Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-201/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi X4, Müdafiəçilər – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – X12 iştirakları ilə, xx xxxxx 1959-cu ildə Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Kirov rayonu, Veteranov prospekti, ev 11, mənzil 169 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X20 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302 saylı evdə yaşadığı zaman qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq onunla qonşuluqda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı ünvanda yaşayan və həmin evin sahibi olan Zərərçəkmiş şəxs sözügedən əmlaka aid olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışının hüquqi qüvvəsində olduğuna məhəl qoymadan həmin sənədin qanuniliyini öz tərəfindən özbaşına təkzib edərək, ünvan 2 ünvanda yerləşən evin özünə məxsus olduğunu iddia edib həmin mülki mübahisəli məsələni qanunla nəzərdə tutulmuş qaydada məhkəmə yolu ilə mübahisələndirmək əvəzinə özbaşınalıq edərək 13 may 2023-cü il tarixdə ətrafda işləyən istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan fəhlənin vasitəsi ilə ünvan 3 ünvanda yerləşən evin hasarının ortasını kəsib sökməklə qapı yeri açdırıb Zərərçəkmiş şəxs 2000 manat məbləğində, 26 may 2023-cü il tarixdə ətrafda işləyən istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan fəhlənin vasitəsi ilə həmin evin darvazasını qaynaqlatdırıb və darvazanın qapısının kilidinin içərisinə mismar salmaqla həmin kilidi yararsız hala salıb Zərərçəkmiş şəxs 1500 manat məbləğində, 27 may 2023-cü il tarixdə həmin evin «COMMAX» markalı domofonunu balta ilə vurub sındıraraq Zərərçəkmiş şəxs 300 manat məbləğində, 02 iyun 2023-cü il tarixdə həmin hasarın bərpa olunmuş sementlənmiş hissəsini özü ilə gətirdiyi linglə və çəkiclə vurub bir neçə hissədə deşərək Zərərçəkmiş şəxs 200 manat məbləğində, vahid niyyətlə əhatə edilən qəsdlə qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olan hərəkətləri ilə Zərərçəkmiş şəxs üçün ümumilikdə 4000 manat məbləğində mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş X11 qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və ailəsi ilə birlikdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Kirov rayonu, Veteranov prospekti, ev 11, mənzil 169 ünvanında yaşayır. Hər ilin yay aylarında ünvan 4 ünvanında yaşayır. Həmin ev ona babasından miras qalmışdır. ünvan 6nə dair rəsmi çıxarış almasa da, qeyd olunan bağ sahəsi ona məxsusdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində təxminən 1 hektar 75 sota yaxın torpaq sahəsi babasına məxsus olmuş, daha sonra qohumlar arasında bölünmüşdür. O, uzun müddət Rusiya Federasiyasında yaşamasına baxmayaraq mütəmadi olaraq onlara məxsus bağ sahələrinə nəzarət etməsi üçün dayısı X10 pul göndərmişdir. X15 onun məlumatı olmadan ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən 302 saylı bağ sahəsindən 12 sot ölçüdə 302A saylı torpaq sahəsi ayıraraq X2. 2014-cü ilin yay aylarında X7 torpaq sahəsini satmasından məlumatı olmuş, Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra dəfərlərlə X21 ilə danışaraq X6 pulunu tələb etməsini, ona məxsus bağ sahəsini geri qaytarmasını bildirmişdir. X21 torpaq sahəsinə dair çıxarışı ona göstərərək torpaq sahəsinin onun mülkiyyətində olduğunu demişdir. 2018-ci il tarixdə X21 qeyd olunan torpaq sahəsini Zərərçəkmiş şəxs satmış, Zərərçəkmiş şəxs torpaq sahəsini aldıqdan sonra hasarın hündürlüyünü dörd mişar hündürlüyündə yüksəltmişdir. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq aldıqları bağ sahəsinin ona məxsus olduğunu, onların aldadıldığını, pullarını geri almalarını bildirmiş, lakin, Zərərçəkmiş şəxs onunla razılaşmamışdır. İttiham aktında, 13 may 2023-cü il tarixdə ətrafda işləyən istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan fəhlənin vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən evin hasarının ortasını kəsib sökməklə qapı yeri açdırdığı, 26 may 2023-cü il tarixdə ətrafda işləyən istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan fəhlənin vasitəsi ilə həmin evin darvazasını qaynaqlatdırıb və darvazanın qapsının kilidinin içərisinə mismar salmaqla həmin kilidi yararsız hala saldığı, 27 may 2023-cü il tarixdə həmin evin «COMMAX» markalı domofonunu balta ilə vurub sındırdığı, 02 iyun 2023-cü il tarixdə həmin hasarın bərpa olunmuş sementlənmiş hissəsini özü ilə gətirdiyi linglə və çəkiclə vurub bir neçə hissədə deşərək Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində mühüm ziyan vurmaqla özbaşınalıq etdiyi göstərilsə də, o, Zərərçəkmiş şəxs məxsus evin hasarını sökdürməmiş, darvazasını qaynaqlatdıraraq darvazanın qapsının kilidini yararsız hala salmamış, evin domofonunu balta ilə vurub sındırmamışdır. O, prokurorluğa etdiyi müraciəti nəticələndikdən sonra hasarı sökdürmək üçün usta axtarmış, lakin, ustalar ev sahibini tanıdıqları üçün hasarı sökməkdən imtina etmişlər. Cinayət işinin ibtidai istintaq zamanı və ya Zərərçəkmiş şəxs tərəfindən ona torpaq sahəsinə dair rəsmi çıxarış təqdim edilməmişdir. Bağ sahələri arasındakı hasardan qapı yeri zərərçəkmiş şəxs tərəfindən o, Rusiya Federasiyasına qayıtdıqdan sonra onun torpağını zəbt etmək məqsədi ilə açılmışıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi X8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evi onlara məxsusdur. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evi 29 aprel 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 65000 manat müqabilində X14 alınmış, Zərərçəkmiş şəxs mülkiyyətinə keçməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə edilmişdir. Qeyd olunan bağ sahəsində daimi yaşamasalar da, sürücüləri Şahid1 mütəmadi olaraq bağa gedərək nəzarət etmişdir. Təqsirləndirilən şəxs X20 qonşuluqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302 saylı bağ evində yaşamış, daim narazıçılıq edərək onlara məxsus bağ sahəsinin babasına aid olduğunu bildirməklə onların bağ evində yaşamalarına mane olmuşdur. Zərərçəkmiş şəxs bağ sahəsinin ona məxsus olmasına dair çıxarışın surətini X16 təqdim etməsinə baxmayaraq X20 bununla razılaşmamışdır. 13 may 2023-cü il tarixdə qonşuluqda yaşayan Slavik adlı şəxs X26ə zəng edərək X12 usta gətirərək hasarların içərisindən qapı üçün nəzərdə tutulmuş yeri sökdürdüyünü bildirmiş, atası sürücüləri Şahid1 bağ sahəsinə getməsini xahiş etmişdir. Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getdiyi zaman, hasarın ortasında qapı üçün nəzərdə tutulmuş yerin söküldüyünü görərək telefonu vasitəsi ilə qeydə alaraq WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə Musa Abdullayevə göndərmiş, X16 öz iradını bildirərək, etdiyin əməlin cinayət olduğunu bildirmişdir. X20 hasarın orta hissəsini özünü sökdürdüyünü etiraf etmişdir. X26 sürücü tərəfindən ona göndərilmiş videogörüntünü anasına göndərərək X12 hərəkətləri barədə polis müraciət etməsini bildirmiş, Zərərçəkmiş şəxs 13 may 2023-cü il tarixdə X12 hərəkətləri barədə Sabunçu RPİ-nin 14-cü PB-yə şikayət ərizəsi ilə müraciət etmişdir. 2023-cü ilin may ayının sonlarında anası sürücü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getmiş, Zərərçəkmiş şəxs açarla qapını açmaq istəmiş, lakin, aça bilməmişdir. Həmin vaxt evin darvazasının üzərində quraşdırılmış «COMMAX» markalı domofonda sındırılmış vəziyyətdə olmuşdur. Onlar bağ sahəsinə daxil olmaq üçün hasarın orta hissəsindən sındırılmış yerdən evin həyətinə daxil olmuş, ətrafa nəzər yetirdikləri zaman evin darvazasının içəri hissədən qaynaqla yapışdırıldığını, qapının kilid yerinə mismar salındığını görmüşlər. Zərərçəkmiş şəxs yaxınlıqda yaşayan Slavik adlı qonşudan darvazanın bu vəziyyətə salınması ilə bağlı məlumatının olub-olmamasını soruşmuş, Slavik 26 may 2023-cü il tarixdə X12 usta gətirərək darvazanı içəri hissədən qaynaqlatdırdığını, 27 may 2023-cü il tarixdə X12 balta ilə qapının üzərinə quraşdırılmış domofonu sındırdığını bildirmişdir. 02 iyun 2023-cü il tarixdə Şahid1 yenidən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getdiyi zaman X12 ling və çəkiclə yenidən bərpa edilmiş hasarı sökdüyünü görmüş, X13 hərəkətlərini sonlandırmasını xahiş etmiş, lakin, X1 əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. X20 hərəkətlərini sonlandırmağı üçün o, telefon vasitəsi ilə baş verənləri videolentə alaraq WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə X26ə göndərmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs yenidən X3suz hərəkətləri barədə Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. X3suz hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. Belə ki, onların şəxsi ailə sürücüsüdür. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evi Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getmədiyi zaman, o, bağ evinə gedərək ağacları sulayır, bağ evinə nəzarət edir. X20 qonşuluqda 302 saylı bağ evində yaşayır. Zərərçəkmiş şəxs bağ evini aldıqdan sonra hasarın hündürlüyünü 4 mişar daşla qaldırmış, hasarın iç və çöl hissələrini sementləmişdir. X20 həmin bağ sahəsinin babasına məxsus olduğunu, Zərərçəkmiş şəxs tərəfindən qanunsuz zəbt edildiyini bildirərək təmir işlərinin aparılmasına narazıçılıq etmişdir. Zərərçəkmiş şəxs bağ sahəsinin ona məxsus olmasına dair çıxarışın surətini X16 təqdim etməsinə baxmayaraq X20 bununla razılaşmamışdır. 13 may 2023-cü il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs əri Musa Abdullayev ona zəng edərək X12 usta gətirərək hasarların içərisindən qapı üçün nəzərdə tutulmuş yeri açdırdığını bildirərək, bağ sahəsinə getməsini xahiş etmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getdiyi zaman, hasarın ortasında qapı üçün nəzərdə tutulmuş yerin söküldüyünü görərək telefonu vasitəsi ilə qeydə alaraq WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə Musa Abdullayevə göndərmişdir. X11 yaxınlaşaraq ondan nə etdiyini soruşmuş, o, X16 öz iradını bildirərək, etdiyin əməlin cinayət olduğunu bildirmişdir. X20 hasarın orta hissəsini özünü sökdürdüyünü etiraf etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs və ərinə məlumat vermiş, onlar usta taparaq sökülmüş hissəni bərpa etdirməsini ondan xahiş etmişlər. Zərərçəkmiş şəxs 13 may 2023-cü il tarixdə X12 hərəkətləri barədə Sabunçu RPİ-nin 14-cü PB-yə şikayət ərizəsi ilə müraciət etmişdir. 2023-cü ilin may ayının sonlarında Zərərçəkmiş şəxs onu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə aparmasını bildirmiş, onlar bağ sahəsinə çatdıqları zaman Zərərçəkmiş şəxs açarla qapını açmaq istəmiş, lakin, aça bilməmişdir. Həmin vaxtı evin darvazasının üzərində quraşdırılmış «COMMAX» markalı domofonda sındırılmış vəziyyətdə olmuşdur. O, bağ sahəsinə daxil olmaq üçün Zərərçəkmiş şəxs ilə birlikdə hasarın orta hissəsindən sındırılmış yerdən evin həyətinə daxil olmuş, ətrafa nəzər yetirdikləri zaman evin darvazasının içəri hissədən qaynaqla yapışdırıldığını, qapının kilid yerinə mismar salındığını görmüşlər. Zərərçəkmiş şəxs yaxınlıqda yaşayan Slavik adlı qonşudan darvazanın bu vəziyyətə salınması ilə bağlı məlumtaının olub-olmamasını soruşmuş, Slavik 26 may 2023-cü il tarixdə X12 usta gətirərək darvazanı içəri hissədən qaynaqlatdırdığını, 27 may 2023-cü il tarixdə X12 balta ilə qapının üzərinə quraşdırılmış domofonu sındırdığını bildirmişdir. Daha sonra onlar qaynaq işini görən ustanı tapmış, usta onlara bildirmişdir ki, darvazanı X12 sifarişi əsasənda qaynaq etmişdir. O, X20 görüşmüş, X20 darvazanı qaynaqlatdırdığını, kilidi yararsız hala saldığını və domofonu sındırdığını etiraf etmişdir. O, növbəti gün usta taparaq darvazanı bərpa elətdirmiş, hasarın sökülmüş hissəsini yenidən hördürmüşdür. O, 02 iyun 2023-cü il tarixdə yenidən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getdiyi zaman X12 ling və çəkiclə yenidən bərpa edilmiş hasarı sökdüyünü görmüş, X13 hərəkətlərini sonlandırmasını xahiş etmiş, lakin, X1 əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. X20 hərəkətlərini sonlandırmağı üçün o, telefon vasitəsi ilə baş verənləri videolentə alaraq WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə Musa Abdullayevə göndərmişdir. Zərərçəkmiş şəxs yenidən X3suz hərəkətləri barədə Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. X3suz hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2006cı ildən etibarən ünvan 5 ünvanında kirayə yaşayır. Zərərçəkmiş şəxs və onun ərini 2018-ci ildən qonşuluqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinin sahibləri kimi tanıyır. X5 qonşuluqda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302 saylı bağ evində yaşayır. X20 mütəmadi olaraq Ramiz Dadaşov və digər qonşularla mübahisə edərək onların yaşadığı bağ evlərinin onun babasına məxsus olduğunu bildirmişdir. 13 may 2023-cü il tarixdə, səhər saatlarında X20 ustaları onun həyətindən keçirərək Zərərçəkmiş şəxs məxsus bağ evi tərəfinə aparmış və sonradan ona məlum olmuşdur ki, o, hasarının orta hissəsini sökdürərək qapı üçün nəzərdə tutulmuş keçid yeri açdırmışdır. X16 yaxınlaşaraq nə baş verdiyini soruşduqda X20 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302 saylı bağ sahəsinin ona məxsus olduğunu, Zərərçəkmiş şəxs bağ sahəsini qanunsuz olaraq aldığını bildirmişdir. O, Musa Abdullayevə zəng edərək baş verənlərlə bağlı məlumat vermiş, X23 Respublikasında olduğunu deyərək sürücünü göndərəcəyini bildirmişdir. Bir müddət sonra sürücü Şahid1 bağ evinə gələrək baş verənləri videogörüntüyə alaraq Musa Abdullayevə göndərmiş, həmçinin, hadisə barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Daha sonra Sabunçu RPİ-nin əməkdaşları tərəfindən hadisə yerində araşdırılma aparılmışdır. 26 may 2023-cü il tarixdə, səhər saatlarında X20 usta gətirərək Zərərçəkmiş şəxs məxsus bağ evinin darvazasını içəri hissədən qaynaqlatdırmış, 27 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus bağ evinin giriş hissəsində quraşdırılmış domofonu sındırmışdır. Şahid1 usta taparaq hasarının orta hissəsində qapı üçün nəzərdə tutulan keçidi daşla hördürüb sementləyərək bərpa etdirmişdir. 02 iyun 2023-cü il tarixdə səsküy səsləri eşidərək evdən çıxmış, X12 özü ilə gətirdiyi ling və çəkiclə Zərərçəkmiş şəxs məxsus bağ evinin hasarın bərpa olunmuş sementlənmiş hissəsini bir neçə hissədən sökdüyünü, Şahid1 hasara qalxaraq mobil telefon vasitəsi ilə X12 hərəkətlərini videolentə aldığını görmüşdür. O, baş verənlərə qarışmayaraq yaşadığı evə geri qayıtmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan AN-İ seriyalı ******* nömrəli, 29 aprel 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X21 ünvan 6 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini Zərərçəkmiş şəxs satmışdır. Cinayət işinin 7-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli 14 may 2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 6 Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli 27 sentyabr 2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 6 X17 adına rəsmiləşdirilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan 08 iyun 2023-cü il tarixli video yazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş, baxış zamanı X12 əlində olan ling və çəkiclə hasarı sökdüyü müəyyən olunmuşdur. Cinayət işinin 42-ci vərəqəsində olan 09 iyun 2023-cü il tarixli götürmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi X12 əlində olan ling və çəkiclə Zərərçəkmiş şəxs evinin hasarını sökdüyü görüntüləri əks etdirən 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin 45-46-cı vərəqəsində olan 10 iyun 2023-cü il tarixli video yazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş, baxış zamanı X12 əlində olan ling və çəkiclə hasarı sökdüyü müəyyən olunmuşdur. Cinayət işinin 102-103-cü vərəqəsində olan 20 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X20 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 iyul 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, X20 əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X20 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302 saylı evdə yaşadığı zaman qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq onunla qonşuluqda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı ünvanda yaşayan və həmin evin sahibi olan Zərərçəkmiş şəxs sözügedən əmlaka aid olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışının hüquqi qüvvəsində olduğuna məhəl qoymadan həmin sənədin qanuniliyini öz tərəfindən özbaşına təkzib edərək, ünvan 2 ünvanda yerləşən evin özünə məxsus olduğunu iddia edib həmin mülki mübahisəli məsələni qanunla nəzərdə tutulmuş qaydada məhkəmə yolu ilə mübahisələndirmək əvəzinə özbaşınalıq edərək 13 may 2023-cü il tarixdə ətrafda işləyən istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan fəhlənin vasitəsi ilə ünvan 3 ünvanda yerləşən evin hasarının ortasını kəsib sökməklə qapı yeri açdırıb, 26 may 2023-cü il tarixdə ətrafda işləyən istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan fəhlənin vasitəsi ilə həmin evin darvazasını qaynaqlatdırıb və darvazanın qapısının kilidinin içərisinə mismar salmaqla həmin kilidi yararsız hala salıb, 27 may 2023-cü il tarixdə həmin evin «COMMAX» markalı domofonunu sındıraraq, 02 iyun 2023-cü il tarixdə həmin hasarın bərpa olunmuş sementlənmiş hissəsini özü ilə gətirdiyi linglə və çəkiclə vurub bir neçə hissədə deşərək Zərərçəkmiş şəxs qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olan hərəkətləri ilə mühüm əmlak ziyanı vurmaqla özbaşınalıq etmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaqında X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X12 “…Zərərçəkmiş şəxs məxsus evin hasarını sökdürməmiş, darvazasını qaynaqlatdıraraq darvazanın qapsının kilidini yararsız hala salmamış, evin domofonunu balta ilə vurub sındırmamışdır......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla X16 cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə X16 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məhkəmədə olan davranışını nəzərə alır və X16 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, X20 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Hazırkı iş üzrə də, mülki iddiaçı 4000 manat məbləğində pul tələb etsə də, eləcə də, ittihamda zərərçəkmiş şəxsə məhz təqsirləndirilən şəxsin qanunsuz özbaşınalıq hərəkətləri nəticəsində 4000 manat məbləğində ziyanın vurulması qeyd olunsa da, vurulmuş ziyanın məbləği barədə sübutlar əlavə edilmədiyindən, məhkəmə tərəfindən mülki iddiaçıya verilmiş vaxt ərzində, mülki iddiaçı tərəfindən bu hal aradan qaldırılmadığından məhkəmə mülki iddianı baxılmamış saxlamalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X16 təyin edlməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. İş üzrə ekspertiza məsrəfi və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-385-cи maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş) manat məbləğində cərimə edilsin. X20 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmün icrası X12 yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-201/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-201/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver