Məhkəmə qərarları › İş №1(008)-201/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-201/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-201/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, Səbail rayonu, Mürsəlov küçəsi ev 42, mənzil 06-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, yeni tikilidə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxx 1996-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, ali təhsilli, məhkum olunmuş, Şirvan şəhəri, Mehmandarov küçəsi ev 53-də qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 16/84, mənzil 13-də yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 iyul 2021-ci il tarixdə, 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, «Şəbəkə» adlı dənizkənarı istirahət mərkəzində yerləşən nömrəsiz masanın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 350 manat dəyərində **********99539 və **********99547 imei kodlu üzərində 5 manat dəyərində 070 *** ** ** mobil telefon nömrəsi olan Xiomi Mi 9 markalı mobil telefonunu və 10 manat dəyərində göy rəngli dəridən hazırlanmış içərisində 80 manat nağd pul əskinazı olan pul qabını və Zərərçəkmiş şəxs1 qəhvəyi rəngli dəridən hazırlanmış 40 manat dəyərində əl çantasını və içərisində 700 manat dəyərində Xioami Ml 11 lite markalı **********30720 və 8612 34 ********* imei kodlu üzərində 5 manat dəyərində 050 *** ** ** mobil telefon nömrəsini, üzərində 5 manat dəyərində 070 *** ** ** və 5 manat dəyərində 051 *** ** ** mobil telefon nömrələri olan 300 manat dəyərində **********59265, **********84277 imei kodlu qara rəngli Redmi Note 5 markalı mobil telefonunu və 100 manat nağd pulunu vahid niyyətlə əhatə edən qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1.155 manat, Zərərçəkmiş şəxs2 445 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədiylə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 iyul 2021-ci il tarixdə, 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, «Şəbəkə» adlı dənizkənarı istirahət mərkəzində yerləşən nömrəsiz masanın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 350 manat dəyərində **********99539 və **********99547 imei kodlu üzərində 5 manat dəyərində 070 *** ** ** mobil telefon nömrəsi olan Xiomi Ml 9 markalı mobil telefonunu və 10 manat dəyərində göy rəngli dəridən hazırlanmış içərisində 80 manat nağd pul əskinazı olan pul qabını və Zərərçəkmiş şəxs1 qəhvəyi rəngli dəridən hazırlanmış 40 manat dəyərində əl çantasını və içərisində 700 manat dəyərində Xioami Ml 11 lite markalı **********30720 və 8612 34 ********* imei kodlu üzərində 5 manat dəyərində 050 *** ** ** mobil telefon nömrəsini, üzərində 5 manat dəyərində 070 *** ** ** və 5 manat dəyərində 051 *** ** ** mobil telefon nömrələri olan 300 manat dəyərində **********59265, **********84277 imei kodlu qara rəngli Redmi Note 5 markalı mobil telefonunu və 100 manat nağd pulunu vahid niyyətlə əhatə edən qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1.155 manat, Zərərçəkmiş şəxs2 445 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hüseyni 6 ildir ki, tanıyır, onunla birlikdə 2021-ci ilin may ayında oğurluq cinayəti törətmiş, daha sonra Sabunçu Rayon Məhkəməsi tərəfindən cəza almışlar. Onunla yoldaşlıq edir. 04 iyul 2021-ci il tarixdə, saat 13:00 radələrində Hüseynlə ikisi Bilgəh qəsəbəsində yerləşən «Şəbəkə» adlı istirahət mərkəzinə getmişlər. Orada masaların birində əyləşib yemək yeyib spirtli içki qəbul etmiş, sonra saat 16:30 radələrində birlikdə qərara gəlmişlər ki, masaların birindən nəsə əmlak oğurlayıb aparıb satıb pul əldə etsinlər. Ətrafa göz gəzdirmiş və iki nəfər kişi cinsli şəxsin dənizdə çimməklərini aşkar edib, onların masasına yaxınlaşmış və ətrafda şəxslərin istirahət etməsini onlara baxmadığını görmüşlər, masanın üzərində olan qəhvəyi rəngli dəridən hazırlanmış əl çantasını və içərisində Xioami Ml 11 lite markalı **********30720 və **********30738 imei kodlu mobil telefonu, **********59265, **********84277 imei kodlu qara rəngli Redmi Note 5 markalı mobil telefonu, 100 manat nağd pulu və **********99539 və **********99547 imei kodlu Xiomi Mi 9 markalı mobil telefonu, göy rəngli dəridən hazırlanmış içərisində 80 manat olan pul qabını gizli götürüb oğurlamış, öz masalarına yaxınlaşmış, masasının hesabını ödəyib oradan getmişlər. Sonra 180 manatı bölüb hərəsinə 90 manat pul götürmüş, Xiomi 11 Lite markalı telefonu Hüseyn işlətmiş , hazırda təqdim edibdir həmin telefonda özünə məxsus 050 *** ** ** nömrəsini istifadə etmişdir. Oğurladığı əl çantasını və pul qabını, həmçinin telefonlarda olan nömrələri yolüstü unutduğu yerə tullamışlar. Digər telefonun birini o, bir müddət 070 *** **** nömrəylə istifadə etsə də sonrakı zamanda hər ikisini hissələrə ayırıb ümumilikdə təxmini 400 manata satmışlar. Pulları bölmüşlər, onlarla başqa heç kim əlbir olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sadiqi 6 ildir ki, tanıyır. Onunla birlikdə 2021-ci ilin may ayında oğurluq cinayəti törətmiş , daha sonra Sabunçu Rayon Məhkəməsi tərəfindən cəza almışlar. Bu günədək onunla yoldaşlıq edir. 04 iyul 2021-ci il tarixdə, saat 13:00 radələrində Sadiqlə ikisi Bilgəh qəsəbəsində yerləşən «Şəbəkə» adlı istirahət mərkəzinə getmişlər.Orada masaların birində əyləşib yemək yeyib spirtli içki qəbul etmişlər, sonra saat 16:30 radələrində Sadiqlə birlikdə qərara gəlmişlər ki, masaların birindən nəsə əmlak oğurlayaq aparıb satıb pul əldə etsinlər. Ətrafa göz gəzdirmiş və iki nəfər kişi cinsli şəxsin dənizdə çimməklərini aşkar edib, onların masasına yaxınlaşmış və ətrafda şəxslərin istirahət etməsini onlara baxmadığını görmüş, masanın üzərində olan qəhvəyi rəngli dəridən hazırlanmış əl çantasını və içərisində Xioami Mi 11 lite markalı **********30720 və **********30738 imei kodlu mobil telefonu, **********59265, **********84277 imei kodlu qara rəngli Redmi Note 5 markalı mobil telefonu, 100 manat nağd pulu və **********99539 və **********99547 imei kodlu Xiomi Mi 9 markalı mobil telefonu, göy rəngli dəridən hazırlanmış içərisində 80 manat olan pul qabını gizli götürüb oğurlamış, öz masasına yaxınlaşmışlar. Masasının hesabını ödəyib oradan getmişlər. Sonra 180 manatı bölüb hərənə 90 manat pul götürmüş, Xiomi 11 Lite markalı telefonu o işlətmişm, hazırda təqdim edir, həmin telefonda özünə məxsus 050 *** ** ** nömrəsini istifadə etmişdir. Oğurladığı əl çantasını və pul qabını, həmçinin telefonlarda olan nömrələri yolüstü unutduğu yerə tullamış, digər telefonun birini Sadiq bir müddət istifadə etsə də sonrakı zamanda hər ikisini hissələrə ayırıb ümumilikdə təxmini 400 manata satmışlar. Pulları bölmüş, onlarla başqa heç kim əlbir olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 04 iyul 2021-ci il tarixdə, saat 15:00 radələrində Bilgəh qəsəbəsində yerləşən «Şəbəkə» adlı istirahət mərkəzinə onunla dincəlmək üçün getmiş, orada əyləşməyə və çörək yeməyə stol-stul götürmüş, sonra saat 16:15 radələrində dənizə çimməyə getmişlər. Saat 17:00 radələrində masaya qayıtdıqda masanın üzərində olan qəhvəyi rəngli dəridən hazırlanmış 40 manat dəyərində əl çantasının və içərisində ona məxsus 700 manat dəyərində Xioami Mi 11 lite markalı **********30720 və 8612 34 ********* imei kodlu üzərində 5 manat dəyərində *** *** ** **, 5 manat dəyərində 070 *** ** ** nömrəsi olan mobil telefonun, 300 manat dəyərində üzərində 5 manat dəyərində 051 *** ** ** nömrəsi olan **********59265, **********84277 imei kodlu qara rəngli Redmi Note 5 markalı mobil telefonunun, 100 manat nağd pulunun və 350 manat dəyərində Aslanın **********99539 və **********99547 imei kodlu Xiomi Mi 9 markalı telefonunun oğurlanmasını aşkar etmişlər. Sonra polisə müraciət etmişlər. Ona 1.155 azn maddi ziyan dəymişdir. Digər telefon Aslana məxsusdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 04 iyul 2021-ci il tarixdə, saat 15:00 radələrində Bilgəh qəsəbəsində yerləşən «Şəbəkə» adlı istirahət mərkəzinə onunla dincəlmək üçün getmiş, orada əyləşməyə və çörək yeməyə stol-stul pul ödəyib icarəyə götürmüş, sonra saat 16:15 radələrində dənizə çimməyə getmişlər. Saat 17:00 radələrində masaya qayıtdıqda masanın üzərində olan qəhvəyi rəngli dəridən hazırlanmış Səmədə məxsus 40 manat dəyərində əl çantasının və içərisində ona məxsus 700 manat dəyərində Xioami Mİ 11 lite markalı **********30720 və 8612 34 ********* imei kodlu üzərində 5 manat dəyərində *** *** ** **, 5 manat dəyərində 070 *** ** ** nömrəsi olan mobil telefonunun, 300 manat dəyərində üzərində 5 manat dəyərində olan 051 *** ** ** nömrəsi olan **********59265, **********84277 imei kodlu qara rəngli Redmi Note 5 markalı mobil telefonun, 100 manat nağd pulunun və 350 manat dəyərində ona məxsus **********99539 və **********99547 imei kodlu Xiomi Mi 9 markalı üzərində 070 *** ** ** olan 5 manat dəyərində nömrə olan telefonun və 10 manat dəyərində göy rəngli dəridən hazırlanmış içərisində 80 manat olan pul qabının oğurlanmasını aşkar etmişlər. Sonra polisə müraciət etmişlər. Səmədə 1.155 azn ona isə 445 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7529 saylı, 15 noyabr 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd mavi rəngli «Çin» istehsalı olan, «Xaomi 11» markalı, «M2101K9AG» (Mİ 11 Lite) model, 128 GB yaddaş tutumlu, **********30720 və **********0738 İmei kodlu telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasına və yuxarıdakı xüsusiyyətlərini nəzərə alaraq orta bazar qiyməti təxminən 300.00 manat müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 may 2022-cü il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)67/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, «02» (iki) il, «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, təyin olunmuş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs1 üzərində «02» (iki) il, «05» (beş) ay, «26» (iyirmi altı ) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 may 2022-cü il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)67/2022 saylı, 31 yanvar 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu həbsdə olduğu «02» (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, təyin olunmuş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs2 üzərində «01» (bir) il, «11» (on bri) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 04 oktyabr 2023cü il tarixə çəkilməmiş cəzası «02» (iki) il, «04» (dörd) ay, «23» (iyirmi üçün) gün təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 16 oktyabr 2023-cü il tarixə çəkilməmiş cəzası «01» (bir) il, «10» (on) ay, «19» (on doqquz) gün təşkil edir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddələnin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənməsini, onun 2-ci Vətən Müharibəsi iştirakçısı olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 oktyabr 2022-ci il tarixdə tutulmuş və Sabunçu RPİ-in MSY-ə təhvil verilmişdir (səh., 158). Cinayət işinin materiallarında olan 17 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 225). Cinayət işinin materiallarında olan 17 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasınan imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh., 250). Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 oktyabr 2022-ci il tarixdə tutulmuş və Sabunçu RPİ-in MSY-ə təhvil verilmişdir (səh., 161). Cinayət işinin materiallarında olan 17 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 211). Cinayət işinin materiallarında olan 17 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasınan imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh., 254). Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, dəymiş ziyanın ödənilməsini, onun alternativ cəza ilə islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, dəymiş ziyanın ödənilməsini, onun alternativ cəza ilə islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti təqsirləndirilən şəxs X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (hər birindən 25 manat) tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********0 ********* SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 iştirak etdikləri 30 saata görə (hər birinə ayrı-ayrılıqda) 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən «02» (iki) il, «10» (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)67/2022 saylı, 31 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, «02» (iki) il, «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)67/2022 saylı, 31 yanvar 2022-ci il tarixli hökmü ilə nəzərə alınmış «02» (iki) gün və hazırki iş üzrə 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «08» (səkkiz) gün hesablansın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «02» (iki) il, «11» (on bir) ay, «22» (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)67/2022 saylı, 31 yanvar 2022-ci il tarixli hökmü ilə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən «02» (iki) il, «10» (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)67/2022 saylı, 31 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)67/2022 saylı, 31 yanvar 2022-ci il tarixli hökmü ilə nəzərə alınmış «02» (iki) gün və hazırki iş üzrə 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «08» (səkkiz) gün hesablansın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində «02» (iki) il, «11» (on bir) ay, «22» (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 1(008)67/2022 saylı, 31 yanvar 2022-ci il tarixli hökmü ilə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (hər birindən 25 manat) tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********0 ********* SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 iştirak etdikləri 30 saata görə (hər birinə ayrı-ayrılıqda) 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar