Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-192/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Lerik rayonunun Laman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, Lerik rayonu, Laman kəndində qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı X2 Müəssəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx xxxx 2018-ci il saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz yeni yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evin daş hasarından aşaraq evin həyətinə düşmüş, sonra həyətdəki evin yataq otağının və qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarını əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında termonun içərisində saxlanılan Zərərçəkmiş şəxs məxsus qiyməti 3200 manat olan 585 əyarlı üzük, sırğa və boyunbağıdan ibarət dəsti, qiyməti 3300 manat olan bir ədəd 585 əyarlı briliyant qaşlı üzüyü, qiyməti 700 manat olan bir ədəd 585 əyarlı üzərində qırmızı rəngli qaşı olan üzüyü, qiyməti 2500 manat olan 750 əyarlı üzük, sırğa, qolbağ və boyunbağıdan ibarət dəsti, qiyməti 150 manat olan kişi kostyumunu, qiyməti 110 manat olan uşaq kostyumunu, qiyməti 60 manat olan bir ədəd qadın saatı, qiyməti 60 manat olan bir ədəd kişi saatını, hər birinin qiyməti 75 manat olan 300 manat dəyərində dörd ədəd ətiri, pul qabından 2500 manatı və 2550 manat təşkil edən 1500 ABŞ dollarını, evin qonaq otağından qiyməti 2500 manat olan bir ədəd “LG” markalı, 150 dioqanallı televizoru, qiyməti 1500 manat olan bir ədəd “Acer” markalı notbuku gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 19430 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri və işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyul-sentyabr aylarında Bakı şəhəri, Sabunçu rayonu və Suraxanı rayonları ərazisində oğurluq cinayəti törətmiş, 2019-cu ilin mart ayında Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı X2 Müəssəsinə keçirilmişdir. Maddi vəziyyətinin pis olması səbəbindən oğurluq etmək qərarına gəlmiş, əlverişli şəraitdə oğurluq etmək məqsədilə xx xxxx 2018-ci il saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Suptropik Sovxoz yeni yaşayış massivi ərazisinə getmiş, yeni yaşayış massivi ərazisində tanımadığı şəxsə məxsus fərdi yaşayış evin qarşısından keçərkən həmin vaxt evin işıqlarının yanmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. O, əvvəlcə kiminsə olub-olmamasına diqqət yetirmiş, bundan sonra həmin evin daş hasarından aşaraq həyətinə düşmüş, əlinin izi hər hansı bir yerə düşməməsi üçün əlinə rezin əlcək geyinib evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını evin yaxınlığından tapdığı dəmir parçası ilə sındıraraq evə daxil olub, yataq otağında olan termonun içərisinəki pul kisəsindən 400 manat pul götürmüş, digər otağa daxil olmaq üçün yataq otağının qapısını açmaq istəmiş, lakin qapı açarla bağlı olduğundan evin digər otağına daxil ola bilməmiş, yataq otağına daxil olduğu qaydada evi tərk etmişdir. Bundan sonra evin ön hissəsində yerləşən plastik pəncərənin dəmir barmaqlıqlarını dəmir parçası ilə sındıraraq evə daxil olaraq oradan köhnə model “LG” markalı televizoru gizli götürərək evə daxil olduğu qaydada çıxıb evi tərk etmişdir. Bundan sonra, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu ərazisində tanımadığı taksiyə əyləşərək Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən Sabunçu bazarının yaxınlığına gəlmiş, orada oğurladığı televizoru tanımadığı şəxsə 130 manata satmşdır. Oğurluq yolu ilə ədlə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə cəh etmiş, lakin Zərərçəkmiş şəxs tərəfindən şişirdilmiş məbləğ göstərildiyinə görə razılığa gələ bilməmişlər. Oğurluq cinayətini törətdiyinə görə peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxx 2018-ci il saat 09 radələrində ailə üzvləri ilə birlikdə Naxçıvan MR-na getmişdir. xx xxxx 2018-ci il tarixdə Naxçıvan MR-da olduğu vaxt qonşusu Fəxrəddin onun istifadə etdiyi mobil telefonuna zəng vuraraq yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını demişdir. xx xxxx 2018-ci il tarixdə o, Bakı şəhərinə qayıtmış, təxminən saat 01 radələrində yaşadığı evin qarşısına gəlmiş, lakin evə və həyətə daxil olmamış, DİN-nin 102xidmətinə zəng vuraraq evindən oğurluq olması barədə məlumat vermişdir. Təxminən 1 saatdan sonra polis əməkdaşları onun yaşadığı evin qarşısına gəlmişlər. Polis əməkdaşları ilə birlikdə evin həyətinə daxil olduqda, yaşadığı evin yataq otağının və qonaq otağının plastikdən hazırlanmış pəncərələrinin dəmir barmaqlıqlarının sındırıldığını görmüşdür. Daha sonra, polis əməkdaşları ilə birlikdə yaşadığı evin içərisinə daxil olmuş və paltarların dağılmış vəziyyətdə yerdə olduğunu görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər evin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq plastik pəncərəsini açma yolu ilə qanunsuz evə daxil olub, evin qonaq otağında olan dəyəri 2500 manat olan bir ədəd 150 diaqonallı “LG” markalı televizoru, dəyəri 1500 manat olan bir ədəd “Acer” markalı Windows 8, 8GB Ram xüsusiyyətli notbuku, yataq otağında olan termonun içərisindən komplekt dəstdən ibarət dəyəri 3200 manat olan 585 əyarlı üzük, sırğa və boyunbağını, dəyəri 3300 manat olan 585 əyarlı briliyant qaşdan ibarət bir ədəd kişi üzüyünü, dəyəri 700 manat olan 585 əyarlı, üzərində qırmızı rəngli qaşı olan qadın üzüyünü, dəyəri 2500 manat olan 750 əyarlı komlekt dəstdən ibarət üzük, sırğa, qolbağ və boyunbağını, dəyəri 150 manat olan markasını xatırlamadığı bir dəst kişi kostyumunu, dəyəri 110 manat olan uşaq üçün bir dəst kostyumu, dəyəri 60 manat olan bir ədəd markasını bilmədiyi qadın saatını, dəyəri 60 manat olan bir ədəd markasını bilmədiyi kişi saatını, hər birinin dəyəri 75 manat olan, 300 manat dəyərində dörd ədəd ətiri, pul qabının içərisindən 2500 manat pulu və 2550 manat təşkil edən 1500 ABŞ dollarını gizli yolla oğurlamaqla ona maddi ziyan vurduqlarını aşkar etmişdir. Təqsirləndirlən şəxsdən şikayətçi olduğunu, ona dəyən ziyanın ödənilmədiyini, qanunla nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 60-61-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, həmn vaxt məhkəmədə verdiyi ifadəyə uyğun ifadə vermişdir. Cinayət işinin 46-52-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 42/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2018-ci il tarixdən hesablanılmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi 141-143-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)- 668/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı X2 Müəssəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının 01 il 02 ay 09 gününü Bakı İstintaq Təcridxanasında çəkdikdən sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 il 03 ay 21 gün müddətini çəkmək üçün Masallı rayonunda yerləşən Penitensiar Xidmətin 11 saylı məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdən Masallı rayonunda yerləşən 11 saylı MTCM-da cəza çəkir. (cəzasının əvvəli - xx.xx.2018, cəzasının sonu - xx.xx.2021) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs “… Zərərçəkmiş şəxs məxsus evdən 400 manat pul və köhnə model “LG” markalı televizor oğurlamasını” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş ifadəsi, protokollar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə bi-ləcəyini nəzərə alır. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddətə daxildir. Məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə cəza çəkdiyi müddət hazırki hökmlə cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək cəzanın başlanğıcı xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən əvvəl törətmiş və bu səbəbdən onun əməlində cinayətlərin resedivi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin müddəalarına əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-42/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində se-çil-miş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minə-nə-dək dəyiş-di-rilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-42/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-192/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-192/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver