Məhkəmə qərarları › İş №1(008)-201/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-201/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-201/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, tikintidə usta işləmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lerik rayonu, Birkandul kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, ünvansız mənzildə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 avqust 2024-cü il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi yaşayış masivində yerləşən ünvansız fərdi yaşayış evinin plastik pəncərəsini əli ilə güc tətbiq etməklə açaraq qanunsuz olaraq evə daxil olub oradan 01 ədəd 200 manat dəyərində samovar, 01 ədəd 200 manat dəyərində unitac və əl-üz yuyan dəsti, 01 ədəd 200 manat dəyərində hamam duş setini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs5 600 (altı yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 avqust 2024-cü il saat 03 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən yeni tikilinin plastik pəncərəsini əli ilə güc tətbiq etməklə açaraq qanunsuz olaraq evə daxil olub, oradan 1500 manat dəyərində 08 ədəd boz rəngli parça materialdan olan oturacaqları və onun quraşdırılmamış vəziyyətdə olan 1.2/2.5 metr ölçülü masasını, 150 manat dəyərində 01 ədəd açılan yataq dəsti, 100 manat dəyərində 01 ədəd üzəri parça materialdan olan jurnal masasını, hər biri 250 manat olmaqla ümumilikdə 750 manat dəyərində 03 ədəd 8 şamlı, bronz materialından olan çıl-çırağı, 300 manat dəyərində 01 ədəd Türkiyə istehsalı olan ortopedik döşəyi, 50 manat dəyərində «Miller» yazısı olan 36 ölçülü 01 cüt ayaqqabını, 70 manat dəyərində «Adidas» markalı 42 ölçülü 01 cüt idman ayaqqabısını, 60 manat dəyərində 36 ölçülü «Rialli» yazısı olan 01 cüt ayaqqabını, 60 manat dəyərində «Alaia» yazısı olan 36 ölçülü 01 cüt ayaqqabısını, 80 manat dəyərində «Adidas» markalı 42 ölçülü 01 cüt idman ayaqqabısını, 200 manat dəyərində qab-qacaq dəstini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 3320 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 avqust 2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 4-cü Mədən, nömrəsiz fərdi evdə sonuncu ilə söhbət əsnasında Zərərçəkmiş şəxs6 onun xahişi ilə su gətirmək üçün mətbəxə keçdiyini görüb otaqdakı divanın üzərində olan sonuncuya məxsus pul kisəsinin içərisindən 700 manat nağd pu! vəsaitini gizli olaraq talayıb hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 sentyabr 2024-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub oradan 01 ədəd 1500 manat dəyərində darvazanı, 01 ədəd 500 manat dəyərində su çənini, 01 ədəd 400 manat dəyərində su motorunu, 01 ədəd 300 manat dəyərində elektrik kabelini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 2700 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 sentyabr 2024-cü il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub oradan 01 ədəd 1000 manat dəyərində dəmir darvazanı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 sentyabr 2024-cü il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinin pəncərəsini əli ilə güc tətbiq etməklə açaraq qanunsuz olaraq evə daxil olub oradan 1100 manat dəyərində 01 ədəd “Hoffman” markalı paltaryuyan maşını, 1800 manat dəyərində 01 ədəd "Samsung” markalı televizoru, 700 manat dəyərində olan stol-stul dəstini, 150 manat dəyərində 02 ədəd mətbəx stolunu, ümumi dəyəri 900 manat, hər biri 300 manat olan 03 ədəd xalçanı, 600 manat dəyərində qazan və stəkan dəstini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 5250 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamlardan ikisi üzrə özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs5 məxsus evə o, daxil olmamışdır. İstintaq zamanı ona fiziki təzyiq göstərildiyi üçün o, həmin cinayəti törətməsinə dair etirafedici ifadə vermişdir. Zərərçəkmiş şəxs6 aid epizod üzrə də özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs6 evində uzun müddət kirayədə yaşamışdır. Rəsmiyyə özü ona 50 manat pul vermişdir. O, Rəsmiyyənin pul kisəsindən 700 manat pul oğurlamamışdır. Rəsmiyyə ona şər atır. Digər epizodlar üzrə cinayətləri pula ehtiyacı olduğundan o, törətmişdir. Belə ki, 17-18 avqust 2024-cü il tarixində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivinə getmiş və oğurluq etmək üçün əlverişli ev axtarmağa başlamışdır. Bu zaman göy rəngli hündür hasarı olan bir yaşayış evi diqqətini çəkmişdir. Ətrafda heç kim olmadığından hasarın kənarındakı dəmir boru ilə qalxmış və evdə yaşayış olmadığına əmin olduqdan sonra hasardan aşmışdır. Həyətdəki yaşayış evinin böyük plastik pəncərəsindən üzərindəki fənərlə işıq salıb evin içərisinə baxmışdır. Evin içərisində yeni məişət əşyaları olduğunu görüb qərara gəlmişdir ki, əvvəlcədən yük avtomobili tapıb danışsın, sonra gəlib həmin əşyaları oğurlayıb aparsın. Belə ki, Neftçilər metrosunun yanında olarkən **-CP-*** nömrəli Qazel markalı avtomobilin sürücüsü sonradan tanıdığı Anar adlı şəxsə yaxınlaşıb həmin şəxsdən əmlakını daşımağı xahiş etmiş, onun istifadəsində olan mobil nömrəsini almışdır. 19 avqust 2024-cü il tarixdə gecə saat 02 radələrində Atçılıq yaşayış massivinə getmiş, saat təxminən 03 radələrində həmin evin həyətinə hasardan aşmaqla daxil olmuşdur. Ətrafda və evin içərisində heç kəsin olmadığına əmin olduqdan sonra qonaq otağının plastik pəncərəsini güc tətbiq edərək açıb evə daxil olmuşdur. Evin otaqlarına baxmağa başlamışdır. Bu zaman 8 ədəd taxta materialdan olan oturacaq, 1 (bir) ədəd quraşdırılmamış vəziyyətdə olan 1.2/2.5 metr ölçüdə olan masa, açılıb-bağlanan yataq konstruksiyası, 1 (bir) ədəd jurnal masası, 3 (üç) ədəd 8 şamlı çilçıraq, 1 (bir) ədəd ortopedik döşək, 1 (bir) cüt 36 sm ölçülü ayaqqabı, 1 (bir) cüt “Adidas” markalı 42 sm ölçülü idman ayaqqabısı, 1 (bir) cüt 36 sm ölçülü üzərində “Rialli” yazısı olan ayaqqabı, 1 (bir) cüt 36 sm ölçülü “Alaia” yazısı olan ayaqqabı, 1 (bir) cüt “Adidas” markalı 42 sm ölçülü idman ayaqqabısı, xatırlamadığı sayda qab-qacaq dəstini evdən götürmüş və həmin oğurladığı əşyaların bir qismi həcmcə böyük, çəkisi də müəyyən qədər ağır olduğundan evdən hissə-hissə çıxarıb həyətə yığmış, sonra istifadəsində olmuş mobil nömrəsi ilə Anar adlı sürücüyə zəng edib olduğu ünvana gəlməsini və ona məxsus olan əmlakları daşımasını xahiş etmişdir. Özü də oğurladığı əşyaları çətinlikdə də olsa hasardan qarşı tərəfə keçirmiş və küçədə heç kim olmadığına əmin olub yolun kənarına yığmışdır. Sonra isə sürücünü qarşılamaq üçün yola çıxmışdır. Anar adlı şəxs **-CP-*** nömrəli Qazel markalı avtomobillə gəldikdən sonra onunla birlikdə oğurluq etdiyi ünvanın yaxınlığına getmişlər. Küçəyə yığdığı sadaladığı əşyaları avtomobilə yükləmiş və sürücüdən xahiş etmişdir ki, onu Nizami rayonu, Neftçilər metrosunun yanına aparsın. Anar adlı sürücü onu qeyd etdiyi ünvana aparmış, yaxınlıqda olan binanın yanına oğurladığı əşyaları yığmış və sürücüyə xidmət haqqı olaraq 30 manat pulu verib yola salmışdır. Səhər saatlarında əmlakın bir hissəsini yaxınlıqda yerləşən mebel mağazasına, digər hissəsini isə tanımadığı taksi avtomobili ilə Sabunçu bazarına aparıb tanımadığı şəxslərə satmışdır. Həm sürücüyə, həm də satıcılara əmlakların ona məxsus olmasını deyib inandırmışdır. Hətta mebel mağazasına vəsiqəsini də təqdim etmişdir. Lakin yadından çıxdığından sonra gedib əslini götürməmişdir. Ümumilikdə satdığı əmlaklardan 500-600 manat pul əldə etmiş, əldə etdiyi pulları özünün və ailəsinin ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 01 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində darvaza oğurlamaq məqsədilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində “44 Villa” adlanan əraziyə getmişdir. Bir müddət nəzər yetirdikdən sonra yaşayış olmayan bir fərdi ev diqqətini cəlb etmişdir. 02 sentyabr 2024-cü il tarixdə saat təxminən 01 radələri olardı ki, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan keçmək yolu ilə həmin evin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra təkrar evə baxış keçirmiş və bir daha yaşayış olmadığını dəqiqləşdirmişdir. Sonra darvazanı açmış və petləsindən ayırıb yerindən çıxarmışdır. Həyətə baxdıqda su çəni, iki ədəd su motoru və elektrik kabeli olduğunu görüb götürüb kənara qoymuşdur ki, gedəndə aparsın. Sonra darvazanı daşımaq üçün yük avtomobili axtarmaq məqsədilə oradan uzaqlaşmışdır. Səhər saat 07 radələrində Nizami rayonu, 8-ci kilometr qəsəbəsində “Qazel” markalı avtomobilin sürücüsünə yaxınlaşmış və ona məxsus dəmir darvazanın olduğunu və onu başqa bir yerə aparmağa kömək etməyini istəmişdir. Birlikdə darvazanı çıxardığı ünvana getmiş və orada dəmir darvaza, su çəni, iki ədəd su motoru və elektrik kabelini avtomobilə yükləmişlər və Sabunçu rayonu Albablılıq qəsəbəsinə aparmışlar. Darvaza sexinin yaxınlığında darvazanı və digər əşyaları avtomobildən endirmişlər. Orada sexin sahibi ilə təklikdə danışmış və sonuncuya darvazanı satmaq istədiyini bildirmişdir. 200 manat müqabilində dəmir darvazanı sexin sahibi olan Elçin adlı şəxsə satmışdır. Su çəni, su motoru və kabeli isə orada olan tanımadığı şəxslərə ümumilikdə 80 manata satmışdır. “Qazel” markalı avtomobilin sürücüsünə xidmət haqqı olaraq 50 manat pul vermişdir. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. “Qazel” markalı avtomobilin sürücüsünə həmin oğurladığı əmlakların özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa, 03 sentyabr 2024-cü il tarixdə saat 05 radələrində darvaza oğurlamaq məqsədilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində “44 Villa” adlanan əraziyə getmişdir. Bir müddət baxış keçirdikdən sonra yaşayış olmayan bir fərdi ev diqqətini çəkmişdir. Əvvəlcə hasara qalxaraq həyətə boylanmış, həyətdə və evdə kimsənin olmadığına əmin olmuşdur. Sonra hasardan keçmək yolu evin həyətinə daxil olmuşdur. Həyətin darvazasını açmış və darvazanı petlədən ayırıb yerindən çıxarmışdır. Darvazanı yerə qoyduqdan sonra adını bilmədiyi “Qazel” markalı avtomobilin sürücüsünə zəng edərək, ünvanı ona bildirmiş və gəlməyini istəmişdir. Həmin sürücüyə əvvəlcədən bu barədə xəbər vermiş, yeni darvaza qoyacağından köhnəsini satmaq məqsədilə sexə aparmaq üçün onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən bir saat sonra “Qazel” markalı avtomobilin sürücüsü dediyi ünvana gəlmişdir. Sürücü gəldikdən sonra dəmir darvazanı avtomobilə yükləmişlər və verdiyi istiqamət üzrə Ziya Bünyadov prospekti yaxınlığına getmişlər. Həmin gün səhər saat 07 radələrində darvaza sexinin yaxınlığında darvazanı endirib yerə qoymuşdur. Sonra sürücüyə ödəniş etmiş, sonuncu getdikdən sonra çayxanada oturub sexin açılmağını gözləmişdir. Saat 09 radələrində təkrar darvazanı yaxınlığına qoyduğu sexə getmiş, orada sexin sahibi ilə danışmış və ona darvazanı satmaq istədiyini bildirmişdir. 200 manat müqabilində dəmir darvazanı sexin sahibi olan adını bilmədiyi şəxsə satmışdır. Əldə etdiyi pulları özünün və ailəsinin ehtiyaclarına sərf etmişdir. Bundan başqa, 14 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində darvaza oğurlamaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinə getmişdir. Şəhərcikdə “Pətək” marketin arxasında meşəlik adlanan yerə gedib yaşayış olmayan ev axtarmışdır ki, həmin evin darvazasını oğurlasın. Bu zaman evlərdən birinin darvazasının olmadığını görmüşdür. Darvazanın çərçivəsi inşa edilmiş, lakin darvaza qoyulmamışdır. Ətrafa nəzər yetirdikdə kimsənin olmadığını görmüş, evin də işıqları yanmadığından belə qənaətə gəlmişdir ki, evdə yaşayış yoxdur. Evin həyətinə daxil olmuş və evin pəncərəsini əli ilə güc tətbiq edərək açmışdır. Pəncərədən keçmək yolu ilə evin içərəsinə daxil olmuş, evə daxil olduqdan sonra evə baxış keçirmiş və bir daha həmin evdə yaşayış olmadığını görmüşdür. Bundan sonra evdə götürə biləcəyi əşyalara baxmışdır. İlk əvvəl soyuducunu çıxarmaq istəmiş, lakin soyuducu pəncərədən keçmədiyi üçün fikrindən yayınmışdır. Sonra paltaryuyan maşını çıxarmağa çalışmış və paltaryuyan maşını pəncərədən çıxarıb həyətə qoymuşdur. Sonra təkrar evə daxil olaraq evdə olan televizoru, 5 ədəd stulu, 3 ədəd xalçanı, 2 ədəd dəmir stolu, 1 ədəd şüşə stolu, 1 ədəd qazan və stəkan dəstini pəncərədən keçərək həyətə yığmışdır. Pəncərədən çıxa biləcək əşyaları çıxardıqdan sonra əşyaları həyətdən çıxarmaq qərarına gəlmişdir. Çünki kimsə gəlib onu görə bilərmiş. Oğurladığı əşyaları tək başına evdən çıxararaq yaxınlıqda yaşayış və kamera olmayan əraziyə aparmışdır. Yorulduğu üçün təkrar evə qayıtmış və orada qısa müddət dincəlmişdir. 15 sentyabr 2024-cü il tarixdə saat 03 radələrində həmin evdə olan zaman “Qazel” markalı avtomobilinin sürücüsü Şakir adlı şəxsə zəng etmişdir. Əvvəlcədən Şakir adlı şəxsə darvaza aparacaqlarını və ona zəng edəcəyini demişdir. Buna görə də Şakir adlı şəxslə danışdıqda Ramana qəsəbəsi, Şuşa şəhərciyində olduğunu demiş və yanına gəlməsini istəmişdir. Saat 04 radələrində Şakir adlı şəxs “Qazel” markalı avtomobili ilə yanına gəlmişdir. Şakir adlı şəxslə birlikdə oğurladığı əşyaları avtomobilə yükləmişlər. Şakir adlı şəxsə onu Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Bazar” adlanan yerə aparmasını, bu əşyaları ucuz qiymətə aldığını və bazarın yaxınlığında satmağa apardığını demişdir. Sonra həmin ünvana getmişlər və Şakirin köməkliyi ilə əşyaları boşaltmışlar. Şakirə onun xidmət haqqını sonra verəcəyini demiş və onu yola salmışdır. Şakir getdikdən sonra yolun kənarında əşyaları səliqəli şəkildə düzmüşdür. Bu zaman yanına tanımadığı bir qadın gəlmişdir. Həmin qadına evini satdığını, buna görə də indi əşyalarını satdığını demişdir. Həmin qadın ona yaxınlıqda kafedə işlədiyini və ona köməklik edəcəyini demişdir. Həmin qadına 1 ədəd xalça və 1 ədəd qazanı 35 manat müqabilində satmışdır. Sonra başqa bir qadın gəlmiş və 2 ədəd dəmir stolu 10 manat müqabilində ona satmışdır. Sonra başqa bir şəxs gəlmiş və stəkan dəstini 5 manat müqabilində ona satmışdır. Bir neçə dəqiqə sonra başqa bir şəxs gəlmiş və əşyaların qiyməti ilə maraqlanmışdır. Həmin şəxs 220 manat müqabilində paltaryuyan maşını, televizoru, 2 ədəd xalçanı və şüşə stolu ondan almışdır. Biraz keçdikdən sonra başqa bir şəxs gəlmiş və 40 manat müqabilində 5 ədəd stulu ondan almışdır. Ümumilikdə əşyaları satdıqdan sonra 310 manat qazanc əldə etmişdir. Qeyd etdiyi epizod üzrə oğurladığı əşyalar istifadə olunmuş əşyalar olduğundan dəyəri 5000 manat heç olmazdı, ittihamda isə 5250 manat olduğu qeyd edilmişdir. Əldə etdiyi pulları şəxsi və ailəsinin ehtiyaclarına sərf etmişdir. Oğurluq hadisələrini tək etmişdir. Bu işdə ona heç kim kömək etməmişdir. Oğurladığı əşyaları hissə-hissə çölə çıxarmış və avtomobilə yükləyib aparmışdır. Yük avtomobillərinin sürücüləri ilə aralarında yaxın münasibət olmamış, onlar onun oğurluq etməyindən xəbərsiz olmuşlar. Taksi sürücüləri oğurluq əməlindən şübhələnməsinlər deyə həmin əşyaların özünə məxsus olduğunu, bəzən pula ehtiyacı olduğundan satmaq istədiyini, bəzən borcu çox olduğundan satmaq istədiyini bildirmişdir. Həmin sürücüləri şəxsən tanımır. Yalnız Şakir adlı Qazel markalı avtomobilin sürücüsünü tanımışdır. Oğurladığı əşyaları tanımadığı şəxslərə satmış, satanda özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Əşyaların bir hissəsi qaytarılmışdır. Əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən yeni tikili ona məxsusdur. Həmin evinin həyətyanı sahəsi 2.5 sotdur, evi birmərtəbəlidir, kürsülüdür, evinin sahəsi 110 kvadratmetrdir. 18 avqust 2024-cü il tarixdə axşam saat 21 radələrində evə baxış keçirib çıxıb getmişdir. 19 avqust 2024-cü il tarixdə saat 18 radələrində yenidən sözügedən ünvanda yerləşən evinə gələrkən aşkar etmişdir ki, qonaq otağının plastik pəncərəsini açmaq yolu ilə naməlum şəxs evə daxil olmuş, oradan 1500 manat dəyərində 8 ədəd taxtadan hazırlanmış, üzəri parça ilə olan stul, həmçinin onun sökülmüş vəziyyətdə olan 1.2 / 2.5 metr uzunluğu olan masasının, 1 ədəd 150 manat dəyərində açılıb- bağlanan yataq dəstinin, 1 ədəd 100 manat dəyərində jurnal masasının, ümumi 750 manat dəyərində hər birinin dəyəri 250 manat olan 3 ədəd 8 şamlı çıl-çırağın, 01 ədəd 300 manat dəyərində Türkiyə istehsalı olan ortopedik döşəyin, 1 cüt 50 manat dəyərində “Miller” yazısı olan 36 sm ölçülü ayaqqabının, 1 cüt 70 manat dəyərində “Adidas” markalı 42 sm ölçülü idman ayaqqabısının, 1 cüt 60 manat dəyərində “Rialli” yazısı olan 36 sm ölçülü idman ayaqqabısının, 1 cüt 60 manat dəyərində “Alaia” yazısı olan 36 sm ölçülü qadın ayaqqabısının, 1 cüt 80 manat dəyərində “Adidas” markalı 42 sm ölçülü idman ayaqqabısının, 200 manat dəyərində qab-qacaq dəstinin oğurlanmasını aşkar etmişdir. Şübhələndiyi şəxs yoxdur, ona 3320 manat maddi ziyan dəymişdir. Evdən başqa heç nə oğurlanmamışdır. Sadalalan bütün əmlaklar onun vəsaiti hesabına alınmışdır. 3 ədəd qadın ayaqqabısını özü hədiyyə etmək üçün həyat yoldaşına hadisədən 2 gün öncə almışdır. Oğurlanmış əşyaların əksəriyyəti ona qaytarılmışdır. Ona dəymiş maddi ziyan qismən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Şahid1 qohumudur. Əmirxan 2024-cü ilin iyul-avqust aylarında ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində yerləşən evində usta işləyib təmir işləri görmüşdür. Əmirxanla münasibələri yaxşı olmuş, onunla heç bir ədavəti olmamışdır. Əmirxan 13 avqust 2024-cü il tarixdə səhər saatlarında ona zəng edib bildirmişdir ki, ona məxsus evə təmir işlərini davam etdirmək məqsədilə getmiş, qapını açaraq həyətə daxil olduqda evin dəmir barmaqlıqları olmayan plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, evə baxdıqda evdə 01 (bir) ədəd 7 litr həcmində samovar, 01 (bir) ədəd yeni unitac, 01 (bir) ədəd ə!-üz yuyan dəsti, 01 (bir) ədəd hamam duş setinin yerində olmadığı məlum olmuşdur. O da Əmirxana bu barədə gedib inzibati ərazi üzrə polis bölməsinə şikayət etməsini bildirmişdir. Əmirxan sözügedən evində tək işləmiş, onunla başqa usta işləməmiş, sonuncu, sonuncu dəfə 2024-cü ilin avqustun 11-də onun evində işləmiş, axşam evdən çıxanda evin qapısını və pəncərəsini bağlamış, hətta bu barədə ona da məlumat vermişdir. Sonra bir gün, yəni 12 avqust 2024-cü il tarixdə evdə işləməmiş, həmin müddətdə də evində başqa heç kim olmamışdır. Hadisə ilə bağlı şübhələndiyi hər hansı şəxs yoxdur. Ona məxsus evdən oğurlanmış 01 (bir) ədəd 7 litr həcmində samovar, 01 (bir) ədəd yeni unitac, 01 (bir) ədəd əl-üz yuyan dəsti, 01 (bir) ədəd hamam duş seti özünə məxsusdur. Ona məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində yerləşən evindən 01 ədəd 7 litr həcmində samovarın, 01 ədəd unitac və əl-üz yuyan dəstinin, 01 ədəd hamam duş setininin oğurlanması nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ifadənin yerində yoxlanılması zamanı evinə gətirilmişdir. Təqsirləndirilən şəxs darvazanı da oğurlamaq istədiyini digər əşyaları oğurladığından onu apara bilmədiyini qeyd etmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 6 ay bundan əvvəl Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində torpaq sahəsi almış və həmin torpaq sahəsi üzərində fərdi ev tikdirməyə başlamışdır. Evi tikdirib başa çatdırdıqdan sonra evin içərisinə məişət əşyaları alıb qoymuşdur. 15 sentyabr 2024-cü il tarixdə səhər saat 09 radələrində həmin evinə gəlmişdir. Evin həyətinin darvazası olmadığından həyətə girib çıxmaq üçün heç bır maneə olmamışdır. Həyətə daxil olan zaman evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evin pəncərəsinin dəmir barmaqlığı yoxdur. Dərhal evin içərisinə daxil olub baxış keçirdikdə evdə bəzi əşyaların oğurlandığını aşkar etmişdir. Belə ki, evindən 1100 manat dəyərində 01 ədəd "Hoffman” markalı paltaryuyan maşın, 1800 manat dəyərində 01 ədəd "Samsung” markalı televizor, 700 manat dəyərində olan stol-stul dəsti, 150 manat dəyərində 02 ədəd mətbəx stolu, ümumilikdə 900 manat, hər biri təxminən 300 manat olan 03 ədəd xalça, 600 manat dəyərində qazan və stəkan dəstinin oğurlandığı məlum olmuşdur. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gedərək şikayət ərizəsi yazmış və izahat vermişdir. Hadisə ilə bağlı şübhələndiyi hər hansı şəxs yoxdur. Sözügedən evdən oğurlanmış sadaladığı əmlaklar özünə məxsusdur. Oğurlanmış əşyalardan 01 ədəd paltaryuyan maşın, 01 ədəd televizor, 05 ədəd stul və 03 ədəd xalça ona qaytarılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizasının rəyi ilə bağlı bildirir ki, hesab edir ki, əşyaların dəyəri aşağı qiymətləndirilmişdir. Evindən oğurlanmış əşyalar həyat yoldaşının cehiz əşyaları olmuşdur. Onlardan televizoru özü kredit yolu ilə əldə etmişdir. Kredit ödənişlərini nəzərə alaraq onun dəyərini 1800 manat qeyd etmişdir. Qeyd edilən əşyalar 2019-cu ildə əldə olunmuşdur. Əşyaların dəyərini təsdiq edən sənədləri saxlamadığından məhkəməyə təqdim edə bilmir. Əşyaları aldıqları qiymətə uyğun olaraq ibtidai istintaqa onların dəyəri ilə bağlı bir qiymət demişdir. Hesab edir ki, oğurluq hadisəsi nəticəsində ona təxminən 5000-5250 manat arası ziyan dəymişdir. Oğurlanmış əşyaların bir hissəsi ona qaytarılmışdır. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 15 il bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində valideynləri onun üçün torpaq sahəsi alıb həmin torpaq sahəsində ev tikdirmişlər. Sözügedən evin həyət darvazası və giriş qapısı dəmir materialdandır, pəncərələri isə plastik materialdan olmaqla dəmir barmaqlıqları vardır. Ev tikilib hazır olduqdan sonra həmin evdə yaşamamışlar, hazırda da həmin evdə yaşayış yoxdur. Lakin evi nəzarətsiz buraxmamaq üçün bəzən özü, bəzən isə anası Şahid8 gedib evə baş çəkirlər. Sonuncu dəfə həmin evə təxminən iki həftə qabaq gedib baş çəkmişdir. Anası isə sonuncu dəfə evə 29 avqust 2024-cü il tarixdə gedib baş çəkmişdir. Həmin vaxt evin həyət darvazası yerində olmuş, evdən heç bir oğurluq baş verməmişdir. 03 sentyabr 2024-cü il tarixdə səhər saatlarında anası yenidən ona məxsus evə baxmaq üçün getmişdir. Anası ona həmin vaxt zəng edərək evin dəmirdən olan həyət darvazasının yerində olmadığını, oğurlandığını bildirmişdir. Anasına DİN-in 102 xidmətinə zəng etməyini və baş vermiş hadisə barədə məlumat verməyini demişdir. Bundan sonra anası Sevil DİNnin 102 xidmətinə zəng edərək dəmir darvazanın oğurlanması barədə məlumat vermişdir. Sonra anası Sevil Sabunçu RPİ-nin 12-ci PŞ-nə gedərək hadisə barədə şikayət ərizəsi yazaraq izahat vermişdir. Hadisə ilə bağlı şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Hadisə zamanı ona məxsus evdən başqa hər hansı əşya oğurlanmamışdır. Ona məxsus Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evin həyət darvazasının oğurlanması nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Həmin darvaza ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs şikayətçi deyil, ona vurulan ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində fərdi yaşayış evi tikmişdir. Buna baxmayaraq həmin ünvanda yaşamır. Bəzi vaxtlar həmin evə gedərək orada olan vəziyyətlə maraqlanır. Sonuncu dəfə həmin evində təxminən üç gün əvvəl olmuşdur. 02 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində qonşuluqda yaşayan şəxs ona zəng edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində fərdi yaşayış evinin qapısının yerində olmadığını və naməlum şəxs və ya şəxslərin oğurluq məqsədilə evə daxil ola biləcəklərini demişdir. Bu zaman evə baxış keçirmədən DİN-in 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Bundan sonra isə ona məxsus sözügedən ünvana getmişdir. Evə çatan zaman evin həyət darvazasının yerində olmadığını görmüşdür. Sonra isə evin həyətinə və evin içərisinə baxış keçirmişdir. Bu zaman ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi yaşayış evinin 1500 manat dəyərində olan həyət darvazasının, həyətdə olan 500 manat dəyərində olan su çəninin, hər birinin dəyəri 200 manat, ümumilikdə 400 manat dəyərində olan 02 ədəd su motorunun və 300 manat dəyərində isə elektrik kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə ilə bağlı şübhələndiyi hər hansı şəxs yoxdur. Ona məxsus fərdi yaşayış evinin 1500 manat dəyərində olan həyət darvazası, 500 manat dəyərində olan su çəni, hər birinin dəyəri 200 manat, ümumilikdə 400 manat dəyərində olan 02 ədəd su motorunun və 300 manat dəyərində isə elektrik kabelinin oğurlanması nəticəsində ona ümumilikdə 2700 manat maddi ziyan dəymişdir. Ona məxsus fərdi yaşayış evindən oğurlanmış sadaladığı əmlaklar ona məxsusdur. 01 ədəd darvazanı sonradan polis əməkdaşları tapıb ona qaytarmışlar. Lakin, evinin darvazasını dəyişmək istədiyindən həmin darvazanı satmış, satdığı üçün də təqdim edə bilmir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, insult keçirdiyindən və hadisənin üzərindən xeyli vaxt keçdiyindən o, bir çox şeyi xatırlamır. Lakin istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, tanıyır. Belə ki, yaşadığı ünvanda tək yaşayır. Evinin həyətində 5 mənzil inşa etdirib müxtəlif şəxslərə günü 5 manatdan kirayə verir. Təqsirləndirilən şəxs da təxminən 2023-cü ildə ilk dəfə ona müraciət edib evinin həyətindəki otaqda 15 günlük kirayədə yaşamışdır. Təqsirləndirilən şəxsla aralarında normal münasibətlər olmuş, ədavət və düşmənçiliyi olmamışdır. 19 avqust 2024-cü il tarixdə Telman təkrar ona müraciət edib evinin həyətindəki otaqda kirayədə qalmaq istədiyini demişdir. O, razılıq vermiş və sonuncu günü 5 manatdan otaqların birində tək qalmağa başlamışdır. 21 avqust 2024-cü il tarixdə saat 12 radələrində Telman onun yaşadığı evə gəlib siqaret almaq üçün pulu olmadığını, ona 20 manat borc verməyini, həmçinin yaşadığı otaq üçün sərinkeş almaq istədiyini bildirib əlavə olaraq 50 manat pul verməyini xahiş etmişdir. O da Telmana inanıb 70 manat pul vermişdir. Pulu özünə məxsus pul kisəsindən çıxaran zaman Telman pul kisəsinin içərisində 100 və 50 manatlıq əskinazları görmüşdür. 70 manat pulu Telmana verərkən yanlarında evinin həyətində digər otaqda kirayədə yaşayan Ləman olmuşdur. O, pulu verəndən sonra Ləman çıxıb getmişdir. Bundan sonra Telman ondan içməyə sərin su istədiyi üçün onun olduğu otaqdan çıxıb mətbəxə keçmişdir. Az bir müddət sonra geri Telmanın olduğu otağa qayıtdıqda Telmanın otaqda olmadığını görmüşdür. Pul kisəsinin içərisinə nəzər yetirdikdə görmüşdür ki, 6 ədəd 100 və 2 ədəd 50 manatlıq əskinazlar yerində yoxdur. Başa düşmüşdür ki, Telman onun otaqdan çıxmağından istifadə edib gizli olaraq pu! kisəsindən 700 manat pulunu oğurlamışdır. Telmanın pulu pul kisəsindən oğurladığını görməmişdir. Telmandan başqa yaşadığı evdə həmin vaxtı başqa heç kim olmadığı üçün birmənalı olaraq pulunun Telman tərəfindən oğurlanmasına əmindir. Sonradan Telmanla telefonla əlaqə saxlayıb ondan pulunu geri qaytarmasını xahiş etsə də, Telman pulu götürdüyünü etiraf etmiş, lakin müxtəlif bəhanələr gətirib geri qaytarmamışdır. Puldan başqa evindən heç bir əşya oğurlanmamışdır. Ona pulun oğurlanması nəticəsində 700 manat maddi ziyan dəymişdir. Telman pullarını oğurladıqdan sonra onunla telefonla danışdıqda sonuncu Hovsan qəsəbəsində olduğunu bildirmişdir. O da iki dəfə ümumilikdə 40 manat taksiyə pul verib Hovsan qəsəbəsinə gedib qayıtmış, Telman telefonu söndürdüyündən onunla görüşə bilməmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, **-CP-*** dövlət qeydiyyat nişanlı QAZ 330202 yük markalı avtomobili 3 ildən çoxdur ki, idarə edir, bacısı Elnarənin adınadır, lakin ona etibarnamə vermişdir. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Təqsirləndirilən şəxs bu hadisəyədək tanımamışdır. Çox zaman “Xalqlar Dostluğu” Ticarət Mərkəzinin yanında dayanır, müştəri tapıb, onun yüklərini aparıb ünvana çatdırır. 18 avqust 2024 tarixdə saat 14 radələrində ona həmin şəxs yaxınlaşıb Binə Atçılıq deyilən yerdə qardaşının evində olan yükləri aparmaq istədiyini demiş, mobil telefon nömrəsini götürmüş, bir neçə saatdan sonra ona zəng edəcəyini, evdən yükləri götürüb yola salacağını bildirmiş, o da 60 manata həmin şəxslə qiymət razılaşmış, sonuncu əvvəlcə Baksol yoluna gedəcəyini, daha sonra Xalqlar Dostluğu metrosunun yanına gələcəklərini demiş, sonra çıxıb getmişdir. 19 avqust 2024 tarixdə saat 05 radələrində ona zəng etmiş, həmin şəxslə Sabunçu qəsəbəsində görüşmüş, onun dediyi yerə - Binə qəsəbəsi, Atçılıq deyilən yerə getmişlər, orada yeni tikilinin yanında yerdə yığılmış vəziyyətdə olan 8 ədəd taxtadan hazırlanmış, üzəri parça ilə olan stul, həmçinin onun sökülmüş vəziyyətdə olan masasını, açılıb- bağlanan yataq konstruksiyası, 1 ədəd jurnal masasını, 3 ədəd 8 şamlı çıl-çıraq işıqlarını, ortopedik döşəyi, həmçinin təxminən iki ədəd qutuda olan içərisində bilmədiyi əmlakları avtomobilinin yük hissəsinə yığmışlar, ola bilər ki, həmin qutuda ayaqqabılar və qab-qacaq dəstləri olmuşdur. Daha sonra onu Xalqlar Dostluğu ticarət mərkəzinin yaxınlığına gətirmiş, sonuncu özü əmlakları yerə boşaltmış və ona getməyini xahiş etmiş, oraya rayondan avtomobil gələcəyini və oradan özü gedəcəyini demiş, zəhmət haqqını vermişdir. Əmlakların cinayət yolu ilə ələ keçirilməsini bilməmiş, həmin şəxs əmlakları yolun kənarından Atçılıq deyilən yerdən götürmüş, çox güman ki, oğurluq edəndən sonra yaxınlıqdakı yerə yığıb sonra ona zəng edib onu oraya dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, fəhlə işləyib ailəsini dolandırır. İş məqsədilə hər gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yolun kənarında olur. 15 sentyabr 2024-cü il tarixdə həmin ünvanda olmuşdur. Saat 10 radələrində həmin ünvanda tanımadığı bir nəfər şəxsin yolun kənarında bəzi əşyalar satdığını görmüşdür. O və tanışı Turab həmin şəxsin yanına getmiş və satdığı əşyalar barəsində maraqlanmışlar. Həmin şəxs paltaryuyan maşın, televizor, stol, stul, xalça və digər əşyaları satmışdır. Əşyaların qiymətini maraqlanmışlar. Turab 5 ədəd stulu 40 manat müqabilində həmin şəxsdən almışdır. O isə həmin şəxsdən "Samsung” markalı televizor, "Hoffmann” markalı paltaryuyan maşın və 3 ədəd xalçanı 220 manat müqabilində almışdır. Sonra aldıqları əşyaları öz yaşadıqları evə aparmışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aldığı “Samsung” markalı televizorun, “Hoffmann” markalı paltaryuyan maşının və 3 ədəd xalçanın oğurluq olduğunu bilməmişdir. Sonrdan polis əməkdaşları ona yaxınlaşan zaman həmin televizorun, paltaryuyan maşının və xalçaların oğurluq olduğunu bilmiş və evinə gedərək polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, fəhlə işləyib ailəsini dolandırır. İş məqsədilə hər gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yolun kənarında olur. 15 sentyabr 2024-cü il tarixdə həmin ünvanda olmuşdur. Saat 10 radələrində həmin ünvanda tanımadığı bir nəfər şəxsin yolun kənarında bəzi əşyalar satdığını görmüşdür. O və tanışı Akif həmin şəxsin yanına getmiş və satdığı əşyalar barəsində maraqlanmışlar. Həmin şəxs paltaryuyan maşın, televizor, stol, stul, xalça və digər əşyaları satmışdır. Əşyaların qiymətini maraqlanmışlar. Həmin şəxsdən 05 ədəd stulu 40 manat müqabilində almışdır. Tanışı Akif isə “Samsung” markalı televizor, “Hoffmann” markalı paltaryuyan maşın və 3 ədəd xalçanı 220 manat müqabilində almışdır. Sonra aldıqları əşyaları öz yaşadıqları evə aparmışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aldığı 5 ədəd stulun oğurluq olduğunu bilməmişdir. Sonrdan polis əməkdaşları ona yaxınlaşan zaman həmin 5 ədəd stulun oğurluq olduğunu bilmiş və evinə gedərək polis əməkdaşlarına təhvil vermişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Səfəralı oğlu ifadəsində göstərmişdir ki, ona məxsus “Qazel” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ziya Bünyadov prospektində tikinti materialları satılan ərazidə dayanmışdır. Təxminən 2024-cü il sentyabr ayının ortalarında əvvəl adını bilmədiyi bir nəfər şəxs həmin yerdə ona yaxınlaşmış və ona məxsus qapı olduğunu və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki ünvandan götürüb təkrar Ziya Bünyadov prospektinin yaxınlığına gətirəcəklərini demişdir. Həmin şəxslə 50 manat müqabilində razılaşmış və həmin qapını dediyi yerdən götürmüşlər və ünvana aparmışdır. Sonra həmin şəxs onun mobil nömrəsini götürmüş və lazım olan zaman ona zəng edəcəyini demişdir. 15 sentyabr 2024-cü il tarixdə səhər saatlarında həmin şəxs onun mobil telefonuna zəng etmiş və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində gözlədiyini, daşınmalı yüklərin olduğunu demişdir. Saat 05 radələrində həmin şəxsin dediyi ünvana getmişdir. Həmin ünvanda küçə qapısı olmayan evin qarşısında əşyalar olmuşdur. Orada paltaryuyan maşın, televizor, stol, stullar və paketlənmiş halda bir neçə qutu olmuşdur. Həmin şəxs bu əşyaların özünə məxsus olduğunu və Bakıxanov qəsəbəsinə aparacaqlarını demişdir. Həmin əşyaları birlikdə avtomobilə yükləmişlər və dediyi ünvana getmişlər. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yükləri boşaltmışlar və həmin şəxs ona üzərində pul olmadığını, daha sonra ona pul verəcəyini demişdir. Sonra isə həmin yerdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs avtomobilə yüklədiyi əşyaların ona məxsus olduğunu zənn etmişdir. Telman özü də apardıqları həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Sonuncu ona başqa heç bir məlumat verməmişdir. Onun əşyaları haradansa oğurladığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 15 il bundan qabaq Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində oğlu Zərərçəkmiş şəxs3 üçün torpaq sahəsi alıb həmin torpaq sahəsində ev tikdirmişlər. Evin həyət darvazası və giriş qapısı dəmir materialdandır, pəncərələri isə plastik olmaqla dəmir barmaqlıqları vardır. Ev tikdirdikdən sonra həmin evdə yaşamamışlar, hazırda da həmin evdə yaşayış yoxdur. Evi nəzarətsiz buraxmamaq üçün arabir o da gedib evə baş çəkir. Sonuncu dəfə həmin evə 29 avqust 2024-cü il tarixdə gedib baş çəkmişdir. Həmin vaxt darvaza yerində olmuş, evdən heç bir oğurluq baş verməmişdir. 03 sentyabr 2024-cü il tarixdə səhər saatlarında yenidən oğlu Murada məxsus evə baxmaq üçün getmişdir. Ünvana çatdıqda evin dəmirdən olan həyət darvazasının yerində olmadığını aşkar etmişdir. Oğlu Murada zəng edərək bu barədə məlumat vermişdir. Oğlu Murad ona DİN-in 102 xidmətinə zəng etməyini və baş vermiş hadisə barədə məlumat verməyini bildirmişdir. O da DİN-nin 102 xidmətinə zəng edərək dəmir darvazanın oğurlanması barədə məlumat vermiş, bundan sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nə gedərək hadisə barədə şikayət ərizəsi yazmış və izahat vermişdir. Hadisə ilə bağlı şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Hadisə zamanı evdən başqa hər hansı əşya oğurlanmasını aşkar etməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən bir aya yaxındır ki, qohumu Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi yaşayış massivində yerləşən fərdi yaşayış evində usta işləmiş, təmir işləri görmüşdür. Evdə ondan başqa usta işləməmiş, özü tək işləmiş, işlədiyi müddətdə də evə kənar hər hansı şəxs gəlməmişdir. Evdə yaşayış olmadığından Yavər evin açarını ona vermiş, o, evə gələndə qapını özü açmışdır, evdən çıxanda da bağlayıb getmişdir. 13 avqust 2024-cü il tarixdə növbəti dəfə təmir işlərini davam etdirmək üçün evə gəldikdə evin dəmir barmaqlıqları olmayan plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Sonuncu dəfə 11 avqust 2024-cü il tarixdə həmin evdə usta işlədiyi zaman işlərini bitirdikdən sonra pəncərəni və qapını bağlayıb evdən çıxmışdır. Ona görə də pəncərənin açıq vəziyyətdə olduğunu gördükdə evdə oğurluq olmasından şübhələnmiş və bu səbəbdən evin otaqlarına baxmağa başlamışdır. Evdə təmir işləri getdiyindən onsuz da dağınıq vəziyyətdə olmuşdur. Evə baxış keçirdikdə 01 (bir) ədəd 7 litr həcmində samovar, 01 (bir) ədəd yeni unitac, 01 (bir) ədəd əl-üz yuyan dəsti, 01 (bir) ədəd hamam duş setinin yerində olmadığı məlum olmuş və evə naməlum şəxslərin girib oğurluq etdiyinə əmin olmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Hadisədən sonra ev sahibi Zərərçəkmiş şəxs5lə danışdıqda sonuncu oğurlanmış əmlakların dəyərinin ümumilikdə 600 manat olduğunu bildirmişdir. O da Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində izahat verərkən dəymiş ziyanın 600 manat olması barədə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 7 ildir ki, ünvan 8 ünvanda xalası oğlu Süleyman Mirzəyevlə birlikdə mebel mağazasını işlədir. 19 avqust 2024 tarixdə saat 08 radələrində işdə olarkən tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs mağazaya gəlmiş, evinə məxsus əmlakları satmasını bildirmiş, əmlakların 300 metr aralıda olmasını demiş, ondan taksi istəmiş, o da Sübhi Allahyarov adlı şəxsə zəng edib onu çağırmış, həmin şəxsin 8 ədəd stulunu, masasını, jurnal masasını, ortopedik döşəyini, açılıb-bağlanan yataq konstruksiyasını onun mağazasına gətirmişlər, yerdə qalan əmlakını isə sürücü Telmanla birlikdə Sabunçu qəsəbəsinə aparmış, yerdə qalan əmlaka 350 manat pul vermiş, bu qiymətə əmlakı qiymətləndirmiş, sonuncu da razılaşmış, vəsiqəsini götürmüşdür ki, surətini çıxarsın, Telman adlı şəxs isə bir iki saata qayıdacağını demiş, lakin qayıtmamış, polislər 3 gün sonra oraya gəlib hadisəni ona demişlər. Əmlakın oğurluq olmasını bilmir, bir qismini satsa da yerdə qalanını polislərə könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxsla əlbir deyil, əmlakların cinayət yolu ilə ələ keçirilməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Xalqlar Dostluğu metrosunun yanında özünə məxsus VAZ 21041 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı albalı metallik rəngli avtomobili idarə edir, taksi kimi işləyir. Şahid5 8 ildir ki, tanıyır. Renat işlədiyi yerə yaxın yerdə mebel satışı işi ilə məşğuldur, yerlisidir. 19 avqust 2024 tarixdə Renat səhər radələrində ona zəng edib, yaxınlıqda Telman adlı şəxsin əmlakını onun mebel dükanına gətirməyə köməklik etməyini xahiş etmiş, o da Telman adlı şəxsə kömək edib, masa, stul və digər əmlakları avtomobili ilə mağazaya Renatın yanına daşımışdır. Sonra digər əmlakları isə saat təxmini 10 radələrində Telmanın xahişi ilə 15 manata Sabunçu qəsəbəsindəki bazara Telmanla birlikdə aparmış, Hüseyn adlı satıcını iaşə obyektinə düşürtmüşlər. Telman ona və Renata əmlakların özünə məxsus olmasını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 müraciətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 4-cü Mədən, nömrəsiz fərdi evə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-278/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadalıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-153/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 24 günü, hazırki azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əhmədov X4 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Hadisə yerinə baxışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, fərdi evə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. Hadisə yerinə baxışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi evə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; Hadisə yerinə baxışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid8 müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi evə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; Hadisə yerinə baxışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi evə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; Maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin İbrahimov tərəfindən vətəndaş Şahid6 təqdim etdiyi 05 ədəd stul araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin İbrahimov tərəfindən vətəndaş Şahid7 təqdim etdiyi “Samsung” markalı televizor, “Hoffmann” markalı paltaryuyan maşın, 03 ədəd xalça araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-586/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BŞBPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahə nömrəsiz ünvanda vətəndaş Şahid1 məxsus təmir gedən evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri Bakı Şəhər Baş Polis İdarəsinin X1raşdırılmış “NEC-İBW” sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədinin (BƏSİl-nin məlumat bankına daxil olmuş) xx.xx.1986-cı ildə Lerik rayonunda anadan olmuş, vətəndaş Təqsirləndirilən şəxs əlinin sağ şəhadət barmağı 01 dəfə (plastik pəncərə üzərindən götürülmüş), sağ orta barmağı 01 dəfə (plastik pəncərə üzərindən götürülmüş) əksləri ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. Hadisə yerinə baxışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, fərdi yaşayış evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; Könüllü təqdim etmə, baxış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Ruslan” mebel mağazasına baxış keçirilmiş, baxış zamanı mağazada 01 ədəd jurnal masası, 01 ədəd çarpayı, 01 ədəd birnəfədik matras, 04 ədəd oturacaq, 01 ədəd masa, bundan başqa, 01 ədəd 8 şamlı çil-çıraq, 01 ədəd üzərində “MİSS MİLLER” yazısı olan gümüşü rəngli ayaqqabı, 01 ədəd qara rəngli üzərində “ALAİA” yazısı olan qadın ayaqqabısı, 01 ədəd adsız idman ayaqqabısı, 01 ədəd “RİALLİ” yazısı olan idman ayaqqabısı, 01 ədəd ağ rəngli “Adidas” markalı kişi ayaqqabısı, 03 ədəd kişi yay ayaqqabısı, 01 ədəd kişi qış ayaqqabısı və 03 ədəd dəmir tort bişirmə qabları götürülmüşdür. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7754 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 02 adda malların istifadədə olmamış vəziyyətdə 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 410,00 manat müəyyən edilir. Digər 04 adda mallar haqqında yerli internet saytlarında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus əmlaklar maddi sübut hesab edilmiş və zərərçəkənə saxlanması üçün qaytarılmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 04 ədəd boz rəngli parça materialından olan oturacaqlar, 01 ədəd masa, 01 ədəd 8 şamlı bronz materialından olan çilçıraq, 03 ədəd kişi və 02 ədəd qadın ayaqqabısı, 01 ədəd jurnal masası, 01 ədəd açılıb-bağlanan yataq konstruksiyası ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, məhkəmə baxşınadək saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs4 qaytarılmış, 01 ədəd həyət darvazası, 01 ədəd “Hoffman” markalı paltaryuyan maşın, 01 ədəd "Samsung” markalı televizor, stol-stul dəsti, 03 ədəd xalça, 03 ədəd dəmir tort bişirmə qabları ibtidai araşdırma zamanı əldə edilərək qanuni sahiblərinə qaytarılmış, cinayət işi üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN BŞBPİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Zərərçəkmiş şəxs5 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli 49/2-14216/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da Sabunçu RPİ-nin MSY-nə təhvil verildikdə üzərinə, bədəninə təlimata uyğun tam baxış keçirilmiş və akt tərtib edilmişdir. Məktuba əlavə olunmuş aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs MSY-nə gətirildikdə üzərinə baxış keçirilmiş və xəsarət aşkar olunmamışdır. AR ƏN PX-in Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə PXin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Tibbi kitabçanın surətindən görünür ki, həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda xəsarət almadığını bildirmiş, baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində isə üst dodaq haşiyəsində, sağ bazunun arxa səthində köhnə çapıq toxuması aşkar olunduğu qeyd edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etmeməklə mehkeme ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.), daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, müəssisələrin, qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların), kreditor borcların və diger öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və diger aktivlərin, təbii sərvətlərin, dəymiş zərərin, eldən çıxmış mənfəətin və risklərin, xidmətlərin, eləcə de digər qiymətləndirmə obyektlərinin qiymətinin müəyyən edilməsi ilə bağlı Mərkəzə ekspertizalar təyin olunduğu halda həmin qərarlar icra edilmədən geri qaytarılacaqdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərarı əsasında "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs2 məxsus əmlakların bazar dəyərinin müəyyən edilməsi barədə tərtib edilmiş hesabatdan görünür ki, “Hoffman” markalı paltaryuyan maşının qiyməti 150 manat, “Samsung” markalı TV qiyməti 180 manat, 5 ədəd stulun qiyməti bir ədədi 30 manat olmaqla 150 manat, 1 ədəd xalçanın qiyməti 80 manat, 2 ədəd xalçanın qiyməti 1 ədədi 100 manat olmaqla 200 manat ümumilikdə isə Zərərçəkmiş şəxs2 məxsus əmlakların bazar dəyərinin 760 manat təşkil etdiyi qeyd edilmişdir. Qiymətləndirici şirkətə ödənilməli olan məbləğin isə 150 manat olduğu göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda, yəni 5250 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus evdən oğurlanmış.əmlakların dəyərinin 5000 manat olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq göstərmişdir ki, evindən oğurlanmış əşyalar həyat yoldaşının cehiz əşyaları olmuşdur. Onlardan televizoru özü kredit yolu ilə ədlə etmiş, kredit ödənişlərini də nəzərə alıb onun dəyərini 1800 manat qeyd etmişdir. Qeyd edilən əşyalar 2019-cu ildə əldə olunmuşdur. Əşyaların dəyərini təsdiq edən sənədləri saxlamadığından məhkəməyə təqdim edə bilmir. Əşyaları aldıqları qiymətə uyğun olaraq ibtidai istintaqa onların dəyəri ilə bağlı təxmini bir qiymət demişdir. Hesab edir ki, oğurluq hadisəsi nəticəsində ona təxminən 5000-5250 manat arası ziyan dəymişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs oğurlanmış əmlakların dəyəri ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən və özünün də bildirdiyi kimi əşyaların dəyərini onları aldığı qiymətə uyğun təxmini bir qiymətlə dəyərləndirməsini, televizorun kreditlə alınmasını nəzərə alıb yüksək qiymət deməsini, əşyaların 2019-cu ildə alınmasını nəzərə alaraq hesab edir ki, ittihamda qeyd edilən məbləğ, yəni 01 ədəd “Hoffman” markalı paltaryuyan maşının 1100 manat dəyərində, 01 ədəd "Samsung” markalı televizorun 1800 manat dəyərində, stol-stul dəstinin 700 manat dəyərində, 03 ədəd xalçanın 900 dəyərində olması ağlabatan deyil. Bundan başqa qiymətləndirici təşkilat tərəfindən tərtib edilmiş rəydən də görünür ki, qiymətləndirmə zamanı uyğun satışların müqayisəsi metodundan istifadə olunaraq yuxarıda qeyd edilən əşyaların dəyəri ümumilikdə 760 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, istənilən əşyanın əldə ediləndən sonra istifadə olunması nəticəsində dəyərinin düşməsi nəzərə alınaraq təqsirləndirilən şəxsə elan edilmiş ittihamda oğurlanmış əmlakların dəyərinin məhz zərərçəkmiş şəxsin həmin əşyaları əldə etdiyi qiymət əsasında müəyyən olunması və bu cür müəyyən etmənin nəticəsində təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşdırılaraq xeyli miqdarda ziyan vurma ittihamının elan edilməsi açıq-aşkar ədalətsiz olmaqla qanunvericiliyin tələbinə ziddir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarına əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər Bundan başqa AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Talanmış əmlakın qiymətinin ekspert rəyi əsasında müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzi artıq əşyaların qiymətinin müəyyən edilməsi ilə bağlı eskpertizaları həyata keçirmədiyindən qiymətləndirimə təşkilatının əşyaların dəyərinin müəyyən olunması ilə bağlı tərtib etdiyi hesabat, nə qədər ki, onun əksini təsdiq edən sübut təqdim olunmayıb mötəbər sübut kimi qəbul edilməlidir. Əks yanaşma, yəni yalnız zərərçəkmiş şəxsin bildirdiyi məlumatlara uyğun olaraq ittihamın həcminin müəyyən olunaraq təqsirləndirilən şəxsə ittiham elan olunması ehtimal əsasında qərar qəbul edilməsinə gətirib çıxarar ki, bu da təqsirsizlik prezumpsiyasının tələblərinə ziddir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinə daxil olaraq oğurladığı 01 ədəd “Hoffman” markalı paltaryuyan maşının dəyəri 150 manat, 01 ədəd "Samsung” markalı televizorun dəyəri 180 manat, stol-stul dəstinin dəyəri 150 manat, 02 ədəd mətbəx stolunun dəyəri 150 manat, 2 ədəd xalçanın dəyəri 200 manat, 1 ədəd xalçanın dəyəri 80 manat, qazan və stəkan dəstinin dəyəri 600 manat olmaqla əşyaların oğurlanması nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın miqdarının 1510 manat olması müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələrinin və iş üzrə digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanın miqdarının 1510 manat olması öz təsdiqini tapdığından onun əməli yuxarıda sadalanan normalar nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə əhatə olunduğundan ona verilmiş ittihamdan CM-nin 177.2.4-cü maddəsi xaric edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 38-ci bəndində qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 münasibətdə oğurluq cinayətini törətməməsinə dair mövqeyini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BŞBPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahə nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs5 məxsus evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin Təqsirləndirilən şəxs aid olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini ona fiziki təzyiq göstərilməsini bildirdiyi üçün Sabunçu RPİ-nə və Bakı İstintaq Təcridxanasına müvafiq sorğular verilmişdir. Həmin sorğulara daxil olmuş cavablardan da görünür ki, Sabunçu RPİ-nin MSY-nə daxil olan zaman təqsirləndirilən şəxsin üzərində xəsarət aşkar olunmamış, Bakı İstintaq Təcridxanasına daxil olan zaman müayinə olunaraq bədən səthində köhnə xəsarət olması qeyd edilmişdir. Təqsirləndirilən şəxsin dəlilləri məhkəmə istintaqı zamanı yoxlanılarkən öz təsdiqini tapmadığından, iş üzrə toplanmış sübutlarla onun həmin epizodlar üzrə də təqsirli olduğu müəyyən edildiyindən, təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən iki epizod üzrə özünü təqsirli bilməməsinə dair ifadəsinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğurluq əməlləri CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadalıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-153/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 24 günü, hazırki azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslərdən dördünün şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmalı, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM- 65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.5-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 04 ədəd boz rəngli parça materialından olan oturacaqların, 01 ədəd masanın, 01 ədəd 8 şamlı bronz materialından olan çilçırağın, 03 ədəd kişi və 02 ədəd qadın ayaqqabısının, 01 ədəd jurnal masasının, 01 ədəd açılıb-bağlanan yataq konstruksiyasının qanuni sahibi Zərərçəkmiş şəxs4, 01 ədəd həyət darvazasının, 01 ədəd “Hoffman” markalı paltaryuyan maşının, 01 ədəd "Samsung” markalı televizorun, stol-stul dəstinin, 03 ədəd xalçanın, 03 ədəd dəmir tort bişirmə qablarının ibtidai araşdırma zamanı əldə edilərək qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN BŞBPİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Zərərçəkmiş şəxs5 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri və istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək göstərdiyi hüquqi yardıma görə sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 04 ədəd boz rəngli parça materialından olan oturacaqların, 01 ədəd masanın, 01 ədəd 8 şamlı bronz materialından olan çilçırağın, 03 ədəd kişi və 02 ədəd qadın ayaqqabısının, 01 ədəd jurnal masasının, 01 ədəd açılıbbağlanan yataq konstruksiyasının, 01 ədəd həyət darvazasının, 01 ədəd “Hoffman” markalı paltaryuyan maşının, 01 ədəd "Samsung” markalı televizorun, stol-stul dəstinin, 03 ədəd xalçanın, 03 ədəd dəmir tort bişirmə qablarının qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN BŞBPİnin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Zərərçəkmiş şəxs5 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri və istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək göstərdiyi hüquqi yardıma görə sərf etdiyi 24 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 144 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdən isə sərf etdiyi 20 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 220 manat məbləğində vəsait, cəmi 364 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (X3 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar