Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-188/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Verdiktum” vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş və mülki iddiaçı - Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixində Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonunun İkinci Şıxlı kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, ona məxsus olan və Türkiyə Respublikasından aldığı ümumi dəyəri 5525 (beş min beş yüz iyirmi beş) manat olan dərman vasitələrini Azərbaycan Respublikasına gətirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq xx xxxxxx 2019-cu il tarixində Qazax rayonunun Şıxlı kəndində ondan 335 (üç yüz otuz beş) manat pul almış, lakin vədinə əməl etməyərk 5525 (beş min beş yüz iyirmi beş) manat dəyərində dərman vasitələrini, eyni zamanda həmin dərman vasitələrini gətirmək üçün aldığı 335 (üç yüz otuz beş) manat nəğd pulu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdar hesab edilən 5860 (beş min səkkiz yüz altmış) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona məxsus olan və Türkiyə Respublikasından aldığı ümumi dəyəri 3005 (üç min beş) manat olan dərman vasitələrini Azərbaycan Respublikasına gətirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq xx xxxxxx 2019-cu il tarixində Qazax rayonunun Şıxlı kəndində ondan ondan 335 (üç yüz otuz beş) manat pul almış, lakin vədinə əməl etməyərk 3005 (üç min beş) manat dəyərində dərman vasitələrini, eyni zamanda həmin dərman vasitələrini gətirmək üçün aldığı 335 (üç yüz otuz beş) manat nəğd pulu ələ keçirərək, zərərçəkmiş şəxsə 3340 (üç min üç yüz qırx) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, ona satmaq üçün 300 ədəd fişəng gətirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq xx xxxx 2019-cu il saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən və axırıncıya məxsus ofisdə 9000 (doqquz min) manat pul almış, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 9000 (doqquz min) manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdar hesab edilən 9000 (doqquz min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona satmaq üçün 250 ədəd fişəng gətirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq xx xxxx 2019-cu il saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən və Zərərçəkmiş şəxs1 məxsus ofisdə Zərərçəkmiş şəxs2 7500 (yeddi min beş yüz) manat pul almış, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 7500 (yeddi min beş yüz) manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdar hesab edilən 7500 (yeddi min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilkin olaraq ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1la 2019cu ilin mart ayında qohumu olan və Qazax rayonu, Yuxarı Salahlı kəndində yaşayan “Şıkan” adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 həmin vaxt Türkiyə Respublikasına getdiyi üçün ona ABŞ dolları lazım olmuşdur. O, Vaqif adlı şəxsi tanıdığı şəxslərlə tanış etmiş və onlar Zərərçəkmiş şəxs1 1200 (bir min iki yüz) manat pulunu alaraq 700 (yeddi yüz) ABŞ dolları pul vermişlər. Bundan sonra, Zərərçəkmiş şəxs1la münasibətləri normal olsa da, onunla heç bir iş görməmişdir. Yalnız Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasına getdikdən bir-neçə gün sonra onun mobil telefonuna zəng etmişdir. O, Türkiyə Respublikasından dərman gətirdiyini, onu keçirməkdə köməklik etməyə imkanının olub-olmamasım soruşmuşdur. O, Zərərçəkmiş şəxs1 dərman vasitələrini keçirə bilməyəcəyini, bunun üçün Gürcüstan Respublikası vətəndaşı Natiq adlı şəxsin ona kömək edə biləcəyini, gətirdiyi dərmanları onun yaşadığı Gürcüstan Respublikasının Kelsalo kəndinə qoya biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmış və Natiqin mobil telefon nömrəsini ona vermişdir. Bundan bir-neçə saat sonra Zərərçəkmiş şəxs1la Qazax rayonu, 2-ci Şıxlı kəndində yerləşən “Hikmət” X1 yaxınlığında görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs1 ona 200 (iki yüz) ABŞ dolları pul vermiş və həmin pulu Natiq adlı şəxsə çatdırmağı tapşırmışdır. O, da həmin günü Zərərçəkmiş şəxs1 ona verdiyi 200 (iki yüz) ABŞ dolları məbləğində pulları sərhəd məntəqəsində fəhlə işləyən, adını bilmədiyi şəxsə vermiş və Gürcüstan Respublikası sərhəddində Natiq adlı şəxsin pulu götürəcəyini bildirmişdir. Həmin günü axşam saatlarında pulu verdiyi fəhləni tapmış və ondan pulu Natiq adlı şəxsə çatdırıb-çatdırmadığını soruşmuşdur. Adını bilmədiyi fəhlə pulu Natiq adlı şəxsə çatdırdığını demişdir. Bundan təqribən bir həftə sonra 2019-cu ilin mart ayının 10-da Bakı şəhərinə işləri ilə bağlı gəlmişdir. Bakı şəhərində olduğu zaman Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng etmiş və Gürcüstan Respublikasının vətəndaşı Natiqin onun işi ilə bağlı nə etdiyini soruşmuş, o, isə Natiqdən xəbərinin olmadığını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs1 onu ofisə çağırmış və ofisdə ona 150 (bir yüz əlli) manat pul verərək Natiqə çatdırmağı tapşırmışdır. O, Vaqiflə razılaşmış və həmin pulu götürərək 2-3 gün sonra Qazax rayonuna getmişdir. Qazax rayonuna getdikdən sonra Natiqlə telefonla danışmışdır. Natiq isə orada olmadığını, pulu Gürcüstan Respublikasına keçdikdən sonra adı yadında qalmayan birinci kəndin girişində yerləşən yanacaq doldurma məntəqəsinə verməyi xahiş etmişdir. O, da bu səbəbdən Gürcüstan Respublikasına benzin apararaq satan həmkəndlisi Mirzalıya 150 (bir yüz əlli) manat pul vermiş və Gürcüstan Respublikasına getdiyi zaman həmin pulu Gürcüstanın sərhəddini keçdikdən sonra birinci kəndin girişində yerləşən yanacaq doldurma məntəqəsinə qoymağı xahiş etmişdir. Mirzalı da onunla razılaşmış və həmin pulu götürərək getmişdir. Həmin günü Mirzalı onun mobil telefonuna zəng etmiş və verdiyi pulu yanacaq doldurma məntəqəsinə verdiyini demişdir. Bu hadisədən bir müddət sonra Zərərçəkmiş şəxs1 ona zəng etmiş və yükünün niyə çatdırılmadığını bildirmiş, o, isə Natiqdən xəbərinin olmadığını demişdir. Onun bu cavabından sonra Zərərçəkmiş şəxs1 dəfələrlə ona zəng etmiş və ona bir dəfə 9000 (doqquz min), bir dəfə də 7000 (yeddi min) manat pul verdiyini bildirərək hədə-qorxu gəlib barəsində şikayət edəcəyini demişdir. O, isə Zərərçəkmiş şəxs1 dəfələrlə zəng etdiyini görüb ona hara istəyir şikayət edə biləcəyini demişdir. Sonradan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində şikayət etdiyini öyrənmişdir. Sonradan ilkin ifadəsinin nəzərə alınmamasını bildirməklə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara məxsus olan ümumi dəyəri 8530 (səkkiz min beş yüz otuz) manat olan dərman vasitələrini Azərbaycan Respublikasına gətirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq xx xxxxxx 2019-cu il tarixində Qazax rayonunun Şıxlı kəndində onlardan 670 (alt yüz) manat pul almış, lakin vədinə əməl etməyərk 8530 (səkkiz min beş yüz otuz) manat dəyərində dərman vasitələrini, eyni zamanda həmin dərman vasitələrini gətirmək üçün aldığı 670 (alt yüz) manat nəğd pulu ələ keçirərək onların 9200 (doqquz min iki yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara satmaq üçün fişəng gətirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq xx xxxx 2019-cu il saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən məxsus ofisdə və Zərərçəkmiş şəxs1 9000 (doqquz min) manat, Zərərçəkmiş şəxs2 isə 7500 (yeddi min beş yüz) manat pul almış, lakin vədinə əməl etməyərək onların pulunu ələ keçirmişdir. Əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanın ödənilməsini bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ticarət məqsədi ilə ayda 1 dəfə Türkiyə Respublikasına gedib-gəlir. 2018-ci ilin avqust ayında yenidən Türkiyə Respublikasına getmiş, Azərbaycana qayıdarkən Qazax rayonunun ərazisində yerləşən Qırmızı Körpü keçid məntəqəsində Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxslərlə tanış olmuşdur. Onlarla tanış olduqdan sonra hər ikisinin 2-ci Şıxlı kənd sakinləri olduqlarını, gömrükdə olan tanışları vasitəsi ilə ölkəyə müxtəlif malların keçirilməsinə köməklik göstərmək ilə məşğul olduqlarını öyrənmiş və münasibətləri yaranmışdır. 2019-cu ilin yanvar ayının əvvəllərində yenidən Türkiyə Respublikasına getmiş, qayıdarkən ölkəyə keçirilməsi qadağan edilməyən bir sıra dərman preparatları almış və özü ilə Azərbaycan Respublikasına gətirmişdir. Gürcüstan Respublikasının ərazisində olduğu zaman Pərvizə zəng etmiş və Türkiyə Respublikasından dərman vasitələri aldığını, onları ölkəyə keçirilməsində köməklik göstərməyə imkanının olub-olmamasım soruşmuş, Pərviz heç bir problemin olmadığını bildirərək bir nəfər şəxs göndərəcəyini, həmin şəxslə görüşərək dərman vasitələrini ona verməsini, daha sonra özünün həmin dərmanları ölkəyə keçirəcəyini bildirmişdir. O, etiraz etməyərək Gürcüstan Respublikasının Azərbaycanla sərhəddində “Namiq” adlı bir nəfər şəxslə görüşmüşdür. Dərman vasitələrini ona vermiş və daha sonra özü sərhədi keçərək Qazax rayonu, Şıxlı kəndinin yaxınlığına gəlmişdir. Orada Pərvizlə görüşərək hansı qaydada dərman vasitələrini ölkəyə keçirəcəyini soruşmuş, Pərviz isə gömrükdə olan tanışının vasitəsi ilə dərmanları keçirəcəyini bildirərək bunun qarşılığında ondan pul istəmişdir. O, orada Pərvizə 84 (səksən dörd) manat pul vermiş, pulu verdikdən sonra Pərvizdən dərman vasitələrini neçə günə keçirərək təhvil verəcəyini soruşmuşdur. Pərviz təxminən 10 günə dərman vasitələrini Bakı şəhərində ona verəcəyini bildirmişdir. O, daha sonra Bakı şəhərinə gəlmişdir. Təxminən 10 gündən sonra Pərviz dərman vasitələrini Bakı şəhərinə gətirərək ona təhvil vermişdir. Beləliklə, Pərvizlə arasında səmimi və etibarlı münasibət yaranmışdır. xx xxxxxx 2019-cu ildə yenidən Türkiyə Respublikasına getmiş, geri qayıdarkən Türkiyə Respublikasının Trabzon şəhərində tanışı Zərərçəkmiş şəxs2 görmüşdür. Samirlə söhbət zamanı Trabzon şəhərindən dərman vasitələri alaraq Bakı şəhərinə aparıb satdığını bildirmiş, Samir isə dərman vasitələrini satışından xeyir qalıb-qalmadığını soruşmuşdur. O, Samirə satış nəticəsində əldə olunan gəlirin normal olduğunu bildirmiş, bundan sonra Samir dərman vasitələri almaq istədiyini demişdir. O, etiraz etməmiş və onlar Trabzon şəhərində yerləşən, əvvəllər dərman aldığı aptekə getmişlər. Oradan 77 ədəd dərman vasitələri almış, həmin dərman vasitələrinin 45 ədədinin pulunu o, 32 ədədinin pulunu isə Samir ödəmişdir. Aldıqları dərman vasitələrini, eyni zamanda geyim əşyalarını götürərək birlikdə Gürcüstan Respublikasının Azərbaycanla sərhəddində yerləşən Muğanlı kəndinə gəlmişlər. Oradan o, Pərvizə zəng etmiş və dərman vasitələri gətirdiyini bildirərək gömrükdən keçirməkdə onlara köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs heç bir problemin olmadığını bildirərək Muğanlı kəndində “Namiq” adlı şəxsin ev ünvanını vermişdir. Pərviz dərman vasitələrini həmin evə qoymağı, bir həftəyə Gürcüstan Respublikasına gedəcəyini, getdiyi zaman dərmanları Azərbaycan Respublikasına keçirərək təhvil verəcəyini bildirmişdir. Onlar Pərvizlə razılaşmış və Namiq adlı şəxsin dediyi ev ünvanına getmişdir. Orada Namiq adlı şəxslə görüşmüş, onları Təqsirləndirilən şəxs göndərdiyini, Azərbaycan Respublikasına keçirilməli olan dərman vasitələrinin olduğunu, həmin dərman vasitələrini evə qoymalı olduğunu bildirmişdir. Namiq adlı şəxs heç bir problemin olmadığı dedikdən sonra dərman vasitələrini onun evinə qoymuşlar. Dərman vasitələrinin Namiqin evinin otaqlarından birinə qoymuş və həmin zaman orada xeyli sayda fişənglərin olduğunu görmüşdür. Dərman vasitələrini həmin evə yerləşdirdikdən sonra sərhədə qayıtmış və Azərbaycan Respublikasına keçmişdir. Azərbaycana keçdikdən sonra Qazax rayonu, Şıxlı kəndində Təqsirləndirilən şəxsla görüşmüş və ona dərman vasitələrini keçirmək üçün 670 (altı yüz yetmiş) manat pul ödəmişlər. Pərviz pulu götürdükdən sonra bir həftəyə Gürcüstan Respublikasına gedərək dərmanları gətirəcəyini bldirmişdir. Bundan sonra, Pərvizlə söhbət etmiş və söhbət əsnasında Namiqin evində xeyli sayda fişəng gördüyünü demişdir. Bu zaman Təqsirləndirilən şəxs qarşıdan gələn “Novruz” bayramı ilə əlaqədar qohumu Şahid1la birlikdə Bakı şəhərinə fişəng gətirəcəklərini, bunun üçün Xırdalan şəhərində yer tutduqlarını bildirmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs heç bir söz deməmiş və Samirlə birlikdə Bakı şəhərinə gəlmişlər. 2019-cu ilin mart ayının 04-də, təxminən saat 15:00 radələrində Samir, eyni zamanda tanışları Coşqun, Sara və Namiq ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ofisində olduğu zaman Təqsirləndirilən şəxs və İsmail adlı şəxslə birlikdə ofisinə gəlmişdir. Təqsirləndirilən şəxs topdan fişəng satışını həyata keçirdiklərini və yaxşı qazanc qaldığını bildirmişdir. Bu zaman onlar Pərvizdən fişənglərin qiymətini soruşmuşdur. Təqsirləndirilən şəxs fişənglərin qiymətinin 30 manat olduğunu, Xırdalan şəhərində yer götürərək fişəngləri həmin yerə yığdıqlarını bildirmişdir. O, Samirlə birlikdə fişəng alaraq satmaq istədiyini demişlər. Bu danışıqlarından sonra Təqsirləndirilən şəxsla tanışı İsmail ofisdən çölə çıxmışlar. Bir-neçə dəqiqə sonra Təqsirləndirilən şəxs tək içəri qayıdaraq neçə ədəd fişəng istədiklərini soruşaraq pullarını vermələrini bildirmişdir. O, ofisdəki seyfdən 9000 (doqquz min) manat çıxarıb Pərvizə vermiş və 300 ədəd fişəng gətirməsini tapşırmışdır. Samir Pərvizə 7500 (yeddi min beş yüz) manat pul verərək 250 ədəd fişəng gətirməsini xahiş etmişdir. Pərviz pulları götürərək saat 18:00-a kimi fişəngləri gətirəcəyini demiş və oradan çıxaraq getmişdir. Saat 18:00 radələrində Təqsirləndirilən şəxs xəbər çıxmadığını görüb ona zəng etmişlər. Lakin, Təqsirləndirilən şəxs mobil telefonuna zəng çatmamışdır. Bir müddətdə gözləmişlər və daha sonra Pərvizin “watsapp” sosial şəbəkəsinə baxmışlar. Bu zaman Təqsirləndirilən şəxs xətdə olduğunu görüb “watsapp” sosial şəbəkəsinə zəng etmişlər. Təqsirləndirilən şəxs mobil telefona cavab verərək təcili Gürcüstan Respublikasına getməli olduğunu, 2-3 günə gələcəyini, gəldiyi zaman dərmanları da gətirəcəyini, eyni zamanda fişəngləri təhvil verəcəyini bildirmişdir. Pərviz dediyi müddətidə gözləmiş, lakin, heç bir xəbər çıxmadığından həm Təqsirləndirilən şəxsla, həm də Şahid1la dəfələrlə telefonla danışmışdır. Ancaq bunun heç bir nəticəsi olmamış və Pərviz dərmanları, eyni zamanda fişəngləri təhvil verməmişdir. 2019-cu ilin mart ayının 6-da Samir ona zəng edərək Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsindəki profilində onlardan aldığı pulları gürcü larisinə çevirərək şəkil çəkdirib qoyduğunu bildirmişdir. Bundan sonra, o, mart ayının 10-da Qazax rayonunun Şıxlı kəndinə getmişdir. Kəndə çatdıqdan sonra Pərvizin oradan qaçaraq gizləndiyini öyrənmişdir. Əfqanı taparaq söhbət etmiş və söhbət zamanı o, Pərviz ölkəyə keçirəcəyini bildirdiyi və bunun üçün 670 manat pul aldığı dərman vasitələrini ölkəyə gətirdiyini, lakin, fişəng gətirmək üçün verilən puldan ona heç bir məbləğin çatmadığını bildirmişdir. Dərmana görə çəkdiyi 5860 manat xərcin 335 manatını Təqsirləndirilən şəxs dərmanları gətirmək üçün zəhmət haqqı kimi, qalan 5525 manatını isə dərmanların alınması üçün vermiş, Təqsirləndirilən şəxs onların telefonlarına cavab vermədiyi üçün Qazax rayonuna getdiyi zaman Şahid1 Pərvizgilin evinə gedərək sellofan torbanın içərisində dərmanlar gətirmiş, lakin sonradan həmin dərmanlara baxış keçirdikləri zaman onlara məxsus olan dərmanlar olmadığını gördüyünü bildirmişdir.Daha sonra, Təqsirləndirilən şəxsla əlaqə saxlamış, dərmanların geri qalanını və fişəng almaq üçün verdiyi pulları geri qaytarmasını demiş, Pərviz isə ona heç kimdən qorxmadığı, hara istəyirsə orada şikayət etməsini bildirmişdir. Bundan sonra o və Zərərçəkmiş şəxs2 xx xxxxx 2019-cu il tarixdə Sabunçu RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən “Ruslan” Mərasim evində aşpaz işləmiş, lakin orada daimi iş olmadığından özünə daimi iş yeri axtarmağa başlamışdır. Bu ərəfədə, ünvan 1 ünvanında yerləşən “Xan Çinar” kafesində aşpaz işinin olduğunu öyrənmiş, bu səbəbdən xx.xx.2019cu il saat 15:00 radələrində həmin kafeyə getmişdir. Ora çatdıqda həmin kafenin icarəyə verildiyini öyrənmiş və obyektin sahibi ilə danışmaq istəmişdir. Obyektin sahibini tapa bilmədiyi üçün yaxınlıqda yerləşən və uzun müddətdir tanıdığı Zərərçəkmiş şəxs1 ofisinə getmişdir. Zərərçəkmiş şəxs1 ofisinə daxil olduqda onun yanında əvvəllər tanıdığı Samir adlı şəxsin, eyni zamanda əvvəllər görmədiyi bir nəfər uca, bir nəfər isə kiçik boylu cavan oğlanların oturduğunu görmüşdür. Zərərçəkmiş şəxs1la salamlaşmış və “Xan Çinar” kafesinin müdirini görmək istədiyini demişdir. Zərərçəkmiş şəxs1 kafenin sahibinin gəlmədiyini, bir müddətdən sonra gələcəyini bildirərək ofisdə oturaraq gözləməyi təklif etmişdir. O, Vaqif müəllimin təklifi ilə orada oturaraq “Xan Çinar” kafesinin sahibinin gəlməsini gözləmişdir. Orada gözlədiyi zaman orada olan şəxslərdən uca boylusunun Vaqif müəllimə,həmçinin Samirə fişəng gətirməyi təklif etmişdir. Vaqif və Samir fişəngi haradan gətirəcəyini soruşmuşdur. Həmin şəxslərdən uca boylusu, sonradan Vaqif müəllimdən adının Pərviz olduğunu öyrəndiyi şəxs onların Abşeron rayonu, Xırdalan şəhərində anbarlarının olduğunu, Novruz bayramına görə həmin malları əvvəlcədən gətirdiklərini, bayram qabağı fişəngələrin satışından yaxşı pul əldə etməyin mümkün olduğunu bildirmişdir. Daha sonra, Zərərçəkmiş şəxs1 fişənglərin qiymətinin neçəyə olduğunu soruşmuş, Pərviz fişəngin bir ədədini 30 manata gətirəcəyini demişdir. Samir və Vaqif onlara fişəng gətirməyə razı olduqlarını bildirərək nə qədər müddətə fişəngləri təhvil verə biləcəyini soruşmuşdur. Pərviz yanındakı şəxslə çölə çıxmış, bir-neçə dəqiqə sonra Pərviz tək içəri daxil olaraq fişəngləri bir-neçə saata gətirərək təhvil verəcəklərini deyərək pul istəmişdir. Vaqif və Samir bundan sonra pul çıxararaq Pərvizə vermişlər. Daha sonra, Vaqif müəllim onun üçün 300 ədəd, Samir üçün isə 250 ədəd fişəng gətirməli olduğunu demişdir. Pərviz heç bir problemin olmadığını bildirərək ofisdən çıxaraq getmişdir. Onlar getdikdən bir müddət sonra “Xan Çinar” kafesinin müdiri gəlmiş və Vaqif müəllimlə birlikdə onunla danışmışlar. Daha sonra o, oradan çıxaraq getmişdir. Bu hadisələrdən bir-neçə gün sonra Vaqif müəllimin yanına gəldiyi zaman o, fişəng almaq üçün pul verdiyi Pərviz adlı şəxsin onu aldadaraq fişəngləri gətirmədiyini, eyni zamanda pulunu geri qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1la hadisədən təqribən bir-neçə ay əvvəl Pərviz vasitəsi ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 və yanında olan bir-neçə şəxs Pərvizlə Qazax rayonunda yerləşən “Tut bağı” adlı kafedə görüşdüyü zaman o da, orada olmuşdur. Zərərçəkmiş şəxs1la növbəti görüşü 2019-cu ilin mart ayının təqribən 10-dan sonra Qazax rayonu, İkinci Şıxlı kəndində qaynatasının yaşadığı evdə olmuşdur. Belə ki, 2019-cu ilin mart ayının təqribən 7-8-də Pərviz ona “watsap” sosial şəbəkəsindən səs atmış və Gürcüstan Respublikasına getdiyini, tanışı Vaqif adlı şəxsin Bakı şəhərindən Qazax rayonuna gəldiyini, evlərində sellofan torbada dərmanlar olduğunu, həmin sellofan torbanı evdən götürərək Vaqif adlı şəxsə verməyi tapşırmışdır. Bu səs yazısından bir-neçə gün sonra Zərərçəkmiş şəxs1 onun qaynatasının evinə gəlmişdir. Həmin vaxt onun yanında sonradan adının Samir olduğunu bildiyi şəxsdə olmuşdur. Zərərçəkmiş şəxs1 qaynatasının evində Təqsirləndirilən şəxs ona pul verməli olduğunu, lakin pulu verməkdən yayındığını, Pərvizi tapa bilmədiyini demişdir. O, isə Zərərçəkmiş şəxs1 Pərvizin Gürcüstan Respublikasına getdiyini, gəldiyi zaman sizinlə əlaqə saxlayaraq görüşəcəyini, görüşdüyü zaman danışaraq öz problemlərini həll edəcəyini demişdir. Daha sonra, Pərvizin dediyi kimi evinə getmiş və oradan dərman vasitələrini götürərək qaynatasının evinə gətirmişdir. Qaynatasının evində Zərərçəkmiş şəxs2 sellofan torbada olan dərman vasitələrinə baxmış və 46 ədədinin çatmadığını bildirmişdir. Ondan sonra dərman vasitələrini götürərək oradan getmişlər. Pərvizlə dərman vasitələrinin qalan 46 ədədidini özünün Gürcüstandan Azərbaycana hissə-hissə keçirərək Zərərçəkmiş şəxs1 təhvil verəcəyinə söz vermişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, uzun müddətdir Türkiyə Respublikasından müxtəlif əşyaları, geyimləri Bakı şəhərinə gətirib satmaqla məşğuldur. xx xxxxxx 2019-cu ildə yenidən Türkiyə Respublikasına getmişdir. Geri qayıdanda Türkiyə Respublikasının Trabzon şəhərində Zərərçəkmiş şəxs1 adlı tanışını görmüşdür. Vaqiflə görüşdükdən və bir az söhbət etdikdən sonra o, Trabzon şəhərindən dərman vasitələri alaraq Bakı şəhərinə aparıb orada satdığını demişdir. O, dərman vasitələrini aparıb satdığı zaman xeyr qalıb-qalmadığını soruşmuş, Vaqif ona qalan məbləğin normal olduğunu bildirmişdir. Bundan sonra o, da dərman vasitələri almaq istədiyini demişdir. Vaqif etiraz etməmiş və onlar Trabzon şəhərində yerləşən, əvvəllər Vaqifin dərman aldığı aptekə getmişdir. Oradan 77 ədəd dərman vasitələri almışlar, həmin dərman vasitələrinin 45 ədədinin pulunu Vaqif, 32 ədədinin pulunu isə o ödəmişdir. Aldıqları dərman vasitələrini, eyni zaman geyim əşyalarını götürərək birlikdə Gürcüstan Respublikasının Azərbaycanla sərhəddində yerləşən Muğanlı kəndinə gəlmişdir. Oradan Vaqif, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə zəng etmiş və dərman vasitələri gətirdiyini bildirərək gömrükdən keçirməkdə köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs heç bir problemin olmadığını bildirərək Muğanlı kəndində Namiq adlı şəxsin ev ünvanını vermişdir. Pərviz dərman vasitələrini həmin evə qoymağı, bir həftəyə Gürcüstan Respublikasına gedəcəyini, getdiyi zaman dərmanları Azərbaycan Respublikasına keçirərək təhvil verəcəyini bildirmişdir. Vaqif onunla razılaşmış və Namiq adlı şəxsin ev ünvanına getmişdir. Orada Namiq adlı şəxslə görüşmüş, onları Təqsirləndirilən şəxs göndərdiyini, Azərbaycan Respublikasına keçirilməli olan dərman vasitələrinin olduğunu, həmin dərman vasitələrini evə qoymalı olduğunü bildirmişdir. Namiq adlı şəxs heç bir problemin olmadığı dedikdən sonra dərman vasitələrini onun evinə qoymuşdur. Dərman vasitələrinin Namiq adlı şəxsin evinin otaqlarından birinə qoymuşlar və həmin zaman orada xeyli sayda fişənglərin olduğunu görmüşlər. Dərman vasitələrini həmin evə yerləşdirdikdən sonra sərhədə qayıtmış və Azərbaycan Respublikasına keçmişdir. Azərbaycana keçdikdən sonra Qazax rayonu, Şıxlı kəndində Təqsirləndirilən şəxsla görüşmüş və ona dərman vasitələrini keçirmək üçün 670 (altı yüz yetmiş) manat pul ödəmişlər. Pərviz pulu götürdükdən sonra bir həftəyə Gürcüstan Respublikasına gedərək dərmanları gətirəcəyini demiş, onlar isə gözləyəcəyini demişlər. Bundan sonra, Pərvizlə söhbət etmişlər və söhbət əsnasında Namiqin evində xeyli sayda fişəng olduğunu demişlər. Bu zaman Təqsirləndirilən şəxs qarşıdan gələn “Novruz” bayramı ilə əlaqədar xalası oğlu Şahid1la birlikdə Bakı şəhərinə fişəng gətirəcəklərini, bunun üçün Xırdalan şəhərində yer tutduqlarını bildirmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs heç bir söz deməmiş və onunla görüşərək oradan çıxaraq Bakı şəhərinə gəlmişlər. 2019-cu ilin mart ayının 04-də təxminən saat 15:00 radələrində Vaqifin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ofisində olmuşlar. Həmin vaxt ondan başqa Vaqifin tanışları Coşqun, Sara və Namiq onun yanında olmuşdur. Söhbət etdikləri zaman Təqsirləndirilən şəxs və qohumu kimi təqdim etdiyi İsmayıl adlı şəxslə ofisə gəlmişlər. Təqsirləndirilən şəxs topdan fişəng satışını həyata keçirdiklərini və yaxşı qazanc qaldığını bildirmişdir. Bu zaman onlar Pərvizdən fişənglərin qiymətini soruşmuşlar. Təqsirləndirilən şəxs fişənglərin qiymətinin 30 manat olduğunu, Xırdalan şəhərində yer götürərək fişəngləri həmin yerə yığdıqlarını bildirmişdir. Bundan sonra, Vaqiflə o, fişəng alaraq satmaq istədiklərini demişdir. Təqsirləndirilən şəxs heç bir problemin olmadığını demişdir. Bu danışığından sonra Təqsirləndirilən şəxsla onun tanışı İsmayıl ofisdən çölə çıxmışlar. Birneçə dəqiqə sonra Təqsirləndirilən şəxs içəri qayıdaraq neçə ədəd fişəng istədiyini soruşaraq pullarını verməsinin bildirmişdir. Bundan sonra, Vaqif 9000 (doqquz min) manat sayaraq Pərvizə vermiş və 300 ədəd fişəng gətirməsini tapşırmışdır. O, isə Pərvizə 7500 (yeddi min beş yüz) manat pul verərək 250 ədəd fişəng gətirməsini xahiş etmişdir. Pərviz pulları götürərək saat 18:00-a kimi fişəngləri gətirəcəyini demiş və oradan çıxaraq getmişdir. Saat 18:00 radələrində Təqsirləndirilən şəxs xəbər çıxmadığını görüb ona zəng etmişlər. Lakin, Təqsirləndirilən şəxs mobil telefonuna zəng çatmamışdır. Bir müddətdə gözləmişlər və daha sonra Pərvizin “watsapp” sosial şəbəkəsinə baxmışlar. Bu zaman Təqsirləndirilən şəxs xətdə olduğunu görüb “watsapp” sosial şəbəkəsinə zəng etmişlər. Təqsirləndirilən şəxs mobil telefona cavab verərək təcili Gürcüstan Respublikasına getməli olduğunu, 2-3 günə gələcəyini, gəldiyi zaman dərmanları da gətirəcəyini, eyni zamanda fişəngləri təhvil verəcəyini bildirmişdir. Pərviz dediyi müddətidə gözləmişlər, lakin heç bir xəbər olmadığından həm Təqsirləndirilən şəxsla, həm də Şahid1la dəfələrlə telefonla danışmışlar. Ancaq bunun heç-bir nəticəsi olmamış və Pərviz dərmanları, eyni zamanda fişəngləri təhvil verməmişdir. 2019-cu ilin mart ayının 6-da o, “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs əlində xeyli sayda gürcü larisi ilə şəkil çəkdirərək qoyduğunu görmüşdür. Dərhal zəng edərək Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsindəki profilində onlardan aldığı pulları gürcü larisinə çevirərək şəkil çəkdirib qoyduğunu bildirmişdir. Bundan sonra, onlar mart ayının 10-da Qazax rayonunun Şıxlı kəndinə getmişlər. Kəndə çatdıqdan sonra Pərvizin oradan qaçaraq gizləndiyini öyrənmişlər. Əfqanı taparaq söhbət etmişlər və söhbət zamanı o, Pərvizin ölkəyə keçirəcəyini bildirdiyi və bunun üçün 670 manat pul aldığı dərman vasitələrini ölkəyə gətirərək Bakı şəhərində satdığını, fişəng gətirmək üçün verilən puldan isə ona heç bir məbləğin çatmadığını bildirmişdir. Bundan sonra o və Zərərçəkmiş şəxs1 xx xxxxx 2019-cu il tarixində Sabunçu RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Şahidlər X3 və Şahid2 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədikləri, ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. Cinayət işinin 1-ci cildinin 36-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 95-96-cı vərəqəsində olan xx xxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 99-101-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-508/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 110-111-ci vərəqəsində olan AZ İİİ 470206 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladı var. Cinayət işinin 2-ci cildinin 112-ci vərəqəsində olan Qazax RİHB-nın İkinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi Natiq Qədimov tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə şikayət daxil olmayıb. Cinayət işinin 3-cü cildinin 116-129-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “xxxxxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin sms faylların və anten dairəsinə dair məlumatların olduğu 1 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 117-118-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş zərər tamamilə ödənilmiş, onlar Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət, iddia və tələbləri yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməklə barışdığını, ona qarşı şikayət, iddia və tələbin olmamasını, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı övladının olmasını, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək və xx xxxxxx 2019-cu il tarixdən hökm çıxan günədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə maddi sübut “xxxxxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin sms faylların və anten dairəsinə dair məlumatların olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza məsrəfləri yoxdur. Mülki iddiaya qiymət verməklə məhkəmə hesab edir ki, iş üzrə həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş zərər tamamilə ödənilməsi, onların Təqsirləndirilən şəxsla barışması, ona qarşı şikayət, iddia və tələblərinin olmamasına dair ərizələri mülki iddiadan imtina kimi qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. 186.2. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) il 05 (beş) ay 16 (on altı) gün çıxılaraq üzərində qəti olaraq 06 (altı) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Qazax rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut “xxxxxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin sms faylların və anten dairəsinə dair məlumatların olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia ilə bağlı iş üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-188/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-188/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver