Məhkəmə qərarları › İş №1(008)-207/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-207/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-207/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qazı-Məmməd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, avtoyuma məntəqəsində yuyucu işləyən, orta təhsilli, məhkumluğu olmayan, Hacıqabul rayonu, Hacıqabul şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə İİ Qarabağ müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs etibarından suiistifadə edib guya sonuncuya dövlət hesabına “Khazar” markalı avtomobil verdirəcəyi adı ilə aldadaraq, sonuncu tərəfindən öz adına olan “Rabitə Bank”a aid 5261 6333 3667 7209 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə saat 12:33-də ünvan 3 ünvanda yerləşən “Al Markefdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 600 manat, xx.xx.2022-ci il tarixdə saat 14:07-də Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək prospekti 92 ünvanda yerləşən “Ayxan” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 400 manat və xx.xx.2022-ci il tarixdə saat 11:51-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 5 ünvanda yerləşən “Oba” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 1000 manat, eləcə də cinayətdən məlumatsız olan arvadı X1 adına olan “Leobank”a aid 4098 5844 6831 7886 nömrəli kart hesabına 2022-ci ilin sentyabr-noyabr aylarında hissə-hissə olmaqla sonuncu ünvandakı marketdən cəmi 400 manat pulun köçürülməsinə nail olub həmin vəsaiti nağdılaşdırmaqla, həmçinin 2022-ci ilin noyabr ayının sonunda Zərərçəkmiş şəxs işlədiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 5 ünvanda yerləşən bərbərxanada 100 manat nağd şəkildə almaqla ələ keçirərək Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə edilən qəsdlə ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onunla Sumqayıt şəhərində qonşuluqda yaşayan Şahid vasitəsilə 2022-ci ilin avqust ayının ortalarından tanımış, ədavət və ya düşmənçilikləri yoxdur. 2022-ci ilin iyul ayında qonşusu Mirtağı ilə yaşadığı evin yaxınlığında söhbət edərkən bildirmişdir ki, saçını kəsən ustası Zərərçəkmiş şəxs İİ Qarabağ müharibəsi iştirakçısıdır, dövlət hesabına avtomobil almaq istəyir, hətta bunu düzəldə biləcək şəxsə pul da verər. Həmin vaxt maddi vəziyyəti ağır olduğundan, yəni 3cü qrup əlil olan arvadına və azyaşlı uşağına çörək pulu tapa bilmədiyindən qərara gəlmişdir ki, Məqsədin pulunu alaraq maddi vəziyyətini yaxşılaşdırsın, sonra yavaş-yavaş Məqsədin pulunu qaytarar. Odur ki, Mirtağıya demişdir ki, guya pul müqabilində Məqsədə dövlət hesabına avtomobil verdirə bilər. 2022-ci ilin avqust ayının ortalarında Mirtağı onu Məqsədlə tanış etmiş, onlar Sumqayıt şəhərində görüşmüşlər, görüşləri zamanı Məqsədə demişdir ki, dövlət hesabına “Khazar” markalı avtomobil verdirə bilər, bunun üçün 2000 manat pul verməlidir. Həmin 2000 manatdan ilkin olaraq 1000 manatını ödədikdən 2 gün sonra daha 1000 manatını ödəməlidir. Məqsəd onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Məqsədlə ünvan 3 ünvanda yerləşən “Al Market” mağazasının yaxınlığında görüşmüş, Məqsəd bildirmişdir ki, cəmi 600 manat düzəldə bilmişdir. O, Məqsədə demişdir ki, guya avtomobil almaq məsələsini dövlət işində çalışan Kamran adlı şəxs düzəldəcək, 600 manat pulu həmin şəxsin kart hesabına köçürməlidir. O, Məqsədlə birgə “Al Marketə girmiş, orada Məqsədə öz adına olan “Rabitə Bank”a aid kartının 5261 6333 3667 7209 nömrəsini vermişdir. Məqsəd onun soyadını və ata adını bilmədiyindən və işi düzəldən şəxsin adı guya Kamran olmasını dediyindən bilmişdir ki, Məqsəd “MilliÖn” terminalı vasitəsi ilə ödəniş edərkən kart nömrəsindən kartın ona aid olmasını bilməyəcək. Məqsəd özü, “Al Market” mağazasındakı “MilliÖn” terminalı vasitəsi ilə kartına 600 manat köçürmüş, söz vermişdir ki, qalan 400 manatı həmin kart nömrəsinə göndərəcək. Məqsədlə sağollaşaraq hər kəs öz evinə getmişdir. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 14 radələrində kartına daha 400 manat köçürülmüşdür. Məqsədin kartına köçürdüyü 1000 manatı həmin tarixdə Sumqayıt şəhərində nağdılaşdıraraq evinə bazarlıq etmiş, arvadının dərmanlarını almışdır. Bundan 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Məqsədlə telefon əlaqəsi saxlayaraq ondan ödəməli olduğu 1000 manatı da istəmişdir. Həmin tarixdə saat 12 radələrində Məqsəd həmin kartına, yəni “Rabitə Bank”ın 5261 6333 3667 7209 kart hesabına 1000 manat köçürmüşdür. O, həmin 1000 manatı da nağdılaşdıraraq şəxsi işlərinə xərcləmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında əlində pulu qalmadığından Məqsədə zəng vuraraq bildirmişdir ki, ona avtomobil verilməsi məsələsi həll olunmaq üzrədir, şirinlik kimi əlavə olaraq 500 manat göndərsin. Onunla razılaşan Məqsədə arvadı X1 adına olan “Leobank”a aid 4098 5844 6831 7886 kart nömrəsini göndərmişdir ki, 500 manatı həmin hesaba köçürtsün. Həmin gün Məqsəd həmin kart hesabına 300 manat köçürmüş, o, pulu yaşadığı Sumqayıt şəhərində nağdılaşdıraraq şəxsi işlərinə xərcləmişdir. Sonrakı günlərdə xırda-xırda olmaqla Məqsəd arvadı İlahə Əliyevanın kart hesabına 100 manat da göndərmiş, sonuncu 100 manatı isə 2022-ci ilin noyabr ayının sonlarında saçını kəsdirməsi üçün Məqsədin işlədiyi, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, döngə 5 ünvanda yerləşən bərbərxanaya gedərkən Məqsəddən nağd şəkildə almışdır. Beləliklə, Məqsədə avtomobil verdirməsi adı ilə Məqsəddən cəmi 2500 manat pul almışdır. Məqsədi aldatması barədə arvadı İlahə Əliyeva və ya tanışı Şahid bilməmişlər. Hazırda əməlindən peşmandır, cinayəti ehtiyacdan törətmiş, Məqsədə vurduğu 2500 manat ziyandan 1000 manatını qaytarmış, qalan hissəsinidə yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, bərbərlik fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs Şahid vasitəsilə 2022-ci ilin avqust ayının ortalarından, Mirtağını isə başqa bir tanışının vasitəsilə 2020-ci ildən tanıyır, Kamalla və ya Mirtağı ilə ədavəti və ya düşmənçiliyi yoxdur. 2022-ci ilin iyun ayında Mirtağı ilə yaşadığı evin yaxınlığında söhbət edərkən Mirtağı bildirmişdir ki, Sumqayıt şəhərində yaşayan qonşusu Təqsirləndirilən şəxs, Mirtağının sosial yardım almasına köməklik edəcək. O, Mirtağıya bildirmişdir ki, müharibə iştirakçılarına dövlət hesabına Kamal avtomobil verdirməyi bacarırsa ona da bu barədə məlumat versin və ya onu Kamalla tanış etsin. Belə ki, o, da müharibə iştirakçısı kimi avtomobil almaq istəmişdir, sonrakı günlərdə Mirtağı ilə bu barədə dəfələrlə telefon danışıqları olmuş, 2022-ci ilin avqust ayının ortalarında Mirtağı onu Kamalla tanış etmişdir. O, Mirtağı və Kamalla birgə Sumqayıt şəhərində görüşmüşlər və Kamal ona dövlət hesabına “Khazar” markalı avtomobil verdirə biləcəyinə vəd vermiş, ilkin olaraq 1000 manat pul istəmiş, 2 gün sonra isə daha 1000 manat pul verəcəyini demişdir. O, Kamalla razılaşmışdır. Həmin gün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesindəki evinə gələrək valideynləri ilə məsləhətləşmiş və evdə topladığı pulundan 600 manat götürmüşdür. xx.xx.2022-ci il tarixdə Kamalla ünvan 3 ünvanda yerləşən “Al Market” mağazasının yaxınlığında görüşmüş, Kamal ona bildirmişdir ki, guya onun avtomobil almaq məsələsini dövlət işində çalışan Kamran adlı şəxs düzəldəcək, 600 manat pulu həmin şəxsin kart hesabına küçürməlidir. O, Kamalla birgə “Al” marketə girmiş, orada Kamal ona guya Kamran adlı şəxsə məxsus olan, lakin sonradan Kamalın özünə məxsus olduğunu bildiyi “Rabitə Bank”a aid kartın 5261 6333 3667 7209 nömrəsini vermişdir. O, marketdəki “MilliÖn” terminalı vasitəsi ilə pulu köçürərkən kartın nömrəsini yığmış, terminalın ekranına Əli*** Ka*** Müb**** oğ** söz və işarələri gəlmiş, o, Ka*** hərif və işarəni görüb həmin yazının Kamran demək olduğunu düşünüb əmin olmuşdur ki, Kamal onu aldatmır, guya pulu Kamran adlı şəxsin kartına köçürür. Həmin vaxt Kamala inandığından və Kamalın soyadını, həmçinin ata adını bilmədiyindən ağlına belə gəlməmişdir ki, həmin kart Kamala məxsus ola bilər. Həmin gün saat 12:33-də həmin terminal vasitəsi ilə Kamalın verdiyi “Rabitə Bank”a aid kartına 600 manat köçürmüşdür. O, Kamala söz vermişdir ki, yerdə qalan 400 manat pulu evdən götürərək həmin karta göndərəcək. Kamalla sağollaşıb, hər kəs öz evinə getmişdir. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə evdən 400 manat pul götürərək Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək prospekti 92 ünvanda yerləşən “Ayxan” marketə getmiş, saat 14:07-də marketin içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan “Rabitə Bank”ın 5261 6333 3667 7209 kart hesabına qalan 400 manatı da köçürmüşdür. Bundan 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Kamal onunla telefon əlaqəsi saxlayaraq ödəməli olduğu 1000 manatı da istəmişdir. O, saxlaması üçün valideynlərinə verdiyi pulundan 1000 manat götürərək yaşadığı evinin yaxınlığında, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 5 ünvanda yerləşən “Oba” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə saat 11:51-də Təqsirləndirilən şəxs adına olan “Rabitə Bank”ın 5261 6333 3667 7209 kart hesabına 1000 manat köçürmüşdür. 2022-ci ilin sentyabr ayının ortalarında Kamal ona zəng vuraraq avtomobil verilməsi məsələsi həll olunmaq üzrə olduğunu bildirmişdir, şirinlik kimi əlavə olaraq 500 manat da göndərsin. Kamal onun avtomobil almasına əngəl yaratmasın deyə Kamalla razılaşmışdır. Kamalın ona həmin gün göndərdiyi, Kamalın arvadı X1 adına olan “Leobank”a aid 4098 5844 6831 7886 kart hesabına yaşadığı evinin yaxınlığından, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 5 ünvanda yerləşən “Oba” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 300 manat köçürmüşdür. Yerdə qalan 200 manatdan 100 manatı da xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 5 ünvanda yerləşən “Oba” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə İlahə Əliyevanın adına olan "Leobank”ın 4098 5844 6831 7886 kart hesabına köçürmüşdür. Qalan 100 manatı isə 2022-ci ilin noyabr ayının sonlarında Kamal saçını kəsdirməsi üçün yaşadığı ünvan 6 ünvanda yerləşən bərbərxanasına gələrkən Kamalın özünə nağd şəkildə vermişdir. Ümumilikdə o Kamala 2500 manat pul vermişdir. Həmin puldan 1000 manat ona təqsirləndirilən şəxs tərəfindən qaytarılmış, 1500 manat pul isə qaytarılmamışdır, təqsirləndirilən şəxs barəsində azdlıqdan məhrum etmə cəzası təyin edilməsini istəməsə də, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2020-ci ildən tanıyır, həmçinin 2021-ci ildən saçını Məqsədə kəsdirdiyindən usta kimi Məqsədlə mehriban münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs isə Sumqayıt şəhərində onunla qonşuluqda yaşadığından tanımış, Kamal avtoyuma məntəqəsində yuyucu işləyirmiş və mehriban qonşuluq münasibətləri olmuşdur. 2022-ci ilin iyun ayında qonşusu Kamalla olan söhbətləri zamanı Kamala özü və arvadı xəstə olmaları, dolana bilmədikləri barədə demiş, Kamal bildirmişdir ki, 300 manat müqabilində ona sosial yardım düzəldə bilər. O, yaşadığı Sumqayıt şəhərində Kamala 300 manat pul vermiş, Kamal anket məlumatlarını götürərək ona sosial yardım verilməsini 2022-ci ilin dekabr ayında həll edəcəyinə söz vermişdir. 2022-ci ilin iyun ayında Məqsədlə olan söhbətləri zamanı Məqsədə bildirmişdir ki, yaşadığı Sumqayıt şəhərindəki evinin yaxınlığında yaşayan Kamal adlı qonşusu ona sosial yardım düzəldəcək, bunun üçün Kamala 300 manat pul vermişdir. Həmin vaxt Məqsəd ona bildirmişdir ki, vətən müharibəsi iştirakçısı olduğu üçün dövlət tərəfindən avtomobil almaq istəyir, Məqsəd ondan xahiş etmişdir ki, bu barədə Kamalla danışsın bəlkə Kamal Məqsədə avtomobil almaqda köməklik edə bilər. O, Məqsədə bildirmişdir ki, onu Kamalla tanış edər özləri bu barədə danışarlar, lakin bir müddət gözləməli olacaq, ona görə ki, işləri çox olduğundan işdən çıxa bilmir. Aradan bir müddət keçsə də, vaxt tapa bilmədiyi üçün Məqsəd dəfələrlə ona zəng edərək Kamalla görüşmələrini təşkil etməsini xahiş etmişdir. 2 ay sonra, yəni 2022-ci ilin avqust ayında Kamal ilə Sumqayıt şəhərində çay içərkən Məqsəd onun mobil telefonuna zəng edərək yenə də onu Kamalla tanış etməsini xahiş etdikdə, o, Məqsədə hazırda Kamalla bir yerdə olduğunu bildirmişdir. Məqsəd ondan xahiş etmişdir ki, Kamaldan ayrılmasın, gözləsin, özü Sumqayıt şəhərinə gəlir. O, Kamala bu barədə bildirdikdən sonra Kamalla razılaşaraq olduqları yer barədə Məqsədə demişdir, bir qədər keçdikdən sonra Məqsəd onunla Kamalın olduqları yerə gəlmiş, o, Kamalla Məqsədi tanış etdikdən sonra sonuncular özləri Məqsədə avtomobil verilməsi barədə söhbət etmişlər. Kamal Məqsədə bildirmişdir ki, 2000 manat müqabilində Məqsədə dövlət hesabına “Khazar” markalı avtomobil verdirəcək. Bir neçə gün sonra Məqsəd mobil telefonuna zəng edərək bildirmişdir ki, Kamala ilkin olaraq 1000 manat pul vermiş, Kamal üzərinə götürmüşdür ki, 2022-ci ilin dekabr ayında Məqsədə dövlət hesabına avtomobil verdirəcək. 2022-ci ilin dekabr ayında özü və Məqsəd ayrı-ayrı vaxtlarda Kamalla telefon vasitəsi ilə əlaqə yaradaraq məsələnin nə yerdə olması ilə maraqlanmışlar, Kamal məsələlərin 2023-cü ilin yanvar ayında həllini tapacağını demişdir. Lakin 2023-cü ilin yanvar ayında məsələlərin nə üçün həllini tapmadığını öyrənmək məqsədi ilə Kamalın yaşadığı evinə getmiş, Kamalın həyat yoldaşı qapını açaraq Kamalın evə gəlmədiyini bildirmişdir. Bundan sonra Məqsədin mobil telefonuna zəng edərək bu barədə məlumat vermişdir. Sonradan Məqsəd ona demişdir ki, Kamal Məqsədə dövlət hesabına avtomobil verdirməsi adı ilə ondan 2500 manat pul almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 03 may 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi döngə 5 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 04-05); könüllü təqdim edilən əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi, dövlət hesabına avtomobil alması üçün Təqsirləndirilən şəxs adına olan “Rabitə Bank”a aid 5261 6333 3667 7209 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə saat 12:33-də 600 manat, xx.xx.2022-ci il tarixdə saat 14:07-də 400 manat, xx.xx.2022-ci il tarixdə saat 11:51-də 1000 manat, Təqsirləndirilən şəxs arvadı X1 adına olan “Leobank”a aid 4098 5844 6831 7886 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə saat 15:41-də 50 manat və xx.xx.2022-ci il tarixdə saat 14:17-də 40 manat köçürməsi barədə qəbzlər maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmış, qəbzlərin surətləri isə cinayət işinə əlavə edilmişdir(i.v. 33-34); axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir(i.v.47); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir(i.v.67); könüllü təqdim edilən əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi , iş üçün əhəmiyyət kəsb edən, öz adına olan “Rabitə Bank”a aid 5261 6333 3667 7209 nömrəli və arvadı X1 adına olan “Leobank”a aid 4098 5844 6831 7886 nömrəli kartlar istintaqa təqdim edilmişdir(i.v.70-71); maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs adına olan “Rabitə Bank”a aid 5261 6333 3667 7209 nömrəli və arvadı X1 adına olan “Leobank”a aid 4098 5844 6831 7886 nömrəli kartlar maddi sübut kimi tanınmış, saxlanması üçün Təqsirləndirilən şəxs qaytarılması qərara alınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi 5 ədəd qəbz maddi sübut kimi tanınaraq əsilləri saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmış, qəbzlərin surəti cinayət işinə əlavə edilmişdir(i.v.72-73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax hərbi məhkəməsinin xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində cinayət təqibinə xitam verilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 28, 181.2.1 və 28, 181.2.3-cü maddələri ilə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilmiş, həbsdə saxlanma müddəti nəzərə alınmaqla üzərində 05 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən 3 il şərti sınaq müddəti tətbiq edilmişdir. Bundan başqa, Hacıqabul rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsi nəzərə alınmaqla 6 il azadlıqdan məhrum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-nin 67.1 -ci maddəsi hökümdən ləğv edilib CM-nin 178.2.2-ci maddəsinə əsasən 3 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ləğv edilərək üzərində 6 il cəza saxlanılmış, Ali Məhkəmənin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ləğv edilərək iş yeni Apellyasiya baxışına qaytarılmışdır. Xəzər rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi nəzərə alınmaqla 4 il 6 ay azadlıqdan məhrum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar CM-nin 178.2.2 maddəsinə xitam verilməklə cəzası 3 il 6 aya endirilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 9 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu ildə cəza icra edildiyindən qeydiyyatdan çıxarılmışdır(i.v.86- 88); Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il tarixli azyaşlı övladı vardır(i.v.89); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə– min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli, Hacıqabul rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, və Xəzər rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 25 dekabr 2023-cü il tarixdən 26 dekabr 2023-cü il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.), maddi sübutlar- Təqsirləndirilən şəxs adına olan “Rabitə Bank”a aid 5261 6333 3667 7209 nömrəli və arvadı X1 adına olan “Leobank”a aid 4098 5844 6831 7886 nömrəli kartların saxlanması üçün Təqsirləndirilən şəxs qaytarılması, Zərərçəkmiş şəxs təqdim etdiyi 5 ədəd qəbzin saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdən 26 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Maddi sübutlar- Təqsirləndirilən şəxs adına olan “Rabitə Bank”a aid 5261 6333 3667 7209 nömrəli və arvadı X1 adına olan “Leobank”a aid 4098 5844 6831 7886 nömrəli kartların saxlanması üçün Təqsirləndirilən şəxs qaytarılması, zərərçəkmiş şəxsin təqdim etdiyi 5 ədəd qəbzin saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar