Məhkəmə qərarları › İş №1(008)-20/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-20/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-20/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə, zərərçəkmiş şəxsin nümayəndəsi X7, Təqsirləndirilən şəxs və müdafiəçisi Kamandar Nəsibov və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü ildə Quba şəhəri Hacıhüseynli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu Hacıhüseynli kəndi Ə/D, Hacıhüseynli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüquq verən «BC» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Opel Meriva-A markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili 29 sentyabr 2023-cti il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən, X12 Limanı istiqamətinə 80 km/saat sürətlə idarə edərkən Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissəsində Heydər Əliyev prospektində hərəkət üçün təhlükə yaranan anda tormozlama əməliyyatı aparmaqla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə əsasən avtomobili piyadanı vurduğu yerə çatmadan dayandırmağa və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yol-hərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobillə onunla eyni isitiqamətdə irəlidə hərəkət edən Şahid idarə etdiyi BMW 323 markalı, ** MC *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünə dəyib asfalt örtüyü üzərinə yıxılan yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs aşağı ətraflarının üzərindən keçməsinə, nəticədə Zərərçəkmiş şəxs travmatik şokla müşayiət olunan, sağ aşağı ətrafın kəskin işemiyasına və bununla əlaqədar ətrafda hərəkətin və hissiyatın tam itirilməsinə, iflicinə səbəb olan, sağ baldırın geniş ölçülü əzilmiş-cırılmış yarası, sağ ayağın əzilmiş- cırılmış yarası (bununla əlaqədar sağ bud orta 1/3-dən cərrahi yolla amputasiya olunmuşdur), sol aşıq-baldır oynağı nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan, ümumilkidə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (60%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən və sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 8 ildir ki, avtomobil idarə edir, özünə məxsus Opel Meriva-A markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edirdi. İdarə etdiyi həmin avtomobil X1 mülkiyyətində olsa da, etibarnamə əsasında idarə edirdi. 29 sentyabr 2023-cti il tarixdə təxminən saat 18:50 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, idarə etdiyi Opel Meriva-A markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən, X12 Limanı istiqamətinə doğru 80 km/saat sürətlə hərəkətə icazə verilən yolun sol tərəfdən ikinci zolağıyla hərəkət edirdi. Heydər Əliyev prospekti ilə üzü X12 Limanı istiqamətində olan yol 6 gediş və 6 gəliş olmaqla, iki istiqamətli, 12 zolaqlı, hərəkətdə olduğu zolaq maksimum 90 km/saat sürətlə və yol nişanları ilə tənzimlənən yoldur. Hadisənin baş verdiyi yerdə isə yolun bir hərəkət hissəsi 4 zolaqdan ibarətdir. Həmin vaxt qarşısında ondan sol zolaqda BMW markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 90 km/saat sürətlə hərəkət edirdi. BMW markalı avtomobil ondan 20-30 metr məsafədə olarkən Olimpiya stadionunun yaxınlığından keçən hissəsində manevr edərək qarşına hərəkətdə olduğu zolağa çıxmış, həmin vaxt BMW markalı avtomobil qarşısına çıxan piyadanı vurmuşdur və piyada zərbənin təsirindən havaya qalxıb sol tərəfdən ikinci zolaqda yerə düşmüşdür. Həmin vaxt o əyləcdən istifadə etsə də və sükanı sol zolağa doğru istiqamətləndirsə də, avtomobilinin qabaq sağ təkər hissəsi ilə yerdə uzanıqlı vəziyyətdə olan piyadanın ayağının üzərindən keçmişdir, lakin o bunu hiss etməmişdir, hadisə baş verdikdən sonra avtomobilini yolun sağ kənarında saxlayıb piyadaya yaxınlaşan zaman bilmişdir ki, onun ayağının üzərindən idarə etdiyi avtomobillə o keçmişdir, həmin vaxt piyadaya köməklik etmişdir, əynindəki maykanı və şalvarının kəmərini açıb çıxardaraq xəsarət alan piyadanın ayağını bağlamışdır ki, qan dayansın. Bu zaman BMW markalı avtomobilin sürücüsü, sonradan adını bildiyi Şahid da, avtomobili saxlayıb piyadaya yaxınlaşaraq ona köməklik etmişdir. Hadisə yerinə X11 Briqadasının həkimləri gələrək piyadaya ilkin tibbi yardım göstərmişlər. O da xəsarət alan piyadaya köməklik edərək onu Tibbi Yardım avtomobilinə mindirmişlər. O, X11 Briqadasının həkimlərindən xəsarət alan piyadanı hansı xəstəxanaya aparılacağını soruşqduqda, həkimlər ona xəsarət alan piyadanın X9 aparılacağını bildirmişlər. BMW markalı avtomobili idarə edən şəxs xəsarət alan piyada ilə birlikdə xəstəxanaya getmişdir, o isə hadisə yerində qalmışdır, hadisə yerinə gələn polis əməkdaşları onu Sabunçu Rayon Polis İdarəsinə dəvət etmişlər, o da polisin dəvəti ilə Polis İdarəsinə getmişdir. Səhəri gün o, X9 getmişdir və xəsarət alan sonradan adı ona məlum olan piyada Zərərçəkmiş şəxs vəziyyəti ilə maraqlanmışdır. X9 onunla birlikdə xəstəxanaya gələn dostları Elmar, Nicat və dayısı oğlu Mahmud xəsarət alan Zərərçəkmiş şəxs qan köçürülməsi üçün özlərindən qan vermişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Onunla barışmışdır. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, saat axşam 7 olardı, sıxlıq vaxt idi, hər zolaqda avtomobil olmuşdur, o piyadanı görməmişdir, 30 metr məsafədən BMW markalı avtomobil manevr edib, qarşıya keçmişdir, piyada ilə eyni anda sağa çəkmişdir, hissəhissə sağa çəkmişdir, 10 metr məsafədən zərərçəkmiş şəxsi havada görmüşdür, sola çəkmişdir, güzgüdə görmüşdür ki, arxada maşın var, o maşınla bir anda keçmişdir ki, piyadanı vurmasın, zərərçəkmiş şəxsin əl işarəsi verdiyini görməmişdir. Əvvəl özünü təqsirli bilməsə də, sonrdan iş üzrə müdafiəçisinin vəsatəti əsasında əlavə ekspertiza keçirilmiş, ekspert rəyi onun xeyrinə gəlmədiyi üçün, özünü hazırda təqsirli hesab edir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, iş üzrə icraata bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 29 sentyabr 2023-cü il tarixdə təxminən saat 18:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissəsində yolu bir-birindən ayıran, yolun ortasında olan ayrıcı zolağ ilə piyada hərəkət etmişdir. Yeraltı körpünün yaxınlığında həmin şəkildə dayanıb qısa müddətdə Koroğlu metrostansiyası istiqamətindən üzü X12 Limanı istiqamətinə doğru hərəkət edən avtomobillərin hərəkətini gözləmiş və hərəkət intensivliyini, avtomobillərin azaldığını görüb yolun əks tərəfinə doğru piyada keçmək istəyən zaman, təxminən 5-6 addım atmışdı ki, həmin hərəkət zolağında üzü X12 Limanı istiqamətinə doğru ikinci hərəkət zolağı ilə hərəkətdə olan BMW markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol qanad hissəsi ilə onu vurduqdan sonra sol güzgü hissəsinə zərbə ilə dəymiş və zərbənin nəticəsində yolun üzərinə yıxılmışdır, elə həmin vaxt yolda Koroğlu metrostansiyası istiqamətindən üzü X12 Limanı istiqamətinə doğru hərəkət edən Opel markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil onun sağ və sol ayaqlarının üzərindən keçərək ona müxtəlif dərəcəli xəsarətlər yetirmişdir. Hadisə nəticəsində BMW markalı avtomobilin sürücüsü sonradan tanıdığı Şahid ona yaxınlaşaraq köməklik göstərmişdir. Bundan başqa hadisə yerinə toplaşan tanımadığı şəxslərdə yaxınlaşaraq ona köməklik göstərmişlər. Qısa müddət ərzində hadisə yerinə X11 Briqadasının həkimləri gəlmişdir və onu X9 aparmışlar. 29 sentyabr 2023-cü il tarixdən, 30 sentyabr 2023-cü il tarixə keçən gecə sağ ayağı amputasiya edilmişdir. Hadisədən əvvəl BMW markalı avtomobilin sürəti yüksək olduğundan o, hadisədən yayına bilməmişdir, onun məqsədi yolu keçmək olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onunla barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Verilmiş suallara cavabında bildirmişdir ki, Koroğludan gəlmiş avtobusa minmək üçün yolu keçirmiş, BMW markalı avtomobil onu 6-cı hissədən vurmuş, 5-ci hissəyə atmışdır, sağdan sola atmışdır, yerdə olanda başını qaldırıb maşın gəldiyini görmüş, əl qaldırmışdır ki, keçməsin, Opel markalı avtomobil ayaqlarının üzərindən keçmişdir. Xeyr hazıra təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, avtomobil idarə edir, özünə məxsus BMW 323 markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edir. İdarə etdiyi həmin avtomobil atası X2 mülkiyyətində olsa da, həmin avtomobili etibarnamə əsasında o idarə edir. 29 sentyabr 2023-cü il tarixdə təxminən saat 18:50 radələrində idarə etdiyi BMW 323 markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən, X12 Limanı istiqamətinə doğru yolun sol tərəfdən birinci zolağı ilə təxminən 90 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt uzaqdan yolun orta səki daşlarının üstündə dayanmış bir piyadanı görmüşdür. Piyada üzü onun hərəkət hissəsinə tətəf dayanmışdı. Piyadanın dayandığı yerə yaxınlaşdıqda piyada qəflətən yola çıxmış və əvvəl 1-2 iti addım atıb, iti qaçışla yolu keçməyə başlamışdır. Hadisənin qarşısını almaq üçün dərhal əyləcə sıxmışdır və sükanı sağa, 2-ci cərgəyə tərəf istiqamətləndirmişdir. Lakin məsafə yaxın olduğundan piyadanı vurmaqdan yayına bilməmişdir və piyada avtomobilinin sol yan güzgüsünə dəyib yerə yıxılmışdır. X12 Limanı istiqamətində olan yol 6 gediş və 6 gəliş olmaqla, iki istiqamətli, 12 zolaqlı, mənim hərəkətdə olduğu zolaq maksimum 90 km/saat sürətlə və yol nişanları ilə tənzimlənən yoldur. Hadisə baş verdikdən dərhal sonra o avtomobildən düşüb piyadaya yaxınlaşıb köməklik göstərmişdir. Həmin vaxt hadisə yerinə toplaşan bir neçə nəfər şəxs yaxınlaşıb piyadaya köməklik göstərməyə təşəbbüs göstərmişlər. Bu zaman X11 briqadası hadisə yerinə gələrək xəsarət alan piyadanı X8 aparmışlar. Hadisə baş verdikdən sonra o hadisə yerində olmuşdur, piyada xəstəxanaya aparılarkən o da onlarla birlikdə getmişdir və xəsarət alan sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs yanında olmuşdur. Hadisə baş verən zaman piyada Zərərçəkmiş şəxs onun avtomobilinin sol yan güzgüsünə dəyib yerə yıxılmışdı. Verilmiş suallara cavabında bildirmişdir ki, solda qarşıda adam olduğunu görmüş, ayağını tormoza atmışdır, sağa çəkmişdir, yenə maşına tərəf qaçmışdır, 10 metr məsafədən zərərçəkmiş şəxs özünü maşının qarşısına atmışdır, vurmamaq üçün maşını 3 dəfə sağa çəkmişdir, hər dəfəsində üstünə qaçmışdır, o maşından düşəndə güzgüyə dəydiyini, yan güzgü qırıldığını görmüşdür, hadisə yerində zərərçəkmiş şəxs heç nə deməmişdir, başqa maşının onun ayağının üstündən keçməsini xəstəxanada bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu H.Əliyev prospektinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/35985 nömrəli xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, sürücü Şahid ayıqdır, alkoqol sərxoşluğu vəziyyəti yoxdur; «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/4832 nömrəli xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, sürücü Təqsirləndirilən şəxs ayıqdır, alkoqol sərxoşluğu vəziyyəti yoxdur; “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid avtomobili üzərində olan xarici zədələr iphone 12 markalı mobil telefon vasitəsi ilə foto şəkilləri çəkilmiş, zədələr foto şəkildə göstərilir, protokola əlavə edilmişdir. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobili üzərində olan xarici zədələr iphone 12 markalı mobil telefon vasitəsi ilə foto şəkilləri çəkilmiş, zədələr foto şəkildə göstərilir, protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 13 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-085 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2023-cü il tarixli saat 18:49-dan 18:52-dək olan müddətdəki görüntülər təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 01 noyabr 2023-cü il tarixli, 2477 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs travmatik şokla müşayiət olunan, sağ aşağı ətrafın kəskin işemiyasına və bununla əlaqədar ətrafda hərəkətin və hissiyatın tam itirilməsinə, iflicinə səbəb olan, sağ baldırın geniş ölçülü əzilmiş-cırılmış yarası (bununla əlaqədar sağ bud orta 1/3-dən cərrahi yolla amputasiya olunmuşdur), sağ ayağın əzilmiş- cırılmış yarası, sol dirsək oynağı nahiyəsinin və sol saidin, sol budun, sol baldır və sol aşıq-baldır oynağı nahiyəsinin, sol ayağın dərialtı hematomaları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağ budun oıta 1/3-dən amputasiyası ilə əlaqəli ümumilikdə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (60%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnmişdir və bu əlamətə görə sağlamlığa AĞİR zərərvurmaya aid edilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 04 dekabr 2023-cü il tarixli, 19/2477 saylı rəyindən görünür ki, 1. Vət. Zərərçəkmiş şəxs travmatik şokla müşayiət olunan, sağ aşağı ətrafın kəskin işemiyasına və bununla əlaqədar ətrafda hərəkətin və hissiyatın tam itirilməsinə, iflicinə səbəb olan, sağ baldırın geniş ölçülü əzilmiş-cırılmış yarası (bununla əlaqədar sağ bud orta 1/3-dən cərrahi yolla amputasiya olunmuşdur), sağ ayağın əzilmiş- cırılmış yarası, sol dirsək oynağı nahiyəsinin və sol saidin, sol budun, sol baldır və sol aşıq-baldır oynağı nahiyəsinin, sol ayağın dərialtı hematomaları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir.-Xəsarətlərdən sol dirsək oynağı nahiyəsinin, sol saidin, sol budun və sol baldırın dərialtı hematomaları qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ayaqüstə vəziyyətində zərərçəkmişi hərəkətdə olan (BMW 323 markalı) avtomobilin sol yan qabarıq hissələri (sol yan güzgüsü və sol ön qapısı) ilə vurması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.- Travmatik şokla müşayiət olunan, sağ aşağı ətrafın kəskin işemiyasına və bununla əlaqədar ətrafda hərəkətin və hissiyatın tam itirilməsinə, iflicinə səbəb olan, sağ baldırın geniş ölçülü əzilmiş-cırılmış yarası, sağ ayağın əzilmiş-cırılmış yarası (bununla əlaqədar sağ bud orta 1/3-dən cərrahi yolla amputasiya olunmuşdur), sol aşıq-baldır oynağı nahiyəsinin dərialtı hematoması iki bərk küt əşya (əşyalar) arasında sıxılma nəticəsində törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni zərərçəkmişin asfalt örtüyü üzərinə yıxılması zamanı hərəkətdə olan (OPEL MERİVA markalı) avtomobilin təkərinin (təkərlərin) onun aşağı ətraflarının üzərindən keçməsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin(60%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnmişdir və bu əlamətə görə sağlamlığa AĞİR zərərvurmaya aid edilir. 2.Vət. Zərərçəkmiş şəxs sağ aşağı ətrafda baldır və ayaq nahiyələrində geniş ölçülü əzilmiş-cırılmış yaralar, damar və yumşaq toxumaların əzilibcırılması həmin ətrafda qısa müddətə qan dövranı pozğunluğu (kəskin işemiya), hərəkət və hissiyatın tam itirilməsinə səbəb olduğundan, həyatı göstərişlə ətraf sağ budun orta 1/3 hissəsindən cərrahi yolla amputasiya edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 yanvar 2024-cü il tarixli 8/3662 №-li rəyində göstərilir ki: 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW 323 markalı, 90MC629 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Meriva A markalı, 77XN724 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “texniki vasitələrlə qeydə alınmış məlumatlara baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd MP4 formatlı videofayl vardır. Həmin videofayl açıldıqda 03 (üç) dəqiqəlik müddətdə davam edən videogöriintülərin olması müəyyən edilir. Görüntülər 29 sentyabr 2023-cü il tarixdə axşam vaxtı, saat 18:49 dəqiqədə qeydə alınmışdır. Baxış zamanı H.Əliyev prospektində əks istiqamətli yolları ayıran beton səkinin üzərində dayanmış piyada yolu soldan sağa keçmək üçün nəqliyyat vasitələrinin axınını müşahidə edir, piyada nəqliyyat vasitələrinin hərəkət instensivliyi azalan zaman yolu soldan sağa əvvəlcə adi qaçışla, sonradan iti qaçışla qaçaraq keçməyə cəhd edir, bu zaman yolun soldan birinci zolağı ilə hərəkət edən nəqliyyat vasitəsi piyadaya çatan zaman avtomobili sağa istiqamətləndirərək soldan ikinci zolağa keçir, lakin sol yan hissəsi ilə hərəkət etdiyi sürətlə piyadanı vurur. Həmin vaxt arxadan yolun soldan birinci zolağı ilə hərəkət edən digər avtomobil piyadanın üzərindən keçir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 mart 2024-cü il tarixli 8/267-4/276 №li rəyindən görünür ki: 1.2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD- R diskə yazılmış TŞ-9-085 3-2023-09-29_18h49min00s000ms adlı videoyazıya görə piyadanın yolun hərəkət hissəsinə çıxdığı andan İ avtomobil tərəfindən vurulmasına kimi 2,24 san, İİ avtomobil tərəfindən vurulmasına kimi isə 3,44 san. vaxt keçmişdir. 3.4. İstintaq tərəfindən təqdim olunmuş və videogörüntü ekspertizası yolu ilə müəyyən edilmiş məlumatlara əsasən BMW 323 markalı, 90MC629 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 5.6. İstintaq tərəfindən təqdim olunmuş və videogörüntü ekspertizası yolu ilə müəyyən edilmiş məlumatlara əsasən Opel Meriva A markalı, 77XN724 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Sübutların qiymətləndirilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə pov Nurlan Gülsəf oğluna Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü dəlillər tam təkzib olunmuş hesab edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib hissəsi aşkar olunmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, BMW 323 markalı avtomobilin sürücüsü Şahid əməlində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib hissəsi aşkar olunmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinə xitam verilmiş, cinayət iş üzrə yol-nəqliyyat hadisəsi yerinə və nəqliyyat vasitələrinə baxış protokolları, hadisə yerinin sxemi, hadisə yerinin video görüntüsü əks olunmuş DVD disk, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, hadisə yerinin video görüntüsü əks olunmuş DVD disk cinayət işi üzrə maddi sübuut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir; “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. 30 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 15 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-dən edilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 72581/2024 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1993cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AE 616246 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİnin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü azyaşlı uşağı vardır. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 avqust 2025-ci il tarixli 8/797- 4/867 saylı rəyindən görünür ki, 2a.4a. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-R diskə yazılmış TŞ9-085 3-2023-09-29_18h49min00s000ms adlı videoyazıya görə İ (“BMW 323”) avtomobilin tədqiqi hissədə göstərilən məsafədə orta hərəkət sürəti V = 76 km/saat, İİ (“Opel Meriva-A”) avtomobilin isə həmin məsafədə orta hərəkət sürəti V - 85 km/saat təşkil edir. 1.2b. BMW 323 markalı 90MC629 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 3.4b. Opel Meriva A markalı 77XN724 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 5.6. Rəyin tədqiqi hissəsində qeyd olunan suallar geniş izah olunmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsinə etiraz etmir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinin ikinci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1- 1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut-01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3, 156.4, 300.1.7, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeydinin ikinci hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 250(iki yüz əlli), 128(bir yüz iyirmi səkkiz) və 250 (iki yüz əlli) manat, cəmi 628 (altı yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut-01 ədəd DVD disk iş materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar