Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-215/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mehti qızının, 07 saylı vəkili bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1991-ci il tarixdə Göyçay rayonu, Qızılağac kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 75, m 7, m 2-də qediyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi nömrəsiz evdə yaşayan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vət.Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi 165 nömrəli həyət evinin giriş darvazasının qarşısında tanışı Zərərçəkmiş şəxs Mehti qızı ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı qəsdən təpiklə dəmir darvazaya vuraraq ona sol baş barmağına dəyməsi və qəsdlə əlləri ilə saçından tutub yolaraq saçının bir hissəsini dibindən qoparması nəticəsində, ona sol təpə nahiyəsində baş tüklərinin travmatik qopması və tük dibi yumşaq toxumalara qansızma, ağri və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin 1-ci barmağının hematoması kimi ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayından R.V. Qardaşov ilə tanış olub qeyri rəsmi yaşamışdır. Son bir ayda Rəşad onu əsassız olaraq təhqir edib döymüşdür. Lakin o utandığından və 3 övladı olduğundan bu barədə heç bir orqana müraciət etməmişdir. Buna baxmayaraq Rəşad pis əməlindən əl çəkmədiyi üçün ayrılmaq qərarına gəlmişdir. Sonra Rəşad ondan ayrılacağı halda onun əxlaqsız qadın olduğu barədə övladlarına və valideyninə deyəcəyini bildirmidir. Şahid2 bu kimi əməllərindən bezib 26 dekabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Rəşad barəsində şikayət etmək üçün Maştağa qəsəbəsi, Albalılıq massivində yaşayan valideyninin evinə getmiş və qapını döyərkən anası Ofeliya qapının qarşısına çıxıb onu təhqir edərkən o, əsəbləşmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rəşadın atası Vahid küçəyə çıxdı. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 onun övladıdır. Təxminən bir il bundan əvvəl oğlu Rəşad taksi fəaliyyəti ilə məşğul olarkən Təqsirləndirilən şəxs ilə tanış olmuş və son bir ayadək qeyrirəsmi münasibətdə olmuşlar. Buna baxmayaraq son vaxtlar oğlu Rəşad Gülanədən narazılıq edirdi. Bu səbəbdəndə o, dəfələrlə oğlu Rəşada, Gülanədən əl çəkməsini tələb etmişdir. Ona görə ki, o bir valideyin kimi oğlu Rəşadın Gülanə ilə qeyri-rəsmi münasibətdə olmasına qəti narazı olmuşdur. X3 ondan ayrılacağı halda başına oyun açacağını bildirmişdir. Ona görə də oğlu Rəşad Gülanədən birdəfəlik ayrıla bilmirdi. 26 dekabr 2023-cü il tarixdə, saat 21:00 radələrində evdə olarkən Gülanə yaşadığı evə gəlib həyət darvazasını döyərək onu çağırmışdır. Bu zaman o, darvazanın qapısını açaraq küçəyə çıxmış və Gülanəni görmüşdür. Gülanə nə istədiyini soruşanda, oğlu Rəşad tərəfindən onun valideyninə və uşaqlarına əxlaqsız qadın olduğu deyildiyini bildirmişdir. Sonra Gülanə gözlənilmədən onu təhqir edəndə səs-küyə həyat yoldaşı Vahid çıxmışdır. Lakin o Vahidin mübahisəyə qarışmamasını xahiş etmişdir. O, bu barədə oğlu Rəşaddan maraqlanacağını deyib, həyətinə girib dəmir darvazanın əl qapısını bağlayarkən Gülanə onun yaxasından tutub evə girməyinə mane olmuş və qapıya təpik vurarkən qapı sol barmağına dəyərək xəsarət almışdır. Sonra Gülanə əlləri ilə onun saçından tutaraq yolub yerdə sürüyərkən saçını dibindən qoparmıdır. Həyat yoldaşı məcbur qalıb onu Gülanənin əlindən almışdır. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Rəşad onun övladıdır, əvvəllər ailəli olmuş və hazırda boşanmışdır. Təxminən bir il bundan əvvəl oğlu Rəşad taksi fəaliyyəti ilə məşğul olarkən Təqsirləndirilən şəxs ilə tanış olmuş və son bir ayadək qeyri-rəsmi münasibətdə olmuşlar. Buna baxmayaraq son vaxtlar oğlu Rəşad, Gülanədən narazılıq edirdi. Bu səbəbdəndə o, və anası Ofelya dəfələrlə oğlu Rəşada, Gülanədən əl çəkməsini tələb edirdilər. Ona görə ki, Gülanənin əxlaqi tərbiyəsi yerində olmadığına görə qeyri rəsmi münasibətdə olmasına qəti narazı olmuşlar. 26 dekabr 2023cü il tarixdə, təxminən saat 21:00 radələrində evdə olarkən, səs-küy eşidib dərhal küçəyə çıxmışdır. Bu zaman görmüşdür ki, Gülanə arvadı Ofeliya ilə mübahisə edir. O, nə baş verməsini soruşanda Ofeliya onun bu məsələyə qarışmamasını xahiş etmişdir. Ona görə də o, kənardan mübahisəyə baxmışdır. Sonra Gülanənin arvadı Ofeliyanı təhqir etməsini eşitmişdir. Bu vaxt Gülanə arvadı Ofeliyanın üstünə hücum edəndə Ofelya həyətə girib dəmir qapını bağlamaq istəyəndə Gülanə zərbə ilə dəmir qapıya təpik vurarkən qapı Ofeliyanın sol barmağına dəyərək xəsarət aldı və sonra əlləri ilə Ofeliyanın saçından tutaraq yolub yerdə sürüyüb saçını dibindən qoparmışdır. Sonra Ofeliyanı, Gülanənin əlindən alıb həyətə salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayından taksi fəaliyyəti ilə məşğul olarkən Təqsirləndirilən şəxs müştəri qismində müəyyən ünvanlara aparmış, elə həmin gündən də aralarında münasibət yaranmış və son bir ayadək qeyri rəsmi yaşamışlar. Gülanə ilə arasında mübahisə yaranmışdır. Ona görə ki, Gülanə evə gec gəlir, icazəsiz istədiyi yerlərə gedir, evdə ona hörmət etmir, başqa şəxslərlə görüşür və danışır. Bu səbəbdən də dəfələrlə tərbiyəli olmağa dəvət etsədə, ona əhəmiyyət verməmiş və öz bildiyini etmişdir. Ona görə də məcbur olub Gülanənin hərəkətləri barədə valideyninə və övladlarına bildirmişdir. Sonradan məlum oldu ki, Gülanə 26 dekabr 2023-cü il tarixdə, saat 21:00 radələrində yaşadığı Maştağa qəsəbəsi, Albalılıq massivində yerləşən 165 nömrəli evinə gedib valideynlərini çağırıb və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı anası Ofeliyanı döymüş, atası Vahidi isə təhqir etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X4 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 3160 saylı, 30 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs Mehti qızında sol təpə nahiyəsində baş tüklərinin travmatik qopması və tük dibi yumşaq toxumalara qansızma; ağri və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin 1-ci barmağının hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 26 dekabr 2023-cü il tarixdə törənə bilər və dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 15 yanvar 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, tərəflər arasında barışıq yoxdur və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olmasını, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun qismən etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, mübahisənin məişət problemləri üstündə yaranmasını və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 1.000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-215/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-215/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver