Məhkəmə qərarları › İş №1(008)-200/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-200/2020

21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-200/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs1 Əliabas qızının, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Südeyib oğlunun iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəh., Sabunçu rayonu, Bilgəc qəs.,Ü.Hacıbəyov küç., ev 48 B-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəs., Axund Mirələkbər küç., ev 01-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair işə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küç., 5 ünvanda yerləşən evin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 onu sığortalamaq üçün hasarın yanında dayanmış, o isə hasarı aşaraq evin həyətinə düşmüş, evin pəncərəsini açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz olaraq daxil olub oradan bir ədəd 360 manat dəyərində «Hisense» markalı televizoru və 150 manat dəyərində mis qazanı gizli olaraq talayıb hasardan Təqsirləndirilən şəxs2 ötürüb həyətdən çıxarıb aparmaqla Zərərçəkmiş şəxs1 510 manat ziyan vurub oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Maştağa qəsəbəsi, H.Abbasov küç., 16 ünvanda yerləşən evin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 onu sığortalamaq üçün hasarın yanında dayanmış, o isə hasarı aşaraq evin həyətinə düşmüş, həyətyanı sahədə olan saxlanc yeri hesab olunan köməkçi tikilinin dəmiq qapısının kilidini sındıraraq tikiliyə qanunsuz olaraq daxil olub oradan bir ədəd 30 manat dəyərində bıçaq itiləmək üçün nəzərdə tutulan mühərriki, bir ədəd 50 manat dəyərində laqondanı, bir ədəd 70 manat dəyərində direli, bir ədəd 15 manat dəyərində çəkici, bir ədəd 20 manat dəyərində mişarı, bir ədəd 5 manat dəyərində vintaçanı, bir ədəd 20 manat dəyərində baltanı, iki ədəd hər birinin dəyəri 10 manat olan qaz açarlarını, bir ədəd 10 manat dəyərində kəlbətini, evin qarşısında olan digər köməkçi tikilinin taxta qapısının kilidini söküb açıb qanunsuz olaraq daxil olub oradan isə üç ədəd hər birinin dəyəri 500 manat olan mis tavaları, iki ədəd hər birinin dəyəri 100 manat olan alminium tasları, iki ədəd hər birinin dəyəri 100 manat olan aliminium tavaları, bir ədəd 100 manat dəyərində alminium qazanı və iki ədəd hər birinin dəyəri 25 manat olan çaynikləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2.290 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrindəözgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerələşən evin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 sığortalamaq üçün hasarın yanında dayanmış, Təqsirləndirilən şəxs1 isə hasarı aşaraq evin həyətinə düşmüş, evin pəncərəsini açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan bir ədəd 360 manat dəyərində«Hisense» markalı televizoru və 150 manat dəyərində mis qazanı gizli olaraq talayaraq hasardan ona ötürüb həyətdən çıxaraq aparmaqla zərərçəkmişşəxs Zərərçəkmiş şəxs1 510 manat ziyan vurub oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Maştağa qəsəbəsi, H.Abbasov küç., 16 ünvanda yerləşən evin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi o, Təqsirləndirilən şəxs1 sığortalamaq üçün hasarın yanında dayanmış, Təqsirləndirilən şəxs1 hasarı aşaraq evin həyətinə düşmüş, həyətyanı sahədə olan saxlanc yeri hesab olunan köməkçi qapısının kilidini sındıraraq tikiliyə qanunsuz daxil olaraq oradan isə bir ədəd 30 manat dəyərində bıçaq itiləmək üçün nəzərdə tutulan mühərriki, bir ədəd 50 manat dəyərində laqondanı, bir ədəd 70 manat dəyərində direli, bir ədəd 15 manat dəyərində çəkici, bir ədəd 20 manat dəyərində mişarı, bir ədəd 5 manat dəyərində vintaçanı, bir ədəd 20 manat dəyərində baltanı, iki ədəd hər birinin dəyəri 10 manat olan qaz açarlarını, bir ədəd 10 manat dəyərində kəlbətini, evin qarşısında olan əl yeri kimi istifadə olunan köməkçi tikilidən üç ədəd hər birinin dəyəri 500 manat olan mis tavaları, iki ədəd hər birinin dəyəri 100 manat olan alminium tasları, iki ədəd hər birinin dəyəri 100 manat olan alminium tavaları, bir ədəd 100 manat dəyərində aliminium qazanı və iki ədəd hər birinin dəyəri 25 manat olan çaynikləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2.290 manat ziyan vurmaqla təkrar oğurluq etmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, kiçik qardaşı Ağasəlim və anası Xuraman ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Hərdən fəhlə kimi işləyirdi. Narkotik vasitələrdən inyeksiya yolu ilə qəbul edirdi. Son vaxtlar maddi vəziyyəti yaxşı olmadığına görə narkotik vasitəni əldə etmək üçün dəmir, mis və sair metalları yığıb sataraq əldə etdiyi pulla narkotik vasitə alıb istifadə edirdi. O məhlədə gəzinərkən yaxınlıqda olan evlərdən birinin boş olduğunu, yəni yaşayış olmadığını görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə yenə də məhlədə olarkən tanışı, Mirsüleyman ilə görüşmüş və Mirsüleymana həmin evi göstərib oraya girib metal-dəmir oğurlayıb sataraq pul əldə etməyi təklif etmişdir. O da razılaşdıqdan sonra saat 20:00 radələrində sözü gedən ünvanın, yəni Maştağa qəsəbəsi, H.Abbasov küçəsində yerləşən evin qarşısına gəlmişlər. O Mirsüleymana bayırda gözləməsini demiş, hasarın yanında onu gözləmişdir. O hasarı aşaraq həyətə düşmüş, düşərkən evin pəncərəsindən içəridə televizor olduğunu görmüşdür. Ona görə də pəncərəni əli ilə itələyib açaraq içəri girmiş və televizoru götürüb pəncərədən çıxarmışdır. Daha sonra hasardan televizoru Mirsüleymana vermişdir və birlikdə televizoru aparıb yaşadığı ev ilə üzbə-üz yerləşən yarımçıq tikilinin içində gizlətmişlər. Növbəti gün, xx xxxxxx 2020-ci ildə Mirsüleyman ilə birlikdə televizoru parçaya büküb oradan çıxarmış və əlində avtobus ilə Bakı şəh., Sabunçu qəsəbəsində yerləşən bazara gətirmişdir. «Rus bazarı» deyilən yerdə ayaqüstə duran bir nəfər tanımadığı şəxsə 50 manata satmışdır. Əldə etdiyi pulun 25 manatını Mirsüleymana vermişdir. Həmin pulla narkotik vasitə alıb qəbul etmişdir. Bundan təxminən bir həftə sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində pul əldə etmək üçün Mirsüleyman ilə danışıb razılaşdığı kimi qonşuluğunda yerləşən və yaşayış olmayan evin qarşısına gəlmişlər. Onu sığortalamaq üçün Mirsüleymana bayırda gözləməsini tapşırmışdır. Mirsüleyman hasarın yanında dayanmış, o isə hasarı aşıb həyətə düşmüşdür. Həyətdə olan qaraj kimi istifadə olunun yerin qapısının kilidini dəmir ilə sındırıb içəridən təxminən 50-60 kq müxtəlif dəmir borular, dəmir üstləri götürmüşdür. Həmin vaxt evin yanında olan digər köməkçi tikilinin qapısını açıb oradan bir ədəd aliminium tava, bir ədəd aliminium aş süzən, bir ədəd aliminium tas-qazan götürmüşdür. Həyətdən çıxarkən darvazanın qapısını açmış, Mirsüleymana yaşadığı evin həyətindən arabanı gətirməsini tapşırmış və o da gətirdikdən sonra oğurladıqları əşyaları arabaya yığıb əvvəl televizoru gizlətdikləri yerə aparmışlar, qazanları və dəmirləri isə araba ilə aparıb məhlələrin arası ilə dəmir yığmaq üçün dolaşan qadına satmışdır və 12 manat pul almışdır. Oğurladığı əşyaları Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» deyilən yerdə tanımadığı şəxsə və yoldan keçən dəmir yığan tanımadığı qadına satarkən oğurluq olmasını bildirməmişdir.Ş.Ə.Ramazanovın evindən televizordan başqa heç bir mis qazan oğurlamamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Elşad oğlu ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Əvvəllər Qaradağ rayonunda yerləşən «Meyvəli» adlanan bazarda meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. Təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. Son vaxtlar maddi vəziyyəti yaxşı olmadığına görə narkotik vasitəni əldə etmək üçün dəmir, mis və sair metalları yığıb sataraq əldə etdiyi pulla narkotik vasitə alıb istifadə edirdi. xx xxxxxx 2020ci il tarixdə narkotik vasitələrdən istifadə və xırda oğurluq etdiyi üçün Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə inzibati qaydada həbs edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində məhlədə olarkən tanıdığı, Mirsahib ilə görüşmüşdür. Mirsahib ona yaxınlıqda olan evlərdən birində yaşayış olmadığını, həmin evə girib metal-dəmir olduğu təqdirdə oğurlayıb sataraq pul əldə edə biləcəyini demişdir. O da razılaşdıqdan sonra həmin ünvanın, yəni, Maştağa qəsəbəsi, H.Abbasov küçəsində yerləşən evin qarşısına gəlmişlər. Mirsahib ona həyətdən çöldə gözləməsini tapşırdığından o hasarın yanında gözləmişdir. Mirsahib isə hasarı aşaraq həyətə düşmüş, təxminən 30 dəqiqədən sonra hasardan bir ədəd markasını xatırlamadığı televizoru ona vermişdir. Birlikdə televizoru aparıb Mirsahibgilin yaşadığı ev ilə üzbə-üz yerləşən yarımçıq tikilinin içində gizlətmişlər. xx xxxxxx 2020-ci il Mirsahib ilə birlikdə televizoru parçaya büküb oradan çıxarmışlar və Mirsahib televizoru əlində götürmüşdür. Birlikdə avtobus ilə Bakı şəh., Sabunçu qəsəbəsində yerləşən bazara gətirib, «Rus bazarı» deyilən yerdə bir nəfər tanımadığı şəxsə 50 manata satmışlar. Əldə olunun pulun 25 manatını Mirsahib, 25 manatını isə o götürmüş, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxminən bir həftə sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə pul olmadığı üçün Mirsahib ilə səhər saatlarında görüşüb axşama doğru yenə də oğurluq etməyi planlaşdırmışlar və danışıb razılaşdığı kimi axşam saatlarında, təxminən saat 20:00 radələrində qonşuluğunda yerləşən və yaşayış olamayan evin qarşısına gəlmişlər.Yenə də o Mirsahibi sığortalamaq üçün bayırda, hasarın yanında gözləmişdir, Mirsahib hasarı aşıb həyətə düşmüş, təxminən 30-40 dəqiqə sonra təxminən 50 kq müxtəlif dəmir boruları, dəmir listləri hasardan ona vermişdir. Daha sonra evin darvazasını açmış, bir ədəd aliminium tava, bir ədəd aliminium aş süzən, bir ədəd aliminium tas-qazanı darvazanın yanına qoyub, ona yaşadıqları evin həyətindən arabanı gətirməsini tapşırmış və o arabanı gətirmişdir. Oğurladıqları əşyaları arabaya yığıb əvvəl televizoru gizlətdikləri yerə aparmışlar. Mirsahib qazanları və dəmirləri isə aparıb məhlələrin arası ilə dəmir yığmaq üçün dolaşan qadına satmışlar və 12 manat pul almışlar. Oğurladığı əşyaları Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» deyilən yerdə tanımadığı şəxsə və yoldan keçən dəmir yığan tanımadığı qadına satarkən oğurluq olmasını bildirməmişdir. Zərərçəkmiş şəxs1 evindən televizordan başqa heç bir mis qazan oğurlamamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küç., 5 ünvanda yaşayış massivində yoldaşı ilə birlikdə yaşayır. Həyat yoldaşı xəstə olması ilə əlaqədar yanvar ayının sonlarında oğlunun yaşadığı ünvan 3 ünvana getmişdir. On gündən artıq orada qalmış və xx xxxxxx 2020-ci il tarixdə, saat 13-14 radələrində evə baş çəkmək üçün gəldikdə naməlum şəxs və ya şəxslər yaşadığı evin taxta materialdan olan pəncərəsini açmaqla pəncərənin torunu cırıb evin aynabənd olan otağından bir ədəd 360 manat «Hisense» markalı televizoru, yataq otağında çarpayını altından isə köhnə mis qazanı qapağı ilə birlikdə oğurlamışlar. Bu səbəbdən polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Oğurlanmış televizoru 2019-cu il tarixdə 360 manata almış, mis qazan isə 150 manat dəyərində idi. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 510 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Babayev Elmar Əlihüseyn oğlu ifadəsində göstərmişdir ki, Bakı şəh., Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küç., keçid 1849, ev 5, mənzil 41 ünvnanda ailəsi ilə birlikdə yaşayır. Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küç., 16 ünvanda fərdi yaşayış evi vardır. Həmin evdə yaşamasa da tez-tez gedib ora baş çəkirdi. Sonuncu dəfə həmin evdə xx xxxxxx 2020-ci il tarixdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə evə baş çəkmək üçün yenidən gəldikdə darvazanın qapısının kilidinin açıq olduğunu və həyətdə olan qaraj kimi istifadə olunan köməkçi tikilinin qapısının kilidinin isə sındırıldığını görmüşdür. İçəri baxdıqda isə naməlum şəxs və ya şəxslərin içəridən bir ədəd 30 manat dəyərində bıçaq itiləmək üçün nəzərdə tutulan mühərriki, bir ədəd 50 manat dəyərində laqondanı, bir ədəd 70 manat dəyərində direli, bir ədəd 15 manat dəyərində çəkici, bir ədəd 20 manat dəyərində mişarı, bir ədəd 5 manat dəyərində vintaçanı, bir ədəd 20 manat dəyərində baltanı, iki ədəd hər birinin dəyəri 10 manat olan qaz açarlarını, bir ədəd 10 manat dəyərində kəlbətini oğurlayaraq aparmalarını aşkar etmişdir. Bundan başqa evin qarşısında olan köməkçi tikilidən isə üç ədəd hər birinin dəyəri 500 manat olan mis tavalar, iki ədəd hər birinin dəyəri 100 manat olan aliminium taslar, iki ədəd hər birinin dəyəri 100 manat olan aliminium tavalar, bir ədəd 100 manat dəyərində aliminium qazanı və iki ədəd hər birinin dəyəri 25 manat olan çayniklərin də naməlum şəxslər tərəfindən oğurlanmasını müəyyən etmişdir. Ona görə də bu barədə polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona cəmi 2.290 manat dəyərində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən 16 aprel 2020-ci il tarixdə doldurumuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Mireyvaz oğlu Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsimnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2.500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 2.500 manat cərimə cəzası 01 il, 05 ay, 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bakı şəh., Sabunçu rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 728-60 saylı, xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxx 2019-cu il tarixdən şöbədə qeydiyyata alınmış, 01 il, 05 ay, 16 gün azadlığın məhdudlaşdırılması cəzasından, 08 ay, 18 gününü çəkmişdir. Cinayət işinin materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BƏSİİ-i tərəfindən 15 aprel 2020-ci il tarixdə doldurumuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, İsmayılov Mirsahib Mireyvaz oğlnun CinayətMəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla ziyan vurmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ocümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları,habelə təyin olunan cəzanınhəm məhkum,həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü iltarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs2 şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, Təqsirləndirilən şəxs2 Elşad oğlunun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla ziyan vurmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış,tədqiq edilmiş sübutların məcmusu dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və cinayət işinin materiallarında olan digər sübutlarla tamamiləsübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Süleymanov Mirsüleyman Elşad oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ocümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları,habelə təyin olunan cəzanınhəm məhkum,həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cüiltarixli, 4 saylı Qərarınaəsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs2 şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, İsmayılov Mirsahib Mireyvaz oğlu 15 fevral2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 62). Cinayət işinin materiallarında olan 17 fevral 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (səh., 84). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)72/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 104). Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 141). Cinayət işinin materiallarında olan 13 aprel 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğluna Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (səh., 165). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)200/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla, 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 185). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görədə Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs Süleymanov Mirsüleyman Elşad oğlu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlincinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərinməcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü hesablanır. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 7(008)281/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə Sabunçu Rayon Məhkəməsinin 1(008)65/2018 saylı, 23 fevral 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 2.500 manat cərimə cəzası 01 il, 05 ay, 16 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Həmin cəza Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 08 ay, 28 gün cəza 04 ay, 14 gün hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «15» fevral 2020-ci il tarixdən hesablanmalıdır. İsmayılov Mirsahib Mireyvaz oğlu cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «11» aprel 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və digər məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: İsmayılov Mirsahib Mireyvaz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 7(008)281/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 01 il, 05 ay, 16 gün müddətinə azadlığın məhdudlaşıdırlması cəzasının çəkilməmiş 08 ay, 28 gün hissəsi 04 ay, 14 gün hesablansın, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkmə müddətinin başlanğıcı «15» fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 oğlunun cəza çəkmə müddətinin başlanğıcı «11» aprel 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar