərhal saxlanc yerinə keçərək baxış keçirtmiş və bu zaman orada olan, iki ədəd, qədimi somavarların yerində olmadığını aşkar etmişdir. Bundan sonra oğurluq olduğunu anlamış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumatı əsasında Sabunçu RPİ-in 14-cü PB-nin əməkdaşları bağ evinə gəlmişlər. Onlar baxış keçirtdikdən sonra ərizə və izahat yazaraq şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 May küçəsində özümə məxsus bağ evi vardır. Əsasən yay aylarında həmin bağ evində qalır, digər aylarda isə mütəmadi olaraq ora gedərək nəzarət etmişdir. 01 aprel 2022-ci il tarixində nəzarət etmək üçün özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 May küçəsində yerləşən bağ evinə getmişdir. Bağ evinin həyətyanı sahəsinə daxil olduğu zaman həyətdə olan saxlanc yerinin qapısının açıq olduğunu görmüşdür. Dərhal içəri baxış keçirtmiş və bu zaman orada saxladığı ümumi dəyəri 100 manat olan metal əşyaların, ümumi dəyəri 150 manat olan turistik çadırın, ümumi dəyəri 120 manat olan od somavarının və ümumi dəyəri 150 manat olan iki ədəd mis qazanın yerində olmadığını görmüşdür. İşləri ilə əlaqədar polisə gedib-gəlməyə vaxtı olmadığı üçün bu barədə şikayət etməmişdir. Saxlanc yerinin qapısını bağlayaraq yaşadığı evə getmişdir. Bu hadisədən bir neçə gün sonra, yəni 08 aprel 2022-ci il tarixdə, saat 17:00 radələrində yenidən nəzarət etmək üçün özünə məxsus olan bağ evinə gəlmişdir. Həyətə daxil olduğu zaman yenidən saxlanc yerinin qapısının açıq olduğunu görmüşdür. Dərhal ora baxış keçirtmiş və bu zaman orada olan iki ədəd, ümumi dəyəri 600 manat olan iki ədəd, markasını xatırlamadığı velosipedlərin və bir ədəd, ümumi dəyəri 80 manat olan, markasını xatırlamadığı su nasosunun yerində olmadığını görmüşdür. Bundan sonra hadisə barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumatı əsasında Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları bağ evinə gəlmişlər. Onlar bağ evinə baxış keçirtmişlər və o, ərizə və izahat yazaraq hər iki hadisə barədə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixində özünə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 9-cu dalanda yerləşən 318 nömrəli bağ evinə gəldiyi zaman fərdi evin qapısının sındırıldığını görmüşdür. Dərhal oğurluq olduğunu başa düşmüş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumatı əsasında Sabunçu RPİ-in 14-cü PB-in əməkdaşları bağ evinə gəlmişlər. Onlar baxış keçirtmişlər və bunda sonra ərizə və izahat vermişdir. Ərizə və izahat verdikdən sonra bir daha evinə baxış keçirtmiş və bu zaman naməlum şəxs və ya şəxslərin bağ evindən 01 ədəd, ümumi dəyəri 200 manat dəyərində «Konvektor» elektrik qızdırıcısını, 01 ədəd, ümumi dəyəri 140 manat dəyərində «Connect TV» modernini, 04 ədəd, ümumi dəyəri 350 manat olan plastik çemodanları, 01 ədəd, ümumi dəyəri 300 manat olan elektrik somavarını, 01 ədəd, ümumi eləyəri 10 manat olan divar saatını, 01 ədəd, ümumi dəyəri 100 manat olan ət çəkən maşını, 01 ədəd, ümumi dəyəri 150 manat olan elektrik dəmir ütünü, 01 ədəd, ümumi dəyəri 10 manat olan qaz yandıranı, 04 ədəd, ümumi dəyəri 28 manat olan elektrik uzadıcısını, 04 ədəd, ümumi dəyəri 05 manat olan çörək bıçağını, 01 ədəd, ümumi dəyəri 10 manat olan balaca çəkici, 02 ədəd, ümumi dəyəri 20 manat olan papaqları, 02 ədəd, ümumi dəyəri 30 manat olan çarpayı üstü balışı və 01 litr, ümumi dəyəri 40 manat olan spirti oğurladıqlarını, nəticədə ona 1393 manat maddi ziyan dəydiyini müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 09 aprel 2022-ci il tarixində, səhər saatlarında evinin qarşısında küçədə həyət işləri görmüşdür. Həyət işlərini gördüyü zaman özünə məxsus olan iki ədəd «Nokia» markalı mobil telefon aparatlarını qapının qarşısına qoymuşdur. Bir müddət işlədikdən sonra istirahət etmək üçün evə keçmişdir. Təqribən 1 saat sonra özünə məxsus mobil telefon aparatlarını götürmək üçün evdən çıxmışdır. Lakin həyətdə qoyduğu yerdə iki ədəd «Nokia» markalı mobil telefonlarını tapa bilməmişdir. İlk əvvəl mobil telefonlarını ailə üzvlərinin götürdüyünü düşünərək yenidən evə keçmişdir. Ailə üzvlərindən mobil telefon aparatlarını götürüb-götürmədiklərini soruşmuşdur. Ancaq onlar mobil telefon aparatlarını götürmədiklərini bildirmişlər. Bu səbəbdən o, telefonlarının oğurlandığını anlamışdır. Lakin işləri ilə əlaqədar polisə məlumat verməmiş və vaxt etdikdə bu barədə polisə şikayət etməyi planlaşdırmışdır. Bundan sonra öz işlərini görüb yekunlaşdırdıqdan sonra ailə üzvləri həyətdə olan velosipedində yerində olmadığını demişlər. Velosipedin yerində olmaması oğurluqla bağlı düşüncələrində doğru olduğunu düşünməsinə imkan vermiş və 11 aprel 2022-ci il tarixində Sabunçu RPİ-in 14-cü PB-nə yaxınlaşaraq ərizə və izahat vermişdir. Ərizə və izahatı alındıqdan sonra polis əməkdaşları yaşadığı fərdi evə baxış keçirtmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, uzun müddətdir Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsini icrayə götürərək orada işlənmiş malların alışsatışını həyata keçirmişdir. Hər gün səhər saatlarında obyeki açmış və axşam saatlarında isə oranı bağlamışdır. 18 mart 2022-ci il tarixdə, saat 10:00 radələrində dükanda olduğu zaman əvvəllər tanımadığı, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs dükana gəlmişdir. O, satmaq üçün mallarının olduğunu bildirmiş və onları almaq istəyibistəmədiyini soruşmuşdur. O, həmin şəxsdən satmaq üçün hansı mallarının olduğunu soruşmuşdur. O, üç ədəd somavarının olduğunu bildirmiş və bu zaman həmin şəxsdən malların oğurluq olub-olmamasını soruşmuşdur. Həmin şəxs malların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün onları satmaq istədiyini demişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda onları ala biləcəyini demişdir. Somavarları satan şəxs şəxsiyyət vəsiqəsini və somavarları ona təqdim etmişdir. O, somavarlara baxış keçirtmiş və onlardan ikisinin od somavarı, birinin isə elektrik somavarı olduğunu görmüşdür. Təqsirləndirilən şəxs somavarları 90 manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və o, Şahindən somavarları götürmüş, eyni zamanda şəxsiyyət vəsiqəsinin surətini çıxartmışdır. Daha sonra ona 90 manat pul ödəmiş və Şahin oradan çıxaraq getmişdir. Bu hadisədən bir müddət sonra, 29 mart 2022-ci il tarixində obyektdə olduğu zaman polis əməkdaşları ora gəlmişdir. Onlar somavarı göstərərək kimdən aldığını soruşmuşlar. O, həmin somavarı şəxsiyyət vəsiqəsinin surətini təqdim edən Təqsirləndirilən şəxs aldığını demiş və sənədin surətini onlara təqdim etmişdir. Bundan sonra polis əməkdaşları somavarların oğurluq olduğunu bildirərək onları götürmüşlər, eyni zamanda özü bölməyə yaxınlaşaraq baş vermiş hadisə ilə bağlı izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5654 saylı, 10 avqust 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilə olan orta bazar qiyməti ilə ümumi dəyəri 585,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 21 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli qərarı ilə 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ölüm haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-ci maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanan cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ittiham elan olunmuş, ittiham aktı tərtib olunmuş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə və bu ölüm haqqında akt qeydi ilə qeyd edilmişdir. Cinayət işinin materialları arasında olan 02 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin materialları arasında olan 09 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə geməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 14cü PB-də saxlanılan iş üzrə maddi sübutlar bir ədəd qazan, bir ədəd «Quick S» markalı qızdırıcı, bir ədəd «Kumtel Delux KS 2035» markalı qızdırıcı, iki ədəd xalça və üç ədəd samovar sahiblərinə qaytarılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə öldüyündən Dövlət Büdcəsinə aid edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 , 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Lakin Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə öldüyündən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 14cü PB-də saxlanılan iş üzrə maddi sübutlar bir ədəd qazan, bir ədəd «Quick S» markalı qızdırıcı, bir ədəd «Kumtel Delux KS 2035» markalı qızdırıcı, iki ədəd xalça və üç ədəd samovar sahiblərinə qaytarılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə öldüyündən Dövlət Büdcəsinə aid edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə geməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-187/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-187/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver