Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-209/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı- Dövlət ittihamçısı Qurbanəli oğlunun, 07 saylı vəkil bürosunun vəkili Qədirov İlqar Hümmət oğlunun iştirakı ilə xx xxxxxxx 1992-ci il tarixdə Cəbrayıl rayonu, Sarıcallı kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Cəbrayıl rayonu, Sarıcalı ərazi dairəsi, Sarıcallı kəndində qeydiyyatda olan, faktikiolaraq, Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni massiv qeydiyyatsız evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmanlı Vüsal Zamin oğlu özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Səmədov Surac Qəbil oğlu və X9 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etmələri barədə sövdələşərək, xx xxxxxx 2020-ci il tarixdə, saat 05:00 radələrində birlikdə idarə etdiyi «VAZ 21074» markalı, «az ** LM ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi yeni məhəllə 24-cü küçə, 15 saylı evin qarşısına gəlmiş, əvvəlcədən razılaşmalarına əsasən S.Q.Səmədov və Təqsirləndirilən şəxs qeyd edilən evin hasarını aşaraq həyətə düşmüş, F.B.Aşurov onları sığortalamaq üçün evin yaxınlığında dayanmış, S.Q.Səmədov və Təqsirləndirilən şəxs evin həyətindəki saxlanc yerinə qanunsuz daxil olduqdan sonra oradan özgənin, Zərərçəkmiş şəxs məxsus 7 ədəd hərəsi 4 manat dəyərində «Siemens» markalı avtomatik ayrıcıları, 5 ədəd hərəsi 4 manat dəyərində «Aulmo» markalı qoşa elektrik yuvaları, 4 ədəd hərəsi 3 manat 30 qəpik dəyərində «Aulmo» markalı tək elektrik yuvaları, 2 ədəd hərəsi 3 manat 30 qəpik dəyərində «Aulmo» markalı tək güc elektrik yuvaları, 1 ədəd 3 manat 40 qəpik dəyərində «Aulmo» markalı tək elektrik açarı, 3 ədəd hərəsi 3 manat 40 qəpik dəyərində «Aulmo» markalı cüt elektrik açarı, 1 ədəd 3 manat 60 qəpik manat dəyərində «Aulmo» markalı üçlük elektrik açarı, 1 ədəd 4 manat dəyərində «Aulmo» markalı cüt telefon yuvasını, 2 ədəd hərəsi 3 manat 20 qəpik dəyərində «Aulmo» markalı elektrik qovşağın qapağı, 1 ədəd 4 manat 10 qəpik dəyərində «Aulmo» markalı tək telefon və tək elektrik yuvasını, 17 ədəd hərəsi 15 qəpik dəyərində diametri 25 mm olan plastik borular üçün ağ rəngdə birləşdiriciləri, 6 ədəd hərəsi 15 qəpik dəyərində diametri 25 mm olan plastik borular üçün boz rəngdə birləşdiriciləri, 2 ədəd hərəsi 15 qəpik dəyərində diametri 25 mm olan plastik borular üçün qapaqları, 1 ədəd 2 manat dəyərində diametri 25 mm olan plastik borular üçün filtri, 9 ədəd hərəsi əlli qəpik dəyərində diametri 25 mm olan plastik borular üçün ağ rəngdə aypara şəkildə birləşdiriciləri, 16 manat dəyərində «Made in Turkey Dortler kablo» yazısı olan 32 metr uzunluqda boz rəngli televiziya kabeli, 2 manat 50 qəpik dəyərində 5 metr uzunluqda ağ rəngli televiziya kabeli, 24 manat dəyərində 80 metr uzunluqda qara rəngli «Göktel» markalı telefon kabeli və 5 manat dəyərində göy rəngli «Hitec» markalı idman çantasını, 157 manat 25 qəpik dəyərində əmlakı gizli olaraq talamış və taladığı əmlakla evin həyətini tərk etdikdən sonra evin yaxınlığında inzibati ərazidə xidmət aparan Bakı şəh., Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün S.Q.Səmədov və Təqsirləndirilən şəxs saxlanılmaları nəticəsində iradələrindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən oğurluq əməlini başa çatdıra bilmədən oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fuad və Suracla bir məhlədə böyümüş və aralarında qonşu kimi yaxşı münasibətləri vardır. xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 03-04 radələrində o, Fuadla birlikdə məhllədə olarkən Fuad ona Zabrat qəsəbəsində yerləşən bir həyət evinin sahibinin sələmə pul verdiyini, imkanlı adam olduğunu, ailəsi ilə birlikdə Gürcüstanda olduğunu, atasının həmin evdə bağban işlədiyini bildirərək Suracla birlikdə evdən oğurluq etməyi təklif etmişdir. O, razılaşmış və sonra da Fuad Suraca zəng vuraraq oğurluğa gedəcəklərini bildirib evdən çıxmağını demişdir. İdarə etdiyi «VAZ 21074» markalı, «az ** LM ***» dövlət qeydiyyat nişanlı avtomobili Suracın yaşadığı evin qarşısına sürmüş və Surac evdən çıxandan sonra onların hər üçü onun idarə etdiyi avtomobil ilə Fuadın göstərdiyi marşrutla oğurluq edəcəkləri evə tərəf yola getmişlər. Təxminən 5 dəqiqə sonra həmin yerə çatarkən Fuad oğurluq edəcəkləri evi göstərmişdir. Həmin ev iki mərtəbəli daş hasarı ilə hasarlanmış ərazidə yerləşən ev idi. O, həmin evin kimə məxsus olduğunu bilmirdi. Avtomobili evdən təxminən 100 metrə aralıda saxladıqdan sonra onlar üçü də avtomobildən çıxmış və evin qarşısına yaxınlaşmışlar. Əldə olunmuş razılaşmaya görə Fuad küçədə pusquda dayanaraq onları sığortalamaq vəzifəsini üzərinə götürmüşdür. O isə Suracla həmin evin həyətinə bitişik olan boş həyətinə hasardan keçmiş və həmin ərazidən oğurluq etmək istədikləri evin həyətinə daxil olmuşlar. Hasarın dibində durmuş və evə girməyə qorxduğu üçün Suracı da evə girməkdən çəkindirmişdir. Sonra Suracla evə bitişik olan saxlanc yerinə girib orada nə varsa götürmələri barədə razılaşmışlar. O, yenə də hasarın yanında qalmış, Surac isə həmin daxmaya girmiş və təxminən 2-3 dəqiqədən sonra oradan əlində bir qara çanta və bir selofan torba ilə çıxmışdır. Onlar hasarı aşaraq qonşu əraziyə, oradan isə hasardan keçib küçəyə çıxmışlar. Küçəyə çıxdıqda Fuadın orada olmamasını görmüş və avtomobilə tərəf yaxınlaşmağa başlamışlar. Təxminən 50-100 metrə oradan aralaşdıqdan sonra yanlarına bir neçə nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşıb onları saxlamışlar. Bir azdan sonra həmin yerə evin sahibi olan, cavan hündür oğlan da yaxınlaşmış və Suracın əlindəki çanta ilə selofanı gördükdə həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Oradan polis əməkdaşları onu və Suracı Bakı şəh., Sabunçu RPİ-in 15-ci Polis Bölməsinə aparmışlar. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Abil oğlu ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edir, yaşadığı ev iki mərtəbəlidir, 6 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Ev daş hasarı ilə hasarlınmış ərazidə yerləşir. Evin həyətinə giriş dəmir qapıdandır, həyətdə daşla tikilmiş təxminən 4 km ölçüdə saxlanc yeri mövcüddur. Evin bəzi otaqların təmiri tam başa çatmadığından o, bəzi elektrik və santexnika sahəsində istifadə olunan tikinti materialları alıb həmin saxlanc yerində saxlamağa qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 05:00 radələrində yuxudan oyanıb sanitar qovşağına keçdikdən sonra evin həyətindəki saxlanc yerindən səs eşitmiş və bu səsin yaxınlıqda quraşdırılmış kombi aparatının motorundan gəldiyini güman etmişdir. Səsin haradan gəlməsini yoxlamadan su kranı bağlayarkən həmin səsin kəsilməsini eşitmişdir. Bu ona şübhəli gəldiyindən o, fənərlə işıq salıb evdən bayıra çıxmış, evə giriş qapısı hündür yerdə yerləşdiyi və qonşusuyla arasındakı daş hasarı alçaq olduğu üçün o, qonşunun həyətindən iki nəfərin qaçdığını görmüşdür. Tez evin həyətinə düşərək saxlanc yerinə yaxınlaşmış, saxlanc yerin plastik qapısı açıq vəziyyətdə olduğunu və üzərində daxil olmaya bənzər vint açarın izlərin olduğunu görmüşdür. Saxlanc yerinə daxil olarkən içəridəki əşyaların dağınlıq vəziyyətdə olduğunu görmüşdür. Həmin iki nəfər şəxsin onun saxlanc yerinə daxil olub oğurluq etdiklərini başa düşmüşdür. O, hasarı aşıb küçəyə çıxaraq evinin həyətindən təxminən 50 metrə aralıda həmin şəxslərin digər mülki geyimli şəxslərin yanında durmalarını görüb onlara yaxınlaşmış və orada olan mülki geyimli şəxslər onun kim olduğumu soruşduqda o, evin sahibi olduğunu deyərək həmin şəxslərin onun evindən oğurluq etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixə keçən gecə cinayətlərin profilaktikası üçün xidmət etdiyi polis bölməsinin əməliyyat müvəkkilləri Şahid5, Şahid4, Şahid3 və Şahid2la 15-ci Polis Bölməsinin inzibati ərazisinə aid Zabrat qəsəbəsi yeni yaşayış massivində xidməti gecə gəzinti təşkil edən zaman həmin yaşayış massivində yerləşən 24-cü küçədə bir nəfər kişi cinsli şəxsin kürəyində idman çantası, əlində isə dolu sellofan torba ilə küçədə dayanmış «VAZ 21074» markalı avtomobilə tərəf digər hündür boy şəxslə irələndiyini görüb onlardan şübhələnmişlər. Həmin şəxslərə yaxınlaşmaq istəyən zaman əlində çanta olan şəxs qaçmağa cəhd göstərərkən onlar tərəfindən saxlanılmışdır. Onların həmin şəxslərə gecə vaxtı ərazidə nə etdikləri barədə suallarına cavab olaraq həmin şəxslər əvvəl konkret olaraq heç bir cavab verməsələr də, təxminən 1-2 dəqiqədən sonra yanlarına hündür boy, cavan oğlan yaxınlaşaraq özünü 24-cü küçədə 15 saylı evdə yaşayan Zərərçəkmiş şəxs kimi təqdim etmiş və həmin iki nəfərin bir neçə dəqiqə öncə onun evin həyətindəki saxlanc yerindən özünə məxsus elektrik, santexnika əşyaları oğurladıqlarını və bir nəfərin əlində saxladığı əşyaların ona məxsus olduğunu bildirmişdir. Onlar çanta və selofan torbanı daşıyan şəxsə həmin çantanı açmağı demiş və çantanı açdıqdan sonra orada çoxlu sayda elektrik yuvalar və açarların olmasını aşkar etmişlər. Sellofan torbada isə topa kabellər olmuşdur. Ona görə də həmin iki nəfəri xidmət etdikləri Polis Bölməsinə aparılmışdır. Bölmədə çantanı aşıyan şəxsin şəxsiyyəti S.Q.Səmədov, onun yanında olan cavan oğlanın şəxsiyyəti isə Təqsirləndirilən şəxs kimi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Mədət oğlu, Şahid4, Şahid3, Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin Publik Hüquqi Şəxsin 725 saylı, xx xxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zamin oğlunda X4 Pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də,Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsir altına düşmür.Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respblikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/166 saylı, 08 aprel 2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadədə olmamış (ancaq çanta istifadədə olub) malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 157.25 manat müəyyən olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Nizami Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 300 manat cərimə cəzasına məhkum edilmişdir. xx xxxx 2011-ci il tarixdə cəriməni tam ödəmişdir. Bakı şəh., Nizami Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə isə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib, 1.500 manat cərimə cəzasına məhkum edilmişdir. xx xxxx 2015-ci il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zamin oğlunun məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Beləliklə, İmanlı Vüsal Zamin oğlunun Cinayət Məcəlləsinin 29.177.2.1 və 29. 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla cinayət etməyə cəhd cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etiraf edici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Zamin oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ocümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü iltarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs Zamin oğlunun törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünürki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, İmanlı X7 Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 76). Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 90). Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zamin oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52- 1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə vəya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqan iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, İmanlı Vüsal Zamin oğlunun cəzasının icra müddəti onuncəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar-bir ədəd «Hi Tec» markalı idman çantasının, 7 ədəd «Siemens» markalı avtomatik ayırıcın, 5 ədəd «Aulmo» markalı qoşa elektrik yuvasının, 4 ədəd «Aulmo» markalı tək elektrik yuvasının, 2 ədəd «Aulmo» markalı tək güc elektrik yuvasının, 1 ədəd «Aulmo» markalı tək elektrik açarın, 3 ədəd «Aulmo» markalı cüt elektrik açarın, 1 ədəd «Aulmo» markalı üçlük elektrik açarın, 1 ədəd «Aulmo» markalı cüt telefon yuvasının, 2 ədəd «Aulmo» markalı elektrik qovşağın qapağının, 1 ədəd «Aulmo» markalı tək telefon və tək elektrik yuvasının, 17 ədəd diametri 25 mm olan plastik borular üçün ağ rəngdə birləşdiricilərin, 6 ədəd diametri 25 mm olan plastik borular üçün boz rəngdə birləşdiricilərin, 2 ədəd diametri 25 mm olan plastik borular üçün qapaqların, 1 ədəd diametri 25 mm olan plastik borular üçün fıltrin və 9 ədəd diametri 25 mm olan plastik borular üçün ağ rəngdə aypara şəkildə birləşdiricilərin, «Made in Turkey AVVG» yazısı olan 32 metr uzunluqda boz rəngli televiziya kabelin, 5 metr uzunluqda ağ rəngli televiziya kabelin və 80 metr uzunluqda qara rəngli «Göktel» markalı telefon kabelin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs İmanlı Vüsal Zamin oğluna Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələrinə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icra müddətinin əvvəli təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs Zamin oğlunun yaşayış yeri üzrə Bakı şəh., Sabunçu rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübutlar-bir ədəd «Hi Tec» markalı idman çantasının, 7 ədəd «Siemens» markalı avtomatik ayırıcın, 5 ədəd «Aulmo» markalı qoşa elektrik yuvasının, 4 ədəd «Aulmo» markalı tək elektrik yuvasının, 2 ədəd «Aulmo» markalı tək güc elektrik yuvasının, 1 ədəd «Aulmo» markalı tək elektrik açarın, 3 ədəd «Aulmo» markalı cüt elektrik açarın, 1 ədəd «Aulmo» markalı üçlük elektrik açarın, 1 ədəd «Aulmo» markalı cüt telefon yuvasının, 2 ədəd «Aulmo» markalı elektrik qovşağın qapağının, 1 ədəd «Aulmo» markalı tək telefon və tək elektrik yuvasının, 17 ədəd diametri 25 mm olan plastik borular üçün ağ rəngdə birləşdiricilərin, 6 ədəd diametri 25 mm olan plastik borular üçün boz rəngdə birləşdiricilərin, 2 ədəd diametri 25 mm olan plastik borular üçün qapaqların, 1 ədəd diametri 25 mm olan plastik borular üçün fıltrin və 9 ədəd diametri 25 mm olan plastik borular üçün ağ rəngdə aypara şəkildə birləşdiricilərin, «Made in Turkey AVVG» yazısı olan 32 metr uzunluqda boz rəngli televiziya kabelin, 5 metr uzunluqda ağ rəngli televiziya kabelin və 80 metr uzunluqda qara rəngli «Göktel» markalı telefon kabelin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxsbarəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-209/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-209/2020
14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver