Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-21/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 04 saylı vəkil bürosunun vəkili X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxx 1988-ci il tarixdə Salyan rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 06, mənzil 29-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dalan 15 ünvanda yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Şahid1 tikinti aparılan torpaq sahəsindən oğurluq edilməsi və qonşusu X5 şübhələnməsi barədə polisə şikayət etməsi ilə bağlı onun telefonda Şahid1 ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış ziddiyyətli münasibətlərə aydınlıq gətirmək üçün 10 noyabr 2020-ci il tarixdə, saat 19:30 radələrində Şahid1, X11, Şahid2 Habil oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid3 və qeyriləri ilə Şahid4 idarə etdiyi «BMW» markalı, «az ** SO ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsi döngə 1-də yerləşən 6 nömrəli evin qarşısına getmiş və orada X11 və qeyriləri ilə bir qrup şəxs halında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı insanlar arasında bərqərar olmuş davranış qaydalarını, əxlaq nomalarını kobud surətdə pozub, ətrafda yaşayan insanların mənafelərinə açıq-aşkar laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçasından istifadə edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və onun övladları X13, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 qəsdən vuraraq zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib A.Zərərçəkmiş şəxs6 bel, sağ said, sol əlin İ barmağının və sağ diz nahiyələrinin qançırları kimi, Q.Zərərçəkmiş şəxs3 alın-təpə, sağ əl, hər iki bud və sağ baldır nahiyələrinin qançırı kimi sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs5 isə sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol, dirsək, sol əl nahiyəsinin dərialtı hematomaları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, qonşusu Zərərçəkmiş şəxs2, qardaşı Hüseyn Həsənova nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış ziddiyyətli münasibətlərə aydınlıq gətirmək üçün, 12 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, dalan 15 ünvanının qarşısında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı, insanlar arasında bərqərar olmuş davranış qaydalarını, əxlaq nomalarını kobud surətdə pozub, ətrafda yaşayan insanların mənafelərinə açıq-aşkar laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai qaydanı pozarkən, ictimai qaydanın pozulmasının qarşısını alan digər qonşusu Zərərçəkmiş şəxs1 özündən itələyərək ona müqavimət göstərməklə silah qismində əşya kimi istifadə etdiyi bıçaqla onun baş nahiyəsinə qəsdən vuraraq ona təpə nahiyəsinin səthi kəsilmiş yarasına səbəb olan sağlamlığına zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəci təyin edilməyən xəsarət yetirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 özündən kənarlaşdıraraq, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətləri ilə, silah qismində əşya kimi istifadə etdiyi həmin bıçaqla onun döş qəfəsinə bir dəfə vurmaqla döş qəfəsinin sol yarısının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərərvuran xəsarət yetirməklə müşayiət olunan təkrarən qərəzli hərəkətlərilə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə, saat 19:30 radələrində evdə olarkən Malik zəng edib onu söydüklərini, həmin şəxslərlə məsələni aydınlaşdırmaq üçün getdiyi barədə məlumat vermişdir. Məsələnin mahiyyətini ondan soruşanda Malik bildirmişdir ki, onun həyətindən oğurluq edildiyi üçün polisə müraciət etmiş, polislə birlikdə həmin şəxsin həyətinə getmişdir. Bu səbəbdən də ev sahibi zəng vurub onu nəlayiq ifadələrlə təhqir etmişdir. O, Malikə onunla birlikdə getməyi təklif etmişdir. O, Bilgəh qəsəbəsində 15-ci dalandan 11 dalana gəlmişdir. Orada Maliklə görüşüb, dayanacağa qədər piyada getmişlər. Malik xahiş etmişdir ki, Pərvizə zəng edib onu da çağırsın. O, Malikin telefonundan Pərvizə zəng etmiş və ondan xahiş etmişdir ki, küçəyə çıxsın. Pərviz, qardaşı Coşqun və həmin vaxtı evlərində qonaq olan Röyal və Mübarizlə birgə küçəyə çıxmış, Malik onlara da hadisəni danışandan sonra Pərvizgil onunla gedəcəklərini bildirmişlər. Pərvizin həyətindən bir neçə nəfər taxta parçaları götürmüşlər. Həmin vaxt Əli də yaxınlaşmışdır. Kim isə zəng edib Elvini onları avtomobilində aparması üçün çağırtdırmışdır. Elvin avtomobili ilə gəlib onları adını sonradan bildiyi Adilgilin evinə tərəf aparmışdır. Yolda avtomobildən düşüb təxminən 100-150 metr piyada getdikdən sonra Adilgilin evinin qarşısına çatmışlar. Evin qarşısında Adil və iki qardaşı dayanmış, kənarda isə ataları Qadir avtomobildə olmuşdur. Adil və qardaşı Fazilin əlində dəmir parçaları olmuş, ilk olaraq Malik və arxasınca o Adilə yaxınlaşmışlar. Malik qardaşlara müraciət edərək nə üçün telefonda onu söyməsini soruşmuşdur. Adil onu təhqir etməyə başlamış, mübahisə yaranmışdır. O, müdaxilə edib tanışlıq üçün adını demiş və əlini uzadıb, dalaşmağa gəlmədiklərini söyləmişdir. Bu an Fazilin əlindəki prefarator oxu ilə Maliki vurmaq istədiyini görmüş və onu itələmişdir ki, zərbə Malikə dəyməsin və yenə sülh yaratmağa çalışmışdır. Adilin atası sonradan adını bildiyi Qadir yaxınlaşmışdır. Adil isə onu təhqir etmiş və nə üçün qatışdığını soruşmuşdur. O, Qadirə böyük olduğu üçün müraciət edib sakitləşdirməyi xahiş etmişdir. Bu an Fazil preparator oxu ilə Maliki vurmuşdur. Onları aralamaq istəyəndə Qadir armatur parçası ilə onun baş nahiyəsindən zərbə endirmişdir. Zərbənin təsirindən yerə yıxılmış və ayağa qalxıb kənara çəkilmişdir. Kiminsə 102 xidmətinə zəng vurmaq istədiyini eşidib oradan qaçmağa başlamışlar. Malik hadisə yerində huşunu itirmiş vəziyyətdə qalmışdır. Hadisə yerinə gəldikləri avtomobili saxladıqları yerə qayıdaraq avtomobilə oturub evinə getmişdir. Dalaşma zamanı baş nahiyəsindər xəsarət almışdır. Qardaş Hüseyn qonşuları Pərviz və Mübarizlə eyni məhəllədı Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 12-ci dalanda yaşayır, onlarla uşaqlıqdan b: yerdə böyümüş, mehriban münasibətləri olmuşdur. 10 noyabr 2020-ci il tarixdə Coşqu və digərləri ilə birgə, qəsəbədə yaşayan Qadir və onun oğlanları il dava-dalaşları olmuşdur. Bununla bağlı Sabunçu RPİ-də istintaq aparılmış, istintaqı nəticəsinə görə Pərvizin qardaşı Coşqun barədə olan cinayət işi baxılması üçün Ba Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 12 avqust 2021-ci il tarixdə həmin iş üzrə Ba Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə olmuş, həmin tarixdə Pərvizdə şahid kimi məhkəmədə iştirak etməli olmuş, lakin iştirak etməmişdir. Həmin gün saat 18:00 radələrində atası Füzuli məhəllədə olarkən Pərvizlə rastlaşmış, Pərvizə, qardaşı Coşqunun məhkəməsinə getməməsinə görə narazılığını bildirmişdir. Saat 22:00 radələrində Pərviz qardaşı Hüseynə zəng vurmuş, atasının Pərvizə narazılıq bildirdiyinə görə atasının düz etməməsini demiş, atasına, özünün qardaşı olan Coşqunun nə səbəbdən məhkəməsinə gəlməməsinin nə dəxli olmasını bildirmişdir. Pərviz qardaşı Hüseynlə danışarkən Pərvizə yaxşı kişi olmadığını demiş, X9 yaxşı kişi olmadığını bildirmişdir. Daha sonra Pərviz demişdir ki, kişidirsə onunla görüşsünlər, gəlməyənin anası və bacısı....» söymüşdür.Hüseynlə Pərviz razılaşmışlar ki, məhəllədə görüşsünlər. Saat 22:30 radələrində Hüseyn onu yığaraq harada olmasını soruşmuş, Hüseyn ona Pərvizlə olan söhbətlərini danışmış, həmçinin bildirmişdir ki, Pərviz Hüseynə telefonda ana-bacı söyüşü işlədib və Hüseyni görüşə çağırıb, Pərviz hazırda yoldadır, məhəlləyə gəlir. O, 10 dəqiyqə sonra məhəlləyə gəlmiş, Hüseyn onu küçədə qarşılamış, Pərvizlə olan söhbətlərini ona ətraflı danışmışdır. O, evə girərək mətbəxdən bıçaq götürmüşdür ki, Pərviz bıçaqla gələrsə qarşısını alsın, gəlməzsə bıçaq göstərməklə Pərvizin gözünü qorxutsun ki, Pərviz bir daha söyüş söyməsin. Özü ilə götürdüyü bıçağa qəssab bıçağı və ya çapacaq deyirlər, ona görə ki, bıçağın tutacaq yeri balaca, kəsən yeri isə enli olmuş, adətən həmin bıçaqla ət bölürlər. Saat 23:00 radələrində Hüseyn məhəllədə dayanmış, o, Hüseyndən təxminən 10 metr aralıda oturub Pərvizin məhəlləyə gəlməsini gözləmişlər. Təxminən 5-10 dəqiyqə sonra Pərviz sürücü kimi idarə etdiyi «Mercedes» markalı avtomobildə məhəlləyə gəlmiş, avtomobili Hüseynin yanında saxlayaraq avtomobildən düşən kimi Hüseynə «Hə Hüseyn eşidirəm» demişdir. Hüseyn bildirmişdir ki, «mən səni eşidirəm, bu nə söyüşdü söyürsən, deyirsən ki, məhəlləyə çıxmayanın ana və bacısını...». Həmin vaxt Mübariz də məhəllədə olmuş, onunla paralel yolun digər tərəfində dayanmışdır. Onunla Hüseynin və Mübarizin arasında 10 metr məsafə olmuşdur. Hüseynlə Pərviz üz-üzə söhbət edərkən Pərviz demişdir ki, «mən sürücüyəm, ixtiyarım özümdə deyil, bu gün məhkəmə olarkən sifarişlə Qəbələ rayonunda olmuşam, həmdə sən mənim kəbinli arvadımsan? Bəlkə arvadımsan? Arvadım deyilsən ki, sənə hesabat verəm”. Pərvizin həddini aşdığını görüb Pərvizlə Hüseynə yaxınlaşmış, Pərvizə telefonda söydüyü söyüşlərinə görə irad tutmuş, Pərviz ona bildirmişdir ki, söyməsindən peşman deyil, yaxşı edib söyüb. Pərvizin kobud danışmasına əsəbiləşərək Pərvizi ucadan söymüş, bunu eşidən Mübariz onlara yaxınlaşmışdır. O, Pərvizin gözünü qorxutmaq məqsədi ilə kəmərinə keçirdiyi qəssab bıçağı ilə Pərvizin üstünə getmiş, bu zaman Mübariz arxadan əllərini belinə keçirib onu qucaqlamışdır ki, Pərvizə tərəf getməsin. O, Mübarizə müqavimət göstərərək əlindən çıxmağa çalışmış, lakin Mübariz onu bərk-bərk sıxmış, demişdir ki, sakitləşsin, hərəkətlərini dayandırsın. Mübarizin baş nahiyəsi onun sol qolunun altında, qarnına bitişik olmuş, Mübarizə müqavimət göstərmişdir ki, Mübarizin əlindən çıxsın, müqaviməti zamanı əlindəki bıçağın kəsən tərəfi Mübarizin başının ortasını kəsmişdir. Mübariz başını tutaraq onu buraxmış, o, Mübarizin əlindən çıxaraq Pərvizin üzərinə getmiş, əlindəki bıçağı eninə, yəni çarpazına Pərvizə yönəltmişdir. Bıçaq Pərvizin sinəsini, yəni sol döş qəfəsini çərtmiş, Pərviz həyəcandan yerə çönbəlmiş, əllərini sinəsinə tutmuşdur. O, Pərvizin başının üzərində dayanaraq bildirmişdir ki, özünə hörmət qoyan kişi ana-bacı söyüşü söyməz. Pərviz ona heç bir cavab verməmiş, Mübariz Pərvizlə birgə məhəllədən getmiş, Hüseyn isə evə girmişdir. Onun əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi yoxdur. Özünü təqsirli bilmir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bilgəh qəsəbəsində, Zəfəran sovxozu, S.Vurğun küçəsi döngə 1-də bir neçə torpaq sahəsi var. Həmin döngədə 6 nömrəli həyətdə 2 evi var. Həmin evlərin birində oğlu Fazil öz ailəsi ilə, 2-ci evdə isə o, arvadı və Adil öz ailəsi ilə yaşayırlar. 10 noyabr 2020-ci il tarixdə günorta nahar etmək üçün evə gələndə arvadı həyətə polis gəlib Qabili polis bölməsinə apardıqları barədə məlumat vermiş, polis bölməsinə gedib maraqlanmağı xahiş etmişdir. O, imtina etmiş və bildirmişdir ki, oğlunun təqsiri varsa, qoy cəzasını alsın. Bununla belə, arvadı qonşu Malikin evindən taxta oğurlanmasını, Qabildən şübhələndiklərini də demişdir. Axşam Adil və Qabil polis bölməsindən qayıdanda o evdə idi. Bir müddət sonra Adil polisdən gələcəklərini və bununla bağlı evin yerini soruşduqlarını söyləmişdir. O, səhər olduğu həyətdə su mühərrikini işlək qoyduğundan, söndürmək üçün öz avtomobilində həmin həyətə gedib-qayıtmışdır. Evin qarşısına çatanda təxminən 15 nəfərin yaxınlaşdığını görmüş və yoldan təsadüfən keçənlər olduğunu fikirləşmişdir. Lakin onlar evin qarşısında dayanmışlar, Həmin an övladları Qabil, Adil və Fazil darvazanın qarşısında dayanmışdılar. Gələnlər onları dövriyyə almışlar. O, narahat olub yaxınlaşmışdır. Gələnlərin əlində heç bir alət olmamışdır. Onlardan nə baş verdiyini soruşub mübahisəni sülhlə həll olumasını təklif etmişdir. Eləcə də bildirmişdir ki, başqa fikirləri varsa səhərisi gün cavab verməli olacaqlar. Onun sözünə heç kim əhəmiyyət verməmiş və gələnlər əynindəki gödəkçələrini açıb bir qismi dəmir armatur, bir qismi taxta, biri isə bıçaq çıxartmışdır. Malik adlı şəxs oğlu Adilə yaxınlaşıb iki əli ilə yaxasından tutmuş və Adili nəlayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Bu an Maliklə gələnlər onun övladlarına hücum etmiş, üç nəfər olaraq bölüşmüş və eyni vaxda 3 nəfər Adilin, 3 nəfər Qabilin, 3 nəfər Fazilin və 3 nəfər ona hücum edib döyməyə başlamışdılar. Ona hücum edən 3 nəfər onu dəmir və taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə və baş nahiyəsinə zərbələr endirmişdilər. O, həmin şəxslərdən zəif olanının birinin əlindən dəmir armaturu almış və özünü müdafiə etməyə başlamışdır. Onun əlində armaturu görüb hücum edənlər geriyə çəkilmişdilər. Həmin andan istifadə edib övladlarına tərəf baxanda Fazilə 7-8 nəfərin hücum edərək onu taxta və dəmir parçaları ilə vurmalarını, Adilin yerdə uzanmış vəziyyətdə olduğunu, bir neçə nəfərin onu yerdə təpiklə vurmalarını görmüşdür. Qabil Fazilin yanında olduğu üçün, Fazili vuranlaı onu da döymüşdülər. O, həmin şəxslərin birindən aldığı armaturu onları qorxutmaq üçür fırlatmağa və vurmağa başlamışdır ki, övladlarından əl çəksinlər. Bundan sonra hücun edənlər qorxub geri çəkilmişlər. Bu an qonşulardan Elnur, Heydər, Allahverdi gəlmişlər. Hücum edənlər getmişdilər. Adilin halı pis olduğu üçün onu evə aparmış və TTY-a zəng etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Bilgəh qəsəbəsində Zəfəran sovxozu, S.Vurğun küçəsi döngə 1-də ailəsinin 4 fərdi yaşayış evi var. Həmin döngədə 6 nömrəli həyətdə 2 ev var. Həmin evlərin birində qardaşı Fazil öz ailəsi ilə, 2-ci evdə isə o, öz ailəsi ilə yaşayırlar. Validenyləri onunla birgə yaşayırlar. 10 noyabr 2020-ci il tarixdə, təxminən saat 14:00 radələrində Maştağa qəsəbəsində olarkən 14-cü Polis bölməsinin əməkdaşı Daşqın «***-***-**-**» nömrəli mobil telefonuna zəng etmiş, özünü təqdim edib və polis bölməsinə dəvət etmişdir. O, 14-cü Polis Bölməsinə gəlmişdir. Bölmədə qardaşı Qabili görmüşdür. Polis bölməsində onlara izah etmişdilər ki, qonşuları Malikin həyətindən taxta məmulatları oğurlanıb, Malik onlardan şübhələnir.Malik onlarla 2-ci fərdi həyətlərində qonşudur. 2-ci fərdi həyətləri əkin yeri kimi istifadə olunur. Malik həmin həyətin qonşuluğunda 3 sot torpaq sahəsi almış və evin inşasına başlamışdır. Polis bölməsində taxta oğurluğu ilə maraqlananda o və qardaşı Qabil taxta oğurluğuna heç bir aidiyyəti olmadıqlarını bildirmişlər. Axşam saat 09:00 radələrində onları polisdən buraxmışlar. Evə qayıdanda anası, polis evə gəlib Qabili aparandan sonra bir nəfərin həyətə girib nə isə axtarması, hətta evin qapısını açıb girmək istədiyi barədə məlumat vermişdir. O, Malik şikayət etdiyi üçün həyətə onun daxil olmasından şübhələnmiş və qonşudan onun mobil telefonunun nömrəsini alıb zəng etmişdir. Malikdən həyətə düşüb-düşməməsini soruşanda, o bildirmişdir ki, qardaşı taxtaları oğurladığına görə həyətə daxil olub axtarmışdır. O, Malikə icazəsiz həyətə daxil olduğuna görə irad tutmuşdur. Malik bir daha ona qardaşının oğru olmasını, həyətdən taxtalarını oğurlamasını demişdir. Bu səbəbdən telefonda mübahisəyə başlamış və Malik onu nəlayiq söyüşlərlə təhqir etmişdir. O, da Maliki təhqir etmiş və telefonu bağlamışdır. Təxminən 5 dəqiqə sonra polis bölməsindən Daşqın zəng etmiş, Malikə nə üçün zəng etdiyini soruşmuşdur. O, Daşqına evdə olmayanda Malikin icazəsiz həyətə düşdüyü üçün zəng etdiyini bildirmişdir. Polis əməkdaşı ona heç bir hərəkət etməməyi, özünün onunla danışıb başa salacağını tapşırmışdır. Təxminən 15-dəqiqədən sonra Daşqının nömrəsinə oxşar nömrədən zəng gəlmişdir. Cavab verəndə zəng edən ona «evdəsən» sualı ilə müraciət etmiş, o evdə olduğunu bildirəndə həmin şəxs evin yerini soruşmuşdur. O, evin yerini demişdir. Buna baxmayaraq, eyni şəxs bir neçə dəfə zəng vuraraq hər dəfə evin yolunu, haradan dönməli olduğunu soruşmuş, O, isə həmin şəxsə izah etmişdir. Elə başa düşmüşdür ki, zəng edən Daşqındır. Nəhayət, həmin şəxs çatdığını bildirib, darvazanın qarşısında gözlədiyini söyləmişdir. Əvvəl o sonra qardaşı Fazil evin qarşısına çıxmışlar. O, evin qarşısına çıxanda təxminən 15 nəfərin dayandığını, onların bəzilərinin əlində taxta parçası, bəzilərinin əlində dəmir parçası bir nəfərin əlində isə bıçaq və taxta olmasını görmüşdür. İlk olaraq Malik yaxınlaşmışdır. Qardaşı Fazil onun sağ tərəfində dayanmışdır. Bu an atası Qadir maşınla gəlmişdir. Qardaşı Qabil də həyətdən çıxmışdır. Malik iki əli ilə onun yaxasından yapışmış və «kimi söyürdün»-deyə sual vermişdir. O, da Malikdən niyə həyətə girməsini soruşmuşdur. Bu an atası yaxınlaşıb mübahisənin sülh yolu ilə həll olunmasını təklif etmişdir. O, yaxasından tutan Maliki itələyib özündən uzaqlaşdırmışdır. Malikin yanındakı saqqallı sonradan adını bildiyi Murad əlindəki dəmir parçası ilə onun sağ qolundan zərbə endirmişdir. Malikin o biri tərəfində dayanmış sonradan adını bildiyi Coşqun əlində olan dəmir parçası ilə onun başının sol tərəfindən zərbə vurmuşdur. Zərbənin təsirindən gözləri qaralmış, qulaqları tutulmuş, o başını tutub yerə yıxılmışdır. Huşunu tam itirmədiyindən təxminən 2 nəfərin onu təpiklə vurmalarını görmüşdür. Əlləri ilə başını tutduğu üçün təpiklə vuranların üzünü görməmişdir. Bundan sonra huşunu itirmişdir. Özünə gələndə atasının avtomobilində xəstəxanaya aparıldığını bilmişdir. Huşunu itirdikdən sonra digərlərinin kimi, nə ilə vurmalarını görməmişdir. Hücum edənlərdən ancaq Maliki tanımışdır. Bundan başqa, Maliklə gələnlərdən biri Röyal isə qardaşı Fazillə bir məktəbdə oxumuşdur. Röyal onun qardaşını tanımışdır. Onda, qardaşlarında və atasında dəmir parçası olmayıb. Dəmir və taxta parçaları Malik gildə olmuşdur. Baş nahiyəsindəki xəsarətləri ona Coşqun Novruzov dəmir parçası ilə vurmaqla yetirmişdir. Sağ əlindəki xəsarəti Murad dəmir parçası ilə yetirmişdir, bel, sol əlin İ barmağının və sağ diz nahiyəsindəki xəsarətləri yerdə yıxılmış vəziyyətdə olarkən görmədiyi iki nəfər təpiklə vuraraq yetirmişlər. Maliki özündən itələyəndə o təpiklə ayayğından zərbə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə, təxminən saat 13:00 radələrində yaşadığı evə gələndə darvazanın qarşısında polis avtomobilini və iki polis əməkdaşını həyətdə görmüşdür. Polis ə məkdaşları oğurluqla əlaqədar həyətə baxmalı olduqlarını söyləmişlər. Həyətə baxmış, lakin oğurluq heç bir predmet tapmamışlar. Ona həmçinin bildirmişdilər ki, kamera görüntülərinə baxmış və qonşunun həyətinə girən şəxsdə onu tanımışlar. Onu Polis bölməsinə dəvət etmişdilər. Polis bölməsində ondan izahat almış, o oğurluq etmədiyini izah etmişdir. Axşam Polis bölməsinə böyük qardaşı Adil gəlmişdir. Polis bölməsindən o Adillə birlikdə evə qayıtmışdır. Evə qayıdanda qardaşı, anası polisə nə üçün aparıldığını soruşmuşdular. O, oğurluqla əlaqədar aparıldığını demişdir. Anası bildirmişdir ki, polis əməkdaşları gedəndən sonra qonşu Malik həyətə girib axtarmış, hətta evin qapısını da yoxlamışdır. Qapı bağlı olduğu üçün getmişdir. Bununla əlaqədar Adil qonşu Ramildən Malikin telefon nömrəsini almış və Malikə zəng etmiş, icazçəsiz həyətə daxil olmasına görə irad tutmuşdur. Bir müddət keçmiş Adilin telefonuna zəng gəlmiş və zəng edən ondan evin yerini soruşmuşdur. Adil polis əməkdaşı olmasını bilib evin yerini ona bildirmişdir. Bir müddət də keçmiş yenə Adilin telefonuna zəng gəlmiş və zəng edən ona evin qarşısına çıxmasını demişdir. Adil və Fazil həyətdən çıxmış, O, da əllərini yuyub onların arxasınca həyətdən çıxmışdır. Evin qarşısında 10 nəfərdən artıq adamın dayandığını görmüşdür. Həmin şəxslər paltarlarından dəmir, taxta, bıçaq çıxartmışlar. Onlar qardaşlarına və atasına hücuma keçmiş, əllərində olan dəmir parçaları, taxta ilə vurmağa başlamışlar. O, ayırmaq istəmişdir. Malik ona yaxınlaşanda, əlində bıçaq olmuşdur. Malik ona «sən qatışma, sən yaxşı oğlansan, qoy dalaşsınlar» deyə müraciət etmişdir. Buna baxmayaraq onu da ayaq nahiyəsindən dəmir parçası ilə vurmuşlar. Birdən onlar hadisə yerindən qaçmışlar. Ayaqlarından arxadan vurulduğundan kimin vurmasını deyə bilmir. Hücum edənlərdən biri Adilin baş nahiyəsindən dəmirlə vurmuş və Adil aldığı zərbədən yerə yıxılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci ildə günorta vaxtı evin qarajında təsərrüfat işi ilə məşğul olarkən ***-***-**-** nömrəli telefonuna zəng gəlmişdir. Zəng edən qardaşı Adil, digər qardaşları Qabilin 14-cü Polis bölməsinə aparılması, onu da dəvət etmələri barədə məlumat vermişdir. Bir müddət sonra qardaşları gəlmədiyi üçün anası narahat olub xahiş etmişdi ki, polis bölməsinə gedib onların saxlanmasının səbəbini öyrənsin. O, Maştağa qəsəbəsinə 14-cü Polis bölməsinə getmiş və polis əməkdaşı Daşqının xidməti otağının qarşısında Adili görmüşdür. Adil qonşu Malikin Qabilin onun həyətindən taxta oğurlamasına dair şikayət verdiyini, sorğu-sual etmək üçün çağırıldıqlarını söyləmişdir. Qabil izahat verəndən sonra azad buraxılmış və təxminən saat 20:50-də evə qayıtmışlar. Yolda Qabil məlumat vermişdi ki, həyətdə olarkən Malik polis əməkdaşları ilə gəlib həyətə girmişdir. Evə çatanda isə anası demişdir ki, polislər Qabili aparandan sonra Malik həyətə girmiş və hətta evin giriş qapısının tutacağını dartıb açmağa çalışmışdır. O, ikinci həyətə getmiş və yağış yağdığı üçün həyətdə çoxlu izlər görmüşdür. Malikin onlar olmayanda həyətə girməsini öyrənmək üçün qardaşı Adil qonşudan Malikin mobil telefon nömrəsini öyrənmiş və zəng edib ondan həyətə düşüb-düşməməsini soruşmuşdur. Danışıqdan başa düşmüşdür ki, Malik ona bildirir ki, «yaxşı edib düşmüşəm, sənin oğraş qardaşın həyətdən taxtaları götürüb» Adillə sözlə mübahisə başlanmış və bir-birlərini nəlayiq söyüşlərlə təhqir etmişlər. Adil telefonu qapamışdır. Təxmiən 5 dəqiqə keçmiş polis əməkdaşı Daşqın Adilə zəng etmiş və qardaşı danışandan sonra məlumat vermişdir ki, Daşqın Malikə zəng vurmağına görə narazıdır. O isə Daşqına Malikin həyətə icazəsiz daxil olmasına görə ona zəng etdiyini demişdir. Daşqın isə heç bir hərəkət etməməyi, özünün Maliklə danışacağını söyləmişdir. Daşqınla danışandan sonra təxminən 10-15 dəqiqə keçmiş Adilin telefonuna yenidən zəng gəlmişdir. Adil danışığında evin yerini izah etməyə başlamışdır. O danışığı qurtarıb söyləmişdir ki, zəng edən Daşqın idi evə gəlmək üçün yerini soruşurdu. Təxminən 10 dəqiqədən sonra yenə zəng gəlmiş və zəng edən evin yerini dəqiqləşdirib, çatdığını, küçəyə çıxmağı Adilə demişdir. O və Adil evin qarşısına çıxanda Qabil həyətdə olmuş onların həyətdən çıxmalarını görüb, arxalarınca gəlmişdir. Küçədə əllərində taxta və armatur, beysbol taxtası olan şəxsləri və Maliki görmüşlər. Bu an atası o biri həyətdən öz avtomobilində yaxınlaşmışdır. İlk olaraq Malik qardaşı Adilə yaxınlaşmışdır. O, Adilin sağında dayanmışdır. Malik Adildən nə üçün söydüyünü soruşanda, Adil ona cavab vermişdir ki, həyətə icazəsiz düşməsinə görə, Malik Adilin yaxasından yapışanda onunla gələnlər hücum etmiş və taxta, dəmir parçaları ilə vurmağa başlamışdılar. Ona əvvəl 5-6 nəfər hücum etmiş, sonra sayları artmışdır. İlk növbədə onlardan biri beysbol taxtası ilə qolundan vurub taxtanı sındırmışdır. Bel nahiyəsindən zərbələr endirilmişdir, dəmir parçası ilə də vurmuşdular. Coşqun əlindəki, metaldan olan beysbol aləti ilə arxadan 3-4 dəfə baş nahiyəsinə vurmuşdur. Qalanları bədəninin müxtəlif yerlərinə taxta parçası, armatur və metal borı ilə vurmuşdular. O, qaçıb həyətə daxil olanda onlardan 2-3 nəfər arxası ilə həyətə daxi olub zərbə endirmişlər. Bu an qonşular gəlmiş və o qışqıraraq onlara polisə zəni etmələrini tapşırmışdır. Hücum edənlər isə qaçıb getmişlər. Onlar qaçandan sonr Adili yerdə yıxılmış vəziyyətdə görmüşdür. Təcili Tibbi yardıma zəng etmiş, laki vaxtında gəlmədiyi üçün atasının avtomobilində Adili xəstəxanaya aparmışlar. O buruı sağ qulaq, başın arxa hissəsi, sağ ayağı, bel nahiyəsindən, sol əlindən, sol dirsəkdf xəsarətlər almışdır. Hücum edən şəxslərdən ancaq Maliki və bir məktəbdə oxudu? Röyalı tanımışdır. Mübahisəni Malik başlamışdır. Hücum edənlər arasında Malikin olı olmamasını görməmişdir. Hücum edənlərin arasında Murad, Elvin olmuşdur. Digərlərir adını bilmir. Elvin də onu taxta ilə vurmuşdur. Royalın dalaşmada iştirak etməsini və c vurmasını görməmişdir. Ona hücum edəndə, eyni vaxtda qardaşları Qabilə, Adilə atası Qadirə də hücum etmiş, onları da döymüşlər. Hücum eyni vaxtda olduğunc atasına və qardaşlarına kimin hücum etməsini və nə ilə vurmalarını görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mübariz, həmçinin Hüseyn və Muradla eyni məhəllədə, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, dalan 12-də yaşayırlar, uşaqlıqdan bir yerdə böyümüşlər, mehriban münasibətləri var. 10 noyabr 2020-ci il tarixdə qardaşı Coşqunun, Murad və digər tanışları ilə birgə, qəsəbədə yaşayan Qadir və onun oğlanları ilə dava-dalaşları baş vermişdir. Həmin hadisə Sabunçu RPİ-də istintaq edilərək qardaşı Coşqunun təqsirləndirilməsi barədə olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bununla bağlı 12 avqust 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı olmuş, sifariş olduğundan sürücü kimi Qəbələ rayonuna getmiş, odur ki, məhkəmədə iştirak edə bilməmişdir. Həmin tarixdə saat 18:00 radələrində məhəllədə durarkən yoldan ötən Muradın atası Füzuli ona məhkəmədə iştirak etməməsinə görə irad tutmuşdur. O, bildirmişdir ki, işi olub deyə gələ bilməmiş, Füzuli məhkəməyə getməməsinə görə ona kobud formada narazılığını bildirmişdir. O, Füzuli hərəkətlərindən əsəbləşsə də, əhəmiyyət verməmiş, düşünmüşdür ki, Füzuli ondan böyükdür, narazılığını Füzulinin oğlanları Hüseynə və ya Murada zəng vuraraq bildirər. Həmin tarixdə saat 22:00 radələrində Hüseynə zəng vuraraq bildirmişdir ki, atası Füzuli ona narazılıq bildirməkdə düz etmir, Füzuli kimdir ki, onun şəxsi işinə qarışır, Coşqun doğma qardaşıdır, özü bilər məhkəməyə gedib-getməməsini, bu işin atası Füzuliyə heç bir aidiyyəti yoxdur. Hüseynə atası Füzuli barədə irad bildirməsi Hüseynin xoşuna gəlməmiş, ona «özünü yaxşı kişi kimi göstərmə, sən yaxşı kişi deyilsən» sözlərini bildirmişdir. O, cavabında «sən yaxşı kişi deyilsən, yaxşı kişisən gəl görüşək» demişdir. Hüseyn ona demişdir ki, «kişisən gəl görüşək, səni məhəllədə gözləyirəm». O, Hüseynə «görüşək, gəlməyənin anası və bacısı...» deyə bildirmişdir. O, idarə etdiyi «Mercedes» markalı avtomobillə məhəlləyə qayıdarkən Hüseyn onu təkrarən yığaraq onu məhəllədə gözlədiyini demişdir. O, Hüseynə bildirmişdir ki, Mərdəkan yolundadır, gözləsin gəlir. Saat 23:00 radələrində məhəlləyə çatmış, Hüseyni məhəllədə dayanan görmüş, Murad ondan 10 metr aralıda olan qaz borusunun üzərində oturmuş, Mübariz isə ondan təxminən 10 metr aralıda yolun kənarında, evlərinin yanında dayanmışdır. O, avtomobili Hüseynin yanında saxlamış, Hüseynə yaxınlaşaraq «Hə Hüseyn eşidirəm» demişdir. Hüseyn cavabında «mən səni eşidirəm, bu nə söyüşdü söyürsən, deyirsən ki, məhəlləyə çıxmayanın ana və bacısı...» bildirmişdir. Hüseynlə üz-üzə dayanıb söhbət edərkən Hüseynə bildirmişdir ki, «mən sürücüyəm, ixtiyarım özümdə deyil, bu gün məhkəmə olarkən mən sifarişlə Qəbələ rayonuna getmişdim. Bundan başqa sən mənim kəbinli arvadımsan? Bəlkə arvadımsan? Arvadım deyilsən ki, sənə hesabat verəm». Hüseynlə mübahisələri kəskinləşdikdə, Murad onlara yaxınlaşmış, «telefonda nə söyüşdü söymüsən» soruşmuşdur. O, Murada izah etmişdir ki, konkret söyüş söyməmiş, qardaşı Hüseyn görüşə gəlməyəni söymüş, o, da ana-bacı söyüşü ile Hüseynin sözünü təsdiqləmiş, bu söyüş sayılmır. Murad demişdir ki, onu söyüşünə görə «peşman edər, o, bir daha söyməməsini təkrarlamış, görüşə gəlməyəni söyməsindəı peşman deyil, yaxşı edib söyüş qoymuşdur. Söhbətləri zamanı Murad aqresivləşərə ucadan onu söymüş, Muradın söyüş səsləri hər yana yayılmış, yoldan ötən insanlar vahimə içərisində olmuşdur. Muradın söyüşlərini eşidən Mübariz qaçaraq onlara yaxınlaşmış, həmin vaxt Murad cibindən və ya kəmərindən, yəni dəqiq görə bilmədiyi yerdən qəssab bıçağı, yəni çapacaq çıxararaq üstünə gəlmişdir. Bıçağın kəsən hissəsi enli və böyük olmuş, əl tutulan hissəsi isə kəsən hissəsinə nisbətdə balaca olduğundan həmin bıçağı qəssab bıçağı və ya çapacaq adlandırırlar. Bu zaman Mübariz hər iki əlini Muradın belinə keçirərək onu arxadan qucaqlayıb özünə sıxmışdır ki, onun üstünə gəməsin. Murad Mübarizi özündən itələyərək Mübarizə müqavimət göstərmiş, Murad Mübarizin əlindən çıxmaq istəsə də, Mübariz Muradı bərk-bərk sıxmış, həmin vaxt Mübarizin başı Muradın arxasından uzanaraq Muradın qarnının sol tərəfindən irəli çıxmış və hər iki əli ilə Muradın belindən tutmaqda davam etmişdir. Murad Mübarizin əlindən çıxmaq istədikdə əlindəki bıçaq Mübarizin başının orta hissəsini kəsmişdir. Mübariz başını tutaraq Muradı buraxdıqda Murad üzərinə gəlmiş, əlindəki bıçağı eninə və çarpaz formada ona yönəltmişdir. Bıçaq onun sinəsini, yəni sol döş qəfəsini çərtmiş, həyəcandan yerə çönbəlmişdir. Murad başının üzərində dayanaraq bildirmişdir ki, özünə hörmət qoysun, kişi ana-bacı söyüşü söyməz. Murad hərəkətini dayandırsın deyə Murada cavab verməmişdir. Sonra ayağa qalxaraq hadisə yerindən uzaqlaşmiş, Murad və Hüseyn məhəllədə qalmışlar, o, isə Mübarizlə birgə məhəllədən getmiş, daha sonra 3 saylı Sabunçu xəstəxanasına müraciət etmişdir. Daha sonra bildirmişdir ki, hadisə təxminən 3-5 dəqiyqə davam etmiş, ətrafdan ötənlər hadisəni görmüşlər. O təqsirləndirilən şəxslə barışmışdır. Şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qsimində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 12-ci dalanda Pərviz, Murad və Hüseyn qonşuluqda yaşayır, uşaqlıqdan bir-birilərini tanıyırlar, mühriban münasibətləri olmuşdur. 10 noyabr 2020-ci il tarixdə Pərvizin, Pərvizin qardaşı Coşqun, Murad və digər tanışları ilə birgə qəsəbədə yaşayan Qadir və onun oğlanları ilə dava-dalaşları baş vermişdir. Hadisə ilə əlaqədar başlanılan cinayət işi Sabunçu RPİ-də istintaq edilərək Coşqunun təqsirləndirilməsi barədə olan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bununla bağlı 12 avqust 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə olmuşdur. Həmin tarixdə Pərvizə sifariş olduğundan sürücü kimi Qəbələ rayonuna getmiş, odur ki, məhkəmədə iştirak edə bilməmişdir. Sonradan eşitmişdir ki, məhkəməyə getməməsinə görə Hüseynin atası Füzuli Pərvizə irad bildirmiş, irad bildirdiyinə görə isə Pərviz Hüseynə narazılıq etmiş, bu səbəbdən telefonda Pərvizlə Hüseyn arasında mübahisə olmuş, Pərviz telefonda söyüş işlətdiyinə görə Hüseyn Pərvizi görüşə çağırmışdır. Həmin tarixdə saat 23:00 radələrində məhəlləyə gələrkən Muradla Hüseyni məhəllədə görmüş, onlarla salamlaşıb keçmiş, təxminən 10 metr aralanıb evi tərəfdə dayanmışdır. Həmin vaxt Pərviz idarə etdiyi «Mercedes» markalı avtomobildə məhəlləyə gəlmiş, Hüseynin yanında saxlayıb maşından düşmüşdür. Pərviz Hüseynə «Hə Hüseyn eşidirəm» demiş, Hüseyn cavabında «mən səni eşidirəm, bu nə söyüşdü söyürsən, deyirsən ki, məhəlləyə çıxmayanın ana və bacısı...» Onların hər ikisi aqresiv olduqlarından ucadan olan danışıqları ətrafda eşidilmiş, onlardan 10 metr aralıda olan X10 arasında olan söhbətlərini eşitmişdir. Pərviz Hüseynə demişdir ki, “mən sürücüyəm, ixtiyarım özümdə deyil, bu gün məhkəmə olarkən mən sifarişlə Qəbələ rayonuna getmişdim. Bundan başqa sən mənim kəbinli arvadımsan? Bəlkə arvadımsan? Arvadım deyilsən ki, sənə hesabat verəm». Pərvizlə Hüseynin mübahisələri kəskinləşmiş, həmin vaxt X15 yaxınlaşmış, Murad Pərvizə demişdir ki, telefonda nə söyüşdü söymüşəm? Pərviz Murada izah etmişdir ki, Hüseynə konkret söyüş söyməmiş, görüşə gəlməyəni söymüş, ana-bacı söyüşü ilə Hüseynin sözünü təsdiqləmişdir, bu söyüş sayılmır. Murad demişdir ki, söyüşə görə Pərvizi peşman edər. Pərviz bildirmişdir ki, o, heç kimi söyməmiş, görüşə gəlməyənə görə söyüş qoymasından peşman deyil, yaxşı edib söyüş qoymuşdur. Mübahisələri zamanı Murad ucadan Pərvizi söymüş, Muradın söyüş səsləri hər yana yayılmış, yoldan ötən insanlarda narazılıq yaratmışdır. Həmin vaxt Muradın əli ilə kəmərində gizlətdiyi qəssab bıçağını, yəni çapacağı görmüş, odur ki, onlara tərəf qaçmışdır ki, Muradın söyüşlərinin və Pərvizlə arasında baş verə biləcək dalaşmanın qarşısını alsın. Həmin vaxt Murad əlində bıçaq Pərvizin üstünə yerimişdir. Bıçağın kəsən hissəsi, yəni dəmir tərəfi enli və böyük olmuş, əl tutulan hissəsi isə kəsən hissəsinə nisbətdə balaca olmuş, odur ki, həmin bıçağı qəssab bıçağı və ya çapacaq adlandırırlar. Bu zaman o, hər iki əlini Muradın arxadan belinə keçirərək Muradı arxadan qucaqlayıb sıxmışdır ki, hərəkətlərini dayandırsın. Murad onu özündən itələyərək onun qarşısını almağa müqavimət göstərmiş, əlindən çıxmaq istəsə də, əlini boşaltmamış, Muradı bərkbərk sıxmış, başını Muradın sol qolunun altından qarşıya, Muradın qarnının sol tərəfindən irəli çıxarmışdır ki, Murad əlindən çıxa bilməsin. Murad onun əlindən çıxmaq istədikdə əlindəki bıçaq başının orta hissəsini kəsmiş, o, başını tutarkən Murad əlindən çıxmış, Pərvizin üzərinə gedərək əlindəki bıçağı eninə və çarpah formada Pərvizə yönəltmişdir. Bıçaq Pərvizin sinəsinə dəymiş, yəni sol döş qəfəsini çərtmiş, Pərviz həyəcandan yerə çönbəlmiş, Murad Pərvizin başının üzərində dayanaraq bildirmişdir ki, özünə hörmət qoysun, kişi ana-bacı söyüşü söyməz. O, Muradın hərəkətlərini dayandırdığını görüb başa düşmüşdür ki, Pərvizi vurmayacaq, odur ki, Muradı tutmamışdır. Pərviz Murada heç bir cavab vermədən ayağa qalxaraq onunla birgə hadisə yerindən uzaqlaşmışlar. Murad və Hüseyn məhəllədə qalmış, saat 24:00 radələrində 3 saylı Sabunçu xəstəxanasına müraciət etmişlər. Daha sonra bildirmişdir ki, hadisə təxminən 3-5 dəqiyqə davam etmiş, ətrafdan ötənlər hadisəni görmüş, lakin hadisəni konkret kimin görməsini və Muradın bıçağı haraya tullamasını bilmir, hadisə zamanı Murad Pərvizi təkrar vura bilərmiş, lakin vurmamışdır. O təqsirləndirilən şəxslə barışmışdır. Şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qisməndə dindirilmiş X2 ifadəsində göstərmişdir ki, köhnə qonşuları Bilgəh qəsəbəsində yaşayan Pərviz və Coşqun qardaşlarıgilə Laçın rayonunun azad olunmasını qeyd etmək üçün getmişdir. Evdə ondan, Pərviz və Coşqun qardaşlarından başqa Mübariz də olmuşdur. Onlar da oturub şam edərkən Pərvizə zəng gəlmişdir. Pərviz telefonla danışandan sonra Muradın zəng etməsini, Malik onları 11-ci dalana gəlməyi xahiş etməsini bildirmişdir. Evdə olanlar yəni, o, Pərviz, Coşqun və Mübariz Bilgəh qəsəbəsi 11-ci dalana getmişlər. Gəlib çatanda Malik və Muradı görmüşlər. Bir qədər keçmiş Əli gəlmişdir. Malik bildirmişdir ki, həyətdən oğurluq olub, sonra oğurluq edən ona zəng vurub nəlayiq sözlərlə təhqir edib. Onunla görüşə tək getmək istəmir, bir yerdə gedib söhbət etməyi təklif etmişdir. Coşqun tanışı Elvinə zənt etmiş və öz avtomobili ilə onları aparmağı xahiş etmişdir. O, Malikdən onunla bi məktəbdə oxuyan Fazilgilə getməsini öyrənmişdir. Elvinin avtomobilnə oturmuş, bir qədər keçdikdən sonra Elvin avtomobili saxlamış və piyada təxminən 500-600 metr məsafə qət edib Fazilgilin evinə çatmışlar. Onların evinin qarşısına çatanda orada Fazil və qardaşı sonradan adını bildiyi Adili görmüşlər. Fazilin əlində preparatorun oxu, Adil əlində isə dəmir parçası olmuşdur. Bu an Fazilin atası avtomobildə yaxınlaşmış, Fazil üçüncü qardaşı da gəlmişdir. Fazilin atası avtomobilindən əlində dəmir parçası düşmüşdür. Üçüncü qardaşın əlində isə heç bir alət olmamışdır. O, Fazili tanıdığı üçün onunla görüşüb söhbət etməyə başlamışdır. Həmin an Adil Malikdən nə üçün həyətə girməsini soruşmuş və nəlayiq söyüşlərlə təhqir etmişdir. Malik isə polis əməkdaşları həyətə girib taxtaları götürdüyünü söyləmişdir. Adil yenə Maliki təhqir edib təpiklə ayaq hissəsindən zərbə endirmiş və əlindəki dəmirlə ikinci zərbəni vurmaq istəyəndə Maliki itələdiyindən zərbə Malikə dəyməmişdir. Murad onları ayırmaq istəyəndə Adilin atası Qadir yaxınlaşmış və əlindəki dəmirlə Muradın başından vurmuş, dəmir parçası onun əlindən düşmüşdür. Zərbənin təsirindən yerə əyilən Murad dəmir parçasını götürüb onlara tərəf atmışdır. O, aralaşdırmağa, sakitləşdirməyə, əsasən də Qadiri aralayırmış ki, ona heç nə dəyməsin. Qadiri aralamaq istəyəndə Qadir onu əlinə götürdüyü başqa dəmirlə vurmaq istəmiş, əlini qabağa onun əlinin qarşısına vermiş, qollarının bir-birinə dəyməsindən Qadirin əlindəki dəmir yerə düşmüşdür. Qadir əl çəkməyib onu yumruqla vurmaq istəmiş, o isə Qadiri qucaqlayıb «ağsaqqal, «mən sənin oğlunu tanıyıram» biz dalaşmağa gəlməmişik» demişdir. Bu an onlar tərəfdən kim isə qışqıraraq 102-yə zəng etməyi söyləmişdir. Bundan sonra Qadiri buraxmış və qaçıb avtomobili saxladıqları yerə getmişlər. O, yolda düşüb piyada evə getmişdir. Qadirdən özünü müdafiə etdiyi üçün söyüş, vurma sözləri eşitsə də nə baş verdiyini görməmişdir. Dalaşma zamanı ancaq aralamış, heç kimlə dalaşmamışdır. Əksinə, Qadir onu dəmirlə, yumruqla vurmaq istəmiş, lakin bunun qarşısını almış, heç bir xəsarət almamışdır. Bu səbəbdən də Adilin başına kimin vurmasını görməmişdir. Onunla gələnlərdən heç kim Qadirlə dalaşmayıb, onu vurmamışdır. Dalaşma başlayanda Mübariz, Əli, Coşqun və Pərviz də dalaşmağa başlamışdılar. O, Qadiri sakitləşdirdiyi üçün onların kiminlə dalaşmalarını və dalaşma zamanı hərəkətlərini görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı evin pəncərəsindən baxarkən Malik və Muradın keçdiyini görüb, pəncərəni açıb onlardan siqaret istəmişdir. Malik və Murad ona bayıra çıxmağı demişlər. Əli evdən çıxmış və birlikdə Coşqungilin evinə tərəf getmiş və qarşısında dayanmışlar. Murad Pərvizə zəng edib ondan evdən çıxmasını xahiş etmişdir. Pərviz, qardaşı Coşqun tanışları Röyal və Mübariz Pərvizgildən çıxmışlar. Orada Murad danışmışdır ki, Qadirin oğlanları Malikin evindən oğurluq edib, sonra zəng edib onu təhqir ediblər. Onlarla münasibətlərə aydınlıq gətirmək üçün gedirlər. Hamı getməyə razılıq verəndən sonra Coşqun zəng edib Elvindən xahiş etmişdi ki, öz avtomobilində gəlib onları aparsın. Onlardan xatırlamadığı kim isə və özü Coşqunun həyətindən taxta parçası götürmüşdür. Bir müddət sonra Elvin avtomobilində gəlmişdir. Toplaşanlar onun avtomobilinə oturmuş və Qadirgilin evinə tərəf yollanmşlar. Evə çatmamış Elvin avtomobili saxlamış və avtomobildə olanlar düşüb piyada bir qədər məsafə qət etmişlər. Yolda Malik kiməsə zəng etmiş və çatdığını bildirmişdir. Həmin evin qarşısına çatanda Adilin darvazanın qarşısında dayanmış görmüşlər. Adil gələnləri görüb, həyətə girmiş və həyətdən 2 qardaşı ilə çıxmışdır. Onların əlində dəmir parçaları olmuşdur. Bu an atalan Qadir öz avtomobilində gəlmiş, avtomobili saxlayıb avtomobildən düşüb nəlayiq ifadələr işlədə-işlədə yaxınlaşmışdır. Malik və Murad yaxınlaşanda qardaşlardan Fazil Muradı təpiklə vurmuş, Adil isə Maliki itələmişdir. Qadir yaxınlaşmış və dalaşma başlamışdır. O, onunla gələnlərdən Mübarizin və Coşqunun dalaşmasını görmüşdür. Əks tərəf onları dəmir boru və perferator oxu ilə vururdular. Coşqun onlardan birinin əlindən dəmir parçasını alıb başına zərbə endirmişdir. Zərbənin təsirindən həmin şəxs yerə yıxılmışdır. Pərvizin dalaşdığını o görməmişdir. Qadir isə onunla gələnləri söyərək qovurmuş. O, Qadir avtomobilinin yanında dayanıb baxırdı. Qadir onları qovanda o getmək istəyərkən Qadir qırılan borunun bir tərəfi ilə onun qolundan zərbə endirmişdir. Polis çağıracaqlarını deyəndə o və onunla gələnlər oradan aralanmış, yola tərəf getmiş, Elvin isə avtomobili ilə onları qarşılamışdır. Hamısı avtomobilə oturub getmişlər. Özü dalaşmada iştirak etməyərək, kənarda dayanmış, heç kimi vurmamışdır. Qadir onun qolundan vurub xəsarət yetirmişdir. Pərviz və Röyal ancaq dalaşanları ayırmışlar. Malik əks tərəfdən olan qardaşlardan birini Qabili kənara çəkmişdir ki, onu heç kim vurmasın. Dalaşanlara da onu vurmamağı tapşırmışdır. Mübariz, Murad və Coşqun isə əks tərəflə dalaşırdılar Murad baş nahiyəsindən zərbə alandan sonra kənara çəkilmişdir. Elvin avtomobiili park edib qayıdanda artıq dalaşma qurtarmışdır. Coşqunun əks tərəfdən bir nəfərin başına dəmirlə zərbə endirməsini görmışdür. Muradın başından dəmir boru dəymişdir. Başından qan axırdı, lakin kimin vurmasını görməmişdir. Maliki isə əvvəl təpiklə vurub itələmişdilər. Bundan sonra o Qabillə kənarda dayanmışdır. Qadirin ondan başqa kimisə vurmasını görməmişdir. Dalaşma təxminən 20-25 dəqiqə davam etmişdir. Dalaşma zamanı kənar şəxslər toplaşmamışlar. Məhkəmə iclasınla ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci ildə xidməti ərazisində yaşayan Bilgəh qəsəbə sakini Şahid1 inşa etdiyi evin həyətyanı sahəsində taxta materiallarının və 1 ədəd əl arabasının oğurlanması barədə məlumat vermişdir. Məlumatla əlaqədar bölmənin təhqiqatçısı Samir Abdullayevlə hadisə yerinə getmiş, baxış keçirmiş və yaxın həyətlərə baxış keçirmişlər. Həyətlərin birində Şahid1 6 ədəd taxtaları görmüş ona məxsus olmasını bildirmiş və həmin taxtalar götürülmüşdür. Qonşularla söhbət zamanı oğurluğun Qadirin övladları tərəfindən olunmasını bildirmişlər. Bu an həmin ailənin üzvü olan Qabilin gəlməsini görmüşlər. Qabildən taxtaların oğurlanmasını soruşduqda o məlumatının olmamasını söyləmiş və yaşadığı evə tərəf getmişdir. O, da Şahid1la onun arxasınca getmiş və evin girişində tiiknti alətlərinin və bir arabanın olmasını görmüşdür. Şahid1 həmin əl arabasının ona məxsus olmamasını bildirmişdir. Qabil izahat alınması üçün 14-cü Polis Bölməsinə dəvət olunmuş və təhqiqatçı tərəfindən izahatı alınmışdır. Həmin gün axşam Şahid1 Qadirgildən onun mobil telefonuna zəng olunmasını və onun həyətində oğurluq etmədikləri halda onlardan şikayət etməsinə irad bildirildiyi barədə məlumat vermişdir. O, Malikə şikayətinin təhqiqatda olması ilə əlaqədar cavab vermədiyini söyləmişdir. Malik Bəhruza zəng edən şəxsin onu söyməsini və görüşməyi təklif etməsini bildirməmişdir. Taxtalar tapılan həyətin kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, «BMV» markalı, «az **-SO-***» dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 10 noyabr 2020-ci il tarixdə, saat 21:00 radələrində sonra evdə olarkən tanışı Coşqun mobil telefonuna zəng etmiş və avtomobillə onu apara biləcəyini soruşmuşdur. O, razılıq vermiş və avtomobilində Coşqunun evinin qarşısına gəlmişdir. Coşqunun evinin qarşısına çatanda Coşqun, Röyal, Pərviz, Malik, Murad, Mübariz və Əlini görmışdür. Onların hamısını kənddə və məhəllədə yaşayanlar kimi tanıyır. Coşqun onları Malikin təzə evinin qarşısına aparmağı xahiş etmişdir. Onlar avtomobildə 2 nəfər qabaq oturacaqda, 5 nəfər isə arxa oturacaqda yerləşmişlər. Avtomobilin alt hissəsinin dəyməsindən ehtiyat edib avtomobili bir qədər aralı saxlamışdır. Onlar gözləməyi xahiş etmişdilər. Təxminən 10 dəqiqəyə qədər gözləmiş, onların gəlməməsini görüb Malikin evinin qarşısına getmişdir. Çatanda Pərvizin qolunu və qabırğasını tutmasını, Muradın başından qan gəlməsini və tanımadığı bir nəfərin də başını tutub nəlayiq ifadələr işlətməsini, 102 xidmətinə zəng etməsini görmüşdür. Başa düşmüşdür ki, gətirdiyi şəxslər kimlərləsə dalaşmışlar. Elvin onları asfalt yola çıxartmış və özü avtomobilə qayıdıb həmin yerə sürmüşdür. Onları avtomobilə otuzdurub Coşqunun evinin qarşısına gətirmiş özü isə evə getmişdir. Coşqun ona əvvəlcədən hara, nə məqsədlə gedəcəklərini bildirməmişdir. Coşqun və onunla olanlar avtomobilə minərkən əllərində taxta və ya başqa predmetlər görməmiş, ola bilər paltarlarının içində olmuşdur. Qayıdanda Malik də o birilərilə birlikdə gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayının 10-da səhər 11-12 radələrində həmin torpaq sahəsinə getmiş və həyətdən 12 ədəd 5x15 ölçülü 150 manat dəyərində taxtaların, 1 ədəd 40 manat qiymətində arabanın, 10 manat qiymətində baltanın, 3 ədəd hər birinin qiyməti 2 manat olan malaçəkənlərin, 40 manat qiymətində laqonda aparatının, 2 ədəd hər birinin qiyməti 5 manat olan səviyyə ölçənləri, 2 ədəd hər birinin qiyməti 3 manat 20 qəpik olan səviyyə ölçən cihazı, hər metrəsinin qiyməti 0.70 manat olan 20 metr uzunluğunda su səviyyə ölçəni və 100 manat qiymətində müxtəlif ölçülü taxta materiallarının və hər kisəsinin qiyməti 6 manat olan 10 kisə 400 markalı «Norm» sementlərinin oğurlanmasını bilmişdir. X20 Nazirliyinin 102 xidmətinə oğurluq barədə məlumat vermişdir. Ona sahə inspektoruna müraciət etməyi məsləhət görmüşlər. O, telefonla sahə inspektoru Akifə məlumat vermiş və onunla görüşəndə sahə inspektoru məzuniyyətdə olmasını demişdir. Bu səbəbdən oğurluq barədə digər sahə inspektoru Bəhruza məlumat vermişdir. Bir qədər keçmiş sahə inspektoru Bəhruz, adını soyadını bilmədiyi polis mayoru və polis serjantı rütbələrində olan əməkdaşlar həyətə gəlmişdilər. Həyətin 4 tərəfdən 12 daş hündürlüyündə tikilmiş hasarı və dəmir darvazası olsa da, polis mayoru evə baxıb bildirmişdir ki, tikinti başa çatmayıb, yaşayış sahəsi hesab edilmir. Bundan sonra o sahə inspektoru Bəhruzla oğurlanmış əmlakı axtarmağa başlamışlar. Oğurluq barədə biləndən sonra həmin həyətlə üzbəüz yaşayan adını bilmədiyi qonşudan kimin həyətə girməsini soruşanda qonşusu bildirmişdir ki, onun da həyətindən Qadirin oğlanları oğurluq ediblər. O, da bu barədə polis əməkdaşlarına demişdir. Axtarış zamanı Zərərçəkmiş şəxs3 parnik quraşdırılmış torpaq sahəsinə daxil olmuşlar. Həyətdə istixananın yanında o 5x15 ölçülü taxtalardan 6 ədədini tapmış, qonşusu Eynullanın həyətinə yığmışdır ki, 2-ci dəfə oğurlanmasın. Bəhruz Qadirin 2-ci həyətinə gedib baxmağı təklif etmişdir. Birlikdə Qadirin və ailəsinin yaşadığı evə getmişlər. X14 olmuşdur. Polis əməkdaşları həyətə baxış keçirməyə icazə almışdılar. Həmin həyətde ona məxsus heç bir əşya tapılmamışdır. Polis əməkdaşları Qabili maşına otuzdurut Polis bölməsinə aparmış, o isə evə getmişdir. Həmin gün axşam 9 radələrində «***-***-**-**» CSM nömrəli mobil telefonuna «***-***-**-**» nömrəli GSM nömrəsindəı 20:55-də zəng gəlmişdir. Zəng edən Qadirin oğlu Adil olmuşdur. Adil ondan həyətlərin girib-girməməyini soruşanda polis əməkdaşı ilə həyətə daxil olduğunu söyləmişdir. Bu cavabdan sonra Adil onu nəlayiq söyüşlərlə təhqir etmiş və harada olmağıı soruşmuşdur. O, Adilin söyüşlərinə evdə olduğu üçün cavab verməmiş və evc olduğunu bildirmişdir. Bundan sonra telefonu qapayıb saat 20:56 radələrində sahə inspektorur zəng edib Adilin hərəkətləri barədə məlumat vermişdir. Bəhruz ona telefonu söndürms təklif etmiş və səhər aydınlaşdıracağını vəd etmişdir. O, gözətçi işlədiyindən telefonu söndürməmişdir. Saat 20:57 radələrində yenə Adil həmin nömrədən zəng etmiş və bir daha o nəlayiq söyüşlərlə təhqir etmiş və hirsli-hirsli onlara gəlməyi tapşırmışdır. Bundan sonra saat 20:58 radələrində o Muradın «***-***-**-**» nömrəsinə zəng etmiş, xahiş etmişdir ki, 11-ci dalana gəlsin. Təxminən 15-20 dəqiqədən sonra Muradla 11-ci dalanda görüşmüşlər. Murada baş verənləri, Adilin onu təhqir etməsini və yaşadığı küçəyə çağırmasını danışmışdır. Bundan sonra saat 21:05 radələrində sahə inspektoru Bəhruza zəng etmiş, Adilin onu təhqir etməsini, çağırmasını demişdir. Bəhruz bir daha telefonu söndürməyi tövsiyə etmişdir. Adil telefonla danışarkən eşitdiyi səslərə görə Qadirin oğlanlarının tikilən həyətə daxil olub ziyanverici hərəkətlər etməsini düşünmüş bu səbəbdən Murada həyətə getməyi təklif etmişdir. Murad onun telefonu ilə saat 21:16 radələrində Pərvizin telefonuna zəng etmiş, ondan gəlməsini xahiş etmişdir. Yolda 7-ci dalanda tanışı Röyala rast gəlmişlər. Röyal da onlarla getmişdir. Tikintisi aparılan evə çatanda Qabili, qardaşları Adili və Fazili görmüşlər. Qardaşlar onu görən kimi Adil və Fazil nəlayiq sözlər işlətməyə başlamışlar. Yaxınlaşanda Adilin əlində dəmirdən paslı boru, Fazilin əlində isə preferatorun oxunu görmüşdür. Qabilin əlində heç bir predmet olmamışdır. Onlara yaxınlaşıb kimin söyməsini və taxtaları kimin oğurlamasını soruşanda Adil bir daha onu nəlayiq ifadələrlə təhqir etmiş, yaxşı edib söydüyünü və onu yaşamağa qoymayacaqlarını demiş və əlindəki dəmir parçası ilə ona zərbə endirmək istəmiş, lakin Qabil araya girib onu çəkdiyi üçün zərbə ona dəyməmişdir. Bu an Adilin atası Qadir öz avtomobilində yaxınlaşmış, avtomobildən düşüb əlindəki dəmir parçası ilə onlara hücum edib Muradın başına zərbə endirmişdir. Zərbədən sonra Adil, Fazil də Murada hücum etmiş və əllərində olan dəmir parçaları ilə Muradı vurmağa başlamışdılar. Qabillə birlikdə onları sakitləşdirmək istəmişlər. Qadirin əlindən dəmir parçası düşəndən sonra zərbələrin təsirindən böyrü üstə yerə yıxılmış Murad, həmin borunu götürüb onlara tərəf zərbə yönəltmiş, lakin zərbə heç kimə dəyməmişdir. Muradın əlində olan boru yenidən Qadirin əlinə keçəndə boru ilə onun boyun nahiyəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən başı gicəllənmiş, epilepsiya xəstəliyi tutduğundan yerə yıxılıb huşunu itirmişdir. Özünə gələndə bir neçə nəfərin əlləri ilə üz nahiyəsindən ayıltmaq üçün vurduqlarını görmüşdür. Epilepsiya tutanda xəstəliyin əlaməti kimi aclıq yarandığından yerdəki quru çörəyi götürüb ayağa qalxıb yeyə-yeyə evə getmişdir. Huşunu itirdiyi üçün Pərviz, Coşqun, Elvin, Mübarizin hadisə yerinə gəlmələrini görməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 26 dekabr 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X17 Huquqi Şəxsin 1725 saylı, 15 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs3 alın-təpə, sağ əl, hər iki bud və sağ baldır nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən 10 noyabr 2020-ci il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X17 Huquqi Şəxsin 1724 saylı, 08 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs5 sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol dirsək və sol əl nahiyələrinin dərialtı hematomaları, sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 10 noyabr 2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol dirsək və sol ə nahiyələrinin dərialtı hematomaları ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağ kürək sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı isə sağlamlığ zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X17 Huquqi Şəxsin 1789 saylı, 30 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, vət. X8 baş beyninin əzilməsi, sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması, bel, sağ said, sol əlin İ barmağının və sağ diz nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 10 noyabr 2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə baş beyinin əzilməsi, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayət olunan başın küt travması həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X17 Huquqi Şəxsin 337 saylı, 25 fevral 2022-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 təpə nahiyəsinin səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarət iti kənara malik əşya (alət) təsirindən, ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi 12 avqusi 2021-ci il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X17 Huquqi Şəxsin 338 saylı, 25 fevral 2022-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş, kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən, ola bilsin bıçağın təsirindən törənməşdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi 12 avqust 2021-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər,bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxs ifadələri, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən- xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə ağ ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Cinayət Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə ancaq məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezupsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirərkən qanunu pozmaqla əldə olunmuş sübutlardan istifadə oluna bilməz. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 9-cu bəndindən göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətləri mövcüddür, əməl xuliqanlıq kimi qiymətləndirilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 15 dekabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdi şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 142) Cinayət işinin materiallarında olan 17 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 165). Cinayət işinin materiallarında olan 17 dekabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 01, səh. 177). Cinayət işinin materiallarında olan 13 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdi şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 10) Cinayət işinin materiallarında olan 14 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 31). Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)585/2021 saylı, 14 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, səh.,50). Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)26/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 13 mart 2022-ci il tarixə kimi uzadılmışdır. (cild 01, səh.,66). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi recimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi recimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «28» mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində çeçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə ilas zalından həbs edilməli və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixə, 13 avqust 2021-ci il tarixdən 13 mart 2022-ci il tarixə kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixə, 13 avqust 2021-ci il tarixdən 13 mart 2022-ci il tarixə kimi həbsdə saxlandığı müddət 07 (yeddi) ay, 02 (iki) gün müddət nəzərə alınsın və həmin müddət təyin olunmuş çıxılsın, qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «04» (dörd) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «28» mart 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində çeçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə ilas zalından həbs edilsin və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-21/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-21/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver