Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-22/2021 04.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkilləri Mahmudov Mülküm Fərrux oğlunun, Nəbiyev Elnur Temraz oğlunun, 25 saylı vəkil bürosunun vəkili Tağıyev Beyrək Qurban oğlunun, Zərərçəkmiş şəxslər Bağırov Mikayıl Həsi oğlunun, Bağırov Murad Yunis oğlunun iştirakı ilə 21 dekabr 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz küç., ev 68, mənzil 01-də qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş-Hüseynov Sənan Məmməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz, Nizami küç., ev 05, mənzil 01-də qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Hüseynov Rəşad Sübhan oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək 03 dekabr 2019-cu il tarixdə, saat 15:00 radələrində Pirşağı qəsəbəsində uşaqların paltarlarını aparmaq istəyən qayınanası Babayeva Zenfira Məmməd qızı ilə mübahisə edərək zor tətbiq etməklə yerə yıxıb qolundan tutub sürüyüb həyətdən çıxararkən ona sağ bazu nahiyəsinin qançırı və sağ əl nahiyəsinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə xuliqanlıq etmiş, bununla kifayətlənməyərək xuliqanlıq hərəkətlərini davam etdirib həyətdə qalmış uşağı verməsini tələb edən xalası oğlu Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan zor tətbiq edərək yumruqla bədəninin müxtəlif nahiyələrinə vurub ona alın, sol gözətrali və sağ yanaq nahiyələrinin qançırları, sağ qaşüstü, çənəaltı, sol əl, sağ və sol diz nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq elmişdir. Bundan başqa Hüseynov Sənan Məmməd oğlu təkrarən 08 dekabr 2019cu il tarixdə, saat 20:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz, Nizami küçəsində qardaşı oğlu Hüseynov Rəşad Sübhan oğlu ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib zor tətbiq edərək Zərərçəkmiş şəxs3 əmisi oğlunu təhqir etməsini irad bildirməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs3 yumruq və təpiklərlə bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona burun sümüyünün yerini dəyişən açıq sınığı və həmin səviyyədə burun nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, Zərərçəkmiş şəxs2 öz oğlunu təhqir etməsini irad bildirməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan onun yumruqla bədəninin müxləlif nahiyələrinə vurub ona sol almacıq-yanaq nahiyəsinin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 əmisi Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 08 dekabr 2019-cu il tarixdə, saat 20:00 radələrində Bakı şəh., Sabunçu rayonu. Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz, Nizami küçəsində ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib zor tətbiq etməklə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 yumruq və təpiklərlə bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona alın və boyun nahiyələrinin qançırları ilə nəticələnən xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Hüseynov Sənan Məmməd oğlu ona Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 qonşusudur. Onların normal münasibəti olmuşdur. R.Zərərçəkmiş şəxs2 qonşudur və Muradın əmisi oğludur. Yaşadığı Pirşağı qəsəbəsi, Sovxoz 2 A ünvanda bir məhəllədə böyümüş və onların normal münasibəti olmuşdur. Türkanə ilə 2011ci ildə ailə həyatı qurmuş və onların birgə nikahından üç övladı doğulmuşdur. Təxminən 2-3 il əvvəl xəbər tutmuşdur ki, arvadı Türkanə ona qonşu Rəşad ilə xəyanət edir. Həmin ərəfələrdə Türkanə qorxusundan evdən qaçmışdır. Belə ki, dəfələrlə ona xəyanət etməsini etiraf etməsini təklif etsə də razılaşmayaraq etiraf etməmişdir. Dəlili olmadığına görə ona sübut edə bilməmişdir. Dəfələrlə ata evinə çıxıb gedir, sonra geri qayıdırdı. Sonuncu dəfə isə 2018-ci ilin təxminən ortalarında çıxıb getmiş və daha qayıtmamışdır. O iki oğlunun ondan olmadığını, R.Zərərçəkmiş şəxs2 olduğunu anlamışdır. Lakin heç kimə sübut edə bilmədiyi üçün heç kim ona inanmamışdır. 03 dekabr 2019-cu il tarixdə təxminən günorta vaxtı qayınanası Zenfıra həyətə gələrək uşaqların paltarlarını istəmişdir. Həmin vaxtı böyük oğlu da Zenfiranın yanında olmuşdur. O «evdəki paltarlar balaca olduğunu, onsuz da uşaqlara yaramadağını» bildirmişdir. Sonra onların arasında mübahisə yaranmışdır. Lakin Zenfıra qışqır-bağır salaraq uşaqla sakit söhbət etməyə imkan verməmişdir. Bir neçə dəqiqə sonra Zenfiranın qardaşı gəlmişdir. Zenfiranın qardaşı Elşən ona hücum edərək yumruq atmışdır. Onunla əlbə-yaxa olmuş və mübahisə etmişlər. Sonra isə hadisə yerinə qardaşı Sübhan gəlmişdir. Bundan başqa 08 dekabr 2019-cu il tarixdə axşam saatlarında Rəşadın atası qonşu Mikayıl ona zəng vurub nalayiq ifadələrlə məhəlləyə çağırmışdır. Mikayıl telefonda onu elə-belə səbəbsiz söymüşdür. Məhəllədə Mikayılla görüşmüşlər. Həmin vaxt onun yanında qardaşı oğlu Rəşadda var idi. Mikayılın yanında isə Murad, Rəşad və tanımadığı Mikayılın qohumları olmuşdur. Orada hamısı birdən üstünə düşərək döymüşlər. O da qabağına keçəni vurmuşdur. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Hüseynov Rəşad Sübhan oğlu ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 qonşusudur. Onların normal münasibəti olmuşdur. R.Zərərçəkmiş şəxs2 qonşudur və Muradın əmisi oğludur. Yaşadığı Pirşağı qəsəbəsi, Sovxoz 2 ünvanda bir məhəllədə böyümüş və normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 isə əmisidir. Sənan Türkanə ilə 2011-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan onların üç övladı doğulmuşdur. Təxminən 2-3 il əvvəldən Sənan həyat yoldaşı Türkanəni xəyanətdə suçladığı üçün onların ailələrində münaqişə olmuşdur. 08 dekabr 2019-cu il tarixdə Pirşağı qəsəbəsində əmisi Sənan ilə çayxanada bir yerdə olmuşlar. Bu vaxt qonşu Mikayıl Sənana zəng vurub görüşə çağırmışdır. O Sənan ilə getmişdir. O, Sənandan «bunun nə məsələ» olduğnu soruşmuşdur. Sənan gedək görək nə deyirlər demişdir. Yaşadığı Pirşağı qəsəbəsi, Sovxoz 2 ünvanda keçədə Mikayıl və yanındakıları görüb yaxınlaşmışlar. Hadisə vaxtı Mikayılın yanında Murad da var idi. Başqa heç kim olmamışdır. Orada Mikayıl Sənanın ünvanına nalayiq ifadələr işlətmişdir. Mübahisə başlamış və səs-küy qopmuşdur. Mikayıl və Sənan əlbə-yaxa olub tutaşmışlar. Bu zaman oraya 5-6 nələr üzdən tanıdığı lakin adlarını bilmədiyi Mikayılın qohumları gəlmişlər. Hamısı Sənana hücum edərək vurmağa başlamışlar. Sənan da qarşı tərəli vururdu. Qaranlıq olduğu üçün hamı bir-birini vurduğu üçün kimin kimi vurmağı dəqiq görə bilməmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bağırov Mikayıl Həsi oğlu ifadəsində göstərmişdir ki, Rəşad onun oğlu, Murad isə qardaşı oğludur. Təqsirləndirilən şəxs1 tanıyır. Yaşadığı Pirşağı qəsəbəsi, Sovxoz 2 A ünvanda bir məhəllədə Sənan ilə uzun illər yaşamışlar. Normal münasibətləri olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 19:00 radələrində yaşadığı Pirşağı qəsəbəsi, Sovxoz 2 də olan vaxt qardaşı oğlu Murad gəlib ona Sənanın ona video göstərdiyini demişdir. Həmin videoda oğlu Rəşadın əl-qolu bağlı və anal dəliyini taxta toxunduraraq arvadı ilə əlaqəsinin olmasını etiraf etməyi Sənan tələb etmişdir. O Rəşaddan heç nə soruşmadan dərhal əsəbi halda Sənanın belə bir hərəkət etməsindən əsəbiləşərək ona zəng vurmuşdur. Sənanı məhəlləyə evlərinin yanına gəlməsini və söhbət olduğunu deyəndə əvvəlcə Sənan razılaşsa da, sonra zəng vuraraq gəlməyəcəyini demişdir. Sənan onu nəyə görə çağırdığını anladığı üçün gəlməmişdir. O telefonda Sənana «məni dolamısan?» deyə soruşmuşdur. Sənan isə «gəlməyəcəkdim, amma sənin bu sözündən sonra gələcəyəm» demişdir. Saat 20:00 radələrində məhəlləyə gəlmişdir. Rəşadda orada idi. Sənana irad bildirərək nəyə görə oğluna qarşı təhqiredici hərəkətlər etdiyini soruşmuşdur. Sonra Sənan hücum edərək onu döymüşdür. Sonra Muradı kəllə ilə vurub burnunu sındırmışdır. Həmçinin dava zamanı Rəşadda Muradı yumruqla müxtəlif nahiyələrdən vurmuşdur. Hal-hazırda onlar barışmışlar. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bağırov Murad Yunis oğlu ifadəsində göstərmişdir ki, R.Zərərçəkmiş şəxs2 onun əmisi oğludur və onların normal münasibət vardır. Sənanıda yaxından tanıyır. Yaşadığı Pirşağı qəsəbəsi, Sovxoz 2 A ünvanda bir məhəllədə Sənan ilə böyümüş və normal münasibəti olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 14:00 radələrində yaşadığı Pirşağı qəsəbəsi, Sovxoz 2 də yol ilə piyada gedərkən uşaqlıqdan tanıdığı və normal münasibəti olan Sənan onu yaşadığı evin həyətinə çağıraraq kabab çəkdiyini, tək olduğunu, onunla birgə kabab çəkməyi xahiş etmişdir. O razılaşaraq bir yerdə kabab çəkərək Sənana məxsus həyətdə yemişlər. Həmin vaxt Sənan ona «sənin əmin oğlu Rəşad mənim arvadımla gəzib uşaq olub, mənim uşağım sənin əmin oğlundadır», «çağırıb evə Rəşadı cəzalandırmışam, bu da videosu» demişdir. Sonra ona göstərdiyi videoda əmisi oğlu Rəşadın əlləri ayaqları bağlı yerdə uzanmış vəziyyətdə şalvarı aşağı çəkilmiş vəziyyətdə, Sənanın isə bel sapı ilə Rəşadın anal dəliyinə ucunu bir neçə dəfə toxundurduğunu görmüşdür. O, Sənana «ayıbdır bu nə hərəkətdir etmisən?» demişdir. Sənan isə «sənin başına gəlsə necə edərdin» deyə soruşmuşdur. Sonra mübahisə etmədən oradan çıxıb məsələni aydınlaşdırmaq üçün Rəşadgilə yollanmışdır. Məhəllədə Rəşad qarşısına çıxmış və bunun nə məsələ olduğunu ondan soruşanda Rəşad kövrələrək Sənanın onun başına belə oyun açdığını və heç kimə utandığından deyə bilmədiyini demişdir. Rəşad and içərək Sənanın arvadını ümumiyyətlə tanımadığını və aralarında heç nə olmadığını demişdir. O Rəşada heç nə demədən Rəşadın atası ilə həmin günü həyətdə görüşmüş və məsələni ona danışmışdır. Mikayıl əmisi Sənanın mobil nömrəsini yığıb çağırmışdır. Sənan əmisi Mikayılın yaşadığı küçəyə məhəlləyə gəlmiş və orada görüşmüşlər. Həmin vaxt Sənanın yanında qardaşı oğlu Təqsirləndirilən şəxs2 var idi. Sənan Mikayıla yaxınlaşaraq təhqir etməyə başlamışdır. Mikayıl da Sənana irad bildirərək oğlunun başına oyun açıb video çəkməsini, nə üçün belə hərəkət etməsini bildirmişdir. Sənanda «arvadımla əlaqədə olduğu üçün etmişəm yaxşı etmişəm» demişdir. Bu zaman Sənan və əmisi Mikayıl əlbə-yaxa olmuşlar. Sənan Mikayılı vurmaq istəyəndə o araya girmişdir ki, aralasın və Sənana demişdir ki, «ağsaqqal adamı niyə vurub təhqir edirsən». Həmin vaxt Sənan kəllə ilə sifətinə qəfil güclü zərbə endirmişdir. Burnu qırılmışdır. Bu azmış kimi Sənan yumruqla başının müxtəlif nahiyələrinə zərbələr endirməyə davam etmişdir. Sonra Sənan Mikayılı vurmağa başlamışdır. Həmin vaxt əmisi oğlu Rəşad hadisə yerinə gəlmiş və atasının Sənan tərəfindən döyülməsini görüb Sənanı yumruqla böyür nahiyəsinə vurmuşdur. Bu zaman Sənanın qardaşı oğlu Rəşad ona hücum edərək yumruqla bədəninin müxtəlif nahiyələrinə, başına, boynuna zərbələr endirməyə başlamışdır. Sonra qonşular gəlib onları aralaşdırmışlar. Hal-hazırda onlar barışmışlar. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Əsgərov Elşən Məmməd oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bacısı qızı Türkanə ilə rəsmi olaraq ailəli olmuşlar. Onlar 2012-ci ildə rəsmi nikahla ailə həyatı qurmuşlar. Əvvəllər aralarında münasibət tam olaraq normal olmuşdur. Birgə nikahdan üç azyaşlı oğlan övladı doğulmuşdur. Təxminən 2 il əvvəldən Sənan Türkanəni incitməyə və ailədə mübahisələr yaratmağa başlamışdır. Sənan doğma xalası oğludur. Dəfələrlə Türkanəni döysə də buna göz yumaraq polisə müraciət etməmişlər. Təxminən 9 ay əvvəl Sənan Türkanəni döydüyü üçün Türkanə taksi ilə uşaqlarını da götürüb ata evinə gəlmişdir. Həmin vaxtdan indiyədək ayrılmışlar. Lakin rəsmi nikahları pozulmamışdır. 03 dekabr 2019-cu il tarixdə, saat 15:00 radələrində Pirşağı qəsəbəsində olarkən bacısı Zenfira zəng vuraraq polisə necə zəng vurmasını soruşmuşdur. O harada olmasını soruşanda, onun Sənanın yaşadığı evin qarşısında olduğunu və Sənan tərəfindən təzyiq göstərilərək xəsarət almasını demişdir. O gözləməsini deyərək dərhal ora getmişdir. Sənanın evinin qarşısına çatanda bacısı Zenfiranın dodağının partladığını, üst-başının isə toztorpaq içində olduğunu görmüşdür. Nə baş verdiyini soruşanda «Sənanın uşaqların paltarlarını vermədiyini, uşağın içəridə qalıb, onuda qapı arxasında saxladığını» demişdir. O səslənərək Sənanı çağırmış və onu eşidən kimi Sənan qapını açmışdır. Sənan ilə sakit danışaraq «qış vaxtıdır uşaqlar xəstələnir, paltarları ver, qoy çıxıb getsinlər» demişdir. Bu zaman Sənanın qardaşı Sübhan da oraya gəlmişdir. Sübhan gələndən sonra Sənan bacısı Zenfıranın ünvanına nalayiq ifadələr səsləndirdikdə ona iradını bildirərək «adamın vicdanı olar» demişdir. Bu zaman Sənan yenidən bacısının ünvanına söyüşlər söydüyü üçün onun yaxasından tutub söyüş söyməməsini tələb etdikdə. Sonan hücum edib bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklərlə vurmağa başlamışdır. Sifət nahiyəsinə yumruqlarla vurmağa davam etmiş və onu qaldırıb ayaqlarını yerdən üzüb yerə çırpmış və yerdə də təpikləməyə başlamışdır. Sənan uzun illərdir ki, idmanla məşğul olduğu üçün özünü müdafiə edə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Babayeva Zenfira Məmməd qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Türkanə ilə rəsmi olaraq ailəli olmuşlar. Onlar 2012-ci ildə rəsmi nikahla ailə həyatı qurmuşlar. Əvvəllər aralarında münasibət tam olaraq normal olmuşdur. Birgə nikahdan 3 azyaşlı oğlan övladı doğulmuşdur. Təxminən 2 il əvvəldən Sənan qızı Türkanəni incitməyə və ailədə mübahisələr yaratmağa başlamışdır. Sənan doğma xalası oğludur. Odur ki, dəfələrlə qızı Türkanəni döysə də buna göz yumaraq polisə müraciət etmirdi. Təxminən 9 ay əvvəl Sənan Türkanəni döydüyü üçün Türkanə taksi ilə uşaqlarım da götürüb ata evinə gəlmişdir. Həmin vaxtdan indiyədək ayrılmışlar. Qızını döyməsi ilə bağlı əvvəllər polisə müraciət etməmişlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 14:00 radələrində nəvələrinin paltarlarını götürmək üçün Sənanın yaşadığı Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2 ünvanda yerləşən evinə getmişdir. Həmin vaxt Sənan çıxaraq nəyə görə gəldiyini demişdir. O isə uşaqların paltarlarını götürməyə gəldiyini demişdir. Həmin vaxt böyük nəvəsi Xəlil ilə birlikdə getmişdir. Onlar birlikdə həyətə daxil olmuşlar. Sənan onu nalayiq sözlərlə təhqir etməyə başlamış və rədd olub getməsini demişdir. O isə «qapını aç uşaqların paltarlarını ver, uşaqlar xəstədirlər» bildirmişdir. Sonra qolundan tutub sürüyərək həyətdən çölə çıxarmağa başlamışdır. Qolundan və dodağından yüngül xəsarət almışdır. Sənan onu sürüyüb həyətdən çölə atmış və həyət darvazasını bağlamışdır. O çöldə qalmış, nəvəsi isə içəridə qalmışdır. O qapını döyüb uşağı qaytar deyə qışqırmışdır. Sənan isə «çıx get uşağı özüm gətirəcəm» demişdir. O dərhal yaxınlıqda yaşayan qardaşı Elşənə zəng vurub uşağı almaq üçün polisə müraciət etməyi bildirmişdir. O qapı arxasında 15 dəqiqə qardaşı Elşəni gözləmişdir. Elşən gəlib çıxmış, ardınca Sənanın qardaşı Sübhan gəlmişdir. Qardaşı Elşən dedikdən sonra Sənan darvazanı açıb onları içəri buraxmışdır. Elşən sakitcə Sənan ilə söhbət edib uşağı və paltarları verməsini xahiş etmişdir. Bu zaman Sənan onun ünvanına nalayiq ifadələr səsləndirdikdə qardaşı Elşən ona iradını bildirdikdə Sənan qardaşı Elşənə hücum edib onu bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklərlə vurmağa başlamışdır. Sənan uzun illərdir ki. idmanla məşğul olduğu üçün Elşən özünü müdafiə edə bilməmişdir. Təxminən dava dalaş yarım saat davam etmiş, telefonunun enerjisi bitdiyi üçün polisə zəng etmək məqsədi ilə oradan çıxıb getmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 1808 saylı, 07 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 sol göz almasının ağlı qişasına qansızma, alın, sol gözətrafi və sağ yanaq nahiyələrinin qançırları, sağ qaşüstü, çənəaltı, sol əl, sağ və sol diz nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi 03 dekabr 2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 1831 saylı, 11 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs3 burun sümüyünün yerini dəyişən açıq sınığı və həmin səviyyədə burun nahiyəsinin əzilmiş yarası, alın və boyun nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi 08 dekabr 2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə burun sümüyünün yerini dəyişən açıq sınığı və həmin səviyyədə burun nahiyəsinin əzilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurınaya aiddir, alın və boyun nahiyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 1832 saylı, 10 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 sol almacıq-yanaq nahiyəsinin qançırı müəyyən olundu. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Hüseynov Sənan Məmməd oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Hüseynov Rəşad Sübhan oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə Hüseynov Sənan Məmməd oğlunun Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Hüseynov Sənan Məmməd oğlunun törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizələr) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Hüseynov Sənan Məmməd oğlunun əməlində Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə Hüseynov Rəşad Sübhan oğlunun Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Hüseynov Rəşad Sübhan oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Hüseynov Rəşad Sübhan oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Hüseynov Rəşad Sübhan oğlunun törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizələr) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədilməyə görə-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 21 fevral 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Hüseynov Sənan Məmməd oğlu Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur (səh., 145). Cinayət işinin materiallarında olan 22 fevral 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Hüseynov Sənan Məmməd oğluna Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə ittiham elan edilmişdir (səh., 194). Cinayət işinin materiallarında olan 21 fevral 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Hüseynov Rəşad Sübhan oğlu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh., 162). Cinayət işinin materiallarında olan 22 fevral 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Hüseynov Rəşad Sübhan oğluna Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir (səh., 172). Cinayət işinin materiallarında olan 22 fevral 2020-ci il tarixli təqsirləndirilən barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)86/2020 saylı, 22 fevral 2020-ci il tarixli qərardan görünür ki, Hüseynov Sənan Məmməd oğlu barəsində 21 fevral 2020-ci il tarixdən hesablanmaqla 01 ay, 06 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 225). Cinayət işinin materiallarında olan 22 fevral 2020-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Hüseynov Rəşad Sübhan oğlu saxlandığı Sabunçu RPİ-in MSY-dən azad olunmuş və barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 219). Təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğlu Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Hüseynov Sənan Məmməd oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52- 1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqan iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Hüseynov Sənan Məmməd oğlunun kimi həbsdə və ev dustaqlığında saxlandığı 11 (on bir) ay, 13 (on üç) gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir), 10 (on) ay, 26 (iyirmi altı) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğlunu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya idarəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı vəə ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Hüseynov Sənan Məmməd oğlu barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz olunmalı, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Hüseynov Rəşad Sübhan oğlu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Hüseynov Rəşad Sübhan oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «islah işləri» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən-islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən-islah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40.1-ci maddsinə əsasən-islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən-islah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir. Hüseynov Rəşad Sübhan oğlu cəzasını iş yeri üzrə çəkməli və cəzanın əvvəli onun qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hüseynov Rəşad Sübhan oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğluna Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğlunun üzərində 03 (üç) il, 10 (on) ay müddətinə azadlığın məhdudlaşıdrılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğlunun 11 (on bir) ay, 13 (on üç) gün «həbsdə» və «ev dustaqlığında» saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (01 günə, 02 gün), 01 (bir) il, 10 (on) ay, 26 (iyirmi altı) gün hesablansın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğlunun üzərində 01 (bir) il, 11 (on bir) ay, 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşıdırlması cəzası saxlanılsın. Cəzanın icra müddəti təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğlunun yaşayış yeri üzrə Bakı şəhəri probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğlunun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Hüseynov Sənan Məmməd oğlu barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz olunsun, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Hüseynov Rəşad Sübhan oğlu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Hüseynov Rəşad Sübhan oğluna Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, 01 (bir) il, 08 (səkkiz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Hüseynov Rəşad Sübhan oğlunun 01 gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 gün hesablansın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq təqsirləndirilən şəxs Hüseynov Rəşad Sübhan oğlunun üzərində 01 (bir) il, 07 (yeddi) ay, 26 (gün) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Hüseynov Rəşad Sübhan oğlu cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs Hüseynov Rəşad Sübhan oğlunun cəzasının əvvəli onun qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Hüseynov Rəşad Sübhan oğlu barəsində seçilmiş «başqa yerə getəməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-22/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-22/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver