Məhkəmə qərarları › İş №1(008)-189/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-189/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-189/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs MMC-nin səalhiyyətli nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və Müdafiəçi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il tarixdə Tovuz rayonu Qazıqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qazıqulu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MUƏYYƏNETDİ: Verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamışdır. Belə ki, o, xx.xx.2021-ci il tarixdən ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-də ticarət nümayəndəsi işlədiyi dövr ərzində müxtəlif satış məntəqələrinə verilmiş cəmiyyətə məxsus malların ödənişi ilə bağlı Tovuz rayonunda yerləşən “Ailəm Market” satış nöqtəsində X1 əldə etdiyi 5000 manat, “Ayxan market” adlı satış nöqtəsində Şahid3 əldə etdiyi 24 manat, adsız satış nöqtəsində Şahid4 əldə etdiyi 38.40 manat, "Bakir market" adlı satış nöqtəsində Şahid5 əldə etdiyi 56.40 manat, "Bizim market" adlı satış nöqtəsində Şahid6 əldə etdiyi 175,07 manat, "Familə market" adlı satış nöqtəsində Şahid7 əldə etdiyi 100,84 manat və digər müxtəlif satış nöqtələrindən cəmiyyətə məxsus malları sifariş edən sahibkarlar tərəfindən müxtəlif tarixlərdə ödənilmiş pul vəsaitlərini, ümumilikdə Zərərçəkmiş şəxs MMC-yə məxsus 5.501,81 manat (beş min beş yüz bir manat səksən bir bir qəpik) manat məbləğində ona etibar edilmiş özgə əmlakı olan pul vəsaitini cəmiyyətin ünvan 1 ünvanında yerləşən xəzinəsinə təhvil verməyib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə qəsdən mənimsəmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışlar. Mülki iddia onunla əsaslandırılmışdır ki, iş üzrə təqsirləndirilmiş şəxs Təqsirləndirilən şəxs 2021-ci il tarixdən təmsil etdiyi “Aqro-Vest DC MMC-də ticarət nümayəndəsi vəzifəsində fəaliyyət göstərmişdir. İşlədiyi müddətlərin son aylarında xidməti ərazilərində olan satış nöqtələrindən şirkətə məxsus olan malların satışından əldə olunan pullardan, qanunsuz olaraq 5501,81 AZN məbləğində pulu əldə edərək öz şəxsi məqsədləri üçün istifadə etmişdir. 2022-ci ilin fevral ayında ona məxsus olan ərazilərdə olan satış nöqtələrində təftiş yoxlaması keçirilmiş və bu barədə aktlar tərtib edilmişdir və həmin aktda 5501,81 Azn məbləğində pulları götürdüyünü öz imzası ilə təsdiq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə 5501,81 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə prosesi zamanı onun tərəfindən cəmi 650 manat məbləğində ödəniş edilmiş və məbləğin qalan hissəsini, yəni, 4851,81 manat məbləği isə ödəyə bilmədiyini bildirmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən, yəni mülki cavabdeh Təqsirləndirilən şəxs ümumilikdə 4851,81 manat məbləğində şirkətə vurulmuş ziyanı ödəməlidir. Buna görə də, mülki iddia ərizəsi verilərək məhkəmədən vurulmuş ziyanın qalan hissəsinin, yəni 4851,81 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona ittiham elan edildiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Tovuz rayonu, Qazıqulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir və iki övladı var. xx.xx.2021-ci il tarixindən 2022-ci fevral ayına qədər hüquqi ünvanı ünvan 3şən Zərərçəkmiş şəxs MMC-nin satış şöbəsində ticarət nümayəndəsi vəzifəsində çalışmış və işə öz ərizəsi əsasında qəbul olunmuş, sonradan öz ərizəsi əsasında işdən çıxmışdır. Həmin dövrdə Zərərçəkmiş şəxs MMC-nin direktoru İlqar Haqverdiyev adlı şəxs olmuşdur. Cəmiyyət Azərbaycan Respublikası ərazisində müxtəlif çeşidli ərzaq məhsullarının satışını həyata keçirir. O, işə qəbul olunan zaman Zərərçəkmiş şəxs MMC ilə arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Bundan əlavə “Vəzifə borcları” haqqında vəzifə təlimatı ilə tanış edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi siyahıya uyğun olaraq, “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmış, Zərərçəkmiş şəxs MMC ilə qarşılıqlı maddi məsuliyyətləri müəyyən edilmişdir. Həmin müqavilələr onun özü tərəfindən imzalanmışdır. Onun ticarət nümayəndəsi kimi vəzifəsi Tovuz rayonu ərazisində yerləşən marketlərdən sifarişlərin qəbul olunması olmuşdur. Belə ki, o, ticarət nümayəndəsi kimi marketlərdən sifariş qəbul edib, bu barədə terminal vasitəsi ilə Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhərində yerləşən baş ofisinə məlumat verir, onlar da öz növbəsində sifariş verilmiş malları anbarda toplayıb daşıyıcılar vasitəsi ilə marketlərə çatdırırdılar. Malların marketlərə çatdırılması prosessində o, iştirak etmir, lakin malın çatdırılmasına dair qaiməni imzalayırdı. Satılan mallara görə ödənilməli olan pullar da ay ərzində bir neçə dəfə onun tərəfindən hissə-hissə marketlərdən toplanaraq, rayonda yaşadığı üçün gedib-gəlməkdə çətinlik olmamağı üçün “Kapital Bank"ın terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs MMC-nin bank hesabına ödəyirdi. O, pulu ticarət obyektlərinin nümayəndələrindən toplayan zaman aralarında hər hansı bir qəbz tərtib olunmur, pulları nağd formada yığılırdı. Mallar əsasən yararlılıq müddəti bitdikdə və ya satışında ləngimələr olduqda satışdan geri qaytarılırdı. Təxminən 2022-ci ilin fevral ayının əvvəllərində fəaliyyətinin təftişi aparılan zaman ona hesabında 5.505,81 manat məbləğində çatışmazlıq olması barədə məlumat verilmişdir. Bundan sonra xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs MMC-nin maliyyə təftişçisi Şahid1 və bölgə müdiri Vüsal Əhmədlinin iştirakı ilə onun işlədiyi bütün ticarət obyektlərində olaraq müştərilərlə qarşılıqlı üzləşdirmə aparılmış, təhvil-təslim aktları tərtib olunmuşdur. Üzləşdirmə nəticəsində onun hesabında 5.505,81 manat çatışmazlıq olduğu müəyyən edilmişdir. Bu barədə tərtib olunmuş akt onun özü, Şahid1, Vüsal Əhmədli və yoxlamada iştirak etmiş ticarət obyektlərinin nümayəndələri tərəfindən imzalanmışdır. O həmin çatışmazlıqlarla bağlı bildirmişdir ki, Vüsal Quliyevə məxsus “Yüksəl” marketdəki 36.89 manat məbləğində çatışmazlıq həmin marketdən satışdan qaytarma olan bir ədəd 5 litrlik zeytun yağının müştəri sistemindən silinməməsi səbəbindən olmuşdur. Vüqar Kərimova məxsus “Əsədoğlu” marketdəki 21 manat məbləğində çatışmazlıq həmin marketdəki vitrin malların aylıq satışına görə silinməli olan məbləğ silinmədiyi üçün əskik məbləğ kimi onun adına yazılmışdır. Belə ki, şirkət marketə vitrin təqdim edir və həmin vitrin vasitəsi ilə ay ərzində satılmış mallar üzrə məbləğin bir hissəsi geri bonus kimi qaytarılır, yəni marketin borcundan silinir. Şahid6 məxsus “Bizim” marketdəki 175.07 manat, Şahid3 məxsus “Ayxan” marketdəki 24 manat, Şahid5 məxsus “Bakir" marketdəki 56.40 manat, Camal Sadıqova məxsus “Rahat” marketdəki 49.21 manat, Şahid7 məxsus “Familə" marketdəki 100.84 manat məbləğlərində çatışmazlıqların yaranması səbəbi isə həmin marketlərdən məhsullar üzrə satışdan qaytarma olmuş, lakin sistemdən silinməmiş və əskik məbləğ kimi onun üzərinə yazılmışdır. Rafət Həbibova məxsus “Rafet” marketdəki 38.40 manat məbləğində çatışmazlığın yaranma səbəbini isə bilmədiyini bildirmişdir. Sabir Fərzaniyə məxsus “Ailəm” marketdəki 5000 manat məbləğində çatışmazlığın yaranması səbəbi barədə bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC tərəfindən həmin marketə hədiyyə olaraq 960 manat məbləğində 51 ədəd iş geyimi verilmişdir. Həmin 960 manat məbləğini o, müştərinin mallara görə ödədiyi puldan götürüb satış müdiri Elşən müəllimə xəbər verərək iş geyimləri üçün fabrikaya ödəniş etmişdir. Bundan başqa,1230 manatı isə şəxsi məqsədləri üçün götürərək xərcləmişdir. Belə ki, atası onkoloji xəstə olduğundan pula ehtiyacı olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, 1230 manat məbləği götürməkdə məqsədi onun şirkətdə işlədiyi sonuncu ayın, yəni yanvar ayı üçün ona verilməli olan 871 manat məbləğində maaşın verilməməsidir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ziyan məbləğini birdəfəlik ödəmək imkanı yoxdur. 5501,81 manat ziyan məbləğindən 5101 manat hissəsində özünü təqsirli bilir. Həmin məbləğdən isə artıq 650 manat ödəniş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməsi üçün ona kifayət qədər vaxt verdiklərini, hətta ödəniş etdiyi təqdirdə ziyan məbləğində xeyli güzəşt etdiklərini, amma 650 manatdan artıq ödəniş edilmədiyini, buna görə də ziyan məbləğinin bütünlükdə tələb olunduğunu və bununla bağlı mülki iddia verildiyini bildirmişdir. Bundan başqa, bildirmişdir ki, Təqsirləndirilən şəxs mağaza işçiləri üçün formanın sifariş etməsindən yalnız öz şöbə müdirinin məlumatı olmuşdur ki, şöbə müdirinin belə bir sifariş vermək üçün səlahiyyəti olmamışdır. Bu cür məsələlər yalnız rəhbərliyin razılığı ilə tənzimlənir. Təqsirləndirilən şəxs öz əmək haqqını da mağazadan yığdığı pullardan götürmək səlahiyyəti olmamışdır. Ticarət nümayəndələri arasında bu cür hallar tez-tez yaşandığından, illər öncə şirkət daxilində bir əmr verilmiş və ticarət nümayəndələrinə mağazalardan aldıqları və kassaya ödəməli olduqları vəsaitdən əmək haqqlarını götürmələri onlara qadağan olunmuş, işə qəbul olan bütün işçilər kimi Təqsirləndirilən şəxs da həmin əmrlə tanış olmuş və iltizamı imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən hüquqi ünvanı ünvan 3şən, direktoru İlqar Haqverdiyev adlı şəxs olan Zərərçəkmiş şəxs MMC-də maliyyə-təftiş şöbəsində maliyyə təftişçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC Azərbaycan Respublikası ərazisində müxtəlif çeşidli ərzaq məhsullarının satışını həyata keçirir. Onun maliyyə təftişçisi kimi vəzifəsi işlədiyi şirkətin satış nöqtələrində olan maliyyə borclarının yoxlanması və qalıq borclarının təsdiqlənməsindən ibarətdir. Satış nöqtələri maliyyə təftişçiləri arasında bölünərək onlar tərəfindən bir aydan bir növbəli qaydada belə yoxlamalar təşkil olunur. Zərərçəkmiş şəxs MMC-nin məhsulları satış nöqtələrinə ticarət nümayəndələrinin verdikləri sifariş əsasında çatdırılır. Belə ki, sifarişi qəbul etmiş ticarət nümayəndəsi bu barədə terminal vasitəsi ilə MMC-nin baş ofisinə məlumat verir, onlar da öz növbəsində sifariş verilən malları anbarda toplayıb daşıyıcılar vasitəsi ilə satış nöqtələrinə çatdırırlar. Satılan mallara görə ödənilməli olan pullar da ay ərzində bır neçə dəfə ticarət nümayəndələri tərəfindən hissə-hissə marketlərdən toplanaraq MMC-nin yuxarıda qeyd edilmiş ünvanında yerləşən kassasına ödənilir. Rayonlarda çalışan ticarət nümayəndələri isə kassa ödənişlərini terminal və ya "xxxx" ASC vasitəsi ilə aparırlar. Təqsirləndirilən şəxs 2021-ci ilinn mart ayından etibarən tanımışdır. Belə ki, o, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC ilə əmək müqaviləsi bağlayaraq Tovuz bölgəsi üzrə ticarət nümayəndəsi kimi işləməyə başlamışdır. İşlədiyi müddət ərzində hər hansı bir problem və nöqsanlarla qarşılaşmamışlar. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi Tovuz rayon ərazisində yerləşən ticarət obyektlərində balans qalığı üzrə yoxlama aparılmış, yoxlama zamanı Rəşadın işlədiyi 29 ticarət obyektindən 9-da çatışmazlıq aşkar edildiyi müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, Tovuz rayonunda faəliyyət göstərən ticarət obyektlərinin nümayəndələri - Vüsal Quliyevə verdiyi 36,89 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 36,89 manat pulu, Vüqar Kərimova verdiyi 1.684,06 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 21 manat pulu, Sabir Fərzaninin verdiyi 6.345,73 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 5.000 manat pulu, Şahid6 verdiyi 2.396,33 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 175,07 manat pulu, Şahid3 verdiyi 254,45 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 24 manat pulu, Şahid5 verdiyi 984,27 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 56,40 manat pulu, Şahid7 verdiyi 634,48 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 100,84 manat pulu, Rafət Həbibova verdiyi 38,40 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 38,40 manat pulu, Camal Sadıqova verdiyi 1271,91 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 49,21 manat pulu şirkətin kassasına ödəməmiş, həmin obyektlərin hesabından silməmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yoxlama zamanı mağaza nümayəndələri həmin pulları Təqsirləndirilən şəxs ödədiklərini bildirmiş, onlar ödəmiş etdikləri pulu və onlarda qalan mal qalığını təsdiq edən akta imza atmışlar. Yoxlama zamanı satışdan geri qaytarılan mallar və onların dəyəri barədə məlumatlar da tərtib edilmiş akta əlavə edilmişdir. Üzləşdirmənin nəticələrinə dair tərtib edilmiş akt yoxlamada iştirak edən bütün şəxslər, habelə Rəşadın özü tərəfindən imzalanmış, o, üzləşdirmə aktları ilə tanış olduqdan sonra yaranmış çatışmazlıqla bağlı heç bir etirazının olmadığını, həqiqətən də aktda adları qeyd olunan ticarət obyektlərindən pulları yığıb kassaya təhvil verməyərək şəxsi məqsədləri üçün istifadə etdiyini könüllü olaraq etiraf etmiş, həmin təhvil-təslim aktını şəxsən imzalamışdır. Yoxlama zamanı ticarət obyektlərində ümumilikdə 9.478,76 manat dəyərində mal qalıq qalmış, həmin mallar bölgə müdiri Vüsal Əhmədli adlı şəxsə təhvil verilmişdir. Onlar Rəşadın fəaliyyətini yoxladıqdan sonra tərtib olunmuş aktı rəhbərliyə təqdim etmiş, sonradan Rəşad işdən azad edilmişdir. Bildirmişdir ki, eşitdiyinə görə, Rəşad, həmin vaxtdan bəri dəfələrlə xəbərdar edilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək ödənişlər edəcəyini bildirsə də, şirkətə heç bir ödəniş etməmişdir. O, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi hesabında 5.501,81 manat çatışmazlığın yaranmasının səbəbinin marketdən satışdan qaytarma olduğunu, sistemdən silinmədiyi üçün əskik məbləğ kimi onun üzərinə yazıldığını, vitrin malların aylıq satışına görə silinməli olan məbləğin silinmədiyi üçün əskik məbləğ kimi onun adına yazıldığını, bundan başqa Sabir Fərzani adlı şəxsə məxsus “Ailəm” marketdəki 5000 manat məbləğində çatışmazlığın yaranma səbəbinin Zərərçəkmiş şəxs MMC tərəfindən həmin marketə hədiyyə olaraq 960 manat məbləğində 51 ədəd iş geyiminin ona aldırılıb həmin geyimin ödənişini isə marketdən götürdüyü puldan ödəməsinə baxmayaraq onun üzərinə yazıldığını, həmçinin, 2810 manat məbləği götürmə səbəbinin isə satışdan geri qaytarma limitini keçməyi səbəbindən ona cərimələrin yazılması olduğunu, 1230 manat məbləği götürmə səbəbi isə onun sonuncu işlədiyi yanvar ayının 871 manat məbləğindəki maaşının ödənilməməsinin olması barədə bildirmişdir ki, şirkətin daxili qaydalarına uyğun olaraq hər bir ticarət nümayəndəsinə sui-istifadə hallarına yol verilməməsi üçün satışdan geri qaytarmalara limit verilir və həmin limit aşıldığı təqdirdə isə cərimə kimi tənbeh növü tətbiq edilir. Təqsirləndirilən şəxs isə hər hansı bir cərimə yazılmasından, Rəşadın marketə geyim almasından isə onun xəbəri olmamışdır. Həmçinin bildirmişdir ki, satışdan qaytarma olduqda həmin əskik məbləğ həm marketdən, həm də şirkətin öz sistemindən silinir. Təqsirləndirilən şəxs əskik mallara görə borcunun yaranmasını bildirsə də, həmin səbəb cinayət məsuliyyətindən yayınmaq məqsədini daşımışdır. Belə olduğu təqdirdə bu onun öz səhlənkarlığı və səhvi ucbatından baş vermişdir. Belə ki, malların daşıyıcıları rayona gələndə qaytarılmalı olan malları mağazadan təhvil alıb şirkətin anbarına təhvil verirlər, məhz bundan sonra həmin mallar sistemdən silinir. Onun söylədiyi məbləğdəki malların silinməməsinə dair şirkətdə hər hansı bir məlumat olmamışdır. Eyni zamanda onun tərəfindən imzalanmış təhvil-təslim aktlarından da görünür ki, Vüqar Kərimova, Şahid6, Sabir Fərzaniyə, Şahid3, Şahid5 məxsus marketlərdə satışdan qaytarma olmuş, lakin məbləğin az bir hissəsi əskik olaraq qalmışdır. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan məbləğlər geri qaytarılan mallarla bağlı olmamışdır. Geri qaytarılan malların hamısının dəyəri hesablanaraq ümumi məbləğdən çıxılmışdır. Yəni çatışmayan məbləğlərin qaytarılan mallarla bir əlaqəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun özünə məxsus Tovuz şəhəri, M.Musayev küçəsində adsız ərzaq mağazsı olmuşdur. Ərzaq mağazasının sahibi özü olmuşdur. O, həmçinin marketdə topdan satışla məşğul olan firmalardan ərzaq və sair qida məmulatlarının qəbul edilməsinə nəzarət edilməsi və firmanın nümayəndələrinə alınmış malların müqabilində pulların ödənilməsi ilə də məşğul olmuşdur. Həmin mağazanı o, 2022-ci ilin fevral ayının sonlarında bağlamışdır və həmin vaxtdan da mağaza fəaliyyət göstərmir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin satış nümayəndəsi kimi 2021-ci ilin ortalarında tanımışdır. 2021-ci ilin aprel ayından fevral ayınadək olan müddətdə "xxxx" MMC- nin satış təmsilçisi olan Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ərzaq və sair yeyinti məhsulları sifariş vermişdir. Prosedur belə idi: O, sifarişi Rəşada şifahi olaraq bildirir, Rəşad da sifarişi götürüb işlədiyi "xxxx" MMC-yə ötürdükdən qısa müddət sonra həmin şirkətdən gələn tanımadığı başqa nümayəndələr tərəfindən mallar gətirilib marketə təhvil verilir, o isə malları təhvil alarkən şirkətin nümayəndəsi tərəfindən təqdim edilmiş qaiməyə tarix və imza edib geri qaytarırdı. Həmin təhvil alınmış malların müqabilində ödəyəcəyi pulu malları təhvil aldıqdan sonra bir neçə gün ərzində Təqsirləndirilən şəxs verir, yəni Rəşad marketə gəlib malların pulunu ondan alırdı. Həmçinin qeyd etmişdir ki, malların pulunu Rəşada verərkən Rəşadın pul alması barədə heç bir sənədə imza etdirməz, yalnız, öz gündəlik qeyd dəftərində pulu verməyinin özü üçün qeydiyyatını aparmışdır. 2022-ci ilin fevral ayında, dəqiq xatırlamadığı tarixdə "xxxx" MMC-dən nümayəndələr gəlib marketin "xxxx" MMC-yə borcunun olub-olmaması barədə onu sorğu sual etmişlər. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə malların alğı-satqısı barədə verdiyi məlumatda onun işlətdiyi ərzaq mağazasının həmin şirkətə guya 2022-ci ilin fevral ayınadək 38.40 manat məbləğində pulun əskik olduğunu göstərmişdir. Lakin bildirmişdir ki, şirkətin nümayəndələri tərəfindən 2022-ci ilin fevral ayında edilən təftiş tarixinədək marketin Aqro- Vest" MMC-yə həmin əskik gələn məbləğdə yəni, 38.40 manat məbləğində borcu qalmamışdır. Görünür ki, Təqsirləndirilən şəxs ona malların müqabilində ödənilmiş pulun 38.40 manat məbləğində hissəsini "xxxx" MMC-nin xəzinəsinə köçürməmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən tərtib olunmuş "Təhvil Təslim” aktı ilə tanış olaraq həmin aktda "Müştərinin imzası" sütunundakı imzanın onun qızı X11 tərəfindən icra olunduğunu, həmin vaxt özünün də orada olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, onun həmin tarixə borcu qalmamış, lakin MMC-nin sistemində 38.40 manat borc göstərilmişdir. Görünür ki, Təqsirləndirilən şəxs həmin ödədiyi 38.40 manat pulu şirkətin xəzinəsinə ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, mağaza işçilərinə forma alınması ilə bağlı rəhbərliyin razılığı alınmamış Təqsirləndirilən şəxs özbaşına belə bir qərar almışdır. Onun özünün isə rəhbərliyin razılığı olmadan belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu mərkəzində yerləşən X2 adına fiziki şəxs VÖEN-i olan “Ailəm” Market satış nöqtəsində 2022-ci ilin may ayına qədər mühasib vəzifəsində işləmişdir. İşlədiyi dövrdə mühasib kimi satış nöqtələrinnin vergi uçotu, köçürmələri, nağd ödənişləri və.s həyata keçirməkdən ibarət olmuşdur. Bildirmişdir ki, işlədiyi dövrdə ödənişləri adətən satış nöqtələri üçün əvvəlcədən sifariş verilmiş malların sahibi olan cəmiyyətlərə köçürmələri və ya satış təmsilçilərinə olan nağd ödənişləri hər ayın sonuna cəmiyyətlərin borcu nəzərdən keçirilərək tam və ya qismən ödənilmişdir. O, işlədiyi dövrdə Zərərçəkmiş şəxs MMC-yə məxsus qida məhsulları sifariş verilmiş və nəğd ödənişləri satış təmsilçiləri olan Təqsirləndirilən şəxs satış nöqtəsində əlbəəl ödənilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları onun fəaliyyət göstərdiyi marketə gələrək xx.xx.2022-ci il tarixə olan borcu yoxlayarkən onların qeydlərində borc qalığı görünməsə də, cəmiyyətin sistemində 5000 manat məbləğində fərqlə 6345,73 manat borcun olduğu və 1345,73 manat məbləğində malın isə geri qaytarıldığı qeyd olumuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxs MMC-nin əməkdaşlarına qalıq kimi görünən 5000 manat məbləğdə pul vəsaitini 2022-ci ilin yanvarın sonunda, işlədiyi marketdə əlbəəl formada satış təmsilçiləri olan Təqsirləndirilən şəxs verdiyini və 1345,73 manat məbləğində malları isə işçilərinin qaytardığını və akta imza çəkdiyini bildirmişdir. Bundan sonra o özü Təqsirləndirilən şəxsla əlaqə saxlayarkən baş verənləri Rəşada bildirdikdə Rəşad həmin vaxt 5000 manat pul vəsaitini ondan aldığını etiraf edərək özünün cəmiyyətə izah verəcəyini bildirmişdir. Şahid X4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, formalarla bağlı yalnız Təqsirləndirilən şəxs ilə danışmış və yalnız onunla razılaşmışlar. Zərərçəkmiş şəxs MMCdən Təqsirləndirilən şəxs başqa kiminləsə formalar barədə danışıqları olmamışdır. Şahidlər X5, Şahid3, Şahid5, Şahid6, Şahid7 Tovuz rayonunda yaşadıqları üçün məhkəmə iclasında iştirak edə bilmək üçün gələ bilmədiklərini, istintaqda verdikləri ifadəni təsdiq etdiklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Adı çəkilən şahidlərin məhkəmə iclaslarında iştiraklarını təmin etmək mümkün olmadığından onların ibtidai istintaq zamanı verdikləri ifadələr məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, iki övladı var. Orta təhsilini Tovuz rayonunda aldıqdan sonra, bakalavr təhsilini Azərbaycan Dövlət Kənd Təsərrüfat Akademiyasında almışdır xx.xx.2022-ci il tarixdən etibarən hüquqi ünvanı ünvan 6şən, direktoru İlqar Haqverdiyev adlı şəxs olan Zərərçəkmiş şəxs MMC-də qida departamentində bölgə müdiri vəzifəsində çalışır. İşə öz ərizəsi əsasında qəbul olunmuşdur. Cəmiyyət Azərbaycan Respublikası ərazisində müxtəlif çeşidli ərzaq məhsullarının satışını həyata keçirir. O, işə qəbul olunan zaman Zərərçəkmiş şəxs MMC ilə arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Bundan əlavə “Vəzifə borcları” haqqında vəzifə təlimatı ilə tanış edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi siyahıya uyğun olaraq, “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmış, qarşılıqlı maddi məsuliyyətləri müəyyən edilmişdir. Həmin müqavilələr onun özüm tərəfindən imzalanmışdır. Onun bölgə müdiri kimi vəzifəsi xidməti ərazisində olan ticarət obyektlərində satışa nəzarət etməkdən, tabeliyində olan ticarət nümayəndələrinin fəaliyyətini inkişaf etdirməkdən ibarətdir. Zərərçəkmiş şəxs MMC-nin məhsulları satış nöqtələrinə ticarət nümayəndələrinin verdikləri sifariş əsasında çatdırılır. Belə ki, sifarişi qəbul etmiş ticarət nümayəndəsi bu barədə terminal vasitəsi ilə MMC-nin baş ofisə məlumat verir, onlarda öz növbəsində sifariş verilən malları anbarda toplayıb daşıyıcılar vasitəsi ilə satış nöqtələrinə çatdırırlar. Satılan mallara görə ödənilməli olan pullarda ay ərzində bir neçə dəfə ticarət nümayəndələri tərəfindən hissə-hissə marketlərdən toplanaraq MMC-nin yuxarıda qeyd edilmiş ünvanında yerləşən kassasına ödənilir. Rayonlarda-çalışan ticarət nümayəndələri isə kassa ödənişlərini terminal və ya "xxxx" ASC vasitəsi ilə aparırlar. Zərərçəkmiş şəxs MMC-nin tərkibində iki departament fəaliyyət göstərir ki, onlardan biri ət və ət məhsullarının satışını həyata keçirir, digər departament isə qida məhsullarının satışını həyata keçirir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs işə qəbul olunduqdan sonra tanımışdır. Lakin o həmin zaman işə yeni təyinat aldığı üçün bir çox da yaxından münasibətləri olmamışdır. Bildiyi qədəri ilə, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə MMC ilə əmək müqaviləsi bağlayaraq Tovuz bölgəsi üzrə ticarət nümayəndəsi kimi işləməyə başlamışdır. Təxminən 2022-ci ilin fevral ayın əvvəllərində maliyyəçi-təftişçi Şahid1 tərəfindən bölgə üzrə yoxlamalar aparılmış, yoxlama zamanı Rəşadın işlədiyi 29 ticarət obyektindən 9-da çatışmazlıq olduğu müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, Tovuz rayonunda fəaliyyət göstərən ticarət obyektlərinin nümayəndələri Vüsal Quliyevə verdiyi 36,89 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 36,89 manat pulu, Vüqar Kərimova verdiyi 1.684,06 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 21 manat pulu, Sabir Fərzaninin verdiyi 6.345,73 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 5.000 manat pulu, Şahid6 verdiyi 2.396,33 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 175,07 manat pulu, Şahid3 verdiyi 254,45 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 24 manat pulu, Şahid5 verdiyi 984,27 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 56,40 manat pulu, Şahid7 verdiyi 634,48 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 100,84 manat pulu, Rafət Həbibova verdiyi 38,40 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs ödənilmiş 38,40 manat pulu, Camal Sadıqova verdiyi 1271,91 manat dəyərində malın satışından Təqsirləndirilən şəxs Ödənilmiş 49,21 manat pulu şirkətin kassasına Ödəməmiş, həmin obyektlərin hesabından silməmişdir. xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə onun, Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə yoxlama zamanı mağaza nümayəndələri həmin pulları Təqsirləndirilən şəxs ödədiklərini bildirmiş, onlar ödəmiş olduqları pulu və onlarda qalan mal qalığını təsdiq edən akta imza atmışlar. Üzləşdirmənin nəticələrinə dair tərtib edilmiş təhvil-təslim aktları, yoxlamada iştirak edən bütün şəxslər, habelə Rəşadın özü tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs üzləşdirmə aktları ilə tanış olduqdan sonra yaranmış çatışmazlıqla bağlı heç bir etirazının olmadığını, həqiqətən də aktda adları qeyd olunan ticarət obyektlərindən pulları yığıb kassaya təhvil verməyərək şəxsi məqsədləri üçün istifadə etdiyini könüllü olaraq etiraf edərək həmin təhvil-təslim aktlarını şəxsən imzalamışdır. Onlar Rəşadın fəaliyyətini yoxladıqdan sonra tərtib olunmuş aktı rəhbərliyə təqdim etmiş, sonradan Rəşad işdən azad edilmişdir. Bildirmişdir ki, eşitdiyinə görə, Rəşad, həmin vaxtdan bəri dəfələrlə xəbərdar edilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək ödənişlər edəcəyini bildirsə də, şirkətə heç bir ödəniş etməmişdir. O, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi hesabında 5.501,81 manat çatışmazlığın yaranmasının səbəbinin marketdən satışdan qaytarma olduğunu, sistemdən silinmədiyi üçün əskik məbləğ kimi onun üzərinə yazıldığını, vitrin malların aylıq satışına görə silinməli olan məbləğin silinmədiyi üçün əskik məbləğ kimi onun adına yazıldığını, bundan başqa Sabir Fərzani adlı şəxsə məxsus “Ailəm” marketdəki 5000 manat məbləğində çatışmazlığın yaranma səbəbinin Zərərçəkmiş şəxs MMC tərəfindən həmin marketə hədiyyə olaraq 960 manat məbləğində 51 ədəd iş geyiminin ona aldırılıb həmin geyimin ödənişini isə marketdən götürdüyü puldan ödəməsinə baxmayaraq onun üzərinə yazıldığını,, həmçinin, 2810 manat məbləği götürmə səbəbinin isə satışdan geri qaytarma limitini keçməyi səbəbindən ona cərimələrin yazılması olduğunu 1230 manat məbləği götürmə səbəbi isə onun sonuncu işlədiyi yanvar ayının 871 manat məbləğində ki maaşının ödənilməməsinin olması barədə bildirmişdir ki, şirkətin daxili qaydalarına uyğun olaraq hər bir ticarət nümayəndəsinə sui- istifadə hallarına yol verilməməsi üçün satışdan geri qaytarmalara limit verilir və həmin limit aşıldığı təqdirdə isə cərimə kimi tənbeh növü tətbiq edilir. Təqsirləndirilən şəxs isə hər hansı bir cərimə yazılmasından, Rəşadın marketə geyim almasından isə onun xəbəri olmamışdır. Fləmçinin bildirmişdir ki, satışdan qaytarma olduqda həmin əskik məbləğ həm marketdən, həm də şirkətin öz sistemindən silinir. Təqsirləndirilən şəxs əskik mallara görə borcunun yaranmasını bildirsə də, həmin səbəb cinayət məsuliyyətindən yayınmaq məqsədini daşımışdır. Belə olduğu təqdirdə bu onun öz səhlənkarlığı və səhvi ucbatından baş vermişdir. Belə ki, malların daşıyıcıları rayona gələndə qaytarılmalı olan malları mağazadan təhvil alıb şirkətin anbarına təhvil verirlər, məhz bundan sonra həmin mallar sistemdən silinir. Onun söylədiyi məbləğdəki malların silinməməsinə dair şirkətdə hər hansı bir məlumat olmamışdır. Eyni zamanda onun tərəfindən imzalanmış təhvil-təslim aktlarından da görünür ki, Vüqar Kərimova, Şahid6, Sabir Fərzaniyə, Şahid3, Şahid5 məxsus marketlərdə satışdan qaytarma olmuş, lakin məbləğin az bir hissəsi əskik olaraq qalmışdır. (i.v. 139-143) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus ünvan 8arket” adlı ərzaq mağazası var. Ərzaq mağazasının sahibi özüdür, O, həmçinin marketdə topdansatışla məşğul olan firmalardan ərzaq və sair qida məmulatlarının qəbul edilməsinə nəzarət edilməsi və firmanın nümayəndələrinə alınmış malların müqabilində pulların ödənilməsi ilə də məşğuldur. Təqsirləndirilən şəxs əvvəldən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşının qardaşı olmuşdur. Bundan başqa Rəşad "xxxx" MMC-nin satış nümayəndəsi işləmişdir. O, 2021-ci ilin aprel ayından fevral ayınadək olan müddətdə "Aqro-Vest” MMC-nin satış təmsilçisi olan Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ərzaq və sair yeyinti məhsulları sifariş vermişdir. Prosedur belə idi: O, sifarişi Rəşada şifahi olaraq bildirir, Rəşad da sifarişi götürüb işlədiyi "Aqro- Vest” MMC-yə ötürdükdən qısa müddət sonra həmin şirkətdən gələn tanımadığı başqa nümayəndələr tərəfindən mallar gətirilib marketə təhvil verilir, o.isə malları təhvil alarkən şirkətin nümayəndəsi tərəfindən təqdim edilmiş qaiməyə tarix və imza edib geri qaytarırdı. Həmin təhvil alınmış malların müqabilində ödəyəcəyi pulu malları təhvil aldıqdan sonra bir neçə gün ərzində Təqsirləndirilən şəxs verir, yəni Rəşad marketə gəlib malların pulunu ondan alırdı. Həmçinin qeyd etmişdir ki, malların pulunu Rəşada verərkən Rəşadın pul alması barədə heç bir sənədə imza etdirməz, yalnız, öz gündəlik qeyd dəftərində pulu verməyinin özü üçün qeydiyyatını aparırmışdır. 2022-ci ilin fevral ayında, dəqiq xatırlamadığı tarixdə "xxxx" MMC-dən nümayəndələr gəlib marketinin "Aqro-Vest” MMC-yə borcunun olub-olmaması barədə onu sorğu sual etmişlər. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC -yə malların alğı-satqısı barədə verdiyi məlumatda "Ayxan" marketin həmin şirkətə guya 2022-ci ilin fevral ayınadək qaytarmaları və ödənişi çıxmaq şərti ilə faktiki borcları olan 118.44 manatdan artıq olan 24 manat məbləğində əskik olduğunu göstərmişdir. Lakin qeyd etmişdir ki, şirkətin nümayəndələri tərəfindən 2022- ci ilin fevral ayında edilən təftiş tarixinədək "Ayxan " marketin "xxxx" MMC -yə həmin əskik gələn məbləğdə yəni, 24 manat məbləğində borcu qalmamışdır. Görünür ki, Təqsirləndirilən şəxs malların müqabilində Rəşadın özünə ödədiyi pulun 24 manat məbləğində olan hissəsini "Aqro-Vest” MMC-nin xəzinəsinə köçürməmişdir. Bundan başqa "Aqro-Vest” MMC tərəfindən tərtib olunmuş 'Təhvil Təslim" aktı ilə tanış olaraq həmin aktda "Müştərinin imzası" sütunundakı imzanın onun tərəfindən icra olunduğunu, onun həmin tarixə qaytarmaları və ödənişi çıxmaq şərti ilə onlara 118.44 manat borcu qaldığını bildirişdir. Amma MMC-nin sistemində isə faktiki borcu olan 118,44 manatdan 24 manat artıq borc göstərilmişdir. Görünür ki, Təqsirləndirilən şəxs onun ödədiyi 24 manat əskik gələn pulu şirkətin xəzinəsinə ödənməmişdir. (i.v. 180-181) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun özünə məxsus Tovuz mərkəzi bazarında "Bakir market" adlı ərzaq mağazası vardır. Ərzaq mağazasının sahibi o özüdür. Bildirmişdir ki, şəxsi işləri ilə bağlı olaraq o həmin mağazada çox olmadığından topdansatışla məşğul olan firmalardan ərzaq və sair qida məmulatlarının qəbul edilməsinə nəzarəti və firmanın nümayəndələrindən alınmış malların müqabilində pulların ödənilməsini qohumu X6 həyata keçirmişdir. Onu da qeyd etmişdir ki, Cavad Əhmədli onun mağazasında satıcı işləyir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Belə ki, o, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin satış nümayəndəsi kimi tanımışdır və bildiyinə görə Cavad Əhmədli 2021 -ci ilin aprel ayından fevral ayınadək olan müddətdə "xxxx" MMC-nin satış təmsilçisi olan Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ərzaq və sair yeyinti məhsulları sifariş vermişdir. Prosedur belə olmuşdur: Cavad sifarişi Rəşada şifahi olaraq bildirmiş, Rəşad da sifarişi götürüb işlədiyi "xxxx" MMC-yə ötürdükdən qısa müddət sonra həmin şirkətdən gələn başqa nümayəndələr tərəfindən mallar gətirilib marketə təhvil verilirdi. Cavad da malları təhvil alarkən şirkətin nümayəndəsi tərəfindən təqdim edilmiş qaiməyə tarix və imza edib geri qaytarmışdır. Cavad həmin təhvil alınmış malların müqabilində ödəyəcəyi pulu kassadan götürərərk malları təhvil aldıqdan sonra bir neçə gün ərzində Təqsirləndirilən şəxs vermiş, yəni Rəşad marketə gəlib malların pulunu Cavaddan almışdır.Həmşinin qeyd etmişdir ki, Cavad malların pulunu Rəşada verərkən onun pul alması barədə heç bir sənədə imza etdirməmişdir. Bildiyinə görə, 2022-ci ilin fevral ayında, dəqiq xatırlamadığı tarixdə "xxxx" MMC-dən nümayəndələr gəlib marketin "xxxx" MMC-yə borcunun olub- olmaması barədə Cavadı sorğu sual etmişlər. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə malların alğı- satqısı barədə verdiyi məlumatda "Bakir" marketin həmin şirkətə guya 2022-ci ilin fevral ayınadək qaytarmaları çıxmaq şərtilə faktiki borcu olan olan 615.9 manatdan artıq olan 56.40 manat məbləğində pulun əskik olduğunu göstərmişdir. Lakin o bildirmişdir ki, şirkətin nümayəndələri tərəfindən 2022-ci ilin fevral ayında edilən təftiş tarixinədək "Bakir"xxxx" MMC-yə həmin əskik gələn məbləğdə yəni, 56,40 manat məbləğində borcu qalmamışdır. Görünür ki, Təqsirləndirilən şəxs ona malların müqabilində ödənilmiş pulun 56.40 manat məbləğində olan hissəsini "xxxx" MMC-nin xəzinəsinə köçürməmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən tərtib olunmuş "Təhvil Təslim" aktı ilə tanış olaraq həmin aktda ’’Müştərinin imzası" sütunundakt imzanın onun qohumu Cavad Əhmədli tərəfindən icra olunduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, onun həmin tarixə qaytarmaları çıxmaq şərti ilə onlara 615.99 manat borcu qalmışdır. Amma MMC-nin sistemində isə faktiki borcu olan 615.99 manatdan 56.40 manat artıq borc göstərilmişdir. Görünür ki, Təqsirləndirilən şəxs həmin ödədiyi 56.40 manat əskik gələn pulu şirkətin xəzinəsinə ödəməmişdir. (i.v. 184-186) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində özünə "Bizim market" adlı ərzaq mağazası vardır. Ərzaq mağazasının sahibi o özüdür. Bildirmişdir ki, şəxsi işləri ilə bağlı olaraq o həmin mağazada çox olmadığından topdansatışla məşğul olan firmalardan ərzaq və sair qida məmulatlarının qəbul edilməsinə nəzarəti və firmanın nümayəndələrindən alınmış malların müqabilində pulların ödənilməsini qaynı Babək İsgəndərov həyata keçirmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin satış nümayəndəsi kimi tanımışdır və bildiyinə görə qaynı Babək İsgəndərov 2021-ci ilin aprel ayından fevral əyınadək olan müddətdə "xxxx" MMC-nin satış təmsilçisi olan Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ərzaq və sair yeyinti məhsulları sifariş vermişdir. Proses belə olmuşdur; Babək sifarişi Rəşada şifahi olaraq bildirmiş. Rəşad da sifarişi götürüb işlədiyi "xxxx" MMC-yə ötürdükdən qısa müddət sonra həmin şirkətdən gələn başqa nümayəndələr tərəfindən mallar gətirilib marketə təhvil verilirdi. Babək də malları təhvil alarkən şirkətin nümayəndəsi tərəfindən təqdim edilmiş qaiməyə tarix və imza edib onlara qaytarmışdır. Babək həmin təhvil alınmış malların müqabilində ödəyəcəyi pulu kassadan götürüb malları təhvil aldıqdan sonra bir neçə gün ərzində Təqsirləndirilən şəxs vermiş, yəni Rəşad marketə gəlib malların pulunu Babəkdən almışdır. Onu da qeyd etmişdir ki, Babək malların pulunu Rəşada verərkən onun pul alması barədə heç bir sənədə imza etdirməmişdir. Bildiyim görə, 2022-ci ilin fevral ayında, dəqiq xatırlamadığı tarixdə Aqro-Vest" MMC-dən nümayəndələr gəlib marketin onlara borcunun olub-olmaması barədə Babəki sorğu sual etmişlər. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC -yə malların alğı-satqısı barədə verdiyi məlumatda "Bizim" marketin həmin şirkətə guya 2022-ci ilin fevral ayinədək qaytarmaları və ödənişi çıxmaq şərti ilə faktiki borcu olan 1762,03 manatdan artıq olan 175,07 manat məbləğində əskik olduğunu göstərmişdir. Lakin bildirmişdir ki, şirkətin nümayəndələri tərəfindən 2022ci ilin fevral ayında edilən təftiş tarixinədək "Bizim"xxxx" MMC-yə həmin əskik gələn məbləğdə yəni, 175,07 manat məbləğində borcu qalmamışdır. Görünür ki, Təqsirləndirilən şəxs ona malların müqabilində ödənilmiş pulun 175.07 manat məbləğində olan hissəsini "xxxx" MMC-nin xəzinəsinə köçürməmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən tərtib olunmuş "Təhvil Təslim" aktı ilə tanış olaraq həmin aktda "Müştərinin imzası" sütunundakı imzanın onun qaynı Babək İsgəndərov tərəfindən icra olunduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, onun həmin tarixə qaytarmaları və ödənişi çıxmaq şərti ilə "xxxx" MMC-yə 1762,03 manat borcu qalmışdır. Amma MMC-nin sistemində isə faktiki borcu olan 1762,03 manatdan 175,07 manat artıq borc göstərilmişdir. Görünür ki, Təqsirləndirilən şəxs həmin ödədiyi 175,07 manat əskik gələn pulu şirkətin xəzinəsinə ödəməmişdir. (i.v. 187-188) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, ünvan 13 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində özünə "Familə market" adlı ərzaq mağazası vardır. O, marketdə topdansatışla məşğul olan firmalardan ərzaq və sair qida məmulatlarının qəbul edilməsinə nəzarət edilməsi və firmanın nümayəndələrinə alınmış malların müqabilində pulların ödənilməsi ilə məşğuldur. Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. O, 2021 -ci ilin aprel ayından fevral ayinədək olan müddətdə Aqro-Vest" MMC-nin satış təmsilçisi olan Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ərzaq və sair yeyinti məhsulları sifariş vermişdir. Prosedur belə idi: O, sifarişi Rəşada şifahi olaraq bildirir, Rəşad da sifarişi götürüb işlədiyi "xxxx" MMC-yə ötürdükdən qısa müddət sonra həmin şirkətdən gələn tanımadığı başqa nümayəndələr tərəfindən mallar gətirilib marketə təhvil verilir, o.isə malları təhvil alarkən şirkətin nümayəndəsi tərəfindən təqdim edilmiş qaiməyə tarix və imza edib geri qaytarırdı. Həmin təhvil alınmış malların müqabilində ödəyəcəyi pulu kassadan götürüb malları təhvil aldıqdan sonra bir neçə gün ərzində Təqsirləndirilən şəxs verir, yəni Rəşad marketə gəlib malların pulunu ondan alırdı. Həmçinin qeyd etmişdir ki, malların pulunu Rəşada verərkən Rəşadın pul alması barədə Rəşad ona qaimə verirdi, qaimənin bir nüsxəsini də özündə saxlayırdı. Lakin, uzun müddət keçdiyindən həmin qaimələr onda qalmamışdır. 2022-ci ilin fevral ayında, dəqiq xatırlamadığı tarixdə "xxxx" MMC-dən nümayəndələr gəlib marketinin "xxxx" MMC-yə borcunun olub-olmaması barədə onu sorğu sual etmişlər. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC -yə malların alğı-satqısı barədə verdiyi məlumatda "Familə" marketin həmin şirkətə guya 2022-ci ilin fevral ayınadək faktiki borcu olan 533,64 manatdan artıq olan 100,84 manat məbləğində əskik olduğunu göstərmişdir. Lakin bildirmişdir ki, şirkətin nümayəndələri tərəfindən 2022ci ilin fevral ayında edilən təftiş tarixinədək "Familə"xxxx" MMC-yə həmin əskik gələn məbləğdə yəni, 100,84 manat məbləğində, ümumilikdə 634,48 manat borcu qalmamışdır, həmin dövrə onun 533,64 manat borcu olmuşdur və o, hazırda həmin borcu ödəmişdir. Görünür ki, Təqsirləndirilən şəxs malların müqabilində ödənilmiş pulun 100,84 manat məbləğində olan hissəsini "xxxx" MMC-nin xəzinəsinə köçürməmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən tərtib olunmuş "Təhvil Təslim" aktı ilə tanış olaraq həmin aktda "Müştərinin imzası" sütunundakı imzanın onun tərəfindən icra olunduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, onun MMC-yə 634,48 manat yox, 533,64 manat borcu qalmışdır. MMC-nin sistemində isə faktiki borcu olan 533,64 manatdan 100,84 manat artıq borc göstərilmişdir. Görünür ki, Təqsirləndirilən şəxs həmin ödədiyi 100,84 manat əskik gələn pulu şirkətin xəzinəsinə ödəməmişdir. Bildirmişdir ki, onun hazırda həmin şirkətə borcu yoxdur. (i.v. 189-190) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmış və Təqsirləndirilən şəxs satış üzrə nümayəndə (sənaye məhsulları) vəzifəsində işə başlamışdır. (i.v. 12) 03 mart 2022-ci tarixli Aktdan görünür ki, Auditin yekununa dair nəticə və təhlildən görünür ki, aparılmış audit yoxlamasına əsasən cəmiyyətin ticarət nümayəndəsi Təqsirləndirilən şəxs maddi məsuliyyətində (hesabında) xx.xx.2022-ci il tarixə 5501,81 manat mal-pul çatışmazlığı aşkar edilmişdir. (i.v. 8-9) Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor X9 tərəfindən verilmiş rəydən görünür ki, ticarət nümayəndəsi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə 5505,81 (beş min beş yüz beş manat 81 qəpik) manat çatışmazlıq ilkin sənədlərə uyğun olaraq düzgün təsəvvür yaradır. (i.v. 10) 09 mart 2021-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında Müqavilədən görünür ki, “İşçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində “İşəgötürənə” ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə görə tam maddi məsuliyyət daşıyır.” (i.v. 20) 09 mart 2021-ci il tarixli Zərərçəkmiş şəxs və ticarət nümayəndəsi arasında bağlanan satış şöbəsinin ticarət nümayəndəsinin vəzifə təlimatından görünür ki, 2.14-cü bəndə əsasən “Bütün sifarişlər və bağlanmış müqavilələr barəsində Rəhbərliyə bildiriş vermək”, 2.16-cı bəndə əsasən “yeni müştərilərə Şirkətin məhsullarını və xidmətlərini təklif etməmişdən qabaq Rəhbərliyin razılığını almaq” vəzifələri müəyyən olunmuş, 3.5-ci bəndə əsasən isə “Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi və həmçinin maddi məsuliyyət müqaviləsi tərəfindən müəyyən edilmiş qaydada Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Şirkətə maddi ziyan vurulmasına görə” məsuliyyət müəyyən edilmişdir. (i.v. 23-25) “Aqro-Vest DC MMC-də öz qulluq mövqeyindən istifadə edərək qaydalara və qanuna zidd hərəkətlərə yol verən əməkdaşlar barədə” 01 noyabr 20217-ci il tarixli əmrdən görünür ki, “Aqro-Vest DC MMC-nin xidməti ərazilərində fəaliyyət göstərən ticarət nümayəndələri və digər əməkdaşlar işdən azad olunma ərəfəsində özbaşına əmək haqlarını hesablayaraq, xidməti ərazilərində olan satış nöqtələrindən şirkətə məxsus olan pulu və ya malı qeyri-qanuni olaraq əldə edərək öz maaşı kimi nəzərə alarsa, bu zaman onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinə əsasən (öz qulluq mövqeyindən istifadə etməklə ziyan vurma) məsuliyyətə cəlb olunacaqlar. xx.xx.2021-ci il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs bu əmrlə tanış olaraq əmrin tələblərinə əməl etməyə söz vermis və əks halda məsuliyyət daşıyacağından xəbərdar olduğunu bildirmişdir. (i.v. 26-27) 09 mart 2021-ci il tarixli İltizamdan görünür ki, Təqsirləndirilən şəxs xidməti ərazisində olan bütün ticarət nöqtələrindən yığılan pulların mənimsənilməsinə yolverməyəcəyinə dair iltizam vermişdir. (i.v. 29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7166 nömrəli məhkəmə ekspert rəyində tədqiqatın nəticəsi olaraq göstərilmişdir ki, iş materiallarında olan sənədlər (təhvil-təslim aktları, qaimə-fakturalar, müqavilələr və s.) və sərbəst auditor X7 tərəfindən tərtib edilmiş 03.03. 2022-ci il tarixli auditor “Aktını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə «Aqro-Vest DC” MMC-də Təqsirləndirilən şəxs hesabı üzrə xx.xx.2022-ci il tarixə 5.501,81 (beş min beş yüz bir manat səksən bir bir qəpik)manat məbləğində çatışmazlıq müəyyən edilir. (i.v. 117-119) Tovuz RİHB-nin Aşağı Öysüzlü kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Aşağı Öysüzlü kənd ərazi dairəsi üzrə nümayəndəliyə Təqsirləndirilən şəxs haqqında inzibati və cinayət xarakterli məlumat daxil olmamışdır. (i.v. 162) Sübutların qiymətləndirilməsi haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilən və ona CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham elan edilmişdir.(i.v 208-219) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs, zərərçəkmiş tərəfin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, müvafiq ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilsə də, məhkəmə onun məhkəmə iclasında verdiyi ifadəsini işin həqiqi halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs əməkdaşlıq etdikləri mağazanın işçilərinə alınmış formaların ödənişi üçün götürdüyü məbləğdən şöbə müdirinin məlumatlı olmasını əsas gətirərək mənimsəmə hesab etməsə də, iş materialları və şahid ifadələri ilə sübut olunmuşdur ki, şöbə müdirinin bu cür qərar vermək səlahiyyəti olmamışdır və 09 mart 2021-ci il tarixli Zərərçəkmiş şəxs və ticarət nümayəndəsi arasında bağlanan satış şöbəsinin ticarət nümayəndəsinin vəzifə təlimatından görünür ki, 2.14-cü bəndə əsasən “Bütün sifarişlər və bağlanmış müqavilələr barəsində Rəhbərliyə bildiriş vermək”, 2.16-cı bəndə əsasən “yeni müştərilərə Şirkətin məhsullarını və xidmətlərini təklif etməmişdən qabaq Rəhbərliyin razılığını almaq” vəzifələri müəyyən olunmuş, 3.5-ci bəndə əsasən isə “Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi və həmçinin maddi məsuliyyət müqaviləsi tərəfindən müəyyən edilmiş qaydada Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Şirkətə maddi ziyan vurulmasına görə” məsuliyyət müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan məbləğdən həmçinin əmək haqqı üçün götürdüyünü və buna görə də bunun mənimsəmə hesab olunmadığını bildirsə də, “Aqro-Vest DC MMC-də öz qulluq mövqeyindən istifadə edərək qaydalara və qanuna zidd hərəkətlərə yol verən əməkdaşlar barədə” 01 noyabr 20217-ci il tarixli əmrdən görünür ki, “Aqro-Vest DC MMC-nin xidməti ərazilərində fəaliyyət göstərən ticarət nümayəndələri və digər əməkdaşlar işdən azad olunma ərəfəsində özbaşına əmək haqlarını hesablayaraq, xidməti ərazilərində olan satış nöqtələrindən şirkətə məxsus olan pulu və ya malı qeyri-qanuni olaraq əldə edərək öz maaşı kimi nəzərə alarsa, bu zaman onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinə əsasən (öz qulluq mövqeyindən istifadə etməklə ziyan vurma) məsuliyyətə cəlb olunacaqlar. xx.xx.2021-ci il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs bu əmrlə tanış olaraq əmrin tələblərinə əməl etməyə söz vermis və əks halda məsuliyyət daşıyacağından xəbərdar olduğunu bildirmişdir. (i.v. 26-27) Təqsirləndirilən şəxs 5501,81 manat ziyan məbləğindən 5101,81 manatdan artıq hissədə olan məbləğlərin anbara qayıtmış, lakin sistemdən silinməmiş mallarla əlaqədar kəsir kimi göründüyünü bildirsə də, istintaqda verdiyi ifadəsində bildirmişdir ki, “Bundan başqa ticarət nümayəndəsi kimi daha bir vəzifəsi mağazalardan satışdan geri qaytarılan malları akt əsasında toplayıb anbara təhvil vermək olmuşdur. Belə ki, o, satışdan geri qaytarmalar barədə elektron qaydada istifadəsində olan planşetdə qeydiyyat aparır, şirkətin daşıyıcıları rayona gələndə həmin malları mağazadan təhvil alıb şirkətin anbarına təhvil verirdilər.”Bununla yanaşı, həm məhkəmə iclasında, həm də ibtidai istintaq zamanı dindirilmiş çoxsaylı şahid ifadələri və müvafiq ekspert rəyləri ilə də Təqsirləndirilən şəxs ittihamda göstərilən cinayəti törədərək MMC-nin əmlakını mənimsəməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsindəki xüsusatlar, şahid ifadələri, müvafiq ekspert rəyləri və istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və zərərçəkmiş tərəfin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1- ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən xx.xx.2023-cü il tarixdə əldə olunmuş məhkumluq haqqında məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 150) "Qətimkan tədbirinin seçilməsi haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 239). Tovuz RİHB-nin Aşağı Öysüzlü kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Aşağı Öysüzlü kənd ərazi dairəsi üzrə nümayəndəliyə Təqsirləndirilən şəxs haqqında inzibati və cinayət xarakterli məlumat daxil olmamışdır. (i.v. 162) Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4), cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayətini törədərək işlədiyi şirkətin əmlakını taladığını nəzərə alaraq cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirmək, o cümlədən, onun tərəfindən qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza olaraq təqsirli bilindiyi AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, AR CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza qismində qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonu, Qazıqulu kəndində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1- ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə mülki iddianın həlli ilə bağlı məsələ üzrə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs mülki iddianı qismən qəbul etsə də, bunu konkret olaraq əsaslandırmamış, sadəcə olaraq zərərçəkmişə dəymiş ziyanı hazırda ödəmək imkanı olmadığını bildirmiş, səmimi peşman olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, “Aqro-Vest DC MMC-yə 4851,81 manat məbləğində maddi ziyan dəyməsi, mülki iddianın verilmiş ittiham daxilində olması öz təsdiqini tapmışdır, ona görə məhkəmə hesab edir ki, mülki iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək AR CM-nin 46.2-ci maddəsinə əsasən 01 il müddətə qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olma hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Tovuz Rayonu Qazıqulu kəndində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin mülki iddiası təmin edilsin. Maddi ziyana görə 4851,81 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar