Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-2/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkil Müdafiəçi1, 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 Muxtar oğlunun iştirakı ilə xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küç., döngə 03, ev 02də qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəs., yeni yaşayış sahəsində nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-X4 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 avqust 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimanov küç., döngə 01, ev 13-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X9 istintaqa məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 165.227 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamış, 18 mart 2020-ci il tarixdə, saat 19:00 radələrində 165.227 qram narkotik vasitə qurudulmuş marixuanadan satış məqsədilə 5.227 qram götürərək bir ədəd kibrit qutusuna yerləşdirib əynində olan qara rəngli gödəkcənin sol iç cibinə qoyub saxlamaqla daşımış, həmin günü saat 19:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, X.Səfərəliyev küçəsində yerləşən Sabunçu Rayon Polis İdarəsinn 14-cü Polis Bölməsinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 450 manat pul borcunun əvəzinə əvvəlcədən razılaşdıqları kimi bir ədəd ağ rəngli üzərində sarı rəngli «AVROMED» sözü yazılmış sellofan torbanın içərisində təmiz çəkisi 160 qram narkotik vasitə qurudulmuş marixuananı verərək satmış, həmin gün saat 20:00 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, X20 küçəsində yerləşən «Panda» marketin qarşısına gələn zaman Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilərək xidməti otaqda onun üzərindş şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibində saxladığı bir ədəd kibrit qutusunda 5.227 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusrat üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən sağ əlində olan ağ rəngli üzərində sarı rəngli «AVROMED» sözü yazılmış sellofan torbanın içində 160 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusrat üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı X9 ilə istintaqa məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 165.227 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusrat üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamış, 18 mart 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, X.Səfərəliyev küçəsində yerləşən Sabunçu Rayon Polis İdarəsinn 14cü Polis Bölməsinin yaxınlığında A.Şahid5 ona 450 manat pul borcunun əvəzinə əvvəlcədən razılaşdıqları kimi bir ədəd ağ rəngli üzərində sarı rəngli «AVROMED» sözü yazılmış sellofan torbanın içərisində təmiz çəkisi 160 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış n arkotik vasitə qurudulmuş marixuananı verərək satmış, o, isə satış məqsədi ilə A.Şahid5 qanunsuz ələ etdiyi 160 qram narkotik vasitə qurudulmuş marixuananı 450 manata satıb pulunu çıxarmaq məqsədilə özündə saxlamaqla daşımış və həmin günü saat 20:00 radələrində A.Şahid5la birlikdə Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, X20 küçəsində yerləşən «Panda» marketin qarşısına gələn zaman Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilərək xidməti otaqda onun üzərində şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı bir ədəd ağ rəngli üzərində sarı rəngli «AVROMED» sözü yazılmış sellofan torbanın içində 160 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusrat üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, A.Şahid5 üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd kibrit qutusunda 5.227 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusrat üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında X9 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayından 107 nömrəli marşurut xəttində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtobusda konduktor işləyirdi. 2020-ci ilin fevral ayının əvvəlində o, Təqsirləndirilən şəxs2 450 manat borca pul almış və ona həmin pulu 2020-ci ilin mart ayının ortalarında qaytaracağını demişdir. 2020ci ilin fevral ayının axırlarında o, yaşadığı evin yaxınlığında daş hasarın dibindən bir ədəd ağ rəngli sellofan torbanı görüb götürmüş və içinə baxanda torbanın içində qurudulmuş çətənə bitkisinin hissələrinin olduğunu görmüşdür. O, qurudulmuş çətənə bitkisinin hissələrini olan ağ rəngli sellofan torbanı götürüb yaşadığı evin həyətində olan banka qoyulan damın döşəməsinin üzərinə qoyulmuş taxtaların arasında gizlətmiş və bu barədə heç kimə bir söz deməmişdir. 2020-ci ilin mart ayının ortaları Təqsirləndirilən şəxs2 ondan borca verdiyi 450 manatı geri istəmiş və o, isə ona 2-3 günə tapıb, düzəldib verəcəyini demişdir. 17 mart 2020-ci il tarixdə o, 450 manat pulu tapa bilməmiş və ona təklif etmişdir ki, onda qurudulmuş çətənə bitkisinin hissələri olduğunu, ona 450 manat pulun əvəzinə böyük bükümdə verə bilər. S.A.Şəkərəv onunla razılaşmış və ona səhər görüşərik, sənə 450 manat pulun əvəzinə böyük bükümdə qurudulmuş çətənə bitkisinin hissəsini verər. 18 mart 2020-ci ildə o və Təqsirləndirilən şəxs2 işdə deyilmiş və həmin günü istirahət günləri imiş. 18 mart 2020-ci ildə o, istifadəsində olan «***-***-**-**» nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan «***-***-**-**» nömrəsinə zəng vurub demişdir ki, gəl Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin yaxınlığında görüşək. Həmin günü günorta saatlarında o, həmin yerdə Təqsirləndirilən şəxs2la görüşmüş və onlar birlikdə Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsində olan çayxanaya 107 nömrəli marşurut xəttində işləyən avtobusla getmiş və orada olan çayxanada oturub çay içmişlər. Onlar çayxanada olan zaman Təqsirləndirilən şəxs2 ondan «qurudulmuş çətənə bitkisinin hissəsinin gətirdin?» soruşmuşdur. O, Təqsirləndirilən şəxs2 anasının evdə olduğnu, 2 -3 saat mağazaya gedəcək, o, evdən çıxsın gedib həyətdə gizlətdiyi qurudulmuş çətənə bitkisinin hissəsini götürüb gələcəyini demişdir. 1-2 saatdan sonra o, Təqsirləndirilən şəxs2 demişdir ki, gedib «malı» götürsün və bu məqsədlə o, Təqsirləndirilən şəxs2 mobil telefonu ilə taksi sürücüsü Şahid2 zəng vurub Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivinə gəl, onları götürməsini demişdir. Şahid2 Maştağa qəsəbəsində yaşayır və özünə məxsus «Mersedes- Benz» markalı, «az ** KE ***» dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. O və Təqsirləndirilən şəxs2 107 nömrəli marşurut xəttində işləyən avtobusa minib üzü Maştağa qəsəbəsi istiqamətində gəlmişlər. Şahid2 zəng vurub demişdir ki, Albalılıq bağ sahəsində olan «Gəncə Təndiri» çörək bişirmə sexinin qarşısına çatırlar. Şahid2 demişdir ki, o, da çatır. Bundan sonra o və Təqsirləndirilən şəxs2 çörək bişirmə sexinin yanında avtobusdan düşmüş, Şahid2 idarə etdiyi «Mersedes Benz» markalı avtomobili yolun qırağında saxlamış, Təqsirləndirilən şəxs2 avtomobilin sağ qabaq oturacağında, o isə avtomobilin sol arxa oturacağında əyləşmişdir. O, sürücü Şahid2 demişdir ki, avtomobili yaşadığı evin yaxınlığına sür. Onlar avtomobildə gələn zaman Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng gəlmiş və Təqsirləndirilən şəxs2 telefonla danışandan sonra demişdir ki, R.G. Qədirov yaşadığı Maştağa qəsəbəsi, Çiləgər yoluna çıxır və onlarla çayxanaya gedəcək. Onlar taksi ilə Bakı şəh., Maştağa qəsəbəsi, Çiləgər yaşayış sahəsindən keçən zaman görmüşlər ki, Şahid4 yolun qırağında durmuşdur. Təqsirləndirilən şəxs2 sürücü Şahid2 demişdir ki, Şahid4 yanında saxla, o, da gəlib otursun, birlikdə çayxanaya gedəcəyik. Şahid2 avtomobili saxlamış və Şahid4 avtomobilin sağ arxa oturacağında onun yanında əyləşmişdir. Şahid4 Maştağa qəsəbəsi, Çiləgər yaşayış sahəsində yaşayır və 107 nömrəli marşurut xəttində avtobus sürücüsü işləyirdi. Şahid2 idarə etdiyi avtomobillə Maştağa qəsəbəsi, Xanlar küçəsində keçən zaman Təqsirləndirilən şəxs2 demişdir ki, avtomobili saxla, o, mağazadan siqaret və mobil telefonunun balansına pul vuracaq. Şahid2 avtomobili saxlamış, Təqsirləndirilən şəxs2 və Şahid4 avtomobildən düşən zaman Təqsirləndirilən şəxs2 ona demişdir ki, siz gedin, gələndə onları götürərsiniz. O, Təqsirləndirilən şəxs2la avtomobildə olan zaman Şahid2 və Şahid4 yanında qurudulmuş çətənə bitkisinin hissələri haqqında danışmamışlar. S.A.Səkərov və Şahid4 mağazaya getmiş, o isə sürücü Şahid2 idarə etdiyi avtomobillə Bakı şəh., Maştağa qəsəbəsində yaşadığı evin qarşısına gəlmişlər. O, avtomobildən düşüb həyətə girərək banka yığılan damda döşəməyə yığılan taxtaların arasında sellofan torbada gizlətdiyi qurudulmuş çətənə bitkisinin hissələrini götürmüşdür. Həmin sellofan torbanın içindən bir büküm götürüb kibrit qutusuna qoyub əynində olan qara rəngli gödəkcənin sol iç cibinə qoymuş və avtomobilə qayıdıb sağ qabaq oturacaqda əyləşmişdir. Sonra sürücü Şahid2 demişdir ki, sür Sabitgili olduğu mağazanın qarşısına. O, sellofan torbada olan qurudulmuş çətənə bitkisinin hissəciklərini sağ qabaq oturacağın altına qoymuş, sürücü Şahid2 bunu görməmişdir. Sürücü Şahid2 idarə etdiyi avtomobillə birlikdə Təqsirləndirilən şəxs2 və Şahid4 yanına gəlmişdir. O, avtomobildən düşüb Təqsirləndirilən şəxs2 təklikdə sakit formada demişdir ki, «malı» götürmüş, avtomobilin sağ qabaq oturacağının altına qoymuşdur. O, bunu elə tərzdə demişdir ki, Şahid4 və Şahid2 eşitməmişlər. Bundan sonra S.A.Səkərov avtomobilin sağ qabaq oturacağında, o və Şahid4 isə avtomobilin arxa oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs2 sağ qabaq oturacağın altında içərisində qurudulmuş çətənə bitkisinin hissələri olan ağ rəngli sellofan torbanı götürmüşdür. Təqsirləndirilən şəxs2 sürücü Şahid2 sür Bakı şəh., Maştağa qəsəbəsində «Məmmədyarov» dairəsinin yaxınlığında olan çayxanaya. Şahid2 idarə etdiyi avtomobillə onları deyilən çayxanaya aparan zaman «Panda» marketin qarşısında keçirmişlər. O, Şahid2 demişdir ki, «Panda» marketin qarşısında saxla, düşüb şirniyyat alsın, çayla içsinlər. Şahid2 idarə etdiyi avtomobili «Panda» marketin qarşısında saxlamış və bu zaman mülki geyimdə olan bir neçə nəfər şəxs gəlib özlərini Bakı şəh.,Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin polis əməkdaşları kimi təqdim etmişlər və üzərlərində şəxsi axtarış aparılması üçün onları 14-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə 14-cü Polis Bölməsinə getmişlər. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, da əynində olan qara rəngli gödəkcənin sol iç cibində bir ədəd kibrit qutusunu təqdim etmişdir. Sonra polis əməkdaşları bir ədəd kibrit qutusunu açan zaman yaşıl rəngli, qurudulmuş ot halında kütlə aşkar olunmuşdur. O özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Məhkəmədən onun barsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2007-ci ildən A.Şahid5 tanıyır və onunla münasibəti vardır. 2018-ci ildən A.Şahid5 həqiqi hərbi xidmətdən gələndən sonra 107 nömrəli marşurut xəttində konduktor işləməyə başlanmışdır. O, A.Şahid5 əvvəldən tanımış və onunla münasibəti var idi. 20 yanvar 2019cu il tarixdə Şahid5 Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində idarə etdiyi avtobusla piyadanı vurduğu üçün məhkəmənin hökmünə əsasən Şahid5 sürücülük hüququndan məhrum edildiyi üçün işdən çıxarılmışdır. 2019-cu ilin sentyabr ayından A.Şahid5 107 nömrəli marşurut xəttində onun idarə etdiyi «az ** TH ***» dövlət qeydiyyat nişanlı avtobusda konduktor işləməyə başlamışdır. 2020-ci ilin fevral ayının əvvəlində A.Şahid5 ondan 450 manat borca pul almış və ona demişdir ki, 2020-ci ilin mart ayının ortaları verəcək. 2020-ci ilin mart ayının ortaları o, A.Şahid5 borca verdiyi 450 manatı geri istəmiş və Allahyar demişdir ki, 2-3 günə tapıb, düzəldib verəcək. 17 mart 2020-ci il tarixdə A.Şahid5 ona demişdir ki, 450 manat pulu tapa bilmir, onun əvəzində böyük bükümdə qurudulmuş çətənə bitkisinin hissəsini verə bilər. O, A.Şahid5la razılaşmış və Allahyar demişdir ki, səhər görüşərik, 450 manat pulun əvəzinə böyük bükümdə qurudulmuş çətənə bitkisinin hissəsini verər. Allahyardan aldığı narkotik vasitəni əldə etdikdən sonra özü istifadə edəcəyini fikirləşmişdir. 18 mart 2020-ci il tarixdə o və A.Şahid5 işdə deyildi və həmin günü istirahət günü idi. 18 mart 2020-ci il tarixdə A.Şahid5la istifadəsində olan «***- ***-**-**» nömrədən onun istifadəsində olan «***-***-**-**» nömrəsinə zəng vurub demişdir ki, gəl Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin yaxınlığında görüşək. Həmin günü günorta saatlarında o, həmin yerdə onlar görüşmüş və birlikdə həmişə getdikləri Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsində olan çayxanaya 107 nömrəli marşurut xəttində işləyən avtobusla getmiş və orada olan çayxanada oturub çay içmişlər. Onlar çayxanada olan zaman o, A.Şahid5 soruşmuşdur ki, qurudulmuş çətənə bitkisinin hissəsini gətiribsən? A.Şahid5 ona demişdir ki, anası evdədir, 2-3 saat mağazaya gedəcək, evdən çıxsın, gedib həyətdə banka yığılan damda gizlətdiyi qurudulmuş marixuanam götürüb gələcək. 1-2 saatdan sonra A.Şahid5 ona demişdir ki, gedib «malı» götürsün və bu məqsədlə A.Şahid5 onun mobil telefonu ilə taksi sürücüsü Şahid2 zəng vurub demişdir ki, Bakı şəh., Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivinə gəl, onları götür. T.N. Abdullayev Maştağa qəsəbəsində yaşayır və özünə məxsus «Mersedes-Benz» markalı, «az ** KE ***» dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. O və A.Şahid5 107 nömrəli marşurut xəttində işləyən avtobusa minib üzü Maştağa qəsəbəsi istiqamətində gəlirmiş, Allahyar Mailov sürücü Şahid2 zəng vurub demişdir ki, Albalılıq bağ sahəsində olan «Gəncə Təndiri» çörək bişirmə sexinin qarşısına çatırlar. Şahid2 demişdir ki, o da çatır. Bundan sonra o və A.Şahid5 çörək bişirmə sexinin yanında avtobusdan düşmüş, Şahid2 idarə etdiyi «Mersedes Benz» markalı avtomobili yolun qırağında saxlamış, o, avtomobilin sağ qabaq oturacağında, A.Şahid5 isə avtomobilin sol arxa oturacağında əyləşmişlər. A.Şahid5 sürücü Şahid2 demişdir ki, avtomobili yaşadığı evin yaxınlığına sür. Onlar avtomobildə gələn zaman onun mobil telefonuna Şahid4 zəng vurub demişdir ki, gəl birlikdə çayxanaya gedək, O, Şahid4 demişdir ki, Maştağa qəsəbəsi, Çiləgər yoluna çıx və birlikdə başqa çayxanaya gedək. Onlar sürücü Şahid2 idarə etdiyi avtomobildə Bakı şəh., Maştağa qəsəbəsi, Çiləgər yaşayış sahəsindən keçən zaman görmüşlər ki, Şahid4 yolun qırağında durubdur. O, sürücü Şahid2 demişdir ki, Şahid4 yanında saxla, gəlib avtomobildə əyləşsin, birlikdə çayxanaya gedəcəklər. Şahid2 avtomobili saxlamış və Şahid4 avtomobilin sağ arxa oturacağında A.Şahid5 yanında əyləşmişdir. Şahid4 Maştağa qəsəbəsi, Çiləgər yaşayış sahəsində yaşayır və 107 nömrəli marşurut xəttində avtobus sürücüsü işləyirdi. Şahid2 idarə etdiyi avtomobillə Maştağa qəsəbəsi, Xanlar küçəsində keçən zaman o, Şahid2 demişdir ki, avtomobili saxla, mağazadan siqaret və mobil telefonunun balansına pul vuracaq. Şahid2 avtomobili saxlamış, o, avtomobildən düşən zaman Şahid4 demişdir ki, düş gedək mağazaya. Şahid4 avtomobildən düşmüş, o, A.Şahid5 demişdir ki, siz gedin, gələndə onları götürərsiniz. O A.Şahid5 avtomobildə olan zaman Şahid2 və Şahid4 yanında qurudulmuş çətənə bitkisinin hissələri haqqında danışmamışlar. O və Şahid4 mağazaya getmiş və mağazadan lazım olan şeyləri alıb mağazanın qarşısında Şahid4la birlikdə A.Şahid5 gözləyirmişlər. Təxminən 15-20 dəqiqədən sonra Şahid2 idarə etdiyi avtomobillə A.Şahid5 gəlmiş və A.Şahid5 avtomaşının sağ qabaq oturacağından düşmüş və ona yaxınalıb yavaş səslə demişdir ki, «mal» avtomobilin sağ qabaq oturacağının altındadır. A.M.Malovun o sözü elə dedi ki, ondan başqa heç kim eşitmədi. Bundan sonra o, avtomobilin sağ qabaq oturacağında əyləşmiş və əlini sağ qabaq oturacağın altında olan «malı» yoxlamış və hiss etmişdir ki, «mal» sellofan torbadadır. Bundan sonra Şahid2 idarə etdiyi avtomobilin arxa oturacağına A.Şahid5 və Şahid4 əyləşmişlər. O, sağ qabaq oturacağın altında içərisində qurudulmuş çətənə bitkisinin hissələri olan sellofan torbanı götürmüş və sürücü Şahid2 demişdir ki, sür Bakı şəh., Maştağa qəsəbəsində «Məmmədyarov» dairəsinin yaxınlığında olan çayxanaya. Şahid2 idarə etdiyi avtomobillə deyilən çayxanaya aparan zaman «Panda» marketin qarşısında keçirmişlər, A.Şahid5 sürücü Şahid2 demişdir ki, «Panda» marketin qarşısında saxla, o, düşüb şirniyyat alsın, çayla içsinlər. Şahid2 idarə etdiyi avtomobili «Panda» marketin qarşısında saxlamış və bu zaman mülki geyimdə olan bir neçə nəfər şəxs gəlib özlərini Bakı şəh., Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin polis əməkdaşları kimi təqdim etmiş və üzərlərində şəxsi axtarış aparılması üçün onları 14-cü Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olubolmamasını, olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O, da əlində olan bir ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş, polis əməkdaşları bir ədəd ağ rəngli sellofan torbanı açan zaman yaşıl rəngli, qurudulmuş ot halında kütlə aşkar olunmuşdur. O özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Məhkəmədən onun barsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan «Sabit» adı şəxsin qanunsuz olaraq narkotik maddələri əldə etmə, üzərində saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Sabit» adlı şəxsin cinayət başında ifşa etmək məqsədi ilə 18 mart 2020-ci ildə o və 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 18 mart 2020-ci il tarixdə, saat 20:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, X20 küçəsində yerləşən «Panda» marketin qarşısında «Sabit» adlı şəxsin əlamətlərinə uyğun olan şəxsin dayanmış vəziyyətdə «Mersedes-Benz» markalı, «az ** KE ***» dövlət qeydiyyat nişanlı avtomobildə olduğunu, ondan başqa avtomobildə üç nəfər şəxsin avtomobildə əyləşdiyini görüb yaxınlaşıb özlərini təqdim etmişlər. «Sabit» adlı şəxsdə şübhə yaranması deyə onların dördünündə üzərində şəxs axtarış aparılması üçün Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər etiraz etməyərək onlarla birlikdə 14-cü Polis Bölməsinə gəlmiş və bölmədən müəyyən olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2, digəri isə A.Şahid5, Şahid4 və avtomobilin sürüsücü Şahid2dir. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin təhqiqatçısı polis leytenantı Firon İsgəndərov tərəfindən xidməti otaqda Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri 7 nömrəli Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən S.A. Şəkərova hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra, vəkilin iştikarı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əlində olan bir ədəd ağ rəngli üzərində sarı rəngli «AVROMED» sözü yazılmış sellofan torbanda yaşıl rəngli, bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin maddənin nə olduğunu soruşulmuşdur. Təqsirləndirilən şəxs2 sellofan torbada olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 18 mart 2020-ci ildə Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində tanışı A.Şahid5 satış məqsədi ilə ona verdiyini, o, da 450 manata satacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan bir ədəd ağ rəngli sellofan torada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlə möhürlənib götürülmüşdür. Bundan sonra Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin təhqiqatçısı polis leytenantı Firon İsgəndərov tərəfindən xidməti otaqda Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş və A.Şahid5 hüquqlarının müdafiə edilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri 7 nömrəli Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. A.Şahid5 üzərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştikarı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, A.Şahid5 vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. A.Şahid5 üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. A.Şahid5 əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd kibrit qutusunda yaşıl rəngli, bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. A.Şahid5 həmin maddənin nə olduğunu soruşduqda, A.Şahid5 kibrit qutusunda olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, yaşadığı evin həyətində əkibbecərib qurutmuşdur. Bundan sonra A.Şahid5 üzərində şəxsi axtarış aparılmış və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. A.Şahid5 Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş yaşıl rəngli, qurudulmuş ot halında kütlənin kimə məxsus olması soruşulmuşdur. A.Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 olan yaşıl rəngli, qurudulmuş ot halında olan kütlə marixuanadır, ona məxsusdur, Təqsirləndirilən şəxs2 satmaq üçün vermişdir. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin təhqiqatçısı, polis leytenantı Firon İsgəndərov tərəfindən xidməti otaqda Şahid2 və Şahid4 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və onlara 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs2 və A.Şahid5 üzərində şəxsi axtarış keçirilən zaman nakotik vasitə aşkarlanmış, onların yanında olduğu üçün vəkilin iştirakı ilə üzərinizdə şəxsi axtarış aparılması zərurət yarandığı bildirilmişdir. Şahid2 və Şahid4 üzərlərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışlar. Bundan sonra, vəkilin iştikarı olmadan videoçəkilişlə üzərlərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Şahid2 və Şahid4 hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərlərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, hər ikisi vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişlər. Şahid2 və Şahid4 üzərlərində şəxsi axtarış aparılmamışdan qabaq üzərlərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. T.N. Abdullayev və Şahid4 bildirmişlər ki, üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet yoxdur. Bundan sonra T.G.Abdullayev və Şahid4 üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, atası Nasir Abdullayevə məxsus «Mersedes Benz» markalı, «az ** KE ***» dövlət qeydiyyat nişanlı avtomobillə «*9933», «*2111», «UBER» və «BOLT» şirkətlərinin sifarişi əsasında müştəriləri sifariş olunan yerə aparmaqla taksi fəaliyyəti ilə məşğul olub çörək pulu qazanır. O, Təqsirləndirilən şəxs2 2013-cü ildən Bakı şəh., Maştağa qəsəbəsində yaşayan şəxs kimi tanıyır, onunla yaxın münasibəti olmayıbdır. S.A. Şəkərov 107 nömrəli marşurut xəttində avtobus sürücüsü işləyirmiş. O, A.Şahid5 2014-cü ildən tanıyır, onunla yaxın münasibəti olmayıbdır. Həmin vaxtlar A.Şahid5 107 nömrəli marşurut xəttində işləyən avtobuslarda konduktor işləyirdi. A.Şahid5 atası Şahid5 107 nömrəli marşurut xəttində avtobus sürücüsü işləyirdi. 2019-cu ildə M.M. Mailov piyadanı vurduğu üçün məhkəmənin hökmünə əsasən sürücülük hüququndan məhrum edildiyinə görə sürücü kimi işləmir. O, Şahid4 2017-ci ildən tanıyır, onunla yaxın münasibəti olmayıbdır. O, Təqsirləndirilən şəxs2 «***-***-**-**» nömrə işlətdiyini bilirdi. 2020-ci ilin fevral ayında A.Şahid5 ona zəng vurub demişdir ki, onu evdəkilərlə birlikdə «Sədərək» Ticarət Mərkəzinə apar, o, da müştəri kimi onu və anasını «Sədərək» Ticarət Mərkəzinə bir dəfə aparmışdır. A.Şahid5 mobil telefon nömrəsini əzbər bilməsədə, onun mobil telefon nömrəsi onun mobil telefonunun yaddaşında vardır. 18 mart 2020-ci il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs2 mobil telefonundan onun mobil telefonuna zəng gəlmiş və o, telefona cavab verən zaman A.Şahid5 ona harda olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 demişdir ki, Zabrat qəsəbəsindədir. A.Şahid5 ona Maştağa qəsəbəsinə gələndə, onunla əlaqə saxlasın, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsində gələrsən, onları götürərsən. O, Təqsirləndirilən şəxs1 demişdir ki, idarə etdiyi avtomobillə onsuzda Zabrat qəsəbəsindən üzü Maştağa qəsəbəsi istiqamətində gəlir. O, idarə etdiyi avtomobillə Maştağa qəsəbəsinə gəlmiş, Maştağa qəsəbəsində olan «Məmmədyarov» dairəsindən üzü «Kirov» dairəsinə gələrək oradandan üzü Buzovna qəsəbəsin istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxtı o, avtomobildə tək idi. O, Maştağa qəsəbəsi, Çiləgək yaşayış sahəsindən keçib üzü Buzovna qəsəbəsin istiqamətində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs2 mobil telefonundan A.Şahid5 zəng vurub demişdir ki, onlar 107 nömrəli marşurut xəttində işləyən avtobusla Albalılıq yaşayış sahəsində olan «Gəncə Təndiri» çörək bişirmə sexinin yanına çatırlar. O, da demişdir ki, o, da çatır. O, «Gəncə Təndiri» çörək bişirmə sexinin qarşısına çatıb avtomobili geri, yəni üzü Maştağa qəsəbəsi istiqamətində çevirib saxlamış, A.Şahid5 və Təqsirləndirilən şəxs2 107 nömrəli marşurut xəttində işləyən avtobusdan düşüb onun avtomobilinə gəlmişlər. Təqsirləndirilən şəxs2 o, idarə etdiyi avtomobilin sağ qabaq oturacağında, A.Şahid5 isə arxa sağ oturacaqda əyləşmişlər. Onlar avtomobillə Maştağa qəsəbəsi istiqamətində gələn zaman Təqsirləndirilən şəxs2 mobil telefuna zəng gəlmiş və Sabit «hə Ramazan» demişdir. O, başa düşmüşdür ki, 107 nömrəli marşurut xəttində avtobus sürücüsü olan Ramazandır. Ramazan Təqsirləndirilən şəxs2 demişdir ki, gəl Çiləgər yaşayış sahəsinə çay içək. Təqsirləndirilən şəxs2 ona demişdir ki, çıx Çiləgər yoluna, gedək birlikdə çay içək. O, idarə etdiyi avtomobillə Bakı şəh., Maştağa qəsəbəsi, Çiləgər yaşayış sahəsindən keçən zaman görmüşlər ki, Şahid4 yolun qırağında durubdur. Təqsirləndirilən şəxs2 ona demişdir ki, Şahid4 yanında saxla, o, da gəlib otursun, birlikdə çayxanaya gedəcəklər. O, idarə etdiyi avtomobili Şahid4 yanında saxlamış və R.G. Qədirov avtomobilin sağ arxa oturacağında A.Şahid5 yanında əyləşmişdir. O, idarə etdiyi avtomobillə Bakı şəh., Maştağa qəsəbəsi, Xanlar küçəsində keçən zaman Təqsirləndirilən şəxs2 ona demişdir ki, avtomobili saxla, o, mağazadan siqaret və mobil telefonunun balasına pul vuracaq. O, avtomobili saxlamış, Təqsirləndirilən şəxs2 və Ramazan avtomobildən düşən zaman Sabit Allahyara demişdir ki, gedin, gələndə onları götürərsiniz. Sabit və Ramazan mağazaya getmiş, o, idarə etdiyi avtomobillə Allahyarın yaşadığı Bakı şəh., Maştağa qəsəbəsində olan evinin qarşısına gətirmiş, Allahyar avtomobildən düşüb evlərinin həyətinə girmiş, o, isə avtomobildə gözləməyə başlamışdır. Təxminən 5-10 dəqiqədən sonra Allahyar həyətdən çıxıb onun avtomobilinə tərəf gəlmişdir. Həmin vaxtı Allahyarın əlində ağ rəngli sellofan torba var idi. O, torbanın içində nə olduğunu bilməmiş və ona maraqlı gəlmədiyi üçün soruşmamışdır. Allahyar bir söz deməyib idarə etdiyi avtomobilin sağ qabaq oturacağına əyləşmiş və ona demişdir ki, sür Sabitgili götürək. O, idarə etdiyi avtomobillə Sabit və Ramazanın düşdüyü mağazanın qarşısına sürüb mağazanın qarşısında saxlamışdır. Bundan sonra Allahyar avtomobildən düşüb Sabitə yaxınlaşmış, sonra Sabit idarə etdiyi avtomobilin sağ qabaq oturacağında, Ramazan və Allahyar arxa oturacaqda əyləşmişlər. Sabit ona Bakı şəh., Maştağa qəsəbəsində «Məmmədyarov» dairəsinin yaxınlığında olan çayxanaya sürməyi demişdir. O, idarə etdiyi avtomobili deyilən çayxanaya sürən zaman «Panda» marketin qarşısında keçirmişlər. Allahyar ona «Panda» marketin qarşısında, çay içmək üçün şirniyyat almaq üçün düşüb saxlamağı demişdir. O, idarə etdiyi avtomobili «Panda» marketin qarşısında saxlamış və bu zaman mülki geyimdə olan bir neçə nəfər şəxs gəlib özlərini Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin polis əməkdaşları kimi təqdim etmişlər və üzərlərində şəxsi axtarış aparılması üçün onları 14-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə 14-cü Polis Bölməsinə getmiş və xidməti otaqların birində təhqiqatçı tərəfindən ona Şahid4 bildirilmişdir ki, videoçəkilişlə üzərinizdə şəxsi axtarış aparılacaq. O və Şahid4 etiraz etməmiş və videoçəkilişlə üzərlərində şəxsi axtarış aparılmasına başlanmış, videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o və Şahid4 özlərini təqdim etmişlər. Videoçəkiliş zamanı üzərlərində şəxsi axtarış aparılmasına etirazlarının olub-olmaması soruşulmuş, o və Şahid4 üzərlərində şəxsi axtarış aparılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. Polis əməkdaşları üzərlərində şəxsi axtarış aparmamışdan əvvəl üzərlərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O və Şahid4 bildirmişlər ki, üzərlərində qanunla qadağan olunmuş əşya və ya predmet yoxdur. Bundan sonra polis əməkdaşları onun və Şahid4 üzərində şəxsi axtarış aparmış, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, A.Şahid5 107 nömrəli marşurut xəttində konduktor işləyirdi. Sonradan ona məlum olmuşdur ki, oğlu Allahyar haradansa narkotik vasitə əldə etmiş və həmin narkotik vasitəni tanışı Sabitə vermişdir. Oğlu Allahyar yaşadığı həyətdə narkotik vasitə marixuanan əkməmişdir. Əgər əkilsəydi o, bilərdi və heç vaxt marixuananın əkilməsinə icazə verməzdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəh., Yasamal rayonu, Qədirli küçəsi, ev 157-də qeydiyyatda olsada, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış sahəsində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. O, 2008-ci ildə Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 255 nömrəli tam orta məkrəbin 7-ci sinifi Azərbaycan dilində bitmiş, bir müddətdən sonra 107 nömrəli marşrut xəttində işləyən avtobuslarda konduktor işləmişdir. 2017-ci ildən «D» kateqoriyalı sürücülük vəsiqəsi ilə 107 nömrəli marşurut xəttində avtobus sürücüsü işləməyə başlamışdır. Hazırda o, 107 nömrəli marşurut xəttində arada avtobus sürücü işləyir. O, Təqsirləndirilən şəxs2 2013-cü ildən Maştağa qəsəbəsində yaşayan şəxs kimi tanıyır, onunla yaxın münasibəti vardır. Təqsirləndirilən şəxs2 107 nömrəli marşurut xəttində avtobus sürücüsü işləyir. O, A.Şahid5 2015-ci ildən tanıyır, onunla münasibəti normaldır. Həmin vaxtlar A.Şahid5 107 nömrəli marşurut xəttində işləyən avtobuslarda konduktor işləyirdi. A.Şahid5 atası Məhərrəm 107 nömrəli marşurut xəttində avtobus sürücüsü işləyirdi. 2019-cu ildə Məhərrəm piyadanı vurduğu üçün məhkəmənin hökmünə əsasən sürücülük hüququndan məhrum edildiyi üçün sürücü işləmir, o, hazırda evdədir. O, Şahid2 2015-ci ildən tanıyır, onunla münasibəti normaldır. 2018-ci ildən 107 nömrəli marşurut xəttində «Daewoo» markalı, «az ** TF ***» dövlət qeydiyyat nişanlı avtobusu idarə edirdi. 2019-cu ilin sentyabr ayından A.Şahid5 107 nömrəli marşurut xəttində Təqsirləndirilən şəxs2 idarə etdiyi «az ** TH ***» dövlət qeydiyyat nişanlı avtobusda konduktor işləməyə başlamışdır. 15 mart 2020-ci ildə yeni növ «COVİD-19» virusla əlaqədar 107 nömrəli marşurut xəttində avtobusların sayını azaldımış və o, 15 mart 2020-ci il tarixdən işə çıxmırdı. 18 mart 2020-ci il tarixdə, saat 16-17 radələrində o, evdə idi. O, bilirdi ki, 18 mart 2020-ci il Təqsirləndirilən şəxs2 istirahət gündür və ona zəng vurub demişdir ki, o, Çiləgər yaşayış sahəsindədir, gedək çayxanaya çay içək. Təqsirləndirilən şəxs2 ona demişdir ki, Maştağa qəsəbəsindədir, birazdan gəlib səni götürəcək. Təxminən 10-15 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 ona zəng vurub demişdir ki, Çiləgər yoluna çıx, səni götürüb, Maştağa qəsəbəsində çayxanaya gedək. O, evdən çıxıb yolun qırağına gəlmiş və görmüşdür ki, Təqsirləndirilən şəxs2 sürücü Şahid2 idarə etdiyi «Mersedes-Benz» markalı avtomobillə gəlirlər. O, avtomobilin arxa oturacağında əyləşən zaman görmüşdür ki, arxa oturacaqda A.Şahid5 əyləşibdir. O, uşaqlarla salamlaşmış və Təqsirləndirilən şəxs2 sürücüyə demişdir ki, sür, Maştağa qəsəbəsini mərkəzinə. Şahid2 idarə etdiyi avtomobillə Maştağa qəsəbəsində yerləşən 14cü Polis bölməsinin yanına çatanda Təqsirləndirilən şəxs2 sürücü Şahid2 demişdir ki, mağazanın qarşısında saxla. Şahid2 idarə etdiyi avtomobili mağazanın qarşısında saxlamış, Təqsirləndirilən şəxs2 avtomobildən düşmüş və ona demişdir ki, səndə düş, gedək mağazadan siqaret alaq və mobil telefonunun balansına pul vursun. O, avtomobildən düşüb Təqsirləndirilən şəxs2la mağazaya getmiş, A.M. Mailov isə Şahid2 idarə etdiyi avtomobillə harasa getmişlər. Təqsirləndirilən şəxs2 mağazadan lazım olan şeyləri almış və demişdir ki, A.Şahid5 gəlir. Bundan sonra mağazanın qarşısında A.Şahid5 gözləməyə başlamışlar. Təxminin 10-15 dəqiqədən sonra o, mağazaya girmiş və çıxanda görmüşdür ki, A.Şahid5 sürücü Şahid2 idarə etdiyi avtomobillə gəliblər. Təqsirləndirilən şəxs2 avtomobilin sağ qabaq oturacağında, o, isə avtomobilin arxa oturacağında A.Şahid5 yanında əyləşmişdir. Təqsirləndirilən şəxs2 sürücü Şahid2 demişdir ki, sür Bakı şəh., Maştağa qəsəbəsində «Məmmədyarov» dairəsinin yaxınlığında olan çayxanaya. Şahid2 idarə etdiyi avtomobillə onları deyilən çayxanaya aparan zaman «Panda» marketin qarşısında keçirmişlər, A.Şahid5 sürücü Şahid2 demişdir ki, «Panda» marketin qarşısında saxla, düşüb şirniyyat alsın, çayla içsinlər. Şahid2 idarə etdiyi avtomobili «Panda» marketin qarşısında saxlamış və bu zaman mülki geyimdə olan bir neçə nəfər şəxs gəlib özlərini Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin polis əməkdaşları kimi təqdim etmişlər və üzərlərində şəxsi axtarış aparılması üçün onları 14-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə 14-cü Polis Bölməsinə getmiş və xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və polis əməkdaşları tərəfindən məlumat verilmişdir ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaq, buna etirazının olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra xidməti otağa o və Şahid2 dəvət olunmuş, polis əməkdaşları üzərlərində şəxsi axtarış aparmamışdan əvvəl üzərlərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etmələrini təklif etmişlər. O və Şahid2 üzərlərində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları onun və Şahid2 üzərində şəxsi axtarış keçirmiş, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/80 saylı, 19 mart 2020-ci il tarixli məhkəmə məhkəmə bioloji ekspertizasa, bitki mənşəi maddələrin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2...» yazıları və imzalar olan bir ədəd ağ rəngli sellofan bağlamadakı təmiz çəkisi 160.0 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində «X4 üzərindən...» yazıları və imzalar olan kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.227 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanan təmiz şəkisi-160.0 qram və təmiz çəkisi-5.227 qram, tədqiqata sərf olundu- 0.04 qram (hər iki oybektdən 0.02 qram), qalıq-159.98 qram, 5.207 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X18 Ambulator X2 895 saylı, 08 aprel 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X18 Ambulator X2 897 saylı, 08 aprel 2020-ci il tarixli rəyindən görünür ki, X5 çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda əlamətləri aşakr olunmur. Hal-hazırda müayinə zamanı X9 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 aprel 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 aprel 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, X16 əvvəllər məhkum olunmamışdır. Beləliklə, X4 Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. X6 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. X4 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi araşdırılmış digər sübutlar təkzib olunur. X4 verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, X7 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X4 törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə X4 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi araşdırılmış digər sübutlar təkzib olunur. Təqsirləndirilən şəxs2 verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X10 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 18 mart 2020-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, X9 18 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,41). Cinayət işinin materiallarında olan 20 mart 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X9 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,106). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında 20 mart 2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, X9 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 144). Cinayət işinin materiallarında olan 20 mart 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X9 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 155). Cinayət işinin materiallarında olan 18 mart 2020-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Məhərrəm oğlu 18 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,18). Cinayət işinin materiallarında olan 20 mart 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,123). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında 20 mart 2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 149). Cinayət işinin materiallarında olan 20 mart 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 160). İnsan Hüquqlarının və X10 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, X4 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, X9 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. X9 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və məhkəmə iclas zalından həbs olunmalı, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və məhkəmə iclas zalından həbs olunmalı, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. X4 cəza çəkmə müddətinin əvvəli «24» yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli «24» yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. X9 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X9 və Təqsirləndirilən şəxs2 18 mart 2020-ci il tarixdən 20 mart 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 160.0 qram, 159.98 qram marixuana məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 69.82 manat ekspertiza xərci X9 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birindən (34 manat 91 qəpik) tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs X7 Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs X4 18 mart 2020-ci il tarixdən 20 mart 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və təqsirləndirilən şəxs X4 üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X4 cəza çəkmə müddətinin əvvəli «24» yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X9 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. X9 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs X9 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalından həbs olunsun və «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 18 mart 2020-ci il tarixdən 20 mart 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 oğlunun üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli «24» yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X13 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalından həbs olunsun və «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 160.0 qram, 159.98 qram marixuana məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 69.82 manat ekspertiza xərci təqsirləndirilən şəxslər X9 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birindən (34 manat 91 qəpik) tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №1(008)-2/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-2/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver