Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-192/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 iştirakı ilə 20 avqust 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, «barəsində başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri təqsirləndirilməsinə dair xx xxxx 2002-ci il tarixdə Gəncə şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, «barəsində başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə 04 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin Sabunçu RPİ-in inzibati ərazisi sayılan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarına hasardan keçmə yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən anbardan dəyəri 1.500 manat olan hər bir kasetin dəyəri 30 manat olmaqla ümumilikdə 50 kaset dəmir bankadan ibarət «Kola» məhsullarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə 05 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin Sabunçu RPİ-in inzibati ərazisi sayılan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarına hasardan keçmə yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən anbardan ümumi dəyəri 1.500 manat olan hər bir kasetin dəyəri 30 manat olmaqla ümumilikdə 50 kaset dəmir bankadan ibarət «Kola» məhsullarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə 06 sentyabr 2023-cü il tarixə keçən gecə saat 02:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin Sabunçu RPİnin inzibati ərazisi sayılan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarına hasardan keçmə yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən anbardan ümumi dəyəri 1.500 manat olan hər bir kasetin dəyəri 30 manat olmaqla ümumilikdə 50 kaset dəmir bankadan ibarət «Kola» məhsullarını gizli olaraq talamaq istəmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin Sabunçu RPİ-in 15-ci PB-in inzibati ərazisi sayılan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarına hasardan keçmə yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən anbardan ümumi dəyəri 1.500 manat olan hər bir kasetin dəyəri 30 manat olmaqla ümumilikdə 50 kaset dəmir bankadan ibarət «Kola» məhsullarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin Sabunçu RPİ-in 15-ci PB-in inzibati ərazisi sayılan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarına hasardan keçmə yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən ümumi dəyəri 1.500 manat olan hər bir kasetin dəyəri 30 manat olmaqla ümumilikdə 50 kaset dəmir bankadan ibarət «Kola» məhsullarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 sentyabr 2023-cü il tarixə keçən gecə saat 02:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin Sabunçu RPİ-in 15-ci PB-in inzibati ərazisi sayılan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarına hasardan keçmə yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən anbardan ümumi dəyəri 1.500 manat olan hər bir kasetin dəyəri 30 manat olmaqla ümumilikdə 50 kaset dəmir bankadan ibarət «Kola» məhsullarını gizli olaraq talamaq istəmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər «Ayxan» marketin, Məmmədli qəsəbəsində yerləşən anbarında işləmişdir. Lakin işdən çıxanda onun pulunu verməmişlər. 04 sentyabr 2023-cü il tarixdə o Yaşara «işləmişəm maaşımı kəsiblər» və anbardan su götürmək lazım olduğunu demişdir. Həmin tarixdə, saat 23:00 radələrində onlar həmin anbara gəlmiş və hasardan içəri tullanan zaman Yaşar onların oğurluğa gəldiyini başa düşmüşdür. Hasardan tullanıb anbarın qapısını açmışlar və içəri daxil olub 5 kaset hər bir kasetdə 15 ədəd dəmir qabda olan kola, 10 kaset, hər bir kasetdə 12 ədəd 0.5 litr tutumlu «Chappy» sularını götürüb hasara yaxınlaşmışlar. Yaşar hasardan küçəyə düşmüş o isə kasetləri hasardan ona tərəf atmış daha sonra o da çıxmış və kasetləri aparıb «VAZ 21074» markalı, «az ** RH ***» dövlət qeydiyyat nişanlı avtomobilə yığıb saxlamışlar. 05 sentyabr 2023-cü il tarixdə səhər saatlarında, Nardaran qəsəbəsi tərəfə gedib yolun kənarında tanımadığı şəxslərə hamısını bir yerdə 150 manata satmışlar. 150 manat puldan 70 manat Yaşarın ona borcu olduğu üçün çıxmış qalan pulu isə özü götürmüşdür. 05 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında o Yaşarla bir yerdə olan zaman maddi vəziyyətləri pis olduğundan onlar yenədə oğurluq etmək qərarına gəlmişlər. Saat 23:00 radələrində o yenədə Yaşara oğurluq etməyi təklif etmiş, onlar yenədə «Ayxan» marketin, Məmmədli qəsəbəsində yerləşən anbarına getmişlər. Hasardan hər ikisi tullanıb gedib anbarın qapısını Yaşar açmış və içəri daxil olmuşlar. Yenədə 7 kaset hər birində 24 ədəd 0.3 litr tutumlu kolaları və 8 kaset hər birində 12 ədəd dəmir qablı 0.3 litr tutumlu fantaları götürüb çıxmışlar və eyni qayda ilə çölə atmışlar. Bir gün sonra isə o yenədə Nardaran qəsəbəsinə getmiş və onları tanımadığı şəxsə 150 manata satmış, Yaşara 30 manat pul vermişdir. 06 sentyabr 2023-cü il tarixdə o yenədə Yaşara demişdirki «bəlkə bu gündə gedək oğurluq edək», Yaşar isə öncə getmək istəməmiş, lakin sonradan razılaşmışdır. Onlar yenə də getmişlər hasardan tullanıb «Ayxan» marketin anbarına içəri daxil olmuşlar, lakin bu vaxt səs eşitmişlər və o qaçmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. O maaşının verməməsi üzündən malları götürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə Xalıq ona işləyib maaşının kəsildiyini və ona əvvələr işlədiyi anbardan su götürmək lazım olduğunu demişdir. Həmin tarixdə saat 23:00 radələrində onlar həmin anbara gəlmişlər. Hasardan içəri tullanan zaman o başa düşmüşdür ki, onlar oğurluğa gəlmişlər. Hasardan tullanıb anbarın qapısını açmışlar və içəri daxil olub 5 kaset hər bir kasetdə 15 ədəd dəmir qabda olan kola, 10 kaset, hər bir kasetdə 12 ədəd 0.5 litr tutumlu «Chappy» sularını götürüb hasara yaxınlaşmışlar. O hasardan küçəyə düşmüş Xalıq isə kasetləri hasardan ona tərəf atmışdır daha sonra Xalıq özüdə çıxmış və kasetləri aparıb Xalıqa məxsus «VAZ 21074» markalı, «az ** RH ***» dövlət qeydiyyat nişanlı avtomobilə yığıb saxlamışlar. 05 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Nardaran qəsəbəsi tərəfə gedib yolun kənarında tanımadığı şəxslərə hamısını bir yerdə 150 manata satmışlar. 150 manat puldan 70 manat onun Xalıqa borcu olduğu üçün çıxmış qalan pulu isə Xalıq götürmüşdür. 05 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında o Xalıqla bir yerdə olan zaman ikisidə maddi vəziyyəti pis olduğundan onlar yenədə oğurluq etmək qərarına gəlmişlər. Saat 23:00 radələrində Xalıq yenədə oğurluq etməyi təklif etmişdir. Onlar yenədə «Ayxan» marketin, Məmmədli qəsəbəsində yerləşən anbarına getmişlər. Hasardan hər ikisi tullanmış, anbarın qapısını o açmış və içəri daxil olmuşlar. Yenədə 7 kaset hər birində 24 ədəd 0.3 litr tutumlu kolaları və 8 kaset hər birində 12 ədəd dəmir qablı 0.3 litr tutumlu fantaları götürüb çıxmışlar. Bir gün sonra isə Xalıq yenədə Nardaran qəsəbəsinə getmiş və onları onun tanımadığı şəxsə 150 manata satmış və ona 30 manat pul vermişdir. 06 sentyabr 2023-cü il tarixdə Xalıq yenədə ona «bəlkə bu gündə gedək oğurluq edək» demişdir. O isə «bəsdir» söyləmişdir. Xalıq isə ona «pulumuz paramız yoxdur gedək» demiş və onlar razılaşmışdır. Onlar yenədə anbara daxil olan zaman səs eşitmişlər. Xalıq qaça bilmiş, o isə qaça bilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin sahibidir, həmin marketin Abşeron rayonu, Məmmədli qəsəbəsində anbarı vardır. Ümumilikdə 65.696 manat dəyərində kola fanta və digər sərinləşdirici içkilər oğurlanmışdır. Bununla bağlı videokameralara baxıb görmüşlər ki, hər gün oğurluq olur və ona görə də 06 sentyabr 2023-cü il tarixdə onlar polisə məlumat vermişlər. Gecə saatlarında onlara məxsus anbardan oğurluq etmək istəyən şəxslərdən biri tutulub,səhəri gün isə ikinci şəxs tutulmuşdur. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs1 olmuşdur. Belə ki, həmin şəxs onlarda işləmişdir və hər ay üçün 700 manat əmək haqqı ödənilmişdir. Sonradan o işdən özü çıxıb getmişdir, tutulan digər şəxsi isə o tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o ÇPA-ın 8-ci PPB-in polis nəfəri vəzifəsində xidmət edirdi. Onun xidməti ərazisi Sabunçu rayonu inzibati ərazisi sayılan Abşeron rayonu, Məhəmmədi qəsəbəsidir. 06 sentyabr 2023-cü il tarixdə xidmət yoldaşı Şahid4la xidməti ərazidə olan zaman daxil olmuş məlumat əsasında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən anbarına getmişlər. Orada bir nəfər şəxsin oğurluğa girdiyini və orada saxlanıldığını görüb həmin şəxsi Sabunçu RPİ-in 15-ci PB-nə gətirmişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs2dur və onunla birlikdə həmin anbara oğurluğa girən şəxs Təqsirləndirilən şəxs1 olmuşdur, lakin o qaçmışdır. Söhbət əsnasında məlum olmuşdur ki, həmin şəxslər 3 gün müddətinə yəni 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək həmin anbara oğurluğa girib oradan kola məhsullarını oğurlamışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Modul tipli xəstəxananın yanında olan anbarında depo müdiri vəzifəsində işləyir. Həmin anbarda yalnız içki məhsulları saxlanılırdı. 2023-cü ilin sentyabr ayının əvvəllərində kamera vasitəsilə baxıb görmüşlər ki, anbardan gecə saatlarında oğurluq ediblər. 06 sentyabr 2023-cü il tarixə keçən gecə o gecə orada olmuşdur. Gecə saatlarında anbardan səs eşitmiş və işıqları yandırıb axtarmağa başlayanda bir nəfərin pilləkanın altında gizləndiyini görmüşdür. Onu oradan çıxardıb dərhal polisə məlumat vermiş və polis işçiləri oraya gəldikdə həmin şəxsi onlara təhvil vermişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs2 adlı şəxsdir və o oğurluğa oraya tək gəlməyib Təqsirləndirilən şəxs1 adlı şəxslə gəlmişlər. Lakin Xaliq həmin vaxt qaçıb getmişdir. Sonradan bilmişdir ki, Xaliq əvvəllər bir müddət onlarda ekspeditor vəzifəsində işləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində əvvəllər ekspeditor işləyən Xaliq adlı şəxs onun yanına gəlmiş və ona 5 kaset kola vermiş və bir kaseti 2 manat ucuz qiymətə vermişdir. Ondan nəyə görə ucuz olduğunu soruşduqda, Xaliq ona demişdirki, firmada kasetlər xarab olduğu üçün o yığıb düzəldirmiş kaset edir və ucuz verir. 5 kaset üçün hər bir kasetə 12 manat, 50 qəpik pul ödəyib almışdır. İş materiallarında olan və məhkəmə başı iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən 06 dekabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, «05» (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 09 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə başı iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən 06 dekabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 17 sentyabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları ödənilmişdir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2 və 29.177.2.3-cı maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə, eyni cinayət əməlli etməyə cəhd etmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2 və 29.177.2.3-cı maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə, eyni cinayət əməlli etməyə cəhd etmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 12 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (səh.,46). Cinayət işinin materiallarında olan 14 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,58). Cinayət işinin materiallarında olan 4(008)706/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 84). Cinayət işinin materiallarında olan 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 95). Cinayət işinin materiallarında olan 12 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (səh.,35). Cinayət işinin materiallarında olan 14 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,67). Cinayət işinin materiallarında olan 4(008)707/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, X2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 89). Cinayət işinin materiallarında olan 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 97). Cinayət işi üzrə əməlin tövsif olunması haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə əməl Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrindən, həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələrinə tövsif edilmişdir (səh., 110). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun alternativ cəza ilə islah olunmasının mümkün olmadığını, alternativ cəzanın cəzanın məqsədinə nail ola bilməməsini, onun törədilmiş əməllərdə təqsirinin olmasını, onun əvvələr məhkum olunmasını, lakin təyin olunmuş cəzadan nəticə çıxarmamasını, islah olunmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun alternativ cəza ilə islah olunmasının mümkün olmadığını, alternativ cəzanın cəzanın məqsədinə nail ola bilməməsini, onun törədilmiş əməllərdə təqsirinin olmasını, onun əvvələr məhkum olunmasını, lakin təyin olunmuş cəzadan nəticə çıxarmamasını, islah olunmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «25» aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «25» aprel 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 sentyabr 2023-cü il tarixdn 14 sentyabr 2023cü il tarixə kimi kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbs edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbs edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut bir ədəd fleş kart cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri təqsirləndirilməsinə cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələrinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «02» (iki) il, «04» (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs1 12 sentyabr 2023-cü il tarixdən 14 sentyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «02» (iki) il, «03» (üç) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «25» aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs edilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələrinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «02» (iki) il, «04» (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs2 12 sentyabr 2023-cü il tarixdən 14 sentyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində «02» (iki) il, «03» (üç) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «25» aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs edilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd fleş kart cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-192/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-192/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver