Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-196/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - X2 və Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi, yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə 31 mart 2023-cü il tarixdə, saat 14:30 radələrində X1 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Şəhərciyi yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evə qanunsuz daxil olmaqla evin yataq otağından iki çemodan ilə birlikdə ümumi dəyəri 150 manat olan müxtəlif çeşiddə işlənmiş kişi və qadın üst geyimlərini, evin qonaq otağındakı sandığın içərisindən ümumi dəyəri 100 manat olan iki ədəd yataq dəstlərini, dəyəri 50 manat olan bir ədəd yataq örtüyünü, bir dəst dəyəri 50 manat olan qış pərdələrini, qonaq otağından bir ədəd eləyəri 750 manat olan «Zimmer» markalı televizoru, bir ədəd dəyəri 100 manat olan «Huawei» markalı mobil telefon cihazını, evin hamam otağından bir ədəd dəyəri 50 manat olan təzə çaydanı, bir ədəd dəyəri 50 manat olan təzə qazanı, bir ədəd dəyəri 100 manat olan təzə qab-qacaq dəstini gizli olaraq talamaqla ümumilikdə zərərçəkmiş şəxs Ramiz Osmanova 1400 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq təkrar talama məqsədi ilə 01 may 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Şəhərciyi yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evə qanunsuz daxil olmaqla evin yataq otağındakı dolabların içərisindən 700 manat məbləğində nağd pulu, 100 manat dəyərində bir ədəd «Samsung» markalı işlənmiş mobil telefon cihazını, 50 manat dəyərində bir cüt simsiz qulaqcıqları, 100 manat dəyərində bir ədəd üzqırxan cihazını, 50 manat dəyərində bir ədəd qab-qacaq dəstini gizli olaraq talamaqla ümumilikdə Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi, yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamışdır. O, narkotik vasitələrdən istifadə etmiş, lakin, işsiz olduğu üçün mütamadi olaraq narkotik vasitə ala bilməmişdir. Bu səbəbdən, oğurluq edərək pul əldə etməyi qərara almışdır. O, özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə 31 mart 2023-cü il tarixdə, saat 14:30 radələrində X1 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Şəhərciyi yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığına gələrək ətrafda və evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra evin həyətinin giriş qapısından həyətə daxil olmuş, daha sonra evin giriş qapısını yoxlamış, qapının açıq olduğunu müəyyən etdikdən sonra içəri daxil olmuşdur. O, evdə bir qədər axtarış apardıqdan sonra 01 ədəd köhnə televizor, 01 ədəd mobil telefon və işlənmiş geyim əşyaları götürərək oradan uzaqlaşmışdır. Oğurladığı telefon işləmədiyi üçün tullamış, televizoru Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metristansiyası yaxınlığında 80 manat satmışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, «Şuşa Şəhərciyi» yaşayış massivi ərazisində yerəşən nömrəsiz fərdi evə qanunsuz daxil olmaqla oradan 150 manat məbləğində nağd pul, müxtəlif çeşidli məişət texnikası, mobil telefon cihazı və aksesuarlarını oğurlamış, oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən “Rus bazarı” adlanan yerdə özünə məxsus olduğunu bildirərək tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində həyat yoldaşı yaxınlıqda yaşayan bacısıgilə getmiş, bir müddət sonra o, özüdə evdən çıxmış, lakin, uzağa getməyəcəyi üçün evin qapsını bağlamamış, küçədə qonşuları ilə rastlaşaraq çay içmək üçün onlarla birlikdə çayxanaya getmişdir. Həmin gün, yəni, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində arvadı evə qayıtdığı zaman evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu görərək evdən oğurluq edildiyini düşünmüş, qonşular vasitəsi ilə ona məlumat vermişdir. O, dərhal evə gəlmiş, evin dağınıq vəziyyətdə olduğunu görərək evdən oğurluq edildiyinə əmin olmuş, bununla bağlı, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş, onun ərizə və izahatı alınmışdır. Baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus evdən ümumi dəyəri 150 manat olan paltarları, evin qonaq otağındakı sandığın içərisindən ümumi dəyəri 100 manat olan iki ədəd yataq dəsti, dəyəri 50 manat olan bir ədəd yataq örtüyü, bir dəst dəyəri 50 manat olan qış pərdələri, qonaq otağından bir ədəd dəyəri 750 manat olan «Zimmer» markalı televizor, bir ədəd dəyəri 100 manat olan «Huawei» markalı mobil telefon cihazı, evin hamam otağından bir ədəd dəyəri 50 manat olan çaydan, bir ədəd dəyəri 50 manat olan qazan, bir ədəd dəyəri 100 manat olan qab-qacaq dəsti oğurlanmış, ümumilikdə ona 1400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində yerləşən fərdi yaşayış evi ona məxsusdur. 2023-cü ilin aprel ayında əri işləmək üçün Rusiya Federasiyasına getdiyi üçün o, övladları ilə birlikdə valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında atası Şahid həmin evə övladının dərmanlarını götürmək üçün getmiş, evin mətbəxinin pəncərəsinin üzərində olan qoruyucu dəmir barmaqlığın yerindən çıxarılaraq kənara qoyulduğunu, pəncərinin açıq vəziyyətdə olduğunu müəyyən etmişdir. Evdən oğurluq edildiyini anladığı üçün atası ona və DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, özünə məxsus evə getmiş, bir müddət sonra hadisə yerinə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları gələrək baxış keçirmiş, qadın olduğu üçün atası Şahid onun yerinə ərizə yazaraq izahat vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər həmin bir həftə müddətində evdə yaşayış olmadığından istifadə edərək hasardan aşaraq həyətə düşmüşr, oradan isə evin plastik pəncərəsini açmaqla içərisinə daxil olaraq evin yataq otağındakı dolabların içərisindən ona məxsus 700 manat məbləğində nağd pulu, 100 manat dəyərində bir ədəd «Samsung» markalı işlənmiş mobil telefon cihazını, 50 manat dəyərində simsiz qulaqcıqları, əri üçün aldığı 100 manat dəyərində üzqırxan cihazı, 50 manat dəyərində qab-qacaq dəstlərini, ümumilikdə 1000 manat dəyərində əmlakını oğurlamışlar. Oğurluq baş vermiş ev və içərisindəki əşyalar ona məxsus olduqlarından müvafiq olaraq hadisə nəticəsində vurulmuş maddi zərər faktiki olararaq ona dəymişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 1991-ci ildən Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır, oğurluq hadisəsi baş vermiş, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi «Şuşa Şəhərciyi» yaşayış massivində yerləşən fərdi həyət evi qızı Vüsalə və əri Zamik Həsənova məxsusdur, lakin qızının əri Zamiq 2023-cü ilin aprel ayında işləmək üçün Rusiya Federasiyasına getdiyindən qızı tək qalmasın deyə, yaşadıqları evin qapı pəncərəsini bağlayaraq müvəqqəti olaraq uşaqları ilə birlikdə onlara köçmüşdür. Qeyd etdiyi ev bir mərtəbəli üç otaqlı fərdi həyət evidir, dörd bir tərəfdən daş hasarı var, həyətə giriş dəmir darvazadandır, evin giriş qapsı da dəmirdəndir, pəncərələri üzərində qoruyucu dəmir barmaqlıqlar var. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin evdən nəvəsinin dərmanlarını götürmək üçün getdikdə görmüş ki, evin mətbəxinin pəncərəsinin üzərində olan qoruyucu dəmir barmaqlıq yerindən çıxarılaraq kənara qoyulub, pəncərə açıq vəziyyətdədir. Qapını açıb içəri daxil olduqda müəyyən etmiş ki, evin otaqlarındakı əşyaları dağınıq vəziyyətdədir, bəzi əşyaları yerində yoxdur. Sonuncu dəfə onlar həmin evdə bir həftə qabaq olduqda əşyaların hamısı yerində imiş. Yəqin etmiş ki, bu müddət ərzində yaşayış olmadığından istifadə edərək evə oğru girib, ona görə də zəng vurub hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» Xidmətinə və evdə olan qızına məlumat vermişdir. Məlumatı əsasında hadisə yerinə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinn 12-ci Polis Şöbəsinin əməkdaşları gəlmişlər, ərizə və izahatını alaraq hadisə yerinin müayinəsini keçirmişlər. Müayinə zamanı məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər həmin bir həftə müddətində evdə yaşayış olmadığından istifadə edərək hasardan aşaraq həyətinə düşmüşlər, oradan isə evin plastik pəncərəsini açmaqla içərisinə daxil olaraq evin yataq otağındakı dolabların içərisindən qızına məxsus 700 manat məbləğində nəğd pulu, 100 manat dəyərində bir ədəd «Samsung» markalı işlənmiş mobil telefon cihazını, 50 manat dəyərində simsiz qulaqcıqları, əri üçün aldığı 100 manat dəyərində üzqırxan cihazını, 50 manat dəyərində qab- qacaq dəstlərini, ümumilikdə qızı Vüsalənin 1000 manat dəyərində əmlakını oğurlamışlar. Oğurluq baş vermiş ev və içərisindəki əşyalar qızı Zərərçəkmiş şəxs məxsus olduqlarından müvafiq olaraq hadisə nəticəsində vurulmuş maddi zərər də faktiki olararaq qızı Vüsaləyə dəymişdir. Baş vermiş oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs tanıyır, əvvəllər qonşuları olub, qardaşı Şadlanla dostluq etmişlər, lakin aralarında heç bir ədavət və ya düşmənçilik olmayıb. Qızının evdar qadın olduğunu nəzərə alaraq ərizə və izahat yazmaq üçün qızı polis orqanlarına çağırılmasın deyə, qızını qorumaq üçün ilkin təhqiqat və istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, oğurluq baş verən ev guya özünə məxsusdur, guya qızına yaşamaq üçün vermişdir, ona görə də hadisə nəticəsində maddi ziyan guya özünə dəymişdir, düşünmüşdür ki, qızı hadisə ilə bağlı polis və məhkəmə orqanına çox gedib gələcək, körpə uşaqları da evdə nəzarətsiz qalacaq, narahatçılıq olacaq, həm də əri ölkədə yoxdur, eşidər-bilər narazılıq edər ona görə də qızının razılığı ilə bu cür ifadə vermişdir. Lakin sonradan artıq iş məhkəmədə olarkən onu çox sorğu-sual etməyə başlamışlar, hadisəni törədən Təqsirləndirilən şəxs da onları əvvəlcədən tanıdığından bilirmiş ki, həmin ev ona deyil, qızı Vüsaləyə məxsusdur, ola bilsin ki, ona qədər artıq məhkməyə bu barədə məlumat vermişdir, ona görə də məhkəmədə onu məcbur edirmişlər ki, düzünü danışsın, ondan evin komunal xərclərinin ödənilməsinə dair qəbzlər tələb edirmişlər, o da yalan danışa bilməyərək olduğu kimi demişdir ki, ev sahibi qızı Vüsalədir. Belə də ki, bunun elə də bir fərqi olmadığından onlar bu işə əvvələdən ciddi əhəmiyyət verməmişlər ki, onsuz da bir ailədirlər. Cinayət işinin 37-38-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-6421/2023 nömrəli, 18 may 2023-cü il tarixli məktubundan görünür ki, 08 may 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izləri DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin AİDS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin, AİDS-in məlumat bankına KTİ-dən daxil olmuş məlumata əsasən xx xxxx 1989-cu ildə Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan 26 may 2023-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 85-86-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-429/2023 nömrəli, 27 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 may 2023-cü il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-88-ci vərəqəsində olan 27 may 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, 31 mart 2023-cü il tarixdə, saat 14:30 radələrində X1 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Şəhərciyi yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evindən edilmiş oğurluq faktı ilə bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 99-cu vərəqəsində olan 15 iyun 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 01 ədəd «C-Com 60» modelli Çin istehsalı olan ağ rəngli simsiz qulaqcıqlar, onlara aid 01 ədəd adapter maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan 24 iyun 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 01 ədəd möhürlənmiş zərfin içərisində təhqiqat orqanına geri göndərilmiş 01 (bir) ədəd əl izi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyndən cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 102-104-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, sonuncu dəfə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə və 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası hazırkı hökmlə ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilərək üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat miqdarında cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158.2.1, 158.2.2-ci, Cinayət Məcəlləsinin maddələrinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2022-ci ildən 08 may 2022-ci ilədək tutulduğu və ev dustaqlığında, 07 avqust 2022-ci ildən 27 mart 2023-cü ilədək həbsdə qaldığı müddət ona təyin edilmiş 05 (beş) il azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 may 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun törətdiyi əməli səmimi olaraq etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs 08 mart 2022-ci ildən 08 may 2022-ci ilədək tutulduğu və ev dustaqlığında, 07 avqust 2022-ci ildən 27 mart 2023-cü ilədək həbsdə qaldığı təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmü üzrə 08 mart 2022-ci ildən 08 may 2022-ci ilədək tutulduğu və ev dustaqlığında, 07 avqust 2022-ci ildən 27 mart 2023-cü ilədək həbsdə qaldığı müddət onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, 01 ədəd «C-Com 60» modelli Çin istehsalı olan ağ rəngli simsiz qulaqcıqlar, onlara aid 01 ədəd adapter Zərərçəkmiş şəxs qaytarılmalı, 01 ədəd möhürlənmiş zərfin içərisində təhqiqat orqanına geri göndərilmiş 01 (bir) ədəd əl izi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cərimə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmü üzrə 08 mart 2022-ci ildən 08 may 2022-ci ilədək tutulduğu və ev dustaqlığında, 07 avqust 2022-ci ildən 27 mart 2023-cü ilədək həbsdə qaldığı 09 (doqquz) ay 20 (iyirmi) gün müddəti azadlıqdan məhrumetmə cəzasının 09 (doqquz) ay 20 (iyirmi) gününə bərabər tutulmaqla, onun cəzasından 09 (doqquz) ay 20 (iyirmi) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut 01 ədəd «C- Com 60» modelli Çin istehsalı olan ağ rəngli simsiz qulaqcıqlar, onlara aid 01 ədəd adapter Zərərçəkmiş şəxs qaytarılsın, 01 ədəd möhürlənmiş zərfin içərisində təhqiqat orqanına geri göndərilmiş 01 (bir) ədəd əl izi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-196/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-196/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver