Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-204/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-X2, 07 saylı vəkil bürosunun vəkili Cəfərli Cəfər Südeyüb oğlunun iştirakı ilə xx xxx 1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Nadir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Nadir oğlu 02 mart 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir bükümdə təmiz çəkisi 0.151 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 20 manata əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəh., Sabunçu RPİ-in 42-ci PB-in əməkdaşlarının Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölməyə gətirilmiş, Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib, üzərində saxladığı şəxsi istehlak miqdarindan artıq miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 0.151 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşlari tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Nadir oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroini Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsində, qəbəbənin mərkəzində yerləşən dayanacaqda çox vaxt üzdən tanıdığı, lakin adını, soyadını, ünvanını və əlaqə vasitələrini bilmədiyi bir şəxsdən almışdır. xx xxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində narkotik vasitə almaq üçün Bilgəh qəsəbəsinə dayanacağa tərəf getmişdir. Həmin adamı orada görüb həmin şəxsə 20 manat pul vermiş, ondan bir büküm narkotik vasitə olan heroin almış və Nardaran qəsəbəsinə getmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəh., Nardaran qəsəbəsi, Bağlar massivində narkotik vasitəni qəbul etmək üçün münasib yer axtararkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmiş, qanunsuz olaraq narkotik vasitə əldə və saxlamaqda şübhəli bilindiyindən onu Sabunçu RPİ-in 42-ci PB-nə aparmış, üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı o və sonra polis əməkdaşları özlərini təqdim etmişlər, ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımağa görə şübhəli bilindiyindən üzərində olan əşyalara baxış keçiriləcəyini bildirmişlər. O, artıq ifşa olunduğunu görüb üzərinə baxışın keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları ondan üzərində hər hansısa qanunsuz əşyanın olub-olmamasını soruşarkən, o, əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb polis əməkdaşlarının yanında stola qoymuşdur. Polis əməkdaşları ondan həmin bükülüdə nə olduğunu və haradan əldə etdiyini soruşarkən o, həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu, səhər tezdən Bilgəh qəsəbəsində üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baxşalıyev Tamerlan Arzu oğlu ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu RPİ-in 42-ci PB-in CA xidməti üzrə əməliyyat müvəkkili vəzifəsində vəzifəsində xidmət edir. «Vaqif» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanması ilə məşğul olması barədə işlədiyi Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Vaqif» adlı şəxsi cinayət başında ifşa etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə ondan və Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra keçirilmiş tədbirlər nəticəsində saat 09:30 radələrində Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində zahiri əlamətləri «Vaqif» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, Vaqifi 42-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə Polis Bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təhqiqatçı şəxsin üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol qabaq cibindən bir ədəd siqaretin göy-ağ rəngli kağızına bükülmüş maddələri təqdim etmişdir. Təhqiqatçı həmin maddənin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu və həmin maddələri həmin gün Sabunçu rayonu, Bilgəh qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, olan «Vaqif» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanması ilə məşğul olması barədə işlədiyi Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Vaqif» adlı şəxsi cinayət başında ifşa etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə ondan və Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra keçirilmiş tədbirlər nəticəsində saat 09:30 radələrində Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində zahiri əlamətləri «Vaqif» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, onu 42-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb Polis Bölməsinə gəlmiş və bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təhqiqatçı şəxsin üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirmişdir. Vaqif də əynində olan qara rəngli şalvarın sol qabaq cibindən bir ədəd siqaretin göy-ağ rəngli kağızına bükülmüş maddələri təqdim etmişdir. Təhqiqatçı həmin maddənin nə olduğunu soruşduqda, Vaqif həmin maddənin narkotik vasitə olan heroin olduğunu və həmin maddələri həmin gün Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06/07 saylı, 02 mart 2020-ci il tarixli sintetik narkotik vasitələrin tədqiqat metodikasının narkotik və psixotrop maddələrin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Qafarov Vaqif Nadir oğlunun üzərindən aşkar olunmuş götürülmüş…» yazısı olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0.151 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi 0.151 qram, sərf edildi 0.05 qram, qalıq 0.101 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 885 saylı, 03 aprel 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Nadir oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 tərəfindən xx xxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nadir oğlu Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 02 il, 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndanməhrum edilməklə, 02 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 66.4, 67.5-ci maddələri ilə təqsirli bilinib, 02 il, 06 ay müddətinə nəqliyyatvasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində 28 may Respublika günü münasibətilə amnistiyanın elan edilməsi haqqında 2016-cı il tarixli qərarının 2.5-ci bəndi tətbiq olunmaqla Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 02 il, 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndanməhrum edilməklə, 02 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının əsascəza hissəsindən azad edilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmır. Beləliklə, Təqsirləndirilən şəxs Nadir oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldəetmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs Nadir oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Nadir oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emaletmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Nadir oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Nadir oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Nadir oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,11). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Nadir oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 47). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)111/20120 saylı, 06 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Qafarov Vaqif Nadir oğlu barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,71). Məhkəmə, Qafarov Vaqif Nadir oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Qafarov Vaqif Nadir oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Qafarov Vaqif Nadir oğlunun cəza çəkmə müddətinin başlanğıcı «02»mart 2020-ci il tarixdən hesablanmalıdır. Qafarov Vaqif Nadir oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.101 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Nadir oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********0000003944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Nadir oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Nadir oğluna Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Nadir oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Nadir oğlunun cəza çəkmə müddətinin başlanğıcı «02» mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Nadir oğluna cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.101 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********0 ********* SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Nadir oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-204/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-204/2020
27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver