Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-199/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, Müdafiəçilər - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 2005-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 20də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə, 09 avqust 2002-ci il tarixdə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Azadqaraqoyunlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkında bir qrup şəxs halında dostu Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə bir gün əvvəl Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla ətrafdakı şəxslərə etinasızlıq göstərib onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirib qərəzli hərəkətlərlə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qəsdən bir dəfə yumruqla sifət nahiyyəsindən vuraraq sol almacıq sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan qəsdən sağlamlığa az ağır xəsarət yetirmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla ətrafdakı şəxslərə etinasızlıq göstərib onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirib qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs qəsdən döyərək ona baş beyin silkələnməsi, sol gözyuvasıətrafı-sol almacıq nahiyəsinin hematoması, əzilmiş yarası, sol göz almasının ağlı qişasına qansızma və sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül dərəcəli, alın və ənsə nahiyələrinin qançırı, sağ diz nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 20-də yaşayır. Təqsirləndirilən şəxs2 onun dostudur. O, 08 avqust 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixə keçən gecə dostu Təqsirləndirilən şəxs2 ad gününü təbrik etmək məqsədi ilə sonuncunun yaşadığı ünvana getmiş, həmin vaxt, Zərərçəkmiş şəxs qardaşı ilə birlikdə avtomobildən enərək sərxoş vəziyyətdə öz aralarında yüksək səslə nalayiq ifadələr işlətməklə mübahisə edərək binanın blokuna doğru hərəkət etmişdir. Təqsirləndirilən şəxs2 nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs yaxınlaşaraq söyüş söymələrinə iradını bildirmiş, digər mənzillərdə insanlar yaşadığı üçün sakit olmağı təklif etmişdir. Zərərçəkmiş şəxs yüksək səslə danışaraq nalayiq ifadələr işlətməyə davam etdiyi üçün o, Zərərçəkmiş şəxs yaxınlaşaraq hərəkətlərini sonlandırmasını bildirmişdir. Zərərçəkmiş şəxs blokun pilləkənlərindən geri qayıdaraq onunla üz-üzə dayanmış, 20 ildən artıq həmin binada yaşadığını bildirərək onunla mübahisə etməyə başlamış, qonşular mübahisəyə müdaxilə edərək onları sakitləşdirmişdir. Zərərçəkmiş şəxs mobil nömrəsini ona verərək onunla əlaqə saxlamasını bildirmişdir. O, 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs zəng edərək görüşmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkında görüşməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkına gedərək parkın girişində Zərərçəkmiş şəxs ilə görüşmüş, o, nalayiq ifadələr işlətməsinin yanlış olduğunu Zərərçəkmiş şəxs demiş, lakin, Zərərçəkmiş şəxs özünün haqlı olduğunu bildirərək onun üzərinə gəlmişdir. O, Zərərçəkmiş şəxs onu vuracağından ehtiyat etdiyi üçün özünü qorumaq məqsədi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq zərbəsi endirmiş, Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra ətrafda olan insanlar mübahisəyə müdaxilə etmiş, o, kənara çəkilmişdir. Aralarında baş vermiş mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxsə təpik atdığını bildirmiş, lakin, Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxsi vurmasını görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur. Zərərçəkmiş şəxslə qonşuluqda yaşamasına baxmayaraq mübahisəyədək onu tanımamış, ədavəti və ya düşmənçiliyi olmamışdır. 08 avqust 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs1 onun ad gününü təbrik etmək məqsədi ilə yaşadığı binanın həyətinə gəlmiş, onlar bir qədər həyətdə söhbət etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs qardaşı ilə birlikdə avtomobildən enərək sərxoş vəziyyətdə öz aralarında yüksək səslə nalayiq ifadələr işlətməklə mübahisə edərək binanın blokuna doğru hərəkət etmişdir. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq etdikləri hərəkətin doğru olmadığını, binada digər insanların yaşadığını bildirib hərəkətlərini sonlandırmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs 20 ildən artıq müddətdir orada qaldığını, etdiyi hərəkətin yalnış olmadığını bildirmişdir. Bununla bağlı aralarında sözlə mübahisə yaranmış, lakin, binanın sakinləri müdaxilə etdiyi üçün mübahisə sonlanmışdır. Zərərçəkmiş şəxs mobil nömrəsini ona verərək onunla əlaqə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs1 09 avqust 2023cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs zəng edərək görüşmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkında görüşməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkına gedərək parkın girişində Zərərçəkmiş şəxs ilə görüşmüş, o, nalayiq ifadələr işlətməsinin yanlış olduğunu Zərərçəkmiş şəxs demiş, lakin, Zərərçəkmiş şəxs özünün haqlı olduğunu, idmançı olduğu üçün heç kəsin ona qarşı artıq hərəkət edə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs sözlərindən hiddətləndiyi üçün Təqsirləndirilən şəxs1 yumruqla onun sifət nahiyəsinə zərbə vurmuş, Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmış, başını tutaraq qışqırmağa başlamışdır. O, Təqsirləndirilən şəxs1 tutaraq kənara çəkmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs təpik atmasına baxmayaraq təpik sonuncuya dəyməmişdir. Məhkəmə çıxışları zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxslərlə əvvəllər münasibəti olmamış, Təqsirləndirilən şəxs2 onun yaşadığı binada kirayə yaşamışdır. 08 avqust 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixə keçən gecə o, qardaşı Rizvanla birlikdə yaşadığı binanın blokuna daxil olan zaman, arxadan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və tanımadığı bir neçə nəfər şəxs gələrək yavaş olmalarını bildirmiş, onları blokdan çıxarmışlar. O, həmin şəxslərdən kim olduqlarını soruşmuş, Təqsirləndirilən şəxs2 həmin ərazidə kirayədə yaşadığını bildirmişdir. Həmin vaxt, sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs1 onu vurmaqla hədələmiş, lakin, qonşular müdaxilə edərək mübahisə yaranmasının qarşısını almışdır. Təqsirləndirilən şəxs1 əlaqə saxlamaq üçün ondan mobil nömrəsini istəmiş, o, etiraz etməyərək istifadəsində olan mobil nömrəni Təqsirləndirilən şəxs1 vermişdir. 09 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək saat 18-19 radələrində görüşməyi təklif etmiş, o, məşğul olduğu üçün görüşməyə vaxtının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 işlərini yekunlaşdırdıqdan sonra ona zəng etməsini bildirmiş, o, işlərini yekunlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs2 bir neçə dəfə zəng etmiş, lakin, zəngləri cavablandırılmamışdır. 09 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs2 yenidən zəng edərək görüşməyə vaxtının olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 həmin vaxt ad günü məclisində olduğunu bildirərək görüşə bilməyəcəyini demişdir. 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edərək görüşə çağırmış, o, görüş üçün vaxtının olmadığını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək onu gözlədiklərini bildirmiş, o, təxminən 30 dəqiqə sonra boş vaxtının olacağını bildirdikdən sonra Təqsirləndirilən şəxs1 ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkında görüşməyi təklif etmiş, o, etiraz etməyərək qeyd olunan ünvana getmişdir. O, «Heydər Əliyev» adına istirahət parkında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların yanında olan tanımadığı digər şəxslərlə görüşmüş, həmin şəxslər sərxoş vəziyyətdə olmuşdur. O, Təqsirləndirilən şəxs2 ilə söhbət etdiyi zaman parkda olan çox saylı insanların gözü qarşısında Təqsirləndirilən şəxs1 anidən onun sol göz nahiyəsinə yumruq zərbəsi vurmuş, daha sonra Təqsirləndirilən şəxs2 onun bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik zərbələri endirmiş, Təqsirləndirilən şəxs1 yanında olan digər tanışları da onu döyməyə başlamışdır. Parkın içində olan polislərin onların yaxınlaşdığını görərək təqsirləndirilən şəxslər qaçaraq oradan uzaqlaşmışdır. O, polis əməkdaşları tərəfindən post patrul avtomobili ilə Sabunçu RPİ-nin 13-cü PŞ-yə aparılmış, orada ərizə və izahatı alındıqdan sonra 3 saylı Şəhər Klinik. Xəstəxanasına oradan isə 1 saylı X2 aparılmışdır. Mülki iddianın təmin edilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5095 (beş min doxsan beş) manat pulun tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciə edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını, mülki iddiaya xitam verilməsini bildirmişdir Cinayət işinin 21-23-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Sabunçu rayon şöbəsinin 1939 saylı, 24 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sol almacıq sümüyünün yerdəyişən sınığı, sol gözyuvasıətrafı-sol almacıq nahiyəsinin hematoması-əzilmiş yarası, sol göz almasının ağlı qişasına qansızma, sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması, alın və ənsə nahiyələrinin qançırı, sağ diz nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sol almacıq sümüyünün yerdəyişən sınığı, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, baş beyin silkələnməsi sol gözyuvasıətrafısol almacıq nahiyəsinin hematoması-əzilmiş yarası, sol göz almasının ağlı qişasına qansızma, sol gicgah- təpə nahiyəsinin dərialtı hematoması ümumilkdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, alın və ənsə nahiyələrinin qançırı, sağ diz nahiyəsinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 64-cü vərəqəsində olan 01 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan 01 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 50-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 51-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onların azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi və eləcə də, mülki iddiaçı tərəfindən mülki iddiadan imtina olunması nəzərə alınaraq mülki iddia üzrə icraata xitam verilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-199/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-199/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver