Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-21/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Şaxtaxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Naxçıvan MR, Kəngərli rayonu, Şaxtaxlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs aldadaraq onun oğlu Yusifi Gömrük Komitəsinə işə düzəlmə kimi yalan vədlər verib bunun müqabilində 20000 manat məbləğində pulun verilməsinin zəruriliyini bildirib, 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu «Qəbələ» dairəsinin qarşısında yerləşən «Baku Mail» ticarət mərkəsində olan «Mado» kafesində 5000 manatı, 10 aprel 2023-cü il tarixdə isə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Bakıxanov bazarı» deyilən yerin qarşısında məzənnə ilə 5100 manat təşkil edən 3000ABŞ dollarını Zərərçəkmiş şəxs vahid niyyətlə alıb ələ keçirərək sonuncuya 10100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanıyır. Sabiri o Rusiyada yaşayan böyük qardaşı Elşad İmanovun vasitəsi ilə tanımışdır. Aralarında normal münasibətləri olmuşdur. Qardaşı Elşən 2023-cü ilin yay ayalırnda xəstəliyi ilə əlaqədar olaraq rəhmətə getmişdir. Onun bir oğlu var və oğlunun xəstəliyi ilə əlaqədar olaraq müalicəsinə pul lazım olduğundan o pul axtarmağa başladı. 2023-cü ilin fevral ayının əvvəllərində o təsadüfən Babək prospektində «Maşın Bazarında» Zərərçəkmiş şəxsla görüşdü. Sabirlə söhbət edən zamanı o Sabirin hal əhvalını soruşub uşaqlarının nə işlə məşğul olduqlarını soruşanda Sabir ona dedi ki, hər iki oğlu işsizdir. Sabir ona bunu deyəndə onun qəflətən ağlına Sabiri aldatmağa fikri gəldi, çünki oğlunun müalicəsinə görə ona təcili olaraq pul lazım idi. Buna görə o Sabirə təklif etdi ki, oğlunu Gömrük Komitəsinə işə düzəldə bilər. Sabir razılaşaraq xahiş etdi ki, böyük oğlunu Yusifi Gömrük Komitəsinə işə düzəldsin, sonra isə kiçik oğlunu. O Sabirə dedi ki, bu işi pul müqabilində görəcək. 1-2 gündən sonra o Sabirlə telefon əlaqəsini yaratdı və Sabirdən Yusifi işə düzəltmək üçün 20000 manat pulu istədi ki, həmin məbləğlə onun oğlu Yusifi Gömrük Komitəsinə işə düzəldə bilər. Sabir ona dedi ki, həmin məbləği verməyə birdəfəyə gücü çatmayacaq ondan xahiş etdi ki, pulu o hissə hissə versin. O razılaşdı və Sabiri inandırmaq üçün ondan Yusifin sənədlərinin sürətini istədi. Sabir ona dedi ki, ilkin olaraq ona 5000 manatı verə bilər. 2023-cü ilin mart ayının əvvəllərində günorta saatlarında Sabirlə o Bakı şəhəri Yasamal rayonunda «Qələbə» dairəsinin qarşısında yerləşən «Baku Mail» ticarət mərkəzinin qarşısında görüşdü. «Baku Mail» ticarət mərkəzində yerləşən «Mado» kafesində əyləşdilər və orada Sabir ona Yusifin şəxsiyyət vəsiqəsinin sürətini və diplomunu həmçinin 5000 manatı ona verdi. Sabirlə o kafedə ikisi görüşmüşdülər. Pulu və sənədlərinin sürətini o Sabirdən alanda Sabirə söz verdi ki, bir aya Yusifi Gömrük Komitəsinə işə düzəldəcək. Sabirdən pulu alandan sonra Sabir çıxıb getdi, o da həmin pulu oğlunun müalicəsinə xərclədi. 2023-cü ilin aprel ayında o yenədə Sabirlə telefon əlaqəsini yaradıb Sabirə yalandan dedi ki, Yusifin işi alınıb əlavə olaraq 3000 ABŞ dollarıda verməlidir. Sabir həmin pulu düzəldib 2023-cü ilin aprel ayının ortalarında onunla Bakıxanov qəsəbəsində «Bakıxanov bazarı» deyilən yerin qarşısında görüşdü və 3000 ABŞ dollarını ona verdi. Sabir yenədə görüşə tək gəlmişdir. 3000 ABŞ dollarını Sabirdən alandan sonra o Sabirə söz verdi ki, bir həftəyə Yusif Gömrük Komitəsinə işə düzələcək, vəsiqəsinidə alacaq. İşə çıxan kimidə qalan 10000 manatı ona verməlidir. Sabir razılaşdı və onlar ayrıldılar. Sabirdən aldığı 3000 ABŞ dollarımda o oğlunun müalicəsinə xərclədi və Sabir ona hər dəfə zəng vurub işi ilə maraqlananada o Sabirə müxtəlif bəhanələr gətirib vaxtı uzadırdı. 2023-cü ilin yay aylarında Sabir ondan pulunu geri tələb etməyə başladı və o Sabirə söz verdi ki, pulunu qaytaracaq, lakin buna imkanı olmadığına görə Sabirlə görüşlərdən qaçırdı. Sabir ona demişdir ki, pulu ona qaytarmasa ondan polis orqanlarına şikayət edəcək. O da vaxt almaq üçün Rusiyada yaşayan Vahid adlı ümumi tanışlarına zəng vurub xahiş etdi ki, Sabirdən vaxt alsın ki, o pulunu qaytara bilsin. Sabirdən aldığı 5000 manatı və 3000 ABŞ dollarını oğlunun müalicəsinə xərclədiyinə görə həmin pulu düzəldib Sabirə qaytara bilməmişdir. Hazırda dəymiş ziyandan 1000 manat ödəniş etmişdir. Qalan məbləği Naxçıvanda olan torpaq sahəsini sataraq ödəyəcəkdir. Hazırda həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Birinci Qarabağ müharibəsinin veteranıdır, uzun illər X1 xidmət etmişdir, hazırda təqaüddür. İki oğlu var, böyük oğlu Yusif 1995-ci il təvəllüdlüdür, kiçik oğlu Samir isə 1999-cü il təvəllüdlür. Hər ikisi ali təhsillidirdir, lakin buna baxmayaraq onlar heç bir yerdə işləmirdilər. Onları işlə təmin etmək məqsədi ilə o tanışları ilə maraqlanmağa başlamış, Təqsirləndirilən şəxs o, 10 ildir ki tanıyır. Eldarı o qiyabi tanımışdır, onu o Rusiyada yaşayan dostu Elşadın vasitəsi ilə tanımışdır. Elşadla yaxın münasibəti olmuşdur, Elşad 2023-cü ilin yay aylarında xəstəliyi ilə əlaqədar rəhmətə getmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində o, təsadüfən Babək prospektində «Maşın Bazarında» Təqsirləndirilən şəxsla görüşdü. Eldarla söhbət edən zamanı o onun hal əhvalını soruşub uşaqlarının nə işlə məşqul olduğunu soruşanda, o Eldara bildirdi ki, hər iki oğlu işsizdir. Eldar ona bildirmişdir ki, yüksək əlaqələri var və ona təklif etmişdir ki, böyük oğlunu Gömrük Komitəsinə işə düzəltsin. Eldar ona demişdir ki, pul müqabilində, birinci böyük oğlu Yusifi işə düzəldəcək, sonra isə kiçik oğlu Samiri. O məbləği ondan soruşanda, Eldar ona demişdir ki, maraqlanıb ona cavab verəcək. Telefon nömrəsini götürmüş, öz istifadə etdiyi ***-***-**-** saylı nömrəsini ona əlaqə saxlamaq üçün vermişdir. 1-2 gündən sonra “Whatsapp” vasitəsi ilə Eldar ona zəng vurub bildirmişdir ki, Yusifi Gömrük Komitəsinə 20.000 manata düzəldə bilər. O Eldara bildirmişdir ki, qiymət çox yüksəkdir, həmin məbləği birdəfəyə verməyə gücü çatmayacaq. Eldar ona demişdir ki, narahatçılıq yoxdur, görüşüb söhbət edərlər, qiymətdədə razılaşarlar. Eldar ona demişdir ki, ilkin olaraq oğlu Yusifin sənədlərinin sürətini, (diplomun, şəxsiyyət vəsiqəsinin) və 5000 manat məbləğində pulu versin, qalan məbləğidə hissə hissə ödəyər. O razılaşmış və 2023cü ilin mart ayının əvvəllərində günün günorta vaxtı Eldarla birlikdə Yasamal rayonu «Qəbələ» dairəsinin qarşısında yerləşən «Baku Mail» ticarət mərkəzinin qarşısında görüşmüşlər. Həmin vaxtı oğlu Yusifdə idarə etdiyi avtomobilində olmuşdur. Yusif avtomobildən düşməmiş və Eldarla görüşməmişdir. O avtomobildən düşüb «Baku Mail» ticarət mərkəzində yerləşən «Mado» kafesində Eldarla görüşmüş və Eldara Yusifin sənəndlərinin sürətini və 5000 manat məbləğində pulu vermişdir. Eldar ondan 5000 manat məbləğində pulu alıb bildirmişdir ki martın 20-də oğlu Yusifin əmri çıxacaq və Yusif işə qəbul olunacaq. Eldar ona demişdir ki, yaxşı əlaqələri var, bu işi ona tam zəmanətlə həll edəcək. Amma Eldar ona konkret ad çəkməmişdir ki, kimin vasitəsi ilə bu işi həll edəcək, ona deyirmiş ki, «sənə fərqi nədir? işi mən həll edirəm, puluda özüm alıram, özümdə cavabdehəm, sənə lazımdır ki, oğlun Gömrük Komitəsinə işə düzəlsin, bu işidə mən həll edəcəm». O razılaşmış və Eldara 5000 manatı və Yusifin sənədlərin sürətini verib oradan çıxıb getmişdir. Eldara pulu verəndə orada onlar ikisi olmuşlar, üçüncü şəxs yanlarında olmamışdır. Bundan sonra o Eldarla mütəmadi olaraq telefon əlaqəsini yaradıb işlə bağlı maraqlanırmış, Eldar ona deyirmiş ki, hər şey qaydasındadır, planla gedir. 20 mart 2023-cü il tarixdə o, Eldardan iş barədə soruşanda Eldar ona demişdir ki, Novruz Bayramına görə iş yubanır, bayramdan sonra oğlu Yusif işə çıxacaq. 2023-cü ilin aprel ayının əvvəllərində Eldar ona zəng vurub bildirmişdir ki, oğlu Yusifin işinə görə əlavə olaraq 3000 ABŞ dollarıda təcili vermək lazımdır. O, razılaşmış və Eldardan bir neçə gün vaxt istəmişdir ki, həmin pulu düzəldib ona versin. Eldar ona dəfələrlə demişdir ki bu məsələni heç kim bilməsin, kimsə onların aralarında olan söhbəti bilsə işləri alınmaz, ona problem olar. O da bu barədə yalnız oğlu Yusifə xəbər vermişdir. 10 aprel 2023-cü il tarixdə, o, səhər saat 11 radələrində Eldarla Bakıxanov qəsəbəsində «Bakıxanov bazarı» deyilən yerin qarşısında görüşmüş və məzənnə ilə 5100 manat təşkil edən 3000 ABŞ dollarını Eldara vermişdir. Eldar pulu ondan alıb bildirmişdir ki, oğlu Yusif bir həftəyə Gömrük Komitəsinə işə çıxacaq, vəsiqəsini alacaq, işə çıxan kimidə qalan 10000 manatı gətirib çatdırmalıdır. O, razılaşmış və onlar ayrılmışlar. Bundan sonra o, Eldarla telefon əlaqəni yaradanda Eldar ona dəfələrlə bir bəhanə gətirib işi uzadırdı, 2023-cü ilin yay aylarında o, Eldardan pulumu geri tələb etməyə başlayanda Eldar ona demişdir ki Rusiyada yaşayan böyük qardaşı Elşad rəhmətə getmiş, başı qarışıqdır. O, Elşada zəng vuranda Rusiyada yaşayan oğlu Elşadın rəhmətə getdiyi təsdiq etmiş və o, bir neçə vaxt Eldara zəng vurmamışdır. Lakin sonra Eldarla əlaqə yarada bilməmişdir. Eldarın bir neçə nömrəsinə yığanda Eldar onun zənglərimə cavab verməmişdir. Hazırda ona dəymiş ziyandan cəmi 1000 manat məbləğində ödəniş edilmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə sonuncu dəfə pulu verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov bazarının qarşısıdır (i.v.7-9). “Videoyazıya baxış keçirilməsi haqqında” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs götürülmüş onun Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqlarını əks etdirən 01 ədəd «CD» diskdə qeydə alınmış səs yazılarına baxış keçirilən zamanı müəyyən olmuşdur ki, diskdə 2 ədəd fayl var. «WhatsApp Audio 2024-05-21 at 10.46.08» və «WhatsApp Audio 2024-05-21 at 10.46.09» faillar. «WhatsApp Audio 2024-05-21 at 10.46.08» adlı faila baxdıqda müəyyən olunur ki, failda 19 saniyədən ibarət olan səs yazıları var. Həmin səs yazıları ilə müəyyən olunmuşdur: «Zərərçəkmiş şəxs: - bildim, səndən bir xahişim, yəni hər xatir hörmətimiz yerində qardaş, da o işi dayandıraq, sənədidə verdiyim puluda qaytar, da mən bunu bağlayamıram, çünki danışığımız elə olub ki .... bu baxıram ki, alınmırda məsələ Təqsirləndirilən şəxs: - Yaxşı qardaş yaxşı, heçnə» «WhatsApp Audio 2024-05-21 at 10.46.09» adlı faila baxdıqda müəyyən olunur ki, faylda 19 saniyədən ibarət olan səs yazıları var. Həmin səs yazılara baxdıqda müəyyən olunur ki, «Zərərçəkmiş şəxs: - odur ki, mən sənə on min manatıda verdim, sənədidə... Təqsirləndirilən şəxs: - sən mənə inanmısan, mən deyirəm ki, bu söz burda qalsın, bilirsən nətəri... Zərərçəkmiş şəxs: - a burda qalsın, niyə gizdin eliyirik? niyə gizdin eliyirik? mən başa düşmürəm. Təqsirləndirilən şəxs: - eləməlisəndə qardaş ...» (i.v.62-63). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, diskdə olan səs yazıları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2002-ci il tarixdə AR CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və iş məhkəməyə göndərilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2004-cü il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq əmək haqqından 15% dövlət nəfinə pul tutulmaqla 11 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, 09 fevral 2009-cu il tarixdə AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 0 avqust 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3100 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2010-cu il tarixli qərarı ilə 3100 manat cərimə cəzası 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, barəsində AR CMnin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza şərti tətbiq edilmiş, Kəngərli Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 66.3-cü maddəsnə əsasən qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti müəyyən olunmaqla cəzası şərti tətbiq edilmişdir (i.v.19-21). “Axtarışda olan şəxsin tutulması barədə” 19 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.40). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 4(008)- 308/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 may 2024-cü il tarixdən hesablanmaqla 02 ay 18 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.80-84). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 1(008)-562/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 1(008)- 562/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla barəsində seçilmiş qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 28 dekabr 2024-cü il tarixli, 3-16-17/40/2-32692/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 24 dekabr 2024-cü il tarixdə BİT-ə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini (CM-59.2), cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədi ilə (Belə ki, özünün dediyinə görə o, adına olan torpaq sahəsini qısa müddət ərzində sataraq zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyəcəkdi) şərait yaradılaraq barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə və dəfələrlə məhkəmə iclaslarının təxirə salınmasına baxmayaraq təqsirləndirilən şəxsin məhkəmənin çağırışlarından yayınmasını və məhkəməni yanıltmasını, zərərçəkmiş şəxsə və məhkəməyə yalan vədlər verməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs götürülmüş onun Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqlarını əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı mülki iddi ərizəsi təqdim edərək dələduzluq cinayəti nəticəsində ona 10100 manat məbləğində maddi ziyan dəydiyini qeyd edib həmin məbləğin və mülki iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 69-cu bəndində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dələduzluq cinayəti nəticəsində 10100 manat məbləğində dəymiş maddi ziyanın iş materialları ilə təsdiq edildiyini və həmin məbləğdən 1000 manat məbləğində pul vəsaitinin məhkəmə iclas zalında zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ödənildiyini nəzərə alaraq mülki iddianın qismən, yəni cinayət nəticəsində dəymiş zərərin əvəzi kimi 9100 manat məbləğində pul vəsaitinin və 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi hissəsində təmin edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs götürülmüş onun Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqlarını əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Zərərçəkmiş şəxs dələduzluq cinayəti nəticəsində vurulmuş 10100 manat məbləğində maddi ziyanın ödənilməmiş 9100 manat hissəsi və ödənilmiş 120 manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-21/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-21/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver