Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-22/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı,ali təhsilli, heç yerdə işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan - Murquzova İradə Məmmədəli qızının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsilə tanıdığı Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs övladı X2 Fövqəlada Hallar Nazirliyinin Akademiyasına qəbul etdirmək istədiyi barədə məlumat alıb tamah niyyəti ilə həmin məsələni həll etmək imkanı olması barədə Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs Şahid1 vasitəsilə ona göndərdiyi 10.000 manat pulu 25 fevral 2020-ci il tarixdə, saat 12:00 radələrində ünvan 2 ünvanda yerləşən «Bağımız» adlı kafedə ona verilməsinə nail olmuş, lakin aldatmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs əmlakını əvəzsiz və qanunsuz ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 tanışı Rizvanın vasitəsilə tanımışdır. 2020-ci ilin fevral ayında Rizvan onun mobil telefonuna zəng edərək tanışının qohumunu Fövqəladə Hallar Nazirliyinin Akademiyasına tələbə kimi qəbul olunmasında köməklik göstərmək lazım olduğunu demişdir. O, Rizvana 5.000 manat pul müqabilində kömək edə biləcəyini bildirmişdir. Növbəti gün saat təxminən saat 12:00 radələrində Rizvanın təklifi ilə Bakı şəh., Sabunçu rayonu, N.İsmayılov küçəsində fəaliyyət göstərən «Bağımız» adlı restoranda Rizvan və onun yanında olan Hüseynalı adlı şəxslə görüşmüşdür. Rizvan həmin şəxsi ona təqdim edərək tanış etmiş və kafenin həyətində olan kabinetlərdən birində çay içmək üçün əyləşmişlər. Orada Rizvan söhbətə başlayaraq Hüseynalının qohumunu Fövqəladə Hallar Nazirliyinin Akademiyasına tələbə kimi qəbul etdirmək istədiklərini bildirmiş və ondan bu məsələdə köməklik göstərməyi xahiş etmişdir. O, 5.000 manat müqabilində həmin şəxsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul etdirə biləcəyini bildirdikdə Hüseynalı pencəyinin cibindən kağıza bükülmüş pulu çıxardaraq stolun üstünə qoymuş və orada 10.000 manat pul olduğunu demişdir. O, Rizvana 5.000 manat dediyi üçün özünü itirmiş və Rizvanın üzünə baxmışdır. Stolun üstündən pulu götürüb saymaq istəyəndə Rizvan ondan qabaq əlini uzadaraq pulu götürmüş və stolun altında, yəni dizinin üstündə saymağa başlamışdır. Sonra kağıza bükərək hesab düzdür deyib ona vermişdir. Pulu götürdükdən sonra getmək üçün ayağa qalxdıqda Rizvan da onu ötürmək üçün ayağa durmuş və avtomobilinə qədər onu müşayiət etmişdir. Avtomobilinin yanında Rizvan ona demişdir ki, verdiyi 5.000 manat pulun 1.000 manatını ona verməlidir. O, Rizvanın əziyyət çəkdiyini nəzərə alaraq Hüseynalının verdiyi puldan 1.000 manat götürüb Rizvana vermiş və yerdə qalan pulu saymayaraq çıxıb getmişdir. Təxminən 20 dəqiqədən sonra Rizvan onun mobil telefonuna zəng edərək Hüseynalının ona 1.000 manat artıq pul verdiyini və həmin artıq pulu qaytarmalı olduğunu bildirmişdir. O, özündə olan pulu saymış və onda olan pulun 5.000 manat olduğunu, Rizvana verdiyi 1.000 manatı da nəzərə alsaq Hüseynalının ona 6.000 manat pul verdiyini müəyyən etmişdir. Təxminən 20 dəqiqədən sonra o, Rizvan ilə həmin kafenin yaxınlığında olan gözəllik salonunun yanında görüşərək yenidən 1.000 manat pul vermiş və beləliklə onda cəmi 4.000 manat pul qalmışdır. Təxminən 10 gündən sonra Hüseynalı ona zəng etmiş və həmin işin gedişatı ilə maraqlanmağa başlamışdır. Söhbət əsnasında ona məlum olmuşdur ki, yuxarıda qeyd edilən gün kafedə Hüseynalının stolun üstünə qoyduğu pulun məbləği 10.000 manat təşkil etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxcs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Şahid1 onun qohumudur. Təqsirləndirilən şəxs 2020-ci ilin fevral-mart aylarından tanımışdır. Qohumu Şahid1 oğlunun Fövqəlada Hallar Nazirliyinin Akademiyasına qəbul olunmasına kömək etməsini xahiş etmişdir. Hüseynalı da bu barədə maraqlanaraq İradə adlı qadının 10.000 manat müqabilində bu məsələdə ona kömək edə biləcəyini bildirmişdir. O, razılaşaraq Şahid1 bu işi həll etməsi üçün Buzovna qəsəbəsi ərazisində olan kafelərin birində 10.000 manat vermişdir. Bir müddət sonra Şahid1 ona zəng edərək bu məsələni həll etdiyini və İradə adlı qadına həmin pulu çatdırdığını bildirərək, İradənin telefon nömrəsini ona vermişdir. İradə ilə birlikdə sənədləri toplamaq üçün müxtəlif ünvanlara getsə də heç bir nəticə olmamış və işin həlli uzanmağa başlamışdır. Bundan narahat olaraq Şahid1 ilə dəfələrlə əlaqə saxlasa da heç bir nəticəsi olmamış və aldanıldığını başa düşmüşdür. Şahid1 iş həll olunmadığı üçün pulunu geri tələb etməyə başlamışdır. O, oğlunun Fövqəlada Hallar Nazirliyinin Akademiyasına qəbul edilməsinə kömək edilməsi üçün Şahid1 vasitəsilə Təqsirləndirilən şəxs 10.000 manat vermiş və ona 10.000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında uzaq qohumu Zərərçəkmiş şəxs ona zəng edərək oğlu X4 Nazirliyinin Akademiyasına tələbə kimi qəbul olunmasında köməklik göstərməyini xahiş etmişdir. O isə Zərərçəkmiş şəxs onun Fövqəladə Hallar Nazirliyi ilə heç bir əlaqəsi olmadığını, buna görə də bu məsələni həll edə bilməyəcəyini bildirmişdir. Bu vaxt onun yanımda olan tanışı Şahid2 telefon danışığını eşidib müdaxilə edərək ona onun bu məsələni həll etmək üçün tanışı olduğunu söyləmişdir. O, isə Zərərçəkmiş şəxs telefonla ona bir azdan zəng etməsini, ona bu məsələni həll edib-etməyəcəyini deyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə telefonda sağollaşdıqdan sonra Şahid2 ona demişdir ki, onun Prezident Adminstrasiyasında işləyən İradə adlı tanışı var və bu məsələni həmin qadın həll edə bilər. Sonra Şahid2 İradə adlı şəxsə zəng edərək ona Fövqəladə Hallar Nazirliyinin Akademiyasına tələbə qəbulu məsələsini həll etmək lazım olduğunu demişdir. Şahid2 İradə ilə sağollaşdıqdan sonra ona İradə xanım ilə görüşəcəyini, bu məsələ ilə əlaqədar onunla ətraflı danışacağını bildirmişdir. Növbəti gün o, Şahid2la iş yerində görüşmüş və İradə xanım ilə danışdığını, İradə xanımın həmin şəxsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul etdirə biləcəyinə qəti vəd verdiyini demişdir. Sonra Şahid2la ona buna görə İradə xanımın 10.000 manat pul istədiyini, Şahid2 bu barədə Zərərçəkmiş şəxs ilə danışıb cavab verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və təxminən 2 gündən sonra ona zəng edərək pulun hazır olduğunu demişdir. O, Zərərçəkmiş şəxs ilə aeroport yolunun sağ tərəfində Suraxanı körpüsünün yanında yerləşən dayanacaqda görüşmüş və Zərərçəkmiş şəxs 10.000 manat pulu ona vermişdir. Zərərçəkmiş şəxs ilə sağollaşdıqdan sonra Rizvanın istifadəsində olan «***-***-**-**» saylı mobil nömrəyə zəng edərək pulun onda olduğunu demişdir. Növbəti gün, yəni 25 fevral 2020-ci il tarixdə səhər saatlarında Şahid2 ona zəng edərək İradə ilə danışdığını və saat təxminən 12:00 radələrində Bakı şəh., Sabunçu rayonu, N.İsmayılov küçəsində fəaliyyət göstərən «Bağımız» kafesində görüş təyin etdiyini bildirmişdir. Həmin vaxtda Şahid2 ilə görüşərək həmin kafeyə getmişlər. Kafenin yanına çatanda orada dayanan avtomobilin sükanı arxasında əyləşmiş bir nəfər orta yaşlı qadın avtomobildən aşağı düşərək Şahid2 yaxınlaşmışdır. Orada həmin qadınla tanış olaraq, həmin qazının Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Sonra o Şahid2 və Təqsirləndirilən şəxs restoranın həyətinə daxil olaraq həyətin sağ tərəfində yerləşən otağa keçmişlər. O. çay sifariş vermiş, həmin məsələ ilə əlaqədar Təqsirləndirilən şəxs ilə söhbət etməyə başlamışdır. Təqsirləndirilən şəxs ona Şahid2 bu barədə ona dediyini və dediyi şəxsi Fövqəladə Hallar Nazirliyinin akademiyasına qəbul etdirə biləcəyini demişdir. Sonra o, üzərində olan Zərərçəkmiş şəxs verdiyi 15 ədəd 100 ABŞ dolları, 1 ədəd 50 manatlıq, 74 ədəd isə 100 manatlıq əskinasdan ibarət 10.000 manat pulu İradəyə təqdim edərək pulu sayıb götürməsini demişdir. Təqsirləndirilən şəxs həmin pul bağlamasını götürüb sayması üçün Şahid2, Şahid2 hər kəsin şahidliyi ilə pulu sayaraq ümumilikdə 10.000 manat olduğunu deyərək Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə həmin pulları götürərək əl çantasına qoymuşdur. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra sövdələşdiyimiz məsələni tez bir zamanda həll edəcəyinə vəd verərək Zərərçəkmiş şəxsla telefon nömrəsini ondan almışdır. Sonradan İradə bu məsələ ilə bağlı qohumu Zərərçəkmiş şəxsla əlaqə saxlamağa başladığı üçün o, işin gedişatı ilə yaxından maraqlanmamışdır. Həmin müddətdən bir neçə ay keçdikdən sonra təxminən 2020-ci ilin iyul-avqust ayında Fövqəladə Hallar Nazirliyinn Akademiyasına qəbullar başlanılmış və həmin vaxtı Ülvi sənədlərini akademiyaya qəbul olunması üçün təqdim etsə də Fövqəladə Hallar Nazirliyinin Akademiyası Ülvinin hərbi xidmətdə olmamasını bildirərək sənədlərini qəbul etməmişlər. Ülviyə bildirilmişdir ki, hərbi xidmətə gedib gəldikdən sonra sənədləri qəbul edilə bilər. Sonra Zərərçəkmiş şəxs ona zəng edərək Ülvinin sənədlərini qəbul etmədikləri üçün verdiyi 10.000 manat pulunu geri istəmişdir. O da öz növbəsində İradənin istifadəsində olan «***-***-**-**» saylı mobil nömrəyə zəng edərək məsələnin alınmadığını və ona verdiyi 10.000 manat pulu istəmişdir. İradə ona demişdir ki, bu məsələ ilə məşğuldur, Təhsil Nazirliyi vasitəsilə bu məsələni həll edəcək. O, bir az arxayanlaşıb Zərərçəkmiş şəxs zəng edərək Təqsirləndirilən şəxs dediyi sözləri ona demişdir. Təxminən 2020-ci ilin oktyabr ayında o, məsələnin uzandığını görərək, Təqsirləndirilən şəxs zəng edib qəti olaraq ona verdiyi 10.000 manat pulu tələb etmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, pulu başqa adama vermişdir və həmin adamdan pulu ala bilmir, həmin şəxsdən pulu alan kimi ona geri qaytaracaq. Bundan sonra dəfələrlə İradə ilə danışmağına baxmayaraq Təqsirləndirilən şəxs aldığı pulu qaytarmaqdan yayınaraq müxtəlif bəhanlər gətirib vaxtı uzatmağa başlamışdır. Dəfələrlə pulu tələb etdikdən sonra Təqsirləndirilən şəxs ona verdiyi 10.000 manat puldan 3.000 manat pulu təxminən oktyabr ayının əvvəllərində ona qaytarsa da yerdəqalan pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında tanışı Şahid1 Zərərçəkmiş şəxs adlı qohumunun oğlunu adını xatırlamadığı ali məktəbə qəbul etdirmək niyyətində olduğunu bildirdikdə o, bu işi həll edə biləcək tanışı olduğunu bildirmişdir. Şahid1 yanında Təqsirləndirilən şəxs adlı tanışına zəng edərək məsələ ilə bağlı onunla danışmışdır. Təqsirləndirilən şəxs bu işi 10.000 manat müqabilində həll edə biləcəyini bildirmişdir. Şahid1 Zərərçəkmiş şəxsla danışdıqdan sonra onun da bununla razı olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs ilə Bakıxanov qəsəbəsində yerləşən «Bağımız» adlı restoranda görüş təyin etmişdir. Şahid1 təklifi ilə o da həmin görüşdə iştirak etmişdir. Həmin görüşdə qeyd olunan məsələnin detallarını danışmış və razılığa gəldikdən sonra Şahid1 cibindən bir bağlama pulu çıxarıb Təqsirləndirilən şəxs qarşısına qoymuş və saymağını xahiş etmişdir. Təqsirləndirilən şəxs isə pulu saymağı ondan xahiş etmişdir. O, pulları hamının gözü qarşısında sayaraq 10.000 manat olduğunu Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs pulu çantasına qoymuş və bir daha məsələni həll edəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs gedəndə o, Təqsirləndirilən şəxs qapıya qədər yola salmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məsələni həll etməyərək Şahid1 aldatmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 mart 2021-cı il tarixdə doldurulmuş tələbnamədən, Bakı şəh., Nərimanov Rayon Məhkəməsinin 1(005)08/2022 saylı, 11 yanvar 2022-ci il tarixli hökmdən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)623/2022 saylı, 14 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)623/2022 saylı, 14 mart 2022-ci il tarixli qərarı ilə Bakı şəh., Nərimanov Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlinin törədilməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü qismən etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaəsən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Cinayət işinin materiallarında olan 08 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (səh.,64). Cinayət işinin materiallarında olan 09 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cədb olunmuşdur (səh.,88). Cinayət işinin materiallarında olan 10 aprel 2022-ci il tarixli vəsatətin müdafiə olunmasından imtina olunması haqqında Bakı şəh., Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur(səh., 103). Cinayət işinin materiallarında olan 10 aprel 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 106). Cinayət işinin materiallarında olan 01 may 2022-ci il tarixli şəxsin tutulması, barəsindən axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (səh., 116). Cinayət işinin materiallarında olan 24 iyun 2022-ci il tarixli axtarışda olan şəxsin iuiulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdə tutulmuşdur(səh.,121). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)436/2021 saylı, 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 iyun 2021-ci il tarixdən hesablanmaqla 01 ay, 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,129). Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 4(103)405/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz olunmuşdur (səh., 132). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini olmasını, dəymiş ziyanın qismən ödəməsinin və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdən 10 aprel 2021-ci il tarizə kimi şübhəli şəxs kimi «həbsdə», 24 iyun 2021-ci il tarixdən «həbsdə» və «ev dustaqdığında» olan müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «24» iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Bakı şəh., Nərimanov Rayon Məhkəməsinin 1(005)08/2021 saylı, 11 yanvar 2021-ci il tarixli hökmü ilə həbsdə olması nəzərə alınmalı, «ev dustaqlığı» qətimkan tədibiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdən 10 aprel 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, « 05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəza Bakı şəh., Nərimanov Rayon Məhkəməsinin 1(005)08/2022 saylı, 11 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təyin edilmiş «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «24» iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəh., Nərimanov Rayon Məhkəməsinin 1(005)08/2021 saylı, 11 yanvar 2021-ci il tarixli hökmü ilə həbsdə olması nəzərə alınsın, «ev dustaqlığı» qətimkan tədibiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-22/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-22/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver