Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-205/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 2000-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Əsrik Ə/D, Çorman kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 noyabr 2024-cü il tarixdə saat 23.00 radələrində ünvan 2 ünvanında dayanmış Zərərçəkmiş şəxs məxsus olan “Kamaz 5320” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin yan hissəsində avtomobilə quraşdırılmış vəziyyətdə olan hər birinin dəyəri 280 manat olan 02 ədəd “İnci Akü 12 v 190 ah” markalı akkumlyatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 560 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. 01 noyabr 2024-cü il tarixdə saat 23.00 radələrində ünvan 2 ünvanında gəzərkən dayanmış vəziyyətdə olan “Kamaz” markalı 31- BG-701 dövlət nömrə nişanlı avtomobilin sahibsiz olduğunu görüb həmin yük avtomobilinin akkumlyatorlannı oğurlamaq qərarına gəlmişdir. Ətrafında kimsənin olmadığına və hər hansı bir şəxsin onu görmədiklərinə əmin olduqdan sonra avtomobilə yaxınlaşıb avtomobilin yan hissəsində quraşdırılmış vəziyyətdə olan 02 ədəd akkumlyatoru açıb oğurlamış və akkumlyatorları həmin ünvanda biraz aralıda gizlətmişdir. Kənara çıxıb gəzən zaman orada tanışı Ruslanı görüb onunla bir qədər söhbət etmiş və söhbət zamanı Ruslana demişdir ki, dayısı satmaq üçün ona iki ədəd akkumlyator verib və gec olduğundan akkumlyatorları sata bilmir. Sonra Ruslandan həmin akkumlyatorları onun yaşadığı evin həyətində səhərə kimi qalmasını xahiş etdikdə Ruslan da buna etiraz etmədiyindən onun özü taksi sifariş vermiş və taksi gəldikdən sonra iki ədəd akkumlyatoru taksiyə yükləmiş və sonra taksi ilə Ruslanın yaşadığı Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki evinə getmişlər. Akkumlyatorları maşından Ruslanın yaşadığı evin həyətinə daşımışlar. Daha sonra o, çıxıb getmişdir. 02 noyabr 2024-cü il tarixdə səhər saat 09-10 radələrində taksi ilə Ruslanın yaşadığı evə gəlmiş və Ruslanı küçəyə çağırmışdır. Daha sonra Ruslan gəlmiş və həyətdə iki ədəd akkumlyatoru çıxarıb maşına yüklədikdən sonra maşınla akkumlyatorları Ramana qəsəbəsi, Gülçülük yaşayış sahəsində fəaliyyət göstərən əlvan metal qəbulu məntəqəsinə aparmışlar. Həmin ünvana çatdıqda Ruslan maşından düşməmişdir. Onun özü isə avtomobildən düşərək akkumlyatorları məntəqəyə aparmış və orada 100 manata satmışdır. Məntəqəyə təhvil verən zaman qəbul edən şəxs onun şəxsiyyət vəsiqəsinin şəklini telefonunun kamerası ilə çəkərək özündə saxlamışdır. Bundan sonra avtomobilə oturaraq çıxıb getmişdir. Şahid1 evində saxladığı akkumlyatorların oğurluq olmasından xəbəri olmamışdır. Oğurluq akkumlyatorları 100 manata satmış və həmin puldan 20 manatını Ruslana vermişdir. Oğurlanmış akkumlyatorları təhvil verdiyi məntəqəni işlədən şəxsin həmin akkumlyatorların oğurluq olmasını bilməmiş, həmin şəxsə akkumlyatorların onun özünə məxsus olmasını bildirmişdir. Taksi sürücülərinin də akkumlyatorların oğurluq olmasından xəbərləri olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ilk dəfə cinayət törətməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 ilə yaxındır ki, "Kamaz 5320” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. 2023-cü ilin dekabr ayında avtomobilinə hər birinin qiyməti 380 manat 02 ədəd “İnci Akü 12 v 190 ah" markah akkumlyator alıb avtomobilinə quraşdırmış və həmin vaxtdan hər iki akkumlyator avtomobilindən oğurluq edilən günədək avtomobilin üzərində olmaqla istifadə edilmişdir. 01 noyabr 2024-cıi il tarixdə saat 18 radələriııdə avtomobili ünvan 2 ünvanında saxlayıb yaşadığı evə getmişdir. 02 noyabr 2024-cıi il tarixdə səhər saat 08:00 radələrində yaşadığı evdən çıxıb avtomobilini saxladığı ünvana gəlmiş və avtomobilinə baxış keçirən zaman avtomobilin yan hissəsində olan 02 ədəd “İnci Akü 12 v 190 ah" markalı akkumlyatorun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-eü Polis Şöbəsinə gələrək oğurluq barədə ərizə ilə müraciət etmişdir. Akkumlyatorun hər birinin qiymətini 280 manat olaraq qiymətləndirir. Belə olan halda ona “İnci Akü 12 v 190 ah" markah akkumlyatorun oğurlanması nəticəsində ümumilikdə 560 manat maddi ziyanın vurulduğu nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs X1 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 ilə yaxındır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu, Daş karxanası yaşayış massivində yerləşən əlvan-metal qəbulu məntəqəsini işlədir. 02 noyabr 2024-cü il tarixdə səhər saat 10-11 radələrində əvəllər tanımadığı Rəşad adlı şəxs məntəqəyə yaxınlaşaraq kamaz akkumlyatoru satdığını ona bildirmişdir. Bu zaman o, Rəşada akkumlyatorlara baxınaq üçün gətirməyini bildirmişdir. Akkumlyatorları Rəşad bir nəfərlə gətirmişdir. Həmin akkumlyatorlara baxdıqdan sonra birinin vəziyyətinin ürəkaçan səviyyədə olmadığını bildirib ümumilikdə 98 manat verə biləcəyini Rəşada demişdir. Rəşad ona 100 manata razılaşmağı təklif etdikdə Rəşadla razılaşaraq Rəşada 100 manat vermişdir. Rəşaddan şəxsiyyətini təsdiq edən sənədi istədikdə Rəşad üzərində olan şəxsiyyəti təsdiq edən sənədi ona təqdim etmiş və o, vəsiqənin şəklini öz istifadəsində olan mobil telefonla çəkmişdir. Daha sonra isə həmin şəxsiyyət vəsiqəsinin fotoşəkili telefonundan silinmişdir. 06 noyabr 2024-cü il tarixdə onu Sabunçu RPİ-nin 13-cü PŞ-dən dəvət etmişlər. Şöbədə ona məlum olmuşdur ki, akkumlyatorları ona satan Rəşad adlı şəxs həmin akkumlyatorları oğurlamışdır. Təqsirləndirilən şəxs ona satdığı akkumlyatorların oğurluq olmasını bilməmişdir, əks halda akkumlyatorları almazdı. Onun özü isə həmin akkumlyatorları dəmir və mis alan şəxsə 120 manata satmışdır, həmin şəxsi tanımır, ola bilsin ki, həmin şəxs akkumlyatoru əritmək üçün hansısa zavoda vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 noyabr 2024-cü il tarixdə saat 23:00 radələrində Bakıxanov qəsəbəsində "Oskar"’ şadlıq sarayının yaxınlığında gəzərkən tanışı Rəşadı görüb Rəşadla söhbət etməyə başlamışdır. Söhbət zamanı Rəşad dayısının ona satmaq üçün “Kamaz” markalı avtomobilin 02 ədəd akkumlyatorunu verdiyini və hazırda gec olduğu üçün sata bilmədiyini bildirib akkumlyatorları onun yaşadığı evin həyətinə aparıb qoymasını və səhər tezdən həyətdən götürüb aparıb satacağını dedikdə o, Rəşadla razılaşmışdır. Rəşad kənara qoyduğu akkumlyatorları ona göstərib dayısının həmin akkumlyatorları verdiyini demişdir. Rəşad markası və dövlət nömrə nişanını xatırlamadığı taksi avtomobilini sifariş vermiş və taksi gəldikdən sonra 02 ədəd ədəd akkumlyatoru avtomobilin yük yerinə yükləmişlər və avtomobillə onun yaşadığı ünvan 3 ünvanına getmişlər. 02 ədəd akkumlyatoru onun yaşadığı evin həyətinə qoymuşlar. Səhəri gün, yəni 02 noyabr 2024cü il tarixdə saat 09 radələrində Rəşad onun yaşadığı evə gəlib taksi sifariş vermişdir. Taksi ilə akkumlyatorları Ramana qəsəbəsi, Gülçülük yaşayış sahəsində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Rəşad taksi sürücüsü ilə birgə akkumlyatorları yerə qoymuş, daha sonra isə sürücü ilə birgə metal qəbuluna təhvil vermişdir. 5 dəqiqə sonra Rəşad gəlmiş və onlar taksi ilə qayıdarkən Rəşad ona akkumlyatorları 100 manata satdığını bildirmiş və həmin puldan ona 20 manat vermişdir. Həmin akkumlyatorların oğurluq olmasından onun xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 02 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanına baxış keçirilmiş və baxış zamanı "Kamaz 5320” markalı, **- BG-*** dövlət nömrə nişanlı yük maşınının sağ yan hissəsində olan 2 ədəd akkumlyatorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı müəyyən olunmuşdur. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Axtarış olan şəxsin tutulması haqqlnda xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 30 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tutularaq Bakı şəhəri Sabunçu RPİ- nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 02 dekabr 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuş və Bakı şəhəri Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Elektron məhkəmə informasiya sistemindən çıxarışda görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı olaraq 80 manat pensiya alır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, vətən müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə CM-nin 47.2-1-ci maddəsinə əsasən ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin işləri yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanmalı, cəzanı müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerdə çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 450 saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ictima işlər növündə cəzanın müddətinə bir günə səkkiz saat hesabı ilə hesablanmaqla 16 saat ictima işlər cəzası ona təyin edilmiş 450 saat ictimai işlər cəzasından çıxılsın və üzərində qəti olaraq 434 saat ictimai işlər cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin işləri yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanı müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerdə çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-205/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-205/2025
14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver