Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-213/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırki iş üzrə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədli tərəfindən xx.xx.2024-cü il tarixli 1(008)-680/2024 saylı iş üzrə həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,136 qram xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb daşımaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi Şəfqət küçəsində fərdi yaşayış evinin qarşısında 29 sentyabr 2024-cü il tarixdə saat 04:00 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş və polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 1,136 qram xeyli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 1,089 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 22 oktyabr 2024-cü il tarixdə saat 14:10 radələrində Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi ünvanında küçədə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilib həmin şöbənin inzibati binasında xidməti otaqda üzərində şəxsi axtarış aparılaraq əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,089 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün vermiş olduğu ifadələri, şahid ifadələri, maddi sübutların götürülməsi protokolu, ekspertizalarının rəyləri, eləcə də işin birbirini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hər iki epizod üzrə narkotik və psixotrop maddə ona məxsus olmamışdır. Sadəcə olaraq hakim Samirə Məmmədli tərəfindən axtarışa verildiyinə görə iki dəfə tutulmuş, tutularkən o döyülməklə, təzyiq altında psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Tutulan zaman narkotik vasitələr üzərində olmamışdır. Ona verilən suallara cavabında isə döyülmə və təzyiq altında olması ilə bağlı heç bir yerə müraciət etmədiyini, xəsarətlərin olmadığını qeyd etmişdir. Yekunda isə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 22 oktyabr 2024-cü il tarixdə səhər saatlarında o, narkotik vasitə əldə etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmiş, oradakı üzdən tanıdığı şəxsdən 20 manata narkotik vasitə olan heroin almış və şəxsi istifadəsi məqsədi ilə onu üzərində saxlamışdır. Həmin tarixdə saat 14 radələrində yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi ünvanında küçədə piyada hərəkət edən zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməyini istəmişlər. O, da üzərində narkotik vasitə olduğu üçün həyəcanlı olmuş və üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığı üçün polis əməkdaşlarının yanından tez uzaqlaşmaq istəmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə getmişdir. Bölmədə onun barəsində şübhəli şəxs qismində tutulmağı ilə əlaqədar qərar qəbul edilmişdir. O, dövlət hesabına vəkillə təmin edildikdən sonra, şübhəli şəxs kimi tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmişdir. O, da həmin qərarla tanış edildikdən sonra ona üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, o, da ərizə ilə müraciət edərək üzərinə aparılacaq şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış başlamazdan əvvəl ona üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmetin olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan tünd qara rəngli cins şalvarın sol yan cibindən bir büküm narkotik vasitə heroini otaqda olan stolun üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş həmin bükümü kimdən, haradan və nə məqsədlə əldə etməyi barədə soruşduqda, o, bu barədə ifadəsində göstərdiyi kimi məlumat vermişdir. Onun üzərindən aşkar edilərək götürülmüş bir büküm narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o, da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Bundan başqa o, 26 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata istifadəsi üçün bir bükümdə "patı" kimi tanıdığı psixotrop maddə metamfetamini almış və üzərində saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. 29 sentyabr 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsində yaşadığı ünvanda küçədə piyada gedərkən, fərdi yaşayış evlərinin qarşısında iki nəfər polis formasında olan şəxs ona yaxınlaşaraq onun adını, soyadını soruşmuş və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində psixotrop maddə metamfetamin olduğundan o, tez bir zamanda oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər. Polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getməyini təklif etmişlər. O, da səs küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlamasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmişdir. Onun üzərində psixotrop maddə metamfetamin olduğundan müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasını bildirmişdir. Bundan sonra polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuş, həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o, da səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin "patı" olduğunu deyərək, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ondan götrülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm qablaşdırılaraq möhürlənmiş, orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzasıyla təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmiş və narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ CA üzrə kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2024-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin kiçik inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsində xidmətdə olan zaman küçədə bir nəfər kişi cinsindən olan şəxsin özünü şübhəli apadığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edib, onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşduqda həmin şəxs özünü şübhəli aparmağa davam edərək üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmiş, onlardan da yayınmağa çalışmışdır. Ona görə də, həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər. Qeyd olunan şəxs onlarla birlikdə polis şöbəsinə getməyə etiraz etməmişdir. Onlar şöbənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən şöbəyə gətirilməsini bildirmişlər. Bundan sonra, həmin şəxslə birlikdə 12-ci polis şöbəsinə getmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan dəvət edilmiş vəkil gəlmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş və sonuncu bu barədə qəbul edilmiş qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, üzərində keçiriləcək şəxsi axtarış və götürmə zamanı vəkilinin iştirak etməməsini xahiş etmişdir. Təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 20 manata əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroin qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da qablaşdırmanın üzərini və tərtib olunmuş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2024-cü il tarixdə saat 04 radələrində Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi ünvanında küçədə bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması şübhəsi yarandığı üçün həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxsdə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmiş və polis şöbəsinə aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində psixotrop maddə olan metamfetamini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs Nariman oğlunun təhqiqatçı polis kapitanı Fərid Sofuyev tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən ağ rəngli kristallik maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin "patı" olduğunu deyərək, 26 sentyabr 2024-cü il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün aldığını bildirmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ağ rəngli kristallik maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş və oradakı iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin PPXB-nın polis nəfəri, polis serjantı Həsənli X5 Vüqar İlqar oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin apanıdığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Nariman oğlu əynindəki tünd qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddəni narkotik vasitə hesab edilən "Kakos" olduğunu. xx.xx.2024-cü il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata alaraq istifadə üçün üzərində saxladığını bildimişdir. Əlavə suallara cavab olaraq narkotik vasitədən 1 ilə yaxındır ki, istifadə etdiyini qeyd etmişdir(i.v. 24-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 23 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/4962 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN zərflər üçün № 159" dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə kütlə (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,089 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdim olunmuş heroin bir ədəd bükümdə olduğu üçün müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmış siyahılar üzrə: Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in," İ siyahısına daxildir(i.v.30-34). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xibiyev X3 rayonu Balaxanı qəsəbəsi Şəfqət küçəsi ünvanında yerləşən fərdi yaşayış evlərinin yanında 29 sentyabr 2024-cü il tarixdə saat 04 radələrində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş və polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə ağ rəngli kristalşəkilli maddə psixotrop maddəyə bənzər maddə aşkar edilərək götürülmüşdür (i.v. 117-119). Məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 sentyabr 2024-cü il tarixli, 3-16-16/2- 6/4743 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN zərflər üçün N№159" dairəvi möhür əksi olan, "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,136 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı 1) daxildir(i.v. 123-127). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 oktyabr 2024-cü il tarixli 6970 nömrəli rəyindən görünür ki, müayinə zamam Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür(i.v.182-183). Video görüntüyə baxış keçirilməsi haqqında 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, polis şöbəsində polis əməkdaşlarının iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş və şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və qadağan olunan əşya varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs tünd qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd selofan bükümdə qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir N. Xibiyev həmin maddənin heroin olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir(i.v. 73). Maddi sübut kimi tanınma haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 1,089 qram narkotik vasitə heroin və 1,136 qram psixotrop maddə metamfetamin maddi subut hesab edilmiş və tədqiqata sərf edildikidən sonra qalıq qalmış 1,039 qram narkotik vasitə heroin va 1,086 qram psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir(i.v.74-75). Video görüntüyə baxış keçirilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, polis şöbəsində polis əməkdaşlarının iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş və şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və qadağan olunan əşya varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükümdə ağ rəngli kristalşəkilli maddə psixotrop maddəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin "patı-şüşə", yəni metamfetamin olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir(i.v. 154). Maddi sübut kimi tanınma haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 1,136 qram psixotrop maddə metamfetamin maddi subut hesab edilmiş və tədqiqata sərf edildikidən sonra qalıq qalmış 1,086 qram psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir(i.v.15-156). “Sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 1,089 qram narkotik vasitə heroin və 1,136 qram psixotrop maddə metamfetamin maddi subut hesab edilməli və tədqiqata sərf edildikidən sonra qalıq qalmış 1,039 qram narkotik vasitə heroin və 1,086 qram psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs 29 sentyabr 2024-cü il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi şəxsin, həmçinin narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə göndərilmiş, iş üzrə təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/4743 nömrəli və 29 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4962 nömrəli rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi alavə ambulator məcburinarkoloji tibbi yoxlamanın 24 oktyabr 2024-cü il tarixli 6970 nömrəli rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir(i.v.184-194). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdə, saat 14:10-dan tutulmuş hesab edilmişdir (i.v.13). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azad edilmişdir(i.v.63-66). 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədli tərəfindən 1(008)- 680/2024 nömrəli iş üzrə axtarış qərarı verilməsi nəzərə alınaraq qətimkan tədbiri seçilməmişdir (i.v.65-66). 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrə adı altında istintaqı davam etdirilmişdir(i.v. 94-95) “Şübhəli şəxsin tutulması haqqında” 29 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2024-cü il tarixdə, saat 04:00-dan tutulmuş hesab edilmişdir(i.v.106). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azad edilmişdir(i.v.149-150). Başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v. 151). xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək, o Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir(i.v.202-203). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xibiyev X2 rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon Polis şöbəsində xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və 1308.2012-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi ilə xitam edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-2 vo 177.2.4-cü maddələri ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2000-ci il tarixdə Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə çəkilməmiş 26 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş(Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzanın müddəti 01 il 06 aya endirilmişdir) və xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Sabunçu rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir(i.v.79-82). Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(008)-38/2025 saylı cinayət işi Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatındadır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-1114/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin 1(008)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 01 il 06 ay müddətə endirilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-680/2024 saylı, 07 noyabr 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir(i.v.164-166). 23 noaybr 2024-cü il tarixli qərarla təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmış, 22 yanvar 2025-ci il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir(i.v. 167-168,173-174). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-185/2024 saylı, 20 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-742/2024 saylı, 27 noyabr 2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15-2-dək qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahisına (Siyahı İİ ) əsasən 0,15-2-dək qram olan metamfetamin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi dəyişdirilmiş ifadəsinə qiymət verərək hesab edir ki, o, hər iki epizod üzrə narkotik və psixotrop maddə ona məxsus olmadığını, təzyiq altında olduğu üçün, döyülərək belə ifadə verdiyini bildirsə də, məhkəmə baxışınadək dedikləri ilə bağlı bir dəfə də olsun hüquq mühafizə orqanlarına müraciət etməmiş, buna dair etirazını bildirməmişdir. Verilən suallara cavabında təqsirləndirilən şəxs bədənində xəsarətlərin olmadığını, ona qarşı təzyiq və döymə faktının olması ilə bağlı nə özü, nə də ki müdafiəçisi tərəfindən hər hansı orqana müraciət etmədiyini bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədli tərəfindən axtarışa verildiyinə görə iki dəfə tutulduğunu və narkotik vasitələrin tutularkən ona təqdim edilməsini bildirsə də, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs 29 sentyabr 2024-cü il və 22 oktyabr 2024-cü il tarixdə tutulmuş, lakin Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Yekunda son söz olaraq təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsi özünü müdafiə xarakterli qiymətləndirilməli və məhkəməyədək icraat dövründə verdiyi ifadələri tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə təsdiq edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadələri əsas götürülməlidir. Yekunda təqsirləndirilən şəxsin məhkəmədən son söz olaraq ona yüngül cəza verilməsini xahiş etməsi, onun məhkəmə dövründə verdiyi ifadəsi ilə uyğunluq təşkil etməmiş, özünü müdafiə xarakterli olması qənaətinə gəlməyə əsas vermişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə əsasən Cinayət Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçü--ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Avropa Məhkəməsinin "Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, "...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə "əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin "Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təkrarçılığı və residivi müəyyən edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsinin qərarı və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş və xx.xx.2023cü ildə cəza müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (barəsində başqa cinayət işi məhkəmə istintaqının aparıldığı dövrdə yenidən cinayət törətməsi), cəzasını yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (təkrarçılıq, cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin həyata keçirildiyi dövrdə yenidən eyni cinayət əməlini təkrar törətməsini, əvvəllər eyni maddə ilə məhkumluğun olmasını, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallların müəyyən edilməməsi, cəzanı ağırlaşdıran halların(təkrarçılıq və cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm elan olunduğu vaxtdan hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdiriməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı(Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədli tərəfindən xx.xx.2024-cü il tarixli 1(008)-680/2024 saylı iş üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), DVD disklər iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 oktyabr 2024-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 29 sentyabr 2024cü il tarixdən 30 sentyabr 2024-cü il tarixədək(saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın(Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-680/2024 saylı iş üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut-Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalan qalıq 1,039 qram narkotik vasitə heroin və psixotrop maddə 1,086 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 və 65 manat, cəmi 179(bir yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-213/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-213/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver