Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-218/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi1, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1959-cu il tarixdə Füzuli rayonu, Horadiz kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bilgəh Kardoloji sanatoriyasında təsərrüfat bacısı işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi 305 A fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 305A ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında ictimai yer hesab olunan küçədə onunla bir evdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı həmin evin birinci mərtəbəsinə çəkilmiş su xəttinin həmin evin ikinci və üçüncü mərtəbəsinə çəkilmiş su xəttindən ayrılması ilə bağlı "xxxx" ASC-in işçilərini çağırmasına kobud narazılıq yaratmasına, onun bildirdiyi haqlı iradla razılaşmayıb bunu bəhanə edərək, həmin gün saat 19:20 radələrində uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafda yaşayan şəxslərin 25-30 dəqiqə narahatçılıqlarına səbəb olan qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, döngə 4, 212 ünvanda yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən ərzaq mağazasının qarşısında küçədə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əlləri ilə vurub yerə yıxaraq ona sol almacıq, boyun, sağ bazu, sol said nahiyələrinin qançırları və sol bazu nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən, yerdən götürüb silah qismində istifadə etdiyi asfalt parçası ilə başına və sağ əlinə vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin dərialtı hematoması və sağ əlin İV-V barmaqlarının dırnaq sədəflərinin travmatik sınıqları ilə nəticələnən ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1979-cu il tarixdə Şahid9 ilə rəsmi nikahla ailə həyatı qurmuş, 2013-cü ilin oktyabr ayında isə boşanmışdır. Şahid9 2014-cü ilin fevral ayında Zərərçəkmiş şəxs ilə rəsmi nikahla ailə həyatı qurmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə köçürülmə hüququ alaraq evin birinci mərtəbəsində böyük qızı Aynurə və kürəkəni ilə birlikdə yaşamağa başlamışdır. Belə ki, o, həmin evin 1-ci, Vəli və arvadı Gülçin, həmçinin, övladlarının həmin evin 2 və 3-cü mərtəbəsində yaşamaq hüququna malik o lduqlarından, Gülçin ona dəfələrlə evin birinci mərtəbəsindən də çıxıb getməsini bildirərək, onunla tez-tez mübahisələr etmişdir. Yaşadığı birinci mərtəbəyə su çəkdirmək üçün "xxxx" ASC-yə şifahi müraciət etmiş və 07 avqust 2022-ci il tarixdə işçilər gələrək evin yanında olan su xətlərindən evin yaşadığı birinci mərtəbəsinə su xətti çəkmişlər. Təsadüfən çəkdirdiyi su xətti evin 2 və 3-cü mərtəbəsinə gedən su xəttinin evin divarından çölündə olan xəttə birləşdirilib çəkilmişdir. 08 avqust 2022-ci il tarixdə işdən çıxmış və həmin gün saat 17:00 radələrində yaşadığı evə çatdığı zaman "xxxx" ASC-in işçilərinin evin qarşısında olduğunu görmüşdür. Ona aydın olmuşdur ki, Gülçin "xxxx" ASC-yə müraciət edib və işçilər gəlib çəkdirdiyi su xəttini onun yaşadığı 1 və 2-ci mərtəbəyə gedən su xəttindən ayırmışlar. Ona görə də, Gülçinlə aralarında sözlə mübahisə olmuşdur. O, Gülçinə izah etməyə çalışmışdır ki, o, evin 1 və 2-ci mərtəbəsinə gedən su xəttinin hansı olduğunu bilməmiş, təsadüfən həmin su xəttinə qoşulmuşdur. Mübahisə zamanı o, Gülçini bir dəfə sillə ilə üzünə vurmuşdur. Gülçin bu zaman qışqırmış və onun üzünə tüpürmüşdür. O da evə daxil olmuş, Gülçin də gedib qonşusu Cehunun işlətdiyi ərzaq mağazasının qarşısında qonşularla birlikdə oturmuşdur. Gülçin mağazanın qarşısında yüksək səslə danışaraq onu təhqir edirmiş. O, qızı Gülşənə zəng edərək baş verən hadisə ilə bağlı məlumatlandırmış və gəlməsini bildirmişdir. Gülşən də çox keçmədən gəlmiş, o, Gülşənə baş verənlərlə bağlı ətraflı danışmış, bir qədər söhbət etmişlər. Saat artıq 19:20 radələrində Gülçin yenə də küçədə onun barəsində yüksək səslə danışaraq təhqir etmişlər. Gülşən də evdən çıxıb Gülçinə tərəf getmiş, ərzaq mağazasının qarşısında Gülşənlə Gülçin mübahisə etmişlər. O da Gülçin və Gülşənə tərəf getmiş və onun ünvanına söyüş verdiyi üçün Gülçinlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Gülçini vurmaq istədiyi zaman onun oğlu Ənvər onun qolunu tutmuşdur. Gülçin Gülşənin saçından tutub yolmuşdur. Ənvər də Gülçinlə Gülşəni aralaşdırmaq bəhanəsi ilə Gülşəni tutmuş, Gülçin Gülşəni sillə ilə başına vurmuşdur. Gülşən də bu zaman Gülçinin saçından tutub dartmış, Gülçin ayağı ilə onun qarnına vurmuş, o da yerə əyilib yerdən asfalt parçası götürüb Gülçinə tərəf atmışdır. Həmin asfalt parçası Gülşənin idarə etdiyi avtomobilin sağ yan güzgüsünə dəyib sındırmışdır. Bundan sonra mübahisə davam etmiş, Gülçin və oğlu Ənvər mağazaya daxil olmuşlar. Qonşular Cehun, onun arvadı Məlahət və qeyriləri onları sakitləşdirmişlər. Onlar da evə gəlmiş, o, təcili tibbi yardım çağırmış, həkimlər onu müayinə etmişlər. Çünki onun qarnında ağrı, bədəninin müxtəlif yerlərində də sıyrıq və qançırlar olmuşdur. Bundan sonra, polis əməkdaşları hadisə yerinə gəlmişlər. Onların mübahisəsi su problemi üzündən yaranmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 305A ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. 2014-cü ilin fevral ayında rəsmi nikahla Şahid9 ilə ailə həyatı qurmuşdur. Şahid9 onunla nikaha daxil olmamışdan qabaq, yəni 2014-cü ilin yanvar ayında birinci arvadı Təqsirləndirilən şəxs boşanmış, məhkəmənin qərarına əsasən Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından etibarən onların yaşadığı evin birinci mərtəbəsində, o, Vəli, övladları Ənvər, Sevginur və Yusif ilə birlikdə yaşamışlar. Qızqayıt evin birinci mərtəbəsinə həyətin giriş darvazasından daxil olmaqla keçir, onlar özləri isə ikinci, üçüncü mərtəbəyə digər qapıdan daxil olur və qalxmaq üçün pilləkən düzəltmişlər. O, Vəli ilə ailə həyatı qurduqdan sonra, eləcə də, Qızqayıtın yaşadığı evin birinci mərtəbəsində yaşamağa başladıqdan sonra heç bir səbəb olmadan onunla yola getməmişdir. "xxxx" ASC-in işçiləri onun yaşadığı evin ikinci və üçüncü mərtəbəsinə mərkəz şəbəkədən su çəkmək əvəzinə, həmin evin birinci mərtəbəsi vasitəsilə suyu çəkmişlər. Əri Vəli də "xxxx" ASC-i ilə əlaqə saxlayaraq suyun mərkəz şəbəkədən birinci mərtəbə vasitəsilə deyil, birbaşa ikinci və üçüncü mərtəbəyə çəkilməsini xahiş etmişdir. 08 avqust 2022-ci il tarixdə "xxxx" ASC-in işçiləri gəlib evin yanında olan mərkəz şəbəkədən evin yaşadığı ikinci və üçüncü mərtəbəsinə suyu çəkmişlər. Həmin gün saat 17:00 radələrində o, evin qarşısında küçədə ustaların yanında dayandığı zaman Qızqayıtın idarə etdiyi avtomobillə gəldiyini görmüşdür. "xxxx" ASC-in işçiləri onu görən zaman bildirmişlər ki, Vəli onlara müraciət etikdən sonra onlar Qızqayıt ilə əlaqə saxlayıb suyu çəkmək üçün onlara səhv yol göstərdiyini, ona görə də yenidən gələrək su xətttini evin ikinci və üçüncü mərtəbəsinə birbaşa çəkəcəklərini deyiblər. Ona görə də Qızqayıt onların gəldiyini bilib evə yaxınlaşmışdır. Qızqayıt avtomobildən düşərək ustalara irad bildirmişdir. Ustalar da ona izah etmək istəyərkən başa salmaq istəyərkən Qızqayıt ustaların kiçik ölçülü əşyasını ona tərəf atmışdır. Lakin həmin əşyanın ona dəyməməsi üçün məftilindən dartmışdır. Əşya ona dəyməmişdir. O, Qızqayıtın hərəkətlərinə görə həyətə daxil olmaq istəmiş, ustalar da kənarda öz işləri ilə məşğul olmuşlar. O, həyətə daxil olarkən Qızqayıt qəfildən arxadan onu saxlamışdır. Qızqayıta tərəf çevrilmək istəyən zaman Qızqayıt onun üz nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Bu zaman o, düşünmüşdür ki, əgər evə qalxsa, Qızqayıt onun arxasınca gələr. Ona görə də, qonşusu Gülüzə nənə dedikləri şəxsin evinə getmişdir. Utandığı üçün qonşuların mübahisə etdiklərini görməmələrini istəyirdi. Həmin vaxt hər üç uşağı evdə olmuşlar. Qızqayıtda evinə daxil olmuşdur. Qonşusu Gülüzə nənənin yaşadığı evinin altında qapısı küçəyə açılan ərzaq mağazasının qarşısında olan stulda əyləşdiyini görüb onun yanında balaca stulda əyləşmiş və Gülüzə nənə ilə söhbət etmişdir. Söhbətə başı qarışmış, təxminən 2 saat vaxt keçmişdir. Bu zaman o, Qızqayıtın qızı Gülşənin öz avtomobili ilə evə getdiyini görmüşdür. Gülşən onların yanından keçən zaman avtomobilin şüşəsini aşağı salaraq əli ilə ona təhqiredici hərəkət göstərib keçmişdir. O, Gülşənə fikir verməmişdir. Yarım saat keçmiş, saat artıq 19:20 radələrində o, Gülüzə nənə ilə oturub həmin yerdə söhbət edirdi. Bu zaman Gülşən evdən çıxıb avtomobilinə əyləşmiş və avtomobil bir qədər hərəkət etdirib onu əli ilə işarə edərək çağırmışdır. O da əli ilə gəlmədiyini işarə etmişdir. Bundan sonra, Gülşən avtomobili hərəkət etdirmiş və mağazanın yanına gəlib avtomobili saxlayıb yerə düşərək onun üstünə gəlmişdir. O, stuldan qalxmaq istəyəndə Gülşən onun saçlarından yapışıb dartaraq onu təhqir etməyə başlamışdır. O, Gülşənin əlindən çıxmaq istəyərkən Qızqayıtda qaçaraq gəlmiş və onun başına bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Bu zaman Gülüzə nənə qışqıraraq kömək çağırmışdır. O, həmin şəxslərin əlindən çıxmaq üçün əlləri İlə Qızqayıtın boyun hissəsindən itələmişdir. Qızqayıt onun üzünə, sağ və sol qoluna əlləri ilə, yumruqla vuraraq yerə yıxmışdır. Bu zaman başının sol tərəfindən bir bərk əşyanın dəydiyini görmüş, sağ əli ilə başını tutmaq istəyən zaman həmin bərk əşya onun sağ əlinə də dəymişdir. Başını qaldırıb baxanda Qızqayıtın əlində asfalt parçasını olduğunu görmüş və Qızqayıtı özündən itələmişdir. Qızqayıt həmin daşı ona tərəf atmışdır ki, ona yenidən dəysin. Bu zaman daş onun avtomobilinə dəyib yerə düşmüşdür. Qızqayıt yenidən daşı götürüb ona atmaq istəyən zaman Gülşən onun əlindən daşı almış, o da onu təhqir etdiklərinə və Qızqayıtın onu vuraraq xəsarət yetirdiyinə görə onlara iradlarını bildirmişdir. Qızqayıt və Gülşənin qışqırıqlarına və dava-dalaş səsinə qonşular yığışmışlar. Səs-küyə oğlu Ənvər də gəlmiş və onlar birlikdə mağazanın içərisinə daxil olmuşlar. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qızqayıt onun anası, Vəli isə atasıdır. 08 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində anası Qızqayıtla telefonda danışan zaman Qızqayıt ona yaşadığı evin birinci mərtəbəsinə çəkdirdiyi borunu Gülçin "xxxx" ASC-in işçilərini çağıraraq kəsdirdiyini və evin birinci mərtəbəsinə suyun gəlmədiyini bildirmişdir. O, bir qədər sonra azyaşlı övladları ilə birlikdə idarə etdiyi «Nissan Micra» markalı, «az ** US ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə anasının yaşadığı evə getmişdir. Evə çatanda Gülçinin qonşusu Cehunun yaşadığı evin birinci mərtəbəsində yerləşən ərzaq mağazasının qarşısında oturduğunu görmüşdür. Gülçin onu görən kimi onun və anasının ünvanına təhqiramiz ifadələr işlətmiş, o da Gülçinə fikir vermədən avtomobilinin hərəkətini davam etdirib saxlayaraq evin anasının yaşadığı birinci mərtəbəsinə daxil olmuş və anası ilə bir qədər söhbət etmişdir. Anası su gəlmədiyindən gileylənmiş və Gülçinin ona həmin evdə yaşamağa imkan vermədiyini bildirmişdir. O, anası ilə marketə getmiş və bir qədər sonra yenidən evə qayıtmışdır. Həmin gün saat 19:20 radələrində evdən çıxıb avtomobilinə əyləşmiş, azyaşlı uşaqları da avtomobilin arxa oturacağında əyləşmişlər. O, avtomobili ilə Cehunun işlətdiyi ərzaq mağazasının qarşısında keçərkən Gülçin yenə də təhqiramiz sözlərinə davam etmiş və gözünün biri əməliyyat olunacaq övladının ünvanına «kor», ankoloji xəstə bacısının ünvanına isə «inşallah ölər» deyə bildirmişdir. O, Gülçinin sözlərinə dözə bilməyib avtomobili saxlayıb yerə düşmüş və onun söyüşlərini özünə qaytarmışdır. Bu zaman Gülçin onun saçından tutmuş, o da Gülçinin saçına əl atıb tutmuşdur. Gülçinlə mübahisə edən zamanı anası Qızqayıt qaçaraq gəlmiş və onları ayırmağa çalışmışdır. Bu zaman Gülçin ayağı ilə anasının qarnına vurmuşdur. Ona görə də, anası Qızqayıt yerdə olan asfalt parçasını götürərək Gülçinə tərəf atmışdır. Lakin asfalt parçası ona dəyməmiş, avtomobilinin sağ yan şüşəsinə dəyərək sındırmışdır. Bundan sonra mübahisə davam etmiş, Gülçin və oğlu Ənvər mağazaya daxil olmuşlar. Qonşular Cehun, onun arvadı Məlahət və qeyriləri onları sakitləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08 avqust 2022-ci il tarixdə, saat 19:20 radələrində o, yaşadığı evin altında olan ərzaq mağazasının qarşısında küçənin digər tərəfində dəmir borunun üstündə oturmuşdur. Gülçin də mağazanın yanında qaynanası Gülüzə ilə birlikdə əyləşib söhbət edirdilər. Qızqayıtın qızı Gülşənin Vəlinin yaşadıığı evdən çıxıb avtomobilinə əyləşib mağazaya tərəf gəldiyini görmüşdür. Gülşən avtomobilini mağazanın qarşısında saxlayıb yerə düşmüş və səbəbsiz yerə Gülçinin üzərinə gedib onu əyləşdiyi yerdə saçlarından yapışıb dartaraq onu təhqir etməyə başlamışdır. Gülçin qışqırmışdır. O düşünmüşdür ki, hər ikisi qadındır, mübahisə edib ayrılarlar. Bu zaman Qızqayıtda qaçaraq gəlmiş və Gülçinin başına bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Gülçinin yanında oturan qaynanası Gülüzə də qışqıraraq köməyə adam çağırmışdır. O, dərhal onların yanına qaçmış aralaşdırmağa çalışmışdır. Gülçin də onların əlindən çıxıb qaçmaq üçün əlləri ilə Qızqayıtın boyun və digər nahiyələrindən tutub itələmişdir. Səs-küyə arvadı Məlahət, qonşular Gülafər və Asiya gəlib Qızqayıtı kənarlaşdırmağa çalışmışlar. Qızqayıt yerdən asfalt parçası götürüb Gülçinin başına vurmuşdur. Bu zaman Gülçin əlləri ilə başını tutmuş, Qızqayıt əlində asfalt parçası ilə Gülçinin əllərinə də vurmuşdur. Qızqayıt Gülçinin bədəninin müxtəlif nahiyələrinə əl və ayaqları ilə zərbələr endirmişdir. Qızqayıtı birtəhər kənarlaşdırmışlar. Bu zaman Qızqayıt əlində olan asfalt parçasını Gülçinə tərəf atmış və asfalt parçası onun qızı Gülşənin avtomobilinə dəyib yerə düşmüş, avtomobilin sağ yan güzgüsü sınmışdır. Qızqayıt yenidən daşı götürüb Gülçinə atmaq istəyən zaman Gülşən onun əlindən daşı alıb kənara tullamış, onlar arasında mübahisə davam etmiş, Gülçin də əsəbiləşmişdir. Qızqayıt və qızı Gülşən Gülçini təhqir etdiklərinə və ona xəsarət yetirdiyinə görə Gülçin də onlara qışqırmışdır. Mübahisə səs-küyünə qonşular evlərindən küçəyə çıxıb səs-küyü kəsmələrini, narahat olduqlarını bildirmişlər. Məhkəmə iclasında ifadələri elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5, Şahid6 Şahid2 ifaləsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2014-cü ilin fevral ayında rəsmi nikahla Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, onunla nikaha daxil olmamışdan qabaq, yəni 2014-cü ilin yanvar ayında birinci arvadı Q.R. Cəfərovadan boşanmışdır. "xxxx" ASC-in işçiləri onun yaşadığı evin ikinci və üçüncü mərtəbəsinə mərkəz şəbəkədən su çəkmək əvəzinə, həmin evin birinci mərtəbəsi vasitəsilə suyu çəkmişlər. O da "xxxx" ASC ilə əlaqə saxlayaraq suyun mərkəz şəbəkədən birinci mərtəbə vasitəsilə deyil, birbaşa ikinci və üçüncü mərtəbəyə çəkilməsini xahiş etmişdir. 08 avqust 2022-ci il tarixdə "xxxx" ASC-in işçiləri gəlib evin yanında olan mərkəz şəbəkədən evin yaşadığı ikinci və üçüncü mərtəbəsinə suyu çəkməli olmuşlar. Həmin gün 19:40 radələrində Gülçinin oğlu Ənvər ona zəng edərək Qızqayıtın Gülçini küçədə döydüyünü, onu söyüb təhqir etdiyini, qonşuların yığışaraq Qızqayıt və qızı Gülşəni kənarlaşdırdıqlarını bildirmişdir. O da Ənvərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verməsini demişdir. Bundan yarım saat sonra yaşadığı evə getmişdir. Evə çatdıqda Gülçin və qonşuları ona Ənvərin dediklərini təkrarlamışlar. "xxxx" ASC-in işçiləri iş görərkən Qızqayıt Gülçinin üzərinə gəlib onu sillə ilə vurmuşdur. Bundan sonra Gülçin gedib qonşuları Cehunun işlətdiyi ərzaq mağazasının qarşısında Gülüzə adlı qadınla söhbət edən zaman qızı Gülşən evə gəlmiş və bir qədər evdə olduqdan sonra idarə etdiyi avtomobilə əyləşib Gülçinin yanından keçərkən avtomobili saxlayaraq yerə düşmüş, Gülçinin saçından tutub dartmışdır. Bu zaman Qızqayıt da gələrək Gülçini əliləri ilə və yerdən asfalt parçası götürərək vurub xəsarət yetirmişdir. Gülçin də həmin asfalt parçasını götürüb saxlamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş Şahid7 göstərmişdir ki, 08 avqust 2022-ci il tarixdə saat 19:20 radələrində o, evdə olan zaman bacısı Sevginur ona anası Gülçini küçədə qonşusu Cehunun işlətdiyi ərzaq mağazasının qarşısında döydüklərini bildirmişdir. O, dərhal küçəyə qaçmış, küçəyə çıxdıqda Qızqayıt və qızı Gülşənin anası Gülçinilə mübahisə etdiklərini görmüş, onların yanına qaçmış və Gülşənlə Qızqayıtı kənarlaşdırmağa çalışmışdır. Qonşuları da onları sakitləşdirməyə çalışmışlar. Anası Gülçinin üzündə, qolunda, başında, boynunda xəsarətlər olmuşdur. Qızqayıt və Gülşən sakitləşmədikləri üçün onları qonşuların köməkliyi ilə birtəhər oradan uzaqlaşdırmışlar. O da anasını mağazanın içərisinə salmışlar. Sonra da bilmişdir ki, Gülşən anası Gülçin mağazanın qarşısında oturduğu zaman avtomobilindən yerə düşüb onun saçından tutub dartmışdır. Bu zaman Qızqayıt da gələrək anası Gülçini əliləri ilə və yerdən asfalt parçası götürərək vurub xəsarət yetirmişdir. O, Şahid9 zəng edərək baş verənlər barədə məlumat vermiş və Şahid9 ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verməsini bildirmişdir. O da elə edib 102 xidmətinə zəng edərək münaqişə baş verməsini deyib polis əməkdaşlarının gəlməsini istəmişdir. Məhkəmə iclasında şahid qismində qanuni nümayəndə X4 iştirakı ilə dindirilmiş Şahid8 Şahid7 göstərdiklərinə təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X9 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş 1804 saylı, 12 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sol təpə nahiyəsinin dərialtı hematoması, sağ əlin İV-V barmaqlarının dırnaq sədəflərinin travmatik sınıqları, sol almacıq, sağ bazu, sol said və boyun nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti 08 avqust 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X9 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş 15/1804 saylı, 30 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin dərialtı hematoması və sağ əlin İV-V barmaqlarının dırnaq sədəflərinin travmatik sınıqları; sol almacıq, sağ bazu, sol said və boyun nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, törənmə müddəti qərarda qeyd olunan 08 avqust 2022-ci il tarixə uyğun gəlir. Xəsarətlərdən baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin dərialtı hematoması və sağ əlin İV-V barmaqlarının dırnaq sədəflərinin travmatik sınıqları ekspertizaya təqdim edilmiş asfalt parçası ilə yetirilə bilər və dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; sol almacıq, boyun, sağ bazu, sol said nahiyələrinin qançırları və sol bazu nahiyəsinin sıyrığı isə müayinə olunan şəxsin dediyi kimi taxta parçası, eləcə də əllə yetirillə bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X9 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş 1821 saylı, 12 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs boyun, sol körpücük nahiyələrinin, sağ əlin və hər iki budun sıyrıq və qançırlar müəyyən edildi, xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 08 avqust 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 11 oktyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 08 avqust 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Bu eynilə ekspert rəylərinə, məhkəmənin fikrincə işin faktiki hallarını təsdiq edən digər materiallara da aiddir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi ekspert rəyi ilə təsdiq olunsada, araşdırma dövründə verilmiş izahat və məhkəmə iclasında verilmiş ifadələr arasında ziddiyət yaranmışdır. İbtidai istintaq materiallarında hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmamış, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisədən sonra münasibətləri aydınlaşdırılmamış, baş vermiş əməlin əhatə dairəsi müəyyənləşməmişdir. Belə ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin nədə ifadə olunması, Təqsirləndirilən şəxs verilmiş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittiham tam olaraq məhkəmə iclasında sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs Şahid9 birinci, Zərərçəkmiş şəxs isə ikinci həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə Şahid9 boşandıqdan sonra, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə C.Cəfərovun Zərərçəkmiş şəxs ilə yaşağını evin birinci mərtəbəsinə köçmüşdür. Onların arasında olan ziddyət şəxsi münasibətlər bu zamandan yaranmağa başlamışdır. Yaranan mübahisə isə məişət problemləri və şəxsi münasibətlər zəminində yaranmışdır. Cinayət Prosessual Məcəlləsinin 33.4-cü maddəsinə əsasən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinə əsasən məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir. Həmin Məcəllənin 349.1.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Cinayət Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə ancaq məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezupsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirərkən qanunu pozmaqla əldə olunmuş sübutlardan istifadə oluna bilməz. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümum qəbul edilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən «ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər» ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Lakin göründüyü kimi, ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, əməli törətmiş şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinın, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin də təhlil olunmasını əməlin tövsifi baxımından mühüm hesab edir. Məhkəmə iclasında müəyyən olunur ki, mübahisə məişət problemləri, şəxsi münasibətlər zəminində baş vermişdir. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görəmin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, iş yerindən müsbət xarakterizə olunmasını (bu barədə xasiyyətnamə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, mübahisənin məişət problemləri və şəxsi münasibətlərəi zəminində yaranmasını və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cinayət işinin materiallarında olan 12 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,158). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,185). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Sabunçu RPİ-in saxlanc yerində saxlanılan bir ədəd asfalt parçası məhv edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********20 00207120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 1.000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut Sabunçu RPİ-in saxlanc yerində saxlanılan bir ədəd asfalt parçası məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********20 00207120, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-218/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-218/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver