Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-203/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, A.Daşarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Daşarx kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,099 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı Sabunçu RPİ-nin ibzibati ərazisi hesab edilən ünvan 1 ünvanına daşıyıb yataq otağında saxlamış, həmin qurudulmuş marixuananın 0,072 qramını bir ədəd papiros formasında düzəldilmiş kağız borucuqda Abşeron rayonu Məmmədli qəsəbəsi Ə.Əliyev küçəsinə daşımış, Sabunçu RPİ-nin NMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 06 iyul 2023-cü il tarixdə saat 15:55-də Abşeron rayonu Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd papiros formasında düzəldilmiş kağız borucuqda tütün və təmiz çəkisi 0,072 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, əməliyyat axtarış tədbirləri davam etdirilməklə ünvan 1 ünvanında keçirilmiş axtarış zamanı yataq otağında dolabın üzərindəki qutudan bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 5,817 qram və bir ədəd papiros formasında düzəldilmiş kağız borucuqda tütün və təmiz çəkisi 0,210 qram olan eyni tərkibli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ev itləri saxlayır və ev itlərini tez-tez yaşadığı Məmmədli qəsəbəsinin ərazisində gəzdirmək üçün çıxarır. Sonuncu dəfə də həmin itləri 06 iyul 2023-cü il tarixdə səhər saat 08.00 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində gölün kənarında gəzdirərkən gölün kənarındakı torpaq yolun üzərində qırmızı dördkünc qutu görmüş, həmin qutu onda maraq oyatdığından özü ilə götürmüşdür. İtləri biraz gəzdirdikdən sonra yaşadığı evə dönmək fikrinə gəlmiş, evə gəlib çatdıqdan sonra gəzinti zamanı tapdığı qırmızı qutunun açıb içinə baxmışdır. O, həmin qutunu açmış və içərisində 3 ədəd bükülmüş şəkildə siqaret və 1 ədəd açıq şəffaf sellofana bükülmüş quru ota bənzər maddənin olmasını görmüşdür. O, ilk öncə həmin 3 ədəd bükülmüş bağlamada olan maddəni siqaret zənn edib çəkmiş, həmin vaxt bilmişdir ki, çəkdiyi siqaret deyil “nəşə” kimi bildiyi marixuanadır. Bundan sonra qırmızı qutunun içərisində qalan 2 ədəd bükülmüş vəziyyətdə içərisində marixuana olan siqaretin birini götürüb əynində olan idman şalvarının cibinə qoymuş, həmin gün saat 15-16 radələrində içərisində marixuana olan siqareti çəkmək üçün yaşadığı binanın blokuna çıxmışdır. O, siqaretdən istifadə etmək istəyərkən 2 nəfər tanımadığı şəxs yanından keçərkən ona təəccüblə baxmış, daha sonra həmin şəxslər ona yaxınlaşıb çəkdiyi maddənin nə olduğunu soruşmuş, o da çəkdiyinin siqaret olduğunu demişdir. Sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olmalarını deyib onu 15-ci PB-yə dəvət etmişlər. O da etiraz etməmiş və içərisində marixuana olan siqareti əynində olan idman şalvarının sağ yan cibinə qoymuşdur. Polis bölməsində xidməti otaqlardan birində ona hüquq, vəzifələri izah olunmuş, ona vəkil təqdim olunmuş, daha sonra videoçəkilişlə onu tutub gətirən polis əməkdaşlanın iştirakları ilə polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, olduğu halda könüllü təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, şalvarının sağ cibinə qoyduğu içərisində marixuana olan 1 ədəd siqaret kağızına bükülmüş maddəni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə hesab edilən marixuanadır. Həmçinin sorğu zamanı o, bildirmişdir ki, yaşadığı ünvanda siqaretə doldurulmuş və büküm halında olan marixuana vardır. 15-ci PB-nin təhqiqatçısı tərəfindən ondan aşkar olunan siqaretə doldurulmuş formada olan marixuana zərfə qoyularaq qablaşdırılmış və üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Daha sonra polis əməkdaşları ona bildirmişlər ki, evdə narkotik vasitə marixuana saxlaması ilə bağlı evinə də baxış keçirməlidirlər. O da etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 2 ünvanına getmiş, mənzilinə çatan zaman ona bildirilmişdir ki, evində videoçəkilişlə baxış keçiriləcəkdir. Bundan sonra yaşadığı ünvanda blokdan başlayaraq video çəkiliş ilə evinə baxış keçirilmiş, bundan sonra o, mənzilə daxil olmuş, mənzilə daxil olanda yataq otağında keçmişlər. O, yataq otağında dolabın üzərində tapdığı qırımızı rəngli qutunun içərisində olan 1 ədəd siqareti və 1 ədəd sellofana bükülmüş olan quru ot maddəsini polis əməkdaşlarına təqdim etmiş, təqdim olunan narkotik vasitələr qablaşdırılmış və evinə baxış keçirildikdən sonra protokol tərtib edilmişdir. Protokolu və qablaşdırılmış zərfi iştirakçılar imza etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 06 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində və yaşadığı evdə saxlaması, istifadəsinə dair məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılaraq əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Həmin gün saat 15:55-də Abşeron rayonu Məmmədli qəsəbəsi Ə.Əliyev küçəsində Təqsirləndirilən şəxs saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. 15-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan edilmiş əşya və ya predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd siqaret kağızına bükülmüş maddəni təqdim etmiş və bildirmişdir ki, siqaret kağızına bükülmüş maddə narkotik vasitə marixuanadır. Bundan başqa sorğu zamanı Təqsirləndirilən şəxs marixuananın bir hissəsinin də yaşadığı ünvanda, siqaretə doldurulmuş və büküm halında olmasını demişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunan siqaretə doldurulmuş formada olan marixuana zərfə qoyularaq qablaşdırılmış və şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokola və qablaşdırılmış zərfə Təqsirləndirilən şəxs və iştirakçılar imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs bildirilmişdir ki, evində narkotik vasitə marixuana saxlaması ilə bağlı sonuncunun evində axtarış aparılmalıdır. Təqsirləndirilən şəxs da etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs o, Şahid1 və Anar Məmmədovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda blokdan başlayaraq video çəkiliş ilə sonuncunun evinə axtarış keçirilmiş, mənzilə daxil olanda yataq otağında keçilmiş, yataq otağında Təqsirləndirilən şəxs dolabın üzərində tapdığı qırımızı rəngli qutunun içərisində olan 1 ədəd siqareti və 1 ədəd sellofana bükülmüş olan quru ot maddəsini təqdim edərək bildirmişdir ki, həmin maddələr marixuanadır. Bundan sonra aşkar olunan narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 8-ci vərəqəsində olan 06 iyul 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqəsində olan şəxsi axtarış və götürülmə aparılması barədə 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd siqaret formasında doldurulmuş quru ot narkotik tərkibli qurudulmuş marixuana bitkisinə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 33-34-cü vərəqəsində olan axtarış və götürülmə aparılması barədə 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs mənzilin giriş hissəsindən sağda yerləşən yataq otağında künc tərəfində olan balaca dolabın üzərində açıq qırmızı rəngli qutunu təqdim etdi. Qutuya baxış keçirilərkən içərisində bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə və bir ədəd siqaret formasında doldurulmuş açıq yaşıl rəngli, qurudulmuş vəziyyətdə olan narkotik vasitəyə bənzər ot kütləsi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 70 (yetmiş) manat müəyyən edilmişdir. Cinayət işinin 45-46-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 3-16-16/2-7/971 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs evində aşkar olunmuş maddələr” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 5,817 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin zərfdə olan 1 ədəd papiros formasında düzəldilmiş kağız borucuqda tütün və təmiz çəkisi 0,210 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd maddi sübut ......” yazı imzalar olan zərfdə 1 ədəd papiros formasında düzəldilmiş kağız borucuqda tütün və təmiz çəkisi 0,072 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 5,949 qramdır. Cinayət işinin 81-84-cü vərəqələrində olan 08 iyul 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Əli Əhmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 85-86-cı vərəqələrində olan 08 iyul 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 114-115-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 12 dekabr 2023-cü il tarixli, 8136 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərin aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 117-124-cü vərəqəsində olan 14 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs və mənzilindən aşkar edilərək götürülmüş, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq qalmış iki ədəd papiros formasında düzəldilmiş kağız borucuqda və bir ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 5,949 qram narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə və mənzilinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxsnun azadlığının 06 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmamalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq qalmış iki ədəd papiros formasında düzəldilmiş kağız borucuqda və bir ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 5,949 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış qalıq qalmış iki ədəd papiros formasında düzəldilmiş kağız borucuqda və bir ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 5,949 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-203/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-203/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver