Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-190/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrarən talama əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 sentyabr 2024-cü il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsinə daş hasarın üzərindən qanunsuz daxil olaraq həyətdəki 130 manat dəyərində 1 ədəd perforatoru, 80 manat dəyərində 1 ədəd laqondanı, 260 manat dəyərində 180 metr uzunluğunda elektrik kabeli və 50 manat dəyərində 1 ədəd əl arabasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,464 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlayıb Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Mübariz İbrahimov küçəsində nömrəsiz ünvanda yerləşən evin yaxınlığınadək daşımış, 19 sentyabr 2024-cü il tarixdə, saat 18;20-də özünü şübhəli apardığına görə həmin ünvanda Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ 42-ci PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki köynəyinin cibindən bir ədəd şəffaf sellofana bükülmüş xeyli miqdarda təmiz çəkisi 0,464 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 sentyabr 2024-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş massivi 15-ci dalanda yerləşən 3849 saylı bağ evinə hasardan həyətinə sonra isə evinə qanunsuz daxil olmaqla oradan evdən bir ədəd dəyəri 135 manat olan su motorunu, bir ədəd dəyəri 100 manat olan su motorunu, bir ədəd dəyəri 200 manat olan su motorunu, ümumi dəyəri 60 manat olan 15 ədəd kabab şişlərini, bir ədəd dəyəri 90 manat olan boru yapışdıran ütünü, 3 ədəd ümumi dəyəri 100 manat olan su krantlarını, bir ədəd 50 manat dəyərində yemək qabını, 2 ədəd ümumi dəyəri 700 manat olan velosipedləri, 1 ədəd dəyəri 250 manat olan 5000 Amperlik transformatoru, ümumi dəyəri 100 manat olan təmir alətlər dəstini bir ədəd dəyəri 65 manat olan laqondanı, 30 metr 2,5 mm-lik dəyəri 60 manat olan elektrik naqilini, 40 metr olan 4 mm-lik dəyəri 80 manat təşkil edən elektrik naqilini, 20 metr olan 6 mm-lik dəyəri 40 manat təşkil edən elektrik naqilini, bir ədəd dəyəri 50 manat olan taxta nərdi bir ədəd dəyəri 200 manat olan samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2280 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şəhid Bulağıyanı, nömrəsiz fərdi yaşayış evinə palstik qapıdan qanunsuz daxil olmaqla yataq otağından bir ədəd «Zara» markasına aid dəyəri 180 manat təşkil edən gödəkçəni, bir ədəd «PierCardin» markasına aid dəyəri 210 manat təşkil edən gödəkçəni, 3 ədəd ümumi dəyəri 300 manat təşkil edən «Collins» markasına aid gödəkçələri, iki ədəd «PierCardin» markasına aid ümumi dəyəri 230 manat olan şalvarları, 2 ədəd ümumi dəyəri 190 manat təşkil edən «Collins» markasına aid şalvarları, 3 cüt «Flo» markasına aid ümumi dəyəri 280 manat təşkil edlən ayaqqabıları, bir ədəd dəyəri 240 manat olan dama-dama «Euromoda» firmasına aid köynəyi, 3 ədəd ümumi dəyəri 200 manat olan kəmərləri, bir ədəd 300 manat təşkil edən yüngül formaları qaynaq aparatı, bir ədəd dəyəri 50 manat olan laqondanı, bir ədəd dəyəri 50 manat olan drelii və 150 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2380 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətiylə özgənin əmlakım gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2024-cü il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində yerləşən yarımtikiliyə hasardan qanunsuz daxil olmaqla oradan bir ədəd dəyəri 360 manat təşkil edən «Makita» firmasına aid laqonda və dəyəri 700 manat təşkil edən 50 metr 8 mm-lik elektrik kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1060 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddət cinayət törətmədiyi halda, ona qarşı irəli sürülmüş bütün ittihamların qısa zaman çərçivəsində xüsusilə azadlığa çıxdıqdan sonra son bir ay ərzində baş verməsi əsassız və şübhəlidir. Bu hadisələrin baş verməsində əsas səbəb polis əməkdaşı Şahid1 şəxsi maraqları və yönləndirmələri olmuşdur. O, iddia edir ki, Şahid1 iş üzrə Zərərçəkmiş şəxs2 arvadı ilə münasibətdədir. Zərərçəkmiş şəxs2 da bu fakt bilir və göz yumur. Buna görə də, Şahid1 Zərərçəkmiş şəxs2 kənddə narkotik vasitələrin satışına şərait yaradır və Zərərçəkmiş şəxs2 bu fəaliyyəti gördürür. O isə gücü çatdığı qədər Zərərçəkmiş şəxs2 narkotika satmasına əngəl olmağa çalışır. Buna görə də, adları çəkilən iki şəxs tərəfindən ona qarşı bu cür plan qurulmuşdur. Heç bir epizod üzrə təqsirli olmadığı halda istintaqda özünü təqsirli bilməsinin səbəbi isə külli miqdarda narkotik vasitə ilə yüklənəcəyi ilə təhdid edilməsi və işgəncəyə məruz qalması olmuşdur. Bundan başqa, MSY-də olması ilə əlaqədar olaraq sentyabr ayında baş vermiş oğurluqların onun tərəfindən törədilməsinin mümkün olmadığını bildirmişdir. O, polis bölməsinə yoldan keçərkən saxlanılaraq aparılmış, təqsirli olduğu hər hansı hadisə ilə əlaqəsi olmamasına baxmayaraq, müxtəlif ittihamlarla üzləşmişdir. Şahid1 və digər polis əməkdaşları tərəfindən 42-ci Polis Şöbəsinin həyətində döyülmüş, bu səbəbdən 103 X17 xidməti çağırılmış, xəsarətləri qeydə alınmış və bu barədə prokurorluq tərəfindən araşdırma başlanmışdır. Müvəqqəti saxlama yerinə və İstintaq Təcridxanasına yerləşdirilərkən xəsarət izləri qeydə alınmışdır. Özünü təqsirli bilmir, ona qarşı irəli sürülən ittihamlar əsassızdır, iddialar Şahid1 şəxsi maraqları və qanunsuz fəaliyyətini ört-basdır etmək məqsədilə təşkil olunmuş, Şahid1 hərəkətlərinə dair şahid, yazılı və ya səsli sübut təqdim edə bilməsə də, baş verənlərin şəxsi maraqlara xidmət etdiyinə inanır. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş massivi 15-ci dalanda yerləşən 3849 saylı bağ evi ona məxsusdur. 10 noyabr tarixində yaşadığı ünvana gəldikdə, mənzilində oğurluq hadisəsinin baş verdiyini müşahidə etmiş, dərhal hüquq-mühafizə orqanlarına məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşları tərəfindən ilkin istintaq hərəkətləri aparılmış, o cümlədən barmaq izləri götürülmüşdür. O, evdə daimi yaşayışlarının olmadığını, həmin əraziyə bu dəfə əvvəlki səfərlərlə müqayisədə bir qədər gec gəldiyini və hadisəni belə aşkar etdiyini qeyd etmişdir. O, təqsirləndirilən şəxsi tanımır və şübhələndiyi başqa bir şəxs yoxdur. Təqsirləndirilən şəxs hadisə yerinə gətirildikdə, həmin şəxs hasarın ən alçaq yerini göstərərək həyətə oradan keçdiyini bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı o da orada olmuş və Təqsirləndirilən şəxs hər hansı xəsarət olmasının şahidi olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs onun yanında heç bir təzyiq və ya zorakılıq göstərilməmiş, təqsirləndirilən şəxs onunla aqressiv davranmış, “hallı” vəziyyətdə olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq ona qaytarılmış mühhərikin bütün mağazalarda olan standart su mühərrikindən olduğunu, həmin mühərriklərin hamısının görünüşünün eyni olduğunu, öz mühərikkinin üzərində olan istehsal kodunu dəqiq bilmədiyindən ona verilən su mühərriki üzərində olan kodla eyniləşdirə bilmədiyinə görə ona verilən su mühərrikinin onun həyətindən oğurlanan su mühəriki olduğuna əmin olmadığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz ünvanda yerləşən ona məxsus yaşayış sahəsi var. Onun yaşadığı ünvana bitişik həyət sahəsindən təqribən 700-800 manat dəyərində müxtəlif növ alətlər oğurlanmışdır. Oğurlanan əşyalar sırasında arabalar, 250-300 metrlik tabor, laqonda, prefarator və digər müxtəlif alətlər olmuşdur. İlkin istintaq tədbirləri çərçivəsində hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş, yaxınlıqdakı müşahidə kameralarından əldə edilən video görüntülər araşdırılmışdır. Sözügedən görüntülərdə müəyyən bir şəxsin hadisənin baş verdiyi vaxtlarda əraziyə daxil olub-çıxdığı müşahidə edilmişdir. O, həmin görüntülərə əsaslanaraq bu şəxsin hadisədə iştirak etdiyini ehtimal etdiyini bildirmişdir. Bununla belə, istintaq dövründə ona həmin şəxs şəxsən göstərilməmişdir. Təqsirləndirilən şəxsin onun bağının yerini haradan bildiyi məlum deyil. Kamera görüntülərindəki şəxs oğurluq edən şəxsə oxşayır, lakin ilk məhkəmə iclasında təqsirləndirilən şəxsi gördüyü gündən bu şəxsin onun həyətinə daxil olan videodakı şəxs olmadığını bildirmişdir. Bu səbəbdən şikayətini geri götürmək istədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şəhid Bulağıyanı ərazisində ona məxsus nömrəsiz fərdi yaşayış evi var. O, bağ sahəsinə gəldikdə oğurluq hadisəsinin baş verdiyini müşahidə etmişdir. Oğurluq nəticəsində təxminən 2000 manat dəyərində maddi ziyan dəymişdir. Oğurlanmış əşyaların geri qaytarılmasını xahiş edir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxsdən alınaraq ona təqdim olunmuş "Colins" markalı şalvar ona məxsus olmuşdur. Təqsirləndirilən şəxsin onun birlikdə oyun qurduğunu iddia etdiyi "Tamerlan" adlı şəxsi tanımır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə əvvəllər ərizə ilə müraciət edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirsə də hazırda şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işi üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi, Bağlar massivində 12 sot torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsində bağ evinin tikintisi davam etdirilir. Tikinti işlərinə müxtəlif ustalar cəlb olunmuş, ustaların istifadə etdiyi bütün təmir və tikinti alətləri tərəfindən alınıb təmin edilmişdir. 09 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında, ona məxsus, tikintisi davam edən bağ evində ustalar işlərini başa vuraraq, alətləri yarımtikilidə yerləşən saxlanc yerinə qoyub ərazidən çıxmışlar. 10 oktyabr 2024-cü il tarixdə, səhər saatlarında zərərçəkmiş bağ evinə baxış keçirmək məqsədilə gəlmiş və orada «Makita» firmasına aid 360 manat dəyərində laqonda ilə 700 manat dəyərində, 50 metr uzunluğunda və 8 mm diametrli elektrik kabelinin yoxluğunu aşkar etmişdir. Əvvəlcə düşünmüşdür ki, usta həmin alətləri özü ilə aparıb. Lakin bir neçə gün sonra usta ilə əlaqə saxladıqda, usta heç bir alət aparmadığını bildirmişdir. Sonradan oğurluğun baş verməsindən xəbər tutmuş və hadisə ilə bağlı polis orqanlarına ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində zərərçəkmişə cəmi 1060 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 42-ci PB-nin Sahə inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, heç bir ədavət və düşmənçiliyi yoxdur. 19 sentyabr 2024-cü il tarixdə“Ravon” markalı avtomobilə yaxınlaşdıqda Təqsirləndirilən şəxs avtomobildən düşərək qəfil şəkildə cibindən bıçaq çıxararaq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadan hadisə yerindən qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs bıçağı boğazına sürtə-sürtə qaçdıqdan sonra müvazinətini itirərək yıxılmış, bundan sonra bıçağı qarnına batırmağa çalışmışdır. Şəxsin özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə təpik vuraraq əlindəki bıçağı yerə salmışdır. Bundan sonra həm Təqsirləndirilən şəxs, həm də maşında olan 2 nəfər sərnişin və sürücü polis bölməsinə aparılmışdır. Sabunçu RPİ-nin 42-ci polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilmiş, nəticədə onun üzərindən şəffaf selofan bükümdə, narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüşdür. Həmin maddənin mənşəyi ilə bağlı aparılmış ilkin sorğu zamanı Təqsirləndirilən şəxs maddəni paytaxtın "Kubinka" adlanan ərazisindən əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddə prosessual qaydalara riayət olunmaqla qablaşdırılmış, aktlaşdırılaraq ekspertizaya təqdim edilmişdir. Aşkar edilmiş maddə prosessual qaydalara riayət olunmaqla qablaşdırılmış, aktlaşdırılaraq ekspertizaya təqdim edilmişdir. Əməliyyat tədbirləri zamanı saxlanılan avtomobilin içərisində sürücü və iki nəfər sərnişin olmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 19 sentyabr 2024-cü il tarixdə“Ravon” markalı avtomobilə yaxınlaşdıqda Təqsirləndirilən şəxs avtomobildən düşərək qəfil şəkildə cibindən bıçaq çıxararaq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadan hadisə yerindən qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs bıçağı boğazına sürtə-sürtə qaçdıqdan sonra müvazinətini itirərək yıxılmış, bundan sonra bıçağı qarnına batırmağa çalışmışdır. Şəxsin özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə təpik vuraraq əlindəki bıçaq yerə salınmışdır. Şəxsə bundan başqa hər hansı təsir təzyiq olmamışdır. Bundan sonra həm Təqsirləndirilən şəxs, həm də maşında olan 2 nəfər sərnişin və sürücü polis bölməsinə aparılmışdır. Sabunçu RPİ-nin 42-ci polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilmiş, nəticədə onun üzərindən şəffaf selofan bükümdə, narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüşdür. Həmin maddənin mənşəyi ilə bağlı aparılmış ilkin sorğu zamanı Təqsirləndirilən şəxs maddəni paytaxtın "Kubinka" adlanan ərazisindən əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddə prosessual qaydalara riayət olunmaqla qablaşdırılmış, aktlaşdırılaraq ekspertizaya təqdim edilmişdir. Aşkar edilmiş maddə prosessual qaydalara riayət olunmaqla qablaşdırılmış, aktlaşdırılaraq ekspertizaya təqdim edilmişdir. Əməliyyat tədbirləri zamanı saxlanılan avtomobilin içərisində sürücü və iki nəfər sərnişin olmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunmuş ifadəsində göstərmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinə daxil olan Nardaran qəsəbəsi, Mübariz İbrahimov küçəsində 42-ci Polis Bölməsinin əməkdaşları Baxşəliyev X3 və Şahid3 xidmətdə olduqları zaman, narkotik vasitələrin təsiri altında olduğu görünən sonradan şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs “Nexia Ravon” markalı, **-FK- *** dövlət qeydiyyat nişanlı avtomobilə doğru getdiyini müşahidə etmişlər. Ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi istəmiş və söhbət zamanı Təqsirləndirilən şəxs narkotik maddənin təsiri altında olduğu aşkar göründüyündən onu polis bölməsinə dəvət etmişlər. Lakin Təqsirləndirilən şəxs qəfil cibindən bıçaq çıxararaq qaçmağa cəhd etmiş və qaçış zamanı öz bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirməyə çalışmışdır. Polis əməkdaşları tərəfindən təqib edilərək saxlanılmış, əlindəki bıçaq alınmış və özü, avtomobilin sürücüsü Şahid6, sərnişinlər Şahid4 və Şahid5 polis bölməsinə gətirilmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmiş, bu zaman o, köynəyinin cibindən bir büküm şəffaf sellofana bükülmüş maddə təqdim etmiş, maddənin “kakos” adlanan narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşakar edilmiş bükümdəki maddə qablaşdırılmış, möhürlənmiş və protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. O, saxlanıldıqdan dərhal sonra hüquqları barədə məlumatlandırılmış, müdafiəçi ilə təmin olunma hüququ izah edilmiş, şəxsi xahişi ilə müdafiəçi iştirak etmədən axtarış aparılmışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, sürücü olaraq Bolt şirkətinin əməkdaşıdır. Həmin gün o tanımadığı bir şəxs tərəfindən taksi sifaişi almış, həmin sərnişin Buzovna ərazisində onun avtomobilinə minmişdir. O sifarişin Nardaran qəsəbəsinə olduğunu gördükdə sərnişindən sifarişdən imtina etməsini xahiş etmiş, lakin sərnişin özü də ünvanı tanımadığına görə razılaşmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və başqa bir şəxs də yoldan onun avtomobilinə minərək kombinin ustaya aparılmalı olduğunu bildirmişlər. Yolda avtomobil polis əməkdaşları tərəfindən saxlanıldıqda, Hüseyn arxa qapını açaraq avtomobildən düşüb qaçmış, polislər isə onun arxasınca düşmüşlər. Bu müddətdə onun özünün də telefonu polis əməkdaşı tərəfindən yoxlanılmış, daha sonra o Hüseynin olduğu yerə aparılaraq Hüseyn də onun avtomobilinə mindirilərək polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Hüseynin polis əməkdaşları tərəfindən döyülməsini görməmişdir. Amma Hüseyn onun avtomobilinə mindirildikdən sonra arxa oturacağın kəməri ilə Hüseyni bağlamışlar ki, Hüseyn qaçmasın. Hüseyin 400-500 metr qaçaraq dalanı da döndüyünə görə onun özünü bıçaqlamasını şəxsən görməmişdir, amma bilir ki, özünə xəsarət yetirmişdir, elə buna görə də ona təcili yardım çağırılmışdı. Hüseyin və digər iki sərnişin polis bölməsinə onun avtomobilində aparılmış, daha sonra Hüseyin polis bölməsinin içərisinə aparılmış, o isə avtomobilinə baxış keçirildiyi üçün avtomobilinin yanında dayanmış, Hüseyinin içəri aparılmasından təxminən yarım saat sonra içəri keçmişdir. Bölmənin həyətində Hüseyin polis əməkdaşları tərəfindən döyülməmişdir. Polis bölməsinin içərisində isə Hüseyini yalnız ayaqyoluna gedərkən görmüşdür. Buna görə də içəridə döyülüb-döyülməməsindən məlumatlı deyildir. Hüseyin onun yanında digər iki şəxsə demişdir ki, mən imzalayacam, mənlikdir, sizlik bir şey yoxdur. Məhkəmə iclasına polislər gətirməmişlər, özü məhkəmənin çağırışı ilə gəlmişdir, nə görübsə onu deyir, Hüseynin polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqdim etmə, götürmə və baxış keçirilməsi barədə” 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Colins” markalı tünd boz rəngli cins şalvar təhqiqatçı Vüsal Mikayılov tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs izahatında həmin cins şalvarı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən yaşayış evindən oğurladığını bildirmişdir. (i.v.16-18). “Təqdim etmə, götürmə və baxış keçirilməsi barədə” 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Marquis” markalı göy rəngli su mühərriki hidrofonla birlikdə təhqiqatçı Vüsal Mikayılov tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs izahatında həmin su mühərriki və hidrofonu Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 15-ci dalanda yerləşən yaşayış evindən oğurladığını bildirmişdir. (i.v.41-45). Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş qəbzdən görünür ki, 01 ədəd su mühərriki Zərərçəkmiş şəxs3 tərəfindən təhvil alınmışdır. (i.v.46). Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş qəbzdən görünür ki, 01 ədəd “Colins” markalı tünd boz rəngli cins şalvar Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır. (i.v.48). "Şübhəli şəxsin tutulması haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.129). "Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları Şahid2, Şahid3 və Baxşəliyev X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə keçirilmişdir(i.v. 135-136). “Təqdim edilən əşyaya baxış keçirilməsi və götürülmə haqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman cibində olan qatlanan bıçaqla özünə xəsarət yetirmiş, həmin bıçaq polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış zamanı bıçağın ümumi üzunluğu 18 sm, tiyəsi üzərində “Stainless Stell” yazılan metal materialdan olan uzunluğu 8 sm, tutacağı isə plastmas materialdan olan qara və qəhvəyi rəngli olmaqla uzunluğu 10 sm olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim olunan bıçağın özünə məxsus olduğunu, 19 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi, M.İbrahimov küçəsində polis əməkdaşlarından qaçarkən tutulmamaq üçün həmin bıçaqla özünə xəsarət yetirdiyini bildirmişdir. Qeyd olunan bıçaq maddi sübut qismində götürülmüş və aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün müvafiq qaydada sənədləşdirilmişdir. (i.v. 140-141). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 80 (səksən) manat müəyyən edilmişdir. (i.v.146). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/4636 nömrəli, 20 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,464 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,414 qramdır. (i.v.147-148) “Diskə baxış keçirilməsi haqqında” 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 16 sentyabr 2024-cü il tarixdə saat 06:15:51-də bir kişi təkbaşına, əynində qara şalvar, sinəsində ağ rəngli yazıları olan qara köynək və başında qara rəngli papaq olmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs4 həyətində gəzişmişdir. Gəzişərkən o, başını qaldıraraq videomüşahidə kamerasına baxmış və bu zaman onun sifət xüsusiyyətləri aydın görünmüşdür. Daha sonra həmin şəxs yerə çönərək həyətdə yerdə olan dəmir borunun içindən çıxan elektrik kabelini kəsmiş, kəsdiyi kabeli qoluna keçirmişdir. Sonra isə hasara bərkidilmiş elektrik kabellərini hasardan qopararaq dairəvi formada qoluna keçirməkdə davam etmişdir. Saat 06:17:23-də video görüntü sonlanmışdır. (i.v.170-172) Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Seymur Həsənovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.190-192). “Qətimkan tədbiri seçilməsi haqqında” 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.193-194). "Şübhəli şəxsin tutulması haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.54). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-673/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Qərarın sonunda həbsetmənin əvvəlinin 28 sentyabr 2024-cü il tarixdən hesablandığı qeyd olunmuşdur. Lakin həm qərarın təsviri əsaslandırıcı hissəsindən, həm şəxsin şübhəli şəxs qismində 28 oktyabr tarixində tutulmasından, həm də qərarın 30 oktyabr 2024-cü il tarixdə qəbul olunmasından aydın olur ki, əslində həbsetmənin əvvəlinin 28 oktyabr 2024-cü il tarixdən hesablanması nəzərdə tutulmuş, lakin texniki səhv olaraq qərara aldı hissədə “28 oktyabr” əvəzinə “28 sentyabr” qeyd olunmuşdur) (i.v.93-96). "Maddi sübut kimi tanıma haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.414 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v.197-198). “Diskə baxış keçirilməsi haqqında” 02 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 42-ci Polis bölməsində polis əməkdaşlarının iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Şəxsi axtarış və götürmə aparılmadan əvvəl, təhqiqatçı Emil Əmənov saxlanılan Hüseynzadəyə hüquqlarını izah etmiş, saxlanılma səbəbini bildirərək polis əməkdaşlarının iştirakı ilə onun üzərində qanunla daşınması qadağan olunan əşyaların olub-olmaması barədə məlumat verməsini tələb etmişdir. Təqsirləndirilən şəxs əynində olan köynəyin sol döş cibindən bir büküm çıxarıb təqdim etmişdir. Təqdim edilən bükümdə olan maddənin “kakos” olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmiş və müvafiq şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Hüseynzadənin üzərindən başqa heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. (i.v.203-205). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi Mərkəzi Ambulator X6 ekspert komissiyasının 18 noyabr 2024-cü il tarixli, 7338A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.220-221). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. (i.v.222). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının 6/1765 nömrəli, 02 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır və soyuq silah hesab edilmir. (i.v.223). "Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işi üzrə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 01 ədəd “Markus” markalı su mühərriki və 01 ədəd “Collins” markalı cins şalvar maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxslərə qaytarılmışdır. (i.v. 224-232). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Hüseynzadə H üseyn Mirzəhüseyn oğlu Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2003cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 334.1, 307.1, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, xx.xx.2003-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsində AR CM-nin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə başlanmış cinayət işi Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bakı şəhər Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzanın müddəti 4 il 6 ay olaraq azaldılmış, xx.xx.2017-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Bundan başqa, o, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 3 ay 7 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa,o, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 67ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa,o, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə isə cəza müddəti başa çatmışdır. (i.v. 97-100). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baki Şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranskinin 11 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində ilkin yoxlama materialı üzrə araşdırma aparılmaqla polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının hissəvi rədd edilməsinə dair xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X11 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 mart 2025-ci il tarixli qərarından görünür ki, Xidməti araşdırmalar idarəsində toplanmış 2571-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması hissəvi rədd olunmuş və bu barədə maraqlı tərəflərə məlumat verilmiş, Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Sabunçu rayon prokurorunun müavini, ədliyyə müşaviri Qəhrəman Əsgərovun 23 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməsinə dair Sabunçu RPİ-nin İŞ-də araşdırılmış ilkin yoxlama materialı üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 aprel 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Oğurluq cinayətləri ilə bağlı isə Təqsirləndirilən şəxs verilmiş ittihamdan “onun tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 sentyabr 2024-cü il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsinə daş hasarın üzərindən qanunsuz daxil olaraq həyətdəki 130 manat dəyərində 1 ədəd perforatoru, 80 manat dəyərində 1 ədəd laqondanı, 260 manat dəyərində 180 metr uzunluğunda elektrik kabeli və 50 manat dəyərində 1 ədəd əl arabasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi” və “onun təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 sentyabr 2024-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş massivi 15-ci dalanda yerləşən 3849 saylı bağ evinə hasardan həyətinə sonra isə evinə qanunsuz daxil olmaqla oradan evdən bir ədəd dəyəri 135 manat olan su motorunu, bir ədəd dəyəri 100 manat olan su motorunu, bir ədəd dəyəri 200 manat olan su motorunu, ümumi dəyəri 60 manat olan 15 ədəd kabab şişlərini, bir ədəd dəyəri 90 manat olan boru yapışdıran ütünü, 3 ədəd ümumi dəyəri 100 manat olan su krantlarını, bir ədəd 50 manat dəyərində yemək qabını, 2 ədəd ümumi dəyəri 700 manat olan velosipedləri, 1 ədəd dəyəri 250 manat olan 5000 Amperlik transformatoru, ümumi dəyəri 100 manat olan təmir alətlər dəstini bir ədəd dəyəri 65 manat olan laqondanı, 30 metr 2,5 mm-lik dəyəri 60 manat olan elektrik naqilini, 40 metr olan 4 mm-lik dəyəri 80 manat təşkil edən elektrik naqilini, 20 metr olan 6 mm-lik dəyəri 40 manat təşkil edən elektrik naqilini, bir ədəd dəyəri 50 manat olan taxta nərdi bir ədəd dəyəri 200 manat olan samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2280 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi”nə dair epizodlar, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı epizod üzrə isə “təkrarən və təkrar” sözləri xaric olunmalı, digər ittihamlarla bağlı təqsirliliyi sübuta yetirildiyindən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalanmalıdır. Aparılmış məhkəmə istintaqının nəticələrinə dair məhkəmə aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm sübutların qiymətləndirilməsi haqqında qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini göstərmiş və hər iki sənəddə onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir. İttiham aktında “onun tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 sentyabr 2024-cü il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsinə daş hasarın üzərindən qanunsuz daxil olaraq həyətdəki 130 manat dəyərində 1 ədəd perforatoru, 80 manat dəyərində 1 ədəd laqondanı, 260 manat dəyərində 180 metr uzunluğunda elektrik kabeli və 50 manat dəyərində 1 ədəd əl arabasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi” və “onun təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 sentyabr 2024-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş massivi 15-ci dalanda yerləşən 3849 saylı bağ evinə hasardan həyətinə sonra isə evinə qanunsuz daxil olmaqla oradan evdən bir ədəd dəyəri 135 manat olan su motorunu, bir ədəd dəyəri 100 manat olan su motorunu, bir ədəd dəyəri 200 manat olan su motorunu, ümumi dəyəri 60 manat olan 15 ədəd kabab şişlərini, bir ədəd dəyəri 90 manat olan boru yapışdıran ütünü, 3 ədəd ümumi dəyəri 100 manat olan su krantlarını, bir ədəd 50 manat dəyərində yemək qabını, 2 ədəd ümumi dəyəri 700 manat olan velosipedləri, 1 ədəd dəyəri 250 manat olan 5000 Amperlik transformatoru, ümumi dəyəri 100 manat olan təmir alətlər dəstini bir ədəd dəyəri 65 manat olan laqondanı, 30 metr 2,5 mm-lik dəyəri 60 manat olan elektrik naqilini, 40 metr olan 4 mm-lik dəyəri 80 manat təşkil edən elektrik naqilini, 20 metr olan 6 mm-lik dəyəri 40 manat təşkil edən elektrik naqilini, bir ədəd dəyəri 50 manat olan taxta nərdi bir ədəd dəyəri 200 manat olan samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2280 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi”nə dair epizodlar üzrə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi göstərilsə də, həmin cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən sübut kimi sadəcə təqsirləndirilən şəxsin komputer vasitəsi ilə yazılmış etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin əmlaklarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını göstərən ifadələrinə, Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz ünvanda yerləşən ona məxsus yaşayış sahəsidən oğurluq edilməsi ilə bağlı videogörüntüyə və Zərərçəkmiş şəxs3 onun yaşayış sahəsindən oğurlanmış 01 ədəd su mühərrikinin Zərərçəkmiş şəxs3 məxsus olması və ona qaytarılması faktına istinad edilmişdir. Halbuki, Məhkəmə iclasında sübutların tədqiqi mərhələsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində, nömrəsiz ünvanda yerləşən və Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış sahəsində baş vermiş oğurluq hadisəsinə dair video görüntülərin əks olunduğu diskə baxış keçirilmişdir. Diskə baxış keçirilməsi zamanı videomüşahidə kameralarının qeydə aldığı görüntülərdə hadisə zamanı ərazidə olan şəxsin xarici görünüşü və ümumi zahiri əlamətləri müşahidə olunmuş, bu əlamətlər Təqsirləndirilən şəxs zahiri xüsusiyyətləri ilə müqayisə edilmişdir. Nəticə etibarilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, video görüntüdə əks olunan şəxsin zahiri əlamətləri ilə təqsirləndirilən şəxsin zahiri əlamətləri arasında aydın və əhəmiyyətli fərqlər mövcuddur. Bu səbəbdən həmin videomateriallarda görünən şəxsin Təqsirləndirilən şəxs olmadığı öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 sentyabr 2024-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş massivi 15-ci dalanda yerləşən 3849 saylı bağ evinə daxil olaraq təkrarən oğurluq etməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 2280 manat maddi ziyan vurmaqla etməsi epizodu ilə bağlı sübut yalnız zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadəsi və Zərərçəkmiş şəxs3 onun yaşayış sahəsindən oğurlanmış 01 ədəd su mühərrikinin Zərərçəkmiş şəxs3 məxsus olması və ona qaytarılması halı olmuşdur. Halbuki, Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 ona qaytarılmış mühhərikin bütün mağazalarda olan standart su mühərrikindən olduğunu, həmin mühərriklərin hamısının görünüşünün eyni olduğunu, öz mühərikkinin üzərində olan istehsal kodunu dəqiq bilmədiyindən ona verilən su mühərrikinin üzərində olan kodla eyniləşdirə bilmədiyinə görə ona verilən su mühərrikinin onun həyətindən oğurlanan su mühəriki olduğuna əmin olmadığını bildirmişdir. Su mühərrikinin Zərərçəkmiş şəxs3 məxsus olmasını təsdiq edə biləcək yeganə şəxs Zərərçəkmiş şəxs3dur, o isə eyniləşdirmə aparmağın mümkün olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin epizodlar üzrə özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı ifadələrinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazıldığını və özü tərəfindən oxunmadan fiziki təzyiqlər altında imzalandığını, həmin cinayətləri törətmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə (nəzərə alınsa ki, iş materiallarına bundan savayı bir dənə də olsun mötəbər sübut əlavə edilməmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs qeyd olunan epizodlarla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir. Belə ki, göstərilən epizodlar üzrə zərərçəkmiş şəxs qismində tanınmış hər bir şəxsin ifadəsindən görünür ki, onlar ifadələrində əmlaklarının oğurlanması faktını göstərərək təsdiq etsələr də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini, kimin törədə biləcəyinə dair hər hansı ehtimalı göstərməmişlər. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxslərin cinayəti törətmiş şəxsi görməmələri və həmin cinayətin kim tərəfindən törədilməsini bilməmələri tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlaklarından məhrum edilmiş zərərçəkmiş şəxslərin mənafeləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxslər tərəfindən hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verilməsində məqsəd kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onların əmlaklarını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Hazırki halda istintaq orqanının istinad etdiyi sübut növlərindən biri olan təqsirləndirilən şəxsin ifadələri məhkəmə tərəfindən digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməklə təqsirləndirilən şəxsin sadəcə həmin ifadələrin məzmununu oxumadan imzaladığı ifadələr kimi qəbul edilir. Bununla yanaşı, qeyd olunan hər iki epizod üzrə məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslər ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununa uyğun ifadə verərək əmlakının oğurlandığını təsdiq etsə də, oğurluğun kimin tərəfindən törədildiyini bilmədiyini göstərmişdir. Nəzərə alınsa ki, sadalanan epizodlar üzrə zərərçəkmiş şəxslər özləri iş materiallarında olan ifadələrində onların hər birinə məxsus əmlakın kim tərəfindən oğurlandığını görmədiklərini və heç kimdən şübhələnmədiklərini bildirmişlər, Hətta Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs gördüyü ilk məhkəmə iclasında təqsirləndirilən şəxsi ilk dəfə məhkəmə iclasında gördüyünü və həmin şəxsin həyətindən oğurluq edən videodakı şəxs olmadığını bildirmişdir. Digər Zərərçəkmiş şəxs3 evinin və həyətinin hər yerindən əl-barmaq izlərinin götürüldüyü bildirmişdir. İş materiallarında isə dənə də olsun mötəbər sübut yoxdur (təqsirləndirilən şəxsin əl-barmaq izləri, hadisə günü təqsirləndirilən şəxsin həmin cinayəti törətməsini təsdiq edə biləcək şahid ifadəsi, videogörüntü, maddi sübut), məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan və məhkəmənin tədqiq etdiyi epizodlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar təqsirləndirilən şəxsin qeyd olunan epizodlarla təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verməməklə yanaşı, məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs tərəfindən “tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şəhid Bulağıyanı, nömrəsiz fərdi yaşayış evinə palstik qapıdan qanunsuz daxil olmaqla yataq otağından bir ədəd «Zara» markasına aid dəyəri 180 manat təşkil edən gödəkçəni, bir ədəd «PierCardin» markasına aid dəyəri 210 manat təşkil edən gödəkçəni, 3 ədəd ümumi dəyəri 300 manat təşkil edən «Collins» markasına aid gödəkçələri, iki ədəd «PierCardin» markasına aid ümumi dəyəri 230 manat olan şalvarları, 2 ədəd ümumi dəyəri 190 manat təşkil edən «Collins» markasına aid şalvarları, 3 cüt «Flo» markasına aid ümumi dəyəri 280 manat təşkil edlən ayaqqabıları, bir ədəd dəyəri 240 manat olan dama-dama «Euromoda» firmasına aid köynəyi, 3 ədəd ümumi dəyəri 200 manat olan kəmərləri, bir ədəd 300 manat təşkil edən yüngül formaları qaynaq aparatı, bir ədəd dəyəri 50 manat olan laqondanı, bir ədəd dəyəri 50 manat olan drelii və 150 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2380 manat maddi ziyan vurmaqla oğurluq etməsi” və “təkrarən tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2024-cü il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində yerləşən yarımtikiliyə hasardan qanunsuz daxil olmaqla oradan bir ədəd dəyəri 360 manat təşkil edən «Makita» firmasına aid laqonda və dəyəri 700 manat təşkil edən 50 metr 8 mm-lik elektrik kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1060 manat maddi ziyan vurmaqla təkrar oğurluq etməsi” özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə bağlı epizodlar üzrə təqsirli bilməsə də, qeyd olunan epizodlarla bağlı təqsirləndirilən şəxsin təqsirli olması zərərçəkmiş şəxslərin ifadəsindəki xüsusatlar, ən önəmlisi isə zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən ona məxsus olması təsdiq olunmuş maddi sübutun təqsirləndirilən şəxsdə aşkar olunması və onun tərəfindən təqdim olunması ilə sübuta yetirilmişdir ki, belə olan halda məhkəmə Təqsirləndirilən şəxs həmin epizodlarla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanmasında təqsirli bilməyərək həmin cinayətləri törətmədiyini göstərsə də, məhkəmə həmin epizodlarla bağlı təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması qənaətindədir. Belə ki, təqsiləndirilən şəxs Zərərçəkmiş şəxs2 polis əməkdaşı Şahid1 ilə birləşərək onu tutdurmaq üçün oyun qurduqlarını, bunun səbəbinin isə onların narkotik vasitə satmasına imkan verməməsinin olduğunu və kənddə hamının bunu bilməsini qeyd etsə də, məhkəmə tərəfindən ona hər hansı sübut və ya şahid təqdim etməsi üçün şərait yaradılmış, lakin o heç bir sübut təqdim etməmiş və bu halı təsdiq edə biləcək heç kimin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 isə Şahid1 tanımağını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun polis əməkdaşları tərəfindən döyüldüyünü təsdiq edəcək videonun olduğunu və yaxın zamanda həmin videonun harada saxlanıldığını deyəcəyini və həmin videoya baxmağın mümkün olacağını bildirmiş, lakin uzun sürən məhkəmə istintaqı müddətində hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə onun döyüldüyünü təsdiq edə biləcək Şahid4, Şahid5 və Şahid6 əlavə şahid qismində məhkəmə iclasında dindirilməsi ilə bağlı verdiyi vəsatət təmin olunmuş, adları sadalanan şəxslərdən yalnız Şahid6 tapılaraq məhkəmə iclasında iştirakının təmin olunması mümkün olunmuşdur. Şahid6 isə Təqsirləndirilən şəxs polis əməkdşlrı tərəflərindən döyüldüyünün şahidi olmadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı dedikləri araşdırılarkən aşağıdakı ziddiyyətlər məhkəmənin diqqətini çəkmişdir: - - Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona təzyiq etməsi nəticəsində başında və sol ayağında dizdən aşağı nahiyədə kəsik və ya qançır formasında deyil, küt əşyanın təsirindən xəsarət əmələ gəlməsini bildirsə də, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X11 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 mart 2025-ci il tarixli qərarında istinad olunmuş Məhkəmə- Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin 23 noyabr 2024-cü il tarixli, 2873 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol bud nahiyəsinin səthi kəsilmiş yaradan sonra yaranmış çapıq toxuması müəyyən edildi. Xəsarət iti kənara malik əşya, ola bilsin şüşə parçasının təsirindən törənmişdir, müddəti şəxsin məhkəmə-tibbi ekspertizasından 1 aya qədər əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. - Bundan başqa məhkəmə istintaqı zamanı şahid polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs şikayəti ilə bağlı heç bir araşdırmaya cəlb olunmadığını bildirsə də, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X11 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 mart 2025-ci il tarixli qərarında Şahid1 izahatına istinad olunmuşdur. - Həmçinin, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 aprel 2025ci il tarixli qərarda Şahid1 izahatına istinad olunaraq “.... Hüseynin yeri müəyyən edilmiş və o, polisləri görüb tutulmaması üçün qaçmağa başlamış və bu zaman yerə yıxılmışdır. Yerdən tapdığı şüşə parçası ilə özü ayaq nahiyəsinə xəsarət yetirmişdir, onu heç kim döyməmişdir” məzmunu əks olunmuşdur ki, hadisənin bu cür təsviri həm Şahid1, həm digər şahidlərin və təqsirləndirilən şəxsin ifadəsi, həm də iş materialları ilə (təqsirləndirilən şəxsin özünə xəsarət yetirdiyi bıçaqla bağlı hətta məhkəmə ekspertizası keçirilmişdir) təkzib olunur. İş materiallarında xəsarətin şüşə vasitəsi ilə yetirilməsi ilə bağlı digər hər hansı məlumata rast gəlinməmişdir. - Müdafiə tərəfinin təqsirləndirilən şəxsin döyülməsini təsdiq edəcəyini iddia etdikləri şahid qisminə dindirilmiş Şahid6 X2 polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olmadığını bildirmişdir. - Şəxsin pis rəftara məruz qalması ilə bağlı səlahiyyətli orqanlar tərəfindən aparılmış araşdırma natamam olmaqla işin halları ilə uyğunluq təşkil etməsə də, təqsirləndirilən şəxs tərəfindən aldığı xəsarətin lokalizasiyası, alınma şəraiti ilə bağlı dedikləri ekspert rəyi ilə ziddiyyət təşkil etdiyindən bu qeyd olunanlar onu deməyə imkan verir ki, Təqsirləndirilən şəxs həqiqətən polis əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı dedikləri inandırıcı olmamaqla yanaşı özünü müdafiə məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını təkrarən gizli olaraq talama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 800 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslr yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilmir. Təqsirləndirilən şəxs əməlində cinayətin xüsusilə təhlükəli residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən (yoxdur) və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 19 sentyabr 2024-cü il tarixdə 21 sentyabr 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalı, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, 01 ədəd “Maqnus” markalı su mühərriki və 01 ədəd “Collins” markalı cins şalvarın maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ilə bağlı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 04 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdən 21 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 04 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablanmaqla cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,414 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd videodisk cinyət işi materiallarında saxlanılsın. Bir ədəd “Markus” markalı su motorunun və bir ədəd “Collins” markalı cins şalvarın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 144 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilmiş "xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 ümumilikdə 520 manat maddi ziyan vurmaqla, 28 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 ümumilikdə 2280 manat maddi ziyan vurmaqla, oğurluq etməsi” nə dair epizodlarla bağlı icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-190/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-190/2025
10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver