Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-207/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, 06 sentyabr 2024-cü il tarixdə saat 12:20 radələrində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 9 nömrəli iclas zalında X11nın sədrliyi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilən məhkəmə baxışı zamanı Şahid2 ifadəsinin düzgünlüyünə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etiraz edərkən, o, təqsirləndirilən şəxsin ünvanına “şərəfsiz” ifadəsi işlətmiş, sonuncu eyni ifadəni onun ünvanına səsləndirdiyi üçün bundan əsəbləşərək ayağa qalxıb Zərərçəkmiş şəxs üzərinə hücum edərək boyun nahiyəsinə iki dəfə sillə ilə zərbə vuraraq məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin fevral ayından tanıyır və onunla tanışlığına səbəb ortaq tanışları olmuşdur. Belə ki, həmin dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən evi və torpaq sahəsi dövlət məqsədləri üçün sökülsə də, ona kompensasiya ödənilməmişdir. Bununla əlaqədar o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəldiyi üçün Zərərçəkmiş şəxs vəzifəli şəxslərlə əlaqəsi olaraq dostluq münasibətlərinin olduğunu bildirərək bu işdə ona köməklik edə biləcəyinə dair yalan vədlər vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs məhkəmələrdə onun xeyrinə qərar qəbul edilməsi üçün ondan ümumilikdə 13000 (on üç min) manat məbləğində pul vəsaiti almışdır. Həmin məbləğdən 5000 (beş min) manatını Zərərçəkmiş şəxs nəğd şəkilində sonuncunun yaşadığı evin qarşısında vermiş və qalan 8000 (səkkiz mi) manatını isə sonuncunun kart hesabına köçürmüşdür. Sonradan o, Zərərçəkmiş şəxs onu aldadaraq pulunu ələ keçirdiyini başa düşərək sonuncunun barəsində Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və həmin baş idarənin İstintaq İdarəsi tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq cinayət işinin istintaqının davam etdirilməsindən ötrü Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs ona qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapdığından ona hərnin maddə ilə sonuncuya ittiham elan olunaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 06 sentyabr 2024-cü il tarixdə təxminən saat 12:20 radələrində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 9 nömrəli məhkəmə iclas zalında X11nın sədrliyi ilə məhkəmə iclası başlanılmış və Zərərçəkmiş şəxs ayağında problem olması səbəbindən yeriyə bilmədiyi üçün məhkəmə zalında hakimin icazəsi iiə oturaqlı vəziyyətdə danışmışdır. O, özü isə zərərçəkmiş şəxs qismində məhkəmə iclasında iştirak edərək Zərərçəkmiş şəxs sol tərəfində yerləşən oturacaqda əyləşmişdir. Həmin vaxtı məhkəmə zalında onlardan başqa iclasa sədrlik edən X11, dövlət ittihamçısı Xalid Nəzərov, məhkəmə iclas katibi Şəbinə Ənvərli və Zərərçəkmiş şəxs müdafiəçisi Təyyar Talıbov adlı şəxslər iştirak etmişlər. Məhkəmə iclası davam edəndən bir müddət sonra hakimin dəvəti ilə şahid qismində ifadə verməkdən ötrü Şahid2 məhkəmə zalına dəvət edilmişdir. Hakim X10 Tağıyevdən 5000 (beş min) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs verilibverilmədiyini sual etmişdir, Şahid2 isə ifadəsini təsdiq edərək qeyd edilən məbləğdə pul vəsaitini onun tərəfəndən Zərərçəkmiş şəxs verildiyini təsdiq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Şahid2 ifadəsinə etiraz edərək sonuncunun düzgün danışmadığını bildirən zaman, o, bundan əsəbiləşərək yerindən Zərərçəkmiş şəxs ünvanına “şərəfsiz yalan danışma'’ ifadəsini işlətmişdir. Zərərçəkmiş şəxs isə ona cavabında “şərəfsiz sənin özünsən” deyə səsləndirdiyi üçün əsəblərini cilovlaya bilmədiyi səbəbindən yerindən qalxaraq Zərərçəkmiş şəxs yaxınlaşaraq sağ əli ilə onun boyun nahiyəsindən iki dəfə sillə ilə zərbə vurmuşdur. Bu zaman dərhal məhkəmə iştirakçıları ayağa qalxıb ona yaxınlaşaraq onu sakitləşdirərək qayda və qanunlara əməl etməyini tələb etmişlər. Bundan sonra X11 onun bu hərəkətini məhkəməyə hörmətsizlik kimi qəbul edərək aktlaşdıracağını bildirmişdir. O, 20 ilə yaxındr ki, torpaq mübahisəsi ilə bağlı məhkəmələrdədir.Lakin heç vaxt məhkəməyə hörmətsizlik etməmişdir. Əsəbilərini cilovlaya bilməyib bu hərəkəti etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ortaq tanışları vasitəsilə tanımış və aralarında birgə iş birliyi olmuşdur. Aralarında pul söhbəti ilə bağlı narazılıq yarandığı üçün onun Təqsirləndirilən şəxs qarşı dələduzluq edərək 13000 (on üç min) manat məbəlğində pulu ələ keçirməyi ilə bağlı sonuncu Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs şikayəti əsasında fakta görə Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq istinaq zamanı ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində istintaq edilən cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 06 sentyabr 2024-cü il tarixdə təxminən saat 12:20 radələrində qeyd edilən rayon məhkəməsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 9 nömrəli məhkəmə iclas zalında X11nın sədrliyi ilə məhkəmə iclası başlanılmışdır. Əlavə olaraq onuda qeyd etmişdir ki, bud-çanaq sümüyü sındığından dayaq vasitələrindən istifadə edərək hərəkət etdiyi üçün hakimin icazəsi ilə zalda oturaqlı vəziyyətdə çıxış etmişdir. Qeyd edilən iş üzrə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özü də məhkəmə iclasında iştirak edərək onun sol tərəfində yerləşən oturacaqda əyləşmişdir. Onlardan başqa həmin zalda iclasa sədrlik edən X11, dövlət ittihamçısı Xalid Nəzərov, məhkəmə iclas katibi Şəbinə Ənvərli və müdafiəçisi Təyyar Talıbov iştirak etmişlər. Məhkəmə iclası başlayandan bir müddət sonra hakimin dəvəti ilə ifadə verməkdən ötrü Şahid2 zala dəvət edilmiş və sonuncu öz çıxışı zamanı ifadəsində Təqsirləndirilən şəxs sonuncunun yanında 5000 (beş min) manat məbləğində pulun ona verdiyini bildirmişdir. O, isə həmin vaxtı Şahid2 bu sözlərinə etiraz edərək düzgün danışmasını tələb etmişdir. Bu sözündən sonra Təqsirləndirilən şəxs qəflətən yerindən qalxaraq onun ünvanına “şərəfsiz” ifadəsi işlədəişlədə sol tərəfdən üzərinə hücum edərək sağ əli ilə boyun və sifət nahiyəsindən iki dəfə sillə ilə zərbə vurmuş və o, ayağa qalxa bilmədiyi üçün ünvanına işlədilən nəlayiq ifadəni, yəni “şərəfsiz özünsən” sonuncunun ünvanına səsləndirmişdir. Bu zaman dərhal məhkəmə iclas katibi və dövlət ittihamçısı ayağa qalxaraq Təqsirləndirilən şəxs üzərinə gedərək ondan uzaqlaşdırmışlar. Bundan sonra məhkəməyə sədrlik edən X11 Təqsirləndirilən şəxs bu hərəkətini məhkəməyə hörmətsizlik kimi qəbul edərək aktlaşdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, o, məhkəmə iclasında onun şərəf və ləyaqətini alçatmışdır. Ona görə ona ağır cəza verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi qızının həyat yoldaşıdır və onunla münasibəti həmişə yaxşı olmuşdur. 2022-ci ilin mart ayının təxminən 27-28-də qohumu Təqsirləndirilən şəxs ona zəng vuraraq Zərərçəkmiş şəxs adiı şəxslə görüşəcəyini, ona torpaq məsələsinin həll olunmasından ötrü 5000 (beş min) manat məbləğində pul vəsaitini verəcəyini bildirərək onunla birlikdə görüşə getməyini ondan xahiş etmişdir. O, isə Təqsirləndirilən şəxs yox deməyərək sonuncu ilə birlikdə Ramiz adlı şəxslə görüşməkdən ötrü sonuncunun Pirşağı qəsəbəsində yerləşən bağ evinin qarşısına gəlmişlər. Orada Təqsirləndirilən şəxs Ramiz adlı şəxslə görüşərək onun yanında sonuncuya 5000 (beş min) manat məbləğində pul vermiş və pulu alandan sonra tez bir zamanda torpağa dair sənədləri həll edəcəyini bildirmişdir. Bundan bir müddət keçəndən sonra eşitmişdir ki, Ramiz adlı şəxs qohumu Təqsirləndirilən şəxs aldadaraq ümumilikdə 13000 (on üç min) manat məbləğində pulunu ələ keçirərək sonuncunun xeyrinə heç bir iş görməmişdir. Bundan sonra qohumu Təqsirləndirilən şəxs Ramiz adlı şəxsin barəsində şikayət etmiş və sonuncunun dələduzluq etməsi faktı öz təsdiqini tapdığından barəsində istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Onu da qeyd etmişdir ki, həmin cinayət işinin istintaqı zamanı şahid qismində ifadə vermişdir. 06 sentyabr 2024-cü il tarixdə saat 12:20 radələrində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 9 nömrəli məhkəmə iclas zalında X11nın sədrliyi ilə məhkəmə iclası keçirilmişdir. Məhkəmə iclası başlayandan bir müddət sonra hakimin dəvəti ilə ifadə verməkdən ötrü şahid qismində zala dəvət edilmişdir. Məhkəmə zalında iclasa sədrlik edən X11dan başqa dövlət ittihamçısı, məhkəmə iclas katibi, zərərçəkmiş şəxs qismində qohumu Təqsirləndirilən şəxs, Ramiz adlı şəxsin özü və müdafiəçisi iştirak etmişlər. Ramiz adlı şəxsin ayağında problem olması səbəbindən yeriyə bilmədiyi üçün zalda hakimin icazəsi ilə oturaqlı vəziyyətdə çıxış edirmiş. Qohumu Təqsirləndirilən şəxs isə Ramiz adlı şəxsin sol tərəfində yerləşən oturacaqda əyləşmişdir. X5 Təqsirləndirilən şəxs 5000 (beş min) manat məbləğində pul vəsaitini onun iştirakı ilə Ramiz adlı şəxsə verilib-verilmədiyini soruşmuş, o isə ifadəsində qeyd edilənləri təsdiq edərək Təqsirləndirilən şəxs həmin məbləğdə pulu Ramiz adlı şəxsin bağ evinin qarşısında iştirakı ilə Ramiz adlı şəxsə verildiyini təsdiq etmişdir. Onun bu sözündən sonra Ramiz adlı şəxs deyilənlərə etiraz edərək düzgün danışmadığını və Təqsirləndirilən şəxs sonuncuya pulun verilmədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əsəbiləşərək əyləşdiyi yerdən Ramiz adlı şəxsə "şərəfsiz yalan danışma” deyə səsləndirmişdir. Ramiz adiı şəxs isə cavabında "şərəfsiz sənin özünsən” deyə Təqsirləndirilən şəxs ünvanladığı üçün sonuncu bu sözdən əsəbləşıb yerindən qalxaraq Rumiz adlı şəxsin üzərinə gələrək sağ əli ilə sonuncunun boyun nahiyəsindən iki dəfə sillə ilə zərbə vurmuşdur. Bundan dərhal sonra məhkəmə iştirakçıları ayağa qalxaraq onların üzərinə gələrək Təqsirləndirilən şəxs sakitləşdirərək qaydalara əməl etməyini tələb etmişlər. Bu zaman X11 onların bu hərəkətlərini məhkəməyə hörmətsizlik kimi qəbul edərək aktlaşdıracağını bildirmişdir. Şahid1 məhkəməyə ərizə təqdim edərək xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2016-cı ilin yanvar ayından etibarən hazıradək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin məhkəmə iclas katibi vəzifəsində işləyir. 06 sentyabr 2024-cü il tarixdə təxminən saat 12:20 radələrində işlədiyi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 9 nömrəli məhkəmə iclas zalında X11nın sədrliyi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı keçirilirmiş. Həmin vaxtı məhkəmə zalında ondan başqa iclasa sədrlik edən X11, dövlət ittihamçısı Xalid Nəzərov,təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özü və müdafiəçisi Təyyar Talıbov, iş üzrə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Bala- hüseyn oğlu iştirak edirmişlər. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayaqlarında problem olması səbəbindən yeriyə bilmədiyi üçün məhkəmə zalında hakimin icazəsi ilə oturaqlı vəziyyətdə çıxış edirmiş. İş üzrə zərərçəkmiş şəxs Maı! Qurbanov məhkəmə iclasında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol tərəfində yerləşən oturacaqda əyləşibmiş. Məhkəmə iclası davam edəndən bir müddət keçəndən sonra hakimin dəvəti ilə ifadə verməkdən ötrü Şahid2 məhkəmə zalına tərəflərindən dəvət edilmiş və hakim X10 Tağıyevdən 5000 (beş min) manat məbləğində pulu onun iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs verib-vermədiyimi soruşulmuşdur. Şahid2 ifadəsini təsdiq edərək qeyd edilən məbləğdə pulun Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yaşayış evinin qarşısında iştirakı ilə Zərərçəkmiş şəxs verildiyini təsdiq etmişdir. Bundan sonra təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şahid Tərlan Tağı- yevin bu sözünə qarşı etiraz edərək sonuncunun düzgün danışmadığını məhkəməyə bildirmişdir. Bu zaman isə iş üzrə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yerindən Zərərçəkmiş şəxs ünvanına “şərəfsiz yalan danışma” deyərək səsləndrmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs cavabında “şərəfsiz sənin özünsən” deyə cavab verdiyi üçün sonuncu yerindən qalxıb Zərərçəkmiş şəxs yaxınlaşaraq sağ əli ilə onun boyun nahiyəsindən iki dəfə sillə ilə zərbə vurmuşdur. Bu zaman məhkəmə tərəfindən hər ikisi sakitləşdirilərək qayda və qanunlara əməl etmələri tələb edilmişdir. Sonradan X11 onların hər ikisinin bu hərəkətilərini məhkəməyə hörmətsizlik kimi qəbul edərək aktlaşdıracağını onlara bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 289.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. CD diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş 1 ədəd CD-R diskə baxış keçirilən zaman orada xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında 3-cü mərtəbəsində 9-cu zalda keçirilən proses zamanı qeydə alınmış səsli görüntülər əks olunmuşdur. Həmin görüntülərdən görünür ki, məhkəmə iclası zamanı X11 təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5000 manat sizə əlbəəl pul verilibmi deyə deyə soruşur, o, isə xeyr deyə cavab verir. Bundan sonra dövlət ittihamçısı Xalid Nəzərov Şahid2 bu görüş harada olub deyə soruşur, o isə cavabında 28 mart tarixində Pirşağıda bağ evində görüşdüklərini üçündən başqa heç kimin olmadığını, Mail ilə birlikdə getdiklərini deyir. Bu zaman Zərərçəkmiş şəxs Şahid2 çıxışını kəsib yerindən nəsə deyir, həmin vaxtı Təqsirləndirilən şəxs onu şərəfsiz deyə adlandırır, Zərərçəkmiş şəxs isə şərəfsiz sənsən deyə cavab verdikdən sonra hakimin sakit olalarına dair tələbinə məhəl qoymadan Təqsirləndirilən şəxs yerindən qalxaraq sol tərəfdən Zərərçəkmiş şəxs yaxınlaşaraq 3 dəfə ona boyun nahiyəsindən sillə ilə zərbə vurur. Bundan sonra dövlət ittihamçısı və məhkəmə iclas katibi yerlərindən qalxaraq onlara yaxınlaşıb Təqsirləndirilən şəxs aralayırlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-448/2024 saylı hökmündən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. AR Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-linqvistik ekspertizasının xx.xx.2024cü il tarixli, 4/1847 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına işlətdiyi “şərəfsiz” ifadəsi Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaldan təhqiramiz semantikalı ifadədir. Zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 289.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşlar. doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X3 adlı, xx.xx.2016-cı il təvəllüdlü X4 adlı, xx.xx.2019-cu il təvəllüdlü X1 adlı üç azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. Bakı şəhəri SRİHB-nın Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında qəsəbə nümayəndəliyinə heç bir yazılı ərizə və şikayət daxil olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 9 nömrəli məhkəmə iclas zalında 06 sentyabr 2024-cü il tarixdə saat 12:20 radələrində baş vermiş hadisənin görüntülərini özündə əks etdirən video disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsinə əsasən məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə—beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını(CM- 59.1.4), törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd video diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə CM-nin 47.2-1-ci maddəsinə əsasən ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin işləri yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanmalı, cəzanı müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerdə çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 350 (üç yüz əlli) saat ictimai işlər cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin işləri yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanı müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerdə çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə icraatı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-207/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-207/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver