Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-207/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs X2, Müdafiəçi - Bakı şəhəri 07 vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xırdalan şəhəri, “Kristal ünvan 2-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdə, saat 02 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan «Toyota Prius» markalı, **-BE-*** dövlət qeyiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi ilə üzü Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binası istiqamətində saatda 60 kilometr sürətlə hərəkət edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini kobud sürətdə pozmaqla yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti Qanununa riayət etməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, yol- nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 4 ünvanın qarşısında idarə etdiyi avtomobili ilə yolu soldan sağa keçən piyada X4 avtomobilin qabaq sol yan hissəsi ilə ehtiyyatsızlıqdan vuraraq, nəticədə zərərçəkmiş şəxsə sol bud sümüyünün, sağ İİ, İİİ, İV, İX, sol İV qabırğaların qapalı sınıqları, ənsə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətləri ehtiyyatsızlıqdan yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Xırdalan şəhəri, “Kristal ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. “RN BOLT MMC” şirkətinə məxsus olan “X17 minik” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur. 01 iyul 2022-ci il tarixdə “X17 minik” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün «RN BOLT MMC» şirkəti tərəfindən ona 1 ay müddətinə etibarnamə verilmişdir. 04 iyul 2022-ci il tarixdə, saat 01:30 radələrində“X17 minik” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobil ilə Xəzər rayonu, Türkan qəsəbəsinə aparmaq məqsədi ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən Elşən adlı müştəri götürmüş, həmin şəxs sərnişin qismində sağ arxa oturacaqda əyləşmişdir. Bakı şəhəri, Sabunçu rayonu, R.Qəmbərov küçəsi ilə Sabunçu Rayonu İcra Hakimiyyətinin inzibati binası istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 4 ünvanın qarşısında avtomobilinin sol yan güzgüsü ilə kiməsə toxunduğunu hiss edərək idarə etdiyi avtomobili saxlamışdır. O, avtomobildən endiyi zaman sonradan adının Gülxar olduğunu öyrəndiyi qadının yerdə uzandığını, digər bir qadının isə azyaşlı uşaqla birlikdə onun yanında dayandığını görərək onlara yaxınlaşmış, yerdə olan qadın xəsarət aldığı üçün istifadəsində olan mobil telefondan Təcili və X8 xidmətə zəng edərək hadisə yerə həkim çağırmışdır. Bir müddət sonra hadisə yerinə gələn həkimlər tərəfindən xəsarət almış şəxs X5 ilkin tibbi yardım göstərilmiş, daha sonra həmin şəxs təcili tibbi yardım vasitəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. O, avtomobilindəki sərnişinlə birlikdə 3 saylı Şəhər Klinik Xəstəxanasına getmiş, orada, özünü Gülxarın qardaşı kimi təqdim edən şəxs Gülxarın başında xəsarətlər olduğunu bildirərək onu Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmasını tələb etmişdir. O, 103 xidmətinə zəng edərək təcili tibbi yardım çağırmış, onlar vasitəsi ilə X4 Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmış, Gülxar Quliyeva orada müayinə olunduqdan sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilmiş, lakin, Gülxar Quliyevanın qohumlarının tələbi ilə Kliniki Tibbi Mərkəzə aparılmışdır. Kliniki Tibbi X11 2 gün stasionar müalicədə olduqdan sonra qohumları ondan Gülxarı Elmi-tədqiqat travmatologiya və ortopediya institutuna apararaq əməliyyat etdirməsini tələb etmiş, bundan sonra Gülxar Quliyevanı lmi-tədqiqat travmatologiya və ortopediya institutuna apararaq əməliyyat etdirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 04 iyul 2022-ci il tarixdə, saat 02 radələrində bacısı Yeganə və Yeganənin azyaşlı övladı ilə birlikdə onların yaşıdığları ünvan 3 ünvanına getmək üçün “Bliss Land” əyləncə mərkəzinin inzibati binasının yaxınlığında taksidən enərək yolu keçməyə başlamış, təxminən 10 metr hərəkət etdikdən sonra Qaraçuxur qəsəbəsi istiqamətindən Sabunçu rayonu İcra Hakimiyyəti yönündə hərəkət edən “X17 minik” markalı avtomobili görərək, avtomobilə yol vermək məqsədi ilə yolun orta hissəsində dayanmışlar. Lakin, avtomobilin sürücüsü hərəkətini davam etdirərək avtomobilin qabağ sol yan hissəsi ilə onu vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış, yerə yıxıldığı zaman başı yerə dəydiyi üçün huşunu itirmiş, ayıldığı zaman xəstəxanada olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını öyrənmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən yataqxanada ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs X7 onun bacısıdır. 04 iyul 2022-ci il tarixdə, saat 02 radələrində bacısı Gülxar və azyaşlı oğlu birlikdə yaşadığı ünvana getmək məqsədi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən “Bliss Land” əyləncə mərkəzinin yaxınlığında taksidən enərək yolu asta addımlarla keçməyə başlamışlar. təxminən 10 metr hərəkət etdikdən sonra Qaraçuxur qəsəbəsi istiqamətindən Sabunçu rayonu İcra Hakimiyyəti yönündə hərəkət edən “X17 minik” markalı avtomobili görərək, avtomobilə yol vermək məqsədi ilə yolun orta hissəsində dayanmışlar. Lakin, avtomobili idarə edən sürücü onların yolun ortasında dayanmalarına əhəmiyyət verməyərək hərəkətini davam etdirmiş, avtomobilin qabağ sol yan hissəsi ilə Gülxarı vurmuşdur. Gülxar zərbənin təsirindən yerə yıxılmış, başından xəsarət aldığı üçün huşunu itirmişdir. O, həyəcanlandığı üçün nə edəcəyini bilməmiş, avtomobilin sürücüsü onlara yaxınlaşaraq Gülxarın xəsarət aldığını görmüş, 103 xidmətinə zəng edərək hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri Gülxara ilkin tibbi yardım göstərdikdən sonra Gülxar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. 3 saylı Şəhər Klinik Xəstəxanasında Gülxar müalicə olunduqdan sonra təcili tibbi yardım vasitəsi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılmış, orada müayinə olunduqdan sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilmiş, lakin, orada keyfiyyətli tibbi yardım göstərilmədiyi üçün X13 Tibbi Mərkəzə aparılmışdır. X15 Gülxar 2 gün stasionar müalicədə olduqdan sonra Elmitədqiqat travmatologiya və ortopediya institutuna aparılaraq əməliyyat əməliyyat etdirilmişdir. Cinayət işinin 21-23-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X9” X18 Sabunçu Rayon Şöbəsinin 1448 nömrəli, 16 iyul 2022-ci il tarixli rəyindən görünür ki, X1 bud sümüyünün, sağ İİ,İİİ,İV,İX, sol İV qabırğaların qapalı sınıqları, ənsə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan bədən xəsarətldəri aşkar edilmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin 01 sentyabr 2022-ci il tarixli, 073-39844-1222 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs AC 637765 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 63-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 64-65-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə X12 Ekspertizasının 8/2875 saylı, 05 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, «Toyota Prius» markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol Hərəkəti haqqında» Azərbaycan Respubloikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 87-88-ci vərəqəsində olan 22 noyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 24-26-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən 69.4 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına olunmuşdur, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən 178.1, 69.3, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev.
Məhkəmə qərarları › İş №1(008)-207/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-207/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver