Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-19/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsi, 30-cu dalanda yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri olan bağ sahəsinə qanunsuz daxil olmaqla cinayətdən məlumatı olmayan şəxslərin vasitəsi ilə xüsusi texnikadan istifadə etməklə 01 ədəd Azərbaycan istehsallı diametri 6 metr 75 sm, uzunluğu 2 metr 85 sm, 19 ton 237 həcmli 2500 manat dəyərində dəmir materialdan olan su çənini gizli olaraq talamaqdan ötrü su çəninin yerləşdirildiyi dəmir dirəklərdən götüzdürdüyü zaman işlətdiyi qaldırıcı texnikanın səsinə gəlmiş Zərərçəkmiş şəxs qonşusu Şahid tərəfindən hadisə yerində ifşa edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək özgənin əmlakını talamağa, yəni oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin may ayının ortalarında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsində yerləşən evlərdən birində qarovulçu kimi yaşayan Eldar adlı tanışının yanına getmişdir. O, qonaq kimi qaldığı evin qonşuluğunda yerləşən sadəcə bir tərəfdən uçuq hasarı olan, digər üç tərəfdən hasarsız açıq, boş sahədə su çəni görmüşdür. Dostu Eldardan həmin su çəninin kimə məxsus olduğunu soruşduqda o, su çəninin sahibsiz olduğunu bildirmişdir. Ertəsi gün saat 10:30 radələrində onun su çəninə ehtiyacı olduğundan üzərində kranı olan daşıyıcı avtomobil çağırmış, həmin avtomobil həyətə daxil olduqdan sonra avtomobilin sürücüsü və onun yanında olan fəhlənin köməkliyi ilə su çənini kranla qaldırmaq istədikdə qonşuluqda yaşayan bir nəfər şəxs həyətə daxil olmuş, onlardan kim olduğu barədə maraqlandıqda o, həmin şəxsin polisə məlumat verəcəyindən qorxub dərhal həmin yeri tərk etmişdir. Eldar adlı dostu bu işdə ona heç bir köməklik göstərməmişdir, şəxsiyyəti məlum olmayan kranın sürücüsünün, onun yanındakı fəhlənin oğurluq əməlindən xəbəri olmamış, bu əməli heç kimin iştirakı olmadan tək başına, oğurluq niyyəti olmadan etmişdir. Sonradan zərərçəkmiş şəxs onunla əlaqə saxladıqda ona su çəninin ayağından birinin qırıldığını və ona 500 manat məbləğində maddi ziyan dəydiyini bildirmiş, o isə ona 500 manat məbləğində ziyanı tam ödəmişdir. Oğurluq niyyəti olmamışdır. Etdiyi əməlin oğurluq kimi başa düşülə biləcəyini görüb çəni orada qoyub getmişdir. Düşünmüşdür ki, su çəni sahibsizdir deyə götürə bilər. Çənin özünə ziyan dəyməmişdir. 500 manat zərərçəkənə ödəmişdir. Həmin açıq sahənin yalnız bir tərəfi hasarlı idi, digər tərəflərində hasar yox idi. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi ziyanın ödənildiyini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşasa da, təsərrüfat məqsədi ilə istifadə etdiyi, 1960-cı ildən atası tərəfindən inşa edilmiş, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları, 30-cu dalan ünvanında yerləşən, 25 sotluq bağ sahəsinə getmişdir. O, maddi vəziyyətinin yaxşı olmaması səbəbindən bağ sahəsinin girişinə darvaza quraşdırmamış, orada altı qaraj olmaqla bir otaqlı taxtadan ev tikmişdir. Sonuncu dəfə, 21 may 2023-cü il tarixdə axşam saatlarında bağ sahəsinə getmiş və ağacları suvardıqdan sonra oranı tərk etmişdir. 23 may 2023-cü il tarixdə saat 11 radələrində ona məxsus bağ sahəsinə nəzarət edən, həmçinin qonşu evdə yaşayan qohumu Tərlan ona zəng edərək bağ sahəsinə daxil olan naməlum şəxsin ona məxsus su çənini oğurlamaq istəməsi, lakin əməlini başa çatdırmadan oradan uzaqlaşması barədə məlumat vermişdir. O, bağ sahəsinə gedən zaman ona məxsus, 2006-cı ildə 2000 manata aldığı dəmir metaldan olan su çənini yerindən tərpədilərək dayaqlarının zədələnməsini, lakin oğurlanmamasını, lakin su çəninin dayaqlarının əyilməsi nəticəsində ona maddi zərər dəyməsini müəyyən etmişdir. Ona görə də Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gedib baş vermiş hadisə barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqlarını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 10-12-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 30-cu dalanda yerləşən 1300 nömrəli bağ sahəsidir. Bağ sahəsi hasara alınıb, içərisində köhnə tikili var və həyətə daxil olan zaman sol tərəfdə aşmış vəziyyətdə dəmir su çəni var. Baxış keçirilən zaman müəyyən edildi ki, dəmir su çəninin boruları sınmış vəziyyətdədir. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli, 9/5497 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən 01 ədəd Azərbaycan istehsallı diametri 6 metr 75 sm, uzunluğu 2 metr 85 sm, 19 ton 237 litr həcmli dəmir materialdan olan su çəninin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2500,00 manat müəyyən olunur. Cinayət işinin 51-53-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Həmçinin onun barəsində Səbail RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi hal-hazırda icraatdadır. Cinayət işinin 54-56-cı vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(012)-373/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 1 (bir) gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 75-ci vərəqində olan “Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulduqda Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 82-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 29 fevral 2024-cü il tarixli protokolun surətindən görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsi yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 127-128-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” 02 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29, 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rahib Cəfərovun vəsatətinin rədd edilməsi, Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilərək Sabunçu RPİ-nin X2 buraxılması və onun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 129-130-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 137-138-ci vərəqələrində olan “Cinayət işi üzrə əməlin tövsif olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əməlin Azərbaycan Respublikası CM-nin 29, 177.1-ci maddəsindən həmin Məcəllənin 29, 177.2.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 182-186-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi 01 ədəd Azərbaycan istehsallı diametri 6 metr 75 sm, uzunluğu 2 metr 85 sm, 19 ton 237 litr həcmli dəmir materialdan olan su çəninin maddi sübut hesab edilməsi və Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-149/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)-373/2023 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla 1 (bir) il 3 (ay) azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)- 373/2023 saylı hökmünə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanması, Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdən saat 00:30-dan 06 yanvar 2023-cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdə, Abşeron Rayon Polis Şöbəsində ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 4 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 oktyabr 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-369/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 1(009)-149/2024 nömrəli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdən saat 00.30-dan 06 yanvar 2023-cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdə, Abşeron Rayon Polis Şöbəsində ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün, eləcə də Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)-373/2023 saylı hökmünə əsasən onun faktiki çəkdiyi 1 (bir) il 1 (bir) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 6 (altı) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzasının təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, qalan hissədə hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-149/2024 saylı hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməlini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-149/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə cəza müəyyən edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-369/2025 saylı qərarı ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdən saat 00.30-dan 06 yanvar 2023-cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdə, Abşeron Rayon Polis Şöbəsində ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün, eləcə də Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)-373/2023 saylı hökmünə əsasən onun faktiki çəkdiyi 1 (bir) il 1 (bir) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 6 (altı) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası və hazırkı iş üzrə ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)-149/2024 nömrəli hökmü ilə müəyyən edilmiş 09 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)-149/2024 nömrəli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). İş üzrə maddi sübut olan - 01 ədəd Azərbaycan istehsallı diametri 6 metr 75 sm, uzunluğu 2 metr 85 sm, 19 ton 237 litr həcmli dəmir materialdan olan su çəninin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-149/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)- 369/2025 saylı qərarı ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdən saat 00.30-dan 06 yanvar 2023-cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdə, Abşeron Rayon Polis Şöbəsində ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün, eləcə də Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 1(012)-373/2023 saylı hökmünə əsasən onun faktiki çəkdiyi 1 (bir) il 1 (bir) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 6 (altı) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası və hazırkı iş üzrə ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-149/2024 nömrəli hökmü ilə müəyyən edilmiş 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-149/2024 nömrəli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan - 01 ədəd Azərbaycan istehsallı diametri 6 metr 75 sm, uzunluğu 2 metr 85 sm, 19 ton 237 litr həcmli dəmir materialdan olan su çəninin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-19/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-19/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver