Məhkəmə qərarları › İş №1(008)-217/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-217/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-217/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmünə əsasən 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində, işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Yolu şosesində yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus “Mercedes E 190” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili yuduqdan sonra kölgəyə sürəcəyi adı ilə sonuncudan avtomobilin açarlarını alaraq sürücülük hüququ və etibarnaməsi, həmçinin Zərərçəkmiş şəxs razılığı olmadan avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək (qaçıraraq) saat 17 radələrinədək Bakı şəhərinin müxtəlif ərazilərində idarə edib Sabunçu rayonu, Bilgəh qəsəbəsində saxlayaraq avtomobildən uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilk dəfə hadisə baş verən gün görmüş, İlqarla heç bir tanışlığı, ədavəti və ya düşmənçiliyi yoxdur. O, xx.xx.1996-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Siyaqut kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, işləmir, subaydır, Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlığı məhdudlaşdırılmaqla məhkum olunmuşdur, Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Siyaqut kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində nömrəsiz ünvanda yerləşən evdə anası və atası ilə birgə yaşayır. Gündəlik xərclərini ödəməsi üçün 2023-cü ilin iyun ayından işləmək qərarına gəlmiş, düşümüşdür ki, avtoyuma məntəqəsində yuyucu kimi işi asan tapa bilər. Bu məqsədlə 2023-cü ilin iyun ayının sonunda bir neçə avtoyuma məntəqəsinə girdikdən sonra Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Şəhər Yolu şosesinin kənarında olan avtoyuma məntəqəsinə yaxınlaşaraq orada sonradan adını bildiyi, həmin avtoyuma məntəqəsini işlədən X2 ilə tanış olmuşdur. Rəşidə bildirmişdir ki, işsiz olduğundan iş axtarır, razılaşsa yuyucu işləyər. Rəşid ona yuyacağı hər bir avtomobildən aldığı pulun 60 faizini Rəşidə verməklə qalan 40 faizinin özünə qalması təklifini etmiş, Rəşidlə razılaşaraq təklifini qəbul etmişdir. Rəşid ondan heç bir sənəd tələb etmədən və ya anket məlumatlarını soruşmadan işləməyə başlamışdır. Bir həftə işləmişdir ki, yəni xx.xx.2023-cü il tarixdə saat 12 radələrində avtoyuma məntəqəsində olduğu zaman oraya, ilk dəfə gördüyü və sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi qara rəngli, “Mercedes E- 190” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobildə, sonradan adını bildiyi gənc olan Şahid ilə birgə gəlmişlər. İlqar avtomobilini yuduzdurmaq istədiyini bildirmiş, o, da yumağa razılaşmışdır. İlqar avtomobili yuması üçün açarını ona vermişdir. O, avtomobili yuyarkən İlqar avtoyumanın qarşısında olan ağacın altında Əli ilə birgə dayanıb kölgələnirmişlər. Avtomobili yuyarkən düşünmüşdür ki, avtomobili üzü Zabrat, Maştağa və Bilgəh qəsəbələri istiqamətində sürsün, 2-3 saat sürdükdən sonra yenidən gətirib avtoyumanın qarşısında saxlayıb gedər. Belə ki, 1 həftə ərzində avtoyumada çox yorulduğundan artıq işləmək istəmirmiş, düşünmüşdür ki, ən pis vəziyyətdə onu avtoyumadan işdən çıxaracaqlar, bununla da heçnə itirməyəcək. O, İlqarın avtomobilini yuduqdan sonra sükan arxasına oturmuş, ilqara bildirmişdir ki, guya avtomobili onun dayandığı ağacın altındakı kölgədə saxlayacaq. O, avtomobilin mühərrikini işə salıb bir qədər arxaya ilqarın Əli ilə birgə dayandıqları ağac tərəfə sürmüş, qəfildən üzü Şəhər Yolu şosesi istiqamətinə hərəkətə başlamışdır. O, Şəhər Yolu şosesinə çıxaraq üzü Zabrat qəsəbəsi istiqamətində sürməsini davam etdirmişdir. İlqara məxsus “Mercedes E-190” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili Zabrat, Maştağa və Bilgəh qəsəbələri ərazisində sürmüşdür. Saat 15 radələrində avtomobili Bilgəh qəsəbəsində sürərkən onda elə təəssürat yaranmışdır ki, arxasınca gələn mülki avtomobil onu təqib edir. O, avtomobilin sürətini artırmış, lakin Bilgəh qəsəbəsində, dəniz kənarındakı körpünün yanında qarşıda gedən 2 “BMW” markalı yol patrul xidməti avtomobillərinin diqqətini cəlb etmişdir. O, YPX avtomobillərindən yayınmaq üçün Bilgəh qəsəbəsindəki yaşayış sahələrinin dar məhəllələrinə girmiş ki, YPX avtomobilləri onu tapa bilməsinlər. Düşünmüşdür ki, YPX avtomobilləri uzaqlaşdıqdan sonra avtomobili yenidən avtoyuma məntəqəsinin yaxınlığına saxlayıb oradan uzaqlaşar. Lakin məhəlləyə girərkən yollar dar olduğundan idarə etdiyi avtomobilin qabaq tərəfi yaşayış evinin qarşısında düzülmüş kərpiclərə dəymişdir. O, avtomobili hadisə yerində saxlamış, avtomobilin qabaq buferi əzilmiş, sol yan güzgüsü qatlanmış, səhv etmirsə sol qabaq qapısı da cızılmışdır. Avtomobilin açarlarını üstündə qoyaraq oradan uzaqlaşmışdır. Əməlindən peşmandır, avtomobili qaçırmaqda niyyəti bir qədər sürdükdən sonra yenidən avtoyuma məntəqəsinə qaytarmaq olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1990-cı il buraxılışlı, “Mercedes E-190” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə 3000 manata almış, lakin öz adına sənədləşdirməmiş, baş etibarnamə əsasında idarə etmişdir, avtomobil X1 adında olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində avtomobili aldıqdan sonra ilk dəfə yuduzdurmaq qərarına gəlmişdir. Bunun üçün həmin vaxt onunla birlikdə olan, bacısının baldızının oğlu Şahid ilə birgə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən avtoyuma məntəqəsinə getmişlər. Orada olan zaman Əlinin iştirakı ilə avtomobilini yuyulan yerdə saxlayaraq yuyulması üçün avtomobili avtoyuma məntəqəsinin İsmayıl adlı işçisinə təhvil vermiş, İsmayıl avtomobili təkcə gözlərinin qarşısında yumağa başlamışdır. Hava günəşli olduğundan Əli ilə birgə avtoyuma məntəqəsinin qarşısındakı ağacın altında kölgələnmişlər. İsmayıl avtomobili yuyub bitirdikdən sonra saat 12:30 radələrində ondan avtomobili kölgəyə çəkmək üçün avtomobilin açarını istəmişdir. O, avtomobilin açarını İsmayıla vermişdir ki, avtomobilin mühərrikini işə salmadan, yalnız açarı qıfıla salaraq mühərriki açıb sürət qutusunu neytrala qoyub kölgəyə itələsin. Lakin İsmayıl bir anda avtomobilin mühərrikini işə salıb bir qədər arxaya sürmüş və üzü Şəhər Yolu şosesi tərəfə hərəkətə başlamışdır. O, Əli ilə birgə İsmayılın arxasınca Şəhər Yolu şosesinə çıxdıqda İsmayıl dayanmadan avtomobilini üzü Zabrat qəsəbəsi istiqamətində sürərək oradan uzaqlaşmışdır. O, açarı İsmayıla avtomobili sürməsi üçün verməmiş, qətiyyən də verməzdi. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 17 radələrində avtomobili polis əməkdaşları tərəfindən Sabunçu rayonu, Bilgəh qəsəbəsindən tapılmış, avtomobilin 4 qapısı cızılmış, hər iki yan güzgüləri və qabaq buferi sınmış vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə avtomobili 12-ci PŞ-nin əməkdaşları tərəfindən ona qaytarılmış, avtomobilinin təmirinə 947 manat xərcləmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 06 iyul 2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən avtoyuma məntəqəsinə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmişdir (i.v.04-05); Nəqliyyat vasitəsinə baxış aparılması haqqında 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, yeni yaşayış massivində, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında qara rəngli “Mercedes E 190” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobil həmin fərdi yaşayış evinin qarşısında təxminən 1 metr hündürlüyündə sıra ilə yığılmış kərpiclə toqquşmuş vəziyyətdədir. Avtomobilin qabaq buferi əzilmiş, yan güzgüləri qatlanmış, qabaq sol qapısı isə cızılmışdır. Avtomobilin salonuna baxış keçirərkən avtomobilin açarının üzərində olması, salonda maqnitafonun, kalonkaların və ya hər hansı hissəsinin oğurlanmaması aşkar edildi. Avtomobilə baxış zamanı avtomobilin baqajının və sol damının üzərindən əl barmaq izləri götürüldü. Avtomobilə baxış zamanı avtomobilin 4 ədəd fotoşəkilləri çəkilərək bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir (i.v.11-14); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-9031/2023 nömrəli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən, İHOSM-dan və Sabunçu RPİ-dən daxil olan) xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağı (02 dəfə) (baqajın üzərnindən götürülmüş izlər) və sol əlinin adsız barmağı (sol damın üzərindən götürülmüş iz) ilə eynilik təşkil etmişdir. Digər eyniliklər müəyyən edilməmişdir (i.v.22); Şəxsin fotoşəkillə tanınmasının aparılması haqqında 26 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkillə tanınması üçün Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu 4 fotoşəkil sırasından Təqsirləndirilən şəxs tanımışdır (i.v.37-39); Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 25 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur (i.v.61); 26 dekabr 2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiq edib Təqsirləndirilən şəxs əməlini ifşa etmişdir (i.v.66-68); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.70-71); Qətimkan tədbirinin seçilməsi haqqında 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il 09 ay islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5 bəndinə əsasən cəzadan azad edilmiş, xx.xx.2021-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasının çəkilməmiş hissəsi 10 ay 01 gün müddət azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdir (i.v.88-90); Maddi sübut kimi tanıma haqqında 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış “Mercedes E 190” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibi olan Zərərçəkmiş şəxs saxlanılmışdır (i.v.98); Azərnaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edilənədək və o, məhkəməyə gətirilənədək iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CMnin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar