Məhkəmə qərarları › İş №1(008)-199/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-199/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-199/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ənvərli Səbinə Şair qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, x.xx.1953-cü ildə Masallı rayonu, Yeyənkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs 47 000 manat müqabilində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş əri Aqil Əlizadəni guya xəstəliyi ilə əlaqədar saxlanıldığı Penitensiar Xidmətinin Bakı X1 müalicə müəssisəsinə köçürdərək xəstəliyi ilə bağlı cinayət məsuliyyətindən azad etdirməklə həbsdən buraxdıracağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inam və etibarını qazanmış, etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kontakt Home” mağazasının qarşısında 1 500 manat pulunu alaraq, sonuncunun kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Kanal Üstü” yaşayış sahəsindəki nömrəsiz ünvandan mobil tətbiqi vasitəsi ilə “Kapital Bank”a aid 5239 1517 8330 0570 nömrəli kart hesabından onun təqdim etdiyi özünə və cinayətdən məlumatı olmayan tanışlarına məxsus “Kapital Bank”a aid 4169 73** **** *021 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 10:18-də köçürdüyü 660 manatını, xx.xx.2024-cü il tarixdə saat 13:51-də köçürdüyü 100 manatını, “ABB'’yə aid 4127 20** **** 7149 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 11:47-də köçürdüyü 100 manatını, saat 12;39-da köçürdüyü 50 manatını, saat 12:42-də köçürdüyü 150 manatını, “Kapital Bank”a aid 4169 73** **** 5923 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:57-də köçürdüyü 350 manatını, "ABB 'yə aid 4127 20** **** 7149 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 18:27-də köçürdüyü 100 manatını, “Kapital Bank”a aid 4169 73** **** 1650 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:08-də köçürdüyü 500 manatını, “Kapital Bank”a aid 4169 73** **** 5923 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 13:48də köçürdüyü 300 manatını, xx.xx.2024-cü il tarixdə saat 22:37-də köçürdüyü 550 manatını, “Kapital Bank"a aid 5411 24** **** 5181 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 07:17-də köçürdüyü 100 manatını, “Kapital Bank'a aid 4169 73** **** 5923 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 09:27-də köçürdüyü 50 manatını, “Kapital Bank”a aid 4098 58** **** 1409 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 10:29-da köçürdüyü 120 manatını, “Kapital Bank’’a aid 4098 58** **** 0844 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 15:53-də köçürdüyü 50 manatını, “Kapital Bank’’a aid 4169 73** **** 2841 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 22:17də köçürdüyü 120 manatını, “Kapital Bank”a aid 4169 73** **** 5923 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:51-də köçürdüyü 500 manatını, “Kapital Bank”a aid 5411 24** **** 8325 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 16:23-də köçürdüyü 100 manatını, “Kapital Bank"a aid 4169 73** **** 3495 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 13:25-də köçürdüyü 50 manatını, “Kapital Bank'a aid 4169 73** **** 2229 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 20:52-də köçürdüyü 273 manatını, “Kapital Bank”a aid 4169 73** **** 3629 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 09:03-də köçürdüyü 1 100 manatını, “ABB”yə aid 4127 20** **** 6966 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 09:04-də köçürdüyü 50 manatını, “Kapital Bank”a aid 5167 51** **** 9066 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 13:39da köçürdüyü 20 manatını, “Kapital Bank”a aid 4169 73** **** 3629 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:17-də köçürdüyü 400 manatını və “Kapital Bank”a aid 4169 73** **** 4274 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:22-də köçürdüyü 320 manatını nağdlaşdırmaqla, 2024-cü ilin iyul ayının sonlarında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasının qarşısında 340 manatını almaqla, yenidən Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Kanal Üstü” yaşayış sahəsindəki nömrəsiz ünvandan mobil tətbiqi vasitəsi ilə “ABB”yə aid 4127 20** **** 6966 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 12:22-də köçürdüyü 50 manatını, “Kapital Bank'a aid 4169 73** **** 3745 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 10:08-də köçürdüyü 210 manatını, “ABB’yə aid 4127 20** **** 6966 nömrəli kart hesabına xx.xx.2024- cü il tarixdə saat 17:57-də köçürdüyü 235 manatını və “Kapital Bank”a aid 4169 73** **** 2344 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 19:52-də köçürdüyü 50 manatını nağdılaşdıraraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 8 498 manat pulunu ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğlu Xeyrəddinlə Aqil içəridə bir yerdə olmuşlar. Oğlu vərəm dispanserinə keçiriləcəyi üçün Aqil də onunla telefonda danışaraq onun də vərəm dispanserinə keçirilməsi üçün köməklik göstərməsini istəmişdir. O isə kömək edəcəyinə söz verdiyi üçün Aqil ona Aqilin arvadı Günəşlə əlaqə saxlamasını və pulu ona Günəşin verəcəyini bildirmişdir. Günəşlə ilk dəfə Masallıda görüşərək, tanış olmuşlar, Günəşə bu işi Vüqar və Məhəmməd adlı şəxslərin həll edəcəyini, pulların da onlara veriləcəyini bildirmişdir. İlk dəfə Günəş ona Masallıda 1500 manat pulu əlbəəl vermişdir. Bundan sonra Günəş ona həm kart vasitəsilə, həm də əlbəəl pullar vermişdir. Etdiyi əməldən çox peşmandır, bu yaşında belə əməl etdiyinə görə çox utanır. Amma ehtiyacı olduğunu, aldığı puldan 1000 manatını evin kirayə haqqına ödədiyini, qalan pulla isə elə Kürdəxanıya ərzaq alıb apardığını və xərclik üçün içəridəkilərə verdiyini bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq məbləğin ilk öncə təhqiqatçının ona təxminən 8000 olduğunu dediyini və onun da həmin məbləğlə razılaşdığını, daha sonra isə təhqiqatçının məbləği hesablayaraq 6000 manat olduğunu bildirdiyini, iş müstəntiqə keçdikdən sonra isə müstəntiqin məbləğin 8498 manat olduğunu dediyini, əslində isə məbləğin ona təhqiqatçının 6000 manat olduğunu dediyinə görə ittiham aktındakı məbləğlə razı olmadığını amma məbləğin 8498 manat yox 6000 manat olduğunu təsdiq edə bilməyəcəyini bildirmişdir. Bundan başqa, özünün 2 kartı olsa da, pul göndərməsi üçün Günəşə müxtəlif kartlar təqdim etdiyini, Vüqar və Məhəmməd adlı şəxslərin yalnız Sovet dövründə bu işlə məşğul olduğunu, hazırda isə belə adamlar olmadığını, Günəşə uyduraraq bu adları dediyini, Aqilin vərəm dispaserinə keçirilməsi üçün heç bir əlaqələrinin olmadığını, imkansızlıqdan bu yola əl atdığını, Kürdəxanıya apardığı ərzaqların pullarının Günəşin ona verdiyi puldan xərclədiyindən nə Günəşin, nə də Aqilin xəbəri olmadığını, onların o pulun Aqilin Vərəm dispnserinə keçirilməsi üçün xərcləndiyini düşündüklərini bildirmişdir. 700 manat ödəniş etdiyini, zərərçəkən şəxslə barışaraq, vurulmş ziyanı ödəyərək, dövlət büdcəsinə 25 % ödəyəcəyi halda cinayət məsuliyyətindən azad olunacağını bilsə də, pulu yalnız hissə-hissə ödəyə biləcəyini, bu məbləğləri tam ödəmək imkanı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Aqil tutulduğu üçün ondan utandığından özü yox onunla ilk öncə Təqsirləndirilən şəxs oğlu Xeyrəddin əlaqə saxlamış və atası Nurəddinin dəllal olduğunu, əvvəllər də dəfələrlə başqa adamlara belə kömək etdiyini, uzağı 2 aya Aqilin içəridən çıxacağını bildirmişdir. Daha sonra Aqillə danışmış və Aqil o da Nurəddinin bu işi həll edəcəyini inanmışlar. Nurəddinlə görüşmək üçün Masallıya getmiş orada Nurəddin Aqili vərəm dispanserinə, oradan isə psixiatriyaya köçürmək üçün ondan 47 000 manat pul istəmişdir.O isə o qədər pula imkanları çatmadığını, yalnız hissə-hissə ödəyə biləcəklərini bildirdiyini, Nurəddinin isə bununla razılaşdığını və bundan sonra ona ilk dəfə Masallıda 1500 manatt əlbəəl verdiyini, daha sonra isə hissə-hissə həmin pulları Nurəddinin ona verdiyi kartlara göndərdiyini bildirmişdir. Nurəddinə göndərdiyi puldan əlavə onun oğlu Xeyrəddinə də Gəncədə olduğu cəzaçəkmə müəssisəsinin poçtuna 290 manat pul göndərdiyini, Xeyrəddinin həmi pulu Aqilin işini həll edəcək Vüqara şirinlik, yəni cibxərcliyi kimi vermək üçün ondan istədiyini bildirmişdir. Ona dəymiş ziyan məbləği əslində Xeyrəddinə göndərdiyi 290 manatla birlikdə 9060 manat olduğu halda müstəntiqin Xeyrəddinə göndərdiyi pulun Nurəddinin cinayət işinə aidiyyəti olmadığını bildirdiyini, buna görə də ittiham aktında yalnız Nurəddinə verdiyi 8498 manat pulun qeyd olunduğunu bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, müstəntiq onun işinə baxmadığı üçün ondan 102 çağrı mərkəzinə şikayət etmiş, işinin uzadıldığını bildirmiş, amma zəng zamanı Xeyrəddinin də bu işlə əlaqəsi olduğunu və onun da məsuliyyətə cəlb olunması barədə nə isə deməmişdir. Məhkəmə iclasında dindirilmiş Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Seymur Həsənov ifadəsində bildirmişdir ki, cinayət işi ibtidai istintaq dövründə onun icraatında olmuşdur, Masallıdan daxil olmuşdur, tərəfindən cinayət işi başlanılmış, ittiham elan olunaraq məhkəməyə göndərilmişdir. İş üzrə Zərərçəkmiş şəxs sərbəst şəkildə, xidməti otaqda ifadə vermişdir, etirazı olmadan tərəfindən kompüterdə ifadəsi yazılmış, latın qrafikasını yazıb oxuya bildiyini bildirmiş, onun tərəfindən ifadənin yazılmasına etirazı olmadığını bildirmişdir. İfadə tərtib olunduqdan sonra öz sözləri ilə təkrarən oxunmuş, öz xətti ilə düzgünlüyünü təsdiq etmişdir. Həmçinin zərərçəkmiş ondan öncə Masallı rayon Polis idarəsində, Polis şöbəsində verdiyi ilkin izahatlarla istintaq zamanı verdiyi izahatlarda ifadələr arasında heç bir ziddiyyət olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq müstəntiq Seymur Həsənov bildirmişdir ki, zərərçəkən ona Xeyrəddinin Nurəddinin oğlu olduğunu, əri Aqillə bir yerdə Kürdəxanıda saxlanıldığını və Nurəddinlə oğlu Xeyrəddin vasitəsilə tanış olduqlarını bildirmişdir. X3 qrup halında dələduzluq etdiyini bildirməmiş, təqdim etdiyi qəbzlərdəki məbləğləri Nurəddinə göndərdiyini bildirmiş, pulunu ondan tələb etmişdir. Zərərçəkmiş şəxs nə ilkin izahatlarında, nə iş məhkəməyə göndərildikdən sonra sosial şəbəkədə onun haqqında yazdığı şikayətdə, nə də “Whatsapp” proqramı üzərindən göndərdiyi səs yazılarında Xeyrəddinin bu məsələ ilə əlaqəsi olduğunu bildirməmişdir. X4 dedikləri ilə əlaqədar Zərərçəkmiş şəxs ona verilən çarpaz suallara cavab olaraq bildirmişdir ki, sonda cinayət işi materialı ilə tanış olarkən Xeyrəddinin adını təqsirləndirilən şəxs kimi cinayət işi materiallarında görmədikdə müstəntiqdən Xeyrəddinin də bu işlə əlaqəsi olduğu halda niyə adının qeyd olunmadığını soruşmamış və onun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməmişdir. İstintaq müddətində ona hər hansı psixi və ya fiziki təzyiq olmamışdır. Xeyrəddin onları atası Nurəddinlə tanış etmişdir, amma Aqili vərəm dispanserinə keçirəcəyinə Nurəddin söz vermişdir, pullar da ona göndərilmişdir. Xeyəddinə 40 və 90 manat olmaqla 2 dəfə Gəncədəki cəzaçəkmə müəssisəsinin poçtuna pul göndərmiş, pul göndərməyinin səbəbi isə Xeyrəddinin yerini dəyişməsi ilə əlaqədar paltar və digər ehtiyacları üçün ondan xahiş etməsi, yoldaşı Aqil də məhkum olduğundan yazığı gəlməsi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs istifadəsində olan “Kapital Bank’a aid 5239 1517 8330 0570 nömrəli kart hesabından Təqsirləndirilən şəxs təqdim etdiyi, kart hesablarına köçürülmüş pulların 28 ədəd qəbzlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs “Kapital Bank”a aid 5239 1517 8330 0570 nömrəli kart hesabından “Kapital Bank’a aid 4169 73** **** *021 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 10:18-də 660 manat, xx.xx.2024-cü il tarixdə saat 13:51-də 100 manat, “ABB’yə aid 4127 20** **** 7149 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 11:47-də 100 manat, saat 12:39-da 50 manat, saat 12:42-də 150 manat, “Kapital Bank”a aid 4169 73** **** 5923 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:57-də 350 manat, “ABB”yə aid 4127 20** **** 7149 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 18:27-də 100 manat, “Kapital Bank”a aid 4169 73** **** 1650 nömrəli kart hesabına xx.xx.2024- cü il tarixdə saat 17:08də 500 manat, "Kapital Bank”a aid 4169 73** **** 5923 nömrəli kart hesabına xx.xx.2024cü il tarixdə saat 13:48-də 300 manat, xx.xx.2024-cü il taıixdə saat 22.37-də 550 manat, “Kapital Bank”a aid 5411 24** **** 5181 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 07:17-də 100 manat, “Kapital Bank”a aid 4169 73** 5923 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 09:27-də 50 manat, “Kapital Bank”a aid 4098 58** **** 1409 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 10:29-da 120 manat, “Kapital Bank”a aid 4098 58** **** 0844 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 15:53-də 50 manat, “Kapital Bank”a aid 4169 73** **** 2841 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 22:17-də 120 manat, “Kapital Bank”a aid 4169 73** **** 5923 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:51-də 500 manat, “Kapital Bank'a aid 5411 24** **** 8325 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 16:23-də 100 manat, "Kapital Bank"a aid 4169 73** **** 3495 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 13:25də 50 manat, "Kapital Bank”a aid 4169 73** **** 2229 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 20:52-də 273 manat, “Kapital Bank”a aid 4169 73** "*A 3629 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 09:03-də 1 100 manat, “ABB’yə aid 4127 20** **** 6966 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 09:04-də 50 manat, "Kapital Bank’a aid 5167 51** **** 9066 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 13:39da 20 manat, “Kapital Bank”a aid 4169 73** **** 3629 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:17-də 400 manat və “Kapital Bank”a aid 4169 73** **** 4274 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:22-də 320 manat, “ABB’yə aid 4127 20"* **** 6966 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 12;22-də 50 manat, "Kapital Bank"a aid 4169 73** **** 3745 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 10:08də 210 manat, “ABB”yə aid 4127 20** **** 6966 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:57-də 235 manat və “Kapital Bank’a aid 4169 73** **** 2344 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 19:52-də 50 manat, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 6 658 manat pul köçürülmüşdür. (i.v.39-44). xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğu tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılan telefon danışıqlarının qeydə alındığı “DVD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayında bildirir ki, Vüqar adlı vəkilin vasitəsi ilə Məhəmməd adlı şəxsə pul verməklə əri X5 vərəm xəstəsi kimi saxlanıldığı Bakı X1 müalicə müəssisəsinə köçürəcək, oradan isə azadlığa buraxdıracaq, bunun üçün Zərərçəkmiş şəxs aldığı puldan 7 000 manatını həmin şəxslərə vermiş, əlavə olaraq da həmin şəxslərə pul ödəyəcək. Zərərçəkmiş şəxs dəfələrlə Təqsirləndirilən şəxs Vüqar və ya Məhəmməd adlı şəxslərin telefon nömrələrini və ya həmin şəxslərlə görüşmək istəməsini tələb etsə də, Təqsirləndirilən şəxs bundan yayınır, xx.xx.2024-cü il tarixədək gözləməsıni istəyir. (i.v. 45-48). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, çoxsaylı qəbzlər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitinin onun dediyi kart hesablarına göndərildiyini və əlbəəl verildiyini etiraf edərək həmin məbləğin konkret nə qədər olmasını xatırlamadığını, təxminən 6000-ə qədər olduğunu, sonradan geri 700 manat ödədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadədir. Belə ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılan telefon danışıqlarının qeydə alındığı “DVD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayında bildirir ki, Vüqar adlı vəkilin vasitəsi ilə Məhəmməd adlı şəxsə pul verməklə əri X5 vərəm xəstəsi kimi saxlanıldığı Bakı X1 müalicə müəssisəsinə köçürəcək, oradan isə azadlığa buraxdıracaq, bunun üçün Zərərçəkmiş şəxs aldığı puldan 7 000 manatını həmin şəxslərə vermiş, əlavə olaraq da həmin şəxslərə pul ödəyəcək. Bundan başqa, Təqsirləndirilən şəxs özü də məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən ona ödənilmiş məbləğin ilk öncə təhqiqatçı tərəfindən təxminən 8000 olduğunu dediyini və onun da həmin məbləğlə razılaşdığını bildirmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsdən təxminən 6000 manat pul aldığını bildirsə də, təqsirləndirilən şəxsin ifadəsindəki həmin xüsusat zərərçəkmiş şəxslə olan telefon danışığı ilə yanaşı, cinayət işi materialında olan qəbzlərlə və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı həmin məbləğlə əlaqədar verdiyi ifadəsi ilə də təkzib edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində həmin məbləğlərin ona verildiyini təsdiq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əri Aqili vərəm dispanserinə köçürməsi və xəstəliyi ilə əlaqədar həbsdən azad etdirəcəyi adı ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə 8 498 manat pul alaraq keçirməklə ona qarşı dələduzluq cinayətini törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmış, təqsirləndirilən şəxsin həmin məbləğlərlə bağlı özünün müdafiəsi və cinayət məsuliyyətindən yayınması naminə irəli sürdüyü dəlillər isə tamamilə təkzib olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.104). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.73-74, 95). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşlı olmasını və yaşı ilə əlaqədar səhhətini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzafrəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs telefon danışqiarının köçürüldüyü 1 ədəd “CD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən saatlarla müddətin hesablanması nəzərə alınmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 07 noyabr 2024-cü il tarixdən 08 noyabr 2024-cü il tarixədək saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanda olan yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar