Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-191/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 01:23-də etibarnamə əsasında idarə etdiyi «İsuzu» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı evakuator avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Sabunçu yolu ilə Sabunçu qəsəbəsi istiqamətində ünvan 3 ünvanda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə əməl etməklə yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib həmin ünvanda yolu soldan-sağa keçən piyada X7 avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunun baş beyin yumşaq qişalarına qansızma, sol körpücük sümüyünün, döş sümüyünün, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X, sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişən qapalı, qəlpəli sınığı, ağciyərlərin, dalağın və qaraciyərin əzilmiş-cırılmış yaraları, sol və sağ tərəfli hemotoraks (sol və sağ plevra boşluğuna qanın yığılması) döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, hər iki yuxarı və aşağı ətrafların qançır və sıyrıqları ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlər alınmasına və ağciyərlərin,dalağın və qaraciyərin əzilmiş cırılmış yaraları nəticəsində baş vermiş çoxludaxili qanitirmə ilə əlaqədar ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşayır. İsuzu» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı evakuator «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə edir. O, 14 oktyabr 2023-cü il tarixdə, saat 01:23 radələrində «İsuzu» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Sabunçu şossesi ilə üzü Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olmuş, tanışı Şahid sərnişin qismində avtomobildə əyləşmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Sabunçu yolu ilə Sabunçu qəsəbəsi istiqamətində ünvan 3 ünvanda yolun orta zolağıyla hərəkətdə olarkən anidən avtomobilə nəyinsə çırpıldığını hiss etmişdir. O, dərhal avtomobili saxlayaraq yerə enmiş, qarşıdan gələn «Toyota Prius» markalı avtomobilin işığından yerdə uzanan qadını görərək həyəcanlanmış, halı pisləşərək bədəni şok vəziyyətinə düşmüşdür. O, hadisə yerinə toplanan şəxslərdən avtomobildən telefonunu gətirmələrini xahiş etmiş, 103 nömrəsinə zəng vurmaqla "təcili yardım” çağırmış, daha sonra Daxili İşlər Nazirliyinin "102" Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Bununla əlaqədar barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, mərhum X10 onun anasıdır. X10 1947-ci ildə Ucar şəhərində anadan olmuş, onunla birlikdə yaşamışdır. O, 14 oktyabr 2023 tarixdə, saat 01:40 radələrində evdə olduğu zaman polis əməkdaşları ona zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanda saat 01:23 radələrində yol-nəqliyyat hadisəsi baş verdiyini, «İsuzu» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu soldan-sağa keçərkən anası X8 vurduğunu, nəticədə anasının aldığı xəsarətlərdən öldüyünü bildirmişdir. X3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir tanıyır. 14 oktyabr 2023-cü il tarixdə, saat 00:10 radələrində Təqsirləndirilən şəxs ilə görüşərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmişdir. Həmin gün, saat 01:20 radələrində Təqsirləndirilən şəxs «İsuzu» markalı, **- FM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Sabunçu şossesi ilə üzü Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi istiqamətində 40 km/saat sürətlə hərəkət etdirmiş, o, sərnişin qismində Təqsirləndirilən şəxs yanında əyləşmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Sabunçu yolu ilə Sabunçu qəsəbəsi istiqamətində ünvan 3 ünvanda hərəkətdə olarkən bərk səs eşitmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qadın piyadanı vurduğunu görmüşdür. Onlar dərhal avtomobildən enərək 103 nömrəsinə zəng vurmaqla "təcili yardım” çağırmış, daha sonra Daxili İşlər Nazirliyinin "102" Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişlər. Cinayət işinin 15-ci vərəqəsində olan 14 oktyabr 2023-cü il tarixli, 1/4542 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 54-cü vərəqəsində olan AZ İİİ seriyalı, 499169 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 3-13-16/2-145004/23 nömrəli, 23 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2019-cu ildə AC 744587 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarına əsasən sürücülük hüququ 10 may 2023-cü il tarixədək məhdudlaşdırılmış, 23 iyun 2023-cü il tarixdə sürücülük vəsiqəsi qaytarılmışdır. Cinayət işinin 66-70-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X9” X14 Sabunçu Rayon Şöbəsinin 06 noyabr 2023-cü il tarixli, 274 saylı ekspert rəyindən görünür ki, X5 baş beyin yumşaq qişalarına qansızma, sol körpücük sümüyünün, döş sümüyünün, sol l-ll-lİl-lV-V-Vİ-Vİl-Vİİl-İX-X, sağ lllll- İV-V-Vİ-Vİl-Vİİİ qabırğaların yerini dəyişən qapalı, qəlpəli sınığı, ağciyərlərin, dalağın və qaraciyərin əzilmiş-cırılmış yaraları, sol və sağ tərəfli hemotoraks (sol və sağ plevra boşluğuna qanın yığılması), döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və börəkətrafı yumşaq toxumalara qansızma, başın, hər iki yuxarı və aşağı ətrafların qançır və sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Xəsarətlər həyati olub bərkküt əşyanın (əşyaların) təsirindən mərhumun ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni yük avtomaşını vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. X2 ölümünə səbəb aldığı xəsarətlərlə əlaqədar ağciyərlərin, dalağın və qaraciyərin əzilmiş-cırılmış yaraları nəticəsində baş vermiş çoxlu daxili qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. X2 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 82-83-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 15 noyabr 2023-cü il tarixli, 8/3249 saylı rəyindən görünür ki, «İsuzu» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 97-ci vərəqəsində olan 03 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-191/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-191/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver