Məhkəmə qərarları › İş №1(008)-191/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-191/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-191/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X16 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmaqla məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş formada götürülməmiş, işləməyən, orta təhsilli, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3, 32.5,177.2.4 və 234.1-ci maddələri ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən yeni tikilidə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayib xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic Bağları, 42-ci dalanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə elektrik sayğacının qutusunun içindəki açarı götürüb darvazanı qapısını açmaqla qanunsuz daxil olaraq keçərək oradakı ümumi dəyəri 300 manat olan dəmir profillər və həmin profillərdən hazırlanmış 1 ədəd masa və oturacaq dəstini, evdə olan 1500 manat dəyərində 1 ədəd gümüşü rəngli “Toshiba” markalı soyuducunu, 800 manat dəyərində 1 ədəd 106 sm diaqonallı “Samsung” markalı plazma televizor, 300 manat dəyərində 1 ədəd qara rəngli televizor altlığını, 100 manat dəyərində 1ədəd Samsung firmasına məxsus DVD aparatını, Euromax firmasına məxsus 100 manat dəyərində 1 ədəd antena idarəetmə aparatını, 1200 manat dəyərində 1 ədəd Türkiyə Respublikasında istehsal olunan jurnal masası və divanı, 2200 manat dəyərində 1 ədəd 7x3 ölçülü ipəkdən hazırlanmış iran Respublikasında istehsal olunan xalçanı, ümumilikdə 700 manat olan hər biri 4 stul və 1 masadan ibarət olan 2 dəst stul-masaları, 400 manat dəyərində 1 ədəd açıq qəhvəyi rəngli dairəvi formalı jurnal masasını, ümumi dəyəri 200 manat olan 2 ədəd büllur vazam, 200 manat dəyərində 1 ədəd elektrik samovarını, 400 manat dəyərində 1 ədəd dairəvi formalı divar saatını, 1500 manat dəyərində 1 ədəd 3x1.5 ölçülü əldə toxunan xalçanı, 200 manat dəyərində 1 ədəd yağla işləyən elektrik qızdırıcını, 100 manat dəyərində 1 ədəd Samsung markalı tozsoranı, 200 manat dəyərində 1 ədəd nərdi, ümumi dəyəri 80 manat olan 8 ədəd yastığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda cəmi 10480 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,898 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və 01 iyun 2022-ci il tarixdə, saat 10:30 radələrində Sabunçu RPİ-nin 15- ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Cəlilov küçəsində yerləşən məscidin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 15-ci PB-nə gətirilmiş, PB-də üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümündə təmiz çəkisi 1,898 qram olan ağımtıl rəngli, kristal-toz şəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yeri və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətin törədilməsinə cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, sərəncam verməyi qabaqcadan vəd etməklə köməklik etmiş və qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakın gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsində girib qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən sonunculara cinayət yolu ilə əldə ediləcək əmlakları yaşadığı Sabunçu qəsəbəsi, Maştağa qəsəbəsi, Daş karxanası 68 ünvanındakı evində gizlətməyi, onlara sahiblik və onlardan istifadə etməyi, sərəncam verməyi yəni satışını təşkil edəcəyini qabaqcadan vəd etməklə cinayətin törədilməsində köməkçi qismində iştirak edərək xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic Bağları, 42-ci dalanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə elektrik sayğacının qutusunun içindəki açarı götürüb darvazanı qapısını açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan gizli olaraq taladıqları ümumi dəyəri 300 manat olan dəmir profillər və həmin profillərdən hazırlanmış 1 ədəd masa və oturacaq dəstini, giriş qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olub taladıqları 1500 manat dəyərində 1 ədəd gümüşü rəngli “Toshiba” markalı soyuducunu, 800 manat dəyərində 1 ədəd 106 sm diaqonallı “Samsung” markalı plazma televizor, 300 manat dəyərində 1 ədəd qara rəngli televizor altlığını, 100 manat dəyərində 1ədəd Samsung firmasına məxsus DVD aparatını, Euromax firmasına məxsus 100 manat dəyərində 1 ədəd antena idarəetmə aparatını, 1200 manat dəyərində 1 ədəd Türkiyə Respublikasında istehsal olunan jurnal masası və divanı, 2200 manat dəyərində 1 ədəd 7x3 ölçülü ipəkdən hazırlanmış İran Respublikasında istehsal olunan xalçanı, ümumilikdə 700 manat olan hər biri 4 stul və 1 masadan ibarət olan 2 dəst stul-masaları, 400 manat dəyərində 1 ədəd açıq qəhvəyi rəngli dairəvi formalı jurnal masasını, ümumi dəyəri 200 manat olan 2 ədəd büllur vazam, 200 manat dəyərində 1 ədəd elektrik samovarını, 400 manat dəyərində 1 ədəd dairəvi formalı divar saatını, 1500 manat dəyərində 1 ədəd 3x1.5 ölçülü əldə toxunan xalçanı, 200 manat dəyərində 1 ədəd yağla işləyən elektrik qızdırıcını, 100 manat dəyərində 1 ədəd Samsung markalı tozsoranı, 200 manat dəyərində 1 ədəd nərdi, ümumi dəyəri 80 manat olan 8 ədəd yastığı cəmi 10480 manat dəyərində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda əmlakı yaşadığı Sabunçu qəsəbəsi, Maştağa qəsəbəsi, Daş karxanası 68 ünvanındakı evində gizlədib saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətinin törədilməsinə köməklik etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,916 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Aydınlıq küçəsində yerləşən «Cümə» məscidinin yaxınlığına qədər daşımış, 24 mart 2022-ci il tarixdə, saat 13:04-də Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbilrləri nəticəsində həmin ünvanda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmiş, polis bölməsində onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibinən 06(altı) ədəd şəffaf sellofan bükümllərin içərisindəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,673 qram, 0,258 qram, 0,200 qram, 0,219 qram , 0,364 qram və 0,202 qram ümumi təmiz çəkisi 1,916 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,643 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 08 avqust 2022-ci il tarixdə, saat 14:12-də Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 92 ünvanında yerləşən «Ayxan» marketin arxa tərəfində saxlanılaraq PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofona bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 1,643 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayib xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakın gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic Bağları, 42-ci dalanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə elektrik sayğacının qutusunun içindəki açarı götürüb darvazanı qapısını açmaqla qanunsuz daxil olaraq keçərək oradakı ümumi dəyəri 300 manat olan dəmir profillər və həmin profillərdən hazırlanmış 1 ədəd masa və oturacaq dəstini, evdə olan 1500 manat dəyərində 1 ədəd gümüşü rəngli “Toshiba” markalı soyuducunu, 800 manat dəyərində 1 ədəd 106 sm diaqonallı “Samsung” markalı plazma televizor, 300 manat dəyərində 1 ədəd qara rəngli televizor altlığını, 100 manat dəyərində 1ədəd Samsung firmasına məxsus DVD aparatını, Euromax firmasına məxsus 100 manat dəyərində 1 ədəd antena idarəetmə aparatını, 1200 manat dəyərində 1 ədəd Türkiyə Respublikasında istehsal olunan jurnal masası və divanı, 2200 manat dəyərində 1 ədəd 7x3 ölçülü ipəkdən hazırlanmış iran Respublikasında istehsal olunan xalçanı, ümumilikdə 700 manat olan hər biri 4 stul və 1 masadan ibarət olan 2 dəst stul-masaları, 400 manat dəyərində 1 ədəd açıq qəhvəyi rəngli dairəvi formalı jurnal masasını, ümumi dəyəri 200 manat olan 2 ədəd büllur vazam, 200 manat dəyərində 1 ədəd elektrik samovarını, 400 manat dəyərində 1 ədəd dairəvi formalı divar saatını, 1500 manat dəyərində 1 ədəd 3x1.5 ölçülü əldə toxunan xalçanı, 200 manat dəyərində 1 ədəd yağla işləyən elektrik qızdırıcını, 100 manat dəyərində 1 ədəd Samsung markalı tozsoranı, 200 manat dəyərində 1 ədəd nərdi, ümumi dəyəri 80 manat olan 8 ədəd yastığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda, cəmi 10480 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,948 psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat dairəsi”nin yaxınlığına daşımış və 28 fevral 2022-ci il tarixdə, saat 10:40-da həmin ünvanda Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmiş, orada videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,948 qram ağ rəngli kristallik şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 AR CM-nin 32.5,177.2.1, 32.5,177.2.3, 32.5,177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Təxminən 2022-ci ilin fevral ayının 22-də, günorta saat 15 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic Bağlar massivinə bağban işi axtarmağa getmiş, lakin, iş tapa bilməyib və artıq hava qaralmış, təxminən saat 20 radələrində Ləhiç bağlar massivində 3 mərtəbəli evin işıqlarının yanmadığını görmüş və hasara dırmaşıb həyətə baxdıqda evdə heç kimin olmadığını dəqiqləşdirmişdir, daha sonra evin hasarının bayır tərəfində olan elektrik sayğacı gözünə dəymişdir və qapağını açıb baxdıqda görmüşdür ki, darvazanın açarı oradadır, həmin açarı götürüb darvaza qapısını açmışdır və içəri baxdıqda görmüşdür ki, həyətdə stol-stul, dəmir profillər vardır. Artıq qərara gəlmişdir ki, həmin evin həyətindən oğurluq etsin, lakin həmin vaxt oğurluq etməmişdir. Oradan Ramana qəsəbəsinə 173 saylı sərnişin avtobusu ilə getmişdir. Ramanada olarkən tanışı Təqsirləndirilən şəxs3 görmüş, ona tanış bir bağdan əşyaları daşımaq üçün ona fəhlə qismində kömək etməsini və haqqını verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ona kömək etməyə razılıq vermiş, lakin həmin bağa oğurluq üçün getdiklərini bilməmişdir. Təqsirləndirilən şəxs3 ona bildirmişdir ki, tanıdığı “Qazel” avtomobilinin sürücüsünü çağıra bilər, o da razılaşmışdır. O və Təqsirləndirilən şəxs3 onun istiqamət verməsi əsasında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiç bağlar massivindəki həmin 3 mərtəbəli evin qarşısına gəlmişlər. O, əvvəlcədən əldə etdiyi açarla darvaza qapısını açmışdır, “Qazel” markalı avtomobil içəri həyətə daxil olmuşdur. Bundan sonra o və tanışı Təqsirləndirilən şəxs3 stol-stul dəstini, dəmir profilləri yük avtomobilinə yığmışlar. Sonra onlar evin içərisinə daxil olaraq oradakı əşyaları da götürmüşlər. Onlar mətbəxin açıq qapısından evə girmişlər, qonaq otağından divan, bir ədəd balaca və bir ədəd böyük xalçaları, jurnal stolunu, masa və stulları, soyuducunu, televizoru, elektrik samovarını oğurlayıb daşıyaraq “Qazel” markalı avtomobilin yük yerinə yığmışlar və sürücü həmin yük avtomobilini sürərək həyətdən çıxmışdır. O da açarla darvaza qapısını bağlamışdır. Oğurladıqları əmlakları həmin yük avtomobili ilə Ramana qəsəbəsinə tanışı Təqsirləndirilən şəxs2 evinə gətirib oraya boşaltmışlar və Anara da əşyaların oğurluq olmasını deməmiş, dayısının evini dəyişdiyini, bu səbəbdən mümkündürsə əşyaları onun həyətində saxlamağı təklif etmişdir. Anar həmin əmlakların oğurluq olmasını bilməmişdir. Həmin cinayətdə yalnız özü təqsirlidir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Balaxanı qəsəbəsində olarkən orada üzdən tanıdığı lakin ad soyadını bilmədiyi şəxsdən 20 manata psixotrop maddə metamfetamin almış və cibinə qoymuşdur ki, sonra özü istifadə etsin, lakin həmin gün, saat təxminən 10:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Cəlilov küçəsində, yaşadığı ərazidə yerləşən məscidin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Sabunçu RPİ-nin 15-ci PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyriqanuni əşyanın olub-olmadığı soruşulduqda və varsa təqdim etməyi təklif edildikdə o əynində olan açıq qara rəngli idman şalvarının sağ yan cibindən ağ rəngli selofana bükülmüş, içərisində psixotrop maddə kimi “şüşə” adlanan metamfetamini təqdim etmişdir və sorğu-sual zamanı həmin metamfetamini həmin gün, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin yaxınlığında üzdən tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1, 32.5,177.2.3, 32.5,177.2.4 maddələri, AR CM-nin 234.1-ci maddəsi ilə isə 24 mart 2022-ci il tarixli epizod üzrə təqsirli bilməyərək göstərmişdir ki, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la yaxın dostluq münasibətləri olmuşdur. Keçən ilin mart ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Qazellə bir sıra əmlakları gətirərək onun həyətinə yığmağı təklif etmişlər. O, səbəbini soruşduqda Təqsirləndirilən şəxs1 dayısının evini dəyişdiyini və bir müddət əşyaları qoymağa başqa yerləri olmadığından onun həyətinə gətirdiklərini bildirmişdir. O, Bəxtiyara inanaraq razılaşmışdır. Bir neçə gündən sonra o, rayona getmiş və həyətin darvazasının açarını Bəxtiyara vermişdir ki, lazım olanda gəlib əşyaları aparsın. Sonradan polis əməkdaşları onu saxlayaraq evində oğurluq əmlakların olduğunu bildirmişlər. Onun evinin içərisindən zərərçəkmiş şəxsə məxsus əşyalar çıxsa da, həmin əşyaların kim tərəfindən oraya qoyulduğunu bilmir. O, əmlakların oğurluq olduğunu bilsə idi, Bəxtiyarın təklifi ilə razılaşmaz və əşyaların onun həyətində saxlanmasına icazə verməzdi. AR CM-nin 234.1-ci maddəsi ilə “24 mart 2022-ci il tarixli” epizod üzrə isə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin gün o, saxlanılaraq polis bölməsinə gətirilsə də, onun üzərində heç bir narkotik vasitə olmamışdır. İstintaq orqanı tərəfindən təqdim edilmiş sənədləri isə oxumadan imzalamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən ona bu barədə məlumat verilənədək Təqsirləndirilən şəxs1 onun həyətində saxlamaq üçün gətirdiyi əmlakların oğurluq olduğunu bilmədiyini, AR CM-nin 234.1-ci maddəsi ilə 24 mart 2022-ci il tarixli epizod üzrə polis bölməsində şəxsi axtarış və götürmə zamanı üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşyanın olmadığını bildirdiyini, üzərindən şəxsi axtarış zamanı gödəkçəsinin cibindən polis əməkdaşı tərəfindən çıxarılmış narkotik vasitələrin ona məxsus olmasını bildirməsinin səbəbini hazırda açıqlaya bilmədiyini, polis bölməsində hər hansı fiziki zor tətbiqinə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 AR CM-nin 234.1-ci maddəsi ilə “08 avqust 2022-ci il tarixli” epizod üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 08 avqust 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində üzdən tanıdığı, adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxsdən özü istifadə etməsi üçün 20 manata 1 ədəd sellofan bükümdə metamfetamin alaraq əynindəki qara rəngli idman şalvarının sağ cibinə qoyub saxlamaqla üzərində gəzdirmişdir. Həmin gün saat 14 radələrində Zabrat qəsəbəsində Babək küçəsində yerləşən Ayxan marketin arxası ilə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşaraq saxlamış və özlərini təqdim edərək ona üzərində narkotik vasitə saxlayıb daşımasından şübhələndiklərini bildirməklə 15-ci PB-nə dəvət etmişlər. O etiraz etməyib polis əməkdaşları ilə birlikdə 15-ci PB-nə gəlmiş, orada bölmənin təhqiqtçısı tərəfindən şübhəli şəxs qismində tutulub, sonra isə üzərində şəxs axtarış aparılmışdır. Axtarış zamanı təhqiqatçı ona üzərində narkotik vasitə və qanunsuz olaraq saxlanılan əşya və predmet vardırsa, təqdim etməsini təklif etdikdə o həmin metamfetamini çıxarıb masanın üstünə qoyaraq təqdim etmiş və bildirmişdir ki, bu metamfetamini özünün istifadə etməsi məqsədi ilə həmin tarixdə tanımadığı şəxsdən 20 manata alıb üzərində saxlamışdır. Metamfetamin polis əməkdaşları tərəfindən kağız zərfə qablaşdırılıb götürülmüş və axtarış barədə protokol tərtib olunmuş, bütün iştirakçılar o cümlədən özü protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, sadəcə Bəxtiyarın ona hansına qohumuna məxsus bir bağdan daşımağa ona fəhlə kimi kömək etmək üçün zərərçəkmiş şəxsin bağına getdiyini, bunun müqabilində Təqsirləndirilən şəxs1 ona pul da verdiyini, həmin vaxt oğurluq etdiklərini bilmədiklərini, Anarın da oğurluqdan xəbərinin olmadığını, Bəxtiyarın ona həmin əşyaların qohumunun evinin əşyaları olduğunu bildirdiyini, hadisədən sonra polis bölməsində olarkən Təqsirləndirilən şəxs1 onunla birlikdə getdiyi bağdan götürülmüş əmlakların oğurluq olduğunu bildiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat dairəsi” yaxınlığında piyada gedən zaman biri mülki geyimdə, digəri isə polis formasında olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra, onun razılığı ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə polis əməkdaşları ilə birlikdə gəlmiş və orada ona hüquq və vəzifələri izah edilmiş və özünün istəyi ilə müdafiəçinin iştirakı olmadan üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd büküm adını “patı” kimi bildiyi psixotrop maddəni təqdim etmişdir. O həmin metamfetamini 28 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan adını bilmədiyi üzdən tanıdığı şəxsdən 20 (iyirmi) manata aldığını bildirmişdir. Üzərindən aşkar edilən metamfetamin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 onun evində olan özünün könüllü təqdim etdiyi zərərçəkmiş şəxsə məxsus əşyaları bəyəndiyi üçün Təqsirləndirilən şəxs1 razılığı ilə götürdüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kürdəxanı qəsəbəsi, Ləhiç bağları, 42-ci dalanda yerləşən fərdi yaşayış evi ona məxsusdur, 2014-cü ildə almış, həyətyanı sahəsi 12 sotdur, ev isə 3 mərtəbəlidir, 110 kvadratmetr ölçülüdür. Yay aylarında orada yaşayır. 08 fevral 2022 tarixində bağ evinə gedib baş çəkmişdir. Daha sonra Bakıxanov qəsəbəsinə evinə getmişdir. 26 fevral 2022 tarixində saat 11 radələrində bağ evinə getdikdə müəyyən etmişdir ki, naməlum şəxsin hasardan aşaraq həyətə daxil olub, həyət darvazasını arxadan açaraq həyətdəki nərdivandan istifadə edərək ikinci mərtəbəyə qalxıb, plastik pəncərəni sıxıb açaraq evə daxil olmuş evdən əmlaklarını oğurlayıb, evin birinci mərtəbəsində olan evin digər giriş qapısını içəridən açaraq çıxıb getmişlər. Ona həmin oğurluq hadisəsi nəticəsində 10180 manat maddi ziyan vurulmuşdur. Belə ki, evindən 1500 manat dəyərində gümüşü rəngli “Toshiba” markalı soyuducu, 800 manat dəyərində 106 sm diaqonallı “Samsung” markalı plazma televizor, 300 manat dəyərində qara rəngli televizor altlığı, 100 manat dəyərində Samsung firmasına məxsus DVD aparatı, “Euromax” firmasına məxsus 100 manat dəyərində antena idarəetmə aparatı, 1200 manat dəyərində Türkiyə Respublikasına məxsus boz rəngli künclü jurnal masası olan divan, 7x3 ölçülü ipəkdən hazırlanmış İran Respublikası istehsalı olan 2200 manat dəyərində xalça, bir komplektində 4 stul və bir ədəd masa olan 350 manat dəyərində iki komplekt ümumi dəyəri 700 manat , 400 manat dəyərində açıq qəhvəyi rəngli dairəvi formalı jurnal masası, biri 100 manat olan, iki ədəd 200 manat olan xrustal vaza, 200 manat dəyərində elektrik samovar, 400 manat dəyərində dairəvi formalı divar saatı, 3x1.5 ölçülü 1500 manat dəyərində toxunma xalı, 200 manat dəyərində elektrik yağla işləyən qızdırıcı, 100 manat dəyərində “Samsung” firmasına məxsus tozsoran, 200 manat dəyərində nərd taxta, 8 ədəd bir ədədi 10 manat olan ümumi 80 manat dəyərində yastıq, ümumilikdə 300 manat dəyərində olan dəmir profillər və həmin profillərdən hazırdanmış 1 ədəd masa və oturacaq dəsti oğurlanmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs mülki iddia təqdim edərək ona cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi istiqamətində təqsirləndirilən şəxslər tərəfindən hər hansı addım atılmadığını, cinayət nəticəsində stress və sarsıntı keçirdiyini, buna görə müalicələr aldığını və nəticədə ona mənəvi zərərin dəydiyini qeyd edib təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Yaşar oğlundan vurulmuş maddi zərərə görə 9880 manat, mənəvi zərərə görə 1000 manat, mülki iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumuna görə 128,80 manat, bununla da cəmi 11008 manat 80 qəpik məbləğində zərərin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi 86 ünvanında qeydiyyatda olan və Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədəndə yaşayan Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitə əldə edərək daşıması barədə etibarlı mənbədən daxil olmuş məlumat əsasında 15-ci PB-nin sahə rəisi polis polkovnik leytenantı Şahid4 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında yeri müəyyən edilərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübəli şəxs qismində və Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət edilmişdir. PB-də həmin şəxsin şəxsiyyəti yoxlanılarkən həqiqətən Təqsirləndirilən şəxs3 olması təsdiq edilmişdir. Daha sonra araşdırmanın aparılması təhqiqatçı Tərlan Mayılova həvalə edildiyindən tərəfindən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına 7 saylı Vəkil Bürosundan Müdafiəçi3 müdafiəçi qismində dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs3 könüllü ərizəsi əsasında vəkilin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış, baxış və götürmə aparılarkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt X1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə kristal formalı metamfetaminə bənzər maddəni çıxararaq könüllü təhvil vermiş, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və tərtib edilmiş protokolu iştirakçılar imzalarla təsdiq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs3 üzərindən qanunla qadağan olunmuş maddə, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair isti izlərlə və ya sonradan onun ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər hansı fakt və ya dəlil əldə edilməmişdir. Bundan başqa, 24 mart 2022-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil omluş məlumatların yoxlanılması məqsədi ilə o və 15-ci PB-nin sahə inspektoru polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu şəkilində müvafiq əməliyyat tədbirlər həyata keçirərək, Təqsirləndirilən şəxs2 Zabrat qəsəbəsinədə adətən olduğu yerlərdə müşahidələr aparmağa başlayıb həmin tarixdə saat təxminən 13:04-də Təqsirləndirilən şəxs2 əlamətlərinə olan şəxsin Zabrat qəsəbəsi, Aydınlıq küçəsində «Cümə» məscidinin yanına gəldiyini görərək həmin şəxsə yaxınlaşmışlar. Əvvəlcə özlərini təqdim edərək, ondan özü barədə soruşduqda həmin şəxs X6 olduğunu bildirdikdə, onlar Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də, üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə daşıyıb gəzdirməkdə şübhəli olduğunu bildirərək bu şübhələrin yoxlanılması məqsədi ilə onu 15-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyərək onlarla birlikdə PB-nə gəlmiş, onlar bu barədə raportla bölmənin rəisinə məruzə etdikdən sonra, araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı polis mayoru Rauf Əfəndiyevə həvalə olunmuşdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq ona dövlət hesabına 7 saylı Vəkil Bürosundan X7 müdafiəçi qismində dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs2 bildirilmişdir ki, üzərində videoçəkiliş aparılmaqla axtarış keçiriləcəkdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə özünün istəyi ilə müdafiəçinin iştirakı olmadan onu və Şahid3 iştirakları ilə şəxsi axtarış aparılmışdır. Bu zaman əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində heç bir qanunsuz əşya və ya maddə olmadığını bildirdikdən sonra təhqiqatçının götərişi ilə o, Təqsirləndirilən şəxs2 üstünü axtaran zaman sonuncunun əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 6 ədəd, şəffaf sellofana bükülmüş, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddələri aşkar edilmişdir. Təhqiaqtçı Təqsirləndirilən şəxs2 bu maddələrin nədən ibarət olduğunu, hansı məqsədlə və haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, həmin madələr «kakos» adlandırılan narkotik vasitədir, onları 23 mart 2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonunun Balaxanı qəsəbəsində üzdən tanıdığı, şəxsiyyəti və yaşadığı ünvanı barədə məlumatı olmayan şəxsdən 20 manata özünün istifadə etməsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirmişdir. Sonda təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 6 ədəd bükümdə heroinə bənzər maddə zərfə qablaşdırıb möhürləmiş və axtarış barədə protokol tərtib edilmiş, bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. 08 avqust 2022-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə o və 15-ci PB-nin sahə inspektoru polis kapitanı Şahid6 ibarət əməliyyat qrupu şəkilində müvafiq əməliyyat tədbirlər həyata keçirərək həmin tarixdə saat təxminən 14:12-də Təqsirləndirilən şəxs2 Zabrat qəsəbəsində yerldəşən «Ayxan» marketin yaxınlığında saxlayıb ona əvvəlcə özlərini təqdim etməklə həmçinin onun narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də, üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə daşıyıb gəzdirməkdə şübhəli olduğunu bildirərək bu şübhələrin yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs2 15-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyərək onlarla birlikdə PB-nə gəldikdən sonra onlar bu barədə raportla bölmənin rəisinə məruzə etmiş və araşdırmanın aparılması bölmənin təhqiqatçısı polis baş leytenantı Fərmail İmanova həvalə olunmuşdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına 7 saylı Vəkil Bürosundan vəkil X8 müdafiəçi qismində dəvət edilərək sonuncunun iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə özünün istəyi ilə müdafiəçisinin iştirakı olmadan, lakin onun və Şahid6 iştirakı şəxsi axtarış, baxış və götürmə aparılmışdır. Bu zaman, əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş şəffa rəngli xırda kristall formalı metamfetaminə bənzər maddəni təqdim edərək bildirmişdir ki, bu maddə «şüşə» adlandırılan psixotrop maddə metamfetamindir, onu özünün istifadəsi məqsədi ilə həmin tarixdə Zabrat qəsəbəsində üzdən tanıdığı, şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 manata alıb üzərində saxlayaraq gəzdirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üstü axtarılmış və başqa heç bir əşya aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə metamfetaminə bənzər maddə zərfə qablaşdırılıb möhürlənmiş və axtarış barədə protokol tərtib olunmuşdur. Bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 digər Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatların yoxlanılması məqsədi ilə o və 15-ci PB-nin digər əməliyyat müvəkili Şahid2 ibarət əməliyyat qrupu şəkilində müvafiq əməliyyat tədbirlər həyata keçirərək, Təqsirləndirilən şəxs1 Zabrat qəsəbəsinədə adətən olduğu yerlərdə müşahidələr aparmağa başlamış və həmin tarixdə saat təxminən 10:33-də Təqsirləndirilən şəxs1 əlamətlərində olan şəxsin Zabrat qəsəbəsi C.Cəlilov küçəsindəki məscidinin yanına gəldiyini gördükdə həmin şəxsə yaxınlaşaraq əvvəlcə özlərini təqdim etmiş, həmin şəxs də, özünün Təqsirləndirilən şəxs1 olduğunu bildirdikdən sonra onlar Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də, üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə daşıyıb gəzdirməkdə şübhəli olduğunu bildirməklə yanaşı bu şübhələrin yoxlanılması məqsədi ilə onu 15-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyərək onlarla birlikdə PB-nə gəlmişdir. Onlar bu barədə raportla bölmənin rəisinə məruzə etdikdən sonra, araşdırmanın aparılması həvalə olunan təhqiqatçısı polis polkovnik-leytanantı Hafiz Paşayev tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutmuş və ona dövlət hesabına 7 saylı Vəkil Bürosundan Müdafiəçi2 müdafiəçi qismində dəvət etmiş, eyni zamanda hüquq və vəzifələri izah etmiş və bildirildi ki, üzərində videoçəkiliş aparılmaqla axtarış keçiriləcəkdir. X11 üzərinə özünün istəyi ilə müdafiəçinin iştirakı olmadan o və Şahid7 iştirakları ilə şəxsi axtarış aparılmışdır. Bu zaman əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif etdirilmiş, bu zaman Təqsirləndirilən şəxs1 əynində olan solğun- açıq qara rəngli idman şavarının sağ cibindən içində ağımtıl rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd ağ rəngli sellofana bükülünü təqdim etmişdir. Şahid7 onun üstünü axtarmış, lakin heç bir qanunsuz saxlanılan maddə və ya əşya, predmet aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 bu maddənin nədən ibarət olduğunu, hansı məqsədlə və haradan əldə etdiyini soruşduqda sonuncu bildirmişdir ki, həmin maddə «şüşə» adlandırılan psixotrop maddə metamfetamindir və metamfetamini 01 iyun 2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonunun Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata özünün istifadə etməsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirmişdir. Sonda təhqiqatçı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə metamfetaminə bənzər maddəni zərfə qablaşdırıb möhürləyərək götürmüş, axtarış barədə protokol tərtib etmişdir. Bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahidlər Şahid3 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində Sabunçu RPİ-nin 15ci PB-nə gətirilmiş və şəxsiyyəti müəyyən edilən X4 üzərinə PB-nin təhqiqatçısı Fərmail İmanov tərəfindən şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə kristal formalı metamfetaminə bənzər maddəni çıxararaq könüllü təhvil vermiş, bu metamfetamini xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və tərtib edilmiş protokolu iştirakçılar imzalarla təsdiq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş maddə, predmet aşkar edilməmişdir (i.v.cild 01, 30-31). Məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2022-ci il tarixli, 6/4236 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Ne161” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar.” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,643 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (cild 01, i.v.35-39). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs1 üzərinə PB-nin təhqiqatçısı Hafiz Paşayev tərəfindən şəxsi axtarış keçirilərkən onun əynindəki açıq qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə kristal formalı metamfetaminə bənzər maddəni çıxararaq könüllü təhvil vermiş, bu metamfetamini xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və tərtib edilmiş protokolu iştirakçılar imzalarla təsdiq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan olunmuş maddə, predmet aşkar edilməmişdir (cild 01, i.v.119-120). Məhkəmə-kimyəvi ekspertizasının 01 iyun 2022-ci il tarixli, 6/3068 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Ne161” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,898 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (cild 01, i.v.124-128). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və şəxsiyyəti müəyyən edilən X4 üzərinə PB-nin təhqiqatçısı polis mayoru Rauf Əfəndiyev tərəfindən şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 06 ədəd şəffaf sellofan bükümlərdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı o bu narkotik vasitəni 23 mart 2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 6 ədəd sellofan bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və tərtib edilmiş protokolu iştirakçılar imzalarla təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş maddə, predmet aşkar edilməmişdir (cild 01, i.v.200- 201). Məhkəmə-kimyəvi ekspertizasının 24 mart 2022-ci il tarixli, 6/1634 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar.” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki altı ədəd bükümdə təmiz çəkiləri 0,673 qr, 0,258 qr, 0,219 qr, 0,200 qr., 0,219 qr., 0,364 qr., və 0,202 qr. Ümumilikdə təmiz çəkisi 1,916 qram olan qəhvəyi rəngli maddələr kristallik maddə kustar üsulla hazırlanmış narkortik maddə-heroindir (cild 01, i.v.207-213). “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları, 42-ci dalanda yerləşən fərdi bağ evidir (cild 02, i.v.10-19). 02 mart 2022-ci il tarixli Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, o, həmin ərizədə 22 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la əlbir olaraq yaşayış evindən oğurladıqları və özündə saxladığı DVD aparatını və iki ədəd vazanı könüllü olaraq istintaq hərəkətlərinin aparılması üçün təqdim etdiyini bildirmişdir (cild 02, i.v.45). “İfadənin yerində yoxlanılması haqqında” 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 oğurluq hadisəsini Təqsirləndirilən şəxs1la birlikdə törətdiyi şəraiti və mexanizmi əyani olaraq göstərmişdir (cild 02, i.v.46-50). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs3 üzərinə PB-nin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə kristal formalı metamfetaminə bənzər maddəni çıxararaq könüllü təhvil vermiş, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və tərtib edilmiş protokolu iştirakçılar imzalarla təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs3 üzərindən qanunla qadağan olunmuş maddə, predmet aşkar edilməmişdir (cild 02, i.v.106- 107). Məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2022-ci il tarixli, 6/1221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Ne161” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,948 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (cild 02, i.v.115-119). “Maddi sübut kimi tanıma haqqında” 04 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 1,948 qram metamfetamin maddi sübut kimi tanınmış, qalıq qalmış 1,898 qram metamfetamin Sabunçu RPİ-nin saxlancına verilmişdir (cild 02, i.v.157). Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, 011-2670-1222 saylı məktubdan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədinin Təqsirləndirilən şəxs1 sağ əlinin ovucu ilə eynilik təşkil etməsi müəyyən edilmişdir (cild 02, i.v.168-169). “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” 25 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş qəhvəyi rəngli jurnal masası və qara rəngli televizor altlığı götürülmüşdür (cild 02, i.v.179-183). 28 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmiş və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı 2022-ci ilin fevral ayında Kürdəxanı qəsəbəsində yerləçən bağ evinnə daxil olaraq oğurluq etməyi Təqsirləndirilən şəxs3 və onunla birlikdı planlaşdırdıqlarını, cinayəti əlbir törətdiklərini, plana uyğun olaraq Təqsirləndirilən şəxs3lə oğurladıqları əmlakları Təqsirləndirilən şəxs2 evinə yığdıqlarını bildirmişdir (cild 02, i.v.204-205). Məhkəmə-əmtəəşünaslıq ekpsertizasının 9/1974 saylı 11 aprel 2022- ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir:

1. 01 ədəd İndoneziya istehsalı olan, “Samsung” markalı “VK600K” model DVD-60,0 manat;

2. 01 ədəd Çexiya istehsalı olan, alt hissədə “MZ” yazıları olan, altlıqlı, şüşə materialdan, kiçik ölçülü vaza - 20.0 manat;

3. 01 ədəd göy-qızılı rəngli üzərində gül şəkilləri əks edilmiş, altlıqlı, şüşə materialdan olan orta ölçülü vaza - 25,0 manat (cild 03, i.v.28-30). Məhkəmə-əmtəəşünaslıq ekpsertizasının 9/2111 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd qəhvəyi rəngli, istifadədə olmuş üzərində istismar xarakterli qüsurlar (cızıqlar, ləkə və.s.) olan jurnal masası- 70,00 manat; bir ədəd qara rəngli, istifadədə olmuş, üzərində “Vogues” yazısı olan televizor altlığı - 40,00 manat (cild 03, i.v.31-33). “İfadənin yerində yoxlanılması haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq hadisəsini Təqsirləndirilən şəxs3lə birlikdə törətdiyi şəraiti və mexanizmi əyani olaraq göstərmişdir (cild 03, i.v.101-104). Məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2022-ci il tarixli, 2980 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (cild 03, i.v.109-110). Məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2022-ci il tarixli, 3609 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (cild 03, i.v.111-112). Məhkəmə doktiloskopik ekspertizasının 01 iyul 2020-ci il tarixli, 3/850 nömrəli rəyindən görünür ki, 22 ferval 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri Kürdəxanı qəsəbəsi Ləhic bağlar massivndəki evindən oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış zamanı aşkar edilib götürülmüş 5 ədəd əl-barmaq izlərindən 1 saylı doktilentlə köçürülən 1 saylı doktilolentin səthindəki ovuc izi, 2-3 saylı doktilolentlərə köçürülmüş əl- barmaq izləri şəxsiyyəti eyniləşdirmək üçün yararlıdırlar. 4 və 5 saylı doktilolentlərin səthindəki izlər isə şəxsiyyəti eyniləşdirmək üçün yararsızdır. 1 saylı doktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 sağ ovucunun hipotenar hissəsindən qalmışdır. 2,3 saylı doktilolentlərin səthindəki əl-barmaq izləri Məmmdov bəxtiyar Yaşar oğlunun daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaqlarından qalmamışdır (cild 03, i.v.113- 122). Məhkəmə-narkoloji ekspertizasının 27 oktyabr 2022-ci il tarixli, 6392 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (cild 03, i.v.240-241). “Sübutların qiymətləndirilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 AR CM-nin 32.5,177.2.1, 32.5,177.2.3, 32.5,177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs3 götürülmüş 1,948 qram metamfetamin, Təqsirləndirilən şəxs2 götürülmüş 1,916 qram heroin və 1,643 qram metamfetamin, Təqsirləndirilən şəxs1 götürülmüş 1,898 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş 01 ədəd jurna masası və 01 ədəd televizor altlığı, Təqsirləndirilən şəxs3 yaşadığı evdən götürüb təqdim etdiyi 01 ədəd DVD aparatı və 02 ədəd vazalar, zərərçəkmiş şəxsin evində aşkar edilmiş Təqsirləndirilən şəxs1 sağ əlinin ovuc səthinin doktilolentə köçürülmüş əksi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 04 ədəd DVD disklər maddi sübut kimi tanınmış, doktilolentin və “DVD” disklərin iş materiallarına əlavə edilməsi, digər sübutların isə Sabunçu RPİ-nin saxlancına verilməsi qərara alınmışdır (cild 03, i.v.244-261). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 özünü oğurluq cinayətində təqsirli bilmədiyini qeyd edərək Təqsirləndirilən şəxs1 onu çağırması nəticəsində hadisə yerinə getdiyini, Təqsirləndirilən şəxs1 həmin evin onun qohumuna məxsus olduğunu bildirdiyini, oraya fəhlə kimi əşyaları daşımağa kömək etmək üçün getdiyini və bunun müqabilində Təqsirləndirilən şəxs1 ona 30 manat pul verdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 qeyd olunan ifadəsini həm ibtidai istintaq dövründə özünün verdiyi ifadəsi, həm ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri, zərərçəkmiş şəxsin ifadələri ilə əlaqəli şəkildə tədqiq edərək onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri inandırıcı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı istintaqın ilk günündən sonunadək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayəti birlikdə törətdiklərini, oğurluq edərkən Təqsirləndirilən şəxs3 həmin evin özgə şəxsə məxsus olduğunu bildiyini, hətta cinayəti öncədən planlaşdırdıqlarını göstərmişlər. Cinayət işinin materiallarında olan (cild 02, i.v.42-44) Təqsirləndirilən şəxs3 oğurluq hadisəsi ilə bağlı ilkin olaraq hələ şahid qismində dindirilərkən verdiyi ifadəsində o, göstərmişdir ki, 22 fevral 2022 tarixində o, evdə olarkən Bəxtiyar onun mobil telefonuna zəng etmiş, sonra onlar Təqsirləndirilən şəxs2 yaşadığı Ramana qəsəbəsində görüşmüşlər, orada üçü birilkdə olarkən Bəxtiyar təklif etmişdir ki, tanıdığı ev var, oraya daxil olub əmlakları oğurlayıb Təqsirləndirilən şəxs2 evinə yığıb sonra isə satıb pul əldə etsinlər. Anar onlarla razılaşdıqdan sonra o Sadiqə zəng edərək guya Təqsirləndirilən şəxs1 öz evlərindən bəzi əşəyaları yığıb aparmağı sifariş etmiş və daşıma haqqını 25 manat razılaşmışlar. Az sonra o və Təqsirləndirilən şəxs1 Sadiqin maşını ilə Kürdəxanı qəsəbəsi Ləhic bağlar masisivinə, sonradan adını bildiyi Zərərçəkmiş şəxs bağ evinin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 özündə olan açarla darvazanın kilidini açmış, Sadiq maşını həyətə salmışdır. Onlar əvvəlcə həyətdə olan stol-stulları və profilləri maşına yükləmişlər. O həyətin arxasına keçərkən evin birinci mərtəbəsinin mətbəxinin həyətin arxasındakı qapısının açıq olduğunu görmüş, bu barədə Bəxitiyar Məmmədova məlumat verərək qərara almışlar ki, oradan içəri daxil olaraq evdəki digər əşyalardan da götürsünlər. Beləliklə, onlar evə girib qonaq otağından divan, bir ədəd balaca və bir ədəd böyük xalçaları, jurnal stolunu, masa və stulları, soyuducunu, televizoru, elektrik samovarını da götürüb maşına yükləmişlər. Sadiqə işlərin bitirdiklərini deyəndən sonra sonuncu maşını küçəyə çıxartmış, Təqsirləndirilən şəxs1 darvazanı bağlayıb açarla kilidləmiş, sonra oğurladıqları əşyaları Təqsirləndirilən şəxs2 yaşadığı Ramana qəsəbəsində yerləşən evinə gətirib həyətə yığmışlar. O, Sadiqin 25 manatını verib yola salandan sonra Anarla və Bəxtiyar ona demişdir ki, yaxın günlərdə əmlakları satacaq və pul əldə edəcək və ona da pul verəcəklər. Sonra oğurladıqldarı əşyaların arasından 1 ədəd DVD aparatını və iki ədəd vazanı özü götürüb evinə aparmışdır. Sonradan polislər tərəfindən saxlanılan zaman onlara könüllü olaraq həmin əmlakları təqdim etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs3lə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, oğurluq etdiyi gün hadisədən öncə Ramanada olarkən tanışı narkoman olan Təqsirləndirilən şəxs3 görmüşdür. Söhbət zamanı ona Ləhic bağlar massivindəki 3 mərtəbəli evdən oğurluq etməyi təklif etmişdir və oğurlayacağı malları daşımaq üçün yük maşınına ehtiyac olduğunu bildirmişdir. Adaşı Bəxtiyar da ona bildirmişdir ki, tanıdığı “Qazel” avtomobilinin sürücüsünü çağıra bilər, o da razılaşmışdır. Onlar bu barədə Ramanı qəsəbəsində yaşayan onlara digər tanışı Təqsirləndirilən şəxs2 oğurluq məqsədləri barədə bildirmişlər və oğurlayacağı əşyaları onun evinə yığmağı təklif etmişlər. Anar da razılıq verdikdən sonra adaşı Bəxtiyar öz tanışı, adını xatırlamadığı orta yaşlı “Qazel” avtomobilinin sürücüsü kişini çağırmış və yol xərci barədə Bəxtiyar həmin sürücü ilə danışmış, o və Təqsirləndirilən şəxs3 onun istiqamət verməyi əsasında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivindəki həmin 3 mərtəbəli evin qarşısına gəlmişlər. O əvvəlcədən əldə etdiyi açarla darvaza qapısını açmışdır, “Qazel” markalı avtomobil içəri həyətə daxil olmuşdur. Bundan sonra o və tanışı Təqsirləndirilən şəxs3 stolstul dəstini, dəmir profilləri yük avtomobilinə yığmışlar. O həyətdə dəmirləri yığarkən, Bəxtiyar sakitcə ona yaxınlaşaraq evin arxası tərəfdəki mətbəx otağının qapısının açıq olmasını demişdir və evə də girib əşyaları oğurlayıb daşımağı ona təklif etmişdir, o da bu təkliflə razılaşmışdır. Bəxtiyar bunu ona deyəndə yük avtomobilinin sürücüsü eşitməmişdir. Onlar mətbəxin açıq qapısından evə girmişlər, qonaq otağından divan, bir ədəd balaca və bir ədəd böyük xalçaları, jurnal stolunu, masa və stulları, soyuducunu, televizoru, elektrik samovarını oğurlayıb daşıyaraq “Qazel” markalı avtomobilin yük yerinə yığmışlar və sürücü həmin yük avtomobilini sürərək həyətdən çıxmışdır. O da açarla darvaza qapısını bağlamışdır. Oğurladıqları əmlakları həmin yük avtomobili ilə Ramana qəsəbəsinə tanışı Təqsirləndirilən şəxs2 evinə gətirib oraya boşaltmışlar və sürücünün yol xərcini Anar özü 25 manat olmaqla ödəmişdir və sürücü çıxıb getmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 əgər həqiqətən də onun oğurluq etdiyini bilmədiyi və Təqsirləndirilən şəxs1 qohumunun evindən sadəcə əşyaları daşımağa fəhlə qismində kömək etdiyini düşündüyü təqdirdə hansı səbəbdən 01 ədəd DVD aparatı və 02 ədəd vazanı özünə götürərək evinə aparması soruşulduqda o, sadəcə həmin əşyaları bəyəndiyini və Təqsirləndirilən şəxs1 həmin əşyaları ona bağışlamasını bildirmişdir ki, məhkəmə göstərilən cavabı öncədən düşünülmüş özünümüdafiə xarakterli cavab kimi qiymətləndirməklə hər hansı şəxsin qohumunun evindən daşınan əşyalara kömək etmək üçün fəhlə qismində dəvət edilmiş şəxsə həmin əşyanın mülkiyyətçisininn xəbəri və razılığı olmadan özgəsinə məxsus olan əşyanı başqa şəxsə bağışlamasının real olmadığını qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvəzli şəkildə (Təqsirləndirilən şəxs3 deməsinə görə 30 manat pul müqabilində) Təqsirləndirilən şəxs3 əşyaları daşıdığı halda özünə məxsus olmayan, “qohumunun evindən götürülmüş” əşyanı sadəcə Təqsirləndirilən şəxs3 bəyənməsinə görə ona bağışlaması inandırıcı deyil. Bununla yanaşı, məhkəmənin hazırda Təqsirləndirilən şəxs3 öz müdafiəsi üçün irəli sürdüyü dəlillərdə diqqətini çəkən digər bir məqam yaxın dost olan şəxsin digər dostunun kömək çağırışına pul müqabilində fəhlə qismində getməsi, hətta aktiv şəkildə həmin əşyaların daşınmasında iştirak edərək “Qazel” markalı avtomobilin sürücüsünü də özünün çağırması, daşınan əşyalardan bir qisminin (DVD aparat və 02 ədəd vaza) onun evindən tapılmasıdır ki, bütün bu hallar hamısı Təqsirləndirilən şəxs3 hazırda məhkəmə iclasında deyil, ibtidai istintaq zamanı verdiyi ifadələrinin real və həqiqi olmasına dəlalət edir. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs istintaq zamanı Təqsirləndirilən şəxs3 ona yaxınlaşaraq səhv etdiyini bildirib ondan üzr istədiyini, onun evindən götürülmüş əşyalardan DVD aparatın və 02 ədəd vazanın Təqsirləndirilən şəxs3 yaşadığı evdə olduğunu özünün bildirdiyini göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 özünün müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü arqumetlər onun özünün və digər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr, istintaq hərəkətlərinin protokolları, zərərçəkmiş şəxsin ifadəsində Təqsirləndirilən şəxs3 dair göstərdiyi xüsusatlar, oğurlanmış əşyaların bir qisminin onun yaşadığı evdən aşkar edilməsi, məhkəmə istintaqı zamanı verilmiş dəqiqləşdirici suallara adekvat və məqtiqəuyğun cavablar verməməsi ilə təkzib edilmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 da özünü oğurluq cinayətində təqsirli bilməmiş, oğurluqdan ümumiyyətlə xəbərinin olmadığını, oğurlanmış əşyaların onun evinin həyətinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən Təqsirləndirilən şəxs1 dayısının əşyaları adı ilə müvəqqəti-onun dayısı yeni evinə köçənədək saxlanılması adı ilə yığıldığını, oğurluqdan yalnız polis əməkdaşları onu saxlayarkən xəbər tutduğunu bildirmişdir. İş materiallarından görünür ki, istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs2 oğurluq cinayətindən xəbərinin olmadığını və bundan yalnız polis əməkdaşları tərəfindən saxlanılan zaman xəbər tutduğunu bildirsə də, ibtidai istintaqın sonlarında ifadə verərkən özünü oğurluq cinayətində qismən təqsirli bildiyini, 22 fevral 2022-ci il tarixdə, axşam saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 onun yanına gələrək Təqsirləndirilən şəxs1 Balaxanıda ev kirayələdiyini, dayısına məxsus ev əşyalarını onun evinə bir neçə günlük yığmağı ondan xahiş etdiklərini, özünün buna etiraz etmədiyini, bundan təxminən 2-3 saat sonra Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs3 birlikdə sürücüsünü tanımadığı, nömrəsini unutduğu “Qazel” markalı avtomobillə onun evinə çoxlu sayda ev əşyaları, o cümlədən divan, jurnal masası, televizor altlığı, masa, stullar, yağla işləyən qızdırıcı, xalça, tozsoranı gətirib onun həyətinə boşaldıb oradan da evinə yığdıqlarını, bundan sonra onların bu əşyaları satıb pulunu öz aralarında bölməyi təklif etdikdə, Bəxtiyarların birlikdə bu əşyaları oğurladığını başa düşdüyünü və bununla razılaşaraq hansını satsa onlara məlumat verib aldığı puldan paylarını verəcəyini söylədiyini, sonrakı günlərdə Təqsirləndirilən şəxs1 onun evindən bir neçə əşyaları aparıb satdığını bildirmişdir. Göründüyü kimi, ibtidai istintaqın ilkin mərhələsində və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 oğurluq cinayətindən ümumiyyətlə xəbərinin olmadığını, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən gətirilmiş əşyaların onun evinə deyil, məhz evinin həyətində olan navesin altına yığıldığını göstərməsinə baxmayaraq ibtidai istintaq zamanı cinayətdən xəbərinin olması ilə bağlı ziddiyyətli ifadələr verərək əşyaların onun evinin içərisinə yığıldığını göstərmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı Anar Zeynalov özünü oğurluqda təqsirli bilmədiyi ifadəsində (cild 02, i.v.176) gətirilmiş əşyaların onun evinə yığıldığını, özü bir neçə günlük evdən getdikdə evin açarını Təqsirləndirilən şəxs1 verdiyini, onun bəzi əmlakları gəlib apardığını, televizor altlığının onun evində qaldığını, sonrakı günlərdə həmin əşyaların oğurluq olduğunu bildiyini göstərsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 tərəfinfən gətirilmiş əşyaların onun həyətinə yığıldığını, evin içərisinə bir dənə də olsun əşya aparılmadığını, özü bir neçə günlük rayon getdikdə isə yalnız çöl darvazanın açarını Təqsirləndirilən şəxs1 verdiyini, evinin açarını heç kəsə vermədiyini göstərmişdir ki, bu da onun özünü təqsirli bilmədiyi ifadələrinin özü-özlüyündə birinin digərinə uyğun olmamaqla ziddiyyətli ifadələr olmasına və Anar Zeynalov hər dəfə öz müdafiəsi üçün fərqli məzmunda “ssenari” qurmasına dəlalət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 əşyaların onun evinə aparılmadığı halda jurnal masasının və televizor altlığının onun evinin içində olmasının səbəbi soruşulduqda o, özünün də bu suala cavab verə bilməyəcəyini, ondan qabaq polis əməkdaşlarının onun evinin həyətinə və evinə girdiklərini göstərməklə sanki polis əməkdaşlarının həmin əşyaları evin həyətindən içərisinə daşımaları fikrini yaratmağa çalışmışdır ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə oğurluq cinayətində əlbir olmasının mötəbər sübutlarla öz təsdiqini tapdığı halda oğurlanmış əşyaların Təqsirləndirilən şəxs2 evinin içərisindən deyil, həyətindən belə tapılması onun oğurluq cinayətində iştirakını təsdiq edən sübut kimi qiymətləndirilə bildiyindən polis əməkdaşlarının həmin əşyaları Anardan əvvəl gedərək evə qoymalarında heç bir məntiq yoxdur ki, bu da Təqsirləndirilən şəxs2 ifadələrində səmimi olmamasına dəlalət edən hallardan biridir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 oğurluqdan xəbərinin olmadığını, onun həmin əşyaların Təqsirləndirilən şəxs1 dayısının evindən müvəqqəti onun həyətinə yığıldığını düşündüyünü göstərsələr də, ibtidai istintaq dövründə ilkin ifadələrindən başlayaraq oğurluğu məhz üçünün birlikdə planladıqlarını, oğurlanmış əşyaların Təqsirləndirilən şəxs2 evinə yığılmasına dair onun öncədən razılığının alındığını və məhz öncədən üçünün birlikdə razılığa gəldikləri plan üzrə oğurlanmış əşyaların onun evinin içərisinə yığıldığını bildirmişlər. Hətta 28 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmiş və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı 2022-ci ilin fevral ayında Kürdəxanı qəsəbəsində yerləşən bağ evinə daxil olaraq oğurluq etməyi Təqsirləndirilən şəxs3 və onunla birlikdə planlaşdırdıqlarını, cinayəti əlbir törətdiklərini, plana uyğun olaraq Təqsirləndirilən şəxs3lə oğurladıqları əmlakları Təqsirləndirilən şəxs2 evinə yığdıqlarını bildirmişdir (cild 02, i.v.204-205). Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında “Təqsirləndirilən şəxs1 dayısına məxsus olduğunu düşündüyü” əşyaların çöldə navesin altına yığıldığını göstərsə də, fevral ayında ilin qış fəslində əşyaların çöldə saxlanılması özü də Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün absurd və real olmayan dəlillərə sığınmasının göstəricisidir. Bundan savayı, Təqsirləndirilən şəxs2 özünü AR CM-nin 234.1-ci maddəsi ilə “24 mart 2022-ci il tarixli” epizod üzrə təqsirli bilməyərək göstərmişdir ki, həmin gün o, saxlanılaraq polis bölməsinə gətirilsə də, onun üzərində heç bir narkotik vasitə olmamışdır. İstintaq orqanı tərəfindən təqdim edilmiş sənədləri isə oxumadan imzalamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə zamanı hansı səbəbdən həmin tarixdə üzərindən aşkar edilmiş bükümlərin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirməsinə dair sual verildikdə o, həmin sualı cavablandıra bilməmişdir. Halbuki, məhkəmə baxışı zamanı həmin epizod üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videodiskə baxış zamanı Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı onun əynindəki gödəkçənin sağ yan cibindən 06 ədəd bükümün aşkar edilməsi və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsi açıq-aydın müşahidə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs3 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlaözünün istintaq zamanı verdiyi hadisələrin baş vermə mexanizm və şəraitinə dair təfərrüatlı ifadələrini, həmin ifadələrlə uzlaşan digər təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin ifadələrindəki xüsusatlar, evindən oğurlanmış əşyaların aşkar olunaraq götürülməsinə dair protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə əlaqəli şəkildə tədqiq edərək AR CM-nin 177-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 ifadələrinə münasibətdə də Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı verdiyi ifadələr arasında olan ziddiyyətləri, həm həmin ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında olan uyğunsuzluqları, digər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi hər bir ifadəni, məhkəmə istintaqı zamanı Anar Zeynalovun müdafiəsi üçün verdikləri ifadələrin ziddiyyətli ifadələr olmaqla reallıqla uzlaşmadığını, zərərçəkmiş şəxsin ifadələrini, oğurlanmış əşyaların bəzilərinin Anar Zeynalovun evindən aşkar olunmasını, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyini AR CM-nin 177-ci maddəsinə münasibətdə, Anar Zeynalovun ibtidai istintaq zamanı verilmiş etirafedici ifadələrini, şəxsi axtarış və götürmə protokolunu və istintaq hərəkətinin görüntülərini özündə əks etdirən DVD disdəki görüntüləri, şahid ifadələrini, müvafiq məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini AR CM-nin 234.1-ci maddəsi üzrə “24 mart 2022-ci il tarixli” epizoda münasibətdə nəzərə almaqla həmin sübutları bir-biri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmə-doktiloskopik ekspertizalarının rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi əməllər isə AR CM-nin 32.5,177.2.1, 32.5,177.2.3, 32.5,177.2.4 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 avqust 2022-ci il tarixdə, saat 14:12-dən tutulmuş hesab edilmişdir (cild 01, i.v.19). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 02 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmünə əsasən ona AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilmişdir (cild 01, i.v.76) “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (cild 01, i.v.81-83). “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.84-86). “Şübhəli şəxsin tutulması haqqında” 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 iyun 2022-ci il tarixdə, saat 10:33-dən tutulmuş hesab edilmişdir (cild 01, i.v.109). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (cild 01, i.v.162-164). “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.165). “Şübhəli şəxsin tutulması haqqında” 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 mart 2022-ci il tarixdə, saat 13:04-dən tutulmuş hesab edilmişdir (cild 01, i.v.182). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 mart 2022-ci il tarixli, 4(008)-248/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiriin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir (cild 01, 246-249). “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.250). “Şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 28 fevral 2022-ci il tarixdə, saat 10:40-dan tutulmuş hesab edilmişdir (cild 02, i.v.97). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 4(008)-178/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, i.v.148-150). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 24 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır (cild 02, i.v.162-163). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə qəi olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir (cild 02, i.v.164-165). “Şübhəli şəxsin tutulması haqqında” 26 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 02, i.v.188). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 4(008)-253/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir (cild 02, i.v.225-230). “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 02, i.v.238-239). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 cəzasının çəkilməmiş qalan 01 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 03, i.v.9-13). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 1(008)-299/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 03, i.v.14-19). Ağdam Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(013)-16/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən edilmişdir (cild 03, i.v.21-25). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 4(008)-420/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 27 gün olmaqla 24 iyun 2022-ci il tarixədək uzadılmışdır (cild 03, i.v.42-45). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2022-ci il tarixli, 4(008)-521/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 01 ay müddətə, 24 iyul 2022-ci il tarixədək uzadılmışdır (cild 03, i.v.76-79). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2022-ci il tarixli, 4(008)-611/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 03 gün olmaqla, 27 iyul 2022-ci il tarixədək uzadılmışdır (cild 03, i.v.132-136). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 4(008)-620/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 20 gün olmaqla, 16 avqust 2022-ci il tarixədək uzadılmışdır (cild 03, i.v.144-148). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə”(cild 03, i.v. 157-159). “Axtarışda olan şəxsin tutulması barədə” 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 avqust 2022-ci il tarixdə saxlanılaraq Sabunçu RPİnin MSY-nə təhvil verilmişdir (cild 03, i.v.168). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 4(008)- 724/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 03, i.v.191-199). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 4(008)- 897/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 08 noyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 03, i.v.233-239). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 09 yanvar 2010-cu il təvəllüdlü (X3) və 08 fevral 2014-cü il təvəllüdlü (X2) uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməllərini səmimi etiraf etməsini (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını (CM- 61.1.1) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin 20 aprel 2021-ci tarixli, 1(013)-16/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən edilmiş, 22 fevral 2022-ci il tarixdə isə, yəni Ağdam Rayon Məhkəməsinin 20 aprel 2021-ci tarixli, 1(013)-16/2021 saylı hökmü ilə müəyyən edilmiş sınaq müddəti bitmədən Təqsirləndirilən şəxs1 az ağır cinayət törətmişdir ki, bu da onun əməlində cinayətin residivinin olmasına dəlalət etməklə AR CMnin 71.5-ci maddəsinə əsasən barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilərək ona AR CM-nin 67.1-ci maddəsinə əsasən cəza təyin edilməsi qənaətinə gəlməyə imkan verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair”08 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Həmin qərarda göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə faktiki olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əməlinə dövlət tərəfindən mənfi mənəvi-hüquqi qiymət verilmiş şəxsin cəzanın çəkilməsinin təxirə salındığı və ya sınaq müddəti dövründə şüurlu şəkildə cinayətə yol verməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə və çətin islah olunmasına dəlalət edir. Odur ki, bu şəxslərin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasına baxmayaraq onun əvvəllər azadlıqdan məhrum etmə cəzasını çəkmədiyini nəzərə alaraq onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olması qənaətinə gəlir. Təqsirləndirilən şəxs2 AR CM-nin 234.1-ci maddəsi il “08 avqust 2022-ci il tarixli” epizod üzrə törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (AR CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin təkrar törədilməsi (AR CM-61.1.1) Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində başqa cinayət işi üzrə istintaq getdiyi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçildiyi dövrdə yenidən cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 AR CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməli səmimi etiraf etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (AR CM-61.1.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (əməlində cinayətin residivinin olması) nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı, onun istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), AR CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Ağdam Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(013)- 16/2021 saylı hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilməli və AR CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Ağdam Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(013)- 16/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, müvafiq ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlər büdcəsinə ödənilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı, onun istintaq zamanı həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, müvafiq ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlər büdcəsinə ödənilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 26 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmasına dair protokolda onun tutulduğu saatın göstərilmədiyini, tutma protokolunun 17:50-də tərtib edildiyini, tutma protokolunun 26 mart 2022-ci il tarixdə, saat 17:50-də tərtib edilməsinin Təqsirləndirilən şəxs2 həmin gün, saat 17:50-dən əvvəlki radələrdə tutulmasına dəlalət etdiyini, onun təqsirləndirilən şəxs qismində 28 mart 2022-ci il tarixdə, saat 16:45-dən 17:20-dək dindirildiyini və ondan sonra müvafiq sənədləşmə aparılmaqla məhkəmə qarşısına çıxarıldığını, məhkəmədə müəyyən zaman çərçivəsində işin təyin edildiyini və məhkəmə prosesinin təşkil edilərək baxıldığını və keçən müddətin 28 mart 2022-ci il tarixdə, saat 17:50-dən sonrakı vaxta keçməklə şəxsin tutma müddətinin 48 saatdan artıq davam etməsinin real olduğunu və bu halın onun xeyrinə nəzərə alınmalı olunmasını qeyd edərək Təqsirləndirilən şəxs2 26 mart 2022-ci il tarixdən 28 mart 2022ci il tarixədək şübhəli şəxsin qismində tutularaq saxlandığı müddətin 03 gün hesabı ilə hesablanması qənaətinə gəlir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (cinayətin residivi) nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı, onun istintaq zamanı həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbs edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, müvafiq ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlər büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 01 ədəd jurnal masası və 01 ədəd televizor altlığı, 01 ədəd DVD aparatı və 02 ədəd vazalar qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut 04 ədəd DVD disk və zərərçəkmiş şəxsin evində aşkar edilmiş Təqsirləndirilən şəxs1 sağ əlinin ovuc səthinin doktilolentə köçürülmüş əksi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə əmtəəşünaslıq ekspertizalarının dəyəri 100 manat-Təqsirləndirilən şəxs1 50 manat, Təqsirləndirilən şəxs2 20 manat, Təqsirləndirilən şəxs3 30 manat olmaqla, tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs mülki iddia təqdim edərək ona cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi istiqamətində təqsirləndirilən şəxslər tərəfindən hər hansı addım atılmadığını, cinayət nəticəsində stress və sarsıntı keçirdiyini, buna görə müalicələr aldığını və nəticədə ona mənəvi zərərin dəydiyini qeyd edib təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Yaşar oğlundan vurulmuş maddi zərərə görə 9880 manat, mənəvi zərərə görə 1000 manat, mülki iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumuna görə 128,80 manat, bununla da cəmi 11008 manat 80 qəpik məbləğində zərərin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə verilmiş mülki iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə təhlil edərək təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə 10480 manat məbləğində maddi ziyan dəyməsinin öz təsdiqini taparaq sübuta yetirildiyini, təqsirləndirilən şəxslərdən götürülmüş əmlakların dəyəri çıxılmaqla zərərçəkmiş şəxsə ödənilməli olan maddi zərərin məbləğinin 9880 manat müəyyən edildiyini nəzərə alaraq verilmiş mülki iddianın maddi zərərlə bağlı hissədə təmin edilməsini qanuni və əsaslı hesab edir. Mülki iddianın mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə zərərçəkmiş şəxsin evindən oğurluq edildiyini və bununla da onun oğurluğu aşkar etdiyi vaxt sarsıntı keçirməsinin və bu halın zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasının real olmasını nəzərə alaraq verilmiş mülki iddianı məvəvi zərərin ödənilməsi hissəsində də əsaslı olması qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərərə görə 9880 manat, mənəvi zərərə görə 1000 manat, mülki iddia ərizəsi üzrə ödənilmiş 128,80 manat dövlət rüsumu, bununla da cəmi 11008 manat 80 qəpik məbləğində zərər təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların cinayətin törədilməsində rolu, iştirakının dərəcə və xarakteri nəzərə alınmaqla hər birindən müəyyən hissədə tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. AR CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Ağdam Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(013)-16/2021 saylı hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilsin və AR CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına Ağdam Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(013)-16/2021 saylı hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 1,848 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat və 161,11 manat olmaqla, cəmi 226,11 manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixədək, 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək və 08 avqust 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 07 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 1,593 qram metamfetamin və 1,856 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat və 81 manat olmaqla, cəmi 146 manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 28 fevral 2022-ci il tarixdən 16 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 19 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 06 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbsə alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 1,898 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 01 ədəd jurnal masası və 01 ədəd televizor altlığı, 01 ədəd DVD aparatı və 02 ədəd vazalar hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut 04 ədəd DVD disk və zərərçəkmiş şəxsin evində aşkar edilmiş Təqsirləndirilən şəxs1 sağ əlinin ovuc səthinin doktilolentə köçürülmüş əksi cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə əmtəəşünaslıq ekspertizalarının dəyəri 100 manat-Təqsirləndirilən şəxs1 50 manat, Təqsirləndirilən şəxs2 20 manat, Təqsirləndirilən şəxs3 30 manat olmaqla, tutularaq dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərərə görə 9880 manat və mülki iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 128,80 manat, mənəvi zərər görə isə 1000 manat, cəmi 11.008,80 manat-Təqsirləndirilən şəxs1 4400 manat, Təqsirləndirilən şəxs2 2784,40 manat, Təqsirləndirilən şəxs3 3824,40 manat tutulmaqla Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxslərə verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar