Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-209/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o,.özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 21.000 manat müqabilində üç ay müddətində X3 2016-cı il buraxılışlı, mavi metalik rəngli, 2.0 kub motor həcmli “Hyundai“ markalı “Sonata” modelində olan hibrid avtomobilini Azərbaycan Respublikasına gətizdirəcəyinə dair yalandan vəd verib aldadaraq 2024-cü ilin fevral ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs1 işlədiyi ünvan 2 ünvanında fəaliyyət göstərən “X4 1“ klinikasında onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid vasitəsilə Zərərçəkmiş şəxs1 5000 manat pulunu, 2024-cü ilin mart ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə eyni işə görə eyni ünvanda Şahid vasitəsilə 4000 manat pulunu, 2024-cü ilin aprel ayının ortalarında eyni işə görə ünvan 3 ünvanın yaxınlığında Şahid vasitəsilə 3000 manat pulunu, 2024-cü ilin aprel ayının sonlarında eyni işə görə ünvan 2 ünvanında fəaliyyət göstərən “X4 1“ klinikasının yaxınlığında 5000 manat pulunu, 12 iyun 2024-cü il tarixdə eyni işə görə ünvan 3 binanın qarşısında 3000 manat pulunu, 13 iyun 2024-cü il tarixdə saat 17:13~də eyni ünvandan eyni işə görə Zərərçəkmiş şəxs1 özünə məxsus "xxxx" ASC-yə aid 4098 5844 7188 2090 nömrəli kart hesabından mobil telefon tətbiqi vasitəsilə onun "xxxx" ASC-yə aid olan 416973****100562 nömrəli kart hesabına köçürtdüyü 500 manat pulu, həmin gün saat 17:52-də eyni işə görə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Bolmart” supermarketində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə onun "xxxx" ASC-yə aid olan 416973****100562 nömrəli kart hesabına köçürtdüyü 500 manat pulu, ümumilikdə 21.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 kriptovalyuta olan bitkoinin qiymətinin aşağı düşdüyünü, həmin kriptovalyutanı ucuz qiymətə alıb gözləməyi, qiymət qalxandan sonra isə həmin kriptovalyutanı baha qiymətə satıb yaxşı gəlir əldə edə biləcəyinə dair yalandan vəd verib aldadaraq 16 iyun 2024-cü il tarixdə saat 07:26 dəqiqədə Bakı şəhəri, Binqədi rayonu, Sumqayıt şossesi 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindən Zərərçəkmiş şəxs2 Özünə məxsus "xxxx" ASC-yə aid olan 4724 9975 9029 9099 nömrəli kart hesabından mobil telefon tətbiqi vasitəsilə onun "xxxx" ASC-yə məxsus 416973****100562 nömrəli kart hesabına köçürtdüyü 550 manat pulu, həmin gün saat 20:15 dəqiqədə eyni işə görə Quba rayonu, Susay Qışlaq kəndindən Zərərçəkmiş şəxs2 özünə məxsus eyni kart hesabından mobil telefon tətbiqi vasitəsilə onun eyni kart hesabına köçürtdüyü 450 manat pulu, 20 iyun 2024-cü il tarixdə saat 23:11 dəqiqədə eyni işə görə ünvan 4 ünvanından Zərərçəkmiş şəxs2 özünə məxsus eyni kart hesabından mobil tətbiq vasitəsilə onun eyni kart hesabına köçürtdüyü 1600 manat pulu, 22 iyun 2024- cü il tarixdə saat 21:38 dəqiqədə eyni işə görə eyni ünvandan Zərərçəkmiş şəxs2 özünə məxsus eyni kart hesabından mobil tətbiq vasitəsilə onun eyni kart hesabına köçürtdüyü 2200 manat pulunu, habelə guya kriptovalyutanın satışından əldə olunduğu "xxxx" ASC-nin hesabına köçürülmüş 13.500 manat pul vəsaitinin nağdlaşdırılması üçün 10% vergi ödəmək lazım olduğunu Zərərçəkmiş şəxs2 yalandan bildirib bu adla 27 iyun 2024-cü il tarixdə saat 19:17 dəqiqədə ünvan 4 ünvanından Zərərçəkmiş şəxs2 özünə məxsus "xxxx"ASC-yə aid olan 4127 2044 4868 6004 nömrəli kart hesabından mobil telefon tətbiqi vasitəsilə onun "xxxx" ASC-yə məxsus 5522********6460 nömrəli kart hesabına köçürtdüyü 1350 manat pulu, ümumilikdə 6150 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 tanışı Şahid görə tanımışdır. Belə ki, Bəhrəm «X4» tibb mərkəzində hüquqşünas işləyir, Zərərçəkmiş şəxs1 isə həmin tibb mərkəzində mühafizəçi işləyir. O, Şahid 15 il olar ki, tanıyır, onunla tanışlıq münasibətləri olmuşdur. Təxminən 2024-cü ilin fevral ayında Bəhrəm ona müraciət edərək iş yoldaşı Turalın özünə xaricdən «Hyundai» markalı «Sonata» modelində olan avtomobil gətizdirmək istədiyini bildirmiş və ondan Turala kömək etməyini xahiş etmişdir. Belə ki, Bəhrəm bilirmiş ki, ABŞ-da yaşayan tanışları var və onlar bu işlərlə məşğuldurlar. O, özü də bir müddət ABŞ-da yaşamışdır. Orxan onun mobil telefonuna “Copart” avtomobillərin hərracı linkini göndərmişdir, o da həmin linkə daxil olub «Hyundai» markalı «Sonata» modelində olan bir neçə avtomobilin fotoşəkillərini çəkib “WhatsApp” vasitəsilə Bəhrəmə həmin avtomobillərin fotoşəkillərini göndərmişdir. Tural həmin avtomobillərin fotoşəkillərinə baxıb 2016-cı il buraxılışlı, mavi metalik rəngli, 2.0 motor həcmli “Hyundai” markalı “Sonata” modelində olan hibrid motorlu bir avtomobili bəyənmişdir. O, ABŞ-da yaşayan tanışı Osmanla danışıb sözügedən avtomobili hərrac vasitəsilə almaq lazım olduğunu bildirmişdir. Avtomobilin Bakıya gəliş qiyməti 21.000 manat imiş və ödəniş hissə-hissə edilməliymiş. Tural yalnız avtomobilin dövlət qeydiyyat nişanını özü almalı idi. Avtomobil üç aya gəlməli idi. Tural ilə danışıqları belə olmuşdur ki, 12000 manat ilkin olaraq avtomobilə görə ödəyəcək, avtomobil Azərbaycan Respublikasına gələndən sonra 9000 manat pul ödəyəcəkdir. Beləliklə avtomobilə görə ilkin ödəniş olan 5000 manat pulu Tural ona təxminən 2024-cü ilin fevral ayında dəqiq tarix yadında qalmayan gündə Bəhrəmin vasitəsilə vermişdir. O da həmin pulu ilikin ödəniş kimi Osmanın Bakıda yaşayan qardaşı Orxana vermişdir. Sonradan Osman tez bir zamanda ondan əlavə 11000 manat pul istəmişdir. O, bu barədə Bəhrəmə demiş, Bəhrəm isə Turalla danışığın bu cür olmadığını, pulun mərhələli şəkildə ona veriləcəyini bildirmişdir. O da məcbur olub öz cibindən Osmanın qardaşı Orxana iki dəfəyə 11000 manat pul vermişdir. Həmin pulu o, 2024-cü ilin mart ayının əvvəlinə kimi Orxana vermişdir. Orxana pulları “Molokan” bağının yaxınlığında vermişdir. Onu da qeyd edir ki, Orxan da hazırda ABŞ-da yaşayır, iki qardaş ikisi də orada siyasi sığınacaq alıblar. Osmanla aralarında olan danışığa əsasən yerdə qalan 6000 manat pulu o, ona avtomobil Bakıya gələndən sonra verməli idi. 2024-cü ilin mart ayının əvvəllərində dəqiq tarix yadında qalmayan gündə Tural Bəhrəmin vasitəsilə avtomobilə görə ona 4000 manat pul vermişdir. 2024-cü ilin aprel ayında o, Bəhrəmə və Turala bildirmişdir ki, sistemdə baxanda görünür ki, avtomobil Gürcüstan Respublikasmdadır, pul vermək lazımdır. 2024-cü ilin aprel ayının ortalarında dəqiq tarix yadında qalmayan gündə Tural Bəhrəmin vasitəsilə avtomobilə görə ona 3000 manat pul vermişdir. Sonradan oun özünə pul lazım olmuş və o, Bəhrəmdən pul istəyəndə ona demişdir ki, özü Tural ilə əlaqə saxlayıb ondan pul istəsin. O da Tural ilə telefon əlaqəsi saxlayıb avtomobilə görə ondan pul istəmişdir. 2024-cü ilin aprel ayının sonlarında dəqiq tarix yadında qalmayan gündə Tural ilə görüşmüş və ondan avtomobilə görə 5000 manat pul almış, lakin həmin pulu Turaldan aldığı ünvan dəqiq yadında deyil. Həmin vaxtdan bir müddət sonra 2024-cü ilin iyun ayında Tural onunla telefon əlaqəsi saxlayanda ona demişdir ki, avtomobillə bağlı heç bir problem yoxdur, avtomobil tez bir zamanda Bakıya yola düşəcəkdir. O, Turala həmin vaxt bildirmişdir ki, avtomobilə görə 3000 manat pul lazımdır. Həmin gün o, Tural ilə yaşadığı binanın qarşısında görüşmüş, Tural ona 3000 manat pul vermişdir. Həmin günün sabahısı günü Tural ilə əlaqə saxlayıb ondan yerdə qalan 1000 manat pulu istəmişdir. Tural 13 iyun 2024-cü il tarixdə iki dəfəyə onun "xxxx" ASC-yə aid olan kart hesabına 1000 manat pul köçürmüşdür. Beləliklə o, Turaldan ümumilikdə 21.000 manat pul almış olmuşdur. Lakin Osman müxtəlif bəhanələr gətirərək onu aldatmış, avtomobil Bakıya gəlib çıxmamışdır. Tural isə narazılığını bildirməyə başlamışdır. Tural narazılıq etməyə başlayanda o, Turala Bəhrəm vasitəsilə 5000 manat pul göndərmişdir. Tural həmin pulu götürmək istəməsə də, sonradan Bəhrəmdən götürmüşdür. Bir müddət sonra Bəhrəm vasitəsilə Turala əlavə 3000 manat göndərsə də, Tural həmin pulu götürməmiş və pulunu tam şəkildə istəmişdir. O da həmin pulu sonradan Bəhrəmdən hissə-hissə götürmüşdür. Maddi imkanı olmadığı üçün Turalın 16.000 manat pulunu qaytara bilməmişdir. Osman X3 müxtəlif növ avtomobillər alaraq Azərbaycan Respublikasına gətizdirib həmin avtomobillərin satışı ilə məşğul olmuşdur. Orxan isə Osmanın qardaşıdır. Sonradan Osman və Orxan qardaşları X5 köçmüşlər və hazırda orada yaşayırlar. Lakin o, Osman və Orxan qardaşlarının soyadını, ata adını, yaşadığı ünvanı tanımır. Osman və Orxan qardaşlarının mobil nömrəsi də telefonundan silinib, ona görə də Osman və Orxan qardaşlarının anket məlumatları deyə bilməyəcək. Zərərçəkmiş şəxs1 üçün X3 alınaraq Azərbaycan Respublikasına gətiriləcək “Hyundai” markalı “Sonata” modelində olan avtomobilə görə Osman adlı tanışının qardaşı Orxana 11.000 manat pul verməyi ilə bağlı istintaqa hər hansı bir sübut təqdim edə bilməyəcək. Zərərçəkmiş şəxs1 üçün X3 alınaraq Azərbaycan Respublikasına gətiriləcək “Hyundai” markalı “Sonata” modelində olan avtomobilin alınması ilə bağlı hər hansı bir qəbz və ya sənədi istintaqa təqdim edə bilməyəcək. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayəti törətmişdir. Zərərçəkmiş şəxs1 qarşı etdiyi dələduzluq cinayətində Şahid heç bir iştirakı olmamışdır. Zərərçəkmiş şəxs1 Şahid tanışı və iş yoldaşı olmuşdur, o, Turalı tanımamış, Bəhrəm Turalı onunla tanış etmişdir. Onun Zərərçəkmiş şəxs1 qarşı etdiyi dələduzluq cinayəti barədə Şahid məlumatı olmamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 qarşı da dələduzluq etmişdir. O, Zərərçəkmiş şəxs2 2024-cü ilin fevral ayından tanımışdır. Belə ki, o, 2024-cü ilin fevral ayında Bakı şəhərində yerləşən Milli Azərbaycan Tarixi X1 şöbəsinə mütəxəsis kimi işə düzəlmişdir. Zərərçəkmiş şəxs2 Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri vəzifəsində işləmişdir. İşlədiyi muzeydə onun bütün işçilərlə münasibəti yaxşı olmuş, eləcə də, Zərərçəkmiş şəxs2 ilə də, münasibəti yaxşı olmuşdur. 15 iyun 2024-cü il tarixdə X7 “WhatsApp” proqramı vasitəsilə təbrik mesajı göndərmişdir. O da Eminə cavab olaraq təbrik mesajı yazmışdır. Onun maddi vəziyyəti yaxşı olmamışdır, qərara almışdır ki, Zərərçəkmiş şəxs2 aldadıb onun pulunu ələ keçirsin. Buna görə də Zərərçəkmiş şəxs2 sərfəli bir işə yatırım edib pul qazanmağı təkilf etmişdir. O, Zərərçəkmiş şəxs2 kriptovalyuta olan bitkoinin qiymətinin aşağı düşdüyünü, həmin kriptovalyutanı ucuz qiymətə alıb gözləməyi, qiymət qalxandan sonra isə həmin kriptovalyutanı baha satıb qazanc əldə edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 ona kriptovalyutadan anlayışsız olduğunu bildirəndə ona demişdir ki, narahat olmasın, hər bir işi özü edəcək, özü və dostları da bu işə yatırım etmişlər. O, ilkin olaraq bu işə 550 manat yatırım edə biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs2 mobil telefonuna Kapital Bank ASC-yə məxsus hazırda bağlanmış 416973****100562 nömrəli kart hesabını “WhatsApp” proqramı vasitəsilə göndərmişdir ki, həmin karta pul göndərsin. Zərərçəkmiş şəxs2 onun təklifi ilə razılaşıb 16 iyun 2024-cü il tarixdə səhər saatlarında onun "xxxx" ASC-yə məxsus hazırda bağlanmış 416973****100562 nömrəli kart hesabına 550 manat pul köçürtmüşdür. Həmin gün axşam saatlarında, o, Emin ilə “WhatsApp” proqramı vasitəsilə yazışaraq bitkoinin qiymətinin get-gedə aşağı düşdüyünü, bu fürsətdən istifadə edib çoxlu qazanc əldə etmək üçün daha çox bitkoin almaq lazım olduğunu və ona əlavə pul göndərməyini demişdir. Lakin o, heç bir kriptovalyuta almaq barədə sosial şəbəkəyə daxil olmamış, məqsədi Emini aldadıb pulunu ələ keçirmək olmuşdur. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Emin onun Kapital Bank ASC-yə məxsus hazırda bağlanmış 416973****100562 nömrəli kart hesabına 450 manat da pul köçürtmüşdür. Növbəti gün Emin ona “WhatsApp” proqramı vasitəsilə yazaraq işlərin nə yerdə olduğunu soruşmuş, o isə işlərin qaydasında olduğunu bildirmişdir. 20 iyun 2024-cü il tarixdə o, Eminə “WhatsApp” proqramı vasitəsilə yazaraq bitkoin aldığı platformada etibar qazanmaq üçün başqa növ kriptovalyuta almaq lazım olduğunu, alqı-satqı əməliyyatlarım apardıqdan sonra əldə olunmuş vəsaitləri də bitkoinlərin alınmasına sərf edəcəyini bildirib ondan pul istəmişdir. Emin ondan nə qədər pul lazım olduğunu soruşmuş, o isə Eminə demişdir ki, nə qədər çox pul qoysa, bir o qədər çox qazanc əldə edəcəkdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Emin onun "xxxx" ASC-yə məxsus hazırda bağlanmış 416973****100562 nömrəli kart hesabına 1600 manat pul köçürtmüşdür. 22 iyun 2024-cü il tarixdə o, Emin ilə “WhatsApp” proqramı vasitəsilə yazışaraq onun üçün aldığı bitkoinləri yaxşı qiymətə satdığını, satışdan əldə etdiyi pul vəsaitini «Premium Bank»dakı bank hesabına köçürmək üçün 2200 manat pul lazım olduğunu bildirmişdir. O, Eminə demişdir ki, bitkoinlə bağlı pul əməliyyatlarını yalnız «Premium Bank» vasitəsilə aparılması mümkündür. 22 iyun 2024-cü il tarixdə saat 21:38də Zərərçəkmiş şəxs2 onun Kapital Bank ASC-yə məxsus hazırda bağlanmış 416973****100562 nömrəli kart hesabına 2200 manat pul köçürtmüşdür. 27 iyun 2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs2la “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə yazışaraq «Premium Bank»dakı hesabına 13500 manat pul vəsaitinin köçürüldüyünü, 10% vergi ödədikdə həmin pulu bankdan dərhal götürə biləcəklərini, əks halda pulu götürmək üçün 15 gün gözləmək lazım olduğunu bildirmişdir. Emin ona bildirmişdir ki, 15 gün gözləyə bilər. Lakin o, Eminə demişdir ki, 15 gün məsləhət deyil, ola bilər ki, pulun ııağdlaşdırma müddəti 15 gündən artıq olsun. Emin 27 iyun 2024-cü il tarixdə saat 19:17də onun mobil telefonuna göndərdiyi Azərbaycan Beynəlxalq Bank ASC-yə məxsus hazırda bağlanmış 5522********6460 nömrəli kart hesabına 1350 manat pul köçürtmüşdür. Beləliklə Zərərçəkmiş şəxs2 ümumilikdə ona 6150 manat pul vermiş olmuşdur. Növbəti günlərdə Zərərçəkmiş şəxs2 “WhatsApp” proqramı vasitəsilə onunla yazışmalarda 13500 manat pul vəsaiti ilə maraqlananda, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, ona verdiyi 6150 manat pulu ona geri qaytarsın. O, Zərərçəkmiş şəxs2 yaxın vaxtlarda onun 6150 manat pulunu geri qaytaracağını bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək həmin pulu qaytarmamışdır. Əməlindən peşmandır. Hər iki zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən tam ödənilmiş, ona qarşı zərərçəkmiş şəxslərin şikayət və tələbi yoxdur. Anası onkoloji xəstəlikdən əziyyət çəkir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, .2021-ci ildən ünvan 2 ünvanda yerləşən «X4 1» klinikasında mühafizəçi vəzifəsində işləmişdir. 2024-cü ilin əvvəlində özünə xaricdən avtomobil gətizdirmək fikrinə düşmüşdür. Bu haqda bir neçə şəxsə, o cümlədən işlədiyi klinikada hüquqşünas vəzifəsində işləyən Bəhram Quliyevə demişdir. Bəhram isə ona dostu Təqsirləndirilən şəxs bu cür işlərlə məşğul olduğunu və həmin şəxsin ona avtomobil gətizdirə biləcəyini demişdir. 09 fevral 2024-cü il tarixdə Bəhram iş yerində ona bir “Hyundai” markalı, “Sonata” modelində olan avtomobilin fotoşəkillərini göstərmiş və Vüsala istinadən bildirmişdir ki, Vüsal həmin avtomobili ABŞdan 21.000 manata gətizdirə biləcək. Həmin məbləğə bütün xərclər daxil imiş, o, yalnız həmin avtomobil üçün dövlət qeydiyyat nişanı almalı idi. Bəhram Vüsala istinadən bildirmişdir ki, ilkin ödəniş kimi Vüsala 5000 manat verir, avtomobil Bakı gömrüyünə çatandan sonra qalan pulun yarısını, yəni 8000 manat verir, avtomobilə dövlət qeydiyyat nişanı alandan sonra isə qalan 8000 manatı verir, avtomobil 2024-cü ilin may ayının ilk həftəsində onda olmalı idi. O, Bəhramın bu təklifi ilə razılaşmış və təxminən 5-6 gün sonra iş yerində Bəhrama ilkin ödəniş kimi 5000 manat pul vermişdir. Belə ki, o, Vüsalı tanımamış, onu görməmiş və Bəhrama da bu işdə onu tanıdığını və pula görə onun cavabdeh olduğunu bildirmişdir. Bəhram da ona pulu Vüsala verdiyini demişdir. 2024-cü ilin mart ayında Bəhram ona Vüsalın avtomobilə görə 4000 manat pul istədiyini bildirmişdir. Belə ki, Bəhramın dediyinə görə Vüsal bu işi bir neçə şəxslə şərikinə gördüyü və ABŞ-dan çoxlu sayda (təxminən 20-yə yaxın) avtomobil sifariş etdikləri üçün avtomobilin sənədləşdirilməsindən ötrü əlavə 4000 manat pul lazım olduğunu bildirmişdir. Bəhrama inanıb 2024-cü ilin mart ayının əvvəllərində ona iş yerlərində 4000 manat pul vermişdir. 2024-cü ilin aprel ayında Bəhram ona avtomobillərin hamısının Qazax gömrüyünə çatdıqlarını, onun avtomobili ilə bağlı heç bir problemin olmadığını, lakin digər iki avtomobillərin ban nömrələrində uyğunsuzluq olduğunu, onun və qalan avtomobillərin ban nömrələrinin tez bir zamanda üzləşdirilməsi üçün gömrük əməkdaşına «hörmət» etmək lazım olduğunu bildirmiş və Vüsalın danışılan məbləğdən 3000 manat da istədiyini bildirmişdir. O, Bəhrama inanıb 2024-cü ilin aprel ayının ortalarında yaşadığı ünvan 3 binanın yaxınlığında ona idarə etdiyi avtomobildə 3000 manat pulu vermişdir. Həmin vaxt Bəhram ona yuxarıda sadalanan problemlərə görə avtomobilin ona 2024-cü ilin may ayının ortalarında çatacağını bildirmişdir. Onu da qeyd edir ki, Bəhrama ümumilikdə 12000 manat pul versə də, Vüsal ilə hələ bu işlə bağlı tam ünsiyyəti olmamışdır, o. Vüsalı bu işin əvvəlində yalnız bir dəfə işlədiyi klinikada Bəhramın yanında görmüşdür. 2024-cü ilin aprel ayının sonlarında Vüsal özü ona zəng edərək şərikləri ilə birlikdə ABŞ-dan gətirdikləri avtomobillərin gömrükdə duracaq pullarını ödəyə bilmədikləri üçün onun əvəzindən şəriklərinə 5000 manat ödədiyini, həmin pulu borc alıb verdiyini, pul sahibinin həmin məbləği ondan tələb etdiyini bildirmiş və ondan həmin pulu ödəməyi xahiş etmişdir. O, Vüsala nə üçün ona demədən əvəzindən 5000 manat ödədiyini soruşmuş, Vüsal isə Bəhrama 21000 manatdan qalan 9000 manatı, avtomobili ona verəndən sonra ondan alacağını dediyi üçün ondan 5000 manat istəmədiyini, lakin borc sahibi onu dirədiyi üçün məcbur olub bu haqda ona danışdığını bildirmişdir. O, da Vüsala inanıb 5000 manat pulu ona 2024-cü ilin aprel ayının sonlarında iş yerinin yaxınlığında vermişdir. 2024-cü ilin may ayının sonlarında o, Vüsala zəng edib avtomobillə maraqlansa da, Vüsal ona səbrli olmağı və işi tez bir zamanda yekunlaşdıracağını bildirmişdir. 12 iyun 2024-cü il tarixdə o, təkrar Vüsala zəng edib avtomobillə maraqlanmış, Vüsal ona avtomobillə bağlı heç bir problemin olmadığını, sifariş etdikləri bütün avtomobillərin tez bir zamanda Bakıya yola düşəcəklərini, ona sözünün olduğu üçün onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün Vüsal ilə Xətai rayonu, Neapol dairəsi yaxınlığında görüşmüşlər. Vüsal ona bütün avtomobillərin konteynerlərə yükləndiyini, gömrük əməkdaşlarının süni problemlər yaratdıqları üçün onların gündüz vaxtı yola düşə bilmədiklərini, gömrükdə bir nəfər tapdıqlarını, ona «hörmət» edəcəkləri halda konteynerlərin gecə yola düşəcəklərini və növbəti gün günorta saatlarında «Meyvəli»yə çatacaqlarını və buna görə gömrük əməkdaşına 3000 manat «hörmət» etmək lazım olduğunu bildirib həmin məbləği ondan istəmişdir. O, Vüsala inanıb onunla yaşadığı məhəlləyə gəlmişdir. Evdən 3000 manat pulu götürüb məhəllədə Vüsala vermişdir. Vüsal dediyinə görə həmin pulu ödəniş terminalı vasitəsilə şərikinə göndərəcəkdi. Növbəti gün, yəni 13 iyun 2024-cü il tarixdə Vüsal ona zəng edib şərikinə 3000 manatdan əlavə 1000 manat da göndərdiyini, gec olduğu üçün ona zəng edib bu haqda demədiyini, aralarında danışılan məbləğin tamamlanması üçün, yəni 21000 manat olması üçün, ona 1000 manat verməyini demişdir. Həmin vaxt "xxxx" kart hesabında 500 manatdan bir az artıq pul olduğu üçün, o, evdə mobil tətbiq vasitəsilə Vüsalın "xxxx"a aid olan kart hesabına 500 manat köçürtmüş, sonra isə həyətə düşüb qalan 500 manatı yaşadığı evin yaxınlığında fəaliyyət göstərən «Bolmart» supermarketində quraşdırılmış «mpay» elektron ödəniş terminalı vasitəsilə Vüsalın "xxxx"a aid olan kart hesabına köçürtmüş və bununla da 21.000 manat pulu tamamlamışdır. Lakin, Vüsalın dediyi tarixdə avtomobili gəlib çıxmamışdır. Vüsala bir neçə dəfə zəng edib bu haqda soruşsa da, Vüsal ona müxtəlif bəhanələr gətirməyə başlamış, günahı şəriklərinin üstünə atmağa başlamış, o isə Vüsala onu tanıdığını, avtomobili istəmədiyini bildirmiş və verdiyi 21.000 manatı geri tələb etmişdir. Vüsal isə ona şərikləri ilə danışdığını, avtomobillər Bakıya çatanda və satıldıqdan sonra 21000 manat pulu geri ala biləcəyini demişdir. Lakin, o, bununla razılaşmamışdır. Bir müddət sonra, 2024-cü ilin avqust ayında Bəhram ona iş yerində 5000 manat pulu verərək həmin pulu Vüsalın göndərdiyini demişdir. Lakin, qalan 16000 manatı Vüsal tez bir zamanda qaytaracağını desə də, o, ona inanmamış və DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək şikayət etmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 10 iyun 2008ci il tarixdən Milli Azərbaycan Tarixi Muzeyində işləyir, hazırda həmin Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayından tanıyır, belə ki, Vüsal həmin Müzeyə İT-mütəxəssisi kimi işə düzəlmişdir. Vüsal özünü mehriban və səmimi əməkdaş kimi göstərmiş, ona görə də münasibətləri yaxşı olmuşdur. 15 iyun 2024-cü il tarixdə Qurban Bayramında o, dosttanışlarına, o cümlədən Vüsala, WhatsApp ani mesajlaşma proqramı vasitəsilə təbrik mesajı göndərmişdir. Vüsal cavab olaraq onu təbrik etmiş və sərfəli bir işə yatırım edib pul qazanmağı təkilf etmişdir. Belə ki, Vüsal ona kriptovalyuta olan bitkoinin qiymətinin aşağı düşdüyünü, həmin kriptovalyutanı ucuz qiymətə alıb gözləməyi, qiymət qalxandan sonra isə həmin kriptovalyutanı baha satıb qazanc əldə edə biləcəyini demişdir. O, Vüsala kriptovalyutadan anlayışsız olduğunu desə də, Vüsal ona narahat olmamağını və hər şeyi özünün edəcəyini, özünün və dostlarının da bu işə yatırım etdiklərini bildirmişdir. Vüsal ilkin olaraq bu işə 550 manat yatırım edə biləcəyini demişdir. O, Vüsalın təklifi ilə razılaşıb 16 iyun 2024-cü il tarixdə səhər saatlarında "xxxx" ASC-yə aid 4724 9975 9029 9099 nömrəli kart hesabımdan mobil telefonunda olan tətbiq vasitəsilə Vüsalın "xxxx" ASC-yə məxsus 416973****100562 nömrəli kart hesabına 550 manat pul köçürtmüşdür. Həmin vaxt o, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3-cü km-də yerləşən Bakı X2muşdur. Belə ki, o, Qurban Bayramı ilə bağlı Quba rayonuna qohumları ilə bayramlaşmağa getmişdir. Həmin gün axşam saatlarında, o, Quba rayonu, Susay Qışlaq kəndində olarkən Vüsal onunla “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə yazışaraq bitkoinin qiymətinin get-gedə aşağı düşdüyünü, bu fürsətdən istifadə edib çoxlu qazanc əldə etmək üçün daha çox bitkoin almaq lazım olduğunu və ona əlavə pul göndərməyini demişdir. Həmin gün axşam saatlarında "xxxx" ASC-yə aid eyni kart hesabından mobil telefonunda olan tətbiq vasitəsilə Vüsalın "xxxx" ASC-yə məxsus eyni kart hesabına əlavə olaraq 450 manat pul köçürtmüşdür. Növbət gün o, Vüsala “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə yazaraq işlərin nə yerdə olduğunu soruşmuş, Vüsal isə işlərin qaydasında olduğunu bildirmişdir. 20 iyun 2024-cü il tarixdə Vüsal ona “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə yazaraq bitkoin aldığı platformada etibar qazanmaq üçün başqa növ kriptovalyuta almaq lazım olduğunu, alqı-satqı əməliyyatlarını apardıqdan sonra əldə olunmuş vəsaitləri də bitkoinlərin alınmasına sərf edəcəyini bildirmişdi və ondan pul istəmişdir. O, Vüsaldan nə qədər pul lazım olduğunu soruşmuş, Vüsal isə ona nə qədər çox pul qoysa, bir o qədər çox qazanc əldə edəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında yaşadığı ünvan 4 ünvanında olan zaman saat 23:11-də "xxxx" ASC-yə aid eyni kart hesabından mobil telefonunda olan tətbiq vasitəsilə Vüsalın "xxxx" ASC-yə məxsus eyni kart hesabına 1600 manat pul köçürtmüşdür. 22 iyun 2024-cü il tarixdə Vüsal onunla “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə yazışaraq onun üçün aldığı bitkoinləri yaxşı qiymətə satdığını, satışdan əldə etdiyi pul vəsaitini «Premium Bank»dakı bank hesabına köçürmək üçün 2200 manat pul lazım olduğunu bildirmişdir. Onu da qeyd edir ki, Vüsal ona bitkoinlə bağlı pul əməliyyatlarının yalnız «Premium Bank» vasitəsilə aparılmasının mümkün olduğunu bildirmişdir. O, da Vüsala inanmışdır. Həmin gün saat 21:38-də yaşadığı ünvanda olan zaman "xxxx" ASC-yə aid eyni kart hesabından mobil telefonunda olan tətbiq vasitəsilə Vüsalın "xxxx" ASC-yə məxsus eyni kart hesabına 2200 manat pul köçürtmüşdür. 27 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə yazışaraq «Premium Bank»dakı hesabına 13.500 manat pul vəsaitinin köçürüldüyünü, 10% vergi ödədikdə həmin pulu bankdan dərhal götürə biləcəklərini, əks halda pulu götürmək üçün 15 gün gözləmək lazım olduğunu bildirmişdi. O, Təqsirləndirilən şəxs 15 gün gözləyə biləcəyini desə də, Vüsal ona bunu etməyi məsləhət görməmiş, belə ki, onun sözlərinə görə pulun nağdlaşdırma müddəti 15 gündən artıq da ola bilərmiş. O, Təqsirləndirilən şəxs inanıb "xxxx" ASC-yə aid 4127 2044 4868 6004 nömrəli kart hesabına mobil tətbiq vasitəsilə həmin bankdan 1350 manat kredit götürüb həmin pul vəsaitini 27 iyun 2024-cü il tarixdə saat 19:17-də mobil telefonunda olan mobil tətbiq vasitəsilə Vüsalın "xxxx" ASC-yə məxsus 5522********6460 nömrəli kart hesabına köçürtmüşdür. Beləliklə, o, Vüsala ümumilikdə 6150 manat pul vəsaiti köçürtmüşdür. Növbəti yazışmalarda Vüsaldan 13500 manat pul vəsaiti ilə maraqlananda o, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Vüsalın onu aldatdığını başa düşəndən sonra ondan 6150 manat pul vəsaitini geri tələb etməyə başlamış, lakin Vüsal bu dəfə də ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmağa başlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildən «X4» MMC-də hüquqşünas vəzifəsində işləmişdir. Həmin MMC eyni adlı tibbi mərkəzinin binasında yerləşir. Zərərçəkmiş şəxs1 tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Tural, səhv etmirsə, 2022-ci ildən «X4 1» tibb mərkəzində mühafizəçi vəzifəsində işləyir. Turalla münasibətləri həmişə yaxşı olub. Turalın arvadı Mina da onların tibb mərkəzində qeydiyyatçı işləmişdir. Təqsirləndirilən şəxs 15 il olar ki, tanıyır. Belə ki, o, Bakı şəhərində türk litseyində oxuyarkən Beyləqan şəhərindən olan sinif yoldaşı Əsgərin vasitəsilə Vüsalı tanımış, onunla tanışlıq münasibətləri yaranmışdır. Təxminən 2024-cü ilin fevral ayında Tural onu tibb mərkəzinin dəhlizində görüb onunla məsləhətləşmək istədiyini bildimiş, o, etiraz etməmişdir. Tural ona rayonda torpaq sahəsi satdığını, əlində bir az pul olduğunu və ilkin ödəniş edib ipoteka ilə ev və ya mənzil almaq istədiyini bildirmiş və ondan ona bu işdə köməklik göstərməyi xahiş etmişdir. O, Turala kömək etmək üçün bir neçə gün boş vaxtlarında birlikdə internetdə ev və mənzil elanlarına baxmış, lakin qiymətlər çox yüksək olduğundan Tural ipoteka ilə ev və ya mənzil götürə bilməmişdir. Bir neçə gün sonra Tural ona yaxınlaşıb avtomobil tapmaqda ona kömək etməyini xahiş etmişdir. O, bir neçə gün «turbo.az» saytına daxil olub müxtəlif marka və modellərdə olan avtomobillərə baxmış, hətta idarə etdiyi «Kia» markalı «Optima» modelində olan avtomobili ona almağı təklif etmiş, lakin Turalın istədiyi avtomobillərə pulu çatmamışdır. Tural xaricdən avtomobil gətizdirmək istədiyini bildirmişdir. Həmin ərəfədə o, tanışı Vüsalı “Honda CİVİC” markalı avtomobil sürərkən görmüş, Vüsaldan bu barədə soruşanda ona demişdir ki, tanışları Orxan və Osman qardaşlarının vasitəsilə həmin avtomobili ABŞ-dan gətizdirmişdir. O, bu haqda bu işlə məşğul olan bir neçə şəxsə, eləcə də, Vüsala müraciət etmişdir. Vüsal ona “WhatsApp” vasitəsilə 2016-cı il buraxılışlı 2.0 motor həcmli, mavi metalik rəngli, “Hyundai” markalı, “Sonata” modelində olan avtomobilin fotoşəkilini və VİN kodunu göndərmiş, avtomobilin Bakıya gəliş qiymətinin 21.000 manat olduğunu və ödənişin hissə-hissə ediləcəyini bildirmişdir. Belə ki, qiymətin yarısı hissəhissə olmaqla Bakıya gələnə kimi ödənilməli, qalan hissəsi isə avtomobil Bakıya çatandan sonra ödənilməli idi. O, avtomobilin fotoşəkillərini Turala göstərib ona bildirmişdir ki, avtomobil X3 gətiriləcəkdir. Tural avtomobili bəyəndiyi üçün o, Vüsala bu haqda bildirmişdir. Bir neçə gündən sonra Vüsal iş yerlərinə gəmiş, orada o, onu Turalla tanış etmişdir ki, özləri danışıb şərtləşsinlər. Vüsal avtomobilin 2024-cü ilin may ayında Bakıda olacağını bildirmişdir. Avtomobillə bağlı bir neçə dəfə üçü görüşüb söhbət etmişlər, şəxsi problemləri olduğundan sonrakı görüşlərdə o, iştirak edə bilməmişdir. Tural avtomobil almaq üçün Vüsala verəcəyi pulun bir hissəsini, yəni 12000 manatını onun vasitəsilə Vüsala vermişdir. Belə ki, ilk dəfə Zərərçəkmiş şəxs1 həmin avtomobilə görə Vüsala çatdırmaq üçün 2024-cü ilin fevral ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı gündə iş yerlərində ona 5000 manat pul vermiş, o da həmin gün 5000 manat pulu Vüsala vermişdir. 2024-cü ilin mart ayında dəqiq xatırlmadağı tarixdə Zərərçəkmiş şəxs1 həmin avtomobilə görə Vüsala çatdırmaq üçün iş yerlərində ona 4000 manat pul vermiş, o da həmin gün 4000 manat pulu Vüsala vermişdir. 2024-cü ilin aprel ayında dəqiq xatırlmadağı tarixdə o, Turalı idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə onun yaşadığı ünvana aparmışdır. Tural yaşadığı evin qarşısında avtomobildən düşəndə ona bildirmişdir ki, Vüsala pul verməlidir, həmin pulu ona versin ki, o da həmin pulu Vüsala çatdırsın. O, Turala etiraz etməmiş, Tural yaşadığı evə gedib geri qayıdıb avtomobilə əyləşib ona 3000 manat pul vermiş, o da həmin gün 3000 manat pulu Vüsala çatdırmışdır. Həmin vaxtdan sonra isə bütün alış veriş Tural ilə Vüsalın arasında olmuşdur. Lakin, Vüsalın dediyi vaxtda avtomobil Bakıya çatmamışdır. Vüsal buna görə məsuliyyətin bu işi görən Osman və Vüqar adlı qardaşların üzərində olduğunu, həmin şəxslərin ona demələrinə görə avtomobilin sənədləşdirilməsində müəyyən problemlərin olduğunu bildirmişdir. Səhv etmirsə 2024-cü ilin aprel ayında dəqiq tarix yadında qalmayan gündə o, yenidən Vüsaldan avtomobilin gecikmə səbəbini soruşmuş, Vüsal ona bildirmişdir ki, sözü gedən avtomobil ilə bağlı heç bir problem yoxdur, problem digər alınmış iki avtomobil ilə bağlıdır, həmin problem tezliklə həll olunacaqdır. Vüsal danışığa əsasən Turaldan pulun yarısını hissə-hissə olmaqla götürəcəyini desə də, sonradan Turaldan eşitmişdir ki, Vüsal Turaldan avtomobil Bakı şəhərinə çatana qədər artıq 21.000 manat pulu almışdır. O, bu haqda Vüsaldan maraqlananda Vüsal ona sözü gedən avtomobili gətirən şəxslərin ondan pul tələb etdiklərini, əks halda avtomobilin bir ay gecikmə ilə Bakıya gələcəyini, bu səbəbə görə həmin şəxslərə öz pulunu verdiyini, sonra isə Turaldan pulunu aldığını bildirmişdir. Sözü gedən “Hyundai” markalı, “Sonata” modelli avtomobilin Azərbaycana gətirilməsi gecikdiyi üçün Tural və Vüsalın arasında narazılıq yaranmış, Tural Vüsaldan pulunu geri tələb etməyə başlamışdır. Təxminən 2024-cü ilin avqust aymda Vüsal onun vasitəsilə Turala 5000 manat qaytarıb, həmin vaxtdan təxminən 10-15 gün sonra Vüsal Turala vermək üçün yenə də, ona 3000 manat pul vermişdir ki, həmin pulu Turala versin. Lakin Tural həmin pulu ondan götürməkdən imtina etmiş, yerdə qalan pulunu tam şəkildə istəmiş, o da həmin 3000 manat pulu iki-üç gün sonra Vüsalın bank kartına bağlı olan bank hesabına köçürtmüşdür. Bundan sonra Vüsal Turalın pulunu qaytarmadığı üçün Tural Vüsaldan polisə şikayət etmişdir. Onun bu işdə heç bir maddi marağı olmamış, o, sadəcə Turala kömək etmək istəmişdir. Onu da qeyd etmək istəyir ki, 2024-cü ilin təxminən aprel ayında Vüsaldan borca 2150 manat pul almış, Vüsal həmin vaxt gübrə satışı ilə məşğul olduğu üçün əlində pul olduğunu ona bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da AR CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs əməli AR CMnin 178.2.4-cü maddəsindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsindən imtina edilmiş edilmiş və o, MSY-dən azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini, onların şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həbsdə olduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-198.1.) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması və cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 15 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 90 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdə isə sərf etdiyi 3 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 33 manat məbləğində vəsait, cəmi 123 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-209/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-209/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver