Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-190/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid elektron məlumat daşçıyıcısı olan 4169-7413-9879-1507 nömrəli plastik bank kartının ön və arxa hissəsinin şəklini çəkib həmin məlumatlardan istifadə etməklə yaşadığı ünvan 2 ünvanında xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs hesabında olan sonuncuya məxsus 2.000 manat pulu "xxxx" QSC-nin təqdim etdiyi özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi "xxxx" mobil tətbiqinin balansına yükləyib informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.000 manat (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ilin may ayından 2023-cü ilin iyun ayınadək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Şamil adlı şəxsin bağ evində bağban işləmişdir. Həmin bağ evində Səidə adlı qadın xadimə işləmiş, onunla iş yoldaşı kimi normal münasibətləri olmuş, 2022-ci ilin aprel ayının sonlarında özünə kreditlə mobil telefon almaq istəmiş, lakin rəsmi iş yeri olmadığı üçün bunu edə bilməmiş, bu zaman iş yoldaşı Səidə xalası Zərərçəkmiş şəxs rəsmi iş yerinin olduğunu və onun adına kreditlə mobil telefon ala biləcəyini bildirmiş, bundan bir neçə gün sonra, yəni 01 may 2022-ci il tarixdə Səidə və Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Sultanova küçəsində fəaliyyət göstərən “KontaktHome” mağazasının qarşısında görüşmüş, həmin vaxt Zərərçəkmiş şəxs ilk dəfə görmüş, onu əvvəllər görməmiş və onunla heç bir əlaqəsi olmamışdır, Onlar birlikdə həmin mağazaya daxil olmuş və orada özü üçün “Samsung Galaxy A 23” markalı mobil telefon aparatını bəyənərək almaq istədiyini bildirmişdir Həmin vaxt Səidənin qohumu Zərərçəkmiş şəxs ilə birlikdə qeyd edilən mobil telefonu sonuncunun adına sənədləşdirilməklə kredit müqaviləsi əsasında onun üçün almışlar, sənədləşmə prosesi zamanı Zərərçəkmiş şəxs özünə məxsus "xxxx" “BirBank”a aid 4169 7413 9879 1507 nömrəli plastik kartını saxlamağı üçün ona vermiş, həmin vaxt özündə olan mobil telefon vasitəsi ilə qeyd edilən kartın fotoşəklini çəkmiş, bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs məxsus həmin kartın bütün məlumatlarını öz telefonunda olan “BirBank” tədbiqinə yükləmiş, lakin bu barədə Zərərçəkmiş şəxs və Şahid heç nə deməmiş, cari ilin iyun ayında işdən çıxmış, bir neçə ay işsiz qaldığına görə maddi vəziyyəti pisləşmişdir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında yaşadığı ünvan 2 ünvanında olarkən Zərərçəkmiş şəxs "xxxx"aid “BirBank”a aid 4169 7413 9879 1507 nömrəli bank hesabını yoxlayarkən sonuncunun bank hesabında hazırda xatırlamadığı məbləğdə pul vəsaitinin olduğunu aşkar etmiş, maddi vəziyyəti çox pis olduğu üçün qeyd edilən məbləğin bir hissəsini öz hesabına köçürmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs məxsus "xxxx"aid “BirBank” hesabından 2.000 (iki min) manat pulu mobil tətbiqi vasitəsi ilə "xxxx" proqramına köçürtmüş, bundan bir neçə dəqiqə sonra isə qeyd edilən 2.000 manat məbləğin 1.350 (min üç yüz əlli) manat məbləğində pulu özünə məxsus "xxxx" “BirBank”a aid 4169 7388 4206 9571 nömrəli və həmin məbləğin 550 (beş yüz əlli) manatını özünə məxsus “LeoBank”a aid 4098 5844 9746 9658 nömrəli bank hesablarına köçürtmüş, bundaş başqa qeyd edilən məbləğin 100 (yüz) manatını isə hissə-hissə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs onun üçün aldığı mobil telefonun hər ay kredit məbləğini müqaviləyə əsasən vaxtında ödəmişdir. Hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin aprel ayının sonlarında bacısı qızı Şahid ondan iş yoldaşı əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs rəsmi iş yeri olmadığından kredit müqaviləsi əsasında özünə mobil telefon ala bilmədiyini bildirib sonuncu üçün adına sənədləşdirilməklə kreditlə mobil telefon almağını xahiş etmiş, Səidənin bu xahişi ilə razılaşmış, bundan bir neçə gün sonra, yəni 01 may 2022-ci il tarixdə Şahid və Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Sultanova küçəsində fəaliyyət göstərən “KontaktHome” mağazasının qarşısında görüşmüşlər, həmin vaxt Təqsirləndirilən şəxs ilk dəfə görmüş, sonuncunu əvvəllər görməmiş və heç bir əlaqəsi olmamış, hər üçü birlikdə həmin mağazaya daxil olmuş, Təqsirləndirilən şəxs mağazada özü üçün “Samsung Galaxy A 23” markalı mobil telefon aparatını bəyənərək almaq istədiyini bildirmiş, həmin vaxt qeyd edilən mobil telefonu kredit müqaviləsi əsasında adına sənədləşdirilməklə alıb Təqsirləndirilən şəxs vermiş, sənədləşmə prosesi zamanı özünə məxsus "xxxx"aid “BirBank” aid plastik kartını saxlaması üçün Təqsirləndirilən şəxs vermiş, sonuncunun kredit borcunu kredit müqaviləsinə əsasən ödəmiş, xx.xx.2023-cü il tarixdə yaşadığı Binəqədi rayonu, ünvan 3 ünvanında olarkən həmin saxlaması üçün Təqsirləndirilən şəxs verdiyi "xxxx"aid “BirBank”a aid 4169 7413 9879 1507 nömrəli bank hesabından 2.000 (iki min) manat pulun naməlum şəxs (şəxslər) tərəfindən çıxarıldığını aşkar etmiş, həmin gün "xxxx"ın Şuşa filialına müraciət etdikdə, yuxarıda göstərilən pul vəsaitinin xx.xx.2023-cü il tarixdə "xxxx" elektron pul qabına köçürüldüyünü öyrənmiş, qeyd edilən hadisə nəticəsində ona ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan dəymişdir. Qohumu Şahid iş yoldaşı Təqsirləndirilən şəxs ona məxsus bank hesabından pul çıxarması barədə heç bir məlumatı olmamışdır. Hazırda ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ilin may ayından 2023-cü ilin iyun ayınadək fərdi qaydada Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, ünvanını xatırlamadığı, yalnız adının Şamil olduğunu bildiyi şəxsin bağ evində işləmiş, həmin bağ evində Təqsirləndirilən şəxs bağban işləmiş, sonuncu ilə iş yoldaşı kimi normal münasibətləri olmuşdur. 2022-ci ilin aprel ayının sonlarında Əbəlfəz özünə kreditlə mobil telefon almaq istəmiş, lakin onun rəsmi iş yeri olmadığından bunu edə bilməmiş, Təqsirləndirilən şəxs xalası Zərərçəkmiş şəxs rəsmi iş yerinin olduğunu və onun adına kreditlə mobil telefon ala biləcəyini bildirmiş, bu məqsədlə xalası Zərərçəkmiş şəxs iş yoldaşı Təqsirləndirilən şəxs köməklik göstərməsini xahiş etmiş, sonuncu xahişini nəzərə alaraq öz adına sənədləşdirilməklə kredit müqaviləsi əsasında Təqsirləndirilən şəxs mobil telefon alacağına söz vermişdir. 01 may 2022-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, A.Sultanova küçəsində fəaliyyət göstərən “KontaktHome” mağazasına getmişlər, eləcə də sonuncuları orada tanış etmiş, onlar əvvəllər bir-birilərini görməmiş və heç bir əlaqələri olmamış, Təqsirləndirilən şəxs mağazada özü üçün “Samsung Galaxy A 23” markalı mobil telefon aparatını almaq istədiyini bildirmiş, həmin vaxt qohumu Zərərçəkmiş şəxs qeyd edilən mobil telefonu öz adına sənədləşdirilməklə kredit müqaviləsi əsasında Əbəlfəz üçün almış, sonuncu Zərərçəkmiş şəxs onun üçün aldığı mobil telefonun hər ay kredit məbləğini müqaviləyə əsasən vaxtında ödəmiş, cari ilin iyun ayında Təqsirləndirilən şəxs işdən çıxmış və bundan sonra onu görməmiş, 2023-cü ilin oktyabr ayının əvvəllərində xalası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun bank hesabından 2.000 manat pulunu oğurladığını bildirmiş, Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə “KontaktHome” mağazasında olarkən qohumu Zərərçəkmiş şəxs bank kartının fotoşəklini çəkib bütün anket məlumatlarını öz mobil telefonuna köçürməsi, eləcə də sonuncuya məxsus həmin bank hesabından 2.000 manat pulu elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edərək öz hesabına köçürməklə oğurlayıb öz şəxsi ehtiyaclarına xərcləməsi barədə heç bir məlumatı olmamışdır(i.v.93-96). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 008/EƏ-23-1642 nömrəli məktubu ilə təqdim olunmuş əməliyyat tarixçələrindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12:57-də 416974******1507 nömrəli bank hesabından 2.000 (iki min) manat məbləğində pul çıxarılmaqla göstərilən tarixdə, saat 13:06-da 15 manat, saat 13:07-də 5 manat pul Təqsirləndirilən şəxs adına sənədləşdirilmiş ***-***-**-** mobil nömrəsinə, saat 13:43-də 1.350 manat sonuncuya məxsus "xxxx"a aid 4169 7388 4206 9571 nömrəli və saat 14:45də 550 manat pul “LeoBank”a aid son rəqəmləri 9746 9658 nömrəli bank hesablarına, eləcə də 100 manat pulu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə müxtəlif GSM nömrəsi və bank hesablarına köçürülmüşdür(i.v.19-25); Şahidin ifadəsinin yerində yoxlanması haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərərək bir daha təsdiq etmişdir(i.v.34-37); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 48); vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş vəsatət təmin edilməyərək dərhal saxlanıldığı MSYdən azad edilməsi qərara alınmışdır(i.v.72-74); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü bir azyaşlı övladı vardır(i.v.76); Zərərçəkmiş şəxs tərəfindən verilmiş notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur(i.v.77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Şərifov X1 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə şöbənin qeydiyyatından çıxarılmışdır(i.v.89-90); Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Mpay” QSC-nin xx.xx.2023-cü il tarixli, 008/EƏ-23-1642 nömrəli məktubu maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.91-92); Qətimkan tədbirinin seçilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.124); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən, eyni zamanda azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlər görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 008/EƏ-23-1642 nömrəli məktubu ilə təqdim olunmuş əməliyyat tarixçələrinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır(CPM- 132.1). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 008/EƏ-23-1642 nömrəli məktubu ilə təqdim olunmuş əməliyyat tarixçələrinin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-190/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-190/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver