Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-2/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Xüsusi ittihamçılar X8, X3, Xüsusi ittihamçılar X8, X3 vəkili 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 iştirakı ilə 11 avqust 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan-X4 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 1 iyul 1974-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmuş, ünvan 2 ünvanda yaşayan-X5 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçılar X17 və X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, 11 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, "xxxx" MMC-də satıcı vəzifəsində işləyən, ünvan 3 ünvanda yaşayan X12 və 01 iyul 1974-cü ildə Ağcabədi rayonunda anadan olmuş, internet TV olan «Xəbər» kanalının «Sənan Həsənoğlunun təqdimatında» verilişinin aparacısı vəzifəsində işləyən, ünvan 5 ünvanda yaşayan X13 barəsində Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət işi başlayıb, cinayət məsuliyyəti nə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. müəyyən etdi: Xüsusi ittihamçılar X17 və X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, 11 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, "xxxx" MMC-də satıcı vəzifəsində işləyən, ünvan 3 ünvanda yaşayan X12 və 01 iyul 1974-cü ildə Ağcabədi rayonunda anadan olmuş, internet TV olan «Xəbər» kanalının «Sənan Həsənoğlunun təqdimatında» verilişinin aparacısı vəzifəsində işləyən, ünvan 5 ünvanda yaşayan X13 barəsində Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət işi başlayıb, cinayət məsuliyyəti nə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X26 və X11 şikayəti onunla əsaslandırılmışdır ki, 28 iyun 2013-cü ildə X12 ilə nikaha daxil olmuş və birgə nikahdan 05 mart 2015-ci il təvəllüdlü Emilya və 16 avqust 2016-ci il təvəllüdlü Ayan adlı uşaqları doğulmuşdur. Xumarla birgə nikahda olduğu dövrdə 2020-ci ilin sentyabr ayından başlayaraq, Bakı şəh., Suraxanı RPİ-in 32-ci Polis Bölməsinin polis nəfəri Ramazan Nəbiyev ilə ona xəyanət etmişdir. Belə ki, hər gün mobil telefon vasitəsilə həmin şəxslə əlaqə qurmuş, həmin şəxslə əxlaq normalarına sığmayan danışıqlar aparmış, şəkillərini göndərmiş və mütəmadi olaraq müxtəlif yerlərdə gizlin görüşmüşdür. Xüsusi karantin rejiminin olduğu dövrə düşdüyünə görə uşaqlar bağçaya getməmiş və bütün günü evdə olmuşlar. Lakin X.F.Cabbarova uşaqlarla maraqlanmamış, qayğı göstərməmiş, onlarla məşğul o lmamışdır. Uşaqlar X.F.Cabbarovanı «bezdirirdilər» diqqət tələb edirdilər, X.F.Cabbarova isə onlara laqeyd münasibət bəsləyirdi, döyürdü, pis söyüşlərlə şəxsiyyətlərini alçaldırdı. Evdə hər yerdə video müşahidə kameraları quraşdırılıb, lakin buna baxmayaraq uşaqlar X.F.Cabbarovaya R.Nəbiyevlə telefonla danışmağa mane olanda X.F.Cabbarova bu kameraları nəzərə almadan onlara qarşı şiddət, alçaltma, təhqir və pis söyüşlər işlədib (video və səs yazıları diskdə əlavə olunur). Bu səbəbdən uşaqlar bağçadan, onun atası evində evə qayıtmaq istəməyiblər. Həmin dövrdə uşaqlar böyük psixi sarsıntı və iztirablar keçirmişlər. 2020-ci ilin noyabr ayından başlayaraq X.F.Cabbarova ümumiyyətlə evdə tapılmırdı. O, öz anasını evə dəvət edib, özü isə evdən çıxıb gedirdi. X.F.Cabbarova o dərəcədə abrını itirmişdi ki, uşaqları parka, kafeyə apararkən sevgilisi Ramazan Nəbiyevi da oralara dəvət edirdi. Sonra da böyük uşaq atasına sual verirdi ki, ata yanımızda gedən o keçəl dayı kimdi???.Bütün bunların üstü açılanda X.F.Cabbarova uşaqların atanın himayəsində qalmasına razılıq verib, evdən çıxıb getmişdir. X.F.Cabbarova evdən çıxıb gedəndən sonra kompyuterə baxış keçirərkən X.F.X16 (Milli Məclisin deputatı, X.Cabbarovanın magistratura pilləsi üzrə elmi rəhbəri) ilə əxlaqsız yazışmasını aşkar etmişdir. Yazışmanı aşkar edəndən sonra «Prime TV»-yə bununla bağlı müraciət edib yazışmanı təqdim etmişdir. Buna cavab olaraq X.F.Cabbarova Bakı şəh., Suraxanı Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Bakı şəh., Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı ilə X.F.Cabbarovanın xüsusi ittiham qaydasında verilmiş şikayəti qanunsuz və əsassız olduğundan icraata qəbul olunmamışdır. X.F.Cabbarova öz qərəzli və böhtan xarakterli əməllərindən əl çəkməyərək barələrində böhtan və həqiqətə uyğun olmayan, qərəzli hərəkətlərini daha geniş auditoriya çatdırmaqla 21 iyun 2021-ci il tarixdə internet TV olan «Xəbər» kanalının «Sənan Həsənoğlunun təqdimatında» verilişinə çıxaraq aparıcı Sənan Həsənoğlu ilə bir yerdə bizə böhtan atmış, onların şərəf və ləyaqətimizi alçatmışlar. Belə ki, aparıcı X19 Cabbarova ilə 15 dəqiqə çəkən müsahibəsi əvvəldən axıra kimi böhtan, şər və təhqirlərdən ibarətdir. Sənan Həsənoğlu efirdə dəfələrlə onun barəsində dəyyus, şərəfsiz, vicdansız, rüşvət verən, müxalifətçi, bütün qanunsuzluqları həyata keçirən, min bir oyundan çıxan və digər bunun kimi böhtan və təhqirləri səsləndirmişdir. X.F.Cabbarova isə efirdə bildirib, o oğrudur, hakkerdir, rüşvət verən, onu hansısa hərəkəti etməyə məcbur edib, müxalifətçidir. X.F.Cabbarova atası M.C.Cabbarovun direktor olduğu "xxxx" MMC-in barəsində yalan məlumatlar yayıb, həmçinin bilə-bilə yalan böhtan ataraq bildirib ki, M.C.Cabbarov daim öz arvadına xəyanət edib, müxtəlif qadınlarla əlaqədə olub, həmçinin bildirib ki, vaxtilə atasına qarşı alçaqlıq edib, saxta qadın profil yaradıb və ordan qadın kimi atası ilə tanış olub, atası da bu təklifi qəbul edib tanış olmuşdur. Həmçinin X.Cabbarova böhtan ataraq bildirib ki, E.Cabbarovun ailəsi müxalifətçi ailədir. Efirdə dəfələrlə qanunsuz və icazəsiz olaraq E.Cabbarov və M.Cabbarovun şəkilləri nümayiş olunub. Hal-hazırda X18 və X11 ərizə ilə məhkəməyə müraciət edərək, onlar X12 və X13 ilə barşdıqlarını, şikayətdən imtina edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X14 hal-hazırda X18 və X15 ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X13 hal-hazırda X18 və X15 ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/998 saylı, 20 avqust 2022-ci il tarixli rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş diskdə internet TV «Xəbər» kanalında Sənan Həsənoğlunun təqdimatına aid videomaterialda X12 tərəfindən X18 barəsində səsləndirilən məlumatlar böhtan, yəni yalan olduğunu bilə-bilə kütləvi nümayiş etdirildiyi halda onun şərəf və ləyaqətini alçaldan təhqir xaratkerli məlumatlar kimi qiymətləndirilə bilər. Həmin məlumtaların doğru olub-olmamasının araşdırılması ekspert səlahiyyətinə aid deyildir. İş materiallarına əlavə edilmiş diskdə İnternet TV Xəbər kanalında Sənan Həsənoğlunun təqdimatına aid videomaterialda X13 tərəfindən X9 ünvanına işlənmiş dəyyus sözü şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaldan təhqir xarakterli söz hesab olunur. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, 148-ci maddəsində isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Cinayət Prosessual məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilir. İnsan Hüquqlarının və X10 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə məhkəmə hesa edir ki, xüsusi ittihamçılar X9 və X3 barələrində xüsusi ittiham qaydasında şikayət edilən X6 və X7 qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət xüsusi ittihamçılar tərəfindən cinayət təqibindən imtina edildiyinə görə xitam verilməlidir. 200 manat ekspertiza xərci X14 və X2 hər birindən (100 manat) müştərək qaydada tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittihamçılar X9 və X3 barələrində xüsusi ittiham qaydasında şikayət edilən X6 və X7 qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət xüsusi ittihamçılar tərəfindən cinayət təqibindən imtina edildiyinə görə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-2/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-2/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver